Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-319/2023 22.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – “Presedent” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, "xxxx" QSC-nin mühafizə komandasında mühafizəçi işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2vanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 27 dekabr 2022-ci il tarixdə saat 16:10 radələrində arvadı X6 ilə onun Zərərçəkmiş şəxs ilə birgə sonuncunun Zərərçəkmiş şəxs ilə qeyri rəsmi nikahdan olan övladı X3 təhsil aldığı Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi 77 ünvanında yerləşən 5 saylı Sağlamlıq imkanları məhdud olan uşaqların xüsusi internat məktəbindən evə aparmaq üçün həmin məktəbə gəlib, orada Zərərçəkmiş şəxsda öz övladını məktəbdən evinə aparmaq üçün gəldiyini gördükdə, İsmayıl Əsgərovun atası Zərərçəkmiş şəxs tərəfindən aparılmasına mane olmaq üçün sonuncu ilə mübahisə edərkən özünü qeyri müəyyən şəxslər dairəsinin şüurunda müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək niyyəti ilə ictimai yer hesab olunan məktəbin foyesində ictimai qaydanı, yəni davranış qaydalarını, etik və əxlaq nomalarını kobud surətdə pozaraq cəmiyyətin digər üzvlərinin mənafeyinə zidd olaraq Eldar Ələsgərovla dalaşmağa başlayıb cəmiyyətə açıqca hörmətsizlik ifadə edib Zərərçəkmiş şəxs başı ilə sifət nahiyəsinə, yumruqla sol çiyin nahiyəsinə zərbələr endirmiş və dalaşma zamanı Zərərçəkmiş şəxs bel nahiyyəsində saxladığı soyuq silah hesab edilməyən bıçağı götürüb onun sol əlinin 2-ci barmağının əsas flanqasını kəsməklə Zərərçəkmiş şəxs alın nahiyəsinin şişkinliyi, üst dodağın şişkinliyi və iç selikli qişasının qansızması, sol çiyin qurşağının qançırı, sol əlin 2-ci barmağının əsas falanqasının iç səthinin səthi kəsilmiş yarası kimi sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirib zor tətbiq olunması və bıçaqdan silah qismində istifadə edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə xuliqanlıq cinayətini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şahid1 əvvəllər Zərərçəkmiş şəxsla evli olmuş, onların evli olduqları müddət ərzində 2015-ci il təvəllüdlü oğlu İsmayıl doğulmuşdur. X7 münasibətləri pozulmuş və onlar ayrılmışlar. Bundan sonra o, Ülkərlə tanış olmuş və 2022-ci ilin sentyabr ayının 30-da rəsmi nikaha daxil olmuşlar. Ülkərin oğlu İsmayıl onlarla birlikdə qalır, İsmayıl hazırda sağlamlıq imkanlarından məhdud olduğundan Sağlamlıq İmkanları Məhdud olan uşaqların xüsusi internat məktəbində oxuyur. Həmin məktəbə İsmayılı mütəmadi olaraq həyat yoldaşı Ülkər, ara-sıra isə o, aparıb gətirmişdir. xx.xx.2022-ci il tarixdə evdə olan zaman o, həyat yoldaşının telefonuna daxil olub sms qutusuna baxan zaman keçmiş həyat yoldaşı Eldarın ona «məktəbə gəlmə səni öldürəcəm» məzmunlu sms yazdığını görmüşdür. SMS oxuması ilə bağlı yoldaşna heç bir məlumat verməmişdir. Yoldaşı uşağı gətirməyə getdikdə onunla birlikdə getmək istədiyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə saat təxminən 16 radələrində o, Ülkərlə birlikdə İsmayılın oxuduğu internat məktəbinin qarşısına gəlmişlər. Bu zaman orada Eldarın dayandığını görüb tək Eldara tərəf yaxınlaşmış, əvvəlcə salamlaşmışdır. Daha sonra isə artqıq neçə aydır ki, uşağın onun yanında olduğunu bildirərək uşağı özləri ilə aparmağı, bayramda uşağın anasının yanında olmasını xahiş etmişdir. Bu zaman Eldar kobud danışmış və xoşagəlməz ifadələr işlətməyə başlamışdır. Eldar məktəbə daxil olan zaman onun belində bıçaq görmüşdür. Eldarın həyat yoldaşına zədə yetirəcəyindən narahat olmuşdur. Çünki əvvəllər o, dəfələrlə həyat yoldaşını döyüb və onu təhqir edibmiş. Bu səbəbdən də Eldarın arxasınca gedib onun boynundan sıxaraq və əlini buraraq bıçağı Eldarın belindən götürdükdən sonra kənara atmaq istəmiş, lakin orada olan şəxslər bıçağ olan əlini tutduqlarından əlindən bıçağı kənara ata bilməmişdir. Eldar yenidən bıçağı onun əlindən almışdır. Yoldaşı Ülkərə xəsarət yetirəcəyini görərək yoldaşını itələmiş və o, yıxılmışdır. Əgər o, yoldaşını itələməsə yoldaşı xəsarət ala bilərmiş. Daha sonra orada olan mühafizəçilər bıçağı Eldarın əlindən almışlar. Bundan sonra mübahisə qurtarmışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, X6 ilə 2014-cü il tarixdə qeyri rəsmi ailə həyatı qurmuş, birgə nikahdan İsmayıl adlı bir oğlan övladı vardır. 2021-ci ildə o, həbs olunduğu müddət ərzində Ülkərin Fərəc adlı şəxslə münasibətdə olmasını bildiyinə görə ayrılmışdır. Ülkər başqa şəxslə ailə həyatı qurduğu üçün təxminən 4 aya yaxındır ki, övladı İsmayıl onunla birlikdə qalmışdır. Belə ki, Ülkərlə şifahi razılışma olmuşdur ki, oğlu İsmayıl onunla qalacaqdır. İsmayıl gözdən əlil olduğu üçün, Nərimanov rayonunda yerləşən 5 saylı sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi internat məktəbində təhsil alır. Bu 4 ay müddət ərzində o, hər gün oğlu İsmayılı Binə qəsəbəsindən Nərimanovda yerləşən məktəbə gətirmiş və dərs saatları bitdikdən sonra yenidən uşağı götürüb evə aparmışdır. Hadisədən təxminən 1 ay qabaq Ülkər ona bildirmişdir ki, oğlu İsmayılı 4 gün müdətində götürüb özündə saxlasın. O, da Ülkərlə razılaşmış və Ülkər İsmayılı götürüb özü ilə aparmışdır. İki gün sonra o, keçmiş həyat yoldaşı Ülkərin yaşadığı binanın qarşısına getmiş və həmin vaxt uşağın həyətdə oynadığını görmüşdür. Daha sonra İsmayıl keçmiş qaynanası Nəzakətin işlədiyi təndirxanaya girdiyini görmüşdür. O, təndirxanaya daxil olmuş və orada nə keçmiş qaynanası nə də ki, keçmiş həyat yoldaşının olmadığını görmüşdür. Uşağın sahibsiz qalmamasına görə avtomaşınına otuzdurub evə aparmış, 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Bir necə gün sonra ona polisdən zəng gəlmiş və bildirmişlər ki, keçmiş həyat yoldaşı Ülkər 102 xidmətinə şikayət edib ki, o, uşağı oğurlamışdır. Lakin o, bu barədə 102 xidmətinə məlumat verdiyini bildirmişdir. Bundan sonra Ülkərlə əlaqə saxlamamış, İsmayıl da onunla birlikdə yaşamışdır. Həmin vaxt Ülkərə bildirmişdir ki, artıq məktəbə gəlməsin uşağı özü götürəcəkdir, gəlsə yaxşı olmayacaqdır. Bunu yazmaqda da məqsədi uşağı sahibsiz orada görməsi olmuşdur. xx.xx.2022-ci il tarixdə o, saat 16 radələrində internat məktəbinin qarşısına gəlmişdir. Oğlu İsmayılın dərsdən çıxmasını gözləyən zaman keçmiş həyat yoldaşı Ülkərin yeni ailə qurduğu Fərəc adlı şəxslə məktəbin qarşısına gəliyini görmüşdür. Fərəc ona yaxınlaşıb bildirmişdir ki, uşağı götürməyə gəlmişlər. O, Fərəcə bildirmişdir ki, uşağı heç kimə verməyəcək, özü uşağı götürüb aparacaqdır. Bundan sonra o, məktəbin içərisinə daxil olmuş, Fərəc də onunla birlikdə içəri daxil olmuş və aralarında mübahisə başlamışdır. Mübahisə zamanı Fərəc baş nahiyyəsi ilə ona kəllə zərbəsi endirmiş, onunla tutaşmışdır. Fərəc onun başını qarnına tərəf sıxmış, həmin vaxt onun bel nahiyyəsində 8-ci km bazarından 6 manata aldığı bıçaq olmuşdur. Kənarda olan məktəbin kollektivi onları aralıyan zaman belinde olan bıçağın artıq Fərəcin əlində olduğunu görmüşdür. Dalaşma zamanı o, bıçağı Fərəcin əlindən alarkən bıçaq barmağını kəsmiş, daha sonra onları aralamışlar. Polisə zəng vurub məlumat verildiyi üçün onları polis bölməsinə aparmışlar. O, həmin bıçağı özünü müdafiə etmək məqsədi ilə üzərində gəzdirmiş, həmin bıçaqla heç bir cinayət törətməmişdir. Sonda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş maddi ziyanın ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2014-cü ildən 2021-ci ilin sentyabr ayına qədər qeyri-rəsmi ər-arvad münasibətində olmuş, bu müddət ərzində anadangəlmə gözdən qüsurlu İsmayıl adlı oğlan uşağı dünyaya gəlmişdir. İsmayıl hazırda sağlamlıq imkanlarından məhdud olduğundan Nərimanov rayonu, F.X.Xoyski küçəsi 77-də yerləşən 5 saylı Sağlamlıq İmkanları Məhdut olan uşaqların xüsusi internat məktəbində oxuyur, onunla birlikdə qalır. 2022-ci ilin sentyabr aynda Təqsirləndirilən şəxs ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və bir yerdə yaşayırlar. xx.xx.2022-ci il tarixdə evdə olan zaman keçmiş həyat yoldaşı Eldar telefonuna «məktəbə gəlmə səni öldürəcəm» məzmunlu sms yazmışdır. Həmin smsi əri Fərəc görmüş və ondan bu barədə soruşmuşdur. Daha sonra Fərəc ona bildirmişdir ki, onunla birlikdə məktəbə gedəcəkdir. xx.xx.2022-ci il tarixdə saat 16 radələrində o, əri Fərəclə oğlu İsmayılı oxuduğu internat məktəbindən götürmək istəyərkən keçmiş qeyri rəsmi münasibətdə olduğu Zərərçəkmiş şəxsla təsadüfən görüşmüşlər. Eldar heç bir aydınlıq gətirmədən onu Fərəcin yanında söyərək təhqir etməyə başlamış, sonra isə məktəbin içərisinə daxil olaraq İsmayılı götürmək istəmişdir. Fərəc onun dalınca məktəbə daxil olmuşdur. Bundan bir neçə dəqiqə sonra isə o, da məktəbin içərisinə daxil olmuşdur. O, orada Fərəc ilə Eldarın dalaşdığını görüb polisə məlumat vermişdir. Bundan başqa o, ifadəsində göstərmişdir ki, o, ilkin olaraq Eldarın əlində bıçaq görməmiş, sonradan Eldarla Fərəc dalaşdıqda Fərəc Eldarın belində bıçaq olduğunu görüb bıçağı götürüb atmaq istədikdə o, və digər şəxslər Fərəcin əlindən tutduqlarından Fərəcin bıçağı atmağa imkanı olmamışdır. Sonra isə Eldar Fərəcin əlindən bıçağı almış və orada olan mühafizəçilər Eldarın əlindən bıçağı almışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 oğlu ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 16 radələrində işlədiyi 5 saylı Sağlamlıq İmkanları Məhdud olan uşaqların xüsusi internat məktəbində olduğu zaman məktəbin 1-ci mərtəbəsinin dəhlizindən səs küy gəldiyini eşidib tez həmin yerə gəlmişdir. Ora gələndə görmüşdür ki, məktəbin 2-ci sinifində oxuyan İsmayıl Əsgərovun atası Eldar ilə sonradan adının Fərəc bildiyi şəxs Eldarın boynundan tutub aşağı əyib yumruqla vurur. Bu vaxt Fərəc adlı şəxs Eldarın əyilmiş vəziyyətdə olduğu vaxt bel nahiysində bıçaq gördüyündən bıçağı Eldarın belindən götürmüşdür. O, tez Fərəcin əlindən tutmuş, bundan sonra görmüşdür ki, bıçaq artıq Eldarın əlindədir və onlar Eldarın əlindən bıçağı almışlar. Bundan sonra orada olan şəxslərlə onları sakitləşirib ayırmış, Eldar və Fərəcin hərəkətləri məktəbin iş rejini pozmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 digər şahid X2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin 9-11-ci vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” 27 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisənin Bakı şəhəri, Nərimanov rayonu, X12 küçəsi 77 ünvanında yerləşən 5 saylı Sağlamlıq imkanları məhdud olan uşaqların xüsusi internat məktəbində baş verməsi müəyyən edilmiş və hadisə yerindən 01 ədəd bıçağ götürülmüşdür. Cinayət işinin 15-ci vərəqində olan “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, baxış zamanı xx.xx.2022-ci il tarixdə saat 16:10-da ünvan 4 ünvanda yerləşən 5 saylı Sağlamlıq imkanları məhdud olan uşaqların xüsusi internat məktəbinin dəhlizində Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs dalaşması, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs belində olan bıçağı götürərək bıçağı havaya qaldırması, daha sonra mübahisəyə şahid olan ətrafda olan şəxslərin onları sakitləşdirərək ayırması müəyyən olunmuşdur. Cinayət işinin 33-34-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və X4” X11 tərəfindən verilmiş 04 yanvar 2023-cü il tarixli, 1397 nömrəli rəydən görünür ki, - Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - alın nahiyəsinin şişkinliyi, üst dodağın şişkinliyi və iç selikli qişanın qansızması, sol çiyin qurşağının qançırı küt əşyanın (əşyaların) təsirindən, sol əlin 2-ci barmağının əsas falanqasının iç səthinin səthi kəsilmiş yarası isə iki kənarlı alətin, ola bilsin ki, bıçağın tiyəsinin kəsici təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2022-ci il tarixə uyğun gəlir, ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Cinayət işinin 35-ci vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 41-42-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 fevral 2023-cü il tarixli, 3/06 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd predmet zavod üsulu ilə istehsal edilmiş, iki tərəfi küt, ucu deşici xassəyə malik suvenir bıçaqdır, soyuq silah hesab edilmir. Cinayət işinin 85-90-cı vərəqələrində olan “Əməlin tövsif edilməsi və sübutların qiymətləndirilməsi haqqında” 28 mart 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus bir ədəd zavod üsulu ilə istehsal edilmiş, iki tərəfi küt, ucu deşici xassəyə malik suvenir bıçağın maddi sübut hesab edilməsi və saxlanılmasından ötrü Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin 113-cü vərəqində olan “Qətimkan tədbirnin seçilməsi haqqında” 28 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirnin seçilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən yazılmış və imzalanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. «B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 07 mart 2005-ci il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında göstərilir ki, aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zor tətbiq edilməsi hədəsi; habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Həmin Qərarda ictimai qaydanı kobud surətdə pozan hərəkətlər təqsirkarın nəqliyyatının, müəssisə, idarə, təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir: «Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf etməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını, vurulmuş ziyanın ödənilməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmənin, təqsirləndirilən şəxsə cəza təyin edilməsinə dair mövqeyi aşağıdakılardan ibarətdir: Əvvəla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələbinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə həmçinin xüsusilə qeyd etməyi zəruri hesab edir ki, hadisədə istifadə olunan bıçaq Təqsirləndirilən şəxs məxsus olmamışdır, əksinə Zərərçəkmiş şəxs bel nahiyəsində olmuşdur. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında mübahisə baş verərkən Fərəc, Eldarın əyilmiş vəziyyətdə olduğu vaxt bel nahiysində bıçaq gördüyündən bıçağı Eldarın belindən götürmüş, zərərçəkmiş şəxsin də ifadəsində təsdiq etdiyi kimi mübahisə zamanı Eldar bıçağı Fərəcin əlindən alarkən bıçaq Eldarın barmağını kəsmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən bu hal mütləq nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bununla belə, məhkəmə, cinayət törətmiş şəxsi xarakterizə edən halların məcmusunu, xüsusilə onun ilk dəfə az ağır cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını, vurulmuş ziyanın ödənilməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq təqsirləndirilən şəxsin məhz azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilməsini məqsədəuyğun hesab edir və hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. CM-nin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, lakin onun cəza çəkmədən islah olunması mümkün hesab edilərək barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona sınaq müddəti verilməli və təyin olunmuş cəza şərti hesab olunmalı, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindikdən sonra hesablanmalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, onun üzərinə, onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1.). İş üzrə maddi sübut olan – Bakı şəhəri Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd zavod üsulu ilə istehsal edilmiş, iki tərəfi küt, ucu deşici xassəyə malik suvenir bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Presedent” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 50 (əlli) iş saatına görə 300 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Presedent” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 2 (iki) il müddətinə sınaq müddəti ilə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindikdən sonra hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan – Bakı şəhəri Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd zavod üsulu ilə istehsal edilmiş, iki tərəfi küt, ucu deşici xassəyə malik suvenir bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci 64 (altımış dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. “Presedent” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 50 (əlli) iş saatına görə 300 (üç yüz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-319/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-319/2023
22.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver