Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-323/2021 25.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, X4 Etibar qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1995-ci ildə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 228.4 və 234.1ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq soyuq silahı əldə etmiş və gəzdirmiş, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, qanunsuz olaraq istifadəyə yararlı, soyuq silah hesab olunan, vurucu-əzici xassəyə malik kustar üsulla hazırlanmış 01 ədəd kasteti (beşbarmağı), həmçinin satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda ümumilikdə 3,576 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini istintaqa məlum olmayan tarixdə, vaxtda və şəraitdə naməlum mənbədən əldə edərək üzərində saxlamış, daşımış və gəzdirmişdir. Onun bu qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 17 fevral 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyataxtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 12:50-də ünvan 2 ünvanında yerləşən “Neon” şadlıq sarayının həyətində saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib gətirildikdən sonra həmin idarədə 17 fevral 2021-ci il tarixdə saat 16:34-dən etibarən onun üzərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 03 ədəd şəffaf sellofan bükümlərdə çıxarıb təqdim etdiyi ayrı-ayrılıqda təmiz çəkiləri 0,937 qram, 1,631 qram və 1,008 qram olmaqla, ümumilikdə 3,576 qram təmiz çəkidə kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin və onun əynindəki şalvarının arxa sağ cibindən çıxarıb təqdim etdiyi, istifadəyə yararlı, soyuq silah hesab olunan, vurucu-əzici xassəyə malik kustar üsulla hazırlanmış həmin 01 ədəd kastet (beşbarmaq) aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 17 fevral 2021-ci il tarixdə saat təxminən 13 radələrində Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Neon” şadlıq sarayının həyətində dayandığı vaxt ona tərəf bir neçə nəfər mülki geyimli şəxslər yaxınlaşmış və onu saxlamışlar. Həmin şəxslər özlərini təqdim edib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ona saxlanılmasının səbəbini izah edib demişlər ki, onun qanunsuz şəkildə narkotik və psixotrop maddələrin satışı və dövriyyəsi ilə məşğul olması, qanunsuz soyuq silah əldə edib üzərilərində gəzdirməsi barədə məlumatları olduğu üçün şübhəli şəxs qismində onlarla birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getməlidir. Həmin vaxt onun üzərində üç ədəd bükümdə heroinlə yanaşı həm də bir ədəd beşbarmaq aləti olmuşdur. Polis əməkdaşlarının dəvəti ilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gəlmiş və şübhəli şəxs kimi tutulmuşdur. Müdafiəsi üçün vəkil də dəvət olunub ona təqdim olunmuş və üzərində videoçəkilişlə şəxsi axtarış aparılacağı bildirilmişdir. O, etiraz etməmiş və həmin idarədə otaqların birində vəkilin iştirakı ilə polis əməkdaşları tərəfindən videoçəkiliş edilməklə üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı polis əməkdaşları ona təklif etmişlər ki, üzərində qanunsuz saxlanılan əşya, predmet, maddə varsa çıxarıb təqdim etsin. O, üzərində bir ədəd beşbarmaq aləti və üç büküm narkotik maddə heroin olduğunu bildirmiş, polis əməkdaşlarının təklifinə əsasən əynindəki göy rəngli cins şalvarının sağ yan cibində saxladığı həmin üç ədəd heroin bükümlərini, şalvarının arxa sağ cibində olan beşbarmaq alətini, həmçinin mobil telefonunu və 17 manat şəxsi pulunu çıxardıb təqdim etmişdir. Polis əməkdaşları həmin bükümləri açıb içərisindəki narkotik vasitə heroini aşkar etmiş, gümüşü rəngli beşbarmaq alətinə də baxmışlar, özündən bu barədə soruşduqda həmin heroin bükümlərini bir gün qabaq axşam saatlarında Bakı şəhəri, Nərimanov rayonu ərazisində “Ömər” adlı üzdən tanıdığı şəxsdən əldə etdiyini, özü istifadə etmək üçün saxladığını etiraf etmişdir. Həmin beşbarmaq alətini isə özü əvvəllər Bakı şəhəri, Pirşağı qəsəbəsində dəniz kənərında gəzərkən təsadüfən tapmış, maraq üçün götürüb həmin vaxtdan özündə saxlamışdır. Polis əməkdaşları ondan aşkar olunmuş həmin beşbarmağı və heroin bükümlərini də götürüb zərfə qoyaraq qablaşdırmışlar. 17 manat pulu özünə qaytarılmış, “Xiaomi Redmi” markalı mobil telefonu isə iş üzrə əhəmiyyətli olduğundan götürülmüşdür. Polis əməkdaşları bütün bu prosesi videoçəkilişlə həyata keçirmiş, sonra isə bu barədə protokol yazıb tərtib etmiş, özü də həmin protokolu imzalamışdır. Üzərindən aşkar edilmiş beşbarmaq aləti ilə heç bir hadisə törətməmişdir. Narkotik vasitə heroini də özü qəbul etmək üçün üzərində saxlamışdır, həmin heroini heç kimə satmaq və ya vermək məqsədi olmamışdır. Törətdiyi əməldən peşmandır. Yekunda əməlindən peşman olduğunu bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid5 ifadəsində göstərmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 17 fevral 2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu ərazisində Təqsirləndirilən şəxs saxlanılması ilə bağlı keçirilmiş əməliyyat-axtarış tədbirində, eləcə də həmin şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması prosesində bilavasitə iştirak etmişdir. Belə ki, 17 fevral 2021-ci il tarixdə xidmət etdiyi Baş idarəyə Aydın Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik və psixotrop maddələr, habelə soyuq silah əldə edib saxlaması, üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat Baş idarənin rəhbərliyinə raportla məruzə edilmiş, bundan sonra əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi qərara alınmışdır. Bu məqsədlə əməliyyat qrupu yaradılmış, qrupa rəhbərlik Şahid6 həvalə olunmuşdur. O və əməliyyat qrupunun digər üzvləri həyata keçirdikləri əməliyyat-axtarış tədbiri zamanı həmin gün, yəni 17 fevral 2021-ci il tarixdə saat 12:50-də şəxsləri ünvan 2 ünvanında yerləşən “Neon” şadlıq sarayının həyətində müəyyən edib dərhal saxlamışlar. Təqsirləndirilən şəxs saxlayıb xidməti vəsiqələrini göstərməklə özlərini onlara təqdim etmiş, sorğu sual zamanı saxlanılan təqsirləndirilən şəxs də özünü təqdim edib, anket məlumatlarını söyləmişdir. Onu əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla da tanış etmiş və dərhal da həmin şəxsi özləri ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edib gətirmişlər. Baş İdarənin inzibati binasına gətiriləndən sonra Təqsirləndirilən şəxs Baş İdarənin xüsusilə mühüm işlər üzrə baş təhqiqatçısı Mirata Seyidov tərəfindən şübhəli şəxs qismində tutulmuş, onun hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilib ona təqdim olunmuşdur. Bundan sonra özü də daxil olmaqla əməliyyat qrupunun digər üzvlərinin və vəkilin iştirakları ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış və götürmə hərəkəti aparılmağa başlanmış, bu proses başlanmazdan əvvəl prosesi həyata keçirən xüsusilə mühüm işlər üzrə baş təhqiqatçı Mirata Seyidov tərəfindən həmin şəxsə hüquq və vəzifələri izah olunmaqla müvafiq qərar da ona elan olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunsuz saxlanılan əşya, predmet, maddə varsa çıxarıb təqdim etsin. Təqsirləndirilən şəxs da bildirmişdir ki, üzərində özünün bir ədəd beşbarmaq aləti və narkotik maddə heroin vardır. Bunu deyərək Təqsirləndirilən şəxs əynindəki şalvarın cibindən 03 ədəd bükümlərdə heroinə bənzər maddələri, şalvarının arxa cibindən isə dəmir materialdan olan beşbarmaq alətini, gödəkçəsinin sağ iç cibindən isə özünün bir ədəd “Xiaomi Redmi” markalı mobil telefonunu, eləcə də 17 manat şəxsi pulunu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bükümlər də açılıb baxış keçirildikdə hər birinin içərisində kəskin iyli, qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər maddə olduğu aşkar edilmişdir. Gümüşü rəngli beşbarmaq alətinə də baxış keçirilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, özü həmin heroin bükümlərini bir gün qabaq axşam saatlarında Bakı şəhəri, Nərimanov rayonu ərazisində “Ömər” adlı hansısa şəxsdən öz istifadəsi üçün almış və üzərində saxlamışdır. Beşbarmaq alətini isə əvvəllər özü Bakı şəhəri, Pirşağı qəsəbəsində dəniz kənərında gəzərkən təsadüfən tapmışdır. Təqsirləndirilən şəxs üzərində əlavə şəxsi axtarış edilərkən ondan başqa qanunsuz heç bir əşya, predmet aşkar olunmamışdır. Aşkar edilmiş həmin beşbarmaq aləti və heroinə bənzər maddələr olan bükümlər qablaşdırılmış, 17 manat pul Təqsirləndirilən şəxs özünə qaytarılmış, lakin mobil telefonu iş üzrə əhəmiyyət kəsb edə biləcəyindən götürülmüşdür. Sonda şəxsi axtarış və götürmə hərəkətləri başa çatmış elan olunaraq videoçəkiliş dayandırılmış, həyata keçirilmiş bu prosesə və aşkar edilənlərə dair protokol yazılaraq iştirakçılara ucadan oxunmuş, bütün iştirakçılar da həmin protokolu imzalamışdır. Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbiri zamanı saxlanılarkən, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilərkən və yaxud orada olarkən ona qarşı heç bir təzyiq, zorakılıq, digər qanunsuz hərəkətlər edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Şahid6 və Şahid3 iş üzrə digər Şahid5 ifadəsinə oxşar məzmunlu ifadə verərək sonuncunun dediklərini təsdiq etmişlər. İttiham aktının siyahısında şahid qismində göstərilmiş X3, Şahid1 və Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə xəbər verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iclasında X3, Şahid1 və Şahid2 ibtidai istintaq zamanı verdikləri ifadələri elan olunarkən məlum oldu ki, onlar iş üzrə digər Şahid5 ifadəsinə oxşar məzmunlu ifadə verərək sonuncunun dediklərini təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 17 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:50-də şübhəli şəxs qismində tutulmuşdur; “Şəxsi axtarış və götürmə aparılması haqqında” 17 fevral 2021-ci il tarixli protokoldan Azərbaycan Respublikası Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin xüsusilə mühüm işlər üzrə təhqiqatçısı X2 idarənin əməkdaşlarının, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçinin iştirakları ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində saat 16:34-də şəxsi axtarış və götürmə aparmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş əsasında həyata keçiriləcəyi barədə məlumat verildi, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, odlu silahı, döyüş sursatları və soyuq silahı, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarının cibində beşbarmaq adlı dəmir predmet və narkotik vasitə heroin olduğunu bildirib, əynində olan göy rəngli cins şalvarının sağ yan cibində olan 03 ədəd şəffaf sellofan bükümü, şalvarının arxa sağ cibində olan dəmir predmeti, gödəkçəsinin sağ iç cibində olan 01 ədəd “Xiomi Redmi” markalı mobil telefonu və şalvarının sağ arxa cibində olan 17 manat pulu çıxarıb təqdim etdi. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroinə oxşar maddələr olması müşahidə edildi. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi predmetə baxış zamanı məlum oldu ki, həmin predmet dəmir materiallıdır və gümüşü rəngdədir. Predmetin üzərində “DH-114” yazısı yazılmışdır. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 03 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroini 16 fevral 2021-ci il tarixdə axşam vaxtı Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “N.Nərimanov” metrostansiyasının yaxınlığında anket məlumatlarını dəqiq bilmədiyi “Ömər” adlı şəxsdən öz şəxsi istifadəsi üçün aldığını və narkotik vasitəni üzərində saxlayıb daşıdığını bildirdi. Bundan əlavə Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd dəmir predmeti Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində dəniz kənərından təsadüfən tapdığını, marağı olduğu üçün üzərində saxlayıb gəzdirdiyini bildirdi. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilmədi. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd dəmir predmet və narkotik vasitə heroinə oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalandı. Eyni zamanda aşkar edilmiş 17 manat pul iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarıldı. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “Xiaomi Redmi” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürüldü; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 fevral 2021-ci il tarixli 6/711 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №6” dairəvi möhür əksi olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri, adlar və imzalar qeyd edilmiş bir ədəd kağız paketin içərisində üç ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,937 qram, 1,631 qram və 1,008 qram - ümumi təmiz çəkisi 3,576 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə birbiri ilə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin ümumi təmiz çəkisi 3,576 qram, 0,12 qramı tədqiqata sərf edilmiş, 3,456 qramı qalıq qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat təşkil edir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-ballistik ekspertizasının 18 fevral 2021-ci il tarixli, 3/366 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş (Təqsirləndirilən şəxs üzərindən aşkar edlərək götürülmüş) 01 (bir) ədəd predmet kustar üsulla kastet (beşbarmaq) tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silahdır, istifadəyə yararlıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat təşkil edir; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-201/2021 nömrəli, 19 fevral 2021-ci il tarixli qərarından görünür ki, CM-in təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbetmənin əvvəli 17 fevral 2021-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay həddində həbs qətimkan tədbiri seçilmişdir; Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya Baş İdarəsi tərəfindən 26 fevral 2020-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Məhkəmə-narkoloji ekspertizasının 26.04.2021-ci il tarixli, 1265 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür; “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və təqsirləndirilən şəxslərin əməllərinin tövsif edilməsi haqqında” 28 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinə dair videogörüntünü özündə əks etdirən 01 ədəd DVD disk, şəxsi axtarış və götürmə aparılarkən aşkar edilib götürülmüş və ekspertiza tədqiqatından sonrakı ümumilikdə 3,456 qram qalıq çəkidə narkotik vasitə heroin və soyuq silah hesab edilən 01 ədəd kastet (beşbarmaq) iş üzrə maddi sübutlar hesab edilmişdir. Maddi sübutlardan şəxsi axtarış və götürmə aparılması prosesinə dair yaddaşında videogörüntü olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmış, ekspertiza tədqiqatından sonrakı ümumilikdə 3,456 qram çəkidə narkotik vasitə heroin və soyuq silah hesab edilən 01 ədəd kastet (beşbarmaq) isə saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlama kamerasına təhvil verilmişdir; Şəxsi axtarış və götürmə aparılması prosesinin həyata keçirilməsinə dair videogörüntünü özündə əks etdirən 01 ədəd DVD diskə məhkəmə istintaqı zamanı baxış keçirilərkən müəyyən edildi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 17 fevral 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı saxlanılmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılır, Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 03 ədəd şəffaf sellofan bükümlər və 01 ədəd kastetə (beşbarmağa) oxşar dəmir predmet təqdim edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 228.4 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 3,576 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. CM-in 228.4-cü maddəsinə əsasən qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla-üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun: 2-ci maddəsinin 6-cı bəndinə əsasən soyuq silah konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır; 3-cü maddəsinin İİ hissəsinin 11-ci bəndinə əsasən soyuq silahın idman obyektlərindən kənarda saxlanılması və istifadə edilməsi və vətəndaşlar tərəfindən əldə edilməsi qadağandır; 24-cü maddəsinə əsasən bu Qanunun müddəalarını pozmaqla odlu silahın, döyüş sursatının və soyuq silahın istehsalını, gətirilməsini, aparılmasını, idxalını, ixracını, satışını, əldə edilməsini, başqasına verilməsini, kolleksiya edilməsini, sərgisinin keçirilməsini, saxlanılmasını, gəzdirilməsini, daşınmasını, göndərilməsini, istifadə edilməsini, götürülməsini və ya məhv edilməsini həyata keçirən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri CM-in 228.4 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: - cinayəti etiraf etməsi və əməlindən peşman olmasını; - qeydiyyat və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Astara RİHB-nin Astara şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamə). İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 228.4 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 228.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 228.4 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və ona həmin maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti cəza müəyyən edilməli (CM-66.2), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, həbsdə saxlanıldığı 06 (altı) ay 08 (səkkiz) gün müddət (17 fevral 2021-ci il tarixdən 25 avqust 2021-ci il), azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə 1 (bir) il 16 (on altı) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli (CPM-162.1.2), iş üzrə maddi sübut - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlama kamerasına təhvil verilmiş 3,456 qram narkotik vasitə heroin və 01 ədəd kastet (beşbarmaq) məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1), Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 3 (üç) il 3 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 fevral 2021-ci il tarixdən 25 avqust 2021-ci il tarixədək həbsdə saxlanıldığı 06 (altı) ay 8 (səkkiz) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə 1 (bir) il 16 (on altı) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Astara rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində profilaktik qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlama kamerasına təhvil verilmiş 3,456 qram narkotik vasitə heroin və 01 ədəd kastet (beşbarmaq) məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 129 (yüz iyirmi doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №1(005)-323/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-323/2021
25.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver