Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-312/2025 24.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X10, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 19 iyun 2007-ci il tarixli 0612/2007 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1, 221.3, 120.2.2, 29,120.2.2, 29,120.2.10-cu maddələri ilə təqsirli bilinərək, 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 05 fevral 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 67.1-ci maddəsinə uyğun olaraq, qəti olaraq 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 13 fevral 2015-ci il tarixli, 1(002)- 32/2015 hökmü ilə Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 67.1-ci maddəsinə uyğun olaraq, qəti olaraq 07 il 01 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə qəti olaraq cəzası 07 ilə endirilmiş, Bakı Apellyasiya Mhkəməsinin qərarı ilə üzərində qəti olaraq 06 il 11 ay 10 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, sonuncu dəfə Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(001)-247/2025 saylı hökmü ilə qəti olaraq 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həbs olunana qədər Bərdə rayonunun Saatlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində "həbs" qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrar törədilməklə satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə və xeyli miqdarda psixotrop maddə əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs özünün narkotik vasitə və psixotrop maddəyə olan tələbatını ödəmək niyyəti ilə xx.xx.2025-ci il tarixdə 01 ədəd bükümdə xeyli miqdarda, təmiz çəkisi 0,165 qram olan qəhvəyi rəngli, dövriyyəsi Azərbaycan Respublikası ərazisində qanunla qadağan edilmiş kustar üsulla hazırlanmış narkotik vasitə olan heroni və 01 ədəd bükümdə xeyli miqdarda, təmiz çəkisi 0,216 qram olan ağ rəngli, kristalşəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini istintaqla müəyyən olunmamış mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla həmin tarixdə Bakı şəhəri, Nərimanov rayonu, X16 küçəsi, ev 82 ünvanının qarşısına daşımış, 04 fevral 2025-ci il tarixdə saat 05:00 radələrində X18 Alayının 1-ci Patrul Bölüyünün əməkdaşları tərəfindən həmin yerdə saxlanılaraq ünvan 3 ünvanında yerləşən Nərimanov RPİ-nin 16-cı PŞ-nin inzibati binasına gətirilmiş və orada üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkçəsiniıı sağ yan cibindən 01 ədəd bükümdə xeyli miqdarda, təmiz çəkisi 0.165 qram qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroni və 01 ədəd bükümdə xeyli miqdarda, təmiz çəkisi 0,216 qram ağ rəngli, kristalşəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs özünün psixotrop maddəyə olan tələbatını ödəmək niyyəti ilə xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən təkrar törədilməklə, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 01 ədəd bükümdə, təmiz çəkisi 0,167 qram ağ rəngli kristallik maddə, kustar üsulla hazırlanmış dövriyyəsi Azərbaycan Respublikası ərazisində qanunla qadağan edilmiş psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla 14 mart 2025-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Salamadi döngəsi ünvanının yaxınlığına daşımış, saat 00:15 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Salamadi döngəsinin yaxınlığında DİN-nin X18 Alayının 1-ci Patrul Bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq ünvan 3 ünvanında yerləşən Nərimanov RPİ-nin 16-cı PŞ-nin inzibati binasına gətirilmiş və orada onun üzərinə videoçəkilişlə şəxsi axtarış aparılan zaman əynindəki açıq göy rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0.167 qram kustar üsulla hazırlanmış xeyli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək, ibtidai istintaqa verdiyi ifadəsini tamamilə təkzib edərək göstərmişdir ki, ittiham aktında ona qarşı verilən ittiham üzrə birinci epizoda dair üzərindən aşkar olunan narkotik vasitəni İran İslam Respublikasının vətəndaşından 70 manata almışdır. Hadisə 04 fevral 2025-ci il tarixdə baş vermişdir. Həmin vaxt həqiqətən də üzərində narkotik vasitə olmuş və polis əməkdaşları tərəfindən aşkar edilərək sənədləşdirilmişdir. İkinci epizod üzrə isə özünü təqsirli bilmir. Belə ki, polisə dəstək xidmətində işləyən Özal, Özcan adlı bir əməkdaş onu prinsipinə görə yaşadığı ünvandan qapının qarşısında oturduğu zaman aparmışdır. Həmin şəxs dəfələrlə onunla əməkdaşlıq etməsi, narkotik vasitələr istifadə edən şəxslər barədə məlumatları bildirməsini istəmiş, o isə buna etiraz etdikdə həmin şəxs artıq onu tutmağı qarşısına məqsəd kimi qoymuşdur. Birinci epizod üzrə tutularkən də dolayı yol ilə həmin şəxs prosesdə iştirak etmişdir. Hadisə günü onu polis şöbəsinə ev paltarında aparmışlar. O, yeddi gün şöbədə saxlanılmışdır. Ailə üzvləri də onun öldürüldüyünü düşünürək onu axtarmağa başlamışlar. Hətta bu səbəbdən Binəqədi Rayon Məhkəməsində olan cinayət işi əlaqədar məhkəmə iclasına gedə bilməmiş və hakim barəsində axtarış elan etmişdi. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, 2008-ci ildən narkotik vasitələrdən istifadə edir. 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən zaman da narkotik vasitədən istifadə etmişdir. Onu saxlayan Özal adlı polis əməkdaşı ona dəfələrlə bildirmişdir ki, onlarla birgə əməkdaşlıq etsin, əks halda tutulacaq. O, sonradan öyrənmişdir ki, Özal, Özcan adlı şəxs polisə dəstək olaraq fəaliyyət göstərir. Əməkdaşlıq etməyəcəyini bildirdikdə polis əməkdaşları onu CM-nin 234.1-ci maddəsi ilə rəsmiləşdirərək MSY-yə təhvil vermişlər. Lakin, birinci epizdda, yəni 4 fevral tarixində həqiqətən də üzərində narkotik vasitə olmuşdur. O da öz növbəsində təqdim edilmiş bütün sənədləri imzalamışdır. İkinci epizod üzrə saxlanılan zaman, yəni 13 mart 2025-ci il tarixdə o, öz evinin qarşısında gecə saatlarında xalası oğlunu gözləyirmiş. Həmin günü anasının, növbəti gün atasının ad günü olmuş, həbs olunacağını ehtimal etdiyi üçün onların ikisinə də ad günü keçirmişdir. Həmin vaxt saat təqribi saat 00 radələri olmuşdur. Səhəri günü Binəqədi Rayon Məhkəməsində barəsində məhkəmə istintaqı gedən cinayət işi üzrə məhkəmə baxış iclası olacaqmış. O, xalasıoğlundan valideynlərini məhkəməyə gətirməsini xahiş edəcəkmiş. Həmin məhkəmədə barəsində olan cinayət işi üzrə məhkəmə çıxışlarında olduqları üçün son iclas olduğuna və barəsində azadlıqdan məhrum etmə cəzası təyin edilərək zaldan həbs ediləcəyinə ehtimal verirmiş. Ona görə də iclasdan sonra valideynlərini evə xalasıoğlunn qaytarmasını xahiş etmişdir. Həmin günü polis əməkdaşları onu evinin qarşısından ev geyimində götürüb aparmışdır. Həmin şəxslərdən biri də Özal adlı şəxs olmuşdur. Şöbədə Özal ona narkotik vasitə təqdim etmiş və məcbur qalıb həmin maddənin özünün olduğunu etiraf etmişdir. Əks halda külli miqdarda narkotik vasitə ilə yükləyəcəyini bildirmişdir. Əvvəlcədən bilmişdir ki, onsuzda üzərində cinayət işi olduğu üçün yenidən cinayət işi açılacağı halda da ona eyni cəza veriləcəkdir. Onu polis əməkdaşları gecə saxladıqlarından növbəti günü məhkəmə iclasına gedə bilməmişdir. Binəqədi Rayon Məhkəməsi də iclaslardan yayındığını düşünərək barəsində axtarış elan etmiş və qətimkan tədbirini dəyişdirmişdir. Onu 7 gün MSY-də saxlamışlar və ona qarşı polis əməkdaşları heç bir təsir və təzyiq etməmişlər. Onu saxlayan polis əməkdaşları səhəri günü məhkəmə iclasının olacağından məlumatsız idilər. Özalın (Özcal) ona qarşı bu hərəkətinin səbəbini onunla əməkdaşlıq etməkdən imtina etməsi ilə izah etmiş, onu külli miqdarda narkotik vasitə ilə yükləməklə hədələmişdir. Əvvəllər dəfələrlə ona zəng edib narahat etmiş, şöbəyə çağırmışdır. Həmin şəxs 16-cı polis şöbəsinin əməkdaşı olmuşdur. Məhkəmə iclasında ifadə verən Şahid4, İbrahim-zadə Rüfət Əhliman oğlunun saxlanılan zaman orada olmadıqlarını bildirmişdir. Eyni zamanda məhkəmə iclasında dindirilmiş X4 onu saxlayan və polislə birgə işləməyi təklif edən şəxs olmadığını bildirmişdir. Həmin şəxsi, yəni məhkəmə iclas zalında şahid qismində ifadə verən X7 ilk dəfə gördüyünü qeyd etmişdir. İbrahim-zadə Rüfət adlı polis əməkdaşı o, saxlanılan zaman orada olmamış, onu polis şöbəsində görmüşdür. Təqsirləndirilən şəxs məhkəməyə Özal adlı şəxsin ona zəng etdiyi mobil telefon nömrəsini təqdim edəcəyini qeyd etsə də, təqdim etməmişdir. Cinayət işinin məhkəmə baxışı zamanı ifadələrində olan əhəmiyyətli ziddiyyətlərlə bağlı Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi müvafiq olaraq 14 mart 2025-ci il tarixli, 15 mart 2025-ci il tarixli, 04 fevral 2025-ci il tarixli və 05 fevral 2025-ci il tarixli eyni məzmunlu ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunmuş və müəyyən edilmişdir ki, ibtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, hazırda haqqında Binəqədi Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işinin istintaqı aparılır. 2007-ci ildə qəsdən adam öldürmə cinayət əməli törətdiyinə görə azadlıqdan məhrum edildiyini, 2022-ci ilin yanvar ayının 22-də cəzasını çəkib azadlığa çıxdığını, uzun müddət təxminən 8 il olar ki, narkotik vasitə və psixolrop maddələrdən istifadə etdiyini, əqli və fiziki cəhətdən tam sağlam olduğunu bildirmişdir. xx.xx.2025-ci il tarixdə radələrində saat 05 radələrində ünvan 8 ünvanda yerləşən 47 saylı orta məktəbin qarşısında olarkən ona iki nəfər polis əməkdaşının yaxınlaşdığını, ondan bu vaxtı burada nə etdiyini soruşduqda, o, onların suallarında yayınmağa çalışdığını və polis əməkdaşları onun hərəkətlərindən şübhələnərək onlarla birlikdə polis şöbəsinə getməyini təklif etdiklərini və o, təklifə etiraz etməyərək onların gəldikləri avtopatrul maşınına mindiyini və onların onu 16-cı PŞ- nə apardıqlarını bildirmişdir. Polis Şöbəsində olan zaman onun şəxsiyyətini müəyyənləşdirdikdən sonra araşdırma aparılması üçün təhqiqatçıya təqdim edildiyini, təhqiqatçı tərəfindən o, şübhəli şəxs qismidə tutulduğunu, ona hüquq və vəzifələrinin izah edildikdən sonra onun istəyi ilə dövlət hesabına müdafiəçi ilə təmin olunduğunu bildirmişdir. Bundan sonra, üzərinə şəxsi-axtarışın keçiriləcəyinin bildirildiyini və bu barədə o, vəkili ilə birlikdə qərarla tanış olduqlarını demişdir. Şəxsi axtarışın keçirilməsinə etirazı olmadığını və bundan sonra polis əməkdaşlarının, müdafiəçimin iştirakı ilə onun üzərinə şəxsi-axtarışın başlanıldığını bildirmişdir. Tohqiqatçı tərəfindən şəxsi-axtarış başlanılmazdan əvvəl üzərində qeyri-qanuni maddə olub-olmamasını sorğu edildiyini və belə bir əşya varsa onu könüllü olaraq təqdim etməsinin təklif edildiyini bildirmişdir. O, könüllü olaraq əynində olan qara rəngli godəkçonin sağ yan cibindən ağ kağızın içərisinə qoymuş olduğu 01 ədəd şəffaf sellefona bükülmüş qəhvəyi rəngli toz şəkilli “kako” adı ilə tanınan narkotik vasitə “heroin” və 01 ədəd şəffaf sellefona bükülmüş kristalşəkilli “patı” ilə tanınan metamfetamini və istifadə etdiyi “Samsung” markalı mobil telefonu polis əməkdaşlarına təqdim etdiyini və həmin maddələrə onun iştirakı ilə baxış keçirildiyini, qablaşdırılaraq zərfin üzəri möhürləndikdən sonra ona və iştirakçılara imza olunması üçün təqdim olunduğunu və onlar tərəfindən həmin zərfin üzərinin imzalandığını bildirmişdir. O, həmin maddələri tanımadığı şəxsdən Nərimanov rayonu Ak.H.Əliyev küçəsindən lakin üzdən tandığı adının və başqa heç bir məlumatı olmadığını, onun təxminən 50-55 yaşlarında, orta boylu, ağ saçlı, arıq bədən quruluşlu şəxsdən 50 manat məbləğində pula şəxsi istifadəsi üçün alıb əldə etdiyini bildirmişdir. Saxlanılan və PŞ-yə gətirilən zaman ona qarşı hər hansı bir fiziki güc tətbiq olunmadığını bildirmişdir. O, narkotik vasitəni və psixotrop maddə metamfetamini öz istifadəsi üçün əldə etdiyini, son vaxtlar isə hər iki maddəni alıb qataraq istifadə etməsini demişdir. Bundan başqa, xx.xx.2025-ci il tarixdə “Papanin” kimi tanınan ərazidə olduğu zaman üzdən tanıdığı, lakin adını bilmədiyi narkotik vasitə istifadəçisi ilə rastlaşdığını və həmin şəxsdən istifadə etməsi üçün ona narkotik vasitə verməsini istədiyini demişdir. Həmin şəxs üzərində “şüşə” kimi tanınan metamfetaminin olduğunu və bir bükümünü 20 manata satdığını bildirdiyini, o da həmin şəxsə 20 manat pul verib ondan bir bükümdə psixotrop maddə metamfetamin alıb şalvarının cibinə qoyduğunu demişdir. xx.xx.2025-cü il tarixdə, saat 00:15 radələrində Nərimanov rayonu, Salamadi döngəsində olduğu zaman polis əməkdaşlarının ona yaxınlaşaraq özlərini təqdim edərək X18 Alayının əməkdaşları olduqlarını bildirdiklərini demişdir. Həmin vaxt o, üzərində psixotrop maddə olduğundan həyəcanladığını və onların suallarına cavab verməkdən yayınıb oradan getmək istədiyini demişdir. Bu zaman onların onu saxlayaraq araşdırma aparılması üçün Nərimanov RPİ-nin 16-cı PŞ-yə dəvət etdiklərini, o, buna etiraz etməyərək polis əməkdaşları ilə birlikdə getdiyini demişdir. Polis şöbəsində olan zaman onun şəxsiyyəti müəyyənləşdirildikdən sonra araşdırma aparılması üçün təhqiqatçıya təqdim edildiyini demişdir. Təhqiqatşı tərəfindən o, şübhəli şəxs qismində tutulduğunu, ona hüquq və vəzifələrinin izah edildikdən sonra onun istəyi ilə dövlət hesabına müdafiəçi ilə təmin olunduğunu, bundan sonra, üzərinə şəxsi-axtarış keçiriləcəyinin bildirildiyini və bu barədə o, vəkili ilə birlikdə qərarla tanış olduqlarını demişdir. Şəxsi axtarışın keçirilməsinə etirazının olmadığını və bundan sonra polis əməkdaşlarının, müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarışın başlanıldığını demişdir. Təhqiqatçı tərəfindən şəxsi-axtarış başlanılmazdan əvvəl üzərində qeyri-qanuni maddə olub-olmamasını sorğu edildiyini və belə bir əşya varsa onu könüllü olaraq təqdim etməsinin təklif edildiyini demişdir. O, könüllü olaraq əynindəki göy rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd bükümdəki psixotrop maddə metamfetamini və əynindəki qara rəngli gödəkçəsinin sol cibindən “Samsung” markalı mobil telefonunu təqdim etdiyini demişdir. Daha sonra polis əməkdaşları tərəfindən onun təqdim etdiyi bükülünün qablaşdırılaraq götürüldüyünü bildirmişdir. O, narkotik istifadəçisi olduğunu, satışı ilə məşğul olmadığını, üzərindən aşkar edilmiş psixotrop maddə 01 ədəd büküm halında olduğunu demişdir. Üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamini özünün istifadəsi üçün əldə etdiyini, heç vaxt narkotik vasitə və yaxud psixotrop maddənin satışı ilə məşğul olmadığını bildirmişdir. O, səmimi olaraq hər şeyi etiraf etdiyini, etdiyi əmələ görə peşman olduğunu demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 16-cı PŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 14 mart 2025-ci il tarixdə saat 00- 15 radələrində polis şöbəsində Təqsirləndirilən şəxs saxlanılaraq təhvil verilmiş və bundan sonra təhqiqatçı tərəfindən onun üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı qərar qəbul edilmişdir. Bizim və PŞ-nin CA-üzrə digər əməliyyat müvəkkillərinin də həmin şəxsi-axtarış keçirilməsində iştirak üçün dəvət olunmuşlar. Elməddini saxlayan polis əməkdaşlarının, CA-üzrə əməliyyat müvəkkillərinin, vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanılmış, ona hüquq və vəzifələri izah edildikdən sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya maddə varsa könüllü təqdim etməsi təklif olunduğunu bildirmişdir. Təqsirləndirilən şəxs əynindəki açıq göyrəngli idman şalvarın sağ yan cibindən içərisində spesifik qoxuya malik, ağ rəngli, kristal şəkilli maddə olan ağ kağızı bükülmüş 01 ədəd bükümü və əvnidəki qara rəngli gödəkcəsinin sol cibindən bir ədəd "Samsung“ markalı mobil telefonu könüllü olaraq təqdim etdiyini, sonra onun təqdim etdiyi 01 ədəd bükümün içərisindəki maddənin narkotik vasitə olan “şüşə” adı ilə tanınan metamfetamin olduğunu, həmin vasitəni 13 mart 2025-ci il tarixdə “Papanin” adlanan ərazidə üzdən tanıdığı, lakin adını xatırlamadığı şəxsdən aldığını bildirmişdir. Aşkar edilmiş psixotrop maddə metamfetamin qablaşdırılaraq möhürlənmiş və tərəfimizdən imzalanmışdır. Təqsirləndirilən şəxs polis şöbəsinə gətrildikdə və onun üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı zor, təziq, psixoloji hədə göstərilmədiyini demişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Elməddinin üzərindən tam olaraq bir bükümdə psixotrop maddə metamfetamin olması aşkar edilmişdir. Özal adlı əməkdaş onlarda növbətçi hissədə çalışır. O, Elməddinin saxlanılmasında iştirak etməmişdir. Yalnız onun üzərinə şəxsi axtarış keçirilən zaman orada olmuşdur. Çəkiliş zamanı Özal adlı şəxsin adı qeyd edilməmişdir. Elməddin metamfetamini Papanin adlanan ərazidən aldığını bildirmişdir. Elməddinin MSY-də 7 gün saxlanılması mümkünsüzdür. Belə ki, MSY-yə hər gün rəhbərlik tərəfindən nəzarət edilir. Elməddin MSY-də cəmi bir gün saxlanılıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-in ƏÇPA-nın polis nəfəri Şahid5 ifadəsində göstərmişdir ki, DİN-nin X18 Alayının 1-ci Patrul bölüyündə polis nəfəri vəzifəsində xidmət edir. O, 04 fevral 2025-ci il tarixdə saat 05-00 radələrində Nərimanov rayonu üzrə inzibati ərazidə polis nəfəri X1 ilə birlikdə xidmət aparan zaman Nərimanov rayonu Azadlıq prospektində yerləşən 47 saylı orta məktəbin qarşısında əvvəllər tanımadığı bir nəfər şəxsin qaranlıqda dayanması diqqətlərini cəlb etdiyini və ona yaxınlaşaraq özlərini təqdim etdiklərini və ondan burada nə etdiyini soruşduqlarını, həmin şəxs verilən suallara qeyri adekvat cavab verərək onlardan yayınmağa çalışdığını və onun bu hərəkətləri onlarda müəyyən şübhələrin oyatdığını bildirmişdir. Bundan sonra onlar həmin şəxsə yaxınlaşdıqlarını və özlərini ona təqdim etdiklərini bildirmişdir. Həmin şəxs özünü təqdim ona birlikdə polis şöbəsinə getməsini təklif etdiklərini, o, təklifə etiraz etmədikdə onunla birlikdə 16-cı polis şöbəsinə gəldiklərini demişdir. Onun Təqsirləndirilən şəxs olması müəyyən edildikdən sonra onunla bağlı müvafiq araşdırmanın aparılmasında ötrü şöbənin rəhbərliyinə raportla məruzə edildiyini demişdir. Bundan sonra həmin şəxslə bağlı araşdlrmamn PŞ-nin təhqiqatçısı X9 həvalə edildiyini, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçi ilə təmin onunduğunu, ona hüquq və vəzifələrinin izah edildiyini bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən onun üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı qərar qəbul edildiyini, onların və PŞ-nin əməliyyat müvəkkilinin də həmin şəxsi-axtarışın keçirilməsində iştirak üçün dəvət olunduqlarını, onların və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanıldığını, ona hüquq və vəzifələrinin izah edildikdən sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya maddə varsa könüllü təqdim etməsinin təklif olunduğunu, Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcəsinin sağ yan cibindən içərisində şəffaf rəngli sellofana bükülmüş olan 01 ədəd, kristalşəkilli patı adı ilə tanınan metamfelamini və 01 ədəd şəffaf rəngli sellofana bükülmüş qəhvəyi rəngli, toz şəkilli kakos adı ilə tanınan heroini və istifadə etdiyi bir ədəd “Samsung” markalı mobil telefonu könüllü olaraq təqdim etdiyini demişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bükiimlərdəki maddələri tanımadığı şəxsdən 50 manat pul qarşılığında özünün istifadəsi üçün aldığını bildirdiyini demişdir. Bundan sonra aşkar edilib götürülmüş maddə qablaşdırılaraq möhürlənmiş və protokolun təhqiqatçı tərəfindən ucadan oxunduğunu və protokolun doğruluğunu iştirakçılar tərəfindən imzalandığını bildirmişdir. Təqsirləndirilən şəxs polis şöbəsinə gətrildikdə və onun üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı zor, təziq, psixoloji hədə göstərilmədiyini demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 16-cı PŞ-nin əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərmişdir ki, Nərimanov RPİ-nin 16-cı PŞ-də CA-üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. O, 14 mart 2025-ci il tarixdə 16-cı PŞ-də xidmətdə olarkən ƏÇPA-nın iki polis nəfərinin saat 01 bir nəfər əvvəllər tanımadığı sonradan şəxsiyyəti müəyyən edildiyi Təqsirləndirilən şəxs polis şöbəsinə gətirildiyini, həmin şəxslə bağlı araşdlrma PŞ-nin təhqiqatçısı Elvin Cəfərova həvalə edildiyini, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçi ilə təmin oııunduğunu, ona hüquq və vəzifələrinin izah edildiyini bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən onun üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı qərar qəbul edildiyini, onların və PŞ-nin CA-üzrə əməliyyat müvəkkillərinin də həmin şəxsiaxtarış keçirilməsində iştirak üçün dəvət olunduqlarını demişdir. O, ƏÇPA-nın polis nəfərlərinin, vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi - axtarışa başlanıldığını, ona hüquq və vəzifələri izah edildikdən sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya maddə varsa könüllü təqdim etməsi təklif olunduğunu bildirmişdir. Təqsirləndirilən şəxs əynindəki açıq göy- rəngli idman şalvarın sağ yan cibindən içərisində spesifik qoxuya malik, ağ rəngli, kristal şəkilli maddə olan ağ kağızı bükülmüş 01 ədəd bükümü və əynidəki qara rəngli gödəkcəsinin sol cibindən bir ədəd “Samsung” markalı mobil telefonu könüllü olaraq təqdim etdiyini, sonra onun təqdim etdiyi 01 ədəd bükümün içərisindəki maddənin narkotik vasitə olan “şüşə” adı ilə tanınan metamfetamin olduğunu, həmin vasitəni 13 mart 2025-ci il tarixdə “Papanin” adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 20 manata aldığını, əynindəki idman şalvarının sağ yan cibinə qoyaraq, öz istifadəsi üçün saxladığını, 14 mart 2025-ci il tarixdə Nərimanov rayonu Salamadi döngəsində olarkən polis əməkdaşları tərəfindən saxlanıldığını bildirdiyini demişdir. Bundan sonra aşkar edilib götürülmüş maddə iştirakçıların iştirakı ilə qablaşdırılaraq möhürləndiyini və protokol təhqiqatçı tərəfindən ucadan oxunduğunu və protokolun doğruluğu iştirakçılar tərəfindən imzalandığını demişdir. Təqsirləndirilən şəxs polis şöbəsinə gətrildikdə və onun üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı zor. təziq, psixoloji hədə göstərilmədiyini demişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Elməddin üzərindən aşkar olunan psixotrop maddə metamfetamini könüllü olaraq təqdim etmişdir. Elməddin ÇPA-nın əməkdaşları saxlayaraq Polis Şöbəsinə gətiriblər. Onların işlədiyi şöbədə Özal adlı əməkdaş yoxdur. Bildirmişdir ki, Özal adlı polis növbətçi hissədə işləyir və kKeçirilmiş əməliyyat tədbirlərinə həmin əməkdaş çıxa bilməz. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-nin X18 Alayının 1-ci Patrul bölüyündə polis nəfəri Şahid3 ifadəsində göstərmişdir ki, o, DİN-nin X18 Alayının 1-ci Patrul bölüyündə polis nəfəri vəzifəsində xidmət edir. O, 14 mart 2025-ci il tarixdə saat 00- 15 radələrində avtopatrul maşını ilə Nərimanov rayonu üzrə inzibati ərazidə polis nəfəri Şahid2 ilə birlikdə xidmət aparan zaman Salamadi döngəsində bir nəfər əvvəllər tanımadığı şəxsin küçənin qaranlıq hissəsində dayanması diqqətlərini cəlb etdiyini və həmin şəxs onları gördükdə oradan həyacanlı şəkildə uzaqlaşmağa çalışdığını və onun bu hərəkətləri onlarda şübhələr yaratdığını demişdir. Bundan sonra onlar həmin şəxsə yaxınlaşdıqlarını və özlərini ona təqdim etdiklərini demişdir. Həmin şəxs özünü təqdim etməkdən yayınaraq suallara qeyr- səmimi cavablar verdiyini və eynizamaııda onlardan yayınmağa çalışdığını, üzərində heç bir şəxiyyətini təsdiq edən sənədin olmadığını bildirdiyini demişdir. Həmin şəxsin psixotrik maddənin təsiri altında olmasından şübhələndiklərini və ona birlikdə polis şöbəsinə getməsini təklif edildiyini, o, təklifə etiraz etmədiyini və onunla birlikdə 16-cı polis şöbəsinə gəldiklərini demişdir. Onun Təqsirləndirilən şəxs olması müəyyən edildikdən sonra onunla bağlı müvafiq araşdırmanın aparılmasında ötrü şöbənin rəhbərliyinə raportla məruzə edildiyini demişdir. Bundan sonra həmin şəxslə bağlı araşdlrma PŞ-nin təhqiqatçısı Elvin Cəfərova həvalə edildiyini, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçi ilə təmin onunduğunu, ona hüquq və vəzifələrinin izah edilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən onun üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı qərar qəbul edildiyini, onların və PŞ-nin CA üzrə əməliyyat müvəkkillərinin də həmin şəxsi-axtarış keçirilməsində iştirak üçün dəvət olunduqlarını demişdir. Onlar CA-üzrə əməliyyat müvəkkillərinin, vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi - axtarışa başlanıldığını, ona hüquq və vəzifələri izah edildikdən sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya maddə varsa könüllü təqdim etməsi təklif olunduğunu bildirmişdir. Təqsirləndirilən şəxs əynindəki açıq göy rəngli idman şalvarın sağ yan cibindən içərisində spesifik qoxuya malik, ağ rəngli, kristal şəkilli maddə olan ağ kağızı bükülmüş 01 ədəd bükümü və əvnidəki qara rəngli gödəkcəsinin sol cibindən bir ədəd “Samsung” markalı mobil telefonu könüllü olaraq təqdim etdiyini, sonra onun təqdim etdiyi 01 ədəd bükümün içərisindəki maddənin narkotik vasitə olan “şüşə” adı ilə tanınan metamfetamin olduğunu, həmin vasitəni 13 mart 2025-ci il tarixdə “Papanin” adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 20 manata aldığını, əynindəki idman şalvarının sağ yan cibinə qoyaraq, öz istifadəsi üçün saxladığını, 14 mart 2025-ci il tarixdə Nərimanov rayonu Salamadi döngəsində olarkən polis əməkdaşları tərəfindən saxlanıldığını bildirdiyini demişdir. Bundan sonra aşkar edilib götürülmüş maddə iştirakçıların iştirakı ilə qablaşdırılaraq möhürləndiyini və protokol təhqiqatçı tərəfindən ucadan oxunduğunu və protokolun doğruluğu iştirakçılar tərəfindən imzalandığını demişdir. Təqsirləndirilən şəxs saxlanılarkən polis şöbəsinə gətrildikdə və onun üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı zor, təziq, psixoloji hədə göstərilmədiyini bildirmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, Rüfətlə birgə inzibati ərazidə xidmətdə olan zaman Elməddinin hərəkətləri onları şübhələndirmişdir. Elməddin qaranlıq yerdə tam hərəkətsiz dayanmışdır. Elməddinin üzərinə axtarış keçirilən zaman psixotrop maddə metafmetamin aşkar edilmişdir. Elməddinin hərəkətləri onu sərxoş halda olan şəxsə bənzətmişdir. Özal adlı şəxsin növbətçi hissənin əməkdaşı olduğunu, həmin şəxsin əməliyyatda iştirak etmədiyini, Elməddini Rüfətlə birgə polis şöbəsinə təhvil verdiklərini qeyd etmiş, sonuncuya qarşı hər hansı hədə-qorxu, təyziq, işgəncə göstərilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-nin X18 Alayının 1-ci Patrul bölüyündə polis nəfəri Şahid2 ifadəsində göstərmişdir ki, o, DİN-nin X18 Alayının 1-ci Patrul bölüyündə polis nəfəri vəzifəsində xidmət edir. O, 14 mart 2025-ci il tarixdə saat 00- 15 radəlorində avtopatrul maşını ilə Nərimanov rayonu üzrə inzibati ərazidə polis nəfəri Şahid3 ilə birlikdə xidmət aparan zaman Salamadi döngəsində bir nəfər əvvəllər tanımadığı şəxsin küçənin qaranlıq hissəsində dayanması diqqətlərini cəlb etdiyini və həmin şəxs onları gördükdə oradan həyəcanlı şəkildə uzaqlaşmağa çalışdığını və onun bu hərəkətləri onlarda şübhələr yaratdığını demişdir. Bundan sonra onlar həmin şəxsə yaxınlaşdıqlarını və Özlərini ona təqdim etdiklərini demişdir. Həmin şəxs özünü təqdim etməkdən yayınaraq suallara qeyri-səmimi cavablar verdiyini və eynizamanda onlardan yayınmağa çalışdığını, üzərində heç bir şəxiyyətini təsdiq edən sənədin olmadığını bildirdiyini demişdir. Həmin şəxsin psixotrop maddənin təsiri altında olmasından şübhələndiklərini və ona birlikdə polis şöbəsinə getməsini təklif edildiyini, o, təklifə etiraz etmədiyini və onunla birlikdə 16-cı polis şöbəsinə gəldiklərini demişdir. Onun Təqsirləndirilən şəxs olması müəyyən edildikdən sonra onunla bağlı müvafiq araşdırmanın aparılmasında ötrü şöbənin rəhbərliyinə raportla məruzə edildiyini demişdir. Bundan sonra həmin şəxslə bağlı araşdlrma PŞ-nin təhqiqatçısı Elvin Cəfərova həvalə edildiyini, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçi ilə təmin oııunduğunu, ona hüquq və vəzifələrinin izah edildiyini bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən onun üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı qərar qəbul edildiyini, onların və PŞ-nin CA-üzrə əməliyyat müvəkkillərinin də həmin şəxsiaxtarış keçirilməsində iştirak üçün dəvət olunduqlarını demişdir. Onlar CA-üzrə əməliyyat müvəkkillərinin, vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi - axtarışa başlanıldığını, ona hüquq və vəzifələri izah edildikdən sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya maddə varsa könüllü təqdim etməsi təklif olunduğunu bildirmişdir. Təqsirləndirilən şəxs əynindəki açıq göyrəngli idman şalvarın sağ yan cibindən içərisində spesifik qoxuya malik, ağ rəngli, kristal şəkilli maddə olan ağ kağızı bükülmüş 01 ədəd bükümü və əvnidəki qara rəngli gödəkcəsinin sol cibindən bir ədəd “Samsung” markalı mobil telefonu könüllü olaraq təqdim etdiyini, sonra onun təqdim etdiyi 01 ədəd bükümün içərisindəki maddənin narkotik vasitə olan “şüşə” adı ilə tanınan metamfetamin olduğunu, həmin vasitəni 13 mart 2025-ci il tarixdə “Papanin” adlanan ərazidə üzdən tanıdığı, lakin adını xatırlamadığı şəxsdən 20 manata aldığını, əynindəki idman şalvarının sağ yan cibinə qoyaraq öz istifadəsi üçün saxladığını, xx.xx.2025-ci il tarixdə Nərimanov rayonu, Salamadi döngəsində olarkən polis əməkdaşlar» tərəfindən saxlanıldığını bildirdiyini demişdir. Bundan sonra aşkar edilib götürülmüş maddə iştirakçıların iştirakı ilə qablaşdırılaraq möhürləndiyini və protokol təhqiqatçı tərəfindən ucadan oxunduğunu və protokolun doğruluğu iştirakçılar tərəfindən imzalandığını demişdir. Təqsirləndirilən şəxs saxlanılarkən polis şöbəsinə gətirildikdə və onun üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı zor, təziq, psixoloji hədə göstərilmədiyini bildirmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Elməddin avtomobillərin arasında qaranlıqda tək olmuş, onu saxlayan zaman Elməddin müqavimət göstərməsə də, yayınmağa çalışmışdır. ƏÇPA-da Özal adlı əməkdaş yoxdur. Elməddini Elnurla o birgə saxlamışlar və sonuncuya qarşı hər hansı zorakılıq, hədə-qorxu və təyziq edilməmişdir. Məhkəmə iclasında məhkəmənin təşəbbüsü ilə şahid qismində dindirilmiş X11 verdiyi ifadəsində göstərmişdir ki, o, Nərimanov RPİ-nin 16-cı PŞ-nin məsul növbətçisi işləyir və hazırkı iş üzrə təqsirləndirilən şəxsi tanımır, əvvəllər də görməmişdir. Elməddinin saxlanılması ilə bağlı əməliyyatlarda iştirak etməmişdir. Bu xüsusat Təqsirləndirilən şəxs tərəfindən təsdiqlənmişdir və o, sədrlik edən tərəfindən verilmiş suala cavab olaraq bildirmişdir ki, şahid qismində ifadə verən X7 tanımır və onu saxlayaraq təsir edən şəxs deyildir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid6 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, sonuncunun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Nərimanov RPİ-nin 16-cı PŞ-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. O, 04 fevral 2025-ci il tarixdə mən 16-cı PŞ-də xidmətdə olarkən DİN-nin ƏÇPA-nın polis nəfərləri əvvəllər tanımadığı bir nəfər şəxsi polis şöbəsinə gətirdiklərini, onun Təqsirləndirilən şəxs olması müəyyən edildikdən sonra onunla bağlı müvafiq araşdırmanın aparılmasında ötrü şöbənin rəhbərliyinə raportla məruzə edildiyini, bundan sonra həmin şəxslə bağlı araşdlrmanın PŞ-nin tədqiqatçısı X9 həvalə edildiyini bildirmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçi ilə təmin olunduğunu, ona hüquq və vəzifələrinin izah edildiyini, bundan sonra təhqiqatçı tərəfindən onun üzərinə şəxsi-axtarış keçirilməsi ilə bağlı qərar qəbul edildiyini, o, polis nəfərləri və onun mqdafiəçisinin şəxsi-axtarış keçirilməsində iştirak üçün dəvət olunduqlarını bildirmişdir. Onun, polis nəfərlərinin və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi - axtarışa başlanıldığını, ona hüquq və vəzifələrinin izah edildikdən sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya maddə varsa könüllü təqdim etməsinin təklif olunduğunu, Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcəsinin sağ yan cibindən içərisində şəffaf rəngli sellofana bükülmüş olan 01 ədəd, krislalşəkilli patı adı ilə tanınan metamfetamini və 01 ədəd şəffaf rəngli sellofana bükülmüş qəhvəyi rəngli, toz şəkilli kakos adı ilə tanınan heroini və istifadə etdiyi bir ədəd “Samsung” markalı mobil telefonu könüllü olaraq təqdim etdiyini demişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bükümlərdəki maddələri tanımadığı şəxsdən 50 manat pul qarşılığında özünün istifadəsi üçün aldığını bildirdiyini, bundan sonra aşkar edilib götürülmüş maddə iştirakçıların iştirakı ilə qablaşdırılaraq möhürləndiyini və protokolun təhqiqatçı tərəfindən ucadan oxunduğunu və protokolun doğruluğu iştirakçılar tərəfindən imzalandığını bildirmişdir. Təqsirləndirilən şəxs polis şöbəsinə gətrildikdə və onun üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı zor, təziq, psixoloji hədə göstərilmədiyini demişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 14 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. “Şübhəli şəxsin üzərinə şəxsi axtarış və götürmə aparılması haqqında” 14 mart 2025-ci il tarixli protokoldan və DVD diskə baxış zamanı görünür ki, xx.xx.2025-ci il tarixdə saat 00:15 radələrində ƏÇPA-nın 1-ci PB-nin əməkdaşları tərəfindən Nərimanov rayonu, Salamadi döngəsində Təqsirləndirilən şəxs saxlanılaraq saat 00:30 radələrində şübhəli şəxs qismində 16-cı PŞ-yə gətirilmişdir. Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli idman şalvarının sağ yan cibindən içərisindən spesifik qoxuya malik, ağ rəngli, kristal şəkilli maddə olan ağ kağıza bükülmüş 01 ədəd bükümü təqdim etmişdir. Sorğu zamanı bükülünün içərisindəki maddənin metamfetamin olduğunu bildirmiş və ondan aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamini şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən Papanin adlanan ərazidən 20 manata şəxsi istifadəsi üçün aldığını qeyd etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə keçirilən baxış zamanı əlavə heç bir əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamin zərfə qoyularaq möhürlənir və iştirakçılar tərəfindən imzalanır. Məhkəmə kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16/16/2-6/1099/2025 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №218” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,167 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Aparılmış tədqiqatın dəyəri 114 manat təşkil edir. “Baxış aparılması haqqında” 14 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edilir. Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli idman şalvarının sağ yan cibindən içərisindən spesifik qoxuya malik, ağ rəngli, kristal şəkilli maddə olan ağ kağıza bükülmüş 01 ədəd bükümü təqdim etmişdir. Sorğu zamanı bükülünün içərisindəki maddənin metamfetamin olduğunu bildirmiş və ondan aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamini şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən Papanin adlanan ərazidən 20 manata şəxsi istifadəsi üçün aldığını qeyd etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə keçirilən baxış zamanı əlavə heç bir əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamin zərfə qoyularaq möhürlənir və iştirakçılar tərəfindən imzalanır. 15 mart 2025-ci il tarixli “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi barədə” və “qətimkan tədbiri seçilməsi barədə” qərarlardan görünür ki, Nərimanov rayon prokuroru, ədliyyə müşaviri Hidayət Nurəlibəyov tərəfindən təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə qərar qəbul edilmiş və həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X17 Şəxsinin xx.xx.2025-ci il tarixli, 1639 nömrəli ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyində qeyd edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Respublika Narkoloji Mərkəzində “F19.2” diaqnozu ilə dispanser qeydiyyatdadır. Azərbaycan Respublikası DİN “Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin” xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2007-ci il tarixli, A-0612/2007 nömrəli hökmü ilə CM-in 221.3, 120.2.2, 29,120.2.2 və 29, 120.2.10-cu maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-in 66.3-cu maddəsinə əsasən qəti olaraq 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cazaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 09 noyabr 2006-cı il tarixdən hesablanmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə CM-in 317- 2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-in 67.1-ci maddəsinə əsasən qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ile CM-in 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-in 67.1-ci maddəsinə əsasən qəti olaraq 7 (yeddi) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdır. Bundan başqa, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə CM-də dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının xx.xx.2020-ci il tarixli Qanununa əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə təyin edilmiş 7 (yeddi) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası 7 (yeddi) ilə endirilmişdir. Bundan başqa, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə X5 barəsində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərar dəyişdirilərək ona təyin edilmiş 7 (yeddi) il müddətə azadlıqdan məhrum etme cəzası 6 (altı) il 11 (on bir) ay 10 (on) günə endirilmiş və Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 04 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. “Şübhəli şəxsin üzərinə şəxsi axtarış və götürmə aparılması haqqında” 04 fevral 2025-ci il tarixli protokoldan və DVD diskdən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 05:00 radələrində ƏÇPA-nın əməkdaşları tərəfindən ünvan 9 ünvanda Təqsirləndirilən şəxs saxlanılaraq saat 05:15 radələrində şübhəli şəxs qismində 16-cı PŞ-yə gətirilmişdir. Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibinə əlini salaraq ağ kağız bükümü çıxartmışdır. Sorğu zamanı bükülünün içərisindəki maddənin metamfetamin olduğunu bildirmiş və ondan aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamini şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən Papanin adlanan ərazidən 50 manata şəxsi istifadəsi üçün aldığını qeyd etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə keçirilən baxış zamanı əlavə heç bir əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamin zərfə qoyularaq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16/16/2-6/486/2025 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №218” möhür əksi, “..Şübhəli şəxs...Təqsirləndirilən şəxs..2 və s. adlar, soyadlar imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,165 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 01 ədəd bükümdə təmiz çəkisi 0,216 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Aparılmış tədqiqatın dəyəri 110 manat təşkil edir. 05 fevral 2025-ci il tarixli “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi barədə” və “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi haqqında” qərarlardan görünür ki, Nərimanov rayon prokuroru, ədliyyə müşaviri Hidayət Nurəlibəyov tərəfindən təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə qərar qəbul edilmiş və həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. “Baxış aparılması haqqında” 20 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edilir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibinə əlini salaraq ağ kağız bükümü çıxardır. Sorğu zamanı bükülünün içərisindəki maddənin metamfetamin olduğunu bildirir və ondan aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamini şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən Papanin adlanan ərazidən 50 manata şəxsi istifadəsi üçün aldığını qeyd edir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə keçirilən baxış zamanı əlavə heç bir əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamin zərfə qoyularaq möhürlənir və iştirakçılar tərəfindən imzalanır. “Sübutların qiymətləndirilməsi haqqında” 20 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə zamanı aşkar edilərək götürülmüş təmiz çəkisi 0,167 qram və 0,216 qram psixotrop maddə metamfetamin, təmiz çəkisi 0,165 qram narkotik vasitə heroin iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,117 qram, 0,216 qram çəkidə psixotrop maddə metamfetamin və 0,115 qram çəkidə narkotik vasitə heroin saxlanılması üçün Nərimanov RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Şəxsi axtarış tədbirlərinin görüntülərini əks etdirən 02 ədəd DVD formatlı disk maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(001)-247/2025 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu 02 gün cəzasından çıxılaraq üzərində qəti olaraq 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı şəhər Nərimanov rayon Polis İdarəsindən daxi olmuş 18 avqust 2025-ci il tarixli qərardan görünür ki, Nərimanov RPŞ 16-cı polis şöbəsində məsul növbətçi vəzifəsində polis kapitanı X11 adlı əməkdaş xidmət edir. Həmin məktuba əlavə edilmiş MSY-də saxlanılan şəxslərin uçotu kitabından edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 121 sıra nömrsi ilə xx.xx.2025-ci il tarixdə MSY-ə qəbul edilmiş, xx.xx.2025-ci il tarixdə azad edilmişdir. Nərimanov RPİ-dən daxil olmuş 13 sentyabr 2025-ci il tarixli məktubdan görünür ki, Nərimanov RPİ-də müki inspektor vəzifəsində (keçmiş adı polisə ictimai dəstək) Özal, Özcan, Özcal adlarında əməkdaş işləmir. Təqsirləndirilən şəxsin müdafiəsi üçün gətirdiyi dəlillər: Təqsirləndirilən şəxs məhkəmə baxışında ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək, ikinci epizod üzrə üzərindən aşkar edilmiş psixotrop maddə hesab edilən metamfetaminin ona məxsus olmadığını, həmin maddənin polis əməkdaşları tərəfindən ona təqdim edildiyini, polis əməkdaşları tərəfindən qanunsuz olaraq evindən aparılaraq uzun müddətli MSY-də saxlanıldığını və sonda həmin maddənin özünə məxsus olduğunu etiraf etməyə məcbur olduğunu qeyd etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi: Maddə 8.1 (Ədalət prinsipi): Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Maddə 18.1 (Cinayətlərin residivi): Maddə 18.1 (Cinayətlərin residivi): Şəxs qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunduqdan sonra yenidən qəsdən cinayət törədərsə, bu, məhkəmə tərəfindən cinayətlərin residivi hesab edilir. Maddə 41.1, 41.2 (Cəza anlayışı və məqsədləri): Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddə 56.1.3 (Azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisələrinin növləri): Cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə onun cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Maddə 58.3 (Cəza təyin etmənin ümumi əsasları): Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Maddə 65.1 və 65.2 Residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Maddə 66.5 Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Maddə 69.3 (Həbsdə saxlama müddətinin cəza müddətinə hesablanması): Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Maddə 83.1, 83.3.3 və 83.3.4-cü maddələrinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş sayılır. Maddə 234.1: Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi: Maddə 24 (Təqsirsizlik prezumpsiyası): Cinayətin törədilməsində təqsiri bu Məcəllə ilə müəyyən edilmiş qaydada sübuta yetirilməyən və barəsində qanuni qüvvəyə minmiş məhkəmənin ittiham hökmü olmayan hər bir şəxs təqsirsiz hesab edilir. Maddə 25 (Sübutetmə vəzifəsi): İttihamın sübuta yetirilməsi vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir. Maddə 125 (Sübutların mümkünlüyü): Bu Məcəllənin tələblərinə riayət etməklə əldə edilmiş faktiki məlumatlar sübut kimi qəbul edilə bilər. Bu Məcəllənin tələbləri pozulmaqla əldə edilmiş sübutların hüquqi qüvvəsi yoxdur, onlar ittihamın əsasını təşkil edə bilməz, habelə cinayət təqibi üzrə qərar qəbul edilərkən nəzərə alına bilməz. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Maddə 143 (Sübutların toplanması): Sübutlar sorğu, üzləşdirmə, istintaq eksperimenti, şəxsi axtarış, əşyaların və sənədlərin götürülməsi, ekspertiza təyin edilməsi və s. bu Məcəllədə nəzərdə tutulmuş digər prosessual hərəkətlər vasitəsilə toplanır. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu: Metamfetaminin 0,15 qramdan artıq miqdarı xeyli miqdar hesab olunur. Heroinin 0,15 qramdan artıq miqdarı xeyli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. "Cəzaçəkmə müəssisələrində cəza çəkən narkoloji xəstə məhkumların məcburi müalicəsinin aparılması Qaydaları" (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 yanvar 2016-cı il tarixli, 17 nömrəli Qərarı ilə təsdiq edilmişdir): Maddə 6.1: Məhkumun cəza çəkdiyi müddətdə onun üzərində aparılmış tibbi xarakterli məcburi tədbirlər barədə məlumat məhkum cəzaçəkmə müəssisəsindən azad edilməmişdən əvvəl müəssisənin müdiriyyəti tərəfindən məhkumun yaşayış yeri üzrə narkoloji tibb xidməti göstərən müəssisəyə göndərilir. Maddə 6.2: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 yanvar tarixli 20 nömrəli qərarı ilə təsdiq edilmiş “İxtisaslaşdırılmış tibb müəssisələrində məcburi müalicənin Şərtləri və Qaydaları”na uyğun olaraq cəzaçəkmə müəssisəsindən azad edilmiş, lakin müalicəsinin davam etdirilməsi zəruri olan şəxslər məcburi müalicəsini Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nəzdində ixtisaslaşdırılmış tibb müəssisələrində davam etdirirlər. Avropa Məhkəməsinin presedent hüququ: Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) öz presedentlərində dəfələrlə qeyd etmişdir ki, sübutların qəbul edilməsi və qiymətləndirilməsi ilk növbədə milli məhkəmələrin səlahiyyətindədir (Schenk İsveçrəyə qarşı, 24 noyabr 1988-ci il, § 45-46). Konvensiyanın 6-cı maddəsi sübutların qəbul edilməsi qaydalarını müəyyən etmir, lakin məhkəmə araşdırmasının ümumilikdə ədalətli olmasını təmin edir. Polis əməkdaşlarının ifadələri, digər sübutlar kimi, milli qanunvericiliyə uyğun əldə edildiyi və müdafiə tərəfinə onlara etiraz etmək və onların etibarlılığını şübhə altına almaq üçün kifayət qədər imkan verildiyi təqdirdə, AİHM tərəfindən qəbul edilən sübut hesab oluna bilər. AİHM-in Edwards və X8rşı (27 oktyabr 2004-cü il, ərizə № 39647/98 və 40461/98, §§ 55-57) işi üzrə qərarında, narkotiklərlə bağlı işlərdə polis əməliyyatları və onların ifadələrinin rolu müzakirə olunarkən, əsas diqqət əməliyyatın və sonrakı məhkəmə prosesinin ümumi ədalətliliyinə yönəlmişdir. Əgər polis ifadələri digər sübutlarla (məsələn, maddi sübutlar, ekspert rəyləri, təqsirləndirilən şəxsin öz etirafları) dəstəklənirsə və müdafiə tərəfi bu ifadələri effektiv şəkildə sorğulaya bilibsə, onların sübut kimi nəzərə alınması Konvensiyanın 6-cı maddəsinin pozuntusu hesab edilmir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq, iş üzrə toplanmış və məhkəmə baxışı zamanı hərtərəfli, tam və obyektiv tədqiq edilmiş sübutları öz daxili inamı, qanun və vicdanını rəhbər tutaraq məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun bu əməlin törədilməsində təqsirliliyi tam və birmənalı şəkildə öz təsdiqini tapmışdır. Məhkəmə, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirliliyi məsələsini həll edərkən, ilk növbədə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsi və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndi ilə təsbit olunmuş təqsirsizlik prezumpsiyasının fundamental prinsipini rəhbər tutur. Həmin prinsipə və onu cinayət-prosessual qanunvericilikdə konkretləşdirən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsinin tələblərinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. CPM-nin 25-ci maddəsinə uyğun olaraq, ittihamın sübuta yetirilməsi vəzifəsi tam həcmdə ittiham tərəfinin üzərinə düşür və təqsirləndirilən şəxs öz təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Bununla yanaşı, məhkəmə sübutların qiymətləndirilməsini CPM-nin 125-ci və 145-ci maddələrinin imperativ tələblərinə uyğun olaraq həyata keçirir. Qanunun bu normalarına görə, yalnız qanunun tələblərinə riayət etməklə əldə edilmiş faktiki məlumatlar sübut kimi qəbul edilə bilər. Zorakılıq, hədə-qorxu, işgəncə və ya digər qeyri-insani rəftar yolu ilə, habelə cinayət prosesi iştirakçılarının hüquqlarını pozmaqla əldə edilmiş materialların hüquqi qüvvəsi yoxdur və onlar ittihamın əsasını təşkil edə bilməz. Məhkəmə öz yekun qərarını formalaşdırarkən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi baxımından, bütün sübutların məcmusunu isə ittihamın həlli üçün kifayət olması nöqteyinəzərindən qiymətləndirir. Bu prosesdə yaranan və aradan qaldırılması mümkün olmayan bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Məhkəmə hökmü haqqında” Ali Məhkəmə Plenum qərarının 32-ci bəndinə görə, hökmdə məhkəmənin əsaslandığı bütün məsələlər təhlil edilməli və bu zaman təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət qazandıran sübutlara qiymət verilməlidir. Bu səbəbdən məhkəmə vəzifəsinə uyğun sübutları təhlil edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilmişdir. O, 04 fevral 2025-ci il tarixli birinci epizod üzrə üzərindən narkotik vasitə və psixotrop maddə aşkar edilməsi faktını etiraf etsə də, 14 mart 2025-ci il tarixli ikinci epizod üzrə özünü təqsirli bilməmiş, bu epizodun polis şöbəsində olarkən "Özal" (Özcal) adlı şəxs tərəfindən sübutların saxtalaşdırılması yolu ilə qurulduğunu, yəni həmin psixotrop maddənin onun üzərinə qoyulduğunu bildirmişdir. O, həmçinin ikinci epizodla bağlı qanunsuz olaraq polis şöbəsində saxlanıldığını və bu səbəbdən Binəqədi Rayon Məhkəməsindəki digər cinayət işi üzrə məhkəmə iclasında iştirak edə bilmədiyini iddia etmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin birinci epizoda dair etirafedici ifadəsini nəzərə alır və bu ifadənin iş üzrə toplanmış digər sübutlarla uzlaşdığını qeyd edərək əlavə təhlilə zərurət görmür. İkinci epizodla bağlı irəli sürülmüş sübutların saxtalaşdırılması və qanunsuz saxlanılma iddialarına gəldikdə isə, məhkəmə bunları təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan müdafiə mövqeyi kimi qiymətləndirir və aşağıdakı əsaslara görə rədd edir: Təqsirləndirilən şəxsin üzərinə narkotik vasitə qoyulması iddiası, öz mahiyyətinə görə, cinayət prosesində sübutların saxtalaşdırılması iddiasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi öz presedentlərində (Cənnətov Azərbaycana qarşı, Məmmədov və digərləri Azərbaycana qarşı) müəyyən etmişdir ki, bu cür ciddi iddialar müvafiq dəlillərlə dəstəklənməlidir. Məhkəmə belə iddiaları qiymətləndirərkən “əsaslı şübhədən kənar” sübut standartını tətbiq etməli və iddianı təsdiq edən kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin mövcudluğunu yoxlamalıdır. Məhkəmə təqsirləndirilən şəxsin bu iddiasını heç bir obyektiv sübutla əsaslandıra bilmədiyini müəyyən edir. Təqsirləndirilən şəxs iddia etdiyi "Özal" adlı şəxsin kimliyini dəqiq müəyyən edə bilməmiş, məhkəməyə onunla əlaqə saxladığı iddia olunan telefon nömrəsini təqdim etməmiş, sadəcə ikinci epizod üzrə maddələrin onun üzərinə qoyulduğunu formal şəkildə şərh etmişdir. Əksinə, məhkəmənin təşəbbüsü ilə dindirilmiş şahid X7 tanımadığını özü təsdiq etmişdir. Nərimanov RPİ-dən daxil olmuş rəsmi məktublar da iddia edilən adda digər əməkdaşın olmamasını göstərir. Məhkəmə iclasında şahid qismində dindirilmiş bütün polis əməkdaşları da onun göstərdiklərini təkzib edərək, şöbədə Özal (Özcal) adlı şəxsin çalışmadığını, heç kimin Təqsirləndirilən şəxs üzərinə narkotik vasitə qoymadığını bildirmişdir. Bunun əksinə olaraq, ittiham tərəfinin təqdim etdiyi sübutlar, xüsusilə də 14 mart 2025-ci il tarixli şəxsi axtarışın videoçəkilişi təqsirləndirilən şəxsin psixotrop maddəni heç bir məcburiyyət olmadan, könüllü şəkildə özü təqdim etdiyini təkzibedilməz şəkildə nümayiş etdirir. Bu obyektiv sübut, hadisənin şahidi olmuş polis əməkdaşlarının ifadələri ilə birlikdə, sübutların saxtalaşdırılması iddiasını tamamilə rədd edir. Avropa Məhkəməsinin Edwards və X8rşı işində qeyd edildiyi kimi, polis ifadələri digər obyektiv sübutlarla (maddi sübutlar, ekspert rəyləri, videoçəkiliş) dəstəklənirsə və müdafiə tərəfinə bu ifadələri effektiv sorğulamaq imkanı verilirsə, onların sübut kimi nəzərə alınması ədalətli məhkəmə araşdırması prinsipini pozmur. Eyni zamanda, təqsirləndirilən şəxsin yeddi gün polis şöbəsində saxlanılması barədə iddiası da iş materiallarında olan sənədlərlə də tamamilə təkzib olunur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ibtidai istintaqa verdiyi və hər iki epizodu tam etiraf etdiyi ifadələrini təkzib etmiş, həmin ifadələrin polis əməkdaşlarının psixoloji təzyiqi və hədə-qorxusu altında alındığını iddia etmişdir. Məhkəmə, müdafiə tərəfinin bu iddiasını hərtərəfli araşdıraraq, onu sübutların mümkünlüyünə xələl gətirməyən və əsassız hesab edir. Belə ki, təqsirləndirilən şəxs özü dindirilməsi zamanı ona qarşı hər hansı fiziki zorakılıq və ya işgəncənin tətbiq edilmədiyini birmənalı şəkildə təsdiq etmişdir. Onun psixoloji təzyiqə dair iddiası isə ümumi xarakter daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarının 26-cı bəndinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna (Cənnətov Azərbaycana qarşı işi) əsasən, pis rəftara dair iddialar müvafiq dəlillərlə dəstəklənməlidir. Hazırkı işdə təqsirləndirilən şəxs öz iddiasını təsdiq edən heç bir sübut təqdim etməmişdir. Əksinə, ibtidai istintaq zamanı hər bir dindirmənin və digər istintaq hərəkətinin müdafiəçinin iştirakı ilə aparılması, onun ifadələrinin könüllü xarakter daşıdığını göstərən mühüm prosessual təminatdır. Bundan əlavə, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı iddia etdiyi qanunsuzluqlarla bağlı Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə və ya məhkəmə nəzarətini həyata keçirən orqana hər hansı şikayət verməməsi faktı da onun məhkəmədəki mövqeyinin sonradan formalaşdırılmış müdafiə taktikası olmasını güman etməyə əsas verir. Məhkəmə, Təqsirləndirilən şəxs ikinci epizod üzrə təqsirsizliyi, üzərinə narkotik vasitə qoyulması və qanunsuz saxlanılması barədə irəli sürdüyü müdafiə versiyasını rədd edərək, ona elan edilmiş ittihamın hər iki epizod üzrə tam, hərtərəfli və obyektiv şəkildə toplanmış, bir-birini tamamlayan və təkzibedilməz sübutlar məcmusu ilə sübuta yetirildiyi qənaətinə gəlir. Məhkəmə iclasında dindirilmiş Nərimanov RPİ 16-cı PŞ-nin əməliyyat müvəkkilləri hər iki epizod üzrə hadisənin hallarını ardıcıl, məntiqi və bir-birinə uyğun şəkildə təsvir etmişlər. Onların ifadələri təsdiq edir ki, hər iki halda Təqsirləndirilən şəxs şübhəli hərəkətlərinə görə yoxlama üçün polis şöbəsinə dəvət edilmişdir. Hər iki epizodda şəxsi axtarış müdafiəçinin iştirakı ilə, qanunun tələblərinə tam riayət olunmaqla aparılmış və təqsirləndirilən şəxs üzərindəki qanunsuz maddələri könüllü olaraq təqdim etmişdir. Şahidlərin heç birinin ifadəsində təqsirləndirilən şəxslə hər hansı şəxsi qərəzliyə yönələn hərəkətə işarə edən hal müəyyən edilməmişdir. Onların ifadələri xidməti fəaliyyətləri çərçivəsində verdikləri obyektiv məlumatlar kimi qiymətləndirilir. Hər iki epizoda dair tərtib edilmiş protokollar və onlara əlavə edilmiş videoçəkilişlər təqsirləndirilən şəxsin müdafiə mövqeyini tamamilə təkzib edən ən mühüm obyektiv sübutlardır. Həmin materiallar sübut edir ki, hər iki halda təqsirləndirilən şəxs narkotik və psixotrop maddələri öz əli ilə, könüllü şəkildə cibindən çıxararaq təqdim edir və istintaq hərəkəti zamanı ona qarşı heç bir fiziki və ya psixi təzyiq göstərilmir. O cümlədən, təqdim etdiyi maddələrin mənşəyi barədə ilkin izahatlar verir. Hər iki epizod üzrə götürülmüş maddələrin müvafiq olaraq narkotik vasitə (heroin) və psixotrop maddə (metamfetamin) olması və hər birinin miqdarının "xeyli miqdar" həddini aşması faktı ekspertiza qurumunun rəyləri ilə qəti şəkildə təsdiqlənir. Bu rəylərin elmi əsaslılığı və nəticələrinin düzgünlüyü şübhə doğurmur. Bütün bunlar bir daha sübut edir ki, təqsirləndirilən şəxsin müdafiə mövqeyi həqiqətə uyğun deyil və o, sadəcə məsuliyyətdən yayınmaq üçün bu versiyanı irəli sürmüşdür. Beləliklə, təqsirləndirilən şəxsin müdafiə üçün gətirdiyi dəlillər subyektiv mülahizələrdən ibarət olub, işin obyektiv materialları və məhkəmədə tədqiq olunmuş sübutlar məcmusu ilə təkzib edilir. Məhkəmə, məhkəmə istintaqı zamanı hərtərəfli, tam və obyektiv tədqiq edilmiş sübutlar məcmusunu, yəni təqsirləndirilən şəxsin ilkin etirafedici ifadəsini, şahid ifadələrini, şəxsi axtarış və götürmə protokollarını, həmin hərəkətləri əks etdirən videoçəkilişləri, məhkəmə-kimyəvi ekspertizalarının rəylərini və işin digər materiallarını qiymətləndirərək müəyyən edir ki, Təqsirləndirilən şəxs hər iki epizod üzrə təqsiri tam sübuta yetirilmişdir. Onun 04 fevral 2025-ci il və 14 mart 2025-ci il tarixlərində təkrarən, satış məqsədi olmadan, şəxsi istehlak üçün qanunla müəyyən edilmiş miqdardan artıq, yəni xeyli miqdarda narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş cinayət tərkibinin bütün zəruri obyektiv və subyektiv əlamətlərini tam əhatə edir. Bu səbəbdən, onun əməli həmin maddə ilə düzgün tövsif edilmişdir. Cəza təyini məsələləri: Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, cəza növünü və müddətini təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi prinsiplərini, xüsusilə də 8.1-ci (ədalət prinsipi), 41-ci (cəzanın anlayışı və məqsədləri) və 58.3-cü (cəza təyin etmənin ümumi əsasları) maddələrinin fundamental tələblərini, Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının və "Məhkəmə hökmü haqqında" 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının göstərişlərini rəhbər tutur. Bu kontekstdə, məhkəmə törədilmiş cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların mövcudluğunu, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə potensial təsirini hərtərəfli təhlil edir. Törədilmiş cinayət əməlinin xarakterinə gəldikdə, qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən əməl – satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə etmə, saxlama və daşıma cəmiyyətin sağlamlığı və mənəviyyatı üçün ciddi təhlükə yaradan əməllər sırasına daxil olmaqla obyekt olaraq ictimai təhlükəsizliyə qəsd dən cinayət əməlidir. Narkotik vasitələrin qanunsuz dövriyyəsi fərdlərin həyatını və sağlamlığını təhdid etməklə yanaşı, cinayətkarlığın artmasına və sosial problemlərin dərinləşməsinə də zəmin yaradır. Təqsirləndirilən şəxsin şəxsiyyəti araşdırılarkən müəyyən edilmişdir ki, o, Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.2.2, 29,120.2.1, 29,120.2.1 və 221.3-cü maddələri ilə təqsirli bilinərək 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək 08 il müddətinə, daha sonra Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək 07 il 01 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Lakin cəza çəkdiyi müddətdə islah olunmamış, məhkumluğu ödənilməmiş və ya götürülməmiş halda yenidən cinayət əməlləri törətmişdir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, şəxsin qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunduqdan və məhkumluğun ödənilmədiyi dövrdə yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Məhkumun əvvəlki məhkumluğu CM-nin 83-cü maddəsinin tələblərinə uyğun olaraq ödənilmədiyindən və götürülmədiyindən, onun əməlində Cinayət Məcəlləsinin 18.2.1-ci maddəsinə əsasən cinayətlərin sadə residivi mövcuddur. Bundan əlavə, təqsirləndirilən şəxsin bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayəti iki dəfə törədilməsi də nəzərə alındıqda, onun əməllərində təkrarlıq əlaməti də mövcuddur. Bu, onun cəmiyyət üçün yüksək təhlükə mənbəyi olduğunu və islahının yalnız cəmiyyətdən təcrid olunma şəraitində mümkünlüyünü göstərir. Eyni zamanda onun narkomaniya xəstəliyindən əziyyət çəkməsi və məcburi müalicəyə ehtiyacının olması da nəzərə alınır. Bu hal, bir tərəfdən onun cinayətə sürüklənməsinin mümkün səbəblərindən biri kimi nəzərə alınmalı, digər tərəfdən isə onun islahı üçün xüsusi yanaşma tələb edildiyini göstərir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmə Plenum qərarının 3-cü bəndində göstərilmişdir ki, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Buna müvafiq olaraq, məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, cinayətlərin residivini və cinayətlərin təkrar törədilməsini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar kimi qəbul edir. Məhkəmə, CM-nin 59-cu maddəsinə əsasən, təqsirləndirilən şəxsin əməllərində yüngülləşdirici hallar müəyyən etmir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutur. Yuxarıda göstərilən bütün halları – cinayətin xarakterini, təqsirkarın şəxsiyyətini, onun islah olunma ehtimalını, cəzanı yüngülləşdirən halların olmamasını və ağırlaşdıran halların mövcudluğunu məcmu halında qiymətləndirən məhkəmə, belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs islah olunması, habelə cəzanın sosial ədalətin bərpası və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədlərinə nail olmaq üçün ona CM-nin 234.1-ci maddəsinin sanksiyası çərçivəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi zəruridir və ədalətlidir. Ali Məhkəmə Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Qərarının 2-ci bəndinə və “Məhkəmə hökmü haqqında” Ali Məhkəmə Plenum qərarının 48-ci bəndinə əsasən, maddənin sanksiyası müxtəlif cəza növləri nəzərdə tutursa, məhkəmə daha ağır cəza növü (bu halda azadlıqdan məhrum etmə) təyin etdikdə qərarını əsaslandırmalıdır. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs islah olunması və onun tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (CM maddə 41.2) məqsədlərinə nail olmaq üçün ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi daha məqsədəuyğundur. Nəzərə alınmalıdır ki, təqsirləndirilən şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkməsi, onun cəmiyyətdən təcrid olunmadan, yalnız azadlığın məhdudlaşdırılması şəraitində islahının çətinliyini göstərir. Azadlıqdan məhrum etmə cəzası, bir tərəfdən, onu cinayətkar mühitdən təcrid edəcək, digər tərəfdən isə cəzaçəkmə müəssisəsi daxilində məcburi müalicə almaqla səhhətinin düzəlməsinə və narkotik asılılığından xilas olmasına imkan yaradacaqdır. Azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaların təyini hazırkı məqamda, törədilmiş əməlin faktiki təkrarlığı (ağırlaşdırıcı tövsifedici hallar olmadan), narkotik vasitənin növü və miqdarı, habelə təqsirləndirilən şəxsin şəxsiyyəti nəzərə alındıqda, onun islahı üçün kifayət qədər təsirli və çəkindirici vasitə hesab edilə bilməz. Belə bir cəza, həmçinin, cəmiyyətin narkotiklərin qanunsuz dövriyyəsinə qarşı barışmaz mövqeyini və bu cür əməllərin cəzasız qalmayacağı prinsipini tam əks etdirməzdi. Məhkəmə, təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının müddətini müəyyən edərkən, bir tərəfdən cəzanı yüngülləşdirən halları, digər tərəfdən isə ağırlaşdıran halları və təqsirləndirilən şəxsin narkotik asılılığının islah prosesinə potensial mənfi təsirini nəzərə alaraq, CM-nin 234.1-ci maddəsinin sanksiyası çərçivəsində ədalətli və mütənasib bir müddət təyin etməyi vacib bilir. Məhkəmə, CM-in 65.2-ci maddəsini rəhbər tutaraq, residivə görə cəza təyin edərkən, cəza müddətinin həmin maddə ilə nəzərdə tutulmuş cinayətə görə daha ciddi cəza növünün yuxarı həddinin (3 il) ən azı yarısını təşkil etməsini (yəni, 1 il 6 aydan az olmamasını) nəzərə alır. İş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə cinayət əməllərini Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü çıxarılmamışdan əvvəl törətmişdir. Bu səbəbdən, onun barəsində cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq təyin edilməlidir. Həmin normaya əsasən, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona cinayətlərin məcmusu qaydalarına uyğun cəza təyin edilir və birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Bundan əlavə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması müddəti 06 gün (Binəqədi Rayon Məhkəməsinin hökmü nəzərə alınmaqla) olaraq müəyyən edilməli, CM-in 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından 06 gün çıxılmalıdır. Cəzanın çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növü, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olduğu və onun əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi nəzərə alınaraq, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə uyğun olaraq ciddi rejimli müəyyən edilməlidir. Ali Məhkəmə Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Qərarının 21-ci bəndinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi müalicə tədbiri CM-nin 93.1.4-cü maddəsinə əsasən məhkəmənin ittiham hökmü ilə təyin edilir və belə şəxslərin müalicəsi cəzanın icra edilməsi ilə eyni zamanda həyata keçirilir. Həmçinin, Ali Məhkəmə Plenumunun "Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında" Qərarının 19-cu bəndində də anlaqlı vəziyyətdə olan, lakin narkomaniyadan əziyyət çəkən və məcburi müalicəyə ehtiyacı olan şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, məcburi müalicənin cəzanı icra edən müəssisə tərəfindən təmin edilməsi göstərilir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və təyin edilmiş məcburi müalicə onun cəza çəkəcəyi cəzaçəkmə müəssisəsində həyata keçirilməlidir. Bundan əlavə, narkoloji dispanserində qeydiyyata olması nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsində X3 saxlanılan maddi sübut psixotrop maddənin qalığı – 0,117 qram, 0,216 qram metamfetamin və 0,115 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının ümumi dəyəri 224 manat təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur və iş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X2 etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 60 iş saatına görə 660 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona həmin maddə ilə 01 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(101)-247/2025 saylı hökmü ilə təyin edilmiş 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə müəyyən edilmiş şübhəli şəxs qismində tutulduğu 02 gün, cəmi 06 gün müddət azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılsın (cəza müddətinə hesablansın) və üzərində qəti olaraq 01 il 11 ay 24 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 22 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və məcburi müalicə cəza çəkdiyi müddət ərzində cəzanı icra edən müəssisə tərəfindən icra edilsin. Təqsirləndirilən şəxs narkoloji dispanserində qeydiyyata olması nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nərimanov Rayon Polis İdarəsinin X3 saxlanılan psixotrop maddənin qalığı – 0,117 qram və 0,216 qram metamfetamin və 0,115 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübutlar - 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının ümumi dəyəri olan 224 (iki yüz iyirmi dörd) manat vəsait Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən, hazırkı cinayət işi üzrə xüsusi müsadirə edilməsi təklif edilən əmlak və mülki iddia olmaması nəzərə alınsın. Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X15 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 60 iş saatına görə 660 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən, elan edildiyi (hökmün surəti verildiyi) gündən 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Kamal Babayev
Məhkəmə qərarları › İş №1(005)-312/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-312/2025
24.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver