Məhkəmə qərarları › İş №1(005)-317/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-317/2025

06.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-317/2025 06.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 16:00 Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclasının katibi Hüseynova Gülsüm Üzeyir qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhər X1 Müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – “Praym Leqal” Vəkil Bürosunun vəkili Nümayəndə, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, 3-cü qrup əlil, əvvəllər məhkum olunmayan, Sumqayıt şəhəri Yataqxana 18 otaq 175, məhəllə 41, ev 6-da qeydiyyatda olan, Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi R.Allahverdiyev küçəsi dalan 2-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seşilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Novruzov X5 2025-ci il tarixdə saat 14 radələrində atası Zərərçəkmiş şəxs yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Şəfiqə Əfəndizadə küçəsində yerləşən fərdi yaşayış evində olarkən ondan 15-20 manat məbləğində borca pul istədikdə sonuncu tərəfindən onun xahişinin rədd etməsi, atasının qızının ailəsinə yardım etməsinə iradını bildirməsi və digər ailə daxili proplemlərlə bağlı aralarında şəxsi münasibətlərin gərginləşməsi səbəbindən yaranmış münaqişə zamanı o, həmin otaqda masanın üzərində olan məişət təyinatlı soyuq silah hesab edilməyən mətbəx bıçağı götürüb atasını hədələyərək, daha sonra bıçağı Zərərçəkmiş şəxs üzərinə qəsdən tullayaraq onun sağ mil-bilək oynağı nahiyyəsinin arxa səthinin kəsimiş yarası ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirərək, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş, sağlamlığa qəsdən yüngül zərər vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs özünün narkotik vasitəyə olan təlabatını ödəmək niyyəti ilə istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,558 qram çəkidə Azərbaycan Respublikası ərazisində dövriyyəsi qanunla qadağan edilmiş kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla 05 aprel 2025-ci il tarixdə saat 01:30 radələrində ünvan 1 ünvanın qarşısına daşımış və həmin vaxtı Nərimanov Rayon Polis İdarəsinin PPXB-nin əməkdaşları tərəfindən saxlanılaraq, ünvan 3 ünvanında yerləşən Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin inzibati binasına gətirilmiş, xidməti otaqda onun üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş təmiz çəkisi 0,558 qram kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün ibtidai istintaq və məhkəmə baxışında verdiyi etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübut və digər iş materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək, bildirmişdir ki, 2024-ci ilin yanvar ayında kirayə yaşadığı evin pulunu ödəyə bilmədiyindən atasının yaşadığı evə getmiş, ondan 15-20 manat məbləğində borca pul istəmişdir. Lakin atası ona borca pul verməkdən imtina etmişdir. Atası acıqlı formada ona narkotik vasitə qəbul etməməsini, gedib işlməyini, özünü dolandırmağımı, bir daha onun yanına gəlməməyini demişdir. O, da cavabında ona hələki işin olmadığını və sair sözlər üstündə atası ilə onun arasında mübahisənin yarandığını demişdir. O, atasının ona qarşı acıqlı formada danışması, göstərdiyi digər səbəblərdən əsəbləşdiyini və otaqda masanın üzərində olan mətbəx bıçağını əlinə götürüb atasını hədələməyə başlamış və onu qorxutmaq istəmişdir. Hiddətləndiyini əlindəki bıçağı atasının üstünə tulladığını və bıçaq onun sağ əlinin bilək hissəsinə dəydiyini və bilək hissəni kəsərək qan axmağa başladığını demişdir. O, vəziyyəti belə görüb, atasının ondan şikayət edəcəyini düşündüyünü və evi tərk etdiyini demişdir. 05 aprel 2025-ci il tarixdə saat 01:30 radələrində isə ünvan 5 ünvanın qarşısında piyada gəzişən zaman 2 nəfər polis əməkdaşlarının ona yaxınlaşaraq özlərini təqdim etdiklərini uzaqlaşmaq istəməsindən şübhələnərək onu saxlayaraq Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə gətirilmişdirə. Şübhəli şəxs qismində saxlanıldığını və ona hüquq, vəzifələrinin izah edildiyini, hüquqlarının müdafiəsi ilə bağlı müdafiəçi ilə təmin olunduğu bildirilmişdir. Bundan sonra üzərinə şəxsi axtarışın keçirilməsinə başlanılmış, üzərində hər hansı qanunsuz əşya və ya maddə varsa onları könüllü təqdim etməsi barədə təhqiqatçı tərəfindən ona təklif olunduğunu demişdir. Şəxsi axtarış zamanı o, əynində olan şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş narkotik vasitə olan heroini, kakos kimi tanınan maddəni könüllü olaraq təqdim etmişdir. Həmin şalvarının sağ yan cibindən aşkar olunan gümüşü kağıza bükülmüş narkotik vasitə heroinin ona məxsus olduğunu, onu özü qəbul etmək üçün xx.xx.2025-ci il tarixdə saat 01 radələrində Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində tanımadığı şəxsə 10 manata aldığımı bildirdiyini demişdir. Narkotik vasitə aldığı şəxsin adını bilmədiyini və digər anket məlumatları barədə heç bir məlumatının olmadığını, həmin şəxsin orta boylu təxminən 35-40 yaşlarında olduğunu demişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı hər hansı fiziki zor və sair təziqlər göstərilməmişdir. Narkotik vasitənin özünə aid olduğunu, istifadə etmək üçün üsərində saxladığını bildirmişdir. Atası ilə barışıq əldə etdiyini ona qarşı şikayət və təəbin olmadığını söyləmişdir. Son olaraq törətdiyi əməldən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun övladıdır. xx.xx.2025-ci il tarixdə 14 radələrində o, evli olan qızıgilə ərzaq alıb aparıb evə geri qayıtdıqda oğlu Rəşadın evdə olduğunu gördüyünü demişdir. Rəşad onun qızı Firuzəyə ərzaq alıb apardığına narazılıq edərək irad bildirdikdə, o, Rəşada yaxşı etdiyini, qızı olduğunu və köməklik etdiyini bildirdiyini demişdir. Bu səbəbdən Rəşad onunla mübahisəni daha da alovlandırdığını və həmin zaman stolun üzərində olan mətbəxt bıçağını götürərək onu hədələməyə başladığını demişdir. O, əlindəki bıçağı onun üzərinə tulladı və bıçaq sağ əlinin bilək nahiyəsini kəsərək xəsarət yetirdiyini bildirmişdir. O, xəsarət yetirdikdən sonra çölə çıxaraq bir qədər gözlədiyini, daha sonra isə çıxıb getdiyini demişdir. Həmin günü şikayət etmək istəməsə də, Rəşad onu mübahisə zamanı hədələdiyi üçün ona nə isə etməsindən qorxaraq sabahsı günü yəni xx.xx.2025-ci il tarixdə DİN-nin 102 xidmətinə zəng edərək baş vermiş hadisə barəsində məlumat vermək qərarına gəldiyini demişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona vurulmuş ziyan ödənilmişdir, heç bir şikayəti və tələbi də yoxdur. Bu barədə ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmədə dindirilmiş şahid Nərimanov Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyündə polis serjantı, polis nəfəri Şahid1 xx.xx.2025-ci il tarixdə saat 01:30 radələrində Nərimanov Rayon Polis İdarəsinin Post Potrol Xidməti Bölüyünün polis nəfəri post yoldaşı Şahid2 ilə Nərimanov Rayon Polis İdarəsinin inzibati ərazisində xidmət aparan zaman ünvan 6 ünvanının qarşısında olarkən bir nəfər adını sonradan bildiyi “Rəşad” adlı şəxs onları görüb özünü şübhəli apardığına görə saxlanılaraq Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin inzibati binasına gətirilmişdir. Polis Şöbəsində olan zaman və saxlanılan vaxtı Təqsirləndirilən şəxs hərəkətləri və davranışı ilə özünü şübhəli apardığına görə xidməti otaqların birində video kamera çəkilişinin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində hər hansı qanunsuz əşya və ya maddəni könüllü təqdim etmək təklifi olunduğunu, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş qəhvəyi rəngli narkotik vasitəyə bənzər maddəni könüllü olaraq təqdim etdiyini bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddə “kakos” adlanan narkotik vasitə heroin olduğunu istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə təhqiqatçı tərəfindən qablaşdırıldığını və bu barədə protolol tərtib olunduğunu, iştirakçılar tərəfindən protokolun imzalarla təsdiq olunduğunu demişdir. Məhkəmədə dindirilmiş şahid Nərimanov Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyündə polis serjantı, polis nəfəri Şahid2 digər Şahid1 ilə eyni məzmunlu ifadə vermiş və ittiham aktında qeyd olunanları bir daha təsdiq etmişlər. Məhkəmədə tədqiq olunan “Şübhəli olan şəxsin tutulması haqqında” 05 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 05 aprel 2025-ci il tarixdə saat 01:30-da şübhəli şəxs qismində saxlanılmışdır. Məhkəmədə tədqiq olunan "Şəxsi axtarış və götürmə aparılması haqqında” 05 aprel 2025-ci il tarixli protokoldan və işə əlavə edilmiş DVD diskə baxış keçirilərkən aydın olmuşur ki, 05 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutlduqdan sonra, polis əməkdaşlarının, onun və müdafiəçi X4 iştirakı ilə xidməti otağında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirildiyi qeyd olunmuşdur. Videoçəkilişlə şəxsi - axtarışa başlanmazdan əvvəl təhqiqatçı Fazil Osmanov tərəfindən iştirakçılara hüquq və vəzifələrinin izah edildiyi, sonra Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilən maddə və əşyanı təqdim etməsi təklif edildikdə, sonuncu əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş narkotik vasitəyə bənzər maddəni təqdim etməsi və həmin gümüşü rəngli kağız bükülünün içində narkotik vasitə olduğunu, Binəqədi rayonu “Biləcəri” qəsəbəsində tanımadığı şəxsdən 10 manata alaraq öz istifadəsi üçün saxladığını bildirdiyi, büküm zərfə qoyularaq qablaşdırıldığı, möhürləndiyi, bu barədə protokol tərtib edilərək iştirakçılara ucadan oxunduğu, protokolla tanış olduqdan sonra iştirakçıların protokola imza etmələri qeyd olunmuşdur. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların Məhkəmə fiziki-kimyəvi eskpertizasının 05 aprel 2025-ci il tarixli, 6/1269 nömrəli saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən...sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,558 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Məhkəmədə tədqiq olunan “Qətimkan tədbirinin seçilməsi barədə” 06 aprel 2025-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq olunan “Maddi sübut kimi tanınma haqqında” 11 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 0,558 qram narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış və tətqiqatdan sonra qalan təmiz çəkisi 0, 458 qram narkotik vasitə heroin Nərimanov Rayon Polis İdarəsinə təhvil verilmişdir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2025-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmişdir. Məhkmədə tədqiq olunan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 dekabr 2013cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və o, 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 02 iyul 2013-cü il tarixdən hesablanması hökm edilmişdir. xx.xx.2017-ci il tarixdə cəza sonu ilə azad edilmişdir. Məhkmədə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X3 xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs stasionar müalicə üçün həmin xəstəxanaya müraciət etməmişdir. Məhkmədə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X10 30 may 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə həmin xəstəxanada müalicədə olmamışdır. Məhkmədə tədqiq olunan “Hadisə yerinə baxış keçirilməsi barədə” 02 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Əfəndizadə küçəsində yerləşən fərdi yaşayış evidir. Məhkmədə tədqiq olunan Azərbaycan Respublika Narkoloji X11 şəxsi Ambulator Məcburi-Narkoloji Tibbi yoxlamanın 03 yanvar 2025-ci il tarixli 05 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət - sağ mil-bilək oynağı nahiyyəsinin arxa səthinin kəsilmiş yarası iti kəsici-deşici əşyanın (alətin) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə qeyd olunan nahiyəyə kənar şəxs tərəfindən bıçaqla vurulma zamanı yarana bilərdi; dərəcəsinə görə samlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların Məhkəmə fiziki-kimyəvi eskpertizasının 04 aprel 2025-ci il tarixli, 3/28 nömrəli saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici,ucu deşici xassəyə malik olan məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. Məhkəmədə tədqiq olunan “Cinayət işi üzrə maddi sübut kimi tanınma haqqında” 16 mart 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs yaşadığı evə baxış keçşirilərkən götürülmüş 1 ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı mətbəx bıçağı iş üzrə maddi sübut qismində tanınmış və saxlanılmasından ötrü Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. Məhkəmədə tədqiq olunan “Axtarışda olan şəxsin tutulması haqqında” 06 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 aprel 2025-ci il tarixdə şübhəli şəxs qismində saxlanılmışdır. Məhkəmədə tədqiq olunan “Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında” 08 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X10 Ambulator X2 dair 05 aprel 2025-ci il tarixli, 1894 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin, opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicəyə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji tibb müəsissəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq olunan “Axtarışda olan şəxsin tutulması haqqında” 07 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 iyun 2025-ci il tarixdə şübhəli şəxs qismində saxlanılmışdır. Məhkəmədə tədqiq olunan "Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə " 09 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilmiş, Nərimanov Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad olunmuşdur. Məhkəmədə tədqiq olunan “Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin nəzərə alınması haqqında” 09 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdığından 06 aprel 2025-ci il tarixdə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvədə salanılmışdır. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi" X12 tərəfindən verilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının 12 iyun 2025-ci il tarixli, 1888 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittiham olunan əməllər dövründə o, hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə tədqiq olunan “Sübutların qiymətləndirilməsi haqqında” 13 iyun 2025-ci il tarixli qərardan görünür ki, şəxsi-axtarış tədbirinin keçirilməsi ilə bağlı videoçəkilişi özündə əks olunduğu 01 ədəd “DVD” formatlı disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş, 01 ədəd bıçaq iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınsın və cinayət işinə əlavə edilmiş bıçaq saxlanılmasından ötrü Nərimanov Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərindən şəxsi-axtarış və götürmə zamanı aşkar edilərək götürülmüş təmiz çəkisi 0,558 qram olan narkotik vasitə heroin iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və ekspertiza tədqiqatına sərf edilmiş kütlələr çıxılmaqla qalıq qalmış 0,458 qram çəkidə heroin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinat məsələsi həll edilənədək saxlanılmasından ötrü Nərimanov Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Məhkəmədə tədqiq olunan Zərərçəkmiş şəxs tərəfindən yazılmış 06 noyabr 2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs iə barışmış, ona qarşı heç bir ədavəti, şikayəti yoxdur, ona vurulmuş ziyan ödənilmişdir. 128-ci maddə ilə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsi dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tam olaraq ödədiyindən o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad olunması və cinayət təqibinə xitam verilməsi ayrıca qərarla həll edilməli olduğundan, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)- 317/2025 nömrəli, 06 noyabr 2025-ci il tarixli qərarı ilə həmin hissədə cinayət məsuliyyətindən azad edilməsi və cinayət təqibinə xitam verilməsi qərara alınmışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 08 saylı Qərarının 4-cü hissəsində qeyd olunmuşdur ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya 4 onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümlərdən birinin duz olması ilə bağlı verdiyi ifadəyə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların Məhkəmə fiziki-kimyəvi eskpertizasının rəyində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlərin narkotik vasitə heroin olması öz əksini tapmışdır. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə İ siyahının 83-cü qrafasına əsasən heroinin 0,15 qramı şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinnin təmiz çəkisi 0,558 qram qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində qanunvericiliyə əsasən cəzanı ağırlaşdıran hallar olmasa da onun əvvəllər məhkum olunması, həmçinin müxtəlif məzmunlu cinayət əməli törətməsi onun islah yoluna qədəm qoymaması kimi qiymətləndirilməli və şəxsiyyətini mənfi səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına, onun fərdi xüsusiyyətləri və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini düzgün hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 08 (səkkiz) gün (05-06 aprel 2025-ci il, 06-08 aprel 2025-ci il və 07-09 iyun 2025-ci il) ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti cəza saxlanılmalı və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli və “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olduğundan ona məcburi müalicə tətbiq edilməsi mümükün olmadığından, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Cinayət işində maddi sübut Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş 0,458 qram narkotik vasitə heroin məhv edilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-317/2025 nömrəli, 06 noyabr 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad olunması və cinayət təqibinə xitam verilməsi nəzərə alınmaqla həmin iş üzrə maddi sübut - Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş 01 ədəd bıçaq məhv edilməlidir. Cinayət işinin materiallarında olan - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 01 ədəd “DVD” formatlı disk və telefon məlumatlarının əks olunduğu 01 (bir) ədəd DVD disk cinayət işinə əlavə edilərək saxlanmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 145 (yüz qırx beş) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinin hesabına ödənilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Praym Leqal” Vəkil Bürosunun vəkili Nümayəndə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Praym Leqal” Vəkil Bürosunun vəkili Nümayəndə hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, məhkəmədə iştirak etdiyi 35 (otuz beş) iş saata görə 385 (üç yüz səksən beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Praym Leqal” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlaklar, mülki iddia, üzərinə həbs qoyulmuş əmlak, məhkəmə xərci və maddi ziyan yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməklə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 08 (səkkiz) gün (05- 06 aprel 2025-ci il, 06-08 aprel 2025-ci il və 07-09 iyun 2025-ci il) ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 06 noyabr 2025ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş 0,458 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş video görüntünün köçürüldüyü 02 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut - Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş 01 ədəd bıçaq məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri 145 (yüz qırx beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Nümayəndə tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, məhkəmədə iştirak etdiyi 35 (otuz beş) iş saata görə 385 (üç yüz səksən beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Praym Leqal” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar