Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-319/2025 13.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 12:30 Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclas katibi Hüseynova Gülsüm Üzeyir qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri “De Fendo” Vəkil Bürosunun vəkili https://cms.justice.loc/Cases/Default.aspx?caseId=3493847Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə xx xxx 1990-cı ildə Ağstafa rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, 2 övladı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, Abşeron rayonu, Hökməli qəsəbəsi, “X2”, nömrəsiz evdə yaşamış, barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(005)- 522/2025 saylı qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyinin Penitensiyar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını açıq yolla talama məqsədilə 23 dekabr 2024-cü il tarixdə, saat 12 radələrində ünvan 3 ünvanında yerləşən “Kapital Bank”ın “Təbriz Filialı”-nın qarşısında Zərərçəkmiş şəxs 20.000 (iyirmi min) manat pulu həmin filialda yerləşən valyuta mübadiləsi məntəqəsində ABŞ dollarına çevirməsi məqsədilə ona verməsindən sonra, həmin bank filialına daxil olub, bir neçə dəqiqə sonra Zərərçəkmiş şəxs başının qarışıq olmasından istifadə edərək, həmin bank filialından dərhal çıxıb 20.000 (iyirmi min) manat pul vəsaitini üzərində götürməklə oradan dərhal qaçarkən, Zərərçəkmiş şəxs ona məxsus pul vəsaitinin geri qaytarılması ilə bağlı çağırışlarına baxmayaraq, həmin vaxt qeyd olunan ünvandan uzaqlaşıb sonuncunun 20.000 (iyirmi min) manat pul vəsaitini açıq talayaraq Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla soyğunçuluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.5-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək, qeyd etmişdir ki, təxminən 2015-ci il tarixdən yəni 10 ildən çox müddət olar ki, Zərərçəkmiş şəxs tanıyır. O, 2024-cü ilin dekabr ayında onunla mobil telefon vasitəsi ilə danışdığı zaman onun yaşadığı ünvanın yaxınlığında işi ilə bağlı reklam vurmaq istədiyini deyib bu barədə ondan köməklik istədi. Bundan sonra xx.xx.2024-cü il tarixdə reklam işi ilə bağlı Çingizin yaşadığı ünvana gəlmişdi və həmin vaxt bankda manatı dollar etmə lazım olduğunu, lakin onun artıq limiti keçdiyi üçün edə bilmədiyidən, ondan xahiş etdi ki, banka gedərək bunu etsinlər. O da bununla razılaşdı, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “Kapital Bank”a piyada getdilər. Banka çatdıqdan sonra Çingiz ona evdən götürdüyü 20.000 (iyirmi min) manatı verdi ki, banka girib dollar etsin. Zərərçəkmiş şəxs isə banka girmədi binadan kənarda dayandı. Banka olduğu zaman, özünün borclu olduğu şəxslər ona zəng vuraraq pullarını tələb edirdilər. Onun 7000 (yeddi min) manatdan çox borcu olduğu üçün həmin pulu ələ keçirməyi düşündü. Bundan sonra bankdan çıxıb Çingizin çödlə siqaret çəkdiyini gördüyündən ona yaxınlaşdı və növbə olduğunu bildirdi və siqaret alaraq onu çəkib banka girdi. Çingiz isə bankdan kənarda onu gözləyirdi. O, pulu ələ keçirmək niyyətində olmadığını, lakin həmin vaxt zəng gəldiyindən borclular pullarını istədiklərinə görə bu səbəbdən də bir qədər bankda gözləyərək sonra çölə çıxıb Çingizin bankın qarşısında bir qədər aralıda mobil telefonla danışaraq başının qarışdığından istifadə edərək ordan qaçdı və yaxınlıqdakı məhləyə girərək ordan uzaqlaşdı. Məhkəmədə verilən suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı “Çingizin onu uzaqdan görüb arxası ilə onu adıyla səsləməsi barədə ifadəsi” həqiqət deyil, o cür ifadə verməmişdir. Məhkəmədə verdiyi ifadəsinin əsas götürülməsini xahiş etmişdir. Həmin pulları o şəxsi ehtiyaclarına və əsas borclarına xərcləmişdir. Qeyd etmişdir ki, etdiyi əməldən peşmandır. Həmin məbləği qaytarmaq niyyətindədir. Bundan başqa özünü Cinayət Məcəlləsinin 180.2.5-ci maddəsi ilə deyil 178.2-ci maddəsi ilə təqsirli bildiyini qeyd etmişdir. Məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 2015-ci il tarixdən yəni 10 ildən çox müddət olar ki, Təqsirləndirilən şəxs tanıyır. Həmin şəxsi yaşadığı ünvandan tanıyır yəni o onun yaşadığı ünvan 4 ünvanının yaxınlığında plastik qapı pəncərə sexində usta kimi fəaliyyət göstərirdi, o da onun yanma usta olduğu üçün bir neçə dəfə getmişdir. Ondan sonra sıx münasibətləri olmuşdur və aralarında heç bir problem olmamışdır. X1 uzun müddətdir ağır xəstəlik olan xərçəng xəstəliyindən əziyyət çəkir. Bu səbəbdən o tez-tez müalicəsi səbəbindən xaricə gedir və buna görə ona məxsus olan 20.000 (iyirmi min) manatı dollar etməyimi istəmişdir çünki getdiyi yerdə həmin puldan müalicəsi üçün istifadə edə bilsin. Həmin ərəfədə qeyd etdiyi Təqsirləndirilən şəxs ona zəng edərək onun yaşadığı ünvanın yaxınlığında reklam vurmaq istədiyini deyib bu barədə ondan köməklik istədi. Bundan sonra xx.xx.2024-cü il tarixdə Kənan həmin ona dediyi reklam ilə bağlı yaşadığı ünvana gəlmişdir və ondan qaynatasının səhəti ilə bağlı bankda manatı dollar etmək lazım olduğunu, onunda artıq limiti keçdiyi üçün edə bilmədiyindən, ondan xahiş etdi ki, onun adından banka gedərək bunu etsinlər. Kənanda buna razılaşaraq, onunla yaxınlıqda olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “Kapital Bank”a piyada getilər. Banka çatdıqdan sonra o evdən götürdüyü 200 (iki yüz) manatlıqlarla olan 20.000 (iyirmi min) manatı Kənana verdi ki, banka girib dollar etsin. Bundan sonra o bankın yanında siqaret çəkərkən o banka girdi və az sonra çıxıb sistemdə problem olduğunu bildirdi və bir qədər sonra banka girərək pulu dollar edəcəyini bildirib bankın qarşısında gözlədi. Bundan sonra o mobil telefonla danışarkən Təqsirləndirilən şəxs bankdan çıxdığını və onun gözlərinin içinə bir neçə saniyə baxaraq qaçdığını gördüyünü, arxasında səslədiyini, dalınca qaçdığını və mobil telefonuna zəng etdiyini bildirmişdir. Bundan sonra onu məhlələrdə itirdiyini bildirmişdir. Məhkəmə verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı “banka daxil olaraq Kənanın orada olduğunu görmədiyini, dərhal ətrafa baxarkən onun məhləyə girdiyini gördüyü” barədə verdiyi ifadəsinə münasibətdə bildirmişdir ki, bankdan çıxarkən Kənan onun gözlərinin içinə bir neçə saniyə baxmış və qaçmışdır. Onu səsləsə də dayanmamış və qaçaraq uzaqlaşmışdır. Məhkəmə istintaqında verdiyi ifadəsinin nəzərə alınmasını xahiş etmişdir. Ona heç bir məbləğdə pulun qaytarılmadığını, şikayətçi olduğunu pulunu tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, təxminən 2025-ci ilin aprel ayının əvvəlindən olar ki, Təqsirləndirilən şəxs tanıyır. Həmin şəxsi onun yaşadığı ünvana yaxın yəni Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən işlətdiyi sexdən tanıyır. O təxminən 2025-ci ilin aprel ayında iş axtardığını bildirmiş, yanında bir müddət sınaq müddətinə işə götürülmüşdür. Bir gün keçdikdən sonra onun işlədiyi sexə polis əməkdaşları gələrək özlərini təqdim edərək, Təqsirləndirilən şəxs axtardıqlarını bildirdilər və ondan yerini soruşdular. O da onlara bildirdi ki, hal-hazırda həmin şəxs işdə deyil. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli 4012 nömrəli raportdan aydın olur ki, Daxili İşlər Nazirliyinin 102 Xidmətinə Zərərçəkmiş şəxs tanışı Təqsirləndirilən şəxs onun əlində olan 20000 manat pulu alaraq qaçması barədə məlumat daxil olmuşdur. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 24 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhər Nərimanov rayon məhkəməsinin 4(005)-522/2025 saylı xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. xx.xx.2025-ci il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnın 180.2.5-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona yenidən ittiham elan edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli arayışı ilə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmadığı müəyyən edilmişdir. “Kapital Bank”ın ünvan 6 ünvanına hadisə gününün kamera görüntülərinin təqdim edilməsi ilə bağlı xx.xx.2025-ci il tarixdə ünvanlanmış sorğuya əsasən “Kapital Bank” tərəfindən Nərimanov Rayon Məhkəməsinin elektron poçt ünvanına göndərilmiş maildən aydın olur ki, xx.xx.2025-ci il tarixli məktuba əsasən qeyd olunan görüntülər mövcud deyildir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilən məlumata əassən Təqsirləndirilən şəxs xx.xx.2019-cu il təvəllüdlü Uğur Əyyublu və xx.xx.2023-cü il təvəllüdlü Zeynəb Əyyublu adlı iki yetkinlik yaşına çatmayan övladı vardır. Məhkəmənin hüquqi mövqeyi: Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilə şəxs Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini qismən etiraf etmiş, məhkəmə onun ifadəsində xüsusatların işin həqiqi halları və iş materiallarında olan sübutlarla uzlaşdığını məhkəmə tədqiqatının sonunda müəyyən etmiş və cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 180.2.5-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.5-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq olaraq talama zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə-üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli 1 saylı Qərarının 1-ci bəndinə görə məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin Qərarın 3-cü bəndinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər. Həmin qərarın 4-cü bəndinə görə özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs AR CM-nin 180-cı maddəsi ilə məsuliyyət daşımalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, bankda pul onun üzərində olmuş, Zərərçəkmiş şəxs Bankın yaxınlığında gözlədiyini bilmişdir. Bir dəfə bankdan çölə çıxaraq Çingizə sistem işləmədiyini deyib geri qayıtmış, daha sonra yenidən bankdan çıxış Çingizin onu görüb-görməməsinə baxmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə məxsus pul vəsaitini ələ keçirmək üçün müxtəlif bəhanələr gətirmiş, həmin pul vəsaitini ələ keçirmək üçün aldatma üsulu tətbiq etməyə çalışmışdır. Lakin Zərərçəkmiş şəxs məhkəmə istintaqında və ibtidai istintaqda verdiyi ifadəsində təqsirləndirilən Təqsirləndirilən şəxs onun üzünə bir neçə saniyə baxaraq qaçdığını qeyd edərək, arxasında qaçsa və səsləsə də ona çata bilmədiyini söyləmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.5-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs onu görməməsi ilə bağlı ifadəsinə münasibətdə məhkəmə qeyd etməyi zəruri bilir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ilkin olaraq şübhəli şəxs qismində dindirilərkən, təqsirləndirilən şəxs qismində dindirilərkən və zərərçəkmiş şəxslə üzləşdirimə zamanı Zərərçəkmiş şəxs onu gördüyünü, arxasında səslədiyini, özünün buna əhəmiyyət verməyərək qaçdığını bildirmişdir. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə qarşı soyğunçuluq cinayətini törətməməsi, hadisəni törədən zaman zərərçəkmiş şəxsin onu görməməsi barədə ifadəsi məsuliyyətdən yayınmaq məqsədi güdməklə özünü müdafiə xarakteri daşıyır. Müdafiə tərəfinin mövqeyi nəinki iş materialları ilə öz təsdiqini tapmır, əksinə məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Məhkəmə qeyd edir ki, soyğunçuluq obyektiv cəhətdən özgə əmlakını açıq talamada ifadə olunur. Soyğunçuluğun xarakterik cəhəti ondan ibarətdir ki, təqsirləndirilən şəxs cinayəti açıq şəkildə, zərərçəkmişin və ya digər şəxslərin yanında aşkar vəziyyətdə törədir, həmin şəxslərin onun hərəkətlərinin cinayətkar xarakterini dərk etdiklərini bilir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 180.2.5-ci maddəsində nəzərdə tutulan əməli, yəni özgənin əmlakını açıq talamaqla zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla soyğunçuluq cinayətini törətməsi tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini və iki azyaşlı övladının olmasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 180.2.5ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, ümumilikdə 50 (əlli) iş saatına görə 550 (beş yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “De Fendo” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməklə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 24 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılsın. Bakı şəhəri «De Fendo» Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, ümumilikdə 50 (əlli) iş saatına görə 550 (beş yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri «De Fendo» Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №1(005)-319/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-319/2025
13.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver