Məhkəmə qərarları › İş №1(005)-317/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-317/2024

30.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-317/2024 30.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1980-cı il tarixdə Bakı şəhərində anadan olmuş, evli, ali təhsilli, fərdi işlə məşğul olan, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam’' qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 221.1 və 127.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanının mövqeyinə əsasən, Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuş və ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verərək xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 29 oktyabr 2023-cü il tarixdə saat 00.15 radələrində ünvan 2 ünvanının qarşısında Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoyub, heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs bədəninin və üzünün müxtəlif nahiyyəsindən yumruqla bir neçə dəfə qəsdən vuraraq ona sağ yanaq nahiyəsinin iç sətinin səthi əzilmiş yarası, sağ əlin yumşaq toxumalarının şişkinlik halında əzilməsi, sağ əlin İ barmağın əsasının, İİ-İİİ əl daraq falanqalarının ovuc səthlərinin qançırları ilə müşayiət edilən sağ əlin İ barmağın əsas falanqasının əsasının proksimal oynaq kənarının qopma xarakterli qapalı sınığı kimi sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmiş, bu hərəkətləri ilə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verib həmin hərəkətləri davam etdirərək ictimai yerdə olan şəxslərin rahatlıq və dincliklərini pozmaqla xuliqanlıq etmişdir. Qeyd edilənlərlə bağlı Təqsirləndirilən şəxs CM-in 221.1 və 127.2.3-cü maddələri ilə ittiham olunaraq məhkəməyə verilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 00.10 radələrində yaşadığı mənzildən düşərək evdə olan qonaqlarını yola salmışdır. Bu zaman 16 yaşlı oğlu Füzuli Baxəşliyev də yanında olmuşdur. Bu vaxt siqaret çəkmək istəmiş, lakin alışqanı yanında olmadığı üçün **-BO-*** dövlət qeydiyyat nişanlı, “Mercedes” markalı avtomobilin yanında dayanan tanımadığı şəxsdən alışqan istəmişdir. Həmin şəxs isə ona alışqanının olmamasını bildirmişdir. Təqsirləndirilən şəxs əvvəlcə Zərərçəkmiş şəxs evinin altında “Referans klinikası” var deyə həkim olduğunu düşünmüşdür. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs burada qalırsan? sualını vermiş, Zərərçəkmiş şəxs isə “alışqan vermədim” deyə ona hesab verməyəciyini bildirmişdir. Təqsirləndirilən şəxs övladı X1 Elçin Firudin oğluna bu ərazilərdə oğurluq hadisələrinin olduğunu, həttə onun velosipedinin də oğurlandığını bildirmişdir. Zərərçəkmiş şəxs 250 manatlıq köynək geyindiyini və bu geyimdə birinin oğurluq hadisələri ilə əlaqəsinin olmadığını bildirmişdir. O da ona “bağışla"- deyərək aralanıb, binaya daxil olmaq istəyərkən həmin şəxsin nəsə deməsini eşitmiş və ondan nə dediyini soruşmuşdur. Həmin şəxs də ona oğlunu göstərərək “bunu yola sal deyim nə deyirəm"- demişdir. O da ona həmin oğlanın özünün oğlu olmasını dedikdə, həmin şəxs ona- “otur maşına deyim nə deyirəm'’- demişdir. O da həmin şəxsin **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşmiş, oğlunu isə onlarla getməyə qoymamışdır. Təxminən 500-600 metr, yəni yaşadığı küçə ilə kəsişən İ.Dadaşov küçəsinə getdikdən sonra zərərçəkmiş şəxs avtomobildə ona “indi mən sənə göstərəcəm"- demişdir. O da həmin şəxsdən avtomobili saxlamasını istəyib, nə göstərmək istədiyini soruşmuşdur. Həmin şəxs avtomobili yolun kənarında saxlamış, o da ön tərəfdə sərnişin oturacağından düşüb avtomobilin arxasına keçmək istəyərkən həmin şəxs onunla üzbəüz gəlib, onun başının sol tərəfindən bir dəfə əli ilə vurmuşdur. Həmin vaxt onu vurarkən əlinin içində dairəvi nə isə, beşbarmaq kimi əşya olmuşdur. Lakin o, həmin əşyanın nə olduğunu bilməmişdir. Zərbədən sonra o, yerə yıxılmış, yerə yıxılan zaman başı yolun kənarında olan beton “bardyora" dəymişdir. Sonradan adının Zərərçəkmiş şəxs olduğunu bildiyi şəxs isə avtomobilinə əyləşərək çıxıb getmişdir. Bundan sonra o, piyada üzündən qan axa- axa yaşadığı evə tərəf getmişdir. Təqsirləndirilən şəxs evə gələndə Elçinin öz dəstəsini yığdığını, daha sonra Elçinin dostu Azər adlı şəxsin gəldiyini görmüşdür. Elçin binanın qarşısında, onun oğlunun yanında dayanıb ona baxaraq gülmüşdür. Bu zaman qonşusu Rövşənin atası ona yaxınlaşaraq onları evə yola salmışdır. Bundan sonra o, zəng edib Elçin barədə polisə şikayət etmişdir. Polisdə şikayəti bildirdikdən sonra o, təcili tibbi yardım avtomobili ilə 1 saylı KTMnə getmişdir. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həmin xəstəxanada müalicə almışdır. Zərərçəkmiş şəxs dostu Cavid Hüseynov olduğunu bildiyi şəxs onun dostu Vüqar Abbasova zəng edərək hədələmişdir. Bu hadisənin səbəbi onun Nərimanov RPİ-nin 16-cı polis şöbəsində əvvəllər yaşadığı problemlər olmuşdur. O, düşünür ki, əvvəllər polisdən şikayət etdiyi üçün Zərərçəkmiş şəxs polis tərəfindən öyrədildikdən sonra onu döymüşdür. Təqsirləndirilən şəxs xəstəxanadan qeyri-müəyyən səbəblərdən çıxarıldığını bildirmişdir. Daha sonra Elçinin qonşusu, Təqsirləndirilən şəxs yanına gələrək aralarında barışıq olmasını bildirsə də, Təqsirləndirilən şəxs hər şeyin qanunla həll olunacağını bildirmişdir. Hadisədən əvvəl evində qonaq olduğu üçün az miqdarda spirtli içki qəbul etmişdir. Zərərçəkmiş şəxs ifadəsində onun Elçini vuraraq xəsarət yetirdiyini bildirməsi yalandır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs tanımır, aralarında heç vaxt ədavətinin olmadığını, onu vurmadığını, Zərərçəkmiş şəxs xəsarətlərinin saxta rəylər əsasında olduğunu bildirmişdir. Hadisə 2-3 dəqiqə çəkmiş, hadisənin onların özlərindən başqa kimsənin görməməsini və bu hadisədə zərərçəkən özü olmasını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ürək-damar cərrahıdır. xx.xx.2023-cü il tarixdə saat təxminən 23.50 radələrində yaşadığı mənzilin yerləşdiyi həyətə özünə məxsus Mercedes markalı **-BO-*** d.q.n-lı avtomobil ilə gəldikdən sonra avtomobili həyətdə park edərək gecə gəzintisinə çıxmışdır. Maşını 5-ci blokun qarşısında saxlamış, özü 4-cü blokda olan mənzildə yaşayır. 15-20 dəqiqə sonra gəzintidən qayıdıb avtomobilə doğru yaxınlaşarkən tanımadığı 2 nəfər şəxs, yəni bir orta yaşlı, birdə cavan olan şəxslər ona yaxınlaşmışlar. Orta yaşlı şəxs ondan alışqan istəmiş, o, da həmin şəxsə alışqan vermişdir. Həmin şəxs siqaretini yandırıb ona “burda qalansan?" deyə soruşmuşdur. O, da həmin şəxsə “nəyinə lazımdır harda qalıram?’’- deyə cavab vermişdir. Həmin şəxs də “bilək də"- deyərək cavab verib davamında bloklarında oğurluq hadisələrinin çox olmasını demişdir. Bundan sonra o, həmin şəxsə əynindəki ağ köynək və tünd göy rəngli şalvarı göstərərək “sən harda görmüsən ki, belə oğru olsun demiş və “sən kimə oğru deyirsən?"- deyə soruşmuşdur. Daha sonra 7 ildir bu binada yaşadığını, hamının onu tanımasını söyləmişdir. Təqsirləndirilən şəxs birinci dəfə siqareti sərxoş olduğu üçün yandıra bilməmiş, daha sonra yanında olan cavan oğlana onu göstərərək “kimdi ə bu?"- demişdir. Cavan oğlan isə cavabında onun həmin binanın 4-cü blokda qaldığını bildirmişdir. O, həmin şəxsdən kəskin spirt qoxusunun gəlməsini hiss edib ondan uzaqlaşaraq avtomobilinə yaxınlaşıb idman çantasını götürmüşdür. Arxaya dönəndə həmin şəxsin onun arxasında təxminən 10 sm məsafədə dayanıb, ona baxmasını görmüş və həmin an gözləmədiyi üçün diksinmişdir. O, həmin şəxsdən niyə arxasında bu qədər az məsafədə dayanmasını soruşduqda, həmin şəxs yenidən ondan alışqanı verməyini istəmişdir. O, həmin şəxsdən arxasından çəkilməsini istəyib, alışqanın avtomobilin salonuna qoyduğunu demişdir. Həmin şəxsə vermək üçün yenidən avtomobilin salonundan alışqanı götürmək istəyərkən həmin şəxsin onunla qəsdən 5-10 sm məsafə saxlamasını görmüşdür. Alışqanı həmin şəxsə verdikdən sonra həmin şəxs yanındakı cavan oğlandan uzaqlaşmasını istəmişdir. Cavan oğlan uzaqlaşdıqdan sonra həmin şəxs ona “cavan uşağın yanında düz eləmirsən, mənlə niyə belə danışırsan"-demişdir. O, həmin vaxt cavan oğlanın həmin şəxsin oğlu olduğunu bilmişdir. Bundan sonra o, həmin şəxsə düzgün hərəkət etmədiyini bildirib oradan uzaqlaşıb getmək istəmişdir. Ancaq onlar onun avtomobilinə zərər vura biləcəklərini düşündüyündən, oradan uzaqlaşmadan geri qayıdıb avtomobilini saxladığı yerdən çıxarıb kənarda saxlamışdır. Bundan sonra gəlib yaşadığı mənzilin blokuna girmək istəyərkən həmin şəxslərin blokun qarşısında onu gözlədiklərini görmüşdür. O, bloka daxil olmaq istəyərkən sonradan adının Rufan olduğunu bildiyi həmin şəxs onun qarşını kəsib, ona “düz etmirsən" deyərək onunla hədələyici tonla danışmağa başlamışdır. O da Rufanın içkili olduğunu görüb, ona onun telefon nömrəsini götürməyi, sabahısı gün zəngləşib, görüşməklə çay içib danışmalarını təklif etməklə, oğluna atasını aparmasını demişdir. Bu zaman Rufan ona “çox aqresiv danışırsan"- demişdir. O da buna fikir verməyərək getmək istədikdə Rufan “gəl kənara keçək səni başa salacam, ağılı ol"- demişdir. O da Rufanın əl çəkmədiyini görüb “bura məhlədir, küçədir, ayıbdır gəl avtomobil ilə çıxıb işıqlı yerdə söhbət edək, qonşuyuq”-demişdir. Rufan da onunla razılaşmışdır. Bundan sonra Rufanla birlikdə özünün avtomobilinə əyləşərək sürüb məhəllədən çıxmışlar. Rufan onu narahat etdiyindən onun fikri qarşına çıxan polis əməkdaşlarına Rufanı təhvil verib qayıtmaq imiş. Məhəllədən təxminən 100-200 metr aralandıqdan sonra Rufan avtomobildə ona əl-qol ataraq, onu təhqir etməyə başlayaraq, tez tez əlini sağ cibinə aparmışdır. O da Rufanın cibində nəsə olduğunu düşünərək, onu sakitləşdirməyə çalışmışdır. Bu zaman Rufan ondan avtomobili dayandırmasını istəmişdir. O da Rufana məhəlləyə qayıtmaq üçün dönəcəyini, onu evə aparacağını bildirdikdə, Rufan avtomobilin qapısını açmışdır. O, Rufanən özünü avtomobildən atmaq istədiyini düşünüb tez avtomobili saxlamışdır. Rufan avtomobildən düşdükdən sonra o, avtomobili sürüb getmək istərkən Rufan qışqıraraq onu söyüb, təhqir etməyə başlamışdır. O avtomobildən düşüb Rufana yaxınlaşıb, “gecə vaxtıdı, camaatı narahat etməyək, otur avtomobilə çıxıb gedək” demişdir. Bu zaman Rufan qəflətən onun üz nahiyəsindən şillə ilə vurduqda, o da Rufanı şillə ilə vurmuşdur. Daha sonra Rufan onun üzərinə gələrək güləş fəndi ilə onu yıxmaq istədikdə, o, yıxılmayaraq Rufanın fəndindən istifadə edib onu yerə yıxmış, çıxıb getmək istəyərkən Rufanın ayağa qalxıb üzərinə gəldiyini və əlini cibinə atdığını görmüşdür. Hər tərəf qaranlıq olduğu üçün o, Rufanın əlində nə olmasını görməmişdir. Rufan ona zərbə vurmaq istəyərkən sağ əlini önə tərəf atmış və zərbə sağ əlinə dəymişdir. Bu vaxt barmağı zədələnmişdir. Onda Rufanın əlində nəsə küt alət olduğunu başa düşmüşdür. Buna görə də Rufanın ondan əl çəkmədiyini görüb onu özündən uzaqlaşdırmaq üçün yenidən onun üzünə sillə vurmuş və Rufan yerə yıxılmasa da yerə oturmuşdur. Hadisə 2-3 dəqiqə çəkmişdir. Təqsirləndirilən şəxs başı heç yerə dəyməmiş, onun qanaması olmamışdır. Bundan sonra o, avtomobilə əyləşərək oradan uzaqlaşmış, dava dalaş olmaması və Rufanın evinə getməsi üçün təxminən 30-40 dəqiqə məhəlləyə getməmişdir. O, məhəlləyə qayıdarkən Rufanın oğlunun məhəllədə olmasını görmüşdür. Həyətdə gözətçidə olmuşdur. O, avtomobili saxlayıb biraz gözlədikdən sonra Rufan məhəlləyə gələrək, əlini üzünü yumuşdur. Həmin vaxt Rufanda heç bir xəsarət, qan izləri görməmişdir. Belə ki, o, Rufanı yumruqla deyil, sillə ilə vurmuşdur. Bundan sonra o, mənzilinə getmişdir. Gecə saat təxminən 02.30-da polis şöbəsindən ona telefon zəngi gəlmişdir. O, polis şöbəsinə yaxınlaşdıqda orada təcili tibbi yardım avtomobilini görmüşdür. Orada ona Rufanın burnundan qan axmasını dedikdə ona inandırıcı gəlməmişdir, çünki, Rufan məhəlləyə gələrkən burnundan qan axmırdı. Qonşu olduqları üçün və Rufanın içkili olmasını nəzərə alıb əvvəlcə Rufandan şikayət etmək istəməmişdir. Zərərçəkmiş şəxs qonşusu Azərə yığaraq hadisəni demiş və onun aşağı düşməsini xahiş etmişdir. Ancaq Rufanın ondan şikayət etməsini bildikdən sonra və sifət nahiyyəsində və əlində ağrılar olduğundan o da Rufandan şikayət etmək qərarına gəlmişdir. Tibbi müayinədən keçdikdən sonra Rufanın əlində olan küt alətlə onu vurması nəticəsində onun sağ əlinin baş barmağının sındığı məlum olmuşdur. Birinci Rufan onu vurduğu üçün o da ancaq sillə ilə Rufanı vurmuşdur və əlində hər hansı bir əşya olmamışdır. Onların arasında yaranmış mübahisə zamanı hadisəni kimsənin görmədiyini bildirmişdir. Aralarında mübahisə cəmi 2-3 dəqiqə çəkmişdir. Hazırda Rufanla barışmayıb, şikayətçidir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş yetkinlik yaşına çatmamış X5 ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun doğma atasıdır. Zərərçəkmiş şəxs isə əvvəllər tanımamış, onunla aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. xx.xx.2023-cü il tarixdə yaşadıqları mənzilə qonaq gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 00:10 radələrində qonaqları yola salmaq üçün atası Təqsirləndirilən şəxslə birlikdə yaşadıqları mənzildən çıxaraq, binanın qarşısından qonaqları yola saldıqdan sonra atası ilə birlikdə yaşadıqları binanın girişində, blokun qarşısında durmuşlar. Həmin vaxt sonradan adını bildiyi Zərərçəkmiş şəxs binanın həyətinə daxil olaraq binanın qarşısında park edilmiş avtomobillərə tərəf getmişdir. Bu vaxt atası siqaret yandırmaq istəmiş, lakin üzərində alışqan olmadığından Elçindən alışqanı olub-olmadığını soruşmuşdur. Elçin isə alışqanı olmadığını bildirmişdir. Elçini binanın həyətində birinci dəfə gördüklərindən alası ondan həmin məhəllədə yaşayıb, yaşamadığını soruşmuşdur. Elçin isə cavabında aqressiv formada atasına “alışqanım yoxdu deyə, burda qalıb-qalmadığımı soruşursan? Sənə nə dəxli var mən harda qalıram?"-demişdir. Elçin aqressiv cavab verdiyindən atası onunla söhbəti davam etdirməmişdir. O, atası ilə birlikdə yaşadıqları mənzilə getmək üçün bloka daxil olduqda Elçin “a kişi"- deyərək səslənib atasını çağırmışdır. Bundan sonra Elçin onun atasına “piyanıska”, “bomj" və sair təhqiredici sözlər deyib mübahisə yaratmışdır. Onlar Elçinə onu tanımadıqlarına görə burada yaşayıb-yaşamadığını soruşduqlarını izah etməyə çalışsalarda, Elçin onları dinləmək istəməmişdir. Sözlü mübahisə zamanı Elçin onu işarə edərək onun atasına - “apar bunu qoy evə, özümüz söhbət edək”-demişdir. Elçin onu “bu" deyə adlandırdığına görə atası bundan əsəbləşib onun oğlu olduğunu və ona düzgün müraciət etməsini istəmişdir. Həmin vaxt yaşadıqları məhəllənin sakini olan Əli onlara yaxınlaşıb mübahisəni sakitləşdirmək üçün onlara evə getmələrini demişdir. Elçinə isə onların qonşu olduqlarını və həmin binada yaşadıqlarını bildirmişdir. Elçin isə mübahisəni davam etdirdiyindən, o, atasının istəyi ilə onlardan bir qədər kənara çəkilib kənardan onları müşahidə etsədə, nə danışdıqlarını eşitmirdi. Atası Elçinlə təxminən 20-30 saniyə söhbət etdikdən sonra Elçin onun atasına- “otur maşına"-demişdir. Bundan sonra Elçin özünün idarə etdiyi **-BO-*** dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin sükanı arxasına, atası isə həmin avtomobildə ön sağ oturacaqda əyləşmiş və Elçin avtomobili sürərək məhəllədən çıxmışdır. X5 atası Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs maşına minib ərazidən getdikdən sonra maşının dalınca getmişdir. Maşın moykanı 10 metr keçdikdən sonra dayanmışdır. Uzaqdan Zərərçəkmiş şəxs atası Təqsirləndirilən şəxs vurduğunu görmüş, daha sonra atası zərbənin təsirindən yıxılmışdır. X5 atası yıxılarkən ona kömək üçün yaxınlaşmamış, kənardan izləmişdir. Həmin vaxt hadisəni görən, onların yanında heç kim olmamışdır. Zərərçəkmiş şəxs maşına minib məhəlləyə getdikdən sonra o da onun arxasınca Zərərçəkmiş şəxs vurmaq üçün yola düşmüşdür. Hadisə binadan 600-700 metr kənarda gecə saat 12:15 radələrində “Cıdır Plaza” ilə üzbəüz yerdə baş vermişdir. Elçin özünün idarə eldiyi **-BO-*** dövlət qeydiyyat nişanlı “Mercedes“ markalı avtomobillə məhəlləyə qayıtdıqda, atası avtomobildə olmamışdır. Elçin tək qayıtdıqda o, Elçinə yaxınlaşaraq atasının harada olduğunu ondan soruşduqda, Elçin istehzalı şəkildə əli ilə məhəllədən kənarı işarə edib -“hardasa oralardadı”- demişdir. Həmin vaxt yanlarında olan qonşuları Azər Elçindən atasının harada olduğunu soruşduqda, Elçin -“ağzının qatığını dağıdırdı vurdum ağzını partlatdım”-demişdir. Həmin vaxt Elçinin bədəni üzərində heç bir xəsarət olmamışdır. Atası məhəlləyə daxil olduqda, o, atasına yaxınlaşdıqda atasının burnundan qan gəldiyini, başında və çənəsinin altında yara izləri olduğunu, dodağının partladığını görmüşdür. Atası Elçinə yaxınlaşmaq istədikdə, o, mane olub atasının qoluna girərək atasını yaşadıqları mənzilə aparmışdır. Mənzildə atası DİN-nin 102 xidmətinə zəng edərək Elçin tərəfindən döyülməsi barədə məlumat vermişdir. Atası 102 xidməti ilə danışıqlarından Elçin məhəllədən çıxandan sonra avtomobili saxladığını, atası avtomobildən düşdükdən sonra atasını döydüyünü bilmişdir. Mənzildə atasının vəziyyəti pisləşdiyindən o, təcili tibbi yardım çağırmışdır. Çağırışa gələn təcili tibbi yardım avtomobili ilə atası 1 saylı X9 aparılmışdır. Orada atası müayinə etdikdən sonra kəllə beyin travması aldığı, sol gözünün altında olan sümüyün sındığı və sol gicgah nahiyyəsindəki sümüyün sındığı müəyyən edilmiş və stasionar müalicə üçün xəstəxanada yatırılmışdır. Atası şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyindən o, yaşadığı mənzilə qayıdaraq atasının mütəmadi istifadə etdiyi dərmanları götürərək, aparıb xəstəxanada atasına çatdırılması üçün təhvil vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşayır. 19 ildir ki, Təqsirləndirilən şəxslə evlidir və birgə nigahlarından iki övladları var. xx.xx.2023-cü il tarixdə yaşadıqları mənzildə qonaqları olmuşdur. Gecə saatlarında qonaqları getmişlər. xx.xx.2023-cü il tarixdə saat 00:10 dəqiqədə əri Təqsirləndirilən şəxs qonaqları yola salmaq üçün oğlu Füzuli ilə birlikdə blokun qarşısına çıxmışlar. Əri ilə oğlunun qayıtmadıqlarını gördüyündən bir neçə dəqiqə sonra eyvana çıxıb baxdıqda əvvəllər tanımadığı sonradan adının Zərərçəkmiş şəxs olduğunu bildiyi şəxsin əri Rufanın üzərinə uca səslə qışqıraraq ondan onun avtomobilinə minməsini istədiyini, Rufanın da onun avtomobilinə əyləşdiyini görmüşdür. O. heç nə başa düşmədiyindən oğlu Füzulidən nə baş verdiyini, Rufanın tanımadıqları şəxslə hara getdiyini soruşmuşdur. Füzuli isə mənzilə gələrək ona Rufanın Elçinlə sözlə mübahisə etdiyini, Elçinin Rufanı təhqir edərək avtomobilinə əyişdirib harasa apardığını demişdir. O, dərhal mənzildən çıxaraq evin qarşısına gəldikdə evin qarşısında heç kimin olmadığını, Rufanla Elçinin getdiyini görməmişdür. Bir neçə dəqiqə gözlədikdən sonra saat gec olduğundan mənzilə qayıdaraq, eyvanda durub Rufanı gözləmişdir. Bir neçə dəqiqədən sonra Elçinin tək geri qayıtdığını, yanında isə iki nəfər şəxsin olduğunu, Elçinin həmin şəxslərə əri Rufanı döydüyünü dediyini eşitmişdir. Bundan sonra Füzulini Elçinin yanına göndərərək Rufanın harada olmasını ondan öyrənməsini istəmişdir. Füzuli Elçinin yanına çatdıqdan sonra Rufanın sifətinin qan içərisində həyətə daxil olduğunu görmüşdür. Sonradan Elçin əri Rufanı öz idarə etdiyi avtomobilinə əyləşdirərək kənara apardığını və orada yumurqla Rufanın sifət nahiyyəsinə vurduğunu öyrənmişdir. Əri Rufan isə Elçinə heç bir xəsarət yetirməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: xx.xx.2023-cü il tarixli, 2/42309 saylı “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə prokotolun”-dan görünür ki, müayinə vaxtı Təqsirləndirilən şəxs yüngül dərəcəli alkoqol sərxoşluğunda olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi" Publik Hüquqi şəxs Nərimanov rayon şöbəsindən verilmiş 1445 nömrəli xx.xx.2023-cü il tarixli ekspert rəyində müəyən edilmişdir: 1984-cü il təvəllüdlü Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər- sağ yanaq nahiyəsinin iç sətinin səthi əzilmiş yarası, sağ əlin yumşaq toxumalarının şişkinlik halında əzilməsi, sağ əlin İ barmağın əsasının, İİ-İİ əl daraq falanqalarının ovuc səthlərinin qançırları ilə müşayiət edilən sağ əlin İ barmağın əsas falanqasının əsasının proksimal oynaq kənarının qopma xarakterli qapalı sınığı- küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2023-cü il tarixdə və şəraitdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aiddir. Vət. Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər xarakter və lokalizasiyasına görə şəxsin özü-özünə yetirməsi və öz boyu hündürlüyündən yıxılması nəticəsindən əmələ gəlməsi inandırıcı deyil. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi" Publik Hüquqi şəxs Nərimanov rayon şöbəsindən verilmiş 1457 nömrəli xx.xx.2023-cü il tarixli ekspert rəyində müəyən edilmişdir: 1980-cı il təvəllüdlü Təqsirləndirilən şəxs aşkar edilmiş xəsarətlər- qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sol göz yuvasının qançırı, maksilyar sinusun ön divarının az yerdəyişən və almacıq, gicgah qövsünün ikili yerdəyişən qapalı sınıqları, hemosinus- kül əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2023-cü il tarixdə və şəraitdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aiddir. Vət. Təqsirləndirilən şəxs aşkar edilmiş xəsarətlər xarakter və lokalizasiyasına görə şəxsin özüözünə yetirməsi və öz boyu hündürlüyündən yıxılması nəticəsindən əmələ gəlməsi inandırıcı deyil. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi" Publik Hüquqi şəxs Təkrar Ekspertizalar şöbəsindən verilmiş T135/2024 nömrəli xx.xx.2024-cü il tarixli əlavə ekspert rəyində müəyən edilmişdir: Təqsirləndirilən şəxs qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sol göz yuvasının qançırı, maksilyar sinusun ön divarının az yerdəyişən və almacıq, gicgah qövsünün ikili yerdəyişən qapalı sınıqları, hemosinus olmuşdur. Qeyd edilər xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə kənar şəxs tərəfindən yetirilən zərbə nəyicəsində yarana bilərdilər, dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Vət. Zərərçəkmiş şəxs sağ yanaq nahiyəsinin iç sətinin səthi əzilmiş yarası, sağ əlin yumşaq toxumalarının şişkinlik halında əzilməsi, sağ əlin İ barmağın əsasının, İİ-İİİ əl daraq falanqalarının ovuc səthlərinin qançırları ilə müşayiət edilən sağ əlin İ barmağın əsas falanqasının əsasının proksimal oynaq kənarının qopma xarakterli qapalı sınığı olmuşdur. Qeyd edilər xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə kənar şəxs tərəfindən yetirilən zərbələr nəyicəsində yarana bilərdilər, dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Xəsarətlərin xarakter və lokalizasiyaları onların kənar şəxs tərəfindən bərk küt əşya ilə yetirilməsinə uyğun gəlir. “Qətimkan tədbirinin seçilməsi haqqında” 21 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, aşağıdakı nəticəyə gəlir. Məhkəmə ilk əvvəl hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı irəli sürülmüş ittihama münasibət göstərməyi zəruri hesab edir: Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə verilən ittihamdan görünür ki, o, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir, yəni 29 oktyabr 2023-cü il tarixdə saat 00.15 radələrində ünvan 4 ünvanının qarşısında Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoyub, heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs bədəninin və üzünün müxtəlif nahiyyəsindən yumruqla bir neçə dəfə qəsdən vuraraq ona sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmiş, bu hərəkətləri ilə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verib həmin hərəkətləri davam etdirərək ictimai yerdə olan şəxslərin rahatlıq və dincliklərini pozmaqla xuliqanlıq etmişdir. Cinayət Məcəlləsinin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini - ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Xuliqanlığın əsas tərkibini təsbit edən CM-in 221.1-ci maddəsinin dispozisiyasından, “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011 -ci il tarixli qərarlarından, eləcə də “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004- cü il tarixli qərarında xuliqanlıq cinayətinə verilmiş təfsirdən aydın olur ki, xuliqanlıq cinayəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik göstərən qərəzli hərəkətlərdə ifadə olunmalı, həmin hərəkətlər isə vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli, 1 nömrəli Qərarının: 2-ci bəndində izah edilmişdir ki, CM-in xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür; 3-cü bəndinə əsasən məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilməlidir. İzah edilmişdir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən, zərər çəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda CM-in şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər; Məhkəmə hazırki cinayət işi üzrə cinayət əməlinin baş verdiyi ünvan, hadisənin, habelə təqsirləndirilən şəxsin hərəkətlərinin törədilmə şəraiti və mexanizmini, təqsirkarın niyyətini, motiv və məqsədi kimi halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsinin tərkib hissəsi yoxdur, yəni onun tərəfindən xuliqanlıq cinayəti törədilməmişdir. Belə ki, məhkəmə qeyd edir ki, cinayət prosesi iştirakçıları arasında dalaşmaya və zərərçəkmiş şəxsin bədən xəsarəti almasına səbəb olan münaqişə ibtidai istintaq orqanın gəldiyi qənaətə görə mübahisə 29 oktyabr 2023-cü il tarixdə saat 00.15 radələrində ünvan 4 ünvanının qarşısında, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs alışqanın olub-olmamasını soruşmasından sonra yaranmış, daha sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs maşınına minərək yaşadıqları məhəllədən uzaqlaşdıqdan sonra heç kəsin olmadığı yerdə, gecə saat 01-02 radələrinədək davam etmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə, yaşadıqları məhlədə onunla mübahisə etməsini, ondan əl çəkmədiyini görüb, onu yaxınlıqda olan polisə təhvil vermək və ya sakitləşdirmək məqsədi ilə maşınına əyləşdirərək bir qədər kənara aparmış, avtomobildə olarkən Təqsirləndirilən şəxs ona qarşı yenidən qeyri-etik ifadələr səsləndirməsi, hərəkətdə olan avtomobilin qapısını açaraq yerə düşməyə cəhd etməsini görüb avtomobilini saxladıqdan sonra Təqsirləndirilən şəxs avtomobildən düşərək Zərərçəkmiş şəxs yaxınlaşıb ilkin olaraq sillə ilə üzünə vurması, yəni hüquqazidd hərəkətləri nəticəsində baş vermiş və bundan sonra tərəflər qarşılıqlı olaraq bir-birlərini vurmuşdurlar. Həm təqsirləndirilən, həmçinin zərərçəkmiş şəxsin, eyni zamanda şahid X2 ifadələrindən görünür ki, hadisə baş verərkən orada heç kəs olmamış və hadisə qaranlıq ərazidə təxminən 2-3 dəqiqə ərzində baş vermişdir. Təqsirləndirilən şəxs hərəkətlərində baş vermiş münaqişə zamanı ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq nümayiş etdirmək kimi hallar olmamışdır. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən ictimai qaydanın pozulması, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olan hərəkətlərə yol verilməsi barədə istintaq orqanının gəldiyi nəticə cinayət işinin faktiki hallarına uyğun gəlmir. Belə ki, cinayət işi üzrə toplanmış sübutların müqayisəli təhlilindən görünür ki, tərəflər arasında mübahisə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs alışqanın olub-olmaması soruşduğu zaman yaranmış və nəticədə münaqişəyə çevrilmişdir. Təqsirləndirilən şəxs tərəfindən ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qərəzli hərəkətlər etməsi müəyyən olunmur. Göstərilən hallara istintaq orqanı tərəfindən düzgün qiymət verilməmiş və nəticədə Təqsirləndirilən şəxs qarşı CM-in 221.1-ci maddəsi ilə əsassız ittiham irəli sürülmüşdür. Belə ki, hadisənin məhkəmə istintaqında müəyyən olunan və yuxarıda təsvir olunan mexanizmindən göründüyü kimi Təqsirləndirilən şəxs tərəfindən öz şəxsiyyətini digərlərinin şəxsiyyətinin fövqündə qoymaqla, ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ətrafdakıların qanuni mənafelərinə toxunan, həmçinin ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərə yol verilməmişdir. İstintaq orqanı Təqsirləndirilən şəxs hərəkətlərində xuliqanlıq cinayət əməlini olması barədə nəticəyə gələrkən konkret sübutlara deyil, formal mülahizələrə əsaslanmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı- ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və İnzibati hüquqpozmalara dair işlər üzrə Məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il tarixli qərarında birmənalı olaraq göstərilmişdir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plemumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 5-ci bəndinə əsasən məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə, onda həmin şəxsin əməli cinayətlərin məcmuyu qaydasında, həm də CM-in 221-ci maddəsilə tövsif olunmalıdır. Beləliklə, məhkəmə istintaqında əldə edilən və qiymətləndirilən mötəbər sübutlarla müəyyən olunduğu kimi, hazırki cinayət işi üzrə hadisənin baş verdiyi ünvanda Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə bədən xəsarəti yetirilməsi ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər kimi qiymətləndirilə bilməz. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığına zərər vurmaya aid bədən xəsarəti yetirməklə xuliqanlıq etməsi göstərilsə də, yəni xuliqanlıq cinayətinin qanunda təsbit edilmiş əlamətləri sadalansa da, hansı ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin Təqsirləndirilən şəxs konkret hansı hərəkətlərində ifadə olunması göstərilməmiş, xuliqanlıq niyyətinin nədə ifadə olunması açıqlanmamış və yalnız hadisənin ünvan 4 ünvanının qarşısında baş verdiyi qeyd olunmuşdur. Eyni zamanda hadisə iştirakçısı olmuş şahid X5 atası Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs maşına minib ərazidən getdikdən sonra maşının dalınca getdiyini, maşının “moyka”nı 10 metr keçdikdən sonra dayandığını, uzaqdan Zərərçəkmiş şəxs atası Təqsirləndirilən şəxs vurduğunu görmüş və bildirmişdir ki, atası Təqsirləndirilən şəxs zərbənin təsirindən yıxılmışdır. X5 atası yıxılarkən ona kömək üçün yaxınlaşmamış, hadisə binadan 600-700 metr kənarda gecə saat 12:15 radələrində “Cıdır Plaza” ilə üzbəüz qaranliq və heç kimin olmadığı yerdə baş verdiyini bildirmişdir. Qeyd edilənlər isə Təqsirləndirilən şəxs əməlinin xuliqanlıq kimi qiymətləndirilməsini istisna edir. Yəni təqsirləndirilən şəxs, aralarında yaranmış mübahisə zəminində zərərçəkmiş şəxsə məhz sonuncunun təhrikedici hərəkətləri nəticəsində bədən xəsarəti yetirmiş, onun cinayət qəsdinin obyekti ictimai qayda deyil, konkret zərərçəkmiş şəxs olmuş, onun tərəfindən ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edilməmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs hərəkətləri əsassız olaraq vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər törətməsi kimi qiymətləndirilmiş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq ona Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ki, məhkəmə həmin ittiham əsasında Təqsirləndirilən şəxs xuliqanlıq əməlini törətməsi ilə bağlı məsuliyyətə cəlb edilməsini mümkün hesab etmir belə ki, CM-in 221.1-ci maddəsi ilə verilmiş ittiham, işin konkret, faktiki hallarına deyil, daha çox ehtimal və mülahizələrə əsaslanmışdır. Belə ki, xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Cinayət təqibi üzrə icraat zamanı sübut edilməli olan hallar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 139-cu maddəsində müəyyən edilmişdir. Bunlara cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi və s. daxildir. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs xuliqanlıq hərəkətlərinə yol verməsi öz təsdiqini tapmır. CM-in: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır; 14.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. CPM-in: 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin (Təqsirsizlik prezumpsiyası) İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı sübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir; 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların mücmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli Qərarında qeyd edir ki, ədalətli və çəkişmə xarakterli məhkəmə araşdırması anlayışı prinsipcə onu nəzərdə tutur ki, başqa cür qərara gəlmək üçün əsaslı səbəblər yoxdursa, məhkəmə ittiham tərəfinin təqdim etdiyi, şahidin məhkəməyə qədər dindirmə protokolunda qeydə alınmış ifadəsindən daha çox, məhkəmə iclasında verdiyi ifadəyə əhəmiyyət verməlidir. Digər səbəblərlə yanaşı, bunun səbəbi ondan ibarətdir ki, məhkəməyə qədər dindirmə ilk növbədə ittiham tərəfinin məhkəmədə öz mövqeyini müdafiə etmək məqsədi ilə məhkəmə araşdırması üçün məlumat toplaması prosesidir. Məhkəmə tərəfindən həyata keçirilən məhkəmə araşdırmasının vəzifəsi isə faktiki olaraq təqdim edilmiş bütün sübutların ədalətli qiymətləndirilməsindən sonra təqsirləndirilən şəxsin təqsiri məsələsini dəlillərin məhkəmədə birbaşa yoxlanılması əsasında müəyyən etməkdir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, əməlində cinayət tərkibi olmadığından, həmin əsasla X3 CM-in 221.1-ci maddəsi ilə bəraət verilməlidir. Beləliklə, məhkəmə, cinayət təqibi üzrə toplanmış və məhkəmə istintaqında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymət verərək hesab edir ki, X3 CM-in 221.1-ci maddəsi ilə verilmiş ittiham məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından və həmin ittiham üzrə toplanmış sübutlar ümumiyyətlə, xuliqanlıq cinayətinin mövcudluğunu istisna etdiyindən, təqsirləndirilən şəxsə həmin maddə ilə əməlində cinayət tərkibi olmaması əsası ilə bəraət verilməlidir. Məhkəmə həmçinin təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə xuliqanlıq niyyətilə xəsarət yetirilməsi barədə istintaq orqanının gəldiyi nəticəni əsaslı sayaraq aşağıdakıları qeyd edir: Məhkəmə qeyd edir ki, xuliqanlıq niyyətinin mahiyyəti belə motivlə cinayət törədən şəxsin özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoymasından, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirməsindən ibarətdir, həmin şəxs ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Tərəflər arasında mübahisənin hər hansı əsaslı səbəb olmadan yaranması barədə istintaq orqanın mövqeyinə yuxarıda qiymət verildiyindən məhkəmə həmin xüsusatların yenidən təkrarlanmasına zərurət görmür. Beləliklə, məhkəmə istintaqında araşdırılan sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə xuliqanlıq niyyətilə həyatı üçün təhlükəli olmayan və CM-in 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. CM-in: 127.2.3-cü maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun əməli CM-in 127.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlu barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs oğluna CMin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən himayəsində 2 övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs oğlunun cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 127.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsi ilə bəraət verilməli, CM-in 127.2.3-cü maddəsi ilə təqsirli bilinib cəza təyin edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halın müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona CM-in təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs oğlunun məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 iş saatı üçün 180 (yüz səksən ) manat məbləğində vəsait dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı şəhəri Probasiya idarəsinə həvalə edilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 30 iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün Hökmdən elan edildiyi gündən 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar