Məhkəmə qərarları › İş №1(005)-321/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-321/2022

02.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-321/2022 02.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X1, müdafiəçi – Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2022-ci ilin mart ayının 17-də şəxsiyyəti istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, narkotik vasitəyə olan təlabatını ödəmək məqsədi ilə Azərbaycan Respublikası ərazisində dövriyyəəsi qadağan edilən narkotik vasitələrin siyasına daxil olmuş şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0.727 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib etibarnamə əsasında idarə etdiyi “Honda” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda daşıyaraq saxlamış, 18 mart 2022-ci il tarixdə saat 10:30-da ünvan 2 ünvanında Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq, avtomobili ilə birlikdə ünvan 4 ünvanında yerləşən Nərimanov RPİ-nin 17-ci PŞ-nə gətrilmiş, PŞ-nin inzibati binasının qarşısında saat 11:30 da video çəkiliş vasitəsi ilə avtomobilin salonuna axtarış keçırilərkən, qabaq sol oturacağın üzərindəki sarımtıl rəngli gödəkcəsinin altında siqaretin gümüşü rəngli kağızına bükülmüş bir ədəd bükümdə 0.727 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə bədənində narkotik vasitələrin təsirindən yaranmış ağrılar olduğu üçün narkotik maddə əldə etmək, qəbul edib ağrılarını sakitləşdirmək istəmişdir. Bunun üçün Bakı şəhərində dəqiq yeri xatırlamadığı bir yerdə əvvəllər tanımadığı şəxsdən 15 manat pul müqabilində özünün istifadəsi üçün narkotik maddə əldə etmişdir. Həmin narkotik vasitəni avtomobilində oturacağın üstündə olan gödəkcəsinin alt hissəsinə qoyaraq saxlamışdır. xx.xx.2022-ci il tarixdə əldə etdiyi həmin narkotik maddəni qəbul etmək üçün münasib yer axtarmışdır. 18 mart 2022-ci il tarixdə, saat 10:30 radələrində yaşadığı evdən çıxıb ünvan 6 ünvanının qarşısında idarə etdiyi “HONDA“ markalı avtomobilinə yaxınlaşıb qapını açmış və sükan arxasına əyləşən zaman 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq polis əməkdaşları olmalarını bildirmişlər. Daha sonra həmin polis əməkdaşları ondan narkotik vasitənin qanunsuz olaraq qəbul etməsindən şübhələndikləri üçün polis şöbəsinə dəvət elmişlər. O, həmin polis əməkdaşları ilə birlikdə idarə eldiyi avtomobillə Nərimanov RPİ-nin 17-ci Polis şöbəsinə gəlmişdir. Avtomobildən yerə düşmüş və avtomobilin qapılarını bağlamışdır. Polis şöbəsinə gəldikdən sonra onu şöbənin xidməti otaqlarının birinə aparmışlar. Təhqiqatçı tərəfindən o, şübhəli şəxs qismində tutulmuş və bu barədə qərarla tanış olmuşdur. Sonra ona hüquq və vəzifələri izah edilmiş və hüquqlarının müdafiəsi ilə bağlı Vəkil Bürosunun vəklillərinin siyahısı təqdim edilmişdir. O, siyahıda qeyd olunan vəkillərdən birini dövlət hesabına hüquqlarının müdafiə edilməsi üçün təyin olunmasını bildirmişdir. Üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində hər hansı əşya varsa təqdim etməsi təklif edilmişdir. O da üzərində hər hansı pul, qiymətli əşya və ya qadağan olunmuş qanunsuz hər hansı narkotik maddə olmamasını bildirmişdir. Bu barədə protokol tərtib edilmiş və protokol iştirakçılara oxunulmuş və imzalarla protokolun doğruluğu təsdiqlənmişdir. Bundan sonra etibarnamə əsasında idarə etdiyi HONDA markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobilində narkotik maddə olmasını bildirmişdir. Həmin avtomobilində polis əməkdaşlarının iştirakı ilə axtarış keçirilən zaman avtomobilin ön tərəfdən sol oturacağın üzərindəki sarımtıl gödəkçəsinin altından 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü götürüb təqdim etmiş və həmin bükümün ona məxsus olmasını bildirmişdir. Bundan sonra polis əməkdaşları onun təqdim etdiyi 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü götürərək zərfə qoymuşlar və protokol tərtib elmişlər. Onun və polis əməkdaşlarının iştirakı ilə həmin zərf möhürlənmiş və imzaları ilə təsdiq edilmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin sahə rəisi Şahid2 Bafəddin oğlu ifadəsində göstərmişdir ki, 18 mart 2022-ci il tarixdə o, Nərimanov RPİ-nin 17-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid1lə birlikdə saat 10:30-da xidməti ərazidə Nərimanov rayonu Böyük Şor qəsəbəsində gəzintidə olarkən 187 saylı binanın qarşısında küçədə əvvəllər tanımadığı və heç bir münasibəti olmayan sonradan adını bildiyi Təqsirləndirilən şəxs “Honda" markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobilində oturduğunu və özünü şübhəli aparmasını görmüşlər. Həmin şəxsin hərəkətləri, davranışı, gözlərinin forması, bədən qurluşu narkotik vasitə aludəçisinə bənzədiyindən o, onlarda müəyyən şübhələr yaratmış və onlar dərhal ona yaxınlaşaraq özlərini təqdim etmişlər və həmin şəxsi Nərimanov RPİ-nin17-ci PŞ-nə dəvət etmişlər. O, təklifi qəbul etdikdən sonra birlikdə polis şöbəsinə gəlmişlər. Həmin şəxsin xx.xx.1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olması müəyyən edilmiş, sonra onun barəsində tədbir görülməsi üçün raportla şöbənin rəhbərliyinə məruzə edilmişdir. Bundan sonra onunla bağlı araşdırma aparılması üçün raport şöbənin təhqiqatçısı X7 tapşırılmışdır. Təhqiqalçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılmış və sonra ona hüquqlarının müdafiəsi ilə bağlı müdafiəçi dəvət edilmiş, ona hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmiş o, vəkili ilə birlikdə qərarla tanış olunmuşdur. O, buna etiraz etmədikdə müdafiəçinin və onların iştirakı ilə onun üzərində şəxsi axtarışa başlanılmışdır. Şəxsi axtarış zamanı üzərində olan əşyaları könüllü olaraq təqdim edilməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərində qanunsuz saxlanılan hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra onun üzərində hər hansı qanunla qadağan edilmiş və başqa bir əşya aşkar edilməmiş və bu barədə təhqiqatçı tərəfindən müvafiq protokol tərtib olunmuş, protokol iştirakçılara oxunulmuş və doğruluğu imzalarla təsdiqlənmişdir. Bundan sonra, təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs idarə etdiyi “Honda” markalı avtomobilində axtarış və götürmə keçirilməsinə dair qərar qəbul edilmiş və həmin qərarla onlar tanış edilmişdir. Namiq axtarışın video çəkilişlə icra olunmasına etiraz etməmişdir. Bundan sonra təhqiqatçı tərəfindən həmin avtomobilə axtarış keçirilməyə başlanılmış və Təqsirləndirilən şəxs avtomobildə qadağan olunmuş əşyalar varsa onları könüllü təqdim etməsi təklif olunmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs avtomobilində sürücü oturacağının üzərindəki gödəkcəsinin altından bir ədəd siqaretin gümüş kağızına bükülmüş bükülünü götürüb onlara təqdim etmiş və həmin bükümün açılaraq içərisinə baxılmış, onun içərisində qəhvəyi rəngli toz formalı maddə olduğunu görmüşlər. Təqsirləndirilən şəxs həmin maddənin heroin olduğunu, onu tanımadığı şəxsdən 15 manata özünün istifadə etməsi üçün aldığını bildirmişdir. Bundan sonra avtomobilə axtarış davam etdirilsə də, araşdırma üçün əhəmiyyət kəsb edən heç bir əşya aşkar edilməmiş və götürülməmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd büküm onun və polis əməkdaşlarının iştirakı ilə boş zərfə qoyularaq möhürlə möhürlənmişdir. Bu barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş və protokol oxunulmuş və protokolun doğruluğu imzalarla təsdiqlənmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Nərimanov RPİ-nin 17-ci PŞnin sahə rəisi Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid1 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 19-20-cı vərəqələrində olan “Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 18 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 24-cü vərəqində olan “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 18 mart 2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə başlanmazdan əvvəl ona təklif olundu ki, üzərində olan əşyaları könüllü təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin və tünd boz rəngli idman şalvarından hər hansı əşya, pul və ya qanunla qadağan olunmuş vasitə aşkar edilmədi. Cinayət işinin 29-30-cu vərəqələrində olan “Vətəndaşın ərizəsi əsasında avtomobildə axtarış və götürmə aparılması haqqında” 18 mart 2022-ci il tarixli protokoldan görünür ki, avtomobilə baxış keçirərkən müəyyən olundu ki, avtomobil “Honda Civic” markalı, **-DM- *** dövlət qeydiyyat nişanlı minik avtomobilidir. Avtomobil gümüşü metal rənglidir. Şübhəli şəxs Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə axtarış və götürmə apararkən ona təklif olundu ki, avtomobildə olan qanunla qadağan olunmuş əşyaları könüllü təqdim etsin. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin sürücü oturacağının üzərindəki sarımtıl döşəkçənin altından çıxarıb təqdim etdiyi 1 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükülüdə olan qəhvəyi rəngli toz formalı maddənin narkotik vasitə olan heroin olmasını bildirdi. Vət. Təqsirləndirilən şəxs qeyd olunan həmin narkotik vasitəni tanımadığı şəxsdən 15 manata özü istifadə etməsi üçün almasını qeyd etdi. Vətəndaş Təqsirləndirilən şəxs avtomobildən götürüb təqdim etdiyi narkotik vasitəyə bənzər maddə özünün və polis əməkdaşlarının iştirakı ilə 1 ədəd zərfə qoyularaq 219 №-li möhürlə möhürlənmişdir. Cinayət işinin 44-46-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 mart 2022-ci il tarixli, 6/1565 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözlər olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,727 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin 73-74-cü vərəqələrində olan “Qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında” 20 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi və onun saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. Cinayət işinin 95-98-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnfomasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, o, sonuncu dəfə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci ildə cəzasının sonu ilə əlaqədar azad edilmişdir. Cinayət işinin 104-105-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsinin Ambulator X2 dair xx.xx.2022-ci il tarixli, 1468 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 109-112-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 mart 2019-cu il tarixli, 1(005)-115/2019 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdna məhrum etmə cəzasına məhkum edilməsi, cəzasının əvvəlinin tutulduğu andan, yəni 28 noyabr 2018-ci il tarixli hesablanması hökm edilmişdir. Cinayət işinin 113-121-ci vərəqələrində olan “Sübutların qiymətləndirilməsi barədə” 16 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən axtarış və göütmə aparılan zaman çəkilmiş video görüntülərin əks olunduğu 1 ədəd DVD-R formatlı diskin iş üzrə maddi sübut kimi tanınması, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,727 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin maddi sübut kimi tanınması, məhkəmə kimyəvi ekspertiza tədqiqatından sonrakı qalığı 0,677 qram narkotik vasitə heroinin saxlanılması üçün Nərimanov RPİ-nin müvəqqəti saxlama anbarına təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin 179-180-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(005)-321/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin dəyişdirilərək barəsində “həbs” qətimkan tədbirinin seçilməsi, həbsetmənin əvvəlinin tutulduğu tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin 185-ci vərəqində olan “Axtarışda olan şəxsin tutulması barədə” 01 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 20:00 radələrində saxlanılaraq Nərimanov RPİ-nin 17-ci PŞ-nə gətirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 1 ədəd diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs idarə etdiyi “Honda” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan bir ədəd bükümdə narkotik vasitə heroinin aşkar olunması müəyyən olundu. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 0,727 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu (Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 mart 2019-cu il tarixli, 1(005)-115/2019 saylı hökmü) hazırki cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. Beləliklə də, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 2 (iki) il müddətinin axımı onun azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardığı gündən, yəni xx.xx.2021-ci il tarixdən hesablanır. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki cinayət üzrə əməlini 17 mart 2022-ci il tarixdə törətmiş və həmin əməli törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yəni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur.». Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla qəti cəza təyin edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.3), cəza çəkməsinin əvvəli 01 avqust 2022-ci il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirilən zaman qeydə alınmış videogörüntülərin əks olunduğu 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X5 məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) iş saatına görə 150 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkməsinin əvvəli 01 avqust 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin müvəqqəti saxlama anbarına təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 0,677 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirilən zaman qeydə alınmış videogörüntülərin əks olunduğu 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X9 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 25 (iyirmi beş) iş saatına görə 150 (yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar