Məhkəmə qərarları › İş №1(005)-32/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-32/2025

06.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-32/2025 06.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs2, onun müdafiəçisi Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1982-ci il İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan və barəsində “Polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə; xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanda qeydiyyatda olan. ünvan 3arəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını açıq talamaqla soyğunçuluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək onun əvvəllər qeyri-rəsmi nikah münasibətlərində olduğu Zərərçəkmiş şəxs icarəyə götürüb işlətdiyi Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində olan “Diamond” gözəllik salonuna qabaqcadan qurulmuş cinayət planına əsasən Təqsirləndirilən şəxs2 müştəri qismində dəfələrlə gedib kosmetoloji prosedurlar etdirməklə Zərərçəkmiş şəxs yaxın əhatəsinə daxil olmasına nail olmuş, 17 iyun 2023-cü il tarixdə Bakı şəhəri, Novxanı rayonu, “Santamore” restoranında birgə yeyib-içdikdən sonra xx.xx.2023-cü il tarixdə saat 01:58 dəqiqədə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “MCDONALDS” restoranının qarşısında Zərərçəkmiş şəxs idarə etdiyi ağ rəngli “Chevrolet Cruz” markalı, Az**-PT-*** nömrə nişanlı avtomobilin sağ qabaq oturacağında əyləşərək Zərərçəkmiş şəxs sürücü oturacağında “MCDRİVE” üsulu ilə sifariş verdiyi dondurmaların pulunu kassaya ödəyən zaman avtomobilin sürətlər qutusu keçiricisi yanında olan Zərərçəkmiş şəxs məxsus olan hadisə dönəmində dəyəri 3000 manat olan “İPHONE 13 PRO” markalı, EİD ******************************27, (S) Serial N PGFG95407H, İMEİ/MEİD **********75847,UPC**********41, İMEİ2 **********87731, İCCİD ******************** parametrləri olan mobil telefon aparatını götürüb hadisə yerindən uzaqlaşaraq həmin gün ona təqdim etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını açıq talamaqla soyğunçuluq etmişlər. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını açıq talamaqla soyğunçuluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Təqsirləndirilən şəxs1 əvvəllər qeyri-rəsmi nikah münasibətlərində olduğu Zərərçəkmiş şəxs icarəyə götürüb işlətdiyi Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində olan “Diamond” gözəllik salonuna qabaqcadan qurulmuş cinayət planına əsasən o, müştəri qismində dəfələrlə gedib kosmetoloji prosedurlar etdirməklə Zərərçəkmiş şəxs yaxın əhatəsinə daxil olmasına nail olmuş, 17 iyun 2023-cü il tarixdə Bakı şəhəri, Novxanı rayonu, Santamore restoranında birgə yeyib-içdikdən sonra xx.xx.2023-cü il tarixdə saat 01:58 dəqiqədə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “MCDONALDS” restoranının qarşısında Zərərçəkmiş şəxs idarə etdiyi ağ rəngli “Chevrolet Cruz” markalı, Az**-PT-*** nömrə nişanlı avtomobilin sağ qabaq oturacağında əyləşərək Zərərçəkmiş şəxs sürücü oturacağında “MCDRİVE” üsulu ilə sifariş verdiyi dondurmaların pulunu kassaya ödəyən zaman avtomobilin sürətlər qutusu keçiricisi yanında olan Zərərçəkmiş şəxs məxsus olan hadisə dönəmində dəyəri 3000 manat olan “İPHONE 13 PRO” markalı, EİD ******************************27, (S) Serial N PGFG95407H, İMEİ/MEİD **********75847,UPC**********41, İMEİ2 **********87731, İCCİD ******************** parametrləri olan mobil telefon aparatını götürüb hadisə yerindən uzaqlaşaraq həmin gün Təqsirləndirilən şəxs1 təqdim etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını açıq talamaqla soyğunçuluq etmişlər. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, telefonu Ulduza o öz vəsaiti ilə almışdır. Əvvəl münasibətləri yaxşı olsa da, ər-arvad münasibətləri olsada sonra münasibəti pisləşmışdir. Ulduz ona təzyiq göstərmişdir ki, onunla rəsmi nikaha daxil olaun. Ulduz ona demişdir ki, yoldaşından boşansın, onunla ailə qursun, o isə bunu etmədiyindən aralarında münasibətlər pozulmuş, Ulduz onun yoldaşının nömrəsinə şəkillər atmışdır ki, guya onun arvadıdır, bacısı qızının şəkillərini atmışdır ki, guya onların bir qızı da var. Bu söhbəti də yoldaşı o, evə gələn zaman ona demişdir. O da Ulduza yığaraq demişdir ki, nəyə görə belə edir. Ulduz da ona demişdir ki, “səni sevirəm, sənsiz yaşaya bilmirəm”. Onun bir telefonu var idi, telefonu maşınında qalmışdır, oradan Ulduz arvadının şəklini götürmüş, ona demişdir ki, ondan ayrılsa, yoldaşının şəkillərini tiktokda yayacaq. Onun bacısının da şəkilləri Ulduzda olmuşdur. Ondan sonra başlamışdır tiktokda onları biabır etməyə, ailəsinin şərəf və ləyaqətini alçaltmağa, sübutları da var, həmin səhifələri çəkib saxlamışdır. Ulduza demişdir ki, telefonundan həmin şəkilləri sil, Ulduz da demişdir ki, silməyəcək, ona beş min manat pul lazımdır, onu atmışdır, salonu işlədə bilmir. Ona da demişdir ki, 5000 manat verəcək, ancağ şəkilləri paylaşmasın. O da da salonda olan Sahilənin vasitəsi ilə Ulduza 3000 abş dolları pul vermişdir. Özü də həmin günü onunla Cəlilabada getmişdir. Yolda olan zaman Ulduz onun telefonunda olan pul almağa dair yazışmaları silmiş, guya onu qısqanırmış kimi telefonunu alıb baxmaq adı ilə telefonu götürüb şantajla bağlı bütün yazışmaları pozmuşdur. Həmin gecə Ulduzun başqa bir insanla, Namiq adlı şəxslə ona xəyanət etməyini öytənmişdir. Sonra da Namiqlə danışandan sonra bilmişdir ki, ona xəyanət edirmiş, bundan sonra Ulduzla münasibətlərini təmamilə bitirmişdir. Bundan sonra Ulduz onun ailəsinin şəkillərini tiktokda paylaşmağa başlamışdır. Neçə dəfə xəbərdarlıq etmişdir ki, “etmə ailəmdir, uşaqlarım var”. Ulduz yenə əl çəkməmişdir. Sonra o, rayonda olduğu müddətdə yoldaşı öz şəklini titkokda görüb 102 xidmətinə məlumat vermiş, özünü öldürmə həddinə çatrmışdır, 19-cu polis bölməsində izahat da vermişdir. Bütün bu olannarı tanışı Günaya danışmışdır. Ümumiyyətlə həm telefonu, həm Ulduzun cərrahi əməliyyatlarını o etdirmiş, həm qızıllar almış, Ulduza ikinci ailəsi kimi baxmışdır. O Günayın yanında söhbəti edəndən sonra Günaya demişdir ki, o Ulduzla münasibət saxlasın, telefonu götürüb şəkilləri silər, qaytarıb verər Ulduza. Günay telefonu götürüb gətirmiş ona vermiş, oda Ulduza “telefon məndədir, mən almışam” demişdir. Telefonu götürməkdə məqsəd o olub ki, telefondaki Ulduzla bağlı bütün yazışmaları, şəkilləri silsin. Hətta təhqiqatçıya 3.000 manat da ödəmişdir ki, Ulduza verilsin, özünə təzə telefon alsın. Lakin Ulduz da demişdir ki, “Pərvizi tutduracam”, pulu götürməyib, o da gedib pulu geri götürmüşdür. Ulduz da buna baxmayaraq onunla razılaşmamış, yenə şantajlara başlamış, yenə tiktokda yoldaşını və bacısının şəkillərini, özünü və bacısı, yoldaşını, başqa bir dostunu da pis sözlər yazaraq şərəf və ləyaqətlərini alçadaraq tiktokda paylaşmışdır. O da Ulduza neçə dəfə də xəbərdarlıq etsə də Ulduz öz sözünü demişdir ki, “səni tutduracam”. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs1 ilə təxminən 2 il bundan əvvəl bir yeyib-içmək məclisində tanış olmuşdur. O Pərvizlə tanış olan zaman Pərvizi Paşa kimi tanımış, sonralar Paşa kimi müraciət etmişdir. Pərviz ona 2023-cü ilin aprel ayında müraciət edib demişdir ki, onunla görüşmək istıyir. Görüş zamanı ona danışmışdır ki, Ulduz adlı qadınla qeyri-rəsmi ailə formasında yaşamışlar, yaşadığı zaman Ulduza çoxlu məbləğdə pul xərcləmişdir. Ulduzla yaşadığı müddət ərzində Ulduza aldığı mobil telefonda Pərvizə məxsus və Pərvizin ailəsinə məxsus foto şəkillər olmasını bildirmişdir. Həmin ərəfədə nəsə Ulduzla Lazer aparatı məsələsində problemləri olubmuş. Ulduz Pərvizi aparatı qaytarmayacağı təqdirdə Pərvizə məxsus olan intim şəkilləri Pərvizin arvadına göndərəcəyini demişdir. Pərviz də ona demişdir ki, “arvadım özünü və iki uşaqlarımı benzin töküb yandıracaq. Xahiş edirəm mənə köməklik et”. O da soruşmuşdur ki, “necə köməklik edim?”. Pərviz ona demişdir ki, “Ulduzun işlədiyi gözəllik salonunun yerini göstərəcək, oraya müştəri kimi gedib gələcək. Ulduzun başı qarışıq olanda mobil telefonundan məlumatları şəkilləri silərsən”. O əvvəlcə tərəddüd etmiş, lakin Pərviz çox yalvarmış, oda razılıq vermişdir. Birlikdə gedib ona salonun yerini göstərmişdir. O salona təxminən 6-7 dəfə müştəri qismində getmiş, lakin, içəridə işçilərin və Ulduzun olması, içəridə kameranın olması onu bir az çəkindirirmişdir. Dəfələrlə Pərvizə içəridə kamera olmasını deyirdi, Pərviz isə təkidlə məcbur edirmiş ki, “götür, lazer otağında kamera yoxdur, ora keç, sil”, o heç cürə bunu reallaşdıra bilməmişdir. Sonunda Pərviz demişdir ki, “telefonu götür qaç”. Amma danışıq zamanı Pərviz ona telefonu sındıracağını deməmişdir. Demişdir ki, “narahat olma, keçmiş sevgilimdir, gətir ver mənə, mütəxəssisə verib şəkilləri yerli dibli sildirib, telefonu özüm Ulduza qaytaracam, bəlkə də barışdıq”. 16 iyun 2023-cü il tarixdə məlum restorana getmək təklifi ifadələrdə onun tərəfindən irəli sürülməsi qeyd olunsa da o telefonu ələ keçirmək məqsədi ilə kimisə harasa dəvət etməmiş, birlikdə yoldaşlı getmişlər. Sadəcə yolda avtomobilin içində olan qızların sərxoş və yuxulu olmasını görüb, düşmüş fürsətdən istifadə edib telefonu götürüb maşından düşmüşdür. Telefonu götürən kimi Pərvizə zəng vurmuş, Pərvizlə 17 iyun 2023-cü il tarixdə Bakı şəhəri, 20 Yanvar metro stansiyası yaxınlığında 3 mkr dairəsi tərəfdə görüşmüşdür. Görüş zamanı telefonu Pərvizə vermiş, demişdir ki, “telefonda olan şəkilləri sil səhər ver mənə, mən aparıb qaytaracam Ulduza”, Pərviz demişdi ki, “özüm Ulduza sürpriz edəcəm”. Səhərisi günü o yuxudan durmuş, Sahiləyə səs atmış ki, “salam necəsən?”, Sahilə demişdir ki, “dünən sən Ulduzun telefonunu götürüb qaçmısan”, o da demişdir ki, “danışarıq”. Pərvizə zəng vurmuşdur, demişdir “nə oldu?”, oda demişdir ki, “adam tapmamışam, proqramist tapım, sildirim, özüm qaytaracam”. Ulduz onu telefonda səhərisi günü təhqir etmişdir. Ulduzun yanına salona getmiş, polislər gəlmişdir, onu aparmışlar. O bu əməli Pərvizin xahişi ilə etmişdir, hadisələrin bu həddə çatmasını düşünməmişdir, etdiyi əməldən peşmandır, himayəsində 2 yetkinlik yaşına çatmayan övladı var, nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, hazırda o, Binəqədi rayonu 9-cu mikrorayon ərazisində yerləşən “Diamond” gözəllik salonunu işlədir. Təxminən 15 gün bundan əvvəl işlətdiyi salona Günay adlı müştəri gəlmiş, həmin vaxtdan Günay tez-tez gəlməyə başlayaraq daimi müştəriyə çevrilmiş və hər prosedurda ödənişi artıqlaması ilə edirdi. Bu səbəbdən aralarında münasibət də yaranmışdır. Günay həmin vaxtdan ona və salonun digər işçilərinə görüşüb birlikdə restorana getməyi və istirahət etməyi təklif edirdi. Nəhayət onlar 16 iyun 2023-cü il tarixdə görüşmək qərarına gəlmişlər və Günayın dəvəti ilə həmin tarixdə saat 22 radələrində o, salonda işləyən Sahilə, Gülər və Zərinə ilə birlikdə Novxanı qəsəbəsində dəniz kənarında yerləşən restoranlardan birinə getmişlər, orada oturub şam yeməyi yemişlər, həmin vaxt Günayın təklifi ilə hamı spirtli içki qəbul etmiş, təkcə o, içməmişdir. Onlar təxminən saat 00:00-da oradan durmuş və Günayın təklifi ilə dondurma yeyib gəzmək üçün Bakı şəhəri Dənizkənarı parka getmişlər. Orada köşklər bağlı olduğundan Günay Nərimanov parkı yaxınlığında yaşayan rəfiqəsigilə aparmağı xahiş etmiş, o da razılaşaraq aparmışdır. Nərimanov parkı tərəfə gəldikdə Günayın dediyi istiqamətdə hərəkət edərək rəfiqəsinin evini axtararkən onlar “Mcdonalds” kafesinin qarşısına çıxmış, bu zaman Günay bildirmişdir ki, elə yolüstü həmin kafeyə dönsün və dondurma alsın. O dondurma sifariş verdikdən ödəniş etmək üçün avtomobili ilə kassaya yaxınlaşdıqda Günay ürəyinin bulandığını bildirərək avtomobilin qapısını açıb yerə tüpürmüş, o da Günaya iradını bildirmişdir ki, belə etməsin, ürəyi bulanırsa bir az kənara aparsın. Bundan bir az sonra onun dondurmaları götürərkən başı qarışdığından Günay qəflətən qapını açıb düşmüş və qapını örtərək uzaqlaşmağa başlamış, bu zaman Gülər səslənmişdir ki, Günay ona məxsus “İphone 13 pro” markalı mobil telefonu götürüb gedir. Elə həmin zaman o, görmüşdür ki, Günay qaçaraq bir az kənarda dayanmış, son üç rəqəmi “655” olan gümüşü rəngli “Opel” markalı avtomobilə əyləşmiş və avtomobil dərhal oradan uzaqlaşmışdır. Lakin həmin zaman o, ləngimiş və avtomobilin dalınca sürə bilməmişdir. Bu səbəbdən o polisə müraciət etmişdir. Bu hadisənin törədilməsində, sifariş verilməsində Günaydan əlavə əvvəllər münasibətdə olduğu Təqsirləndirilən şəxs1 da şübhələnmişdir. Belə ki, təxminən hadisədən 3 ay bundan əvvəl onun Pərvizlə ayırldıqdan sonra Pərviz ona hədə-qorxu gəlməyə başlamış, sonradan onun əmlakını oğurlamış və onun şikayəti əsasında Pərvizin barəsində Nəsimi RPİ-nin İstintaq şöbəsində araşdırma aparılırdı. Hazırkı vaxtadək Pərviz onu təqib etməyə davam edir. Günay adlı qadını da elə Pərviz göndərmişdir ki, həmin qadın onun etibarını qazanıb onunla münasibət qursun və əlinə fürsət düşəndə mobil telefonunu ələ keçirsin, çünki telefonunda Pərvizin əleyhinə çoxsaylı sübutları var idi. 17 iyun 2023-cü il tarixdə o, Günay və digərləri ilə Novxanıda yerləşən restorandan çıxandan sonra həmin “Opel” markalı avtomobil onların arxası ilə getməyə başlamış, onları sonadək təqib etmişdir. Həmçinin onlar Nərimanov parkı tərəfə gələrkən o, yolda polis avtomobilinə rast gəldikdə polisə həmin avtomobilin onları təqib etməsi barədə məlumat vermək istədikdə Günay bunu əngəlləyərək avtomobildə içkili adamların olduğunu bəhanə gətirmiş və polisin problem yaradacağını bildirmişdir. Həmçinin, Günay salonda olarkən işçilərdən salonda quraşdırılmış müşahidə kameralarının işlək vəziyyətdə olub-olmadığını soruşmuşdur. Hal-hazırda şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs1 uşaqlıqdan tanıyır, uşaqlıq dostudur. Zərərçəkmiş şəxs Pərvizlə birlikdə kafeyə gələndə görmüşdür. O, Bakı şəhəri, Nəsimi rayonu, Pitomnik deyilən yerdə binanın altında Buğda restoranında inzibatçı kimi kömək edirdi. Kafenin işlərini təşkil edən Pərviz idi. Əli də işlədirdi. Pərvizlə Ulduz kafedə tanış olmuşlar. Münasibətləri yarandan sonra gəlib-gedirmişlər. Sonra aralarında nəsə mübahisə olmuş, sonra yenə barışmışlar. Bundan sonra Pərviz Əliyə zəng vurub demişdir ki, “mənim səndə olan pulumdan 10000 (on min ) manat pulu Ulduza ver”. Əlinin də Ulduzla arası olmadığından Əli də pulu ona vermişdir ki, o da pulu kafenin yanına gələn Ulduza versin. Oda pulu Ulduza verəndə demişdir ki, “mənim kirvəm ilə nəyə görə yola getmirsən”. Ulduz da ona demişdir ki, “sənin kirvənin başına oyun açacam”. Pulu da götürüb çıxıb getmişdir. Bundan sonra Pərvizə demişdir ki, “pul sənə çatdı?”, Pərviz də demişdir ki, “10000 ( on min ) manat puldan 7000 (yeddi min ) manat pul çatıb, 3000 ( üç min ) manatına Ulduz özünə telefon alıb”. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 10 ildən artıqdir ki, tanıyır, uşaqlıq dostudur, onun Bakı şəhəri, Nəsimi rayonu,4 mkr-da düzəltdiyi kafedə işləmişdir. Zərərçəkmiş şəxs Pərvizlə birlikdə kafeyə gələndə görmüşdür. Pərvizlə Ulduz kafedə tanış olmuşlar. Münasibətləri yarandan sonra gəlib-gedirdilər. Sonra aralarında nəsə mübahisə olmuş, küsmüşlər, sonra yenə barışmışlar. Bundan sonra Pərviz ona zəng vurub demişdir ki, “mənim səndə olan pulumdan 10000 (on min) manat pulu Ulduza ver”. Oda da Ulduzla arası olmadığından pulu Bəxtiyara vermişdir ki, versin Ulduza. Bəxtiyar da Ulduz Kafenin yanına gələndə pulu Ulduza verib. Bundan sonra Bəxtiyar Pərvizə deyib ki, “pul sənə çatdı?”, Pərviz də demişdir ki, “10000 (on min) manat puldan 7000 (yeddi min ) manat pul çatıb, 3000 (üç min) manatına özünə telefon alıb”. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, zərərçəkən Ulduz xanımı iyun ayından tanımışdır. Onun telefonu götürüləndə maşında arxada yatmışlar, o hadisəni görməmişdir. Günayı əvvəldən tanımamışdır. Onlar yatan zaman Ulduz onları oyadıb bildirmişdir ki, qalxın onun telefonunu götürüblər. Onlara bildirmişdir ki, Günay onun telefonunu oğurlamışdır. Günay avtomobildə olsa da onu tanımırdı. Avtomobildə Sahilə, Zəriş, Ulduz, o və Günay var idi. Onlar həmin vaxt qonaqlıqdan gəlirdilər. İçki qəbul etmişdilər. Həmin vaxt deyesən Ulduz avtomobilinə benzin vurması üçün saxlamışdı. Elə maşın dayanan vaxt Ulduz onları oyadıb ki, telefonunu oğurlayıblar. Daha sonra avtomobili ilə həmin avtomobilin dalınca düşsələr də çata bilməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs2 təxminən 1 ildən artıqdır ki tanıyırdı. Həmin zamanlarda o, bolt mobil tətbiqi vasitəsi ilə taksi xidmətlərini göstərmişdir. Təqsirləndirilən şəxs2 16 iyul 2024-cü il tarixdə ona zəng vuraraq Novxanı qəsəbəsində Santomore restoranına gəlməyini xahiş etmişdir. O da Günayın xahişi ilə deyilən yerə getmiş, Günaya zəng vurub ora çatmağını demişdir. Günay ona taksi lazım olmadığını bildirmiş, oda Günaya bu qədər yol gəlməsini bildirmişdir. Günay ona demişdir ki, onlar Nərimanova gedəcəklər, gəlsin onların dalıycan.Sonda Günay oradan çıxıb minmiş başqa qızın maşınına, o da həmin ağ rəngli Chevrolet Cruze markalı maşının arxası ilə düşmüşdür. Bir dəfə Novxanı yolunda Azpetrol yanacaq doldurma məntəqəsində saxlamış, o da durmuşdur maşının arxasında. Nərimanova qədər düşmüşdür onların maşınının arxası ilə. Günay ona yığıb demişdir ki, “Mcdonaldsa oturacıq, qızlar getmək istəyir, qızlar gedəndən sonra şəhərdə oturarıq, gedərik”. O, avtomobilini ağ rəngli maşına paralel əks istiqamətində saxlamışdır. Qəfildən Günay ağ maşından düşərək qaça-qaça gəlib onun idarə etdiyi maşının arxa oturacağına oturmuş, demişdir ki, “sür”, soruşmuşdur ki, “niyə qaça-qaça gəlirsən”, demişdir ki, “sürücü qızla dalaşdım, əsəbləşdirdi məni, sür çıxaq gedək burdan”, o Günaydan hara sürəcəyini soruşmuş, demişdir ki, “sür, deyəcəm”. Gedə-gedə o Günayla sözlü mübahisə edərək demişdir ki, “məni niyə avara etdin. Bilmirsən mən gündəlik arenda verirəm, ona demişdir ki, arendanı da verəcəm, benzinivin pulunu da verəcəm, “qızlarla görüşməli idim, alınmadı, birdən oldu”. Günaya demişdir ki, “belə hərəkət edəcəksənsə mənimlə əlaqə saxlama, mən hər gün işləyirəm, işləməliyəm”. Məhkəmə iclasına dəvət edilməsinə baxmayaraq şahidlər Şahid5 və Şahid6 məhkəmə iclasına gəlməmişlər. Cinayət prosesi iştirakçılarının razılığı ilə onların məhkəmə istintaqında onların ibtidai istintaqda vermiş olduqları ifadələri elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İstintaq zamanı Bakcell MMC-dən xx.xx.2024-cü il tarixli BKC/LGL-1366/24 saylı məktubdan görünür ki, X1 məxsus ***-***-**-**, Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-**, X6 məxsus ***-***- **-** saylı saylı "xxxx" MMC gsm nömrələrinə 01 yanvar 2023-cü il tarixdən, 01 iyul 2023-cü il tarixədək olan müddət ərzində daxil olan, çıxan zənglər və SMS-lər, siyahıdakı hər bir abonent barədə məlumatlar, nömrədən zəng olunan və həmin nömrəyə zəng gələn zaman nömrənin hansı ötürücü antenin əhatə dairəsində olması, göndərilən və qəbul edilən SMS-lərin mətnləri barədə məlumatlar və 01 ədəd SMS_Tarixcesi_ **********5632_993292..., 01 ədəd SMS_Tarixcesi **********5634_ 993292..., 01 ədəd Zenglerin Detallasmasi **********3900..., 01 ədəd X2 202401... RDF formatlı fayl aşkar olundu. 01 ədəd SMS_Tarixcesi_ **********5632_993292... adlı fayl açıldıqda ekranda ancaq X5 istifadəsində olmuş ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus kart nömrəsindən 01 yanvar 2023-cü il tarixdən, 01 iyul 2023-cü il tarixədək müddət ərzində olan zənglərin siyahısı göstərilmişdir. Həmin siyahıya baxış keçirilən zaman iş üzrə sübut əhəmiyyəti kəsb edən heç bir məlumat aşkar olunmadı. 01 ədəd SMS_Tarixcesi_**********5634_ 993292..., adlı fayl açıldıqda ekranda X5 istifadəsində olmuş ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus kart nömrəsindən 01 yanvar 2023-cü il tarixdən, 01 iyul 2023-cü il tarixədək olan müddət ərzində göndərilmiş smslərin siyahısı göstərilmişdir. Həmin siyahıya baxış keçirilən zaman iş üzrə sübut əhəmiyyəti kəsb edən heç bir məlumat aşkar olunmadı. 01 ədəd Zenglerin_Detallasmasi_**********3900..., adlı fayl açıldıqda ekranda X5 istifadəsində olmuş ***-***- **-** saylı "xxxx" MMC-yə məxsus kart nömrəsindən 01 yanvar 2023-cü il tarixdən, 01 iyul 2023-cü il tarixədək müddət ərzində olan zənglərin və smslərin anten dairəsi göstərilmişdir. Məhkəmə kompüter-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən xx.xx.2024-cü il tarixdə daxil olmuş 3-16-16/2-5/1803/2023 nömrəli rəyindən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 məxsus Redmi markalı mobil telefonun vastap mobil tətbiqində olan yazışmalarda Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı nömrədən Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** saylı nömrəyə votsap mobil tətbiq ilə “Narahat olma, dayanmışam dalında, get, götür, çalış sabaha salondan götür, lazer otağında kamera çəkmir, çalış o ərazidə götür, mən ölməmişəm ki, qorxma, hər şey mənlikdir, götür, qaç, narahat olma” yazmışdır. Ekspertiza tədqiqatının dəyəri 80 manatdır. İstintaq zamanı Azercell MMC-dən 31 yanvar 2024-cü il tarixli 2422 saylı məktubla daxil olan diskə baxış protokolundan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-** saylı nömrədən Zərərçəkmiş şəxs məxsus ***-***-**-** saylı nömrə ilə sevgi münasibətlərini özündə əks etdirən sms yazışmaları mövcuddur. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 21 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə, saat 17:58-də şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-276/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 21 fevral 2024-cü il tarixdən hesablanmaqla 01 ay 07 gün həddində həbs qətimkan tədbiri seçilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-355/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunması barədə müdafiəçisinin vəsatəti rədd edilmişdir. İşdə olan Bakı Apellyasiya Məhkəməsinin 18 mart 2024-cü il tarixli qərarına əsasənBakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-355/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləgv edilərək, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs1 barəsində 30 mart 2024-cü il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. “Təqsirləndirilən şəxsin barəsində ev duqtaqlıgı qətimkan tədbirinin uzadılmasına dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi barədə” 19 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustqalıgı” qətimkan tədbirinin müddəti bitdikdən sonra barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə kompüter-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən xx.xx.2024-cü il tarixdə daxil olmuş 3-16-16/2- 9/1935/2023 nömrəli rəyindən müəyyən olunmuşdur ki, ekspertiza tədqiqatına təqdim olunan 01 ədəd İPHONE13pro markalı, **********75847 İMEİ kodlu mobil telefonun komplektləşdirilməsinə daxil edilən aksessuarlarının olmaması və istifadədə olması nəzərər alınmaqla 2023-cü ilin iyun ayına olan orta bazar qiyməti təxminən 1200,00 manat müəyyən olunur. Ekspertiza tədqiqatının dəyəri 50 manatdır. Məhkəmə məcburi ambulator məcburi psixiatrik ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 xx.xx.2024-cü il tarixli 1539 saylı məktubla daxil olmuş xx.xx.2024-cü 718 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 üzvi şəxsiyyət pozuntusu dayanıqlı kompensasiya vəziyyəti aşkar olunur. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə də, “üzvi şəxsiyyət pozuntusu dayanıqlı kompensasiya vəziyyəti” qeyd olunmuşdur. Təqsirləndirilən şəxs1 aşkar edilən üzvi şəxsiyyət pozuntusu onun törətdiyi əməl dövründə də öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs1 buna görə anlaqlı hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Psixi məcburi müalicəyə ehtiyac yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs2 məhkumlugu olmayan şəxsdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İşdə olan qəbzdən görünür ki, Zərərçəkmiş şəxs özünə məxsus 1 ədəd İPHONE 13 pro markalı mobil telefonu Nərimanov RPİ-nin İŞ-nin müstəntiqindən təhvil almışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onların ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsinə əsasən, soyğunçuluq, yəni özgənin əmlakını açıq talama, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 3-cü bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülübgörülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqazidd xarakter daşıdığını başa düşürlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində yetkinlik yaşına çatmayan övladının olmasını, iş üzrə zərərin ödənilməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların olmamasını, həmçinin cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halın olması və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı həbsdə və ev dustaqlığında saxlanıldığı 01 ay 07 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq ona qəti cəza təyin edilməli (CM-nin 69.3 maddəsi), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli və məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlini etiraf edib peşman olmasını, himayəsində 2 yetkinlik yaşına çatmayan övladının olmasını, iş üzrə zərərin ödənilməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onlara təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun şəxsiyyətinə tam uyğun olmalıdır. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 nömrəli qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 cinayət qanunun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bununla yanaşı, Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakterini, onların şəxsiyyətini xarakterizə edən halları - ailə vəziyyətini, himayəsində 2 yetkinlik yaşına çatmayan övladının olmasını, iş üzrə zərərin ödənilməsini, törətdiyi cinayət əməlinin ağırlıq dərəcəsini və nəticələrinə dair məsuliyyəti dərk etməsini, əməlindən peşman olmasını, ibtidai istintaq və məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, habelə məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətə layiq hallarını nəzərə alaraq, məhkəmə onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını çəkmədən də islah olunması mümkün sayır. Bu səbəbdən, Təqsirləndirilən şəxs2 təyin olunmuş cəza Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən sınaq müddəti müəyyən olunmaqla şərti olaraq tətbiq edilməlidir. Bu, qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinin tələbinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti təyin edilir, həmin Məcəllənin 70.5-ci maddəsinə görə isə məhkəmə şərti məhkum etmə təyin edərkən həmin şəxsin üzərinə onun islah olunmasına kömək edən bir sıra vəzifələr qoya bilər. Məhkəmə hesab edir ki, sınaq müddəti ərzində Təqsirləndirilən şəxs2 davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “ başqa yerə getməmək haqqında iltizam ” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı həbsdə və ev dustaqlığında saxlanıldığı 01 ay 07 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 10 (on) ay 23 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 06 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin olunmuş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilsin və onun üzərində 02 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - 1 ədəd İPHONE 13 pro markalı mobil telefonun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 130 (yüz otuz) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub dövlət büdcəsinə keçirilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar