Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-327/2020 20.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum tarixdə və şəraitdə qanunsuz olaraq bir ədəd keçmiş SSRİ-də 1954-cü ildə zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibrli, yivli odlu, texniki cəhətdən saz və atəş açmaq üçün yararlı, Makarov konstruksiyalı tapança hesab edilən nömrə hissəsi silinmiş vəziyyətdə olan silahı, həmin silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan, texniki cəhətdən saz, bircərgəli və 8 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş bir ədəd sandığı, zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı və.s həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, istifadəyə və atəş üçün yararlı, döyüş sursatı hesab edilən 06 ədəd patronu qanunsuz olaraq əldə edib, daşıyaraq, üzərində saxlamaqla gəzdirmiş, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 19:50-də Sumqayıt şəhəri, Y15-ci məhəllə, H.Əliyev prospektində yerləşən Nəriman Nərimanov büstünün yaxınlığında saxlanılaraq BMCMİ-nin inzibati binasına gətirilmiş, üzərində şəxsi axtarış aparılan zaman qanunsuz olaraq əldə edib, əynində olan qara rəngli cins materiallı şalvarının arxa tərəfində, kəmər hissəsində gizlədib saxlamaqla gəzdirdiyi bir ədəd keçmiş SSRİ-də 1954cü ildə zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibrli, yivli odlu, texniki cəhətdən saz və atəş açmaq üçün yararlı, Makarov konstruksiyalı tapança hesab edilən nömrə hissəsi silmiş vəziyyətdə olan silah, həmin silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan, texniki cəhətdən saz, bircərgəli və 8 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş bir ədəd sandıq, əynində olan qara rəngli cins şalvarın ön sol yan cibindən zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı və.s həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, istifadəyə və atəş üçün yararlı, döyüş sursatı hesab edilən 06 ədəd patronlar aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Sumqayıt şəhərində dənizkənarında gəzərkən yerdən bir ədəd Makarov tipli tapança və sandıqçasında 6 ədəd patron olmasını görmüş və patronları ilə birlikdə həmin tapançanı götürərək özündə saxlamış və yaşadığı evdə gizlətmişdir. Lakin ailə üzvlərinin silahdan və patronlardan heç bir məlumatı olmamışdır. Çünki həmin silahı və patronları heç kəsin görməyəcəyi yerdə gizlətmişdir. Silaha hər zaman həvəsi olmuşdur. xx xxxx 2020-ci il tarixdə tapançanı patronlarla birlikdə üzərində götürüb Sumqayıt şəhəri, N.Nərimanovun büstünün yaxınlığında hərəkətdə olarkən bir neçə mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin işçiləri olduqlarını bildirmişlər. Bundan sonra polis əməkdaşları onun odlu silah və döyüş sursatını üzərində saxlamaqla gəzdirməkdə şübhəli olduğunu bildirib baş idarəyə dəvət etmişlər. Baş İdarəyə gəldikdən sonra onun hüquqlarının müdafiə edilməsi məqsədi ilə ona vəkil təqdim olunmuşdur. Bundan sonra ona odlu silah və döyüş sursatını üzərində saxlamaqla gəzdirməkdə şübhəli bilindiyini və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə üstünə şəxsi axtarış və götürmə keçiriləcəyi bildirilmişdir. Etiraz etmədikdən sonra videoçəkilişlə üstünə şəxsi axtarış və götürmə keçirilmişdir. Üzərində qanunsuz əşya, odlu silah, döyüş sursatı və sair bu qism əşya varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bundan sonra masaya doğru yaxınlaşıb əynində olan qara rəngli cins materiallı şalvarının ön sol yan cibindən 05 ədəd patronu, 01 ədəd telefonu, şalvarının ön sağ yan cibindən şəxsiyyət vəsiqəsini, şalvarının arxa sağ yan cibindən pul vəsaitini, şalvarının arxa tərəfində kəmər hissədə gizlədib saxladığı bir ədəd “Makarov” tipli tapançanı masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış zamanı şalvarının ön sol yan cibindən əlavə 01 ədəd patron da aşkar olunmaqla, üzərindən başqa kənar əşya və maddə aşkar olunmamışdır. Daha sonra ona şalvarının ciblərini tam olaraq göstərməsi və ayaqqabılarını çıxarmağı təklif edilmişdir. Üzərindən və paltarından başqa qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Təqdim etdiyi pul vəsaitinin 1 ədəd 100 manat, 1 ədəd 20 manat və 2 ədəd 1 manatlıq pul əskinası olmaqla ümumilikdə 122 manat pul vəsaiti olması müəyyən olunmuş, pul vəsaiti əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Təqdim etdiyi mobil telefon barədə soruşulduqda telefonun “Samsung” markalı olduğunu və özünə məxsus olduğunu bildirmişdir. Mobil telefon və şəxsiyyət vəsiqəsi araşdırma üçün əhəmiyyət kəsb etdiyindən saxlanılmışdır. Bundan sonra təqdim etdiyi “Makarov” tipli tapançaya baxış keçirildikdə üzərində yazıların pozulduğu məlum olmuşdur. Tapançanın sandıqçası çıxarılmış və içinin boş olduğu məlum olmuşdur. Təqdim etdiyi patronlara baxış zamanı ümumilikdə 06 ədəd olduğu müəyyən edilmişdir. Bundan sonra tapança boş olub-olmaması məqsədi ilə yoxlanılmış və boş olduğu aşkar edilmişdir. “Makarov” tipli tapançanı patronları ilə birlikdə Sumqayıt şəhərində dəniz kənarından tapdığını və odlu silah gəzdirməyə həvəsi olduğundan üzərində gəzdirdiyini bildirmişdir. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 bildirmişdir ki, xx xxxx 2020-ci il tarixdə “Rəfael” adlı şəxsin odlu silah və döyüş sursatı əldə edərək saxlamaqla gəzdirməsi barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Həmin məlumat əsasında keçirilən əməliyyat tədbirləri nəticəsində “Rəfael” adlı şəxsin şəxsiyyəti müəyyən edilərək onun xx.xx.1987-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Təqsirləndirilən şəxs Laçı oğlu olması müəyyən edilmişdir. Həmin məlumatın yoxlanılması məqsədi ilə Baş İdarənin rəisinə raportla məruzə etmişdir. İcazə verildikdən sonra həmin şəxsin ətrafında əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul etmişdir. Daha sonra həmin məlumatın yoxlanılması üçün 2 nəfərdən yəni, ondan və əməliyyat müvəkkili Şahid2 ibarət qrup yaradılmışdır. Həmin qrupa o rəhbərlik etmişdir. Təqsirləndirilən şəxs yerinin müəyyən edilməsi istiqamətində tədbirləri davam etdirmişlər. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 15-ci məhəllə, H.Əliyev prospektində yerləşən Nəriman Nərimanovun büstünün yaxınlığında olması müəyyən edilmiş və Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 19:50-də yuxarıda qeyd edilən ünvanının yaxınlığında saxlanılmışdır. Həmin vaxt onlar özlərini təqdim edərək onun qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edib, saxlamaqla üzərində gəzdirməsi barədə məlumat daxil olduğunu, bu məqsədlə Baş İdarəyə gedib üzərində şəxsi axtarış aparılacağını bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla razılaşıb Baş İdarəyə gəlmişdir. Baş İdarədə Təqsirləndirilən şəxs müdafiəçi təyin edilmişdir. Müdafiəçi gəldikdən sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində odlu silahı və döyüş sursatını əldə edərək saxlayaraq gəzdirməkdə şübhəli bilindiyi və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə onun üstünün yoxlanılacağı və üzərində olan əşyalara baxış keçiriləcəyi bildirilmişdir. O, buna etiraz etmədiyini, üstünün yoxlanmasına razı olduğunu bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmə videoçəkiliş aparılmaqla həyata keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qəbul edilmiş qərarla tanış edildikdən sonra ona daxil olmuş məlumatla əlaqədar üzərində qanunsuz əşya, odlu silah və ya döyüş sursatı varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb əynində olan qara rəngli cins şalvarının ön sol yan cibindən 05 ədəd patronu, 01 ədəd telefonu, şalvarının ön sağ yan cibindən şəxsiyyət vəsiqəsini, şalvarının arxa sağ yan cibindən pul vəsaitini, şalvarının arxa tərəfində kəmər hissədə gizlədib saxladığı bir ədəd “Makarov” tipli tapançaya bənzər əşyanı masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış zamanı şalvarının ön sol yan cibindən əlavə 01 ədəd patron da aşkar olunmaqla götürülmüşdür. Lakin bundan başqa üzərindən başqa kənar əşya və maddə aşkar olunmamışdır. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şalvarının ciblərini tam olaraq göstərməsi və ayaqqabılarını çıxarması təklif edilmişdir. Təqsirləndirilən şəxs təhqiqatçının dediklərini etmişdir, lakin üzərindən və paltarından başqa qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi pul vəsaitinin 1 ədəd 100 manat, 1 ədəd 20 manat və 2 ədəd 1 manatlıq pul əskinası olmaqla ümumilikdə 122 manat pul vəsaiti olması müəyyən olunmuşdur. Lakin pul vəsaiti iş üçün sübut əhəmiyyəti kəsb etmədiyindən təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Təqdim olunan mobil telefon barədə soruşulduqda Təqsirləndirilən şəxs telefonun “Samsung” markalı olduğunu və özünə məxsus olduğunu bildirmişdir. Mobil telefon və özünə aid şəxsiyyət vəsiqəsi araşdırma üçün əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi “Makarov” tipli tapançaya bənzər əşyaya təhqiqatçı tərəfindən baxış keçirildikdə üzərində yazıların pozulduğu məlum olmuşdur. Tapançaya bənzər əşyanın sandıqçası təhqiqatçı tərəfindən çıxarılmış və içinin boş olduğu məlum olmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi patronlara baxış zamanı ümumilikdə 06 ədəd olduğu müəyyən edilmişdir. Bundan sonra tapança təhqiqatçı tərəfindən boş olub-olmaması məqsədi ilə yoxlanılmış və boş olduğu aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs “Makarov” tipli tapançanı patronları ilə birlikdə Sumqayıt şəhərində dəniz kənarından tapdığını və odlu silah gəzdirməyə həvəsi olduğundan üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin odlu silahdan istifadə etmədiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd “Makarov” tipli tapançaya bənzər əşya və 06 ədəd patronlar özünün iştirakı ilə müvafiq qaydada bir ədəd zərfdə qablaşdırılaraq DİN-nin «6 saylı» möhürü ilə möhürlənmiş, o və Təqsirləndirilən şəxs digər iştirakçılarla birlikdə həmin qablaşdırmanın üzərinə imza etmişlər. Daha sonra təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmənin, həmçinin şəxsi axtarış və götürmənin keçirilməsinin nəticələrinə dair protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş, protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi hər kəsə izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edildiyi üçün digər iştirakçılar ilə birlikdə o da imzasıyla təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 digər Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin 22-ci vərəqində olan “Şübhəli şəxsin tutulması haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 19.50-də Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 30-32-ci vərəqələrində olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Baş Mütəşəkkil Cinayətkarlıqla X3 bölməsinin baş təhqiqatçısı X7, Baş Mütəşəkkil Cinayətkarlıqla X4 qruplaşmalara qarşı mübarizə idarəsinin baş əməliyyat müvəkkili Şahid1, Şahid2 və Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X5 iştirakları ilə həmin protokolu tərtib etmişdir ondan ötrü ki, şəxsi axtarış və götürmə xx.xx.2020-ci il tarixdə saat 21:00-da «Samsung» markalı telefon vasitəsi ilə videoçəkiliş aparılmaqla həyata keçirilməyə başlanıldı. Təqsirləndirilən şəxs tərəfindən əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qəbul edilmiş qərarla tanış edildikdən sonra ona təklif edildi ki, daxil olmuş məlumatla əlaqədar üzərində qanunsuz əşya, odlu silah və ya döyüş sursatı varsa könüllü olaraq təqdim etsin. Şübhəli şəxs masaya doğru yaxınlaşıb əynində olan qara rəngli cins materiallı şalvarının ön sol yan cibindən 05 ədəd patronu, 01 ədəd telefonu, şalvarının ön sağ yan cibindən şəxsiyyət vəsiqəsini, şalvarının arxa sağ yan cibindən pul vəsaitini, şalvarının arxa tərəfində kəmər hissədə gizlədib saxladığı bir ədəd “Makarov” tipli tapançaya bənzər əşyanı masanın üzərinə qoymaqla təqdim etdi. Bundan sonra onun üzərinə şəxsi axtarış zamanı şalvarının ön sol yan cibindən əlavə 01 ədəd patron da aşkar olunmaqla, üzərindən başqa kənar əşya və maddə aşkar olunmadı. Daha sonra şübhəli şəxsə şalvarının ciblərini tam olaraq göstərməsi və ayaqqabılarını çıxarması təklif edildi. O, deyilənləri etdi, üzərindən və paltarından başqa qanunsuz əşya və ya maddə aşkar olunmadı. Şübhəli şəxsin təqdim etdiyi pul vəsaitinin 1 ədəd 100 manat, 1 ədəd 20 manat və 2 ədəd 1 manatlıq pul əskinası olmaqla ümumilikdə 122 manat pul vəsaiti olması müəyyən olundu, pul vəsaiti əhəmiyyət kəsb etmədiyindən özünə qaytarıldı. Təqdim olunan mobil telefon barədə soruşulduqda şübhəli şəxs telefonun “Samsung” markalı olduğunu və özünə məxsus olduğunu bildirdi. Mobil telefon və özünə aid səxsiyyət vəsiqəsi araşdırma üçün əhəmiyyət kəsb etdiyindən saxlanıldı. Bundan sonra şübhəli şəxsin təqdim etdiyi “Makarov” tipli tapançaya bənzər əşyaya baxış keçirildikdə üzərində yazıların pozulduğu məlum oldu. Tapançaya bənzər əşyanın sandıqçası çıxarıldı və içinin boş olduğu məlum oldu. Şübhəli şəxsin təqdim etdiyi patronlara baxış zamanı ümumilikdə 06 ədəd olduğu müəyyən edildi. Bundan sonra tapança boş olub-olmaması məqsədi ilə yoxlanıldı və boş olduğu aşkar edildi. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs “Makarov” tipli tapançaya bənzər əşyanı patronları ilə birlikdə təxminən bir həftə əvvəl Sumqayıt şəhərində dəniz kənarından tapdığını və odlu silah gəzdirməyə həvəsi olduğundan üzərində gəzdirdiyini bildirdi. Şübhəli şəxs həmçinin odlu silahdan istifadə etmədiyini bildirdi. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd “Makarov” tipli tapançaya bənzər əşya və 06 ədəd patronla özünün iştirakı ilə tərəflərindən müvafiq qaydada bir ədəd zərfdə qablaşdırılaraq DİN-nin «6 saylı» möhürü ilə möhürləndi və Təqsirləndirilən şəxs iştirakçılarla birlikdə qablaşdırmanın üzərinə imza etdilər. Şübhəli şəxsin üzərinə keçirilən şəxsi axtarış və götürmə xx.xx.2020-ci il tarixdə saat 21:20 radələrində başa çatdı və videoçəkiliş dayandırıldı. Bundan sonra şəxsi axtarış və götürmənin, həmçinin şəxsi axtarış və götürmənin keçirilməsinin nəticələrinə dair tərəfindən protokol tərtib olundu, protokol iştirakçılara ucadan oxundu, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olundu. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadı. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edildi. Baxış keçirilməsi zamanı çəkilmiş videogörüntü bir ədəd DVD disk daşıyıcısına köçürülərək protokola əlavə edildi. Cinayət işinin 42-47-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-in X1 ballistik ekspertizasının xx xxxx 2020-ci il tarixli, 20/356R nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, 01 ədəd nömrəsi silinmiş silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 9 mm kalibrli, Makarov konstruksiyalı tapançadır, yivli odlu döyüş silahıdır, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində heç bir əlavə və dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 06 ədəd patronlar, zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı və.s həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır, istifadəyə və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd əşya, zavod üsulu ilə istehsal olunmuşdur, Makarov konstruksiyalı silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan darağıdır, texniki cəhətdən sazdır, bircərgəlidir və 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuşdur. Həmin rəyin qeyd hissəsindən görünür ki, təqdim edilmiş 06 ədəd 9 mm kalibrli patronlardan 03 ədədi eksperimental atəşlər zamanı istifadə olunmuşdur. Cinayət işinin 85-87-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-848/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə həbsdə saxlanılma müddətinin 03 (üç) ay müddətində müəyyən edilməsi, həbsetmənin əvvəlinin xx xxxx 2020-ci il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin 88-89-cu vərəqələrində olan “Maddi sübut kimi tanınma haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman aşkar olunaraq götürülmüş bir ədəd nömrəsi silinmiş, keçmiş SSRİ-də zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibrli, yivli odlu, texniki cəhətdən saz və atəş açmaq üçün yararlı, Makarov konstruksiyalı tapança hesab edilən silah, həmin silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan, texniki cəhətdən saz, bircərgəli və 8 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş bir ədəd daraq, zavod üsulu ilə istehsal olunmuş, 9x18 kalibrli olmaqla, həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı və s. həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, istifadəyə və atəş üçün yararlı, döyüş sursatı hesab edilən, tədqiqatlardan sonra 03 ədəd qalan patronların maddi sübut kimi tanınması və saxlanılması üçün Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin 103-105-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, sonuncu dəfə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1, 234.1, 263-1.1, 66.3-cü maddələri ilə təqsirli bilinib 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə hökm dəyişdirilərək 03 il nəqliyyat vasitələrini idarəetmə hüququnundan məhrum edilməklə 04 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 10 ay 03 gün vaxtından əvvəl şərti azad edilmişdir. Cinayət işinin 125-130-cu vərəqələrində olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(105)-196/2017 saylı qərarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmünün dəyişdirilməsi, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1, 234.1, 263-1.1-ci maddələri ilə təyin edilmiş 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasının Azərbaycan Respublikası CM-nin 66.4-cü maddəsinə əsasən həmin hökmlə Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təyin olunmuş 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququnundan məhrum etmə cəzası ilə tam toplanılmaq yolu ilə birləşdirilməsi və ona qəti olaraq 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququnundan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qərara alınmışdır. Cinayət işinin 131-133-cü vərəqələrində olan Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 7(003)-241/2019 saylı qərarından görünür ki, ərizənin təmin edilməsi, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü ilə təyin edilən, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı 04 il müddətə azadlıqdan məhrumetmə cəzasına qaldırılmış, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə 03 il 06 ay həddində müəyyən edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 10 (on) ay 3 (üç) gününü çəkməkdən şərti olaraq azad edilməsi qərara alınmışdır. Cinayət işinin 137-ci vərəqində olan Sumqayıt Şəhər 18 saylı MKİS tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 148-158-ci vərəqələrində olan “Sübutların qiymətlərindirilməsi, əmələ hüquqi qiymət verilməsi və cinayət işi materiallarından cinayət işinin ayrılması haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd DVD formatlı diskin maddi sübut kimi tanınması qərara alınmışdır. Cinayət işinin 164-cü vərəqində olan Təqsirləndirilən şəxs tərəfindən yazılaraq imzalanmış xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, o, barəsində araşdırma aparılan material üzrə baxış zamanı təqdim etdiyi 1 ədəd Samsung markalı mobil telefonu təhvil almışdır. Məhkəmə iclasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 1 ədəd DVD formatlı diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın arxa bel hissəsindən bir ədəd “Makarov” tipli tapança, 1 ədəd sandıqça (daraq) və 6 ədəd patronun aşkar edilərək götürülməsi müəyyən olundu. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə - iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx xxxx 2010-cu il tarixli qərarında göstərilmişdir ki, «odlu silah» anlayışı Azərbaycan Respublikasının 2004-cü il 10 sentyabr tarixli, 750-İİQ nömrəli Qanunla qoşulduğu X2 Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan «Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı» Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən «odlu silah» dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. Əntiq odlu silahlar və onların modelləri daxili qanunvericiliyə müvafiq olaraq müəyyən edilir. Lakin 1899-cu ildən sonra istehsal olunan odlu silahlar heç bir halda əntiq silahlara aid edilmir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanunu və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkərlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-nin 228-ci maddəsi çıxış edir.». “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1, 3, 5 və 6-ci bəndlərinə əsasən silah — canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir; mülki silah — özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır; döyüş sursatı - müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır. soyuq silah — konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır. Həmin Qanunun 3-cü maddəsinin İİ hissəsinin 1, 2 və 5-ci bəndlərinə əsasən xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında bu Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi; ictimai yerlərdə örtüksüz silahın gəzdirilməsi;xəncərlərin, beybutların, ov bıçaqlarının, əliçliklərinin, toppuzların, nunçakların, gürzlərin, beşbarmaqların və başqa zərbə-dağıdıcı təsirli əşyaların (idman alətləri istisna edilməklə) dövriyyəsi qadağandır. Həmin Qanunun 21-ci maddəsinin İİİ hissəsinə əsasən, mülki silah sahibi aşağıdakı vəzifələri yerinə yetirməlidir: 1) bu Qanunun tələblərinə əsasən əldə edilmiş silahı qeydiyyatdan keçirməli; 2) bu Qanunun tələblərinə əsasən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi silahın təyinatı üzrə istifadə edilməsi və daşınması qaydalarına əməl etməli. Nəhayət, «bu Qanunun müddəalarını pozmaqla odlu silahın, döyüş sursatının və soyuq silahın istehsalını, gətirilməsini, aparılmasını, idxalını, ixracını, satışını, əldə edilməsini, başqasına verilməsini, kolleksiya edilməsini, sərgisinin keçirilməsini, saxlanılmasını, gəzdirilməsini, daşınmasını, göndərilməsini, istifadə edilməsini, götürülməsini və ya məhv edilməsini həyata keçirən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar (Qanunun 24-cü maddəsi). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu (Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 7(003)-241/2019 saylı qərarı) hazırki cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. Beləliklə də, Azərbaycan Respublikası CM-nın 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 2 il müddətinin axımı onun Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 10 (on) ay 3 (üç) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edildiyi gündən, yəni xx.xx.2019-cu il tarixdən hesablanır. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini xx.xx.2020-ci il tarixdə törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yəni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur.». Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.3), cəza çəkməsinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman aşkar olunaraq götürülmüş bir ədəd nömrəsi silinmiş, keçmiş SSRİ-də zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibrli, yivli odlu, texniki cəhətdən saz və atəş açmaq üçün yararlı, Makarov konstruksiyalı tapança hesab edilən silah, həmin silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan, texniki cəhətdən saz, bircərgəli və 8 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş bir ədəd daraq, zavod üsulu ilə istehsal olunmuş, 9x18 kalibrli olmaqla, həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı və s. həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, istifadəyə və atəş üçün yararlı, döyüş sursatı hesab edilən, tədqiqatlardan sonra 03 ədəd qalan patronlar hökm qanun qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. İş üzrə maddi sübut olan təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman aşkar olunaraq götürülmüş bir ədəd nömrəsi silinmiş, keçmiş SSRİ-də zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibrli, yivli odlu, texniki cəhətdən saz və atəş açmaq üçün yararlı, Makarov konstruksiyalı tapança hesab edilən silah, həmin silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan, texniki cəhətdən saz, bircərgəli və 8 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş bir ədəd daraq, zavod üsulu ilə istehsal olunmuş, 9x18 kalibrli olmaqla, həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı və s. həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, istifadəyə və atəş üçün yararlı, döyüş sursatı hesab edilən, tədqiqatlardan sonra 03 ədəd qalan patronlar hökm qanun qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə maddi sübut olan təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun Bakı şəhəri “xxxxxxxxxxxx” ASC-nin Bakı şəhəri 1 nömrəli “Nəsimi” filialında olan hesabına (H/h AZ41AİİİB********************, Bank rekvizitləri: “xxxxxxxxxxxx” ASC-nin Bakı şəhəri 1 nömrəli “Nəsimi” filialı, VÖEN: **********, Kod: 200112) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-327/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-327/2020
20.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver