Məhkəmə qərarları › İş №1(005)-321/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-321/2025

16.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-321/2025 16.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134, 148 və 283.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair Liudmyla İvashchenkonun xüsusi ittiham qaydasında verdiyi şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Liudmyla İvashchenko xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134, 148 və 283.1-ci maddələri ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, Liudmyla İvashchenko əslən Ukrayna Respublikasının vətəndaşıdır və uzun illərdir ailə vəziyyəti ilə bağlı Azərbaycan Respublikasında müvəqqəti yaşayış icazəsi ilə yaşayır. Özü fərdi sahibkardır və sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq dövlətin vergi ödəyicisidir. ünvan 1 ünvanında faktiki fəaliyyət göstərən "xxxx" MMC-nin təsisçisidir və müxtəlif növ tekstil məhsullarının hazırlanması, yenilənməsi və s. satışı ilə məşğuldurlar. Qeyd edir ki, xx.xx.2025-ci il tarixində X1 verdiyi məhsulunu götürmək üçün müştəri kimi mağazasına yaxınlaşmış və mağazada çalışan işçiləri onun sifarişini özünə təqdim etmişlər. S.Əliyeva ilk öncə məhsulu götürmək istəmədiyini bildirmiş, daha sonra isə məhsulda yalandan nöqsanlar olduğunu bildirərək mübahisə çıxarmağa çalışmışdır. O, həmin vaxt müəssisədə olmadığından işçisi S.Əliyevaya bəyənmədiyi nöqsanları yenidən düzəldə biləcəyini və ya ödənişini geri qaytara biləcəyinə dair təklif etmiş, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs isə əsassız səs-küy yaradaraq mağazadan çıxmışdır. Bildirir ki, həmin məhsullarda heç bir nöqsan yoxdur və tamamilə sifarişçinin sifarişinə uyğun hazırlanmışdır. Həmin vaxt mağazada əmək fəaliyyəti ilə məşğul olan işçi Emiliya Obuşərifova, qızım Esmira Məmmədova və sifarişləri daimi çatdırılma edən sürücü Vüqar Quliyev də hadisə yerində olmuşlar. Onlar ona zəng edərək problem yarandığını və dərhal mağazaya gəlməli olduğunu bildirmişlər. Liudmyla İvashchenko mağazaya gəldikdən biraz sonra Səidə Əliyeva yenidən mağazaya qayıtmış və ona məsələni həll etməyinə dair təkliflər etsə də, o, əsassız davalar çıxarmış, onun xarici vətəndaş olmağı ilə onu alçaltmış və heç bir şəkildə onunla danışığa gəlməyəcəyini bildirmişdir. Bildirir ki, o, rus dillidir. Lakin bu onun burada yaşamağına və sahibkarlıq fəaliyyəti ilə məşğul olmağına heç bir zaman maneçilik yaratmamışdır. Səidə Əliyeva onun azərbaycan dilində yaxşı danışa bilməməyindən sui-istifadə edərək hər kəsin qarşısında onu təhqir etmiş, milliyyətini alçaltmışdır. Buna baxmayaraq Liudmyla İvashchenko qızından onunla danışmasını və məsələni sülh yolu ilə həll etməyinə dair danışıq aparmasını xahiş etmişdir. Buna baxmayaraq, Səidə Əliyeva onunla heç bir razılığa gəlməmişdir. O, Liudmyla İvashchenkonu ictimai yerdə təhqir etmiş, dilə gəlməyəcək ifadələrdən istifadə etmiş, onun Ukrayna Respublikasının vətəndaşı olmağını dəfələrlə bildirirək “elə Ruslar düz edirlər sizi öldürürlər, elə sizi öldürsələr yaxşıdı” deyə sərt cümlələr qurmuş, daha sonra isə Aydın adlı şəxsə telefon zəngi edərək onu mağazaya çağıraraq ona hədə-qorxu gəlmişdir. X2rşı istifadə etdiyi nalayiq ifadələri burada qeyd edə bilmir və bütün bu hallar işçilərin yanında baş vermişdir. Məhkəmə iclasında onlar şahid qismində işə cəlb ediləcəkləri təqdirdə qeyd etdiyi bütün halları təsdiq edə bilərlər. Bildirir ki, ailəsində ənələlərinə uyğun milli ruhda tərbiyə almış, illərdir halal zəhməti ilə işləyir, ailəsini dolandırmağa çalışır. Övladlarını da bu ölkəyə bağlı və bura layiq böyütməyə çalışmışdır. X6 Azərbaycan Respublikasının vətəndaşıdır, MMA üzrə dünya çempionu olmuş və dəfələrlə bayrağı xarici dövlətlərdə uca etmişdir. Buna baxmayaraq, heç bir əsas olmadan öz işi ilə məşğul olduğu yerdə hər hansı bir şəxsin onu insanların qarşısında alçaltmağa, ona başqa millət olduğu üçün hədə-qorxu gəlməyə haqqı yoxdur. Liudmyla İvashchenko mübahisənin daha da böyüdüyünü görərək DİN 102 qaynar xəttinə müraciət edərək hadisə barədə məlumat vermiş, təqribən bir saata yaxın həmin şəxs onun obyektində qalmağa davam edərək səs-küy yaratmış, onun fəaliyyətinə və işgüzar nüfuzuna xələl yetirmişdir. Onunla əlaqə saxlanılmadığından yenidən 102-ni yığaraq onlardan kömək istəmiş, operator onunla əlaqə saxlanılacağını bildirsə də, heç kəs əlaqə saxlamışdır. Barəsində xüsusi ittiham qaydasında şikayət verdiyi şəxs onun 102 ilə danışdığını eşitdikdən sonra obyekti tərk etmişdir. Həmin bir-neçə saat ərzində o, işçilərin təkidinə baxmayaraq obyektdən çıxmamış, bizi hədələmiş, ictimai asayişi pozmuş, fəaliyyətlərinə ciddi zərər yetirmişdir. Obyektin təhlükəsizlik kameralarında qeyd etdiyi hallar videogörüntüyə alınmışdır. Barəsində şikayət etdiyi X5 faktiki olaraq onu təhqir etmiş, bütün işçilərin və səs-küyə gələn insanların yanında onu alçaltmış, onun milliyyətinə dair təhqiredici sözlər işlətmiş və əsassız olaraq böhtanlar atmışdır. O, bütün mənəvi, əxlaqi həddləri və cinayət qanunvericiliyini aşaraq insanın şərəf və ləyaqətini alçaldan təhqirlər etmişdir. Bununla da həm onun şəxsiyyətinə, həm də işgüzar nüfuzuna xələl gətirərək faktiki olaraq onu rüsvay etmişdir. Daha sonra şikayət vermiş şəxs Liudmyla İvashchenko məhkəməyə ərizə ilə müraciət edərək X5 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134, 148 və 283.1-ci maddələri ilə xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayət icraata qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. 300.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında qəbul etdiyi qərarlardan biri də xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərardır. 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək həmin Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq hesab edir ki, hazırkı iş üzrə şikayət vermiş tərəf şikayətinin geri qaytarılmasını tələb etdiyindən, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina ediməli və şikayət və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 293 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134, 148 və 283.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair Liudmyla İvashchenko tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin, xüsusi ittiham qaydasında şikayət və əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardan elan olunduqdan sonra 20 gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Tural Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar