Məhkəmə qərarları › İş №1(005)-325/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-325/2020

29.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-325/2020 29.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abbaslı Pərvanə Etibar qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçi – Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili X5, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1970-ci ildə Qazı-Məmməd şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Nərimanov rayonu, Dəmiryolu kənarı fərdi evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə təxminən saat 23 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Montin qəsəbəsi, Dəmiryolu kənarı fərdi evin həyətində qeyri-rəsmi birlikdə yaşadığı Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlərin gərginləşməsi nəticəsində aralarında yaranmış mübahisə zamanı sonuncunu əli və ayağı ilə başına və bədəninə, fincanla isə başına vuraraq G. Həsənovaya sol qaşın səthi əzilmiş yarası, sol gicgah nahiyəsinin hematoması, sağ bazu oynağının və sol budun qançırları ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən və ənsənin, sol təpə nahiyəsinin əzilmiş yaraları ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarətlər yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs oğlu ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2017-ci ildə tanış olmuş və birlikdə qeyri-rəsmi yaşamağa qərar vermişlər. xx.xx.2020-ci il tarixdə aralarında mübahisə baş vermiş, mübahisəyə səbəb onun Günelə həyat tərzi ilə bağlı məsləhətlər verməsi olmuşdur. Günel isə bundan sonra onu təhqir etməyə başlamış və oda əsəbiləşərək evdən çıxıb getmişdir. Daha sonra sakitləşərək evə qayıtdıqda Günel ilə mənzilin həyətində rastlaşmış, Günel yenidən onu təhqir etməyə başlamışdır. Bundan sonra Günel həyətdə olan stolun üzərində olan fincanı onun üzərinə atmış, həmin fincan onun əlinə və başına dəysə də hər hansı xəsarət yetirməmişdir. Bundan sonra oda əsəbiləşərək həmin fincanı Günelə tərəf atdıqda fincan Günelin başına və qaşına dəymişdir. Hadisə ümumilikdə 6-7 dəqiqə davam etmişdir. Lakin Zərərçəkmiş şəxs fincanla vurmaqdan başqa hər hansı üsulla təkrar vurmamış, xəsarət yetirməmişdir. Son olaraq etdiyi əməldən səmimi peşman olduğunu, zərər çəkmiş şəxslə barışıq əldə etdiyini və zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını qeyd edib məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Ceyhu qızı ifadəsində göstərmişdir ki, 2017-ci ildən etibarən Təqsirləndirilən şəxs ilə tanış olmuş və o gündən etibarən onunla qeyri-rəsmi yaşamağa başlamışdır. Fəxrəddinlə mütəmadi olaraq mübahisələri olmuş, bu mübahisələrə səbəb Fəxrəddinin işləməməsi olmuşdur. Sonuncu dəfə xx.xx.2020-ci il tarixdə saat təxminən 21 radələrində Fəxrəddinlə aralarında sözlü mübahisə baş vermiş, mübahisəyə səbəb onun işləməməsi olmuşdur. Mübahisədən sonra Fəxrəddin evi tərk etmiş, təxminən 2 saat sonra o, su doldurmaq üçün həyətə çıxarkən Fəxrəddin içkili vəziyyətdə həyətə daxil olmuş həyətdə olan zaman onların arasında yenidən mübahisə baş vermişdir. Mübahisə zamanı Fəxrəddin ayağı ilə onun diz nahiyəsindən vurub yıxmış, sonra sol göz nahiyəsindən yumruqla bir dəfə vurmuşdur. Sonra Fəxrəddin və o, həyətdə olarkən Fəxrəddin həyətdə olan stolun üzərindəki çay içmək üçün istifadə etdikləri fincan ilə onun başına bir dəfə vurmuş, bundan sonra huşunu itirmişdir. Fəxrəddinin əsəbləri sakitləşmədiyi üçün onun başından tutaraq bir dəfə divara vurmuşdur. Bundan sonra polislər gəlib onu və Fəxrəddini polis şöbəsinə aparmış, orada ona ilkin tibbi yardım göstərilmişdir. Sonda məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək göstərilənlərin yekun cəza təyin edilərkən nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində AR CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq istintaq aparılması üçün icraata qəbul edilmişdir. ( i.v. 1) Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi iləaparılan tibbi müayinə haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yüngül dərəcəli alkoqol sərxoşluq vəziyyəti aşkar edilmişdir. (i.v. 10) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 X6 492 nömrəli, xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - ənsənin, sol təpə nahiyəsinin əzilmiş yaraları, sol qaşın səthi əzilmiş yarası, sol gicgah nahiyəsinin şişkinlik halında əzilməsihematoması, sağ bazu oynağının və sol budun qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2020-ci il tarixdə və şəraitdə əmələ gələ bilərdi və qeyd olunan xəsarətlərdən ənsənin, sol təpə nahiyəsinin əzilmiş yaraları sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa Yüngül zərər vurmaya aiddir, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir.(i.v. 25-27); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 ünvanlanmış tələbnaməyə xx.xx.2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs oğlu Bakı Qornizonu Hərbi Tribunalının xx.xx.1994-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 143 M. 4 HİS: 145 m. 2 HİS. 1,2,6,7 BƏN: 220 M. 1 HİS: 220-2 M. 1 HİS. 38-ci maddələri ilə əmlakı müsadirə edilməklə 10 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa Rostov Vil. Aksay Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə 158 M 2 HİS. “B,Q” BƏN: 162 M 2 HİS: 162 M. 2 HİS: 69 M 3 HİS maddələrm ilə 06 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa Bakı şəhər Binəqədi rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 234.1: 93.1.4-cü maddələri ilə 01 il 06 ay azadlıqdan mehrum etmə cəzası təyin edilmişdir. Bundan başqa xx.xx.2019-cu il tarixdə Bakı şəhər Nərimanov RPİ tərəfindən Azərabycan Respublikası CM-nın 127.1-ci maddəsinə əsasən məsuliyyətə cəlb edilərək Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. (i.v. 50-52) “Əşyanın tanınmasının aparılması” haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə yerindən götürülmüş hündürlüyü 5 sm, eni 7 sm sınıdırlmış hissəsi, üzərində qadın cinsinə məxsus 02 nəfər şəxsin şəkili, “ love” və “Mənim Canlarım” sözləri, ümumi hündürlüyü 9.5 sm, diametrin 08 sm olan fincanı tanıyaraq Zərərçəkmiş şəxs qızma məhz həmin fincanla xəsarət yetirilməsini bildirmişdir. ( i.v. 67-69) Maddi sübut kimi tanınma haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, xx xxxx 2020-ci il tarixdə “hadisə yerinə baxış keçirilməsi haqqında” protokol tərtib edilərkən hadisə yerindən götürülmüş hündürlüyü 5 sm, eni 7 sm sınıdırlmış hissəsi, üzərində qadın cinsinə məxsus 02 nəfər şəxsin şəkili, “ love” və “Mənim Canlarım” sözləri, ümumi hündürlüyü 9.5 sm, diametrin 08 sm olan fincan iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və məhkəmə baxışınadək saxlanılması üçün Nərimanov RPİ-nin əşyaların saxlanması anbarına təhvil verilmişdir. ( i.v. 73-74) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. ( i.v. 85-86) Qətimkan tədbirinin seçilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərardan və eyni tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. ( i.v. 99-101) Zərərçəkmiş şəxs Nərimanov RPİ-nə ünvanlandığı xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş maddi və mənəvi zərərin ödənildiyini, bu səbəblə də cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. ( i.v. 109) Hacıqabul şəhər İƏD üzrə nümayəndəliyinin Təqsirləndirilən şəxs barəsində vermiş olduğu xx.xx.2020-ci il tarixli xasiyyətnamədən görünür ki, onun barəsində Hacıqabul şəhər X7 üzrə nümayəndəliyinə müsbət rəy daxil olmamışdır. ( i.v. 111) Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə AR CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamın və barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilməməsi və s. qərara alınmışdır. ( i.v.112-118) Zərərçəkmiş şəxs məhkəmə iclasında vermiş olduğu xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, onu bağışladığını, barəsində heç bir şikayət və tələbinin olmadığını, yekun cəza təyin edilərkən göstərilən halların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham aktında qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma-min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, cinayət işinin materiallarının 59-60 vərəqələrində olan “material üzrə cinayət təqibinə xitam verilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə toplanılmış material üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsinə əsasən xitam verilmişdir. Azərbaycan Respubliksaı Cinayət Məcəlləsinin 72-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Qanunvericiliyin bu tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs artıq bir dəfə xx xxxxxxxx 2019-cu il tarixdə cinayət Məcəlləsinin 73-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edildiyinə görə o, təkrar olaraq zərər çəkmiş şəxsin onunla barışması səbəbi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair hazırki cinayət işi üzrə məsuliyyətdən azad edilə bilməz. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsin onunla barışmasını və ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınan və Nərimanov RPİ-də saxlanılan - hadisə yerindən götürülmüş hündürlüyü 5 sm, eni 7 sm sınıdırılmış hissəsi, üzərində qadın cinsinə məxsus 02 nəfər şəxsin şəkili, “ love” və “Mənim Canlarım” sözləri, ümumi hündürlüyü 9.5 sm, diametrin 08 sm olan fincan məhv edilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1000 (bir min) manat miqdarında cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınan və Nərimanov RPİ-də saxlanılan - hadisə yerindən götürülmüş hündürlüyü 5 sm, eni 7 sm sındırılmış hissəsi, üzərində qadın cinsinə məxsus 02 nəfər şəxsin şəkili, “Love” və “Mənim Canlarım” sözləri, ümumi hündürlüyü 9.5 sm, diametrin 08 sm olan fincan məhv edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar