Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-318/2025 02.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs(mülki cavabdeh) Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1993-cü ildə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işsiz, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 179.2.3, 179.2.4 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs vəzifəli şəxs kimi tamah niyyəti ilə rəsmi sənədlərə və informasiya resurslarına bilə-bilə yalan məlumatları daxil edib vəzifə saxtakarlığı törətmiş, vahid niyyətlə ona etibar olunmuş özgənin əmlakını öz qulluq mövqeyindən istifadə edib xeyli miqdarda mənimsəməklə talamışdır. Belə ki, o, xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmış, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ********** və hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanda fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin tərkibində olmaqla Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsi 118a ünvanda yerləşən “Music Gallery" elektronika mağazasında 01 avqust 2024-cü il tarixdən 23 yanvar 2025-ci il tarixədək olan müddət ərzində mağaza meneceri vəzifəsində işləyərkən, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar olunmuş özgə əmlakını mənimsəmə yolu ilə talamaq məqsədilə, cəmiyyətlə aralarında bağlanmış 01 avqust 2024-cü il tarixli əmək və tam maddi məsuliyyət haqqında müqavilələrə əsasən, inzibati idarə heyəti tərəfindən ona etibar olunmuş maddi dəyərlərin, "POVER ON” MMC-nin qeyd olunan mağazasında ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmaq, eyni zamanda cəmiyyət üçün heç bir səbəb üzündən ziyan vurmamaq, mağazanın operativ idarə edilməsini təşkilati, texniki, iqtisadi problemlərin təhlili və həlli, satışların artırılması, keyfiyyət və rəqabət qabiliyyətinin yaxşılaşdırılması, satış planının və mağazanın inkişafının təmin edilməsi, mağazadaxili nizam-intizam qaydalarına əməl edilməsinə nəzarət etmək, ticarət salonunda yüksək xidmət səviyyəsinin saxlanılmasını təmin etmək, satış və onunla bağlı digər əməliyyatların rəvan şəkildə həyata keçirilməsi üçün mağazaya verilən tapşırıqları qəbul edib icrasını təmin etmək, hər iş günün əvvəlində və sonunda kredit mütəxəssisi və ya xəzinədarın iştirakı ilə kassa qalıqlarını yoxlamaq və hesabatların düzgünlüyünü təsdiq etmək, mağazada gün ərzində həyata keçirilən əməliyyatların sistemə vaxtında və düzgün daxil edilməsini təmin etmək və sair vəzifə və səlahiyyətlərə malik inzibati-təsərrüfat funksiyasını yerinə yetirən vəzifəli şəxs kimi, 01 dekabr 2024-cü il tarixdən 23 yanvar 2025-ci il tarixədək cəmiyyətin qeyd olunan ünvanda yerləşən mağazanın anbarında və satış salonunda saxlanılan müxtəlif növ, o cümlədən dəyəri 1899.99 manat olan 1 ədəd X12 13 m2 8cc/8CG 8/256GB Silver (MLXYRU/A) markalı, dəyəri 1299,99 manat olan 3 ədəd İphone 13 128 gb Midnight markalı, dəyəri 1579,99 manat olan 1 ədəd “İphone 14” 128 GB Blue markalı, dəyəri 2299,99 manat olan 1 ədəd 'İphone 16” 128 GB Pink markalı, dəyəri 2999,99 manat olan 1 ədəd İphone 16 Pro” 128 GB White Titanium markalı, dəyəri 3299,99 manat olan 1 ədəd “İphone 16 Pro” 256 GB Black Titanium markalı, dəyəri 2999,99 manat olan 4 ədəd İphone 16 Pro” 128 GB Black Titanium markalı, dəyəri 3299,99 manat olan 1 ədəd “İphone 16 Pro" 256 GB Natural Titanium markalı, dəyəri 1099,99 manat 1 ədəd Honor 2008/256 GB Black markalı, dəyəri 3599,99 manat olan 1 ədəd “İphone 16 Pro Max” 256 GB Black Titanium markalı, dəyəri 519,99 manat olan 1 ədəd Samsung Galaxy A16 SM-A165 8/256 GB Light Green markalı, dəyəri 3599.99 manat olan 2 ədəd “İphone 16 Pro Max' 256 GB Natural Titanium markalı, dəyəri 519,99 manat olan 1 ədəd Samsung Galaxy A 16 SM-A165 8/256 GB Black markalı smartfonları, dəyəri 1199,99 manat olan 3 ədəd Playstation 5 X9 1TB markalı, ümumi dəyəri 47819,78 manat məbləğində mobil cihazları və oyun aparatlarını talamaqla bağlı cinayətkar niyyətindən məlumatsız olan anbardarlar Şahid4 və Şahid3 məhsulları alacaq müştərilər olduğunu bildirib satış sistemində görsənməməsi üçün qeyd olunan məhsulları daxili satış sisteminə qüsurlu məhsul olaraq qeyd etmələrinə göstəriş verib şirkətin informasiya resurslarına və rəsmi sənədlərinə bilə-bilə yalan məlumatlar daxil edilməsini təmin etməklə tamah niyyətilə vəzifə saxtakarlığı edib qeyd olunan cihazları təhvil alaraq müxtəlif lombardlarda girov qoyub kredit götürməklə pul əldə etmiş, həmçinin, 22 yanvar 2025-ci il tarixdə xəzinədar Şahid2 mağazanın xəzinəsini ona təhvil verib getməsindən sonra xəzinədə olan nağd puldan 1050 manat məbləğində pulu götürərək əldə etdiyi pulları özünün şəxsi ehtiyaclarına sərf etməklə, ümumilikdə 48869,78 manat məbləğində ona etibar olunmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus özgə əmlakını vəzifəli şəxs kimi tamah niyyəti ilə rəsmi sənədlərə və informasiya resurslarına bilə-bilə yalan məlumatları daxil edib vəzifə saxtakarlığı törətmiş, vahid niyyətlə ona etibar olunmuş özgənin əmlakını öz qulluq mövqeyindən istifadə edib xeyli miqdarda mənimsəməklə talamışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3, 179.2.4 və 313-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, “POVER ON" MMC əsasən məişət elektrik mallarının, kompüterlərin, audio və video aparatlarının pərakəndə satışı ilə məşğuldur. O, "xxxx" MMC ilə 01 avqust 2024-cü il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən mağaza meneceri vəzifəsinə təyin olunmuşdur. Əmək müqaviləsi 01 avqust 2024-cü tarixdə e-gov.az dövlət portalında qanunvericiliklə müəyyən edilmiş qayada qeydiyyata alınmışdır. Vəzifə təlimatı üzrə onun vəzifəsi ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmaq, eyni zamanda cəmiyyət üçün heç bir səbəb üzündən ziyan vurmamaq, mağazanın operativ idarə edilməsini təşkilati, texniki, iqtisadi problemlərin təhlili və həlli, satışların artırılması, keyfiyyət və rəqabət qabiliyyətinin yaxşılaşdırılması, satış planının və mağazanın inkişafının təmin edilməsi, mağazadaxili nizam-intizam qaydalarına əməl edilməsinə nəzarət etmək, ticarət salonunda yüksək xidmət səviyyəsinin saxlanılmasını təmin etmək, ticarət salonunda subordinasiyaya riayət olunması, tapşırıqların və öhdəliklərin ticarət salonunun personalı arasında funksional bölüşdürülməsi, müştəri bazasının inkişaf və keyfiyyət dinamikasının stimullaşdırılması, müştəri bazasının dinamikası haqqında ümumi və hər bir satış nümayəndəsi üzrə ayrıca aylıq hesabatların hazırlanması və təqdim olunması, mağaza üçün sifariş edilmiş malın vaxtında gətirilməsini təmin etmək, mağazaya təqdim olunmuş inventarların və proqram təminatının daim saz, işlək vəziyyətdə olmasını, onlardan təhlükəsiz, düzgün və səmərəli şəkildə istifadə olunmasını təmin etmək, satış və onunla bağlı digər əməliyyatların rəvan şəkildə həyata keçirilməsi üçün mağazaya verilən tapşırıqları qəbul edib icrasını təmin etmək, hər iş günün əvvəlində və sonunda kredit mütəxəssisi və ya xəzinədarın iştirakı ilə kassa qalıqlarını yoxlamaq və hesabatların düzgünlüyünü təsdiq etmək, mağazada gün ərzində həyata keçirilən əməliyyatların sistemə vaxtında və düzgün daxil edilməsini təmin etməkdən ibarət olmuşdur. O, qumar oyunlarının aludəçisi olmuşdur. Telefonuna "mostbef proqram təminatı yükləmişdir. Həmin proqramla Online qumar oyunları oynamışdır. Qumar oyunları oynamaq uçün ona pul lazım olmuşdur. Buna görə o, mağazanın anbarında olan mobil telefonları qusurlu olaraq qeyd etmək və götürərək satmaq qərarına gəlmişdir. Məhsullar qüsurlu olduğu halda həmin məhsullar satışa çıxarılmamış və qüsurlu olduğundan sistemdə görsənməmişdir. Bununla da onun həmin məhsulları götürmək imkanı yaranmışdır. 03 dekabr 2024-cü il tarixdən etibarən 22 yanvar 2025-ci il tarixədək o, anbardarlar Şahid3 və Şahid4 smartfonlar və playstationlardan bəzilərinin müştərilərinin olduğunu və qüsurlu olaraq qeyd etmələrini, cihazları ona təqdim etmələrini bildirmişdir. Şahid3 və Şahid4 ona tabe olduqları üçün dediklərini etmişlər və onun dediyi model cihazları qüsurlu kimi qeyd edərək ona təqdim etmişlər. O, Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsi 118a ünvanda yerləşən 'Music Gallery” mağazasının anbarından nağd satış qiyməti 1899 manat təşkil edən 1 ədəd X12 13 m2 8cc/8CG 8/256GB Silver (MLXYRU/A) markalı, nağd satış qiyməti 1099,99 manat müəyyənləşdirilmiş 2 ədəd Honor 2008/256 GB Black markalı smartfondan 1 ədəd, qiyməti 1299,99 manat olan 5 ədəd İphone 13 128 gb Midnight markalı smartfondan 3 ədəd, qiyməti 1579,99 manat olan 2 ədəd “İphone 14" 128 GB Blue markalı smatfon 1 ədəd, qiyməti 2299,99 manat olan 3 ədəd “İphone 16” 128 GB Pink markalı smatfondan 1 ədəd, qiyməti 2999,99 manat olan 1 ədəd “iphone 16 Pro' 128 GB White Titanium markalı smatfondan 1 ədəd, qiyməti 3299,99 manat olan 1 ədəd İphone 16 Pro" 256 GB Black Titanium markalı smartfondan 1 ədəd, qiyməti 2999,99 manat olan 4 ədəd İphone 16 Pro" 128 GB Black Titanium markalı smartfondan 4 ədəd, qiyməti 3299,99 manat olan 1 ədəd “İphone 16 Pro" 256 GB Natural Titanium markalı smartfondan 1 ədəd, qiyməti 3999,99 manat olan 1 ədəd “İphone 16 Pro Max” 256 GB Black Titanium markalı smartfondan 1 ədəd, qiyməti 1199,99 manat olan 6 ədəd Playstation 5 X9 1TB markalı oyun aparatından 3 ədəd, qiyməti 519,99 manat olan 1 ədəd Samsung 3299,99 manat olan Galaxy A16 SM-A165 8/256 GB Light Green markalı smartfondan 1 ədəd, qiyməti 3599,99 manat olan 3 ədəd İphone 16 Pro Max” 256 GB Natural Titanium markalı smartfondan 2 ədəd, qiyməti 519,99 manat olan 2 ədəd Samsung Galaxy A 16 SM-A165 8/256 GB Black markalı smartfondan 1 ədəd götürmüşdür. Həmin cihazları Bakı şəhəri, Nizami rayonu, Neftçilər metro stansiyası yaxınlığında yerləşən X2, X4 və X3 fiziki şəxs olaraq fəaliyyət göstərdiyi lombarda qoyaraq pul götürmüşdür. Həmin pulları da “mostbef” online qumar oyunları oynayaraq uduzmuşdur. Qeyd olunan smartfon və oyun aparatlarının nağd satış qiyməti ilə hesablanmış və qiymətləri ümumilikdə 47819,78 manat təşkil etmişdir. Qeyd olunanları şirkətin Gənclik filialı üzrə Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsi 118a ünvanda yerləşən “Music Gallery" mağazasının anbarından götürmüşdür. Bundan başqa qeyd etmişdir ki, əməkdaşlar növbəli rejim əsasında işləyirlər. Mağazada xəzinədar Şahid2dır. Onun iş saatı 10:00-dan 18:00-dək və 13:00-dan 21:00dəkdir. O, iş vaxtı bitdikdən sonra kassanı ona təhvil vermişdir. 22 yanvar 2025-ci il tarixdə Şahid2 kassanı ona təhvil verərək işdən getmişdir. O, da yenidən qumar oynamaq məqsədilə həmin vaxt kassada olan 1050 manat məbləğində pulu götürmüşdür. Həmin pulun bir hissəsi ilə “mostbef” online qumar oynamışdır. Növbəti gün bölgə müdiri Xaliq Qasımova zəng edərək mağazaya çağırmışdır. Bu müddət ərzində mağazanın anbarından götürdüyü və yuxarıda qeyd etdiyi cihazların siyahısını tərtib etmişdir. Həmin siyahını Xaliq Qasımova verərək baş verənləri danışmışdır. Bundan sonra şirkətin audit yoxlaması gələrək anbarı və zalda olan məhsulları yoxlamışlar. Onun qeyd etdiyi çatışmazlıq təsdiqlənmişdir. Qeyd olunanlara əsasən xx.xx.2024-ci il tarixdən 23.01 2025-ci il tarixədək olan audit yoxlaması nəticəsində onun 47819,78 manat məbləğində mobil cihazları anbardan, 1050 manat məbləğində pulu isə xəzinədən götürərək taladığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ifadəsinə əlavə olaraq bildirmişdir ki, qeyd olunan mobil cihazlar tərəfindən götürülmüşdür və qeyd olunan qiymətlərə etirazı yoxdur, mobil cihazlar orta bazar qiymətinə uyğun qiymətləndirilmişdir. Şirkətin daxili satış sisteminə qeyd olunan cihazların qüsurlu məhsul olaraq daxil edilməsində məqsədinin həmin məhsulları götürmək və lombarda girov qoyaraq pul götürmək olmuşdur. Verilmiş mülki iddinı tam qəbul edir, əməlini etiraf edir və peşmandır. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, “POVER ON" MMC əsasən məişət elektrik mallarının, kompüterlərin, audio və video aparatlarının pərakəndə satışı ilə məşğuldur. Təqsirləndirilən şəxs "xxxx" MMC ilə 01 avqust 2024-cü il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən mağaza meneceri vəzifəsinə təyin olunmuşdur. Verilmiş ittihamı müdafiə edərək bildirir ki, Təqsirləndirilən şəxs ümumilikdə 48869,78 manat məbləğində etibar olunmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus özgə əmlakını vəzifəli şəxs kimi tamah niyyəti ilə rəsmi sənədlərə və informasiya resurslarına bilə-bilə yalan məlumatları daxil edib vəzifə saxtakarlığı törətmiş, vahid niyyətlə ona etibar olunmuş özgənin əmlakını öz qulluq mövqeyindən istifadə edib xeyli miqdarda mənimsəməklə talamışdır. Hazırdırda şikayətçidirlər. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə mülki iddiaçı “POVER ON" MMC-nin adından iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülki cavabdeh Təqsirləndirilən şəxs 48.869,78 manat zərərin və 237 manat ödənilmiş dövlət rüsumunun tutularaq “POVER ON" MMC-yə ödənilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, "xxxx"' MMC ilə bağladığı 18 02.2025-ci il tarixli müqaviləyə əsasən həmin Cəmiyyət tərəfindən təqdim olunmuş sənədləri əsasında Cəmiyyətin 01 12.2024-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan pul və mal dövriyyəsinin auditini aparmışdır. Audit yoxlaması Cəmiyyətin auditə təqdim etdiyi mühasibat sənədləri əsasında aparılmışdır. Tərəfindən aparılmış audit yoxlaması zamanı heç bir qərəzliyə yol verilməmiş, mühasibatlıq sənədləri əsasında sərbəst audit aparılmış və aşkar olunanlar obyektiv olaraq aktda əks olunmuşdur. Qeyd olunan audit araşdırmasını 18 fevral 2025-ci il tarixdə başlayıb 20 fevral 2025-ci il tarixdə başa çatdırmışdır. "xxxx" MMC firması 04 oktyabr 2022-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən hüquqi şəxs kimi qeydiyyatdan keçmiş və **********712100 saylı dövlət qeydiyyatı nömrəsi verilmiş, ********** VÖEN almışdır. “POVER ON" MMC əsasən məişət elektrik mallarının, kompüterlərin, audio və video aparatlarının pərakəndə satışı ilə məşğuldur. “POVER ON" MMC-nin hüquqi ünvanı AZ1025, Bakı şəhəri, Xətai rayonu, ünvan 4rləşir. Şirkətin Gənclik filialı üzrə "Music Gallery" adlı mağazası Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsi 112a ünvanda yerləşir və fəaliyyət göstərir. Təqsirləndirilən şəxs “POVER ON" MMC-də 01 avqust 2024-cü il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən mağaza meneceri vəzifəsində işləmişdir. Aparılmış audit yoxlaması zamanı Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsi 112a ünvanda yerləşən Music Gallery” mağazasının anbarında nağd satış qiyməti 1988,99 manat olan 1 ədəd X12 13 m2 8cc/8CG 8/256GB Silver (MLXYRU/A) markalı, nağd satış qiyməti 1099,99 manat müəyyənləşdirilmiş 2 ədəd Honor 2008/256 GB Black markalı smartfondan 1 ədəd, qiyməti 1299,99 manat olan 5 ədəd İphone 13 128 gb Midnight markalı smartfondan 3 ədəd, qiyməti 1579,99 manat olan 2 ədəd “İphone 14" 128 GB Blue markalı smatfon 1 ədəd, qiyməti 2299,99 manat olan 3 ədəd “İphone 16!’ 128 GB Pink markalı smatfondan 1 ədəd, qiyməti 2999,99 manat olan manat olan 1 ədəd “İphone 16 Pro" 128 GB White Titanium markalı smatfondan 1 ədəd, qiyməti 3299,99 manat olan 1 ədəd “İphone 16 Pro" 256 GB Black Titanium markalı smartfondan 1 ədəd, qiyməti 2999,99 manat olan 4 ədəd ‘ İphone 16 Pro” 128 GB Black Titanium markalı smartfondan 4 ədəd, qiyməti 3299,99 manat olan 1 ədəd “İphone 16 Pro" 256 GB Natural Titanium markalı smartfondan 1ədəd, qiyməti 3599,99 manat olan 1 ədəd “İphone 16 Pro Max" 256 GB Black Titanium markalı smartfondan 1 ədəd, qiyməti 1199,99 manat olan 6 ədəd Playstation 5 X9 1TB markalı oyun aparatından 3 ədəd, qiyməti 519.99 manat olan 2 ədəd Samsung Galaxy A16 SM-A165 8/256 GB Light Green markalı smartfondan 1 ədəd, qiyməti 3599,99 manat olan 3 ədəd “İphone 16 Pro Max” 256 GB Natural Titanium markalı smartfondan 2 ədəd, qiyməti 519,99 manat olan 2 ədəd Samsung Galaxy A 16 SM-A165 8/256 GB Black markalı smartfondan 1 ədəd çatışmazlıq müəyyən olunmuşdur. Qeyd olunan smartfon və oyun aparatlarının nağd satış qiyməti ilə hesablanmış və qiymətləri ümumilikdə 47819,78 manat təşkil etmişdir. Qeyd olunanlar şırkətin Gənclik filialı üzrə Bakı şəhəri, Nərimanov rayonu X11 küçəsi 112a ünvanda yerləşən “Music Gallery" mağazasının anbarında aşkar olunmuş çatışmazlığı Təqsirləndirilən şəxs, anbardarlar Şahid3 və Şahid4 təsdiqləmişlər. Həmçinin 1050 manat çatışmazlıq müəyyən olunmuşdur ki, 23 yanvar 2025-ci il tarixli aktla Təqsirləndirilən şəxs və xəzinədar Şahid2 təsdiqləmişlər. Qeyd olunanlara əsasən xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək olan audit yoxlaması nəticəsində 48869.78 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, “Pover ON" MMC ilə əmək müqaviləsi bağlamışdır və xəzinədar vəzifəsinə təyin olunmuşdur. Hazırda “POVER ON" MMC ilə aralarında olan müqaviləyə xitam verilmişdir və o, başqa bir mağazada xəzinədar işləyir. "xxxx" MMC-nin tərkibində 'Music Gallery" mağazalar şəbəkəsi vardır. Qeyd olunan mağaza şəbəkələrində məişət əşyaları, smartfonlar, telefonlar, Notebooklar, səs sistemləri və digər eletronik əşyaların satışı həyata keçirilir. O, “Pover ON" MMC-nin Gənclik filialı olan Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsi 118 ünvanda yerləşən ‘Music Gallery” mağazasında xəzinədar vəzifəsində işləmişdir. Onun vəzifəsi satışdan əldə olunmuş pulları qəbul etməkdən, hesabatını aparmaqdan, pulu mağaza menecerinə təqdim etməkdən ibarət olmuşdur. Təqsirləndirilən şəxs "xxxx" MMC-nin Gənclik filialında fəaliyyət göstərən "Music Gallery'' mağazasında mağaza meneceri vəzifəsini icra etmişdir. Onun həmin şəxslə heç bir düşmənçiliyi və ya ədavəti yoxdur. Təqsirləndirilən şəxs mağaza meneceri olaraq vəzifəsi malların satışını təşkil etməkdən, işçilərə inzibati nəzarət həyata keçirməkdən, mağazanın normal fəaliyyətini təşkil etməkdən ibarət olmuşdur. O, xəzinədar olaraq mağaza meneceri olmuş Təqsirləndirilən şəxs tabe olmuşdur. Növbəli rejim əsasında işləmişdir. Onun iş saatı 10:00-dan 18:00-dək və 13:00-dan 21:00-dək olmuşdur. O, iş vaxtı bitdikdən sonra kassanı mağazanın menecerinə, yəni Təqsirləndirilən şəxs təhvil vermiş və bundan sonra satışdan əldə olunmuş pulların hesabatını mağaza meneceri aparmışdır. Növbəti gün o, işə gəldikdən sonra yenidən pul sayımı həyata keçirilirdi. Satışdan asılı olaraq mərkəzi kassaya məlumat verilir və şirkət əməkdaşları gələrək pulu ondan və ya mağaza menecerindən təhvil alırdılar. 22 yanvar 2025-ci il tarixdə o, 18:00-da işdən çıxmışdır. Həmin vaxt mağaza meneceri Təqsirləndirilən şəxs olmuşdur. İşdən çıxmamışdan öncə kassanı Təqsirləndirilən şəxs təhvil vermişdir. O, növbəti gün saat 13:00-da işə gəlməli idi. Lakin şirkət rəhbərliyi tərəfindən o, saat 11:00-da işə çağırılmışdır. O, mağazaya gələrək xəzinədə pulların sayımını həyata keçirmişdir. Təqsirləndirilən şəxs ondan əvvəl bölgə müdiri Xalid Qasımova mağazanın xəzinəsindən 1050 manat məbləğində pul götürdüyünü bildirmişdir. Həqiqətən də sayım nəticəsində 1050 manat məbləğində çatışmazlıq aşkar etmişdir. Təqsirləndirilən şəxs bir daha kassadan 1050 manat məbləğində pulu götürdüyünü etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o 2008-ci ildən "xxxx" MMC-də anbardar işləmişdir. “Pover ON" MMC-nin tərkibində “Music Gallery" mağazalar şəbəkəsi vardır. Qeyd olunan mağaza şəbəkələrində məişət əşyaları, smartfonlar, telefonlar, Notebooklar, səs sistemləri və digər elektronik əşyaların satışı həyata keçirilir.Ondan başqa Şahid4 də anbardar işləmişdir. Onlar növbəli iş rejiminə uyğun olaraq işləmişdirlər. İki növbə olmuş, birinci növbə saat 10:00-dan 18:00-dək, ikinci növbə isə saat 13:00-dan 21:00-dək işləmişdir. Onun vəzifəsi MMC-nin anbarlarından Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsi 118 ünvanda yerləşən “Music Gallery" mağazasına göndərilən məhsulları qəbul etməkdən və müvafiq qaydada saxlamaqdan ibarət olmuşdur. Digər anbarlardan məhsullar ona qaimə əsasında təqdim olunurdu. Məhsulu təqdim edən şəxslə onun arasında həmin qaimə ilə bağlı təhvil təslim hissəsində imzalar icra olunurdu. O, qaimənin aldı hissəsinə imza edərək məhsulları təhvil alırdı. Eyni zamanda həmin məhsul sistem üzrə Gənclik filialının anbar hesabına inteqrasiya olunur və məhsul Gənclik anbarında olduğu qeyd edilirdi. Mağazada satıcıların təqdim etdikləri qaimə əsasında o, həmin malı satış həyata keçirildikdən sonra anbardan götürərək satıcıya təqdim edirdi. Satılmış məhsul sistemdə Gənclik anbarının hesabından satış zalına inteqrasiya olunurdu. Təqsirləndirilən şəxs “Pover ON" MMC-nin Gənclik filialında fəaliyyət göstərən “Music Gallery” mağazasında mağaza meneceri vəzifəsini icra etmişdir. Onun həmin şəxslə heç bir düşmənçiliyi və ya ədavəti yoxdur. Təqsirləndirilən şəxs mağaza meneceri olaraq vəzifəsi malların satışını təşkil etməkdən, işçilərə inzibati nəzarət həyata keçirməkdən, mağazanın normal fəaliyyətini təşkil etməkdən ibarət olmuşdur. O, anbardar olaraq mağaza meneceri olmuş Təqsirləndirilən şəxs tabe olmuşdur. Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə ona anbarda olan məhsulların qüsurlu olaraq sistemə qeyd olunmasını demişdir. Təqsirləndirilən şəxs rəhbər olduğundan onun göstərişini icra etmişdir. Belə ki, məhsullar qüsurlu olduğu halda həmin məhsullar satışa çıxarılmırdı və qüsurlu olduğundan “Music Gallery" mağazalar şəbəkəsinin sistemində görsənmirdi. Xatırladığına görə 2024-cü ilin dekabr ayının ortalarından başlayaraq Təqsirləndirilən şəxs ona bir neçə model telefonu qüsurlu olaraq sistemə işləməsini və müştəri olduğundan telefonları satacağını bildirmişdir. O da onun dediklərini edərək telefonları qüsurlu olaraq sistemə daxil etmişdir və həmin telefonları Təqsirləndirilən şəxs təqdim etmişdir. Həmin cihazlar Rüfət Əlyevin otağında quraşdırılmış dolabda saxlanılırdı. Təqsirləndirilən şəxs ümumilikdə ondan və Şahid4 nağd satış qiyməti 1899,99 olan 1 ədəd X12 13 m2 8cc/8CG 8/256GB Silver (MLXYRU/A) markalı, nağd satış qiyməti 1299,99 manat olan 3 ədəd İphone 13 128 gb Midnight markalı, qiyməti 1579,99 manat olan 1 ədəd İphone 14” 128 GB Blue markalı, qiyməti 2299,99 manat olan 1 ədəd İphone 16" 128 GB Pink markalı, qiyməti 2999,99 manat olan 1 ədəd İphone 16 Pro" 128 GB White Tıtanium markalı, qiyməti 3299,99 manat olan 1 ədəd İphone 16 Pro" 256 GB Black Titanium markalı, qiyməti 2999,99 manat olan 4 ədəd İphone 16 Pro" 128 GB Black Titanium markalı, qiyməti 3299,99 manat olan 1 ədəd İphone 16 Pro" 256 GB Natural Titanium markalı, qiyməti 1099,99 manat 1 ədəd Honor 2008/256 GB Black markalı, qiyməti 3599,99 manat olan 1 ədəd İphone 16 Pro Max" 256 GB Black Titanium markalı, qiyməti 519,99 manat olan 1 ədəd Samsung Galaxy A16 SM-A165 8/256 GB Light Green markalı, qiyməti 3599,99 manat olan 2 ədəd İphone 16 Pro Max" 256 GB Natural Titanium markalı, qiyməti 519,99 manat olan 1 ədəd Samsung Galaxy A 16 SM- A165 8/256 GB Black markalı smartfonları, qiyməti 1199,99 manat olan 3 ədəd Playstation 5 X9 1TB markalr məhsulları məhsulları 2024-cü ilin dekabr ayının əvvəllərindən 2025-ci ilin yanvar ayının əvvəlinədək qüsurlu məhsul kimi sistemə qeyd etmələrini demişdir. Təqsirləndirilən şəxs dediyi kimi edərək məhsulları qüsurlu məhsul kimi qeyd edərək sistemə daxil etmişdir və Təqsirləndirilən şəxs təqdim olunmuşdur. Bir neçə dəfə Təqsirləndirilən şəxs telefonların satılıb satılmadığını, satıldığı halda satışa vurulmalı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs isə ona hazırda müştərilərin kredit xəttini gözlədiyini bildirmişdir. Bir neçə dəfə ondan qüsurlu telefonların satılıb-satılmaması barədə soruşduqda, eyni qaydada kredit xəttinin açılacağını və telefon, macbook və playstationların satılacağını bildirmişdir. 22 yanvar 2025- cı il tarixdə anbardar Yusif ona zəng edərək bəzi məhsulların əskik oldugunu bildirmişdir. Oda dərhal mağazaya gəlmiş və özü Təqsirləndirilən şəxs zəng etmişdir. Mağazaya gəldikdən sonra Rüfətdən qüsurlu kimi ona qeyd etdirdiyi məhsulların harada olduğunu soruşmuşdur. Rüfət isə ona həmin məhsulları lombarda qoyaraq pul götürdüyünü və qumar oynadığını, pulları qumarda uduzduğunu bildirmişdir. Bundan sonra özü məhsulların götürülməsi barədə MMC-nin rəhbərliyinə məlumat verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs tərəfindən götürülmüş məhsulların siyahısı tərtib olunaraq Təqsirləndirilən şəxs, onun və Şahid4 tərəfindən imzalanmışdır. Onun qeyd olunan məhsulları mağazadan çıxartması, kimə və necə satması barədə heç bir məlumatı olmamışdır. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid4 və Şahid5 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onların ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli müstəqil audit hesabatından görünür ki, cəmiyyətin Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsi 112a ünvanda yerləşən “Music Gallery" mağazasında xx.xx.2024-xx.xx.2025-ci il dövrü üzrə əskik gələn qiymətlilər ümumi dəyəri 47819,78 manat olan 18 ədəd mobil telefon, 3 ədəd play station, 1 ədəd noutbuk və 1050 manat nəğd pul təşkil edir. İş materiallarına əlavə olunmuş 016/2025 saylı 23 yanvar 2025-ci il tarixli aktdan görünür ki, “Music Gallery” mağazasının anbarında nağd satış qiyməti 1988,99 manat olan 1 ədəd X12 13 m2 8cc/8CG 8/256GB Silver (MLXYRU/A) markalı, nağd satış qiyməti 1099,99 manat müəyyənləşdirilmiş 2 ədəd Honor 2008/256 GB Black markalı smartfondan 1 ədəd, qiyməti 1299,99 manat olan 5 ədəd İphone 13 128 gb Midnight markalı smartfondan 3 ədəd, qiyməti 1579,99 manat olan 2 ədəd “İphone 14“ 128 GB Blue markalı smatfon 1 ədəd, qiyməti 2299,99 manat olan 3 ədəd “İphone 16" 128 GB Pink markalı smatfondan 1 ədəd, qiyməti 2999,99 manat olan manat olan 1 ədəd “İphone 16 Pro:’ 128 GB White Titanium markalı smatfondan 1 ədəd, qiyməti 3299,99 manat olan 1 ədəd "İphone 16 Pro' 256 GB Black Titanium markalı smartfondan 1 ədəd, qiyməti 2999,99 manat olan 4 ədəd ‘ İphone 16 Pro" 128 GB Black Titanium markalı smartfondan 4 ədəd, qiyməti 3299,99 manat olan 1 ədəd ‘ İphone 16 Pro' 256 GB Natural Titanium markalı smartfondan 1ədəd, qiyməti 3599 99 manat olan 1 ədəd “İphone 16 Pro Max:' 256 GB Black Titanium markalı smartfondan 1 ədəd, qiyməti 1199,99 manat olan 6 ədəd Playstation 5 X9 1TB markalı oyun aparatından 3 ədəd, qiyməti 519,99 manat olan 2 ədəd Samsung Galaxy A16 SM-A165 8/256 GB Light Green markalı smartfondan 1 ədəd, qiyməti 3599,99 manat olan 3 ədəd “İphone 16 Pro Max” 256 GB Natural Titanium markalı smartfondan 2 ədəd, qiyməti 519.99 manat olan 2 ədəd Samsung Galaxy A 16 SM-A165 8/256 GB Black markalı smartfondan 1 ədəd çatışmazlıq müəyyən olunmuş, akt Təqsirləndirilən şəxs, Yusif Yusofov və Şahid3 tərəfindən imzalanmışdır. İş materiallarına əlavə olunmuş 01 avqust 2024-cü il tarixli əmək müqaviləsindən görünür ki, "xxxx" MMC-nin direktoru Zərərçəkmiş şəxs-Təqsirləndirilən şəxs mağaza meneceri vəzifəsinə işə qəbul etmişdir. İş materiallarına əlavə olunmuş 01 avqust 2024-cü il tarixli tam maddi məsuliyyət haqqında müqaviləsinə və vəzifə təlimatından görünür ki, ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmaq, eyni zamanda cəmiyyət üçün heç bir səbəb üzündən ziyan vurmamaq, mağazanın operativ idarə edilməsini təşkilati, texniki, iqtisadi problemlərin təhlili və həlli, satışların artırılması, keyfiyyət və rəqabət qabiliyyətinin yaxşılaşdırılması, satış planının və mağazanın inkişafının təmin edilməsi, mağazadaxili nizam-intizam qaydalarına əməl edilməsinə nəzarət etmək, ticarət salonunda yüksək xidmət səviyyəsinin saxlanılmasını təmin etmək, ticarət salonunda subordinasiyaya riayət olunması, tapşırıqların və öhdəliklərin ticarət salonunun personalı arasında funksional bölüşdürülməsi, müştəri bazasının inkişaf və keyfiyyət dinamikasının stimullaşdırılması, müştəri bazasının dinamikası haqqında ümumi və hər bir satış nümayəndəsi üzrə ayrıca aylıq hesabatların hazırlanması və təqdim olunması, mağaza üçün sifariş edilmiş malın vaxtında gətirilməsini təmin etmək, mağazaya təqdim olunmuş inventarların və proqram təminatının daim saz, işlək vəziyyətdə olmasını, onlardan təhlükəsiz, düzgün və səmərəli şəkildə istifadə olunmasını təmin etmək, satış və onunla bağlı digər əməliyyatların rəvan şəkildə həyata keçirilməsi üçün mağazaya verilən tapşırıqları qəbul edib icrasını təmin etmək, hər iş günün əvvəlində və sonunda kredit mütəxəssisi və ya xəzinədarın iştirakı ilə kassa qalıqlarını yoxlamaq və hesabatların düzgünlüyünü təsdiq etmək, mağazada gün ərzində həyata keçirilən əməliyyatların sistemə vaxtında və düzgün daxil edilməsini təmin etmək vəzifəsi həvalə edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, "xxxx" MMC zərərçəkmiş hüquqi şəxs qismində tanınmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsindən daxil olmuş mobil cihazların qiymətləri ilə bağlı araşdırmanın aparılmasına dair tərtib edilmiş 20 iyun 2025-ci il tarixli rəydən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsi 112a ünvanda yerləşən Music Gallery” mağazasının anbarında 1899,99 olan 1 ədəd X12 13 m2 8cc/8CG 8/256GB Silver (MLXYRU/A) markalı, nağd satış qiyməti 1299,99 manat olan 3 ədəd İphone 13 128 gb Midnight markalı, qiyməti 1579,99 manat olan 1 ədəd "İphone 14” 128 GB Blue markalı, qiyməti 2299,99 manat olan 1 ədəd “İphone 16” 128 GB Pink markalı, qiyməti 2999,99 manat olan 1 ədəd “İphone 16 Pro” 128 GB White Titanium markalı, qiyməti 3299,99 manat olan 1 ədəd “İphone 16 Pro" 256 GB Black Titanium markalı, qiyməti 2999,99 manat olan 4 ədəd “İphone 16 Pro” 128 GB Black Titanium markalı, qiyməti 3299.99 manat olan 1 ədəd “İphone 16 Pro" 256 GB Natural Titanium markalı, qiyməti 1099,99 manat 1 ədəd Honor 2008/256 GB Black markalı, qiyməti 3599,99 manat olan 1 ədəd ' İphone 16 Pro Max” 256 GB Black Titanium markalı, qiyməti 519,99 manat olan 1 ədəd Samsung Galaxy A16 SM-A165 8/256 GB Light Green markalı, qiyməti 3599,99 manat olan 2 ədəd “İphone 16 Pro Max” 256 GB Natural Titanium markalı, qiyməti 519,99 manat olan 1 ədəd Samsung Galaxy A 16 SM-A165 8/256 GB Black markalı smartfonları, qiyməti 1199,99 manat olan 3 ədəd Playstation 5 X9 1TB markalı, ümumi dəyəri 47819,78 manat təşkil etmişdir. İş materiallarında əlavə olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş Abşeron RİHB-nin Saray qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 21 iyun 2025-ci il tarixli 1246 nömrəli xasıyyətnamədən görünür ki, xx.xx.1993-cü ildə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işsiz, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində qəsəbədə yaşadığı müddət ərzində qəsəbə əhalisi və qonşulardan heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. İşdə olan 21 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs işlədiyi "xxxx" MMC-dən 48869,78 manat məbləğində mənimsəməsi onun tam etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin izahatı və şahid ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, audit rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Hüquqi məsələlər: Azərbaycan Respublikadı CPM-in: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. CM-nin 179.2.3 və 179.2.4 maddələrinə əsasən-Mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə; xeyli miqdarda ziyan vurmaqla törədildikdə -dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Mənimsəmə talamanın müstəqil forması olub, obyektiv cəhətdən inanılıb tapşırılmış maddi qiymətli şeylərin ayrılması, götürülməsi və onun üzərində qanunsuz sahibliyi müəyyən etmək yolu ilə özünün və ya digər şəxslərin mülkiyyətinə keçirilməsində ifadə olunur. Bu zaman müqavilə münasibətləri və yaxud dövlət və ya ictimai təşkilatların xüsusi tapşırığı ilə əlaqədar əmlak barəsində sahiblik, idarəetmə, sərəncam vermə, daşıma və ya saxlama səlahiyyətlərini həyata keçirən təqsirkar özünün qanuni ixtiyarında olan əmlakı qanunsuz, əvəzsiz öz mülkiyyətinə keçirir. Əmlak hər hansı təşkilatın işçisi hesab edilməyən xüsusi şəxslərə də etibar edilə bilər (onlara yuxarıda qeyd olunan sərəncam vermə, idarə etmə, saxlama və s. səlahiyyətlər verməklə). Təqsirkara səlahiyyətlər podrat, icarə, saxlama və s. mülki-hüquqi müqavilələr əsasında da verilə bilər. CM-nin 313-cü maddəsinə əsasən Vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə -min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Vəzifə saxtakarlığının predmetini rəsmi sənədlər və informasiya resursları təşkil edir. Rəsmi sənədlər dedikdə hüquqi əhəmiyyəti olan faktları və məlumatları təsdiq etmək üçün dövlət və ya yerli özünüidarə orqanları, habelə dövlət və ya bələdiyyə idarə, müəssisə və təşkilatları tərəfindən verilən yazıl aktlar başa düşülür. Rəsmi sənədlər, bir qayda olaraq, özünəməxsus rekvizitlərə (təşkilatın möhürü, ştampı, sənədin nömrəsi, tarixi) malik olur və müvafiq vəzifəli şəxs tərəfindən imzalanır. Obyektiv cəhətdən bu cinayət rəsmi sənədlərə və ya informasiya resurslarına biləbilə yalan məlumatlar daxil edilməsində, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsində ifadə olunur. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 30-cu bəndində qeyd olunur ki, CM-in müvafiq maddəsində bu və ya digər əlamət şəxsin təqsirli bilindiyi cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlaməti kimi nəzərdə tutulduqda, cinayət əməli təsvir edilərkən həmin əlamətin sadəcə qeyd edilməsi ilə kifayətlənməməli, cinayətin təsvirində bu əlamətin mövcud olduğunu göstərən konkret faktlar da əksini tapmalıdır. CPM-in: 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla, Cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir; 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə, CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı qanuni və əsaslı hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, CM-in 59-cu maddəsini rəhbər tutaraq təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf etməsi və əməlindən peşman olmasını; ilk dəfə cinayət törətməsi İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən olunmaması, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 179.2.3, 179.2.4 və 313-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 179.2.3 və 179.2.4 maddələrinə əsasən isə ona CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə əlavə cəza təyin edilməlidir. CM-nin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyrimümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 23-cü bəndinə əsasən Məhkəmələr əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Bu zaman əlavə cəza maddənin sanksiyasında nəzərdə tutulmuş hər hansı əsas cəza ilə yanaşı təyin edilə bilər. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarına görə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında əsas cəzalardan biri kimi nəzərdə tutulması, təqsirkara başqa növ əsas cəza təyin olunduğu halda onun barəsində CM-in 46.2-ci maddəsinə müvafiq olaraq əlavə cəza qismində müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının təyin olunmasını istisna etmir. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Məhkəmə, həmçinin, hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən, yəni xx.xx.2025-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli və məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Mülki iddia ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. CPM-in: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir; 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır; 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır; 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC tərəfindən verilmiş mülki iddiası təmin edilməli, Təqsirləndirilən şəxs 48869,78 manat məbləğində pul və ödənilmiş dövlət rüsumu 237 manat zərərçəkmiş hüquqi şəxsin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 ,179.2.4 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş 20 saylı Vəkil Bürosunun vəkili X7 ogluna məhkəmədə iştirak etdiyi 25 iş saatı üçün cəmi 275 manat məbləğində vəsait dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. İş üzrə maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 ,179.2.4 və 313-cü maddələri ilə təqsirli bilinsin, CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə CM-nin 46.2ci maddəsi tətbiq edilməklə ona 01(bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünü idarə etmə orqanlarında, o cümlədən özəl sahədə rəhbər və maddi məsul vəzifə tutma hüquqları məhdudlaşdırılmaqla 02 (iki) il 06(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 313-cü maddəsi ilə 01(bir) il müddətə dövlət və yerli özünü idarə etmə orqanlarında, o cümlədən özəl sahədə rəhbər və maddi məsul vəzifə tutma hüquqları məhdudlaşdırılmaqla 01(bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci və 66.4-cü maddələrinə əsasən ona təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il müddətə dövlət və yerli özünü idarə etmə orqanlarında, o cümlədən özəl sahədə rəhbər və maddi məsul vəzifə tutma hüquqları məhdudlaşdırılmaqla 03(üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 02 oktyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddia təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs 48.869,78 manat məbləğində pul və ödənilmiş 237 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilsin. X5 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 manat hesab edilməklə, 25 iş saatı üçün cəmi 275 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-318/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-318/2025
02.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver