Məhkəmə qərarları › İş №1(005)-321/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-321/2024

30.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-321/2024 30.08.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs2 və müdafiəçisi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X5, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs1 və müdafiəçisi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X6, Tərcüməçi – X1 iştirakları ilə, xx.xx.1983-cü ildə Türkmənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2, xx.xx.2001-ci ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 2 ünvanında qeydiyyatda olan və ünvan 3 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tamah niyyəti və özgə əmlakını talamaq məqsədilə Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqla müəyyən olunmamış Azad adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2023-cü ilin sentyabr ayının 8-də keçən gecə saat 01-02 radələrində "xxxx" MMC-nin Bakı şəhəri, Nərimanov rayonu Ziya Bunyadov prospekti 110 ünvanında yerləşən anbarının hasarından keçməklə anbara qanunsuz daxil olaraq oradan "xxxx" MMC-yə məxsus hər metrinin qiyməti 6 manat 49 qəpik olan «Hes Kablo 60277 İEC 71 c (077WF)” markalı 2X10 mm-lik kabeldən 13,98 manat dəyərində 2 metr, hər metrinin qiyməti 42,83 manat olan «Hes Kablo N 2XH-J 3X36+1G16 RM markalı kabeldən 1 metr gizli olaraq talayıb anbardan çıxmış, bundan sonra yenidən Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqla müəyyən olunmamış Azad adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə törədilən qəsdlə əhatə olunan cinayət əməllərini davam etdirərək xx.xx.2023-cü ildə saat 22-23 radələrində həmin anbara hasardan keçməklə qanunsuz daxil olub oradan hər metrinin qiyməti 6,49 manat olan «Hes Kablo 60277 İEC 71 c (077WF) markalı 2X10 mm-lik iki kəsimdə 5 metr olmaqla 32,45 manat dəyərində və üzərində markirovkası olmayan hər metrinin qiyməti 30,68 manat olan iki kəsimdə 26 metr olmaqla 797,68 manat dəyərində kabelləri gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-ə cəmi 885,94 manat ziyan vuraraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti və özgə əmlakını talamaq məqsədilə Təqsirləndirilən şəxs2lə və şəxsiyyəti istintaqla müəyyən olunmamış Azad adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2023-cü ilin sentyabr ayının 8-də keçən gecə saat 01-02 radələrində "xxxx" MMC-nin Bakı şəhəri, Nərimanov rayonu Ziya Bunyadov prospekti 110 ünvanında yerləşən anbarının hasarından keçməklə anbara qanunsuz daxil olaraq oradan "xxxx" MMC-yə məxsus hər metrinin qiyməti 6 manat 49 qəpik olan «Hes Kablo 60277 İEC 71 c ;077WF” markalı 2X10 mm-lik kabeldən 13, 98 manat dəyərində 2 metr, hər metrinin qiyməti 42,83 manat olan «Hes Kablo N 2XH-J 3X36+1G16 RM” markalı kabeldən 1 metr gizli olaraq talayıb anbardan çıxmış, bundan sonra yenidən Təqsirləndirilən şəxs2lə və şəxsiyyəti istintaqla müəyyən olunmamış Azad adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə törədilən qəsdlə əhatə olunan cinayət əməllərini davam etdirərək xx.xx.2023-cü ildə saat 22-23 radələrində həmin anbara hasardan keçməklə qanunsuz daxil olub oradan hər metrinin qiyməti 6,49 manat olan «Hes Kablo 60277 İEC 71c (077WF) markalı 2X10 mm-lik iki kəsimdə 5 metr olmaqla 32,45 manat dəyərində və üzərində markirovkası olmayan hər metrinin qiyməti 30,68 manat olan iki kəsimdə 26 metr olmaqla 797,68 manat dəyərində kabelləri gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-ə cəmi 885,94 manat ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Azad adlı şəxs yaşadığı evlə üzbəüzdə yerləşən fərdi evdə kirayədə yaşamışdır Azadı 7-8 ildir ki, tanıyır. Birinci dəfə oğurluq etməyi Azad təklif etmişdir. O bildirmişdir ki, işlədiyi yerdə oğurlamaq istədiyi kabelləri hazır kəsib qoyub. Ancaq özü anbara getsə işçilər onu görüb tanyıa bilərlər. Bu səbəbdən də anbara onun daxil olub kabelləri götürməsini bildirmişdir. Daha sonra Azad ona anbarın yerləşdiyi ünvanı demişdir. 2023-cü ilin sentyabr ayının 6-dan 7-nə keçən gecə saat 01 radələrində velosipedi ilə həmin ünvana gələndə Azad artıq orada onu gözləmişdir. Azad ona anbarı və anbara necə daxil olmağı göstərmişdir. Anbarın darvazası metal barmaqlıqdan ibarət idi, damla darvaza arasında metal tor olmuşdur. Həmin metal torun darvazanın sağ tərəfində olan hissəsi bərkidilməmişdir. Azad ona həmin yerdən anbara düşən kimi rəfdə olan iki kəsik kabel hissələrini götürməyi tapşırmışdır. O, həmin üsulla anbara daxil olmuş, iki hissədən ibarət bükülmüş vəziyyətdə olan kabelləri götürüb darvazının altında yerdən aralı olan hissəsindən bayıra çıxarmışdır. O, anbardan çıxanda Azad artıq kabelləri götürmüş və bir qədər kənarda dayanıb onu gözləmişdir. Daha sonra o, Bakıxanov qəsəbəsindəki evinə gəlmişdir. Evə gələndə Azad artıq həyətdə onu gözləmişdir. Onlar kabelləri həyətdə yandırdıqdan sonra Bakıxanov qəsəbəsinə metalqəbulu məntəqəsinə aparmışlar. Azad misi təhvil vermiş və məntəqədən çıxanda 60 manata satdığını bildirmişdir. Bundan sonra Azad yaşadığı evdən köçdüyünə görə onu bir daha görməmişdir. Bir neçə gün sonra sentyabr ayının 9-da pulu olmadığı üçün həmin anbardan oğurluq etmək qərarına gəlmişdir. Həmin vaxt dostu Rövşənlə Zabrat yolunda kafedə oturmuşlar. Söhbət əsnasında Rövşənə andardan oranın işçisi ilə oğurluq etməsini söyləmiş və həmin anbardan oğurluqda kömək etməyi təklif etmişdir. Rövşən razılaşmışdır. Onlar kafedən çıxıb taksi ilə Dərnəgül qəsəbəsinə anbara getmişlər. Rövşənə anbara və necə daxil olacaqlarını izah etmişdir. Anbarın darvazasının qarşısında dayanmış qaldırıcı kranı sürücü sürüb getdikdən sonra əvvəl o, sonra isə Rövşən hasarı aşaraq anbara daxil olmuşlar. Anbardan dörd kiçik bağlamanı götürüb getmişlər. Daha sonra həmin kabelləri metal satışı məntəqəsinə 440 manata satmışlar. Evdə olan kabellərin qiyməti isə 150 manat təşkil etmişdir. Ümumilikdə məntəqənin işçisi 590 manat ödəmişdir. Həmin pulu aldıqdan sonra 220 manatını Rövşənə vermiş, qalan 370 manatını isə özünə götürmüşdür. Hazırda zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam olaraq ödəmişdir. Zərərçəkmiş şəxs onunla barışmışdır. Zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur. Əməlindən peşmandır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü ildə Elşadla Zabrat qəsəbəsində kafedə olarkən o, 2 gün əvvəl tanışının işlədiyi anbardan onunla birlikdə kabel oğurlaması barədə danışmış və ona anbardan oğurluq edərək qazanc əldə eməyi təklif etmişdir. Saat 22 radələrində taksi ilə anbarın yerləşdiyi Dərnəgül qəsəbəsinə gəlmişlər. Elşad ona anbarın yerini və necə daxil olmalarını izah etmişdir. Anbarın darvazasının qarşısında dayanmış qaldırıcı kranı sürücüsü sürüb getdikdən sonra anbarın darvazasından qalxıb sağ tərəfdən torun bərkidilməmiş hissəsindən anbara düşmüşlər. Anbarda 4 bağlama kabeli götürüb darvazanın alt hissəsinə qoymuş və anbardan çıxmış, sonra darvazanın alıtndan 4 bağlama kabeli götürüb oradan uzaqlaşmışlar. Səhəri gün Elşadın evində görüşüb kabelləri satmağa aparmaları barədə razılığla gəlmişlər. Elşad oğurladığı kabellərdən başqa özünün yığdığı mis tullantısının olduğunu bildirmiş və onları da satmağa aparacağını söyləmişdir. Daha sonra həmin kabelləri metal satışı məntəqəsinə təhvil vermişlər. Məntəqənin işçisi Elşada 590 manat vermişdir. Həmin məbləğin 220 manatını Elşad ona, qalan məbləği isə özünə götürmüşdür. Hazırda zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam olaraq ödəmişdir. Zərərçəkmiş şəxs onunla barışmışdır. Zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur. Əməlindən peşmandır. Məhkəmə iclasına dəvət edilməsinə baxmayaraq zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə məhkəmədə iştirak etməmişdir. Tərəflərin razılığı ilə məhkəmə istintaqında onun ibtidai istintaqda vermiş olduğu ifadəsi elan olunmuşdur İbtidai istintaq zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə vermiş olduğu ifadədən aydın olur ki, MMC-nin direktoru X3r, həmin MMC-nin satış mağazası saxlanc anbarı Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 110-da yerləşir. Belə ki, həmin mağaza və anbar "xxxx" MMC ilə hər il bağlanmış icarə müqaviləsi əsasında fəaliyyət göstərir. Müəssisə elektirik kabellərinin müxtəlif növlərinin satışını həyata keçirir. Həmin mağazanın və anbarın mühafizəsini "xxxx" MMC-nin mühafizəsi həyata keçirir. 09 sentyabr 2023-cü il tarixdə "xxxx" MMC-nin satış müdiri Şahid1 bildirdi ki, anbardan elektrik kabeli oğulanmışdır. Bu məlumat əsasında "xxxx" MMC-də audit yoxlanması aparılmış və anbardan 35 adda müxtəlif ölçülü kabellərin əskik gəlməsi və müəssisəyə 76016,52 manat maddi zərər dəyməsi müəyyən edildi. Həmin vaxt anbarın video müşahidə kameralarına baxış keçirərkən bir neçə dəfə anbardan oğurluq olmasını müşahidə etmişlər. Təqsirləndirilən şəxs2 və digərlərinin anbardan neçə dəfə oğurluq etmələrini bilmir. Lakin MMC-nin anbarında yoxlama aparılmış 76016,52 manat dəyərində kabellərin əskik gəlməsi müəyyən edilmişdir.76016,52 manat dəyərində kabellərin kim tərəfindən oğurlanmasını dəqiq bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, Sabunçu rayonu Anaşkin küçəsində yerləşən metal qəbulu məntəqəsində işləyir. 10 sentyabr 2023cü il tarixdə səhər saatlarında sonradan tanıdığı, bir neçə dəfə qara metal qırıntıları təhvil vermiş Elşad adlı şəxs yanında bir nəfərlə metal qəbulu məntəqəsinə gələrək yanmış miss məftil olduğunu, ordan burdan yığdığını bildirmişdir. Elşad adlı şəxsdən şəxsiyyət vəsiqəsini tələb etmiş və vhatsappa fotoşəklini göndərməsini bildirmişdir. Şəxsiyyət vəsiqəsinə baxan zaman mis məftilin satmaq istəyən şəxsin Təqsirləndirilən şəxs2 olmasını müəyyən etmişdir. Həmin şəxsdən ümumilikdə 590 manat məbləğində yanmış miss almışdır. Həmin yanmış misin oğurluq olmasından xəbəri olmamışdır. Alış-veriş dəftərinə Elşadın öz xətti ilə yanmış misin oğurluq olmamısı, özünə məxsus olmasını yazdırıb imza etdirmişdir. Həmin mis yanmış vəziyyətdə, çəkisi isə 63 kloqram olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, təxminən 7 ildir ki, "xxxx" mağazasında işləyir. Müqavilə üzrə satıcı olsa da, faktiki fəhlə kimə işləyir və əsas işi mağazadan satılan elektrik mallarını avtomobillərə yükləməkdir. Şirkətin Dərnəgül qəsəbəsində bir tikilidə həm mağazası, həm də anbarı var. Mağazanın və anbarın açarları şirkətin direktoru Rafiqdə saxlanılır. Özündən başqa şirkətin 2 fəhləsi var. Onların adı Zöhrab və Azaddır. Müştəri malı alandan sonra Rafiq alınan malları qaimədə qeyd edir və həmin qaiməni fəhlələrə verir. Satılan mal mağazanın piştaxtasında olmayanda və böyük məbləğdə alınanda anbara gedir və malı anbardan buraxır. Anbarda əsasən elektrik kabelləri saxlanılır. Anbarın açarı iş vaxtı mağazada divardan aslı vəziyyətdə olur. Anbara getmək lazım olanda o və ya başqa fəhlələr açarı götürüb və anbardan qaiməyə uyğun malları alıcıya verillər. Mallar böyük həcmdə olanda tərəfindən avtomobillərə yüklənir. Mal anbardan buraxılandan sonra anbarı bağlayıb açarı öz yerindən asır. Oğurluq vaxtı 12 mm qalınlığında 19 ədəd məftildən ibarət tros formasında mis materialdan kabellərin kəsikləri anbarda olmuş, lakin neçə kəsikdən ibarət olmasını bilmir. Təqsirləndirilən şəxslərin tanıdıqları oğurlanmış kabellər audit aktında 10,17 və 30 sıra nömrələrində qeyd edilmişdir. Anbar mal buraxılarkən anbarda fəhlə və alıcıdan başqa heç kim olmur, lakin obyekt kamera nəzarəti altında olduğundan manitorlar vasitəsi ilə nəzarət aparılır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində çağırılmış Şahid1, Şahid5, Şahid6 Tapdıq oğlunun və Şahid7 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə şahidlər Şahid1, Şahid5, Şahid6 Tapdıq oğlunun və Şahid7 ibtidai istintaq dövründə vermiş olduqları ifadələri elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi barədə” 13 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 5 ünvandır. Hadisə yeri çöl tərəfdən daş hasarlarla üstü dəmir giriş darvazasından ibarətdir. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” 20 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində xx.xx.2023-cü il tarixdə tutulmuşdur. “Şübhəli şəxsin tutulması haqqında” 20 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində xx.xx.2023-cü il tarixdə tutulmuşdur. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi barədə” 22 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və saxlandığı MSY-dən azad edilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi barədə” 22 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və saxlandığı MSY-dən azad edilməsi qərara alınmışdır. “Qətimkan tədbiri seçilməsi haqqında” 22 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. “Qətimkan tədbiri seçilməsi haqqında” 22 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 30 sentyabr 2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. “Əşyanın tanınması barədə” 05 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 kabel nümunələrini nəzərdən keçirib 4 kəsimdə həmin növ kabelləri Təqsirləndirilən şəxs1lə oğurladığını göstərmişdir. “İfadənin yerində yoxlanması barədə” 20 oktyabr 2023-cü il tarixli və 21 oktyabr 2023cü il tarixli protokollardan görünür ki, təqsirləndirilən şəxslər oğurluğu etdikləri anbarı, kabellərin yandırıldığı yeri və təhvil verdikləri metal qəbulu məntəqəsini göstərmiş, müəyyən olmuşdur ki, kabelləri Bakı şəhəri, Z.Bünyadov prospekti 110 ünvanda yerlşən "xxxx" MMC-nin anbarından talamışlar. Təqsirləndirilən şəxs2 yaşadığı evin həyətində yandırmış və Bakıxanov qəsəbəsində yerləşən metal qəbulu məntəqəsinə təhvil vermişlər. Fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-9/7732/2023 nömrəli, 07 noyabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş nümunə əsasında elektrik naqillərinin 1 metrinin hadisə baş verən tarixə, yəni 2023-cü ilin sentyabr ayına olan orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir: izolyasiyalı, 14.5 sm uzunluğunda, 15 mm qalınlığında, ağ rəngli, üzərində “Hes Kablo 60227 İEC 71c (07VV-F) 2x10 mm yazıları olan mis materialdan naqilin bir ədədi 8,60 manat, izolyasiyalı, 12 sm uzunluğunda, 25 mm qalınlığında, ağ rəngli, üzərində “Hes Kablo N2XH-J 33x35+1G16 RM mm yazıları olan mis materialdan naqilin bir ədədi 23 manat, izolyasız 16 sm uzunluğunda, 12 mm qalınlığında, 19 ədəd məftildən ibarət sarınmış tros formasında, mis materialdan naqil bir ədədi 20 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, 7(007)-511/2023 nömrəli qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs2 cəzasının çəkilməmiş hissəsindən qalan 01 ay 23 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə verilmiş 22 noyabr 2023-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 185.2.1, 185.2.2, 185.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinərək 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixi hökmü ilə Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 07 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2020-ci ildə cəza çəkməkdən vaxtından əvvəl şərti azad edilmiş və xx.xx.2020-ci ildə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2023-cü ildə cəzasının çəkilməmiş hissəsindən qalan 01 ay 23 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş və xx.xx.2023-cü ildə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmışdır. “Baxış keçirmək barədə” 24 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxslər xx.xx.2023-cü il tarixdə saat 22-dən sonra müəssisənin anbarından oğurluq edirlər. “Sübutların təhlil, bir-biriləri ilə müqayisə edilməsi, qiymətləndirilməsi, cinayət işi üzrə icraata hissəvi xitam verilməsi əməlin tövsif edilməsi barədə” 01 dekabr 2023-cü il tarixli qərardan görünür ki, metal qəbulu məntəqəsindən götürülmüş və işə əlavə olunmuş metalın təhvil verilməsinə dair jurnaldan çıxarış, müşahidə kameralarının görüntüləri iş üzrə maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 Hüquqi Şəxsinin xx.xx.2024-cü il tarixli, 896 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 Hüquqi Şəxsinin xx.xx.2024-cü il tarixli, 316 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, 1(005)- 321/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və o, məhkəmə iclas zalından dərhal həbs edilmişdir. Zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə tərəfindən yazılmış 10 iyul 2024-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş zərər ödənilmişdir və onun təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi təqsirləndirilən şəxslərin etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, habelə şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasi Ali Məhkəməsinin Plenumunun Qərarında göstərilir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Qərarda həmçinin qeyd edilir ki, «CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların hər birinin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.6-cı maddəsinə əsasən məhkəmə baxışı bir neçə təqsirləndirilən şəxs barəsində aparıldıqda müvafiq mahkəmənin hökmündə bu Məcəllənin 353.2.3-353.2.9, 353.3-353.5-ci maddələrində güstərilmiş məsələlər təqsirləndirilən şəxslərdən hər birinə dair ayrı-ayrılıqda qeyd edilir. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş hüquqi şəxsin ona qarşı şikayət və tələbinin olmamasını və dəymiş zərərin ödənilməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilmədən və ya götürülmədən, yenidən qəsdən cinayət törətməsini məhkəmə cinayətlərin residivi və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluq ödənilmiş sayılır. Bununla da işdə olan sübutlarla isə təsdiq olunur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs2 ona istinad edilən cinayət əməlini, az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasından azad edildiyi gündən 2 il keçmədən törətmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 hazırki cinayət işi üzrə təqsirli hesab etdiyi cinayət əməlini törədənədək dəfələrlə mülkiyyət əleyhinə olan cinayətlər törətməyə görə məhkum olunması, təyin olunmuş cəzalara baxmayaraq Təqsirləndirilən şəxs2 islah yoluna qədəm qoymaması onun şəxsiyyətini mənfi səciyyələndirlən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat dövründə xx.xx.2023-ci il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu cəmi 02 gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2na təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi nəzərə alınmalı, cəzasını Azərbaycan Respublikası CMnın 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan, yəni 28 iyun 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş hüquqi şəxsin ona qarşı şikayət və tələbinin olmamasını və dəymiş zərərin ödənilməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halların olmasın və ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat dövründə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu cəmi 02 gün müddət, bir günə iki gün hesabı ilə hesablanaraq ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51- 2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Aparılmış ekspertiza tədqiqatının ümumi dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 arasında bərabər bölünməklə hər birindən 25 (iyirmi beş) manat olmaqla tutulub dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut - metalın təhvil verilməsinə dair jurnaldan çıxarış və müşahidə kameralarının görüntüləri əks edilən (yaddaş kartı) cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X7 məhkəmədə iştirak etdiyi 20 saata görə 120 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X9 məhkəmədə iştirak etdiyi 20 saata görə 120 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 il 07 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu cəmi 02 gün müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 il 06 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 28 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu cəmi 02 gün müddət, bir günə iki gün hesabı ilə hesablanaraq 04 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Aparılmış ekspertiza tədqiqatının ümumi dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 arasında bərabər bölünməklə hər birindən 25 (iyirmi beş) manat olmaqla tutulub dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut - metalın təhvil verilməsinə dair jurnaldan çıxarış və müşahidə kameralarının görüntüləri əks edilən (yaddaş kartı) cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X7 məhkəmədə iştirak etdiyi 20 saata görə 120 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X9 məhkəmədə iştirak etdiyi 20 saata görə 120 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar