Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-316/2024 20.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Rusiya Federasiyası, Kirov vilayəti, Kirov şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, Bərdə rayonu, Kətəlparaq kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Nərimanov rayonu, Ə.Dəmirçizadə küçəsi, ev 40, mənzil 68-də yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxsnun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə Zərərçəkmiş şəxs məxsus “Azərbaycan Beynəlxalq Bank” tərəfindən emissiya edilmiş bank kartının 16 rəqəmli PAN nömrəsini, kartın bitmə tarixini və cvv kodunu, istintaqa məlum olmayan vaxtda və mənbədən öyrənərək yaşadığı ünvan 1 ünvanında ondan istifadə etməklə “Wolt" tətbiqindən +**********04 mobil nömrəsi ilə qeydiyyatdan keçdiyi profil ilə xx.xx.2023-cü il tarixdə 21 manat 40 qəpik, xx.xx.2023-cü il tarixdə 50 manat 50 qəpik, xx.xx.2023-cü il tarixdə 100 manat, 50 manat və 50 manat məbləğində qida məhsulları, “Bolt Taxi” tətbiqindən +**********04 mobil nömrəsi ilə qeydiyyatdan keçdiyi profil ilə xx.xx.2023-cü il tarixdə saat 17:58-də Bakı şəhəri, Binəqədi yolu “White Palace' şadlıq sarayına getmək üçün 6 manat 71 qəpik, xx.xx.2023-cü il tarixdə saat 17:31də 3 manat 38 qəpik məbləğində taksi sifariş verərək elektron məlumat daşıyıcısından istifadə etməklə internet üzərindən mobil tətbiq vasitəsilə həmin kartdan "xxxx" MMC-nin hesabına ümumilikdə 314 manat 60 qəpik, "xxxx" MMC-nin hesabına ümumilikdə 10 manat 09 qəpik məbləğində pul vəsaitini köçürməklə vahid niyyətlə əhatə edilən qəsdlə ümumilikdə Zərərçəkmiş şəxs 324 manat, 69 qəpik manat miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, Azərbaycan dilində latın qrafikalı əlifba ilə sərbəst yazıb oxumağı bacarır. İbtidai sinfi Rusiya Federsiyasında, son olaraq 10-cu və 11-ci sinifləri Bərdə rayonu, Kətəlparaq kənd tam orta məktəbində oxumuşdur. Azərbaycan dilini hal- hazırda tam səlis bilir və başa düşür. Ona görə də, tərcüməçiyə ehtiyacı yoxdur. 2021-ci ildə Azərbaycan Pedaqoji Universitetini bitirmişdir. 2022-ci iyul ayından isə “Monte Napaleon"da koperater vəzifəsində çalışmışdır. Həmin vaxt obyektlərin sosial şəbəkələrini internet üzərindən idarə etmişdir. Obyektlərin məsul şəxsləri obyektlərin instaqram üzərində reklam edilməsi üçün plastik bank kartlarının şəkillərini onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinin vatsapına göndərmişlər. Beləcə, ona göndərilən kart hesablarını onların instaqram hesablarına bağlamışdır. Nəticədə kartlardan obyektləri reklam üçün pul vəsaiti çıxırdı. 2023-cü ilin noyabr ayında "WaveMedia” şirkətində menecer vəzifəsində çalışmışdır. Burda işləməkdə məqsədi təcrübə yığmaq plmuşdur. Ona ayrı-ayrı vaxtlarda təxminən bir neçə kart hesabı göndərilmişdir. Bunlardan biri kim tərəfindən göndərilməsi və tarixini xatırlamadığı 4127-2211-0294-9635 nömrəli “Azərbaycan Beynəlxalq Bank”ına aid kart olmuşdur. Həmin kartı "Volt” yemək çatdırılma şirkətinə və “Bolt taxi” şirkətinə aid tətbiqlərdən qeydiyyatdan keçirmişdir. Təxminən 7-10 noyabr 2023-cü il tarixi aralıqlarında "Volt" tətbiqi vasitəsilə müxtəlif cür qida məhsullarını işlədiyi yerə və yaşadığı ünvana sifariş vermişdir. Həmçinin 4127-2211-0294-9635 nömrəli kartla “Bolt Taxi” nə xatırlamadığı ünvanlara taksi sifariş vermişdir. 4127-2211-0294-9635 nömrəli "Azərbaycan Beynəlxalq Bank”a aid plastik kartının onun əlinə necə keçməsi barədə verilən suala cavab olaraq Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, xatırlamır, lakin onu deyə bilər ki, obyekt sahibləri öz obyektlərini instaqramda reklam etmək üçün onun ***-***-**-** nömrəli vatsap nömrəsinə plastik bank kartlarının şəkillərini göndərirmişlər. O da həmin kartları instaqramda onların verdikləri hesaba bağlayırmış. 4127-2211- 0294-9635 nömrəli “Azərbaycan Beynəlxalq Bank" plastik kartı da ona belə göndərilmişdir. Nə vaxt və kim tərəfindən göndərilməsi barədə fikri yoxdur, yadında deyildir. Akkaunt meneceri olmuşdur. Həmin əməliyyatları icra etmək onun vəzifəsinə daxil olduğundan iaşə sahibləri plastik kartlarını ona göndərirmişlər. Ona plastik kart şəkillərini həm ön, həm də arxa şəkillərini göndərirmişlər. Orada kartın 16 rəqəmi olan kodu, cvv kodu və kartın bitiş tarixləri qeyd olunurdu. Həmin şəxslərdən kartın məlumatlarının bitiş tarixini, cvv kodu istəməmişdir. İnstaqramda göndərilən kart hesablarını instaqram hesablarına bağlamaq üçün onların hamısı instaqram sosial şəbəkəsinin reklam bölməsinin ödəniş üsulunda qeyd olunmalı idi. Kartdan sifariş verdiyi çatdırılma ünvanları Nəsimi rayonu, AFF Mallda "Wave Media" və yaşadığı ünvan ünvan 3nası, giriş 2, mənzil 68 ünvanına sifarişləri “Volt” tətbiqində qeyd etmişdir. "Volt” tətbiqi ilə sifarişləri verən vaxt yaşadığı ünvanda digər şəxslər buna şahid olmamışlar. 4127-2211-0294-9635 nömrəli “Azərbaycan Beynəlxalq Bank" kartından qida məhsulları sifariş verən vaxt evdə ondan başqa heç kim olmamışdır. 4127-2211-0294-9635 nömrəli "Beynəlxalq Bank" kartından 21 manat 40 qəpik, 50 manat 50 qəpik, 42 manat 70 qəpik qida məhsulları sifariş vermişdir. 100 manat, 50 manat və 50 manat məbləğlərində pulu 4127-2211-0294-9635 nömrəli "Azərbaycan Beynəlxalq Bank” kartın hesabından öz istifadəsində olan “Volt” hesabına balans yükləmişdir. Balans yükləməkdə məqsədi qida məhsulları sifariş vermək olmuşdur. Noyabr 10 və 16-sı 2023-cü il tarixlərdə təxminən 10 manat məbləğində “Bolt Taxi" tətbiqindən istifadə edərək xatırlamadığı ünvanlara taksi sifariş vermişdir. Ümumi olaraq 324 manat 69 qəpik pulu 4127-2211-0294-9635 nömrəli "Azərbaycan Beynəlxalq Bank" plastik kartdan öz istifadəsində olan “Volt” və "Bolt” tətbiqlər vasitəsilə istifadə etmişdir. 4127- 2211-0294-9635 nömrəli “Azərbaycan Beynəlxalq Bank" plastik kartın Zərərçəkmiş şəxs məxsus olduğunu bilməmişdir, həmin şəxslə heç bir tanışlığı yoxdur. Zərərçəkmiş şəxs məxsus 4127-2211-0294-9635 nömrəli “Azərbaycan Beynəlxalq Bank" plastik kartından "Volt" və “Bolt" tətbiqləri vasitəsilə sifariş verərkən heç kimin məlumatı olmamışdır, özü tək etmişdir. “Bolt" şirkətinə və "xxxx" şirkətinə taksi və qida məhsullarının göndərilməsi üçün həmin şirkətlərə hansı ünvanlardan sifariş verməsi və 4127-2211-0294-9635 nömrəli kartdan ödəniş etməsi barədə verilən suala cavab olaraq Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, kirayədə yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Ə.Dəmirçizadə küçəsi, ev 40, mənzil 68-də olduğu zaman "Bolt” şirkətinə və “Wolt" şirkətinə taksi və qida məhsullarının göndərilməsi üçün sifariş vermiş və 4127-2211-0294- 9635 nömrəli kartdan ödəniş etmişdir. O, zərərçəkmiş şəxsə vurduğu ziyanı tam şəkildə ödədiyini bildirmişdir. Hazırda peşmandır. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, latın qrafikalı Azərbaycan əlifbası ilə sərbəst yazıb oxumağı bacarır. On beş ildən artıqdır ki, yaş həddinə görə dövlətdən təqaüd alır. Həmin təqaüd ona 4127-2211-0294-9635 nömrəli "Azərbaycan Beynəlxalq Bank"ı tərəfindən verilmiş plastik karta köçürülür. Hal-hazırda dövlətdən 327 manat məbləğində təqaüd pulu alır. Özü yaşlı olduğu və bankomatdan pulun çıxarılmasını həyata keçirə bilmədiyi üçün təqaüd üçün nəzərdə tutulmuş plastik kartı oğlu Şahid1 olmuşdur. 4127-2211-0294-9635 nömrəli "Azərbaycan Beynəlxalq Bank” kart hesabından uzun müddətdir ki, oğlu istifadə edir. Hər ayın əvvəllərində təqaüd pulu kart hesabının balansına yüklənir. Oğlu Şahid1 onun razılığı ilə kartdan istifadə edərək təqaüd pulunu bankomatdan çıxarır. Oğlu ilə birgə yaşadığı üçün həmin pulu birgə yaşayış üçün istifadə edirlər. xx.xx.2023-cü il tarixdə oğlu Şahid1 4127-2211-0294-9635 nömrəli “Azərbaycan Beynəlxalq Bank" kartında pulun olmadığını bildirərək onun iştirakı ilə bankın qaynar xəttinə zəng etmişdir. Banka özünü təqdim etdikdən sonra kart haqqında ilkin məlumatları həmin ay üzrə karta təqaüd pulunun köçməsi və xərclənməsi barədə məlumatı oğluna bildirmişlər. Oğlu ona kartından naməlum şəkildə 324 manat pul vəsaitin çıxarılmasını bildirmişdir. Həmin vaxt oğlu DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Ərizə yazılan vaxt səhhətində problemlər və yaşlı olduğu üçün ərizə yaza bilməmişdir.14-cü polis şöbəsində onun razılığı əsasında oğlu Şahid1 ərizə yazmışdır. Oğlu Şahid1 kartdan pulun yuvarlaq olaraq 324 manat çıxarılmasını bildirmişdir. Şübhələndiyi şəxs yoxdur. Ona 324 manat 69 qəpik (üç yüz iyirmi dörd altmış doqquz) maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs ərizə yazaraq Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərərin ödənildiyini və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, anası Zərərçəkmiş şəxs məxsus 4127-2211-0294-9635 nömrəli “Beynəlxalq Bank" tərəfindən verilmiş kart anasının təqaüd kartı olmuşdur. 4127-2211- 0294-9635 nömrəli plastik kart çox zaman onun üzərində olmuşdur. Hər ayın əvvəli karta təqaüd pulu, yəni 328 manat gələndə bankomatdan pulu özü çıxarmışdır. Pulun karta oturub -oturmaması ilə bağlı məlumat almaq üçün kartın məlumatlarını bankın “ABB" tətbiqində qeydiyyatdan keçirmişdir. xx.xx.2023-cü il tarixində Sabunçu rayonu, Maştağa qəsəbəsində olarkən kartdan pulu çıxarmaq üçün bankomata yaxınlaşmışdır. Kartı bankomata daxil etdikdən sonra müvafiq olaraq kodu qeyd etmişdir. Daha sonra məbləği, yəni 328 manat pulu daxil etdikdən sonra balansda yetərli pulun qalmadığını və 7 manat 06 qəpik kartın balansında qaldığını görmüşdür. 4 gün sonra, yəni xx.xx.2023-cü il tarixdə 4127-2211-0294-9635 nömrəli plastik kartı bankomata yenidən daxil etdikdə kartda yetərli balansın olmadığını görmüşdür. Həmin vaxt evə gələrək Azərbaycan Beynəlxalq Bankın qaynar xətti olan 937 nömrəsinə zəng edərək təqaüdün hesaba köçüb- köçürülmərnəsi barədə soruşmuşdur. Bankdan bildirmişlər ki, təqaüd pulu xx.xx.2023-cü il tarixdə kart hesabına köçüb və 7-16 noyabr 2023-cü il tarixləri arası 324 manat 69 qəpik pul vəsaiti müxtəlif servis xidmətlərinə xərclənmişdir. xx.xx.2023-cü il tarixdə DİN-nin 102 xidmətinə bu barədə məlumat vermiş və həmin gün də 14-cü polis şöbəsinə yaxınlaşaraq ərizə yazmışdır. Valideyni Zərərçəkmiş şəxs yaşlı olduğundan plastik kart onda olmuşdur. Pulun bankomatdan çıxarmaqda çətinlik çəkdiyi üçün bankomatdan hər zaman pulu özü çıxarmışdır. Plastik kartdan pulu bankomatdan hissə-hissə və tam şəkildə də çıxarmışdır. Kartdan kommunal ödənişlərə də ödəniş etmişdir. Həmin vaxt kartdan pulun çıxmasını yuvarlaq olaraq 324 manat qeyd etmişdir. 4127-2211-0294-9635 nömrəli plastik kart anası Zərərçəkmiş şəxs məxsusdur. Valideyni Zərərçəkmiş şəxs həmin vaxt, yəni xx.xx.2023-cü il tarixdə səhhətində problemləri və yaşlı olduğu üçün ərizəni özü yazmışdıır. 4127-2211-0294- 9635 nömrəli plastik kartı hər zaman özünə məxus portumanın içərisində olmuşdur. 4127-2211-0294-9635 nömrəli plastik kartın şəkillərini kiməsə göndərdiyini xatırlaya bilmir. Şübhələndiyi şəxs yoxdur. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Azərbaycan Beynəlxalq Bank"ı tərəfindən verilmiş Zərərçəkmiş şəxs adına olan təqaüd kartından xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək müddətə olan çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə həmin kartın balansında 328 manat 37 qəpik pul olmuş, “Wolf MMC-nə xx.xx.2023-cü il tarixdə 21 manat 40 qəpik, xx.xx.2023-cü il tarixdə 50 manat 50 qəpik, xx.xx.2023cü il tarixdə 100,00 manat, 50,00 manat, 50,00 manat, 42 manat 70 qəpik, “Bolt" MMC-nə isə xx.xx.2023-cü il tarixdə 6 manat 71 qəpik, xx.xx.2023-cü il tarixdə 3,38 qəpik pul köçürülmüşdür. Cinayət işinin ibtidai istintaqı zamanı verilmiş sorğuya "xxxx" MMC tərəfindən verilmiş cavabdan müəyyən edilmişdir ki, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü il tarixlərdə 4127 2211 0294 9635 nömrəli kart vasitəsi ilə müştəri Təqsirləndirilən şəxs ***-***-**-** mobil telefon nömrəsindən həmin MMC-nə “X1” restoranından 21 manat 40 qəpik, “X3" restorantoranından 50 manat 50 qəpik, "X2 Nərimanov” restoranından 42 manat 70 qəpik dəyərində məhsulları müvafiq olaraq ünvan 4 ünvanına, ünvan 5riş etmiş, sifarişlər kuryer-partnyorlar Həsən Həsənzadə, Elnur Xudaverdiyev və Mübariz Qubadov tərəfindən icra olunmuşdur. “Maddi ziyanın könüllü ödənilməsi haqqında” 25 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs dəymiş zərərin ödənilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 25 yanvar 2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə ittiham elan edilmişdir “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə dair” 25 yanvar 2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli arayışdan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun tam etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd). «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 09 iyun 2011-ci il tarixli Qərarında qeyd olunur: «CM-in 177-ci maddəsi oğurluğu özgənin əmlakını gizli olaraq talama kimi müəyyən etmişdir. Talama – özgənin əmlakını tamah məqsədi ilə hüquqazidd və əvəzsiz olaraq, həmin əmlakın mülkiyyətçisinə və başqa sahibinə ziyan vurmaqla götürmə və özünün və ya başqa şəxslərin xeyrinə keçirməsidir. Götürmənin gizli üsulu oğurluğu talamanın başqa formalarından fərqləndirir. Oğurluq zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsindən kənar, gizli götürərək öz sərəncamına keçirir. Götürmənin gizliliyi dedikdə, cinayətin həm mülkiyyətçidən, həm də digər şəxslərdən xəbərsiz həyata keçirilməsi başa düşülür. Oğurluq cinayətinin obyekti qismində mülkiyyət münasibətləri çıxış edir. Bu cinayət əməlinin obyektiv cəhəti özgənin əmlakını gizli talamada ifadə olunur. Oğurluq subyektiv cəhətdən yalnız birbaşa qəsd formasında, tamah məqsədilə törədilir. CM ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir.» Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə —bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsnun əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxs ilə barışmasını, ona dəyən zərəri tam ödəməsini və zərərçəkənin ona qarşı şikayət tələblərinin olmamasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 3 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:30-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübutlar - “Azərbaycan Beynəlxalq Bank"ı tərəfindən verilmiş Zərərçəkmiş şəxs adına olan təqaüd kartından çıxarış, "xxxx" MMC və "xxxx" MMC tərəfindən verilmiş cavab məktubları cinayət işinin materiallarında saxlanılsın. Müdafiəçi tərəfindən ibtidai istintaq müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 iş saatı üçün cəmi 90 (doxsan) manat manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-316/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-316/2024
20.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver