Məhkəmə qərarları › İş №1(005)-32/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-32/2023

17.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-32/2023 17.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Agaverdi oğlunun iştirakları ilə, xx.xx.1999-cu ildə Naxçıvan MR, Şərur rayonu, Yengicə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, hazırda işsiz, əvvəllər məhkum olunmamış, Naxçıvan MR, Şərur rayonu, Yengicə kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında kirayədə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 185.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla talama məqsədi olmadan qanunsuz olaraq avtomobili ələ keçirməklə qaçırmışdır. Belə ki, ünvan 2 ünvanda yerləşən «VE Tuninq» servisin yaxınlığında avtoyuma məntəqəsində avtoyuyucu işləyən Təqsirləndirilən şəxs 08 oktyabr 2021-ci il tarixdə saat 16 radələrində ünvan 2 ünvanda yerləşən «VE Tuninq» servisdə təmir üçün saxlanılan Zərərçəkmiş şəxs məxsus "BMW-750” markalı **-OJ-*** dövlət dövlət qeydiyyat nişanlı avtomobilin açarını servisin əməkdaşlarını aldadıb, guya servisdə usta işləyən, həmin avtomobilin təmiri ilə məşğul olan Şahid2 icazə aldığını yalandan bildirib, "BMW-750” markalı **-OJ-*** dövlət dövlət qeydiyyat nişanlı avtomobili talama məqəsədi olmadan qanunsuz olaraq ələ keçirməklə qaçırıb, həmin avtomobili idarə etmə hüququ və icazəsi olmadan Bakı şəhəri Nərimanov rayonu. Ak.H.Əliyev küçəsi ilə A.Molla Cuma küçəsinin kəsişməsində hərəkətdə olarkən Şahid1 idarə etdiyi "FORD EEXPLORER" markalı 10-Z0-733 dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə "BMW-750" markalı **-OJ-*** dövlət dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs xeyli miqdarda 5.620 (beş min altı yüz iyirmi ) manat maddi ziyan vurmaqla yol nəqliyyat hadisəsi törətmişdir. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.2.4- cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanda yerləşən avtotəmir sexindəki avtoyuma məntəqəsində yuyucu işləyirdi. 08 oktyabr 2021 -ci il tarixdə saat 16 radələrində həmin sexdə elektrik işəyən Cavidin yanına gəlmiş, sexin qabağında BMV markalı, ** OJ *** dövlət qediyyaat nişanlı maşının dayandığını, maşının açarlarının sexdə masanın üzərində olduğunu görmüşdür. Ona benzin almaq lazım olduğundan, həmin maşınla gedib benzin alıb qayıtmağı fikirləşmiş, sexdə işləyən Tural, Fərid və Rəşadın sexdən çöldə dayandıqlarını görüb o, maşının açarını götürüb sexdən çıxanda Rəşadın ondan haraya getdiyini, Cavidin maşını götürməyindən xəbəri olubolmadığım soruşmuşdur. O da Cavidin xəbəri olduğunu, ondan icazə aldığını, benzin alıb qayıdacağını demişdir. O. maşını işə salaraq Rəşada gəlib maşına əyləşməsini, birlikdə gedib qayıtmağı demişdir. Rəşadın maşına əyləşmiş, maşını sürüb «Lukoil» yanacaq doldurma məntəqəsinə gəlmiş, orada benzin alıb geri qayıdan zaman, yolda dairənin yaxınlığında Rəşadın telefonuna zəng gəlmiş, avtomaşını yolun kənarında saxlamış və Rəşad maşından düşmüşdür. Bundan sonra maşını sürüb yaxınlıqda yerləşən avtoyuma məntəqəsinə getmiş, oradan təkərqaraldan qliserini götürüb geri qayıdıb şəki dairəsinə girən zaman dairə ilə gələn «Ford» markalı maşınla toqquşmuşdur. Sonra hadisə yerinə yol polisləri gəlmiş və hadisəni sənədləşdirdirmişlər. Bundan sonra isə maşını onunla birlikdə cərimə meydançasına aparmışlar, maşının kimə məxsus olmasını soruşduqda, o da müştərinindir demişdir. Etdiyi əməldən peşmandır. Göstərilənləri nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, «BMW 750» markalı, ** OJ *** dövlət qeydiyyat nişanlı avtomaşının elektrik hissəsində akkumlyator nasazlığı yarandığından Binəqədi rayonu, «Elit» Ticarət Mərkəzi ilə üzbə-üz yerləşən akkumlyator satışı mağazasında işləyən Elnur adlı şəxsdən maşına akkumlyator alaraq maşına yerləşdirməsini, həmçinin Elnurun həmin nasazlığın aradan qalxacağını bildirdirmişdir. Lakin bundan sonra maşının displeyində yenə də həmin akkumlyator nasazlığı işarəsi çıxdığından təkrarən Elnurun yanına gedərək bu barədə bildirdikdə Elnurun həmin nasazlığın akkumlyatordan deyil, başqa bir şeydən olduğunu bildirərək, onu öz qardaşı olan, eyni zamanda elektrik ustası olduğunu bildirdiyi Cavidin yanına getməsini məsləhət bilmişdir. O da Elnurun təkidi ilə ünvan 4 ünvanda yerləşən Cavidin işlədiyi «VE Tuninq» servisə gedərək orada Elnurun qardaşı olan Cavid ilə görüşmüşdür. Belə ki, Cavid onun maşınını diaqnostika etdikdən sonra həmin nasazlığın akkumlyatordan deyil, dinamadan olduğunu bildirərək, onu təmir etməsini təklif etmiş, həmçinin maşında olan nasazlığın aradan qalxacağını bildirmişdir. O da Cavidin dedikləri ilə razılaşmış və Cavid maşının dinamasını 2 dəfə təmir etdiyini, bunun müqabilində Cavidə 350 manat pul ödədiyini bildirmişdir. Lakin buna baxmayaraq maşında olan nasazlığın aradan qaxmamış, Cavidlə əlaqə saxlayaraq bu barədə ona bildirmiş, Cavid də maşını onun yanına aparmağı bildirmişdir. xx.xx.2021 -ci il tarixdə atası Sərdarla birlikdə Cavidin işlədiyi servisə getmiş, Cavidin maşını servisdə saxlamağı və maşını bir neçə günə təmir edəcəyini bildirdiyi üçün maşını orada saxlamış və açarı da Cavidə vermişdir. xx.xx.2021-ci il tarixdə saat 15 radələrində Cavidin ona zəng edərək maşında olan nasazlığın yeni qoyulmuş akkumlyatordan olduğunu, həmin akkumlyatorun keyfiyyətsiz olduğunu, eyni zamanda yenidən başqa akkumlyatorla dəyişdirilməli olduğunu bildirmişdir. Bundan sonra ona maşınının dinamasının tam saz vəziyyətdə olduğunu, lakin buna baxmayaraq Cavid ondan 350 manat pulu hədər verə almasının məlum olmuşdur. Həmin gün saat 17 radələrində Cavid ona təkrarən zəng edərək maşınının ondan icazəsiz sürülərək yol-nəqliyyat hadisəsi törədildiyini bildirmiş, o da Caviddən maşını kimin sürdüyünü soruşduqda Cavidin avtoyuyucu işləyən İbrahim adlı şəxsin maşını idarə edərək yol nəqliyyat hadisəsi törətdiyini bildirmişdir. Zərərçəkmiş şəxs mülki iddia ərizəsilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs maddi zərərə görə 5620 manat, mənəvi zərər görə 10.000 manat, dövlət rüsumu 137 manat və cəmi 15.757 manatın onun xeyrinə tutuımasına dair qərar çıxarılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs 05 yanvar 2023-cü il tarixdə məhkəməyə ərizə verərək ona dəymiş ziyanın tam ödənilməsini, Təqsirləndirilən şəxs qarşı iddia və şikayətinin olmamasını, verdiyi mülki iddianın baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində gğstərdi ki, 08 oktyabr 2021 ci il tarixdə saat 16 radələrində etibarnamə əsasında idarə etdiyi "FORD" markalı 10-Z0-733 dövlət qeydiyyat nişanlı avtomobil ilə Əhməd Rəcəbli küçəsi ilə hərəkətdə olan zaman, onun dairədən çıxmağını gözləmədən hərkətini davam etdirən “BMV" markalı minik avtomabili, onu gözləməyərək onun yoluna çıxmış və həmin anda idarə etdiyi “FORD" markalı 10-Z0-733 dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan arxa və qabaq qapısından vurmuşdur. Bundan sonra avtomaşını hadisə baş verən yerdə saxlamış, həmin anda DYP-nin əməkdaşının hadisə yerinə gələrək baş vermiş yolnəqilyyat hadisəsi barədə protokol tərtib etmişdir. O “BMV" markalı avtomaşını idarə edən İbrahim adlı şəxsə yaxınlaşaraq baş vermiş hadisə nəticəsində onun avtomaşınına dəyən ziyanın ödənilməsini tələb etmişdir. İbrahim adlı şəxs onun avtomaşınına dəyən ziyanın ödəniləcəyini bildirərək, özünün avto-təmir sexində işlədiyini demişdir. Bundan sonra İbarahim adlı şəxs telefonla kiməsə zəng etmiş, təxminən 10-15 dəqiqədən sonra tanımadığı Cavid adlı şəxsin hadisə yerinə gələrək özünü avto-təmir sexinin müdiri kimi təqdim edib, onun avtomaşınına dəymiş ziyanın ödənilməsinə köməklik edəcəyini bildirmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid2 və Şahid3 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olsalar da, məhkəmə iclasında iştirak etməmişlər. İstintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində təxminən 5 ildir ki, ünvan 5 ünvanda yerləşən avto təmir servisində elektrik işlədiyini bildirmişdir. Belə ki. xx.xx.2021 -ci il tarixdə Mais adlı müştərinin onun yanına idarə etdiyi "BMV 760” markalı, ** OJ *** dövlət qeydiyyat nişanlı avtomaşını ilə gələrək həmin maşının avto diaqnostika olunaraq təmir olunması üçün ona verib çıxıb getdiyini göstərmişdir. Belə ki, o həmin maşını təmir etdikdən sonra avto servisin həyətində saxlayaraq açarlarını da işlədiyi yerdə masanın üzərinə qoyduğunu və maşının sahibi olan Maisə maşınını təmir etdiyini bildirərək gəlib aparmasını dediyini bildirmişdir. Maisin də vaxtı olduqda gəlib maşını aparacağını ona bildirdiyini, lakin xx.xx.2021 -ci il tarixdə saat təxminən 16 radələrində həmin avto servisdə avto yuyucu işləyən Təqsirləndirilən şəxs onun işlədiyi yerə gələrək ondan xəbərsiz olaraq gizlincə həmin maşının açarını qoymuş olduğu yerdən götürərək maşını işə salıb oradan idarə edərək Nərimanov rayonu. X9 küçəsində Ford markalı nəqliyyat vasitəsi ilə toqquşaraq yol nəqliyyat hadisəsi törətdiyini göstərmişdir. Həmin vaxt baş vermiş hadisə ilə əlaqədar olaraq hadisə yerinə DYP-nin polis əməkdaşlarının gələrək hadisəni sənədləşdirdiklərini bildirmişdir. İstintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində ünvan 2 ünvanda yerləşən «VE Tuninq» sen isində Şahid2 yanında usta köməkçisi işlədiy ini bildirmişdir. İbrahimin isə servsisn yaxınlığında olan avtoyuma məntəqəsində avtoyuyucu işlədiyini göstərmişdir. 08 oktyabr 2021 -ci il tarixdə saat 16 radələrində İbrahimin servisə gəlib servisdə olan təmir üçün saxladıqları “BMW- 750” markalı ** OJ *** dövlət dövlət qeydiyyat nişanlı avtomobilin açarını götürüb servisdən çıxmaq istədikdə İbrahimdən maşını hara aparması barədə soruşduğunu. İbrahim isə ona “Cavid tapşırıb ki. gedib maşınla benzin alıb gətirim” deyə cavab verdiyini bildirmişdir. O, İbrahimə “ola bilməz Cavid mənə etibar elmir sənə niyə etibar edir” deyə bildirərək, ona inanmadığını göstərmişdir. İbrahimin avtomaşına oturub mühərriki işə saldığını o, onun başqa yerə getməməsi üçün onun yanında qabaq oturacaqda oturduğunu bildirmişdir. İbrahimin avtomaşını Şəki dairəsi istiqamətində idarə etməyə başladığını, dairənin vanında avtomaşında ona zəng gəldiyi üçün avtomaşından düşdüyünü, bir neçə metr İbrahim uzaqlaşdıqda idarə etdiyi avtomaşınla “FORD” markalı avtomaşınla toqquşduğunu göstərmişdir. İbrahimin ona zəng vurub yol nəqliyyat hadisəsi törətdiyini bildirdiyini, o da oraya yaxınlaşıb İbrahimin avtomaşınla toqquşduğunu gördüyünü. İbrahimin oradan Cavidə zəng vurduğunu və Cavid oraya gəldiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, AR CM-nin 185.1 maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 9/8186 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatı zamanı nəzəri hesablama yolu ilə. təqdim edilmiş qüsur aktı məlumatlarına əsasən 2011-ci il buraxlışlı “BMW-750” markalı 90- OJ-600 dövlət dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 5620.00 manat. Təmir-bərpa işlərinin qiyməti-600,00 manat. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 3937.00 manat. O cümlədən: Dəyişməli hissələrin qiyməti 3337.00 manat Təmir-bərpa işlərinin qiyməti - 600.00 manat. Ekspertizaq tədqiqatının dəyəri 50 manat təşkil edir. İşdə olan qəbzdən görünür ki, “BMW-750” markalı **-OJ-*** dövlət dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; “Qətimkan tədbirinin seçilməsi haqqında” 29 aprel 2022-ci tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; İşdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Nəcəfov X3 Aytac Elçin qızı ilə xx.xx.2021-ci il tarixdə nikaha daxil olmuşdur. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2021-ci il tarixdə anadan olmuşdur. Atası Təqsirləndirilən şəxs, anası X5 qeyd olunub. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Həbsetmənin əvvəlinin tutulduğu tarixdən hesablanması və Təqsirləndirilən şəxs olduğu yer müəyyən edildikdə onun dərhal tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına etap olunması qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 aylı İstintaq Təcridxanasının xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutulmuş və xx.xx.2022-ci il tarixdə 3 saylı İstintaq Təcridxanasına yerləşdirilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 185.2.4-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərəçəkmiş şəxs, şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 185.2.4-cü maddəsinə əsasən avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma) zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə— üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göstərilən maddədə nəzərdə tutulan cinayət əməlinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkar bu əməli törətməklə təkcə avtomobil və ya başqa nəqliyyat vasitəsi üzərində mülkiyyət hüquqlarını pozmur, həm də yol hərəkəti qaydalarını təhlükə altına alır. Şərh edilən cinayətin obyektini mülkiyyət münasibətləri təşkil edir. Lakin, talamadan fərqli olaraq burada avtomobil və ya başqa nəqliyyat vasitəsi üzərində mülkiyyət hüququ itirilmir, yalnız onun bəzi elementləri (daha çox sahiblik və istifadə hüququ) itirilir. Təhlil edilən cinayətin predmetini avtomobil və ya başqa nəqliyyat vasitəsi təşkil edir. Talama məqsədi olmadan qanunsuz olaraq avtomobil ələ keçirmə əməli obyektiv cəhətdən avtomobili və ya başqa nəqliyyat vasitəsini qanunsuz ələ keçirmədə (qaçırmada), yəni qaçırma başqasının avtomobilini və ya başqa nəqliyyat vasitəsini müvəqqəti ələ keçirmədə və onu dayandığı yerdən aparmada ifadə olunur. Avtomobil və ya başqa nəqliyyat vasitəsi onun sahibi və ya buna səlahiyyəti olan şəxs tərəfindən istənilən yerdə (küçədə, qarajda, dayanacaqda, müəssisənin ərazisində, digər yerdə) saxlanıla bilər. Qaçırılan avtomobil və ya başqa nəqliyyat vasitəsi özgəsinin olmalıdır, yəni təqsirkarın onlardan istifadə etməyə icazəsi və ya hüququ olmamalıdır. Nəqliyyat vasitəsi dayandığı yerdən aparıldığı andan qaçırma başa çatmış sayılır. Talama məqsədi olmadan qanunsuz olaraq avtomobil ələ keçirmə cinayətinin subyektiv cəhəti birbaşa qəsddən və talama məqsədinin olmamasından ibarətdir. Təqsirkar özgəsinin avtomobilini və ya başqa nəqliyyat vasitəsini qanunsuz ələ keçirdiyini dərk edir və bunu arzu edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 185.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: zərəçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsini cinayəti etiraf etməsi və əməlindən peşman olmasını. Himayəsində 1 azyaşlı uşağının olmasını İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 185.2.4-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 185.2.4-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, həbsdə saxlanıldığı 01 ay 12 gün (xx.xx.2022-17 yanvar 2023-cü il) azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli (CPM-162.1.2), iş üzrə maddi sübutlar - “BMW” markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Mülki iddia ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. CPM-in: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir; 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Zərərçəkmiş şəxs 05 yanvar 2023-cü il tarixdə məhkəməyə ərizə verərək ona dəymiş ziyanın tam ödənilməsini, Təqsirləndirilən şəxs qarşı iddia və şikayətinin olmamasını, verdiyi mülki iddianın baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Beləliklə, mülki iddiaçının iddia ərizəsinin qaytarılmasına dair müraciətini və mülki cavabdehin mülki iddianın mahiyyəti üzrə baxılmasını tələb etmədiyini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 185.2.4-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş 16 saylı vəkil bürosunun vəkili Müdafiəçi Agaverdi oğluna məhkəmədə iştirak etdiyi 30 iş saatı üçün cəmi 180 (bir yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 1 ay 12 gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla 2 (iki) ay 24 (iyirmi dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il, 09 (doqquz) ay 06 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə ekspertiza xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. İş üzrə maddi sübut - “BMW” markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Zərərçəkmiş şəxs cavabdeh Təqsirləndirilən şəxs qarşı “zərər tutulması” tələbinə dair mülki iddiası baxılmamış saxlanılsın. Müdafiəçi Agaverdi oğlu tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 iş saatı üçün cəmi 180 (bir yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq 16 saylı vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar