Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-321/2023 19.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər – X4, X17, X10, X5, X20, X6, X11. X2, X13, X18 və X14, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 vəkili X12 Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 iştirakları ilə, X4, X17, X10, X5, X20, X6, X11. X2, X13, X3, X33, X29, X26 və X15 tərəfindən X1 və qeyrilərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148 və 148-1-ci maddələrində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4, X17, X10, X5, X20, X6, X11. X2, X13, X3, X33, X29, X26 və X15 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X1 və qeyrilərinin Azərbaycan Respublikası CM-in 147, 148 və 148-1-ci maddələrində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında verilən şikayət onunla əsaslandırılmışdır ki, vətəndaş A.İ.Baxşəliyeva qrup halında X7 (***-***-**-**), X21 (***-***-**-**), Qarayev Ramin (***-***- **-**), Sərxanov Samir (***-***-**-**), Sadıqov Rafayıl (***-***-**-**), X27, X22 (***-***-**-**), Məmmədov Sabir, Əliyev Araz, Həsənova Dilarə, X16 (055-562-76 16) və digər tanımadıqları şəxslərlə əlbir olub kütləvi informasiya vasitələrinin TV efirlərindən, bilavasitə sosial şəbəkələrdə İnternet informasiya resurslarında saxta adlar, profillər, hesablar yaradıb yüz minlərlə kütlə arasında Teleqram, Tik-Tok, İnstagram, Facebook, YouTube və WhatsApp qruplarında, onlara pul vermədiyi halda onları şantaj edir, onlardan pul tələb edir, hər vasitə ilə təhdid edir, onları şəxsən tanımadığı halda qəsdlərinə durub şifahi və yazılı şəkildə davamlı şərəf və ləyaqətlərini ən ağır, nalayiq formada söyür alçaldır, ən biədəb sözlərlə təhqir edir, namusu ləkələyən şərböhtan yağdırır, iftira atır, küçədə tanımadığı insanların üzərinə hücum edir, döyür, söyür, qorxudur, onların nüfiuzuna və səhhətlərinə zərbə vurur, onları rahatsız edir, sarsıtmaq niyyətilə vətəndaşlar arasında fitnə-fəsad yaradır, insanları bir-birinin üstünə qaldırır, vətəndaş qarşıdurması yaradır, evlərdə dava salır, ailələr dağıdır. A.Baxşəliyeva sosial şəbəkələrdə profilinə Azərbaycan dövlət Gerbinin şəklini qoyub özbaşınalıq edir. Halbuki fərdin dövlət gerbini şəxsi məqsədlər üçün istifadə etməsi qanunla qadağandır! Gerbi öz şəkli simasında qoyub əxlaqsız söyüşlər yazır, şantaj edir, pul tələb edir, kütləvi ərizələr yazıb vətəndaşların adından yayır, qəbullara adamlar aparır, kütləni yalan məlumatlarla doldurub heç tanımadığı şəxslərə qarşı qarğış, lənət, əxlaqsız söyüşlər təhqirlər yazdırır, evlərə basqın etməyə yönəldir. Qəbula gedərkən yalan danışmağı təlimatlandırılır. Qəbulda görüntü yaratmaq xatirinə heç işlə əlaqəsi olmayan küçədən tutma vətəndaşları cəlb edir. A.Baxşəliyeva ona aid olmayan, heç səlahiyyəti çalmadığı halda hüquqmühafizə orqanlarının adından çıxış edir, yazılı və şifahi formada inşaları həbslə təhdid edir, əmlaklarını müsadirə edəcəyini bildirir, kütləvi yayında hədələyir, ona pul verməsələrdə daha betər başlarına iş açacağına onlarl daha betər rüsvay edəcəyini, daha betər əxlaqsız formada video montajlar yayacağını elan edir. Adı yuxarıda çəkilən dəstə üzvləri ilə insanların şəxsi həyalına müdaxilə edir, özəl həyata aid şəkilləri yayır, gizli səslər yazır, foto-video çəkir. Son günlər isə vətəndaşların ayrı ayrı vaxtlarda TV kanallarda efirdə gedən müsahibələri kəsib montaj edir, mahnılar qoşur, təhqir böhtan yazır və böyük kütlə arasında yayır, şəıəf və ləyaqəti biədəb əxlaqsız formada alçaldır. Həbsdə olan Xəyal Yahyayevin başını Fövqəladə Hallar Nazirliyində işdə qadınları cinsi istismar edən zabitin bədəninə montaj edib və ləyaqətli Azərbaycan qadınlarını “otel quşu”, “başıpozuq”, “namussuz” adlandırırlar. Həbsinə nail olduğu Yeganə Məmmədova və bütün Şirkətə üzv olan qadınlar haqqında “pozğun qadın” rəyi formalaşdırıb və şikayət etməyən hər bir qadını, yaşından asılı olmayaraq “dələduz”, “gəzəyən”, “əxlaqsız”, “fahişə” deyə adım, şəklini cəmiyyətə tanıdırlar. “Məmmədyan”, “Şərəfsiz erməni yığını”, “ermənidən əmələ gələn”, “erməni nəsli”, “kişiciklərə pul xərcləyən”. “Xəyalın arvadları”, “otel qadınları”, kişilərə isə eynən fərq qoymadan “alfons”, “peysər”, “erməni altından çıxanlar”, “otel quşlarının pulu ilə yaşayan kişiciklər”, “dələduz” və sair aşağılayıcı təhqirləri böhtanları deməkdən həzz aldıqlarını bildirir, əcəb edib döyürük, söyürük, məhkəmə önündə “qoca kaftar ağzınızı cırırıq, stress atırıq”- deyir lovğalanırlar. Əcaib heyvanların üzərində adlarını, soyadlarını yazırlar, musiqi qoşurlar. Admin olaraq A.Baxşəliyeva tapşırıq verib ki, vətəndaşlar hər yerdə onlarln ad, soyadlarını kiçik hərilərlə yazsın, onları insanların gözündə küçümsəmək məqsədi güddüyünü bildirmişdir. Məhkəmədən You Tube yayımlanan “ARAŞDİRİN-KİM GÜNAHKARDİR BASİN GÖZÜNÜ ÇİXARİN!”, “OCOS Manifesti. Xəyal Yəhyayev. Ağır Cinayətlər Məhkəməsi. 17.02.23”, “OCOS MƏHKƏMƏSİNDƏ YENƏ ŞİKAYƏT ETMƏYƏNLƏRƏ TƏCAVÜZ OLUNDU” başlıqlı reportajlara baxın və haqqında şikayət etdikləri şəxslərin hərəkətlərinə hüquqi qiymət verilməsini xahiş edirlər. Dələlərlə Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Baş Polis İdarəsinə, Nəsimi rayon Prokurorluğuna Nəsimi 22 RPŞ-nə kollektiv media vasitəsilə canlı yayınlardan və bilavasitə ayrı-ayrılıqda birbaşa müraciətlər etmişlər, bu cinayətkar qrupun qanuna, əxlaqa zidd hərəkətlərinin qarşısını almağı təkidlə tələb etmişlər, lakin heç bir tədbir görülməmişdir. Ümumiyyətlə Aygün və dəstəsi heç polisi saymayıb, çağırışa, izahata getməyib. Polis onlara təhqir böhtan işinə məhkəmə baxdığını bildirmişdir. Haqqında şikayət etdikləri şəxsləri polis müəyyən etmədiyi üçün, onları da Aygünü tanımadıqları üçün ev ünvanları, iş yerləri bəlli deyil, odur ki, hüquqlarını tapdalayan, cəmiyyətə və qanuna qarşı hörmətsizlik edən bu dəstə üzvlərinin hamısının A.Baxşəliyeva vasitəsilə tapılıb birgə cinayət məsuliyyətinə cəlb edilməsini ərizənin leytmotivi hesab edin. Məhkəmənin A.Baxşəliyeva və onun dəstəsi bütün ölkə boyu hətta xaricdən hamı kimi qazanc əldə etmək məqsədilə könüllü şirkətə qoşulublar, yatırım etdikləri maliyyə vəsaitlərini dərhal onlayn şəxsi kabinetində görüblər, özləri də bonuslar alıblar, öz növbəsidə əlavə gəlir əldə etmək üçün digər şəxsləri şəbəkəyə qoşublar. Şirkətdən gəlir əldə edəndə yaxşı idi iş dayananda pis oldu, bunda onların nə günahları? Onlarında şirkətdə pulları qalıb. Bir fərqləri var ki, bu Aygün adamları qaldırıb söyüş təhqirlər yalanlar yayır şikayət etməkdə davam edir, onlar isə şikayətçi deyillər və həbsdəki şəxslərin ev dustaqlığına buraxılmasının, xalqın pulunun qaytarılmasına şərait yaradılmasının tərəfdarıdırlar. Şikayətçi olmadıqları üçün həyasızcasına, əxlaqsızcasına bu şəxslərin xalqa divan tutmağa ixtiyarı yoxdur!! Bu dəstə Real TV, Toplum TV efirindən dövlət qurumlarının ittiham edib, məmurlar dələduzlarla əlbir olduğunu, dövlətdə saxta şirkətlər açıldığını açıqca səsləndirdilər, hüquq-mühafızə orqanları işin öhdəsindən gəlmədiyini ifadə etdilər. Şirkətin fəaliyyəti dövründə Prezentasiya zamanı çəkilmiş foto-video fraqmentləri göstərib, axtarışda olduğu halda 40 nəfər dələduz ortalıqda gəzdiyini, müxtəlif saxta şirkətlər yaradıb, insanları aldatmaqda davam edirlər, şəkildə gördükləri və adları çəkilən şəxsləri, (yani onları) yaxalamaq üçün əhalini “102” polisə məlumat verməyə çağırış etdilər. 216 nəfər zərərçəkən şəxs məhkəmədə 4 milyon 500 min manat pul tələb eldiyi halda, efirdən doğra olmayan 4 milyon dollar mənimsənildiyi bildirilmişdir. 1 il müddətində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində istintaq gedib və adı ittiham aktında zərərçəkmiş şəxs qismində olduğu halda bu vətəndaşları dələduz adlandırmaq bir başa cinayətdir və dövlət qurumlarının özünün fəaliyyətinə kölgə salınır. Göstərilənləri nəzərə alaraq təqdim etdikləri təkzibedilməz, kütləvi yayımlanan yazıları, audio, video foto sübutlara əsasən məhkəmədən xüsusi ittiham qaydasında məhkəməyə verdikləri şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə dair yayılsa da məhkəmə tərəfindən ictimai və ictimai xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan faktlar diqqətə alınması və gərəkən tədbirlər görülməsi, adının A.İ.Baxşəliyevanın əxlaqsızlıq tribunası olan şirkətin emblemi üzərində “İn Sarsax” yazdığı Teleqram qrupu ləğv edilməsi, şəxsən A.İ.Baxşəliyevanın tanımadığı şəxslərin qəsdinə durması, insanlığa sığmayan anormal, qanuna və əxlaqa zidd hərəkətləri psixi çatışmazlığına dəlalət etdiyi üçün təxirə salmadan məhkəmə-psixiatriya ekspertizası təyin edilməsi, zəruri olduğu halda cəmiyyətdən təcrid edilməsi, başda A.İ.Baxşəliyeva olmaqla X7 (050-708- 90-11), X21 (***-***-**-**), Qarayev Ramin (***-***-**-**), Sərxanov Samir (***-***-**-**), Sadıqov Rafayıl (***-***-**-**), X27, X22 (***-***-**-**), Məmmədov Sabir, Əliyev Araz, Həsənova Dilarə, X16 (***-***-**-**) yaşayış yerinin müəyyən edilib törətdiyi əməllərə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması və layiq olduqları cəzaya məhkum edilməsi xahiş edilmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4, X17, X10, X5, X20, X6, X11. X2, X13, X18 və X26 və xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 vəkili X23 ayrı-ayrılıqda şikayət ərizəsində göstərilənləri müdafiə edərək onun təmin edilməsini xahiş etmişlər. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxslərdən X3, X33 və X8 məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X9 xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət ərizəsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilməməsi səbəbinə görə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Azərbaycan Respublikası CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 299.3.1 və 299.3.3-cü maddələrinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə və xüsusi ittiham qaydasında şikayətin məzmununun Məcəllənin 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılır. Həmin Məcəllənin 301.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticəsində xüsusi ittiham qaydasında şikayətin materialında məhkəmə baxışının qeyri-mümkünlüyünə səbəb olan hallar olmadıqda və xüsusi ittiham qaydasında şikayətin prosessual formasına riayət edildikdə məhkəmə baxışı təyin edilir. Həmin Məcəllənin 302.1-ci maddəsinə görə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında 1) şikayət həmin məhkəməyə aid olmadıqda; 2) şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 3) şikayətin məzmunu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 4) cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 5) barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 6) cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 7) şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 8) şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədiyi hallarında məhkəmə baxışının keçirilməsindən imtina edir. Məhkəmə həmçinin qeyd edir ki, CPM-nin 302.1.3-cü maddəsinin tələbindən göründüyü kimi xüsusi ittiham qaydasında şikayət ərizəsi Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmalıdır. Həmin Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrinə istinadən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsində 1) şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 2) törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 3) cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 4) şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 5) cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 6) şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 7) şikayəti vermiş şəxsin imzası göstərilməlidir. Məhkəmədə müəyyən edilmişdir ki, məhkəməyə verilmiş xüsusi ittiham qaydasında şikayətdə CPM-in 293-cü maddəsində göstərilən tələblərə riayət olunmamışdır. Belə ki, CPM-in 293.3.3-cü maddəsinə əsasən şikayət vermiş şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) barədə məlumatları şikayətində göstərməli olduğu halda, şikayət vermiş şəxslər vermiş olduqları xüsusi ittiham qaydasında şikayətdə qeyri-müəyyənliyə yol verərək cinayət törətdiyini iddia etdikləri şəxslərdən yalnız X9 barəsində məlumatları göstərmiş, qalan 11 nəfər şəxsin isə yalnız ad, soyad və ata adlarını, bəzilərinin isə sadəcə ad və soyadlarını göstərərək qeyd edilən maddənin tələblərini pozmuşdur. Bundan başqa, CPM-in 293.3.5-ci maddəsinə əsasən cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahişin göstərilməli olması qeyd edilmişdir. Şikayət vermiş şəxslər isə xüsusi ittiham qaydasında verdikləri şikayət ərizəsinin adları sadalanmış şəxslərin CM-in 147-ci maddəsinin hansı bəndinə görə cinayət məsuliyyətinə cəlb edilməsini konkret şəkildə göstərməmişdir. Həmçinin, şikayətin xahiş hissəsində Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri göstərilsə də, həmin şikayət ərizəsinin əvvəlində Cinayət Məcəlləsinin 147, 148 və 148-1-ci maddələri qeyd edilmişdir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 11-ci bəndinə görə məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmaması yoxlanılmalı və xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul etməlidir. Azərbaycan Respublikası CPM-in: 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu həmin Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir; 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə belə hesab edir ki, X1 və qeyrilərinin Azərbaycan Respublikası CM-nin 147, 148 və 148-1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmalarına dair xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsi Azərbaycan Respublikasının CPM-i ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Göstərilənlərə əsasən və CPM-in 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 və qeyrilərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148 və 148-1ci maddələrində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-321/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-321/2023
19.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver