Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-316/2022 06.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi – X1, onun nümayəndələri X2, X8, vəkili 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oglunun X7 oglunun Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi –Abşeron Rayon Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Xəzər rayonu Buzovna qəsəbəsi ev 6A-0137də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam“ qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə edərkən yol hərəkət qaydalarını pozması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs mülkiyyətindəki texniki cəhətdən saz vəziyyətdə olan “X26” minik markalı, Az **-OT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ verən «B» kateqoriyalı sürücülük vəsiqəsi ilə 06 noyabr 2021-ci il tarixdə, saat 06:18-də «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla, yəni yolda müəyyən edilmiş 90 km/saat sürətdən artıq saatda 95 km/saat sürətlə Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə metronun «20 Yanvar» stansiyası istiqamətinə yolun sol kənarından sağa doğru 3-cü hərəkət zolağı ilə idarə edərkən 152 metr məsafədə piyada X13 yolu soldan sağa keçmək üçün hərəkət hissəsinə daxil olmaqla hərəkət üçün təhlükə yarandığından və «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələbinə görə sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu və sürücü Təqsirləndirilən şəxs həmin tələbləri yerinə yetirməklə yol- nəqliyyat hadisənin qarşısını almağa texniki imkanı olsa da, o tələblərə riayyət etməyib yol hərəkəti qaydalarını pozması Ziya Bünyadov prospektinin 120 ünvanda yerləşən tikilinin qarşısı hissəsində piyada X14 avtomobilin sol yan hissəsi ilə vuraraq ehtiyatsızlıqdan zərərçəkmiş H.Ə.Məmmədovun baş beyinin əzilib dağılaraq evakuasiya edilməsi ilə müşayiət olunan kəllə tağı, kəllə əsası və üz skelet sümüklərinin, yuxarı və aşağı ətraf sümüklərinin, döş qəfəsinin, onurğanın və çanaq, sol bud sümüyünün yuxarı 1/3-nin, sol diz oynağı, sağ bud sümüyünün yuxarı, sağ bazu, sağ körpücük sümüklərinin, sağ dirsək oynağı sümüklərinin çoxsaylı qəlpəli açıq, sol bud sümüyünün orta üçdə birinin, sağ bud sümüyünün orta üçdə birinin, sağ bud sümyünün aşağı üçdə birinin, sağ bazu sümüyünün orta üçdə birinin, sol said sümüklərinin orta üçdə birinin, sol körpücük sümüyünün qapalı sınıqları, burun daxili üzvlərinin əzilib dağılmaları, xaricə tökülmələri, bədənin çoxsaylı qançır və sıyrıqları xəsarətlərindən ibarət dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri alaraq ölməsinə səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddələrində nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 06 noyabr 2021-ci il tarixdə, saat 06:00 radələrində ailəsi, daha dəqiq atası, anası, həyat yoldaşı və üç azyaşlı uşaqları ilə birlikdə Qəbələ rayonuna bir neçə günlük istirahətə getmək üçün yola düşmüşlər. O idarə etdiyi “X26” minik markalı, Az **-OT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Ziya Bünyadov prospekti ilə yolun 1-ci zolağında 80- 90 km/saat sürətlə hərəkətdə olan vaxt aralıdan yolun sol tərəfində hərəkətsiz dayanan piyadanı görmüşdür. Qəfildən piyada “güllə” kimi qaçmış və onun qarşısına çıxmışdır. Piyada qaçmağa başladığı zaman avtomaşın ilə piyadanın arasında nə qədər məsafə olması dəqiq yadında deyildir. Lakin piyadanın dayandığı yerdən qaçmağa başlamasından sonra piyadanın vurulması arasında maksimum 1,5-2 saniyə vaxt keçmişdir. O, piyadanı görən kimi tormuzu basmış və piyadanı tormozlanmış vəziyyətdə vurmuşdur. Daha sonra, o avtomobili yolun sağ tərəfinə çəkərək saxlamış və maşından düşüb tez yolun hərəkət hissəsində uzanmış vəziyyətdə olan piyadaya yaxnınlaşmış, onun hərəkətsiz olduğunu görüb artıq öldüyünü düşünmüşdür. Bu zaman təxminən 1 dəqiqə keçməmiş onunla eyni istuqamətdə hərəkətdə olan avtomobil hərəkətsiz vəziyyətdə olan piyadanın üstündən keçmişdir. Sonra dərhal təcili tibbi yardıma və polisə zəng etmişdir. Ora gələn təcili tibbi yardım əməkdaşları piyadanın öldüyünü bildirmişdir. Hadisə yerinə polis gəldikdən sonra o, polis olduğunu bildirmiş və prokurorluğa məlumat verilməsini demişdir. Daha sonra Nərimanov Rayon Prokurorluğundan İbrahim adlı şəxs hadisə yerinə gəlmiş və orada bir neçə şəkillər çəkmişdir. Sonra o, dostunun maşını ilə morqa getmişdir. Orada olan zaman ona zəng edərək bildirilmişdir ki, prokuror hadisə yerinə gəldiyindən təcili ora getməlidir. Həmin vaxt orada heç bir ölçü aparılmamışdır. Özü də ölçüləri dəqiq deməkdə çətinlik çəkir. O, istintaq zamanı həbs olunacağından qorxduğundan müstəntiqin dediyi bütün sənədlərə qol çəkmişdir. Lakin o zaman fikirləşmişdir ki, hadisənin videogörüntüsü mövcuddur və məhkəmədə hər bir halda həmin videogörüntü ilə təqsirsizliyi sübuta yetəcəkdir. Son olaraq məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Həm hadisədən sonra, həm məhkəmə iclası gedişində zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışığa cəhd edilmiş, belə ki çəkilmiş xərcləri də qarşılamağa hazırdırlar, lakin qarşı tərəf barışıgdan imtina etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, 06 noyabr 2021-ci il tarixdə, günorta saatlarında ona məlumat verilmişdir ki, əri Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektində yolu keçərkən avtomobil vurulması nəticəsində ölmüşdür. Bu məlumatı aldıqdan sonra övladları dərhal evdən çıxıb Nərimanov rayon məhkəmə-tibbi ekspertiza şöbəsinə getmiş və görmüşlər ki, həqiqətən əri Həbib yol-nəqliyyat hadisəsi, yəni avtomobillə vurulması nəticəsində ölmüşdür. Ərinin meyidi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 Nərimanov rayon Şöbəsinin meyidxanasında məhkəmə-tibbi ekspertizasından keçirildikdən sonra onlara qaytarılmış və həmin gün əri Həbibi dəfn etmişlər. O, hadisənin hansı şəraitdə baş verməsini görməmiş, hadisənin baş verməsi ilə əlaqədar sürücüdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, bir neçə ildir avtomobil idarə edir və avtomobil idarə etməyə icazə verən “B” kateqoriyalı sürücülük vəsiqəsi vardır. Hazırda idarə etdiyi özünə məxsus “Cherry Tiqqo 3” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobili 2018-ci ildə almış və hadisə baş verən tarixədək, yəni 06 noyabr 2021-ci il tarixədək idarə etmişdir. Özünə məxsus avtomobildə hər hansı texniki nasazlıq olmamış, avtomobil saz vəziyyətdə olmuşdur. 06 noyabr 2021-ci il tarixdə, təxminən saat 06:00 radələrində yaşadığı evdən avtomobilə əyləşib Binəqədi rayonu ərazisində yerləşən iş yerinə getmək üçün yola düşmüşdür. Avtomobildə tək olmuş, yolboyu özü idarə etmişdir. O, yola düşdükdən sonra bir qədər avtomobillə hərəkət edib Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektinə daxil olmuş və həmin prospektlə hərəkətinə davam etmişdir.Təxminən saat 06:20 radələrində Ziya Bünyadov prospekti 120 saylı ünvanın qarşısından keçən zaman hava qaranlıq olmuş, sürət həddi 60-70/saat olmuşdur. Qarşısında avtomaşın olduğu üçün orta hərəkət zolağından sol hərəkət zolağına keçib hərəkətə davam etmək istəyərkən hansısa maneənin üzərindən keçdiyini anlamış, lakin həmin maneənin yolda uzanıqlı vəziyyətdə olan adamı əvvəldən görməmiş və həmin adamın üzərindən keçmişdir. Avtomaşınla bir qədər yavaş hərəkət etdikdən sonra yoluna davam edib işə getmişdir. Təxminən işdə 30 dəqiqə olduqdan sonra polisə gedib bu barədə məlumat vermək qərarına gəlmiş və dərhal Nərimanov RPİ-nə gəlmişdir. Məhkəmə iclasında istintaq zamanı ifadə vermiş Şahid2, Şahid3 və Şahid4 konstitusion hüquqlarından istifadə edərək ifadə verməkdən imtina etmişlər. Belə ki, Şahid2 təqsirləndirilən şəxsin atası, Şahid3 təqsirləndirilən şəxsin anası, Şahid4 isə təqsirləndirilən şəxsin həyat yoldaşıdır. Məhkəmə iclasında onların istintaq zamanı verdikləri ifadələri elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” 06 noyabr 2021-ci il tarixli, 2/32313 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluq vəziyyəti yoxdur. AC 415862 seriya və nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdə “B” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və xx.xx.2026-cı il tarixə kimi etibarlıdır. AD № 990632 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “X26” minik markalı, universal tipli, 2015-ci il buraxılışlı, SALCA2BG7FH508906 ban nömrəli, boz metallik rəngli avtomobil X19 məxsusdur. AA ******* seriya və nömrəli, 7K51JWS fərdi identifikasiya nömrəli; AA ******* seriya və nömrəli, 7K51KXY fərdi identifikasiya nömrəli; AA ******* seriya və nömrəli, 7XB9AAG fərdi identifikasiya nömrəli şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs müvafiq olaraq X16, X20 və X17 adında övladları vardır. “Diskə baxış keçirilməsi haqqında” 24 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təhlükəsiz Şəhər Xidmətinin TŞ 6-061 nömrəli kameralarının xx.xx.2021-ci il saat 06:17-dən 06:25dək olan müddətədək videogörüntülərinə baxış keçirildi. Baxış zamanı müşahidə kamerasının 06:17:20 dəqiqədə qeydə aldığı kadrda qaranlıq hava şəraitdə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 120 ünvanında bir nəfər kişi cinsli piyadanın yolun ortasında olan beton yol ayırıcısının üzəri ilə üzü Koroğlu metrostansiyası istiqamətində hərəkətdə olması, daha sonra piyadanın yolu keçmək üçün 20 Yanvar istiqamətinə doğru hərəkət zolağına daxil olub iti addımlarla yolu keçməsi, 06:17:33 dəqiqədə “20 Yanvar” istiqamətinə doğru yolun sol kənarından sağa doğru 3cü hərəkət zolağı ilə “20 Yanvar” istiqamətinə doğru hərəkətdə olan avtomobilin həmin piyadanı vurub qarşıya atması, piyadanın yolun soldan sağa doğru 1-ci hərəkət zolağına hərəkətsiz vəziyyətdə düşməsi, daha sonra piyadanı vurmuş avtomobilin yolun sağ zolağında saxlayıb sürücünün düşüb vurduğu piyadaya yaxınlaşması, 06:17:45 dəqiqədə isə “20 Yanvar” istiqamətinə doğru hərəkətdə olan avtomobilin yerdə hərəkətsiz vəziyyətdə qalmış şəxsin üzərindən keçərək bir qədər sürütləməsi müəyyən olundu. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X32 İdarəsinin 30 noyabr 2021-ci il tarixli, 016-140639-1221 nömrəli məktubundan görünür ki, xx.xx.1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdə (xx.xx.2026-cı il tarixədək etibarlı olan) AC 415862 nömrəli, “B” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X21-Təcrübi və Tədris Birliyinin 06 noyabr 2021-ci il tarixli, 145 nömrəli meyitin ekspertizasının rəyindən görünür ki, X10 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar edilmişdir: baş beyinin əzilib dağılaraq xaricə tökülməsi ilə müşayiət olunan kəllə tağı, kəllə əsası və üz skelet sümüklərinin, yuxarı və aşağı ətraf sümüklərinin, döş qəfəsinin, onurğanın və çanaq, sol bud sümüyünün yuxarı 1/3-nin, sol diz oynağı, sağ bud sümüyünün yuxarı, sağ bazu, sağ körpücük sümüklərinin, sağ dirsək oynağı sümüklərinin çoxsaylı qəlpəli açıq, sol bud sümyünün orta üçdə birinin, sağ bud sümüyünün orta üçdə birinin, sağ bud sümyünün aşağı üçdə birinin, sağ bazu sümüyünün orta üçdə birinin, sol said sümüklərinin orta üçdə birinin, sol körpücük sümüyünün qapalı sınıqları, burun daxili üzvlərinin əzilib dağılmaları, xaricə tökülmələri, bədənin çoxsaylı qançır və sıyrıqları. Qeyd olunan xəsarətlər həyatı olub ölümündən az əvvəl küt əşyanın (əşyaların) təsirindən törənib qərarda göstərilən xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi. Xəsarətlərin lokalizasiyasına, xarakterinə və yaranma mexanizminə əsasən demək olar ki, piyada avtomaşınla vurulduqdan sonra yolun hərəkət zolağına uzanmış bədənin üzərindən nəqliyyat vasitəsinin (vasitələrinin) keçməsi nəticəsində əmələ gələ bilər. X10 ölümünə səbəb həyatla bir araya sığmayan xəsarətlərə müşayiət olunan bədənin ağır küt travması olmuşdur. Ölüm meyitin meyitxanada müayinə olunduğu vaxtdan təxminən 4-6 saat əvvəl baş vermişdir. X10 meyitindən götürülmüş əzələdə məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və digər zəhərləyici maddələr aşkar edilməmişdir. Ekspertiza qarşısında qoyulmuş digər sualların cavabı «MTE və PA» ETT Birliyin komission-situasion ekspertizanının səlahiyyətlərinə aiddirlər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 dekabr 2021ci il tarixli, 6/5246 və 6/5237 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, “X26” markalı, 99- OT- 414,“Chery Tiggo 3” markalı,**-AC-*** dövlət qeydiyyat nişanlı avtomobillərinin üzərlərindən götürülmüş kənar lif mikrohissəcikləri olan süngərlərin- səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 №-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş “X26” markalı, Az **-OT-***, dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən parolon süngərlər vasitəsilə götürülmüş kənar lif mikrohissəcikləri arasında X15 məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim cdilmiş,“Chery Tiggo 3” minik markalı, Az **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən parolon süngərlər vasitəsilə götürülmüş kənar lifmikrohissəcikləri arasında X15 məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş, X15 məxsus olduğu qeyd edilən geyim əşyalarının səthi üzərində boya mikrohissəcikləri və həmçinin avtonəqliyyat vasitələrinə məxsus lak-boya örtüyünün sürtünmə izləri və ya mikrohissəcikləri yoxdur.Geyim əşyalarının səthi üzərində hər hansı boya mikrohissəcikləri aşkar edilmədiyindən təqdim olunmuş “X26” markalı, Az **-OT-***, “Cherry Tiggo 3” markalı, Az **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobillərinin lak-boya örtüyündən götürüldüyü qeyd edilən lak-boya nümunələri ilə müqayisəli tədqiqatı aparılmadı. Aparılmış ekspertiza tədqiqatının dəyəri 154,16 manat (bir yüz əlli dörd manat on altı qəpik) təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 dekabr 2021ci il tarixli, 3/1929 nömrəli məhkəmə-trasoloji ekspertizasının rəyindən görünür ki, təqdim edilmiş “X26” markalı, Az **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində (kapotunda, qabaq bamperində (sol kılıkda), qabaq sol qanadda,şüşəsində) olan zədələr, izlər öz formasına, marfoloji quruluşuna, xarakterinə və sair əlamətlərinə görə hər hansı bərk olmayan predmetin, o cümlədən insanın (piyadanın) vurulması nəticəsində, “Cherry Tiggo 3” markalı, Az **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobilin alt hissəsində olan izlər isə bərk olmayan predmetin üzərindən keçməsi nəticəsində yaranması mümkündür. Tədqiqata təqdim edilmiş geyim əşyalarının üzərində olan zədələr, izlər hər hansı bərk (küt) predmetlə kontakda olmas, ilişməsi, sürtünməsi o, cümlədən nəqliyyat vasitəsinin vurması və üzərindən keçməsi nəticəsində yaranması mümkündür. Təqdim edilmiş geyim əşyaların üzərində nəqliyyat vasitələrinə məxsus təkər şinin protektor naxış izləri aşkar edilmədi. Aparılmış ekspertiza tədqiqatının dəyəri 110 manat (bir yüz on manat) təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 yanvar 2022ci il tarixli, 8/3274 nömrəli məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, «X30» markalı, 99-0T-414 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X11 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbacan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsini tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanı ilə 90 km/saat qədər məhdudlaşdrılmış yolda 95 km/saat sürətlə idarə etdirdiyindən, onunun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürəti məhdudlaşıdırması» yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat (bir yüz manat) təşkil edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X12 X23 29 mart 2022-ci il tarixli, T97/2022 saylı ekspert rəyindən görünür ki, Mərhum H.Ə.Məmmədovun meyitinin müayinəsi zamanı baş beynin əzilib dağılaraq evakuasiya olunması ilə müşayiət olunan kəllə tağı, kəllə əsası və iz skeleti sümüklərinin çoxsaylı sınıqları, başın çoxsaylı cırılmış yaraları, yuxarı-aşağı ətraf sümüklərinin, döş qəfəsinin, onurğa sütununun, çanaq sümüklərinin, sol bud, sol diz oynağı, sağ bud sümüyünün yuxarı 1/3-nin, sağ bazu, sağ körpücük, sağ dirsək oynağı sümüklərinin çoxsaylı açıq sınıqları, sol və sağ bud sümüyünün orta 1/3-nin, sağ bud sümüyünün aşağı 1/3-nin, sağ bazu sümüyünün orta 1/3-nin, sol said sümüklərinin orta 1/3-nin və sol körpücük sümüyünün qapalı sınığı, daxili üzvlərin kobud zədələnməsi və evakuasiya olunması, bədənin çoxsaylı sıyrıq və qançırları olmuşdur. Qeyd edilən xəsarətlər küt yaranma mexanizminə malik olmaqla böyük fiziki qüvvənin təsirindən yaranmış və qərarda göstərildiyi kimi hərəkətdə olan avtomobillərlə piyadanın vurulması, sonra isə yol örtüyü ilə avtomobillərin alt səthi arasında sürüklənməsi zamanı yaranmasına uyğun gəlir, xəsarətlər təkrar travmatizasiyaya məruz qaldığından onların yaranma mexanizmini dəqiq təyin etmək olmadı. Belə ki, aşağı ətraf sümükləri, döş qəfəsi və orada yerləşən üzvlər, onurğa sütunu və qarın boşluğu orqanları kobud zədələndiyindən onları avtomobil travması üçün tələb olunan fazalar üzrə ayırmaq mümkün olmadı. Bu xəsarətlər hərəkətdə olan avtomobillə piyadanın vurulması, qabarıq hissələrə dəyməsi, yol örtüyünə zərblə çırpılması və sonra yol örtüyündə uzanmış vəziyyətdə olan piyadanın hərəkətdə olan digər avtomobil və ya avtomobillərlə sürüklənməsi zamanı yaranmasına uyğun gəlir. Xəsarətlərin xarakteri və yerləşdiyi nahiyələr ilkin kontakt zamanı onun vertikal və ya ona yaxın vəziyyətdə dayanmasına uyğun gəlir. Lakin, aşağı ətraf və kəllə sümüklərinin sınıqlarının xarakteri və yerləşdiyi nahiyələr ilkin zərbənin vaqon tipli minik avtomobilinin qabaq sol tərəfi ilə piyadanın sol bud-çanaq oynağına yetirilməsi, zərərçəkmişin nisbətən zərbədən sonra yuxarı qalxması, baş və boyun nahiyəsi ilə alın şüşəsinə dəyməsi və oradan zərblə yol örtüyünə çırpılması nəticəsində kəllə sümüklərində çoxqəlpəli sınıqlar, yumşaq toxumaların cırılması və baş beynin evakuasiya olunması, boyun fəqərələrinin sınığı, sol bud-çanaq oynağında geniş əzilmiş-cırılmış yara, sol bud və çanaq sümüklərinin sınıqları yaranmışdır. Yol örtüyündə uzanmış vəziyyətdə olan piyadanın digər hərəkətdə olan avtomobilin (avtomobillərin) alt hissəsi ilə yol örtüyü arasında dəfələrlə fırlanaraq sürüklənməsi zamanı isə iki tərəfli qabırğa, yuxarı və aşağı ətraf, onurğa sütununun döş və bel nahiyəsinin fəqərələrinin sınıqları, döş və qarın boşluğu orqanlarının zədələnməsi baş vermişdir. Qeyd edilən skelet sümüklərinin kobud sınıqları və daxili üzvlərin zədələnməsi istər birlikdə, istərsə də ayrılıqda canlı səxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Mərhum H.Ə.Məmmədovun ölümünə səbəb ağır açıq kəllə-beyin travması olmuşdur ki, bu da həyatla bir araya sığmayan xəsarətlər qrupuna aiddir. Bu səbəbdən də H.Ə.Məmmədovun yol-nəqliyyat hadisəsi zamanı birinci avtomobillə vurulması zamanı yetirilən xəsarətlərdən ölümün baş verməsi qənaətinə gəlmək mümkündür. İlkin kontakt vaxtı mərhum H.Ə.Məmmədovun nəqliyyat vasitəsinə qarşı hansı vəziyyətdə olmasını xəsarətlərdə təkrar travma əlamətləri olduğundan dəqiq təyin etmək mümkün olmadı. Mərhum H.Ə.Məmmədovun meyitinin müayinəsi zamanı qeyd edilən xəsarətlər hamısı həyatidir və onun öz boyu hdündürlüyündən sərbəst yıxılması zamanı yaranması mümkün deyildir. Mərhum H.Ə.Məmmədovun bədənində yol-nəqliyyat travması ilə əlaqəsi olmayan xəsarət qeyd edilməmişdir. Mərhum H..Ə.Məmmədov xəsarət aldıqdan sonra hər-hansı aktiv hərəkət etmək iqtidarında ola bilməzdi. Buna səbəb travmanın ağırlığı olmuşdur. Mərhum H.Ə.Məmmədovun istər paltarlarının tədqiqatı, istərsə də meyitinin müayinəsi zamanı avtomobillərin şin izlərinin olması qeyd edilməmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 29 mart 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddələrlə ittiham elan edilməsi, iş üzrə yol-nəqliyyat hadisəsi vaxtı Təqsirləndirilən şəxs idarə etdiyi “X26” markalı, AZ **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində hadisənin izlərini saxladığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən həmin avtomobilin cinayət işi üzrə maddi sübut kimi tanınması və sahibinə qaytarılmasının nəzərə alınması, iş üzrə X9 idarə etdiyi “Cherry T11” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində hadisənin izlərini saxladığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən həmin avtomobilin cinayət işi üzrə maddi sübut kimi tanınması və sahibinə qaytarılmasının nəzərə alınması, iş üzrə Təhlükəsiz Şəhər Xidmətinin təqdim etdiyi 01 ədəd CD diskin iş üzrə maddi sübut kimi tanınması və cinayət işinin materialarına tikilməsinin nəzərə alınması qərara alınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 30 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. “Qətimkan tədbiri seçilməsi haqqında” 30 mart 2022-ci il tarixli qərardan və eyni tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, o cümlədən, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidin verdiyi ifadə, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir Məhkəmə, Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2ci maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilmədiyinə dair verdiyi ifadəyə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilməsi qənaətinə gəlir. Müdafiə tərəfinin ifadəsində göstərdikləri xüsusatlar, nəinki, öz təsdiqini tapmamış, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidin, zərər çəkmiş şəxsin hüquqi varisinin iş materiallarında olan ifadəsi, istintaq hərəkəti protokolları, ekspert rəyləri və işdə olan digər sənədlərlə tam təkzib edilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri üzrə 14 yanvar 2022-ci il tarixli, 8/3274 №-li nömrəli ekspert rəyindən görünür ki, «X30» markalı, 99-0T-414 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbacan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsini tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan sübutlarla Təqsirləndirilən şəxs ifadəsində irəli sürdüyü – baş vermiş yol nəqliyyat hadisəsinin qarşısını almağa imkanının olmaması, bütün lazımi tədbirləri görməsi barədə dəlillər tam təkzib olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda – iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Həmin qərarın 11-ci bəndində qeyd olunmuşdur ki, CM-in 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. CPM-in: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə, məhkəmə istintaqında araşdırılan sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və öz daxili inamına əsasən, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətlədirərək Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə edərkən yol hərəkət qaydalarını pozması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması ilə bağlı verilmiş ittihamın məhkəmə istintaqında öz təsdiqini tapması nəticəsinə gəlir və təqsirləndirilən şəxsin ifadəsini məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilən ifadə kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə cəhd etməsi; ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını; himayəsində üç yetkinlik yaşına çatmayan övladının olmasını; Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göstərilənləri nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını və cəzanı ağırlaşdıran halların olmamasını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində və nəqliyyat vasitələrini idarə etmək hüququndan mərhum edilməklə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Ekspertiza tədqiqatının dəyəri 364,16 (üç yüz altmış dörd manat, on altı qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - yol-nəqliyyat hadisəsinin baş vermə şəraitini özündə əks etdirən 01 ədəd CD diski cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut - “X26” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı və “Cherry T11” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 364,16 (üç yüz altmış dörd manat, on altı qəpik) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, KOD–210005, VÖEN **********, m/h AZ41 NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-316/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-316/2022
06.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver