Məhkəmə qərarları › İş №1(005)-319/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-319/2021

02.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-319/2021 02.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci ildə Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu, Azadkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu, Azadkənd kəndində qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, 08 mart 2021-ci il saat 04 radələrində, ünvan 1 ünvanın qarşısında, “Çermet” körpüsünün altında, avtodayanacağın yanından Zərərçəkmiş şəxs məxsus **- ZA-*** dövlət nömrə nişanlı 13 metrlik yarımqoşqunu, özünün idarə etdiyi MAN markalı **- KG-*** dövlət nömrə nişanlı yük avtomobilinə qoşaraq gizli olaraq talayıb ona ümumilikdə 7000 (yeddi min) manat ziyan vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs uzun müddətdir tanıyır. Etibarnamə əsasında MAN markalı **-KG-*** dövlət nömrə nişanlı yük avtomobilini Musa adlı şəxsdən icarəyə götürmüşdür. Belə ki, həmin qardaşlar onun iş yoldaşlarıdır, özü də “MAN” markalı yük avtomobilinin sürücüsüdür. 08.03.2021-ci il tarixə keçən gecə saat 01 radələrində işlədiyi şirkətdən ona zəng gəlmiş və səhər saatlarında yük vurulacağını, bunun üçün isə qoşqu lazım olduğunu bildirmişlər. Bundan sonra o, yükü əlindən buraxmamaq üçün Mürşüdün qardaşı Əlinin, daha sonra isə onun qardaşı Ruslanın mobil telefon nömrələrinə zəng vurmuş, lakin onlarla telefon əlaqəsi yarada bilməmişdir. Bundan sonra aralarındakı dostluğa güvənib həmin gün saat 04 radələrində Nərimanov rayonu, “Çermet körpüsü” adı ilə tanınan körpünün olduğu əraziyə gedib onlara aid olan qoşqunu idarə etdiyi “MAN” markalı **-KG-*** dövlət nömrə nişanlı avtomobilə qoşub yük daşımaq üçün Yasamal rayonu ərazisinə getmişdir. Yasamal rayonu ərazisində yükdaşıma işi ilə bağlı olaraq problem yarandığından qoşqunu orada yüklü vəziyyətdə qoyaraq yük avtomobilinin özü ilə oranı tərk etmişdir. Yasamal rayonu ərazisində olarkən orada olan tanışları Mürşüdgilin etibarlı adamlar olmadığını, buna görə də onların qoşqusunu götürdüyü üçün ona da problem yaranacağını bildirmişlər. Bundan sonra Davud adlı tanışına zəng edərək ona Yasamalda yük avtomobilinin qoşqusunun qaldığını, əgər problem yaranarsa onu oradan götürərək, Türkan qəsəbəsinə Yeni yaşayış massivinə aparıb orada saxlamasını bildirmişdir. Daha sonra həmin gün saat 11 radələrində Əliyə zəng vuraraq harada olmasını soruşmuşdur. Bu zaman X11qlarını və onlara məxsus yarımqoşqunun oğurlandığını bildirmişdir. Bundan sonra ona görüşməli olduqlarını və ona vacib sözü olduğunu demişdir. “Ulduz” metrostansiyası yaxınlığında Əli ilə görüşmüş və bu zaman ona qoşqunun onun tərəfindən götürüldüyünü, nahardan sonra qaytaracağını dedikdə, Əli artıq gec olduğunu və bu barədə polisə məlumat verdiklərini demişdir. Mürşüd və Ruslanı sürücü yoldaşları kimi tanıyır. Əli ilə uzun müddət bir-birinin evinə gediş-gəlişləri olmuşdur. Davud adlı şəxsin anket məlumatlarını bilmir. Mürşüd və digərləri həmin yarımqoşqunu heç vaxt ona idarə etmək üçün verməmişdir, lakin aralarındakı dostluğa inanıb yarımqoşqunu götürmüşdür. Yekunda törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını, onunla barışdığını nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən iki ildir **-ZA-*** dövlət qeydiyyat nişanlı 13 metrlik yarımqoşqunu almış və etibarnamə əsasında idarə etdiyi, faktiki olaraq özünə məxsus olan “Kamaz” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə qoşmaqla istifadə edir. 06 mart 2021-ci il tarixdə “Kamaz” markalı yük avtomobili nasaz vəziyyətdə olduğundan qeyd edilən yarımqoşqunu avtomobildən ayıraraq Nərimanov rayonu, Çermet körpüsünün alt hissəsində olan avtodayanacağın yaxınlığında saxlamışdır. 08 mart 2021ci il tarixdə saat 10 radələrində qeyd edilən ünvana gələn zaman həmin qoşqunun yerində olmadığını, naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını müəyyən etmişdir. Bundan sonra dərhal DİN-in 102 Xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs yük avtomobili sürücüsü olduğundan onunla uzaqdan tanışlığı var. Belə ki, yük daşıdığı vaxt və ya yük tapmağa gedərkən təsadüfən bir-iki dəfə Məhərrəmlə qarşılaşmışdır. Amma onunla yaxın münasibəti yoxdur. Məhərrəmi uzaqdan tanıyır, onun mobil nömrəsini bilmir, heç vaxt ona yarımqoşqunu verməmişdir. Qardaşları da yük avtomobili sürücüsüdür və onların Məhərrəmlə yaxın heç bir əlaqəsi yoxdur. Təqsirləndirilən şəxs həmin yarımqoşqunu oğurlamışdır. Təqsirləndirilən şəxs nə onunla, nə də qardaşları ilə heç bir əlaqə yaratmışdır. Bu barədə hər iki qardaşı ona məlumat vermişdir. Sonradan öyrənmişdir ki, Məhərrəm qardaşı Əli ilə əlaqə saxlayaraq yarımqoşqunun onda olduğunu bildirmişdir. Lakin, bundan bir neçə saat əvvəl artıq polisə məlumat vermişdir. **-ZA-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu Masallı rayonundan olan yaşlı bir qadının adına olmuş, həmin qoşqunu iki il öncə 7000 manata almış və etibarnamə əsasında onu idarə edir. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etdi. İttiham aktının siyahısında şahid qismində göstərilən Şahid məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişdir. Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərkən məlum oldu ki, fərdi qaydada yük avtomobillərinin təmiri ilə məşğul olur. 08 mart 2021-ci il tarixdə saat 10 radələrində qardaşı Mürşüd onunla əlaqə saxlayaraq ona məxsus olan yarımqoşqunun oğurlandığını bildirmişdir. Bundan sonra o, “Çermet” körpüsü kimi tanınan yerə getmiş, orada olarkən Mürşüd DİN-in 102 xidmətinə zəng edərək ona məxsus yarımqoşqunun oğurlanması barədə məlumat vermişdir. Bundan sonra birlikdə Nərimanov RPİ-nin 17-ci PŞ-yə getmişlər, orada olarkən onun telefonuna Təqsirləndirilən şəxs telefonundan zəng gəlmiş və onunla görüşmək istədiyini bildirmişdir. Daha sonra Polis Şöbəsindən çıxaraq yaxınlıqda Məhərrəmlə görüşmüşdür. Bu zaman Məhərrəm bildirmişdir ki, yarımqoşqu ondadır və nahardan sonra gətirib qaytaracaq. Bu zaman Məhərrəmə bildirmişdir ki, artıq polisə bu barədə məlumat vermişlər. Sonradan Məhərrəm yarımqoşqunun yerini polis əməkdaşlarına və onlara bildirməmişdir. Təqsirləndirilən şəxs təxminən 5 il olar ki tanıyır. O da yük avtomobili sürücüsü olduğundan sadəcə sürücü kimi onunla tanışlığı var. Onunla olan əlaqəsi qardaşlarından daha yaxındır. Lakin, heç zaman onlara məxsus olan yarımqoşqunu Məhərrəmə verməmişdir. Onun nə üçün belə etdiyini bilmir. Qardaşları da yük avtomobili sürücüsüdürlər və qardaşlarının da Məhərrəmlə yaxın əlaqəsi yoxdur. Təqsirləndirilən şəxs həmin yarımqoşqunu onlardan xəbərsiz götürərək getmişdir. Təqsirləndirilən şəxs hadisədən öncə nə onunla, nə də qardaşları ilə heç bir əlaqə yaratmışdır. Bu barədə hər iki qardaşı ona məlumat vermişlər. O, sadəcə onların polisə müraciət etməsindən bir neçə saat sonra əlaqə saxlayıb və yarımqoşqunun onda olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi barədə” 08 mart 2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 17-ci PŞ-nin təhqiqatçısı X1 Mürşüd Akif oğlunun müraciəti əsasında toplanmş material üzrə Yasamal RPİ-nin əməliyyat qrupu ilə birlikdə hadisə yerinə gələrək hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirmişdir. Baxış Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, “Çermet” körpüsünün alt hissəsində yerləşən avtodayanacağın ətrafına keçirildi. Baxış zamanı Zərərçəkmiş şəxs şifahi olaraq bildirdi ki, 08 mart 2021-ci il tarixdə saat 10:00 radələrində qeyd olunan ünvanda saxladığı özünə məxsus yük qoşqusunun naməlum şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Baxış zamanı təhqiqat üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya dəlil götürülmədi; “Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 10 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur; “Baxış keçirilməsi haqqında” 11 mart 2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X6, tərəfindən ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə zəruri olduğundan iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmaq məqsədi ilə 11 mart 2021-ci il tarixdə saat 10:30 dəqiqədə şübhəli şəxs Təqsirləndirilən şəxs istintaqa könüllü olaraq təqdim etdiyi, özünə məxsus və hadisə baş verdiyi zaman istifadə etmiş olduğu mobil telefon aparatının yaddaşında olan məlumatlara baxış keçirmişdir. Baxış zamanı mobil telefon aparatının “NOKİA X2” markalı olması, telefonun ***-***-**-** saylı nömrə ilə işləməsi müəyyən edildi. “NOKİA X2” markalı mobil telefon aparatının yaddaşında olan məlumata baxış keçirilərkən mobil telefonun zənglər siyahısında **-ZA-*** dövlət nömrə nişanlı qoşqu sahibi Zərərçəkmiş şəxs və qardaşları Şahid, Ruslan Məlikovların istifadəsində olmuş mobil telefon nömrələrinə 08 mart 2021-ci il tarixdə saat 04 radələrində hər hansı zəngin getməsi müəyyən edilmədi. Yalnız həmin tarixdə Zərərçəkmiş şəxs polisə məlumat verdikdən bir neçə saat sonra, yəni saat 12:14də qardaşlardan birinin istifadəsində olduğunu bildirdiyi ***-***-**-** mobil telefon nömrəsi ilə saxlaması müəyyən edildi. Baxış zamanı yaddaşda olan məlumatın fotoşəkli çəkildi və protokola əlavə edildi; “Baxış keçirilməsi haqqında” 11 mart 2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X6, tərəfindən ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə zəruri olduğundan, iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmaq məqsədi ilə şübhəli şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi 20 saylı Vəkil Bürosunun vəkili X5 iştirakı ilə 11 mart 2021-ci il tarixdə saat 11:45 dəqiqədə şübhəli şəxs Təqsirləndirilən şəxs ifadəsində istintaqa könüllü olaraq yerini bildirdiyi 01 ədəd yük avtomobilinin qoşqusuna Bakı şəhəri, Suraxanı rayonu, Türkan qəsəbəsi, Yeni yaşayış massivində, yolun kənarında baxış keçirmişdir. Baxış zamanı müəyyən edildi ki, şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən könüllü olaraq təqdim edilən və Bakı şəhəri, Suraxanı rayonu, Türkan qəsəbəsi, Yeni yasayış massivində, yolun kənarında olduğunu bildirdiyi yük avtomomobilinin qoşqusunun üzərində **-ZA-*** dövlət nömrə nişanı vardır. Qoşqunun uzunluğu 13 metr olub dəmir konstruksiyası yaşıl rəngdədir. Qoşqunun yan bortları yoxdur və yüksüz vəziyyətdədir. Həmin qoşqu iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün tərəfindən götürülərək saxlanması üçün duracağa təhvil verildi. Baxış zamanı qoşqunun fotoşəkili çəkildi və protokola əlavə edildi; “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanması haqqında” 11 mart 2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, X6, tərəfindən istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə zəruri olduğundan, şübhəli şəxs Təqsirləndirilən şəxs verdiyi ifadənin düzgünlüyünü müəyyən etmək və ya dəqiqləşdirmək məqsədilə onun oğurluq etdiyi yerdə ifadəsinin yerində yoxlanılması istintaq hərəkətini aparmışdır. CM-in 177.2.4-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs 08 mart 2021-ci il tarixdə oğurluq etmiş olduğu yeri və hadisə yerinə gedən yolu göstərməyi təklif edəndə, sonuncu, oğurluq etmiş olduğu yerin ünvan 2 ünvanın qarşısında, Çermet körüsünün altında olduğunu qeyd etdiyindən, onun göstərdiyi yerə getmişlər. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi yeri göstərərək bildirdi ki, 08.03.2021-ci il tarixdə saat 04 radələrində həmin yerdə dayanmış **-ZA-*** dövlət nömrə nişanlı qoşqunu, özünün idarə etdiyi MAN markalı, **-KG-*** dövlət nömrə nişanlı yük avtomobilinə qoşub oğurlayaraq aparmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması gündüz vaxtı, quru və buludlu havada, təbii işıqlanma şəraitində aparıldı; “Maddi sübut kimi tanıma haqqında” 11 mart 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs tərəfindən təqdim olunmuş **-ZA-*** dövlət nömrə nişanlı yarımqoşqu maddi sübut kimi tanınmaqla duracaqda saxlanılmışdır; “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” 11 mart 2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nərimanov rayon prokuroru Hidayət Nurəlibəyov tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi Əli Sevdimovun 11.03.2021-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsi və Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı Nərimanov RPİ-nin MSYdən azad edilməsi qərara alınmışdır; “Qətimkan tədbirinin seçilməsi haqqında” 11 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin QİŞ tərəfindən 22.05.2017ci il tarixdə verilmiş AC seriyalı 922549 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-ZA-*** dövlət qeydiyyat nişanlı, “MAZ yarımqoşqu” markalı nəqliyyat vasitəsinin sahibi X2r; 19 mart 2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, X4 mülkiyyətində olan **-ZA-*** dövlət qeydiyyat nişanlı, “MAZ yarımqoşqu” markalı nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etmək və digər səlahiyyətlərini Zərərçəkmiş şəxs etibar etmişdir; Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən 16.04.2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdur; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 iyun 2021-ci il tarixli, 9/2696 nömrəli rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində Bakı şəhərində yerləşən avtomağazalarda və avtoservis müəssisələrində mövcud olan qiymətlərə, avtomobil kataloq jurnalın, “www-turbo.az”, “www.avtomobil.az” və milli internet saytlarının, qərarın təsviri hissəsində və dərc edilmiş üç ədəd fotoşəkillərdə olan məlumatlara əsasən, xarici əmtəə görünüşünün və hərəkət hissələrinin yaxşı saz vəziyyətdə olan, tam komplektli və təyinatı üzrə istifadəyə yararlı 1979-cu il buraxılışlı “Maz Yarımqoşqu” markalı **-ZA-*** dövlət nömrə nişanlı tədqiq edilən bortlu tipli, kütləsi 7500 kq tünd yaşıl rəngli nəqliyyat vasitəsinin, 2021-ci ilin mart ayına, 42 il istismar müddətini nəzərə alaraq respublikadaxili orta bazar pərakəndə satış qiyməti təxminən 3700,00 manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatın dəyəri 50 (əlli) manat təşkil edir; Zərərçəkmiş şəxs tərəfindən yazılmış qəbzdən görünür ki, o, **-ZA-*** dövlət qeydiyyat nişanlı, “MAZ yarımqoşqu” markalı nəqliyyat vasitəsini təhvil almışdır; “Baxış keçirilməsi haqqında” 19 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X6, tərəfindən ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə zəruri olduğundan, iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmaq məqsədi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs hadisə vaxtı istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsindən zərərçəkmiş Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** və qardaşları Ruslan və Şahidlərin istifadəsində olmuş ***- ***-**-** və ***-***-**-** mobil nömrələrinə 07.03.2021-ci il tarixdən 08.03.2021-ci il tarixədək olan müddətdə çıxan və cavabsız zənglər, sms və sms mətnləri haqqında məlumatları müəyyən etmək məqsədi ilə verilmiş əməliyyat tapşırığı əsasında əldə edərək Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmiş 1 ədəd CD diskin yerləşdirildiyi qablaşdırmanı sökərək 19 iyun 2021-ci il tarixdə, saat 10:42 dəqiqədə baxışını aparmağa başlamışdır. Baxış zamanı CD diskdə olan **********85_Z_ ng statistika adlı Excel faylına daxil olduqda 2 zəng statistika səhifəsində Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsindən müxtəlif telefon zənglərinin olması görünür. Baxışla müəyyən edildi ki, 07.03.2021-ci ildə Mürşüd, Ruslan və Şahidlərin istifadəsində olmuş zərərçəkmiş Zərərçəkmiş şəxs ***-***-**-** və qardaşları Ruslan və Şahidlərin istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** nömrələrinə zəng çıxışı yoxdur, yalnız 08.03.2021-ci il saat 12:04-də Şahid istifadəsində olan ***-***-**-** nömrə ilə 26 saniyə, saat 12:14-də isə Ruslan Quliyevin istifadəsində olan ***-***-**-** nömrə ilə 52 saniyə danışıq olmuşdur. İstintaq zamanı cinayət işi materiallarında olan zərərçəkmiş şəxsin DİN-nin 102 Xidmətinə olan zənginin tarixi isə saat 10:45-dir. Diskin baxışı gündüz vaxtı, otaq şəraitində, “HP LE1901W” markalı stolüstü kompyuterdə aparılmaqla saat 11:22 dəqiqədə başa çatdı. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Məhkəmə qeyd edir ki, mülkiyyət cəmiyyətin iqtisadi özülünü təşkil edən mühüm iqtisadi və hüquqi kateqoriyadır. Maddi nemətlərə sahiblik, onlardan istifadə və onların barəsində sərəncamla əlaqədar yaranan ictimai münasibətlərdən ibarət olan mülkiyyət münasibətləri hüquqla tənzimlənərək hüquqi forma kəsb edir və konkret mülkiyyətçinin öz əmlakı barədə sahiblik, istifadə və sərəncam səlahiyyətini əks etdirən hüquq münasibətinə çevrilir. Mülkiyyət münasibətləri mülki-hüquqi aktlarla müfəssəl tənzimlənir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin üç formasını nəzərdə tutur: 1) xüsusi mülkiyyət; 2) dövlət mülkiyyəti; 3) bələdiyyə mülkiyyəti. Azərbaycan Respublikası Mülki Məcəlləsi mülkiyyətin bütün formalarının bərabərliyini və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyini təsbit edir. Ona görə də yeni cinayət qanununda sovet cinayət qanunvericiliyindən fərqli olaraq, bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Ümumiyyətlə, mülkiyyət əleyhinə olan cinayətlərin bir növü kimi talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Talamanın mühüm əlamətlərindən biri də talanan əmlakın özgənin olmasıdır, yəni təqsirkar şəxs həmin əmlak barəsində heç bir həqiqi və ya güman edilən mülkiyyət hüququna malik olmamalıdır. Oğurluq cinayətinin daha bir obyektiv əlaməti özgənin əmlakının götürülməsinin əvəzsiz olmasıdır. Oğurluq fəal hərəkətlərlə törədilir və təqsirkarın talama hərəkətləri ilə zərərçəkmiş şəxsə maddi ziyan dəyməsi arasında səbəbli əlaqə müəyyyən olunmalıdır.Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan başa çatmış hesab olunur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs özgəyə, yəni Zərərçəkmiş şəxs məxsus **-ZA-*** dövlət nömrə nişanlı 13 metrlik yarımqoşqunu, özünün idarə etdiyi MAN markalı **-KG-*** dövlət nömrə nişanlı yük avtomobilinə qoşaraq gizli olaraq talamış və zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirini etiraf etsə də, özünü müdafiə üçün bildirdiyi - Zərərçəkmiş şəxs məxsus əmlakı aralarında olan dostluğa güvənərək götürməsi, həmin əmlakdan istifadə etmək üçün zərərçəkmiş şəxs və onun qardaşlarına zəng etməsi, lakin telefon əlaqəsi yarada bilməməsi barədə dəlillərini əsassız sayır. Belə ki, məhkəmə istintaqında araşdırılan sübutlarla müəyyən edilir ki, Zərərçəkmiş şəxs məxsus əmlakı götürməzdən əvvəl, yəni 08 mart 2021-ci il tarixdə gecə saat 04 radələrində Bağırov X7 Mürşüd Akif oğlu və onun qardaşları ilə hər hansı telefon əlaqəsi yaratmamış, sonuncuların istifadəsində olan mobil nömrələrə zəng etməmişdir. Təqsirləndirilən şəxs yalnız hadisə baş verən tarixdə Zərərçəkmiş şəxs polisə məlumat verdikdən (müvafiq məlumat Zərərçəkmiş şəxs tərəfindən 08.03.2021-ci il tarixdə, saat 10:45-də verilmişdir) bir neçə saat sonra, yəni saat 12:14-də qardaşlardan birinin istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə əlaqə saxlaması müəyyən edilmişdir (“Baxış keçirilməsi haqqında” 19 iyun 2021-ci il tarixli protokol). Həmçinin zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs ilə yaxın münasibətlərinin olmadığını, Məhərrəmi uzaqdan tanıdığını, onun mobil telefon nömrəsini bilmədiyini, heç vaxt ona yarımqoşqunu vermədiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxsin bildirdiyi kimi, onun təqsirləndirilən şəxslə yaxın münasibəti olmamışdır, yəni Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə aralarında olan dostluq münasibətlərinə güvənərək onun əmlakını götürməsi barədə dəlilləri tam əsassızdır. Həmçinin, Təqsirləndirilən şəxs ələ keçirdiyi əmlakı istifadə edəndən sonra onu əvvəlki, yəni götürdüyü yerə deyil, tamamilə başqa ünvana, yəni Bakı şəhəri, Suraxanı rayonu, Türkan qəsəbəsi, Yeni yasayış massivində, yolun kənarında yüksüz vəziyyətdə qoymuşdur. Bütün qeyd edilənlər Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə məxsus olan, yəni özgə əmlakını gizli, əvəzsiz talamasını, yəni oğurluq etməsini mübahisəsiz qaydada təsdiq edir. CM-in: 177.2.4-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama xeyli miqdarda ziyan vurmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 177.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını; törətidyi əməli etiraf edib peşman olmasını; talanmış əmlakın zərərçəkmiş şəxsə qaytarılmasını, zərərçəkmiş şəxslə barışmasını, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasını. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, tutma altında saxlanıldığı 01 (bir) gün (10-11 mart 2021-ci il) azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut - **-ZA-*** dövlət nömrə nişanlı yarımqoşqunun qanuni sahibinə qaytarılması nəzərə alınmalı, keçirilmiş ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə, həmçinin hesab edir ki, məhkəmə iclaslarında Müdafiəçi iştirak etdiyi 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 10-11 mart 2021-ci il tarixlərdə tutma altında saxlanıldığı 01 (bir) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq ona 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası, Ordubad rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - **-ZA-*** dövlət nömrə nişanlı yarımqoşqunun qanuni sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar