Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-327/2024 02.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abdurəhmanlı Pınar Zakir qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – “Qanunçuluq” Vəkil Bürosunun vəkili Ələkbər-zadə Faiq Zakir oğlunun, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, onun komplekt hissəsini və döyüş sursatlarını əldə etmiş, daşımış, saxlamış və gəzdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə bir ədəd nömrəsi silinmiş, lakin qoruyucuda 3450 rəqəmləri olan, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, 9 mm kalibrli, yivli odlu döyüş silahı hesab edilən Makarov konstruksiyalı tapançanı, zavod üsulu ilə istehsal olunmuş, istifadəyə və atəş üçün yararlı, 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı və s. həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab edilən 06 ədəd patronu və zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz, bir cərgəli və 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş, Makarov konstruksiyalı silahların komplekt hissəsi olan 01 ədəd darağı qanunsuz olaraq əldə edib özündə saxlayaraq, ünvan 2 ünvanına üzərində gəzdirməklə daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 17 aprel 2024-cü il tarixdə saat 11:35-də qeyd edilən ünvanda idarə etdiyi “Mercedes-Benz” markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman saxlanılaraq Bakı şəhəri, Nərimanov rayonu, Dəmirçizadə 7 ünvanında yerləşən Baş İdarəyə gətirilməklə orada həmin gün saat 13:45dən etibarən üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli şalvarın belinin sağ arxa nahiyəsindən bir ədəd nömrəsi silinmiş, lakin qoruyucuda 3450 rəqəmləri olan, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, 9 mm kalibrli, yivli odlu döyüş silahı hesab edilən Makarov konstruksiyalı tapança, zavod üsulu ilə istehsal olunmuş, istifadəyə və atəş üçün yararlı, 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı və s. həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab edilən 06 ədəd patron və zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz, bir cərgəli və 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş, Makarov konstruksiyalı silahların komplekt hissəsi olan 01 ədəd daraq aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, təxminən 5-6 il əvvəl Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizkənarı ərazidə gəzən zaman yerdə dəmir parçası olduğunu görmüşdür. Yaxınlaşıb baxdıqda onun Makarov tapançası olduğunu, onun darağını çıxarıb baxdıqda isə orada 06 ədəd patron olduğunu görmüşdür. Onun da silaha marağı yarandığından onu götürüb üzərində daşımaqla saxlamışdır. Həmin silahın kim tərəfindən atıldığını bilmir. O, 17 aprel 2024-cü il tarixdə saat 11:35-də ünvan 4 ünvanında idarə etdiyi “Mercedes-Benz” markalı **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman ona bir neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra polis əməkdaşları onu İdarəyə gətirmişlər. İdarədə üzərinə axtarış keçirilmiş, axtarış zamanı o üzərində gəzdirdiyi tapançanı polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra o idarə etdiyi avtomobilə baxış keçirilmiş, avtomobilindən heç bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Son olaraq əməlindən peşmançılıq çəkməsini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid ifadəsində göstərmişdir ki, 17 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatlarını əldə edib saxlaması və daşımaqla üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə BMCMİ-nin rəhbərliyinə raportla məruzə etmişdir. İcazə verildikdən sonra həmin şəxsin ətrafında əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul etmiş və həmin qərar rəhbərlik tərəfindən təsdiq edilmişdir. Daha sonra həmin məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs olduğu yer müəyyən edildiyindən ünvan 2 ünvanına gəlmişdir. Elməddin Abdullzadəyə oxşar şəxsin qeyd edilən ünvanın yaxınlığında “Mercedes” markalı **-CP-*** qeydiyyat nişanlı avtomobilin yanında olduğunu görüb 17 aprel 2024-cü il tarixdə saat 11:35-də həmin şəxsə yaxınlaşmışdır. Özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş və ondan anket məlumatlarını bildirməsini xahiş etmişdir. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra Elməddin Abdullzadəyə qanunsuz olaraq odlu silah və döyüş sursatlarını əldə edib saxlaması və daşımaqla üzərində gəzdirməsi barədə məlumat daxil olduğunu və buna görə də onlarla birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getmək lazım olduğunu bildirmişdir. Elməddin Abdullzadə isə etiraz etmədən razılaşıb onlarla birlikdə Baş İdarəyə gəlmişdir. Onun idarə etdiyi avtomobil isə Baş İdarənin duracağına yerləşdirilmişdir. Baş İdarədə Elməddin Abdullzadəyə müdafiəçilərin siyahısı təqdim edilmişdir. Müdafiəçi gəldikdən sonra Elməddin Abdullzadə şübhəli şəxs qismində tutulmuş, üzərində videoçəkilişlə şəxsi axtarış başlamışdır. Şəxsi axtarış zamanı Elməddin Abdullzadə şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edilmiş, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən odlu silah və döyüş sursatları, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın belində odlu silah tapança olduğunu bildirmişdir. Həmin odlu silaha bənzər dəmir predmet Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın belinin sağ arxa nahiyəsindən onlar tərəfindən götürülərək masanın üzərinə qoyulmuşdur. Həmin tapança tipli dəmir predmetə baxış keçirilən zaman üzərində 01 ədəd daraq tipli dəmir predmetin və 06 ədəd patron tipli dəmir predmetlərin olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin 01 ədəd tapança tipli odlu silaha bənzər dəmir predmeti, 01 ədəd sandıqça tipli dəmir predmeti və 06 ədəd patrona bənzər dəmir predmeti 5-6 il əvvəl Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizkənarı ərazidə gəzən zaman təsadüfən tapdığını, şəxsi marağı olduğu üçün oradan götürüb saxladığını, silahın üzərində olan nömrəni özünün sildiyini, bu səbəbdən üzərində heç bir nömrə olmadığını, həmin əşyaların onda olması barədə heç kimin məlumatının olmadığını, heç bir zaman istifadə etmədiyini, heç kimə satmaq və ya hədiyyə etmək niyyətinin olmadığını bildirmişdir. Aşkar edilmiş 01 ədəd tapança tipli, 01 ədəd daraq tipli, 06 ədəd patron tipli dəmir predmetlər qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd “İphone” markalı mobil telefonu, 01 ədəd avtomobil açarını və 01 ədəd plastik bank kartını masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmin mobil telefonun içərisində olan mobil nömrə ilə birlikdə onun istifadəsində olduğunu, aşkar edilmiş “Leo Bank ASC”-nə məxsus plastik ödəniş kartının özünə aid olduğunu və 01 ədəd avtomobil açarının isə idarə etdiyi “Mercedes-Benz” markalı **-CP- *** dövlət qeydiyyat nişanlı avtomobilə aid olduğunu bildirmişdir. Aşkar edilmiş mobil telefon və plastik bank kartı iş üzrə əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən götürülmüşdür. 01 ədəd avtomobil açarı isə Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman yanında dayandığı idarə etdiyi “Mercedes-Benz” markalı **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə etirazının olubolmaması soruşulmuş və şəxs heç bir etirazının olmadığını, avtomobilində heç bir qanunsuz əşya və predmetin olmadığını bildirmişdir. Bundan sonra baxış qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş, ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra polis əməkdaşları, Elməddin Abdullzadə və müdafiəçi “Mercedes-Benz” markalı **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi üçün Baş İdarənin duracağına getmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, idarə etdiyi “Mercedes-Benz” markalı, **-CP-*** dövlət nömrə nişanlı avtomobildə odlu silah və döyüş sursatı, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər gizlədib saxlayırsa könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə heç bir qanunsuz əşya və ya predmet olmadığını bildirmiş, avtomobili açaraq baxışa təqdim etmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən cinayət təqibi üzrə sübut əhəmiyyəti kəsb edəcək hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili X1 iş üzrə Şahid ifadəsinə oxşar məzmunlu ifadə verərək sonuncunun dediklərini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində çağırılmış Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri X2 və X6 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə şahidlər X2 və X6 ibtidai istintaq dövründə vermiş olduqları ifadələri elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 17 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 17 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı Cavanşir Mansirov tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə hərəkətləri Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasının xidməti otaqlarından birində həyata keçirilir. Şəxsi axtarış zamanı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid, X7, X3, X10 və müdafiəçi X4 iştirak edir və videoçəkliş həyata keçirilir. Baxış aparılarkən ilk olaraq təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində odlu silah və döyüş sursatları varsa təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın belində odlu silah tapança olduğunu bildirir. Həmin odlu silaha bənzər dəmir predmet Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın belinin sağ arxa nahiyəsindən əməkdaşlar tərəfindən götürülərək masanın üzərinə qoyulur. Həmin tapança tipli dəmir predmetə baxış keçirilən zaman üzərində 01 ədəd daraq tipli dəmir predmetin və 06 ədəd patron tipli dəmir predmetlərin olması müəyyən edilir. “Baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” 17 aprel 2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs üzərindən qanunsuz olaraq əldə edib, daşıyaraq saxlayıb gəzdirdiyi bir ədəd nömrəsi silinmiş, lakin qoruyucuda 3450 rəqəmləri olan, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, 9 mm kalibrli, yivli odlu döyüş silahı hesab edilən Makarov konstruksiyalı tapança, zavod üsulu ilə istehsal olunmuş, istifadəyə və atəş üçün yararlı, 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı və s. həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab edilən 06 ədəd patron və zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz, bir cərgəli və 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş, Makarov konstruksiyalı silahların komplekt hissəsi olan 01 ədəd daraq aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 17 aprel 2024-cü il tarixli, 24/829 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd nömrəsi silinmiş, lakin qoruyucuda 3450 rəqəmləri olan silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 9 mm kalibrli, Makarov konstruksiyalı tapançadır, yivli odlu döyüş silahıdır, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 06 ədəd patronlar, zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı və s. həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır, istifadəyə və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 01 ədəd əşya, zavod üsulu ilə istehsal olunmuşdur, Makarov konstruksiyalı silahların komplekt hissəsi olan darağıdır, texniki cəhətdən sazdır, bircərgəlidir və 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 aprel 2024-cü il tarixli, 4(005)- 515/2024 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 17 aprel 2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Maddi sübut kimi tanınma haqqında” 19 aprel 2024-cü il tarixli qərardan görünür ki, bir ədəd nömrəsi silinmiş, lakin qoruyucuda 3450 rəqəmləri olan, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, 9 mm kalibrli, yivli odlu döyüş silahı hesab edilən Makarov konstruksiyalı tapança, zavod üsulu ilə istehsal olunmuş, istifadəyə və atəş üçün yararlı, 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı və s. həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab edilən qalıq qalmış 03 ədəd patron və zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz, bir cərgəli və 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş, Makarov konstruksiyalı silahların komplekt hissəsi olan 01 ədəd daraq maddi sübut kimi tanınmış və saxlanılması üçün BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. “DVD disk daşıyıcısında qeydə alınan videogörüntülərə baxış keçirilməsi haqqında” 26 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı Cavanşir Mansirov tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə hərəkətləri Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasının xidməti otaqlarından birində həyata keçirilir. Şəxsi axtarış zamanı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid, X7, X3, X10 və müdafiəçi X4 iştirak edir və videoçəkliş həyata keçirilir. Baxış aparılarkən ilk olaraq təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində odlu silah və döyüş sursatları varsa təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın belində odlu silah tapança olduğunu bildirir. Həmin odlu silaha bənzər dəmir predmet Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın belinin sağ arxa nahiyəsindən əməkdaşlar tərəfindən götürülərək masanın üzərinə qoyulur. Həmin tapança tipli dəmir predmetə baxış keçirilən zaman üzərində 01 ədəd daraq tipli dəmir predmetin və 06 ədəd patron tipli dəmir predmetlərin olması müəyyən edilir. “Sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında” 27 may 2024-cü il tarixli qərardan görünür ki, şəxsi axtarış və götürmə aparılmasını özündə əkst etdirən 01 ədəd DVD disk cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut qismində tanınaraq iş materiallarına əlavə edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxs, şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, X5 iştirakçısı olmasını (əsas: iş materiallarına əlavə edilmiş 83166 nömrəli vəsiqənin surəti) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Bu səbəbdən də, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı CPM-in 158.2-ci maddəsinə əsasən tutulduğu andan, yəni 17 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut qismində tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin maddi sübutların saxlama yerinə təhvil verilmiş “Makarov” konstruksiyalı tapança, 03 ədəd patron və Makarov konstruksiyalı silahların komplekt hissəsi olan 01 ədəd daraq hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 17 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Cinayət işi üzrə maddi sübut qismində tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin maddi sübutların saxlama yerinə təhvil verilmiş “Makarov” konstruksiyalı tapança, 03 ədəd patron və Makarov konstruksiyalı silahların komplekt hissəsi olan 01 ədəd hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Cinayət işi üzrə maddi sübut qismində tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-327/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-327/2024
02.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver