Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-322/2021 07.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X6 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs1 və müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs2 və müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X4 iştiraklar ilə, xx.xx.1976-cı ildə Gürcüstan Respublikasının Tbilisi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 , xx.xx.1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmuş, işləməyən, ünvan 2 ünvanında qeydiyyatda olan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən özgənin əmlakını gizli yolla talayaraq oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 16.04.2021 -ci il tarixdə saat 03:30 radələrində ünvan 3 ünvanının qarşısında dayanmış Zərərçəkmiş şəxs2 məxsus 2019-cü il istehsalı, “Minsk D450” markalı, 49 kub/metr mühərrik həcmi olan, qara rəngli mopedi gizli yolla talayaraq zərərçəkmiş şəxsə 2000 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 16.04.2021 -ci il tarixdə saat 03:40 radələrində ünvan 4 ünvanının qarşısında dayanmış Zərərçəkmiş şəxs1 məxsus 2013-cü il istehsalı, “Hauju” markalı 10-B- 745 dövlət nömrə nişanlı, qara rəngli, 100 kub/metr mühərrik həcmi olan motosikleti gizli yolla talayaraq zərərçəkmiş şəxsə 2000 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən özgənin əmlakını gizli yolla talayaraq oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 16.04.2021-ci il tarixdə saat 03:30 radələrində ünvan 3 ünvanının qarşısında dayanmış Zərərçəkmiş şəxs2 məxsus 2019-cü il istehsalı, “Minsk D450” markalı, 49 kub/metr mühərrik həcmi olan, qara rəngli mopcdi gizli yolla talayaraq zərərçəkmiş şəxsə 2000 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 16.04.2021-ci il tarixdə saat 03:40 radələrində ünvan 5 ünvanının qarşısında dayanmış Zərərçəkmiş şəxs1 məxsus 2013-cü il istehsalı, “Hauju” markalı 10-B- 745 dövlət nömrə nişanlı, qara rəngli, 100 kub/metr mühərrik həcmi olan motosikleti gizli yolla talayaraq zərərçəkmiş şəxsə 2000 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs2 usta olaraq tanıyır. Belə ki, Emin onun yaşadığı evdə bir nəçə dəfə təmir işləri görmüşdür. Sonuncu dəfə təmir işləri görərkən Emin ona pula ehtiyacı olduğunu, maddi durumunun zəif olduğunu demişdir. Həmin vaxt onlar qərara almışlar ki, oğurluq edib pul əldə etsinlər. Bu minvalla birlikdə onun etibarnamə ilə idarə etdiyi “Hunday Sonata” markalı **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib Bakı şəhər ərazisinə getmişlər. Bir neçə saat avtomobil ilə gəzdikdən sonra, yəni 16.04.2021 -ci il tarixdə saat 03 radələrində Nərimanov ərazisində olan zaman qərara gəlmişlər ki, bu ərazidən oğurluq etsinlər. O, avtomobili Montin qəsəbəsində yolun kənarında saxlayıb Emin ilə birlikdə məhlələri gəzməyə başlamışdır. Həmin vaxt məhəllədə olan dəmiryol keçidinin yanında mopedin olduğunu görmüşlər. Lakin həmin mopedin yanından keçib getmişlər. Bir neçə metr getdikdən sonra həmin dəmiryol keçidin üzərində başqa bir “Minsk” markalı mopedin olduğunu görmüşlər və qərara almışlar ki, hər iki mopedi oğurlayaraq aparıb satıb pul əldə etsinlər. Bundan sonra onlar saat 03:30 radələrində ikinci gördükləri “Minsk” markalı mopedi oğurlayıb yaxınlıqda heç kimin görə bilməyəcəyi yerdə gizlətmişlər. Daha sonra onlar saat 03:40 radələrində birinci gördükləri “Haujue” markalı mopedin yanına getmişlər. O, hər iki mopedin naqillərini qırıb işə salmışdır. Daha sonra tanışı olan Elvinə zəng edib onun avtomobilini getdikləri yerə aparmasını demişdir. Qeyd etmişdir ki, Emin oğurladıqları mopedləri Sabunçuya gedib orada satmağı demişdir. Bir neçə dəqiqədən sonra Elvin onların yanına gəlmişdir. O, “Haujue” markalı mopedi, Emin “Minsk” markalı mopedi və tanışı Elvin isə onun idarə etdiyi “Hunday Sonata” markalı avtomobili idarə edib Sabunçu rayonundan yerləşən 3 saylı ŞKX-nın yanına getmişlər. Elvin avtomobili yolun kənarında saxlayıb açarları ona vermiş və oradan getmişdir. Bundan sonra Emin mopedləri satmaq üçün adam axtarmışdır.16 aprel 2021-ci il tarixdə saat 12 radələrində Emin ona əvvəllər qonşu olduğu Oleq adlı şəxsə mopedləri göstərməyi demişdir. Onlar birlikdə Sabunçu rayonunda yerləşən 3 saylı ŞKX-nın yaxınlığında yaşayan Oleqin evinə getmişlər. Emin “Haujue” markalı mopedi Oleqə göstsrib həmin mopedi 500 manata satdığını bildirmişdir. Həmçinin bildirmişdir ki, həmin moped dostuna məxsusdur, pul lazım olduğu üçün satır. Oleq isə maddi durumu zəif olduğu üçün qeyd edilən məbləğdə pulu verə bilməyəcəyini demiş və təklif etmişdir ki, qalsın onda, pulu düzəldərsə verər, düzəldə bilməzsə mopedi qaytarar. Emin də onunla razılaşmışdır. X12 bir ədəd də “Minsk” markalı moped olduğunu deyərək onu necəyə sata biləcəyini soruşmuş və onun da hörmətini edəcəyini demişdir. Oleq də Abutalıb adlı şəxsin olduğunu, həmin mopedi ona göstərməyi təklif etmişdir. O da Emin ilə birlikdə “Minsk” markalı mopedi idarə edərək Abutalıb adlı şəxsin yaşadığı evə getmişlər. “Minsk” markalı mopedi Abutalıba göstərmişlər, o, həmin mopedin kimə məxsus olduğunu soruşmuşdur. Emin də tanışına məxsus olduğunu, pul lazım olduğu üçün satdığını bildirmişdir. Bundan sonra həmin mopedi Abutalıba 350 manata satmışlar. Daha sonra həmin puldan 50 manat aparıb Oleqə vermişlər, qalan pulu isə hər ikisi xərcləmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, usta işləyir. İlqarı da onun yaşadığı evdə təmir işləri gördüyü vaxt tanımışdır. 15.04.2021- ci il tarixdə saat 23 radələrində İlqarın yaşadığı ünvan 6 ünvanında təmir işləri edən zaman o, İlqara pula ehtiyacı olduğunu demişdir. Onlar İlqar ilə bir az söhbət etdikdən sonra qərara almışlar ki, oğurluq edib pul əldə etsinlər. Bu minvalla İlqarın idarə etdiyi “Hunday Sonata” markalı **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə şəhər istiqamətində getmişlər. Bir neçə saat avtomobil ilə gəzdikdən sonra, yəni 16.04.2021-ci il tarixdə saat 03 radələrində Nərimanov ərazisində olan zaman qərara gəlmişlər ki, həmin ərazidən oğurluq etsinlər. İlqar avtomobili Montin qəsəbəsində yolun kənarında saxlamış və birlikdə məhəllələri gəzməyə başlamışlar. Həmin vaxt məhəllədə olan dəmiryol keçdinin yanında “Haujue” markalı mopedin olduğunu görmüşlər. Lakin həmin mopedin yanından keçib getmişlər. Bir neçə metr getdikdən sonra həmin dəmiryol keçidinin üzərində başqa bir “Minsk” markalı mopedin olduğunu görmüşlər və qərara almışlar ki, hər iki mopedi oğurlayaraq aparıb satıb pul əldə etsinlər. Bundan sonra, saat 03:30 radələrində onlar ikinci gördükləri “Minsk” markalı mopedi oğurlayıb yaxınlıqda heç kimin görə bilməyəcəyi yerdə gizlətmişlər. Daha sonra onlar saat 03:40 radələrində birinci gördükləri “Haujue” markalı mopedin yanına getmişlər. İlqar hər iki mopedin naqillərini söküb işə salmışdır. Daha sonra İlqar sonradan adının Elvin olduğunu bildiyi şəxsə zəng edib gəlib onun avtomobilini idarə etməsini bildirmişdir. O, İlqara mopedləri aparıb Sabunçu rayonu ərazisində satmağını demişdir. Bir neçə dəqiqədən sonra Elvin onların yanına gəlmişdir. İlqar “Haujue” markalı mopedi, o, “Minsk” markalı mopedi və İlqarın tanışı Elvin isə İlqarın avtomobilini idarə edib Sabunçu rayonunda yerləşən 3 saylı ŞKX-nın yanına getmişlər. Elvin avtomobili yolun kənarında saxlayıb açarları İlqara vermiş və oradan getmişdir. Bundan sonra o mopedləri satmaq üçün adam axtarmışdır. 16.04.2021 -ci il tarixdə saat 12 radələrində o İlqara əvvəllər qonşu olduğu Oleq adlı şəxsə mopedləri aparıb göstərməyi demişdir. Bundan sonra onlar birlikdə Sabunçu rayonunda yerləşən 3 saylı ŞKX-nın yaxınlığında yaşayan Oleqin evinə getmişlər. O, “Haujue” markalı mopedi Oleqə göstərib həmin mopedi 500 manata satdığını demişdir. Həmçinin bildirmişdir ki, həmin moped dostuna məxsusdur, pul lazım olduğu üçün satır. Oleq isə maddi durumu zəif olduğu üçün qeyd edilən məbləğdə pulu verə bilməyəcəyini demiş və təklif etmişdir ki, qalsın onda, pulu düzəldərsə verər, düzəldə bilməzsə mopedi yenidən götürər. O da Oleq ilə razılaşmışdır. Həmçinin o, Oleqə bir ədəd də “Minsk” markalı moped olduğunu, onu necə sata biləcəyini bildirmiş və onun da hörmətini edəcəyini demişdir. Oleq də Abutalıb adlı şəxsin olduğunu, həmin mopedi ona göstərməyi təklif etmişdir. O da İlqar ilə birlikdə “Minsk” markalı mopedi idarə edərək Abutalıb adlı şəxsin yaşadığı evə getmişlər. “Minsk” markalı mopedi Abutalıba göstərmişlər, Abutalıb həmin mopedin kimə məxsus olduğunu soruşmuşdur. O da tanışına məxsus olduğunu, pul lazım olduğu üçün satdığını bildirmişdir. Bundan sonra həmin mopedi Abutalıba 350 manata satmışlar. Daha sonra həmin puldan 50 manat aparıb Oleqə vermişdir, qalan pulu isə İlqar ilə birlikdə xərcləmişlər. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, o, Bakı şəhəri, ünvan 7 ünvanında yaşayır.15 aprel 2021-ci il tarixdə saat 12 radələrində özünə məxsus “HAUJUE HJ İ25Y7” markalı motosikleti ilə ünvan 8 ünvanında yaşayan əmisigilə getmişdir. Motosikileti həmin ünvanın qarşısında saxlamışdır. Həmin gün gecəni orada qalmışdır. Səhəri gün, yəni 16.04.2021 -ci il tarixdə saat 12 radələrində o, öz yaşadığı evə getmək üçün çölə çıxmış və motosikletinin saxladığı yerdə olmadığını görmüşdür. O, ətrafı axtardıqdan sonra ona məlum olmuşdur ki, motosikleti oğurlanmışdır. Bundan sonra o, DİN-nin 102 xidmətinə zəng edib baş vermiş hadisə barəsində məlumat vermişdir. Bir müddətdən sonra o, polis şöbəsinə çağırılmış və orada ona motosikletinin tapıldığını bildirmişlər. Həmin vaxt o, motosikletinə baxmış və ona məlum olmuşdur ki, motosikletin 40 manat dəyərində sükanı, 35 manat dəyərində sükan altlığı, 35 manat dəyərində təkər qoruyucuları, 50 manat dəyərində arxa təkəri və 30 manat dəyərində qabaq əyləci qırılmışdır. Ümumulikdə ona 190 manat məbləğində ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxslərdən şikayətçidir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, o, özünə məxsus “Minsk D450” markalı mopedi ilə “Volt” şirkətində kuryer işləyir. 15.04.2021 -ci il tarixdə saat 15 radələrində o, mopedi yaşadığı ünvan 9 ünvanının qarısında saxlayıb şəxsi işləri ilə əlaqədar getmişdir. Həmin gün axşam o, evə gəlməmişdir. Səhəri gün, yəni 16.04.2021 -ci il tarixdə saat 14 radələrində o, yaşadığı evə gəlmişdir. Həmin mopedin yaşadığı mənzilin qarşısında olmadığını görmüşdür. Ətrafı və yaşadığı mənzilin həyətini axtardıqdan sonra ona məlum olmuşdur ki, mopedi oğurlanmışdır. Bundan sonra o, DİN-nin 102 xidmətinə zəng edib baş vermiş hadisə barəsində məlumat vermişdir. Polis bölməsinə şikayət etdikdən sonra ona məxsus moped tapılmışdır. Həmin vaxt ona məlum olmuşdur ki, mopedin 45 manat dəyərində sükanı, 90 manat dəyərində sükan altlığı, 55 manat dəyərində kilidlər, 35 manat dəyərində siqnalizasiya, 25 manat dəyərində mobil telefon üçün qoyulmuş tutacaq və 50 manat dəyərində naqillər sınmışdır. Ümumilikdə ona 300 manat məbləğində ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxslərdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində tanınaraq dindirilmiş Şahid1 Alcksandroviç ifadəsində bildirmişdir ki, Emin onun qonşusu olmuşdur, lakin uzun müddətdir ki, Emin başqa yerə köçdüyündən onunla heç bir əlaqəsi olmamışdır. 16.04.2021 -ci il tarixdə saat 12 radələrində Emin onun yaşadığı mənzilə gəlmişdir. Emin ona bir “Haujue” markalı mopedi göstərib tanışının olduğunu, pula ehtiyacı olduğu üçün təcili satdığını, istəsə ona sata biləcəyini demişdir. Emin həmin mopedi 500 manata satdığını bildirmişdir. O da Eminə hazırda o qədər pulunun olmadığını, pulu düzəldə bilsə götürəcəyini demişdir. Emin də ona həmin mopedin onda qalmasını, pulu düzəldə bilsə ona satacağını, düzəldə bilməsə də gəlib götürəcəyini demişdir. O da Emin ilə razılaşmışdır. Emin də həmin mopedi onun həyətinə qoymuşdur. Həmçinin Emin həmin vaxt ona bir ədəd də moped olduğunu bildirmiş və kimə sata biləcəyini soruşaraq əgər satılsa onun da hörmətini edəcəyini bildirmişdir. O da yaşadığı məhəllənin yaxınlığında qalan Abutalıb adlı şəxsə göstərməsini təklif etmişdir. Emin də markasını bilmədiyi mopedi aparıb Abutalıb adlı şəxsə satmışdır. Daha sonra Emin onun yanına gəlib mopedi Abutalıba 200 manata satdığını demiş və həmin puldan ona 50 manat pul vermişdir. 19.04.2021-ci il tarixdə polis əməkdaşları onun yaşadığı evə gəlib yaşadığı evdə oğurluq moped olduğunu bildirmişlər. O da həmin mopedin oğurluq olmasından xəbəri olmadığını bildirmiş və mopedi polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, uzun müddətdir motosiklet idarə edir və idarə etdiyi motosikletlə müxtəlif yerlərdə kuryer olaraq işləmişdir. Hal-hazırda da özünə məxsus “HAUJU 150” markalı 99-A-629 dövlət qeydiyyat nişanlı motosiklet ilə kuryer işləyir. Oleqi uzun müddətdir ki, tanıyır. 16.04.2021-ci il tarixdə saat təxminən 16 radələrində o, evdə olan zaman sonradan adının Emin olduğunu bildiyi şəxs onun yaşadığı evə gəlmişdir. Söhbət zamanı Emin onu Oleqin göndərdiyini və əlindəki mopedi satmaq istədiyini demişdir. O da həmin mopedi haradan əldə etdiyini və neçiyə satdığını soruşmuşdur. Emin bildirmişdir ki, xəstəsi var pul lazımdır, buna görə də satır. O da Emin ilə razılaşmış və həmin mopedi 350 manata Emindən almışdır. Sonra Emin oradan getmişdir. Həmin gündən bir neçə gün sonra polis bölməsindən ona zəng olunmuş və polis bölməsinə dəvət edilmişdir. Polis bölməsində ona məlum olmuşdur ki, Emin adlı şəxsin ona satdığı moped oğurluqdur. O da həmin mopedi polis əməkdaşlarına təhvil vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında” 19 aprel 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə ********* saylı cinayət işi başlanmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir. “Tutma haqqında” 19 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 19 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Tutma haqqında” 19 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 19 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 21 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 21 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. İfadənin yerində yoxlanılması və götürülməsi haqqında” 21 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsində dediklərini yerində göstərmiş və müəyyən edilmişdir ki, 16 aprel 2021-ci il tarixdə, saat 03 radələrində Nərimanov rayonu, Montin qəsəbəsində tanışı Təqsirləndirilən şəxs2 ilə oğurluq etmək qərarına gəlmişlər. Onlar birlikdə məhlələri gəzən zaman dəmir yolunun kənarında, yəni ünvan 10 ünvanındakı Zərərçəkmiş şəxs2 məxsus “Minsk” markalı mopedi oğurlamışlar, daha sonra saat 03640 radələrində ünvan 11 ünvanından Zərərçəkmiş şəxs1 məxsus “Hauju” markalı motosikleti oğurlamışlar. Daha sonra mopedi və motosikleti idarə edərək oradan uzaqlaşmışlar. İfadənin yerində yoxlanılması və götürülməsi haqqında” 21 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsində dediklərini yerində göstərmiş və müəyyən edilmişdir ki, 16 aprel 2021-ci il tarixdə, saat 03 radələrində Nərimanov rayonu, Montin qəsəbəsində tanışı Təqsirləndirilən şəxs1 ilə oğurluq etmək qərarına gəlmişlər. Onlar birlikdə məhlələri gəzən zaman dəmir yolunun kənarında, yəni ünvan 10 ünvanındakı Zərərçəkmiş şəxs2 məxsus “Minsk” markalı mopedi oğurlamışlar, daha sonra saat 03640 radələrində ünvan 11 ünvanından Zərərçəkmiş şəxs1 məxsus “Hauju” markalı motosikleti oğurlamışlar. Daha sonra mopedi və motosikleti idarə edərək oradan uzaqlaşmışlar. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 4(005)- 392/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 03 ay müddətinə həbs qismində qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 19 aprel 2021-ci il tarixdən hesablanması müəyyən edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 4(005)- 393/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 03 ay müddətinə həbs qismində qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 19 aprel 2021-ci il tarixdən hesablanması müəyyən edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə verilmiş 28 aprel 2021-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 mart 2019-cu il tarixli hökmü ilə AR CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib AR CM-nin 69.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla qəti olaraq 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrujm etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 09 ay 24 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, 19 mart 2021-ci il tarixdə cəza müddəti başa çatdığlndan şöbənin qeydiyyatından çıxarılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə verilmiş 28 aprel 2021-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Əzizbəyov Xalq Məhkəməsinin 25 oktyabr 1995-ci il tarixli hökmü ilə CM-nin 213-cü maddəsinin 2 hissəsi, 215, 38, 23-1 maddələrinə əsasən əməyə mütləq cəlb olunmaqla 03 il müddətə azadlıqdan şərti məhkum edilmiş, 04 iyul 1996-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 22 may 1996-cı il tarixli amnistiya qərarının 2-ci maddəsinə əsasən azad olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon Xalq Məhkəməsinin 24 sentyabr 1996-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 CM-nin 143-cü maddəsinin, 3 hissəsi ilə əmlakı müsadirə olunmaqla 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məhkəmənin 30 sentyabr 1997-ci il tarixli qərarı ilə o, 01 il 09 ay 27 gün əməyə mütləq cəlb olunmaqla şərti azad olunmuş, 06 fevral 1998-ci il tarixdə AR CM-nin 50-ci maddəsinə əsasən 01 il 04 ay vaxtından əvvəl şərti azad olunmuşdur. Bakı şəhəri Əzizbəyov Rayon Xalq Məhkəməsinin 02 oktyabr 1998-ci il tarixli hökmü ilə CM-nin 208-ci maddəsinin 1-ci hissəsi ilə hər ay qazancından 20% tutulmaqla 02 il müddətə islah işləri cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Xalq Məhkəməsinin 04 fevral 1999-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 CM-nin 93-3-cü maddəsinin 2-ci hissəsi, 213-cü maddəsinin 2-ci hissəsi, 38 və 39-cu maddələri ilə 04 il 04 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 01 iyun 2002-ci il tarixdə AR CM-nin 76-cı maddəsinə əsasən 01 il 03 gün vaxtından əvvəl şərti azad olunmşdur. Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 08 yanvar 2003-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 AR CM-nin 177.2.1 və 177.2.2-ci maddəsi ilə 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Əzizbəyov Rayon Məhkəməsinin 05 fevral 2008-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 AR CM-nin 234.1-ci maddəsi ilə 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 iyul 2009-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 AR CM-nin 234.2-ci maddəsi ilə 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 aprel 2014-cü il tarixli qərarı ilə o, cəzasının qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 24 iyul 2015-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 AR CM-nin 180.1 və 234.1-ci maddələri ilə təqsirli bilinib həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən qəti olaraq 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 iyul 2016-cı il tarixli qərarı ilə AR Milli Məclisinin 20 may 2016-cı il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 20 iyul 2017-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 08 ay 13 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, 04 aprel 2018-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 iyun 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 AR CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib AR CM-nin 67.1-ci maddəsinə əsasən qəti olaraq 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 24 avqust 2018-ci il tarixli qərarı ilə cəzası 03 ilə endirilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 avqust 2020-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 05 ay 13 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, 18 yanvar 2021-ci il tarixdə cəza müddəti başa çatdığından şöbənin qeydiyyatından çıxarılmışdır. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 23 iyun 2021-ci il tarixli, 9/2697 saylı rəyindən görünür ki, aparılmış ekspert təhqiqatı nəticəsində Bakı şəhərində yerləşən avtomağazalarda mövcud olan «www.turbo.az» və «www.avtomobil.az» milli internet saytlarının məlumtlarılna əsasən, tədqiq edilən hərəkət hissələrinin yaxşı saz vəziyyətdə olan, tam komplektli və təyinatı üzrə istifadəyə yararlı iki ədəd motosikletlərin, 16 aprel 2021ci il tarixə istismar müddətini və köhnəlməsini nəzərə alaraq respublika daxili orta bazar pərakəndə satış qiymətləri təxminən aşağıdakı kimi müəyyən edilir: -2019-cu il istehsalı, “Minsk D4 50” markalı tədqiq edilən mühərrik tutumu 49 kub/san qara rəngli morosikl 1600 manat; -2011-ci il istehsalı, “Haujue HJ 125 7 motosikl” markalı, 10-B-745 dövlət nömrə nişanlı tədqiq edilən mühərrik tutumu 125 kub/san qara rəngli motosikletin yuxarıda qeyd edilən qüsurları nəzərə alınaraq 900 manat. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. “Sübutların qiymətləndirilməsi barədə” 24 iyun 2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə 01 ədəd 2013-cü il istehsalı, “Haujue” markalı 10-B-745 dövlət nömrə nişanlı, 100 kub/metr mühərrik həcmi olan, qara rəngli motosiklet sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınması və həmin motosikletin sahibi Zərərçəkmiş şəxs1 geri qaytarılması, cinayət işi üzrə 01 ədəd 2019-cu il istehsalı “Minsk D450” markalı, 49 kub/metr mühərrik həcmi olan, qara rəngli moped sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınması və həmin mopedin sahibi Zərərçəkmiş şəxs2 qaytarılması qərara alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi təqsirləndirilən şəxslərin məhkəmə iclasında və ibtidai istintaq zamanı vermiş olduqları etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxslərin, habelə şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasi Ali Məhkəməsinin Plenumunun Qərarında göstərilir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Qərarda həmçinin qeyd edilir ki, «CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların hər birinin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.6-cı maddəsinə əsasən məhkəmə baxışı bir neçə təqsirləndirilən şəxs barəsində aparıldıqda müvafiq mahkəmənin hökmündə bu Məcəllənin 353.2.3-353.2.9, 353.3-353.5-ci maddələrində güstərilmiş məsələlər təqsirləndirilən şəxslərdən hər birinə dair ayrı-ayrılıqda qeyd edilir. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs1, məhkumluğu ödənilmədən və ya götürülmədən, yenidən qəsdən cinayət törətməsini məhkəmə cinayətlərin residivi və Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.3 və 83.4-cü maddələrinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluq ödənilmiş sayılır. Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Bununla da işdə olan sübutlarla isə təsdiq olunur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs1 ona istinad edilən cinayət əməlini, az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasından azad edildiyi gündən 2 il keçmədən törətmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 hazırki cinayət işi üzrə təqsirli hesab etdiyi cinayət əməlini törədənədək dəfələrlə mülkiyyət əleyhinə olan cinayətlər törətməyə görə məhkum olunması, təyin olunmuş cəzalara baxmayaraq Təqsirləndirilən şəxs1 islah yoluna qədəm qoymaması onun şəxsiyyətini mənfi səciyyələndirlən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi nəzərə alınmalı, cəzasını Azərbaycan Respublikası CMnın 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs2, məhkumluğu ödənilmədən və ya götürülmədən, yenidən qəsdən cinayət törətməsini məhkəmə cinayətlərin residivi və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.3 və 83.4-cü maddələrinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluq ödənilmiş sayılır. Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Bununla da işdə olan sübutlarla isə təsdiq olunur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs2 ona istinad edilən cinayət əməlini, az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasından azad edildiyi gündən 2 il keçmədən törətmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 hazırki cinayət işi üzrə təqsirli hesab etdiyi cinayət əməlini törədənədək əvvəl də mülkiyyət əleyhinə olan cinayət törətməyə görə məhkum olunmasını,həmin cinayətə görə təyin olunmuş cəzaya baxmayaraq Təqsirləndirilən şəxs2 islah yoluna qədəm qoymaması və cəzadan azad edilməsindən qısa müddət sonra yenidən eyni kateqoriya cinayət əməlini törətməsi onun şəxsiyyətini mənfi səciyyələndirlən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi nəzərə alınmalı, cəzasını Azərbaycan Respublikası CMnın 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Aparılmış ekspertiza tədqiqatının ümumi dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında bərabər bölünməklə hər birindən 25 (iyirmi beş) manat olmaqla tutulub dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut - 01 ədəd 2013-cü il istehsalı, “Haujue” markalı 10-B-745 dövlət nömrə nişanlı, 100 kub/metr mühərrik həcmi olan, qara rəngli motosikletin Zərərçəkmiş şəxs1, 01 ədəd 2019-cu il istehsalı “Minsk D450” markalı, 49 kub/metr mühərrik həcmi olan, qara rəngli mopedin isə Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X5 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 19 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 19 aprel 2021-ci il tarixdən hesablansın Aparılmış ekspertiza tədqiqatının ümumi dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında bərabər bölünməklə hər birindən 25 (iyirmi beş) manat olmaqla tutulub dövlət büdcəsinə (Büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 X1, kod 210005, VOEN **********, müxbir hesab AZE41 NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************) keçirilsin. İş üzrə maddi sübut - 01 ədəd 2013-cü il istehsalı, “Haujue” markalı 10-B-745 dövlət nömrə nişanlı, 100 kub/metr mühərrik həcmi olan, qara rəngli motosikletin Zərərçəkmiş şəxs1, 01 ədəd 2019-cu il istehsalı “Minsk D450” markalı, 49 kub/metr mühərrik həcmi olan, qara rəngli mopedin isə Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X5 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-322/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-322/2021
07.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver