Məhkəmə qərarları › İş №1(005)-312/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-312/2022

31.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-312/2022 31.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Arbitrium” vəkil bürosunun vəkili Müdafiəçi oğlunun iştirakları ilə, xx.xx.1964-cü il tarixdə Salyan rayonunda anadan olmuş, evli, orta təhsilli, məhkumlugu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan və ünvan 2yan, barəsində «Başqa yerə getməmək haqqında İltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib, daşıyaraq özündə saxlamışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq 03 fevral 2022-ci il tarixdə “ünvan 3 ünvanda istintaqa məlum olmayan şəxsdən 5 (beş) manata şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroin əldə edib, özündə saxlayaraq daşımış, 03 fevral 2022-ci il tarixdə saat 15:30 radələrində Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 4 ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri, Nərimanov rayonu, Müzəffər Nərimanov 2 ünvanında yerləşən Nərimanov RPİ-nin 17-ci PŞ-nin inzibati binasına gətirilmiş və orada üzərinə baxış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd siqaretin ağ-qırmızı kağızına bükülmüş bükümdə təmiz çəkisi 0,212 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik maddələri təxminən 20 ilə yaxındır ki, inieksiya üsulu ilə qəbul edir. 02.03.2022-ci il tarixdə saat 16:20 radələrində bədənində ağrılar olduğu üçün ünvan 7 ünvanda əvvəllər tanımadığı dəmir və plastmas materialları yığan şəxsdən 5 manat müqabilində şəxsi istifadəsi məqsədilə narkotik maddə olan heroin almışdır. 03.02.2022-ci il tarixdə saat 16:30 radələrində Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi 2/21 saylı ünvanın qarşısında olarkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşmışdır. Həmin şəxslər özlərini təqdim edərək polis əməkdaşı olmalarını bildirmişlər. Daha sonra həmin polis əməkdaşları omdan şübhələndikləri üçün polis şöbəsinə dəvət etmişlər. O, həmin polis əməkdaşları ilə birlikdə Nərimanov RPİ-nin 17-ci PŞ-yə gəlmişdir. Polis şöbəsinə gəldikdən sonra onu şöbənin xidməti otaqlarının birinə aparmışlar. Həmin otaqda polis əməkdaşları və vəkil var idi. Daha sonra polis əməkdaşları ona üzərində hər hansı əşya varsa təqdim etməyini xahiş etmişlər. O, əynində olan qara rəngli cins şalvarın sol cibindən 40 manat pulunu və həmin şalvarının sağ cibindən isə 1 ədəd siqaretin ağ qırmızı rəngli kağızna bükülmüş bükümü təqdim etmiş və təqdim etdiyi həmin bükümün narkotik maddə olan heroin olmasını və həmin narkotik vasitənin özünə məxsus olmasını bildirmişdir. Bundan sonra polis əməkdaşları təqdim etdiyi 1 ədəd siqaretin ağ qırmızı rəngli kağızna bükülmüş narkotik vasitə olan heroini götürərək zərfə qoymuşlar və protokol tərtib etmişlər. Onun və polis əməkdaşlarının iştirakı ilə həmin zərf möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Üzərinə baxış video çəkiliş vasitəsi ilə keçirilmişdir. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Nərimanov RPİ-nin 17-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 17-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ilə birlikdə 03.02.2021-ci il tarixdə 15:30 radələrində inzibati ərazidə gəzinti aparərkən Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi 2/21 ünvanın qarşısında 1 nəfər şəxsin yerişindən və hərəkətlərindən özünü şübhəli apardığını görmüş və bu səbəbdən ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərərək Nərimanov RPİ- nin 17-ci PŞ-nin əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra həmin şəxsdən özünü təqdim etməsini istədikdə o, danışarkən suallardan yayınmağa və oradan getməyə çalışmışdır. Abasət və Fərrux onun rabitəsiz danışığından narkotik vasitələrin təsiri altında olmasından və üzərində narkotik vasitə daşımasında şübhələnib onu Nərimanov RPİ-nin 17-ci PŞnə dəvət etmişlər. PŞ-də məlum olmuşdur ki, həmin şəxs xx.xx.1964-cü ildə Salyan rayonunda anadan olmuş Təqsirləndirilən şəxsdur. Bu barədə polis bölməsinin rəisinin adına raport tərtib edilmiş, bölmə rəisinin göstərişi əsasında Təqsirləndirilən şəxs Nərimanov RPİ-nin 17-ci PŞ-nin təhqiqatçısı, polis polkovnik-leytenantı Ramin Qurbanova təhvil vermişlər. X4 tərəfindən müdafiəçi və videoçəkilişin aparılması üzrə mütəxəssis dəvət edilmiş, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, bundan sonra təhqiqatçı tərəfindən bütün iştirakçıların hüquqları izah edilməklə, onların iştirakı ilə, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs şəxsi axtarışı aparılmışdır. Təqsirləndirilən şəxs üzərində olan hər hansı bir qanunsuz əşya və ya maddəni könüllü təqdim etmək təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol cibindən 40 manat pulunu və həmin şalvarın sağ yan cibindən 01 ədəd siqaretin ağ qırmızı kağızına bükülmüş bükümü təqdim etmişdir. Sorğu sual zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi maddə narkotik vasitə heroindir. Həmin maddəni 03.02.2022-ci il tarixdə saat 15:20 radələrində ünvan 8 ünvanda anket məlumatlarını bilmədiyi şəxsdən 5(beş) manata almışdır, həmin maddəni əynində olan qara rəngli cins şalvarın sağ yan cibinə qoyaraq öz istifadəsi üçün saxlamışdır. Aşkar olunmuş büküm iştirakçıların və Təqsirləndirilən şəxs iştirakı ilə qablaşdırılmış və 219 nömrəli möhürlə möhürlənmişdir. Daha sonra şəxsi axtarışın aparılması barədə protokol tərtib edilmiş, iştirakçılara imzalanması üçün təqdim edilmiş, hamı tərəfindən, o cümlədən Şahid2 tərəfindən protokol imzalanmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 17-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid1 eyni məzmunlu ifadə verərək Nərimanov RPİ-nin 17-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid2 göstərdiyi faktları və halları eynilə təsdiq etmişdir. (iş vər.81-83) İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 03 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04.02.2022-ci il tarixli, 6/695 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN «Zərflər üçün № 219» möhür əksi, « Təqsirləndirilən şəxs üzərindən…» və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,212 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir. X1 2005-ci il 28 iyun tarixli Qanunu ilə təstiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin»-in siyahısına (Siyahı İ)» daxildir. Qeyd: heroinin təmin çəkisi 0,212 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,162 qram. Ekspertiza xərci 110 manat təşkil edir. Məhkəmə narkoloji ekspertizasının 17.03.2022-ci il tarixli, 1358 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların qəbulu nətiçəsində yaranan ASİLLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə olunmuş 22 fevral 2022-ci il tarixli, elektron məlumatların əks olunduğu 1 ədəd DVD diskə və baxış keçirilməsi haqqında protokoldan görünür ki, 03.02.2022-ci il tarixdə Nərimanov RPİ-nin 17-ci PŞ-nin təhqiqatçısı, polis polkovnik-leytenantı Ramin Qurbanov tərəfindən tərtib edilmiş şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması haqqında protokola əlavə edilmiş DVD kompakt diskə 03.02.2022-ci il tarixdə yazılmış bir ədəd, MOV formatında 910 MB həcmdə olan « 00033 » adlı videofayl vardır. DVD diskdə olan videoyazılara baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin videogörüntü 03.02.2022-ci il tarixdə Nərimanov RPİ-nin 17-ci PŞ-nin təhqiqatçısı, polis polkovnik-leytenantı Ramin Qurbanovun xidməti otağında çəkilmişdir, videofayıl 05 dəqiqə 45 saniyə davam edir. Videogörüntüdən müəyyən edilir ki, X4un qarşı sol tərəfində oturmuş şəxs: Təqsirləndirilən şəxs, qarşısında masanın arxasında oturmuş şəxs: «Yusifbəyli və partnyorları» vəkil bürosunun vəkili X5, X4un sol yan tərəfində oturmuş şəxslər: Nərimanov RPl-nin 17-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və Nərimanov RPl-nin 17-cı PŞ- nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1dur. Təhqiqatçı R.Qurbanov çəkilişin yeri, tarixi, vaxtı və səbəbi barədə bildirdikdən sonra iştirakçılar barədə məlumat verir. Bundan sonra təhqiqatçı R.Qurbanov şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın qabaq sol yan cibindən 40 manat pulu, sağ yan cibindən 01 (bir) ədəd siqaretin ağ qırmızı rəngli kağızına bükülmüş bükümü təqdim edir. Şübhəli şəxs Təqsirləndirilən şəxs bildirir ki, təqdim etdiyi bükümün narkotik vasitə olan heroindir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni 03.02.2022-ci il tarixdə Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi 2 saylı ünvanda anket məlumatlarını bilmədiyi şəxsdən 5(beş) manata almışdır. Həmin maddəni əynində olan qara rəngli şalvarın sağ yan cibinə qoyaraq öz istifadəsi üçün saxlamışdır. Aşkar olunmuş maddə iştirakçıların və Təqsirləndirilən şəxs iştirakı ilə qablaşdırılır. Videoçəkilişə keçirilmiş baxış zamanı müəyyən edildi ki, həmin çəkilişdə əksini tapmış xüsusatlar təhqiqatçı R.Qurbanov tərəfindən tərtib edilmiş 03.02.2022-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokolda öz əksini tapmışdır. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi barədə” 05 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilmişdir; 05 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; “Maddi sübut kimi tanıma haqqında” 01 mart 2022-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üstündən aşkar edilib götürülmüş 0,212 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bundan başqa Təqsirləndirilən şəxs şəxsi axtarış və götürülmə aparılması zamanı, Azərbaycan Respublikası CPM-nin 246.3-cü maddəsinə uyğun olaraq aparılmış videoçəkilişin yazıldığı 1 (bir) ədəd DVD disk öz xüsusiyyətinə və əlamətlərinə görə cinayət təqibi üzrə mühüm əhəmiyyət kəsb ədən halların müəyyən edilməsinə kömək edən bir əşya kimi maddi sübut hesab edilmiş, ekspertiza tədqiqatına sərf edildikdən sonra narkotik vasitənin qalan qalığı, yəni 0,162 qram çəkidə olan narkotik vasitə heroin nəzərə alınmışdır. Tədqiqata sərf edildikdən sonra qalan qalığı, yəni 0,162 qram çəkidə əlan narkotik vasitə heroin Nərimanov RPİ-nin saxlanc yerinə verilmiş, 01 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsi tərəfindən verilmiş 19.02.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmuş, sonuncu dəfə Binəqədi Rayon Məhkəməsinin 11.10.2018-ci il tarixli hökmü ilə AR CM-nin 234.1 maddəsi ilə təqsirli bilinib, 2 il müddətə adazlıadan məhrum etmə cəzasına məhkum edilmiş, 30.07.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumlugu ödənilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 0,212 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayəti etiraf etməsi və əməlindən peşman olmasını yüngülləşdirən hallar kimi nəzərə alır: İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həbsdə saxlanıldığı 2 (iki) gün (03- 05 fevral 2022-ci il), həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut - Nərimanov RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş narkotik vasitə heroinin qalıq çəkisi məhv edilməli, şəxsi axtarış və götürmə aparılmasına dair video görüntünü əks etdirən 1 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1), Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş “Arbitrium” vəkil bürosunun vəkili Müdafiəçi oğluna məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatı üçün cəmi 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 3( üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Nərimanov RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş və qalıq çəkisi 0,162 qram kustar üsulla hazırlanmış narkotik vasitə-heroin məhv edilsin. İş üzrə maddi sübut - şəxsi axtarış və götürmə aparılmasına dair video görüntünü əks etdirən 1 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Müdafiəçi oğlu tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatı üçün cəmi 180 (yüz səksənı) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Arbitrium” vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar