Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-317/2020 06.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Hafis oğlunun, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2020-ci ilin avqust ayının 29-da, saat 18 radələrində yaşadıqları ünvan 2 ünvanda yerləşən evin dəhlizində arvadı Zərərçəkmiş şəxs ilə ailə məişət zaminində mübahisə etmiş, mübahisə zamanı Təqsirləndirilən şəxs qəsdən yumruqla bir neçə dəfə sonuncunun baş və bədən nahiyələrinə vuraraq onun sağ gicgah-almacıq, yanaq və sağ gözaltı nahiyələrinin yumşaq toxumalarının şişkinlik halında əzilməsi fluktuasiya edən hematomaları, boyunun sol yarısının bayır səthinin sıyrıqları ilə nəticələnən qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vuran xəsarətlər yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2017-ci ildə vətəndaş Zərərçəkmiş şəxs rəsmi nikaha girərək ailə qurmuşlar, birgə nikahdan 2 (iki) azyaşlı uşaqları dünyaya gəlmişdir. 2020-ci ilin avqust ayının 29-da, saat 18 radələrində onlar bir yerdə yaşadığı Q.Pirimov küçəsi ev 5, mənzil 6 ünvanda olarkən aralarında uşaq üstə mübahisələri baş vermiş və Aygül ona söz qaytardığına görə o, əsəbləşərək sol əlin yumruğu ilə bir neçə dəfə onun başına zərbə vurmuşdur. Hadisə zamanı səsə qonşuluqda yaşayan atası Qəhrəman və analığı Gülşən gələrək onları ayırmışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışdığını və sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını qeyd edərək barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, 2017-ci ildə Təqsirləndirilən şəxs ilə rəsmi olaraq ailə həyatı qurmuş və onların birgə nikahdan 2 (iki) azyaşlı uşaqları dünyaya gəlmişdir. Demək olar ki, aralarında tez-tez mübahisə baş verir. 2020-ci ilin avqust ayının 29-da, saat 18 radələrində yaşadıqları mənzildə ailə məişət zəminində aralarında mübahisələri baş vermiş, mübahisə zamanı Yusif yumruqla bir neçə dəfə onun başına və bədəninə vuraraq xəsarət yetirmişdir. Həmin vaxt onun səsinə qonşu evdə yaşayan qaynatası Qəhrəman və onun arvadı Gülşən gələrək onları ayırmışlar. Sonda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tamamilə ödənildiyini, şikayət və tələbinin olmadığını bildirdi və bu barədə məhkəməyə yazılı ərizə təqdim etdi. Məhkəmə iclasında Şahid1 izahatında bildirmişdir ki, Yusif onun oğludur, Aygül isə onun gəlinidir. Oğlu Yusif 2017-ci ilin avqust ayında Aygüllə ailə həyatı qurmuşdur. Onların iki uşaqları var. Oğluna ayrıca həyətdə yaşamaq üçün otaq vermişdir. Onlar ayrıca təsərrüfat aparırlar. Lakin gəlin oğlu ilə dolanmır. Həmişə evdə söz söhbətləri olur, aralarında olan məsələ boşanmaya kimi çatmışdır. Lakin uşaqları nəzərə almaqla nikahlarını qorumuşlar. xx.xx.2020-ci il tarixdə saat 18 radələrində Yusifgilin evindən Aygülün qışqırıq səslərini eşitmişdir. O, evdə həyat yoldaşı Gülşən xanımla olmuşdur. Aygül Yusifi təhqir edib. O, həyat yoldaşı Gülşənlə onlara tərəf gedəndə görmüşlər ki, Aygül ilə Yusif mübahisə edirlər. O, Yusifi evdən çıxarıb demişdir ki, çıxıb getsin. Aygül isə qışqıraraq Yusifi tutduracağını demişdir. O, nə qədər onu sakitləşdirməyə çalışsa da buna nə özü, nə də həyat yoldaşı nail ola biməmişlər. Aygül 102 xidmətinə zəng edib Yusif tərəfindən döyülməsi barədə məlumat vermişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 18-19-cu vərəqələrində olan Şahid2 izahatından görünür ki, Təqsirləndirilən şəxs onun oğulluğudur, Zərərçəkmiş şəxs isə Yusifin həyat yoldaşıdır. 2017-ci ilin avqust ayında Yusif Aygül ilə rəsmi olaraq nikah bağlama yolu ilə ailə həyatı qurmuşdur. Onların iki uşaqları var. Həyat yoldaşı Qəhrəman, oğlu Yusif üçün həyətlərində ayrıca yaşamaq üçün otaq vermişdir. Onlar ayrıca təsərrüfat aparıblar. Lakin Aygül, Yusif ilə birgə yaşadığı müddət ərzində həmişə evdə söz söhbətlər salırmış. Yusifi təhqir edib alçadırmış. Aralarında olan məsələ boşanmaya kimi çatmışdır. Lakin uşaqları nəzərə almaqla nikahlarını qoruyublar. xx.xx.2020-ci il tarixdə saat 18 radələrində o, həyat yoldaşı Qəhrəmanla evdə olmuşdur. Yusifgilin evindən Aygülün qışqırıq səslərini eşitmişlər. O, Qəhrəmanla birlikdə səsə getmişblər. Görüblər ki, Aygül Yusifi təhqir edir. Onlar nə baş verməsini soruşanda məlum olmuşdur ki, aralarında mübahisə xəstə uşağa görə baş vermişdir. O və Qəhrəman mübahisəyə son qoymaq üçün Yusifi evdən çıxartmışlar. Aygül isə qışqırıb ki, Yusifi tutduracaq. Onlar çox çalışıblar ki, Aygülü sakitləşdirsinlər. Lakin buna nail ola biməyiblər. Aygül 102 xidmətinə zəng edib Yusif tərəfindən döyülməsi barədə məlumat vermişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 12-14-cü vərəqələrində olan, “Baxış keçirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin təhqiqatçısı X5 Azərbaycan Respublikası CPM-nin 51-ci maddələrinin tələblərinə müvafiq olaraq həmin protokolu tərtib etmişdir ondan ötrü ki, Zərərçəkmiş şəxs və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edildi ki, baxış keçirilən yer ünvan 1-dır. Mənzil 1 otaqdan, mətbəxdən və sanitar qovşaqdan ibarətdir. Baxış keçirilən mənzil ümumi həyətdə yerləşir. Mənzilin ümumi sahəsi 26 kv metrdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs göstərmişdir ki, 2017-ci ildən baxış keçirilən mənzildə yaşayır. Burada iki övladı anadan olub. xx.xx.2020-ci ildə saat 18 radələrində şəxsi münasibətlər zəminində həyat yoldaşı Yusif sol əli ilə yumruqla başına bir neçə dəfə xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs həyat yoldaşı Təqsirləndirilən şəxs tərəfindən başına vurulduğu yer fotofiksa olundu. Baxış təbii işıq şəraitində keçirildi Baxış saat 12:30-da başladı, saat 13:35-də qurtardı. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 22-23-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 X7 xx xxxxxx 2020-ci il tarixli, 621 nömrəli canlı şəxsin ekspertizası rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər-sağ gicgah-almacıq, yanaq və sağ gözaltı nahiyələrinin yumşaq toxumalarının şişkinlik halında əzilməsi fluktuasiya edən hematomaları, boyunun sol yarısının bayır səthinin sıyrıqları-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2020-ci il tarixdə və şəraitdə əmələ gələ bilər, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 57-ci vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur, vurulmuş ziyan ödənilmişdir. İşin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsə dəymiş ziyan tam ödənilmişdir. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. İşin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma—min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə qarşılıqlı şəkildə barışmasını və işin digər hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində (40.2.2. zərər çəkmiş şəxslə barışdıqda) nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə qarşılıqlı şəkildə barışdığını təsdiq edən və iş üzrə icraata xitam verilməsinə dair məhkəməyə ünvanlanmış ərizələrini, qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 8 iş saatına görə 48 (qırx səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 73.2, 321, 346, 347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 8 (səkkiz) iş saatına görə 48 (qırx səkkiz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun Bakı şəhəri “xxxxxxxxxxxx” ASC-nin Bakı şəhəri 1 nömrəli “Nəsimi” filialında olan hesabına (H/h AZ41AİİİB********************, Bank rekvizitləri: “xxxxxxxxxxxx” ASC-nin Bakı şəhəri 1 nömrəli “Nəsimi” filialı, VÖEN: **********, Kod: 200112) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə qərar qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-317/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-317/2020
06.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver