Məhkəmə qərarları › İş №1(005)-328/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-328/2023

06.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-328/2023 06.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxs – Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X11, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X10 iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Ermənistanın Noyanberyan rayonunun Ağtanaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkumluğu olmuş, məhkumluğu ödənilmiş, Akademik C.M.Abdullayev adına X4 publik hüquqi şəxsdə kiçik elmi işçi (həkim-kardioloq ixtisası üzrə) vəzifəsində işləyən, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 69/94 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən suiistifadə etmiş, vəzifəli şəxs qismində vahid şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik C.Abdullayev adına Elmi-Tədqiqat İnstitutunun direktorunun 19 yanvar 2009-cu il tarixli, 4 nömrəli əmri ilə həmin tarixdən 17 aprel 2019-cu il tarixədək qeyd edilən İnstitutun 1-ci Klinik Kardiologiya şöbəsində həkim-kardioloq vəzifəsində işləyərkən Azərbaycan Respublikası səhiyyə nazirinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları”na əsasən, səhiyyə müəssisələrinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktları, öz ixtisası üzrə profilaktika, diaqnostika, müalicə və reabilitasiyanın müasir metodlarını, kardiologiya xidmətinin təşkili, strukturu, ştatları və təchiz edilməsi ilə bağlı məsələləri, öz ixtisası üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədləri, tibbi sənədlərin rəsmiləşdirilməsi qaydasını bilmək, tibbi praktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərmək, müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasını (anamnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən etmək, mövcud qaydalara və standartlara uyğun olaraq zəruri müalicəni təyin etmək və nəzarət etmək, zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və tədbirləri təşkil etmək və ya müstəqil surətdə aparmaq, stasionarda xəstəyə gündəlik baxış keçirmək, pasiyentin vəziyyətindən asılı olaraq müalicə planına dəyişiklik etmək və əlavə müayinə metodlarının zəruriliyini müəyyən etmək, müalicəprofilaktika müəssisəsinin başqa bölmələrinin həkimlərinə öz ixtisası üzrə məsləhət yardımı göstərmək, ona tabe orta və kiçik tibb heyətinin işinə rəhbərlik etmək, öz vəzifə öhdəliklərinin yerinə yetirilməsində onlara kömək etmək, diaqnostik və müalicə prosedurlarının aparılmasının, alət, aparat və avadanlıqların istismarının, dərman preparatlarının səmərəli istifadəsinə, orta və kiçik tibb heyəti tərəfindən təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına riayət edilməsinə nəzarət etmək, ona tabe orta və kiçik tibb heyətinin işinə rəhbərlik etmək, öz vəzifə öhdəliklərinin yerinə yetirilməsində onlara kömək etmək, orta və kiçik tibb heyətinin ixtisasının artırılması üzrə məşğələlərin aparılmasında iştirak etmək, öz işini planlaşdırmaq və öz fəaliyyətinin göstəricilərini təhlil etmək, tibbi və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq vaxtında və keyfiyyətli rəsmiləşdirilməsini təmin etmək, sanitar-maarifləndirmə işini aparmaq, etik davranış qaydalarına riayət etmək, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasının aparılmasında iştirak etmək və tibbi-sosial ekspertiza üçün zəruri sənədləri hazırlamaq, müəssisə rəhbərliyinin əmr, sərəncam və tapşırıqlarını peşəkar səviyyədə və vaxtında icra etmək və digər səlahiyyətləri üzrə başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və xitamına səbəb olan hərəkətləri yerinə yetirən inzibati-təsərrüfat funksiyalarına malik vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük, yəni özünə müraciət etmiş şəxs yanında saxta nüfuz qazanmaq, eləcə də Bakı şəhər sakini xx.xx.1972-ci il təvəllüdlü Şahid4 əlilliyə görə maddi yardım almasına köməklik etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək Akademik C.M.Abdullayev adına X1 1-ci Klinik Kardiologiya şöbəsində stasionar müalicə alması üçün 08 fevral 2017-ci il tarixdə özünə müraciət etmiş Şahid4 barəsində, sonuncunun faktiki olaraq əziyyət çəkməsə də əlavə diaqnozlar hesabına əlillik dərəcəsi verilməsinə nail olmaq niyyətilə ünvan 3 ünvanında yerləşən Akademik C.M.Abdullayev adına X1 inzibati binasında Şahid4 barəsində laborator və instrumental müayinələr aparmadan sonuncunu xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək olan müddətdə stasionar qaydada müayinə və müalicə edərək 28 fevral 2017-ci il tarixdə qeyd edilən İnstitutun inzibati binasında yerləşən xidməti otağında rəsmi sənəd hesab edilən 520 nömrəli, xx.xx.2017-ci il tarixli epikrizə Şahid4 “ÜİX, Stabil gərginlik stenokardiyası İİİ funksional sinif, infarktdan sonrakı kardioskleroz, Ürək çatmamazlığı İİİ funksional sinif, Ekstrasistolik aritmiya” xəstəliklərinin olmamasına baxmayaraq həmin epikrizin əsas diaqnoz hissəsinə “ÜİX, Stabil gərginlik stenokardiyası İİİ f.s., infarktdan sonrakı kardioskleroz” və ağırlaşma hissəsinə “ürək çatmamazlığı İİİ f.s., Ekstrasistolik aritmiya” kimi bilə-bilə yalan diaqnozu, həmçinin Şahid4 exokardioqrafiyadan və rentgendən keçirilməməsinə baxmayaraq EKQ, ExoKQ və rentgen müayinələrinin bilə-bilə yalan nəticələrini şəxsi niyyətlə şəxsən özü diyircəkli qələmlə qeyd edərək vəzifə saxtakarlığı törətməklə hazırladığı həmin saxta epikrizi Şahid4 təqdim etdikdən sonra sonuncunun həmin epikrizi 2017-ci ilin may ayında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Həkim məsləhət komissiyasına təqdim etməsi ilə əlaqədar cinayətdən xəbərsiz komissiya sədri və üzvləri Şahid4 həmin diaqnozların olduğuna qeyd edilən epikrizlərə istinadən əmin olub 06 may 2017-ci il tarixli 4384003AABQ6 nömrəli elektron göndərişə əsas diaqnoz qismində “Stenokardiyanın digər formaları ÜİX, stabil gərginlik stenokardiyası İİİ f.s.”, əsas diaqnozun ağırlaşması qismində “digər və dəqiqləşdirilməmiş erkən depolyarizasiya Mədəcik ekstrasistoliyası, sol mədəcik çatmamazlığı, Ürək çatmamazlığı İİİ f.s. (NYHA)” diaqnozları daxil edilib təsdiq edilərək həmin göndəriş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibb Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi Sosial Ekspert Komissiyasına göndərilməklə Şahid4 beş il müddətə, yəni xx.xx.2022-ci il tarixədək ikinci dərəcə əlilliyin təyini barədə xx.xx.2017-ci il tarixli qərar verilməsi nəticəsində sonuncuya 2017-ci il may ayından 2022-ci ilin iyun ayına qədər olan müddətdə 12.965,13 manat (on iki min doqquz yüz altmış beş manat on üç qəpik) məbləğində əlilliyə görə əmək pensiyasının ödənilməsinə nail olmaqla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun dövlətin insanların sosial tələbatlarının ən optimal şəraitdə ödənilməsi, əhalinin həyat standartlarının yüksəldilməsi, sosial rifahın əldə edilməsi kimi qanunla qorunan mənafelərinə, habelə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik C.M.Abdullayev adına X1 (xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik C.M.Abdullayev adına X4 publik hüquqi şəxs olması nəzərə alınmaqla) səhiyyənin keyfiyyətinə dövlət nəzarətinin təmin edilməsi, respublikanın tibb müəssisələrində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi, bu sahədə şəffaflığın təmin olunmasına nail olunması, səhiyyə sistemində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi mexanizminin tətbiqi ilə bağlı fəaliyyətinin pozulmasında ifadə olunan qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən suiistifadə etmiş, vəzifəli şəxs qismində vahid şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək Akademik C.M.Abdullayev adına X1 1-ci Klinik Kardiologiya şöbəsində stasionar müalicə alması üçün 13 aprel 2017-ci il tarixdə özünə müraciət etmiş Bakı şəhər sakini xx.xx.1964-cü il təvəllüdlü Şahid5 barəsində, sonuncunun faktiki olaraq əziyyət çəkməsə də əlavə diaqnozlar hesabına əlillik dərəcəsi verilməsinə nail olmaq niyyətilə ünvan 3 ünvanında yerləşən Akademik C.M.Abdullayev adına X1 inzibati binasında Şahid5 barəsində laborator və instrumental müayinələr aparmadan sonuncunu xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək olan müddətdə stasionar qaydada müayinə və müalicə edərək 03 may 2017-ci il tarixdə qeyd edilən İnstitutun inzibati binasında yerləşən xidməti otağında rəsmi sənəd hesab edilən 1547 nömrəli, xx.xx.2017ci il tarixli epikrizə Şahid5 “ÜİX, Stabil gərginlik stenokardiyası İİİ funksional sinif, infarktdan sonrakı kardioskleroz (Transmural miokard infarktı), Davamlı ürək çatmamazlığı İİİ funksional sinif, Ekstrasistolik aritmiya, Hidrotoraks” xəstəliklərinin olmamasına baxmayaraq həmin epikrizin əsas diaqnoz hissəsinə “ÜİX, Stabil gərginlik stenokardiyası İİİ f.s., infarktdan sonrakı kardioskleroz (Transmural miokard infarktı),” və ağırlaşma hissəsinə “Davamlı ürək çatmamazlığı İİİ funksional sinif, Ekstrasistolik aritmiya, Hidrotoraks” kimi bilə-bilə yalan diaqnozu, həmçinin Şahid5 exokardioqrafiyadan və rentgendən keçirilməməsinə baxmayaraq EKQ, ExoKQ və rentgen müayinələrinin bilə-bilə yalan nəticələrini şəxsi niyyətlə işlədiyi institutun istintaqa məlum olmayan cinayətdən xəbərsiz əməkdaşı vasitəsi ilə kompüterdə qeyd edərək vəzifə saxtakarlığı törətməklə hazırladığı həmin saxta epikrizi Şahid5 təqdim etdikdən sonra sonuncunun həmin epikrizi 2017-ci ilin may ayında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Həkim məsləhət komissiyasına təqdim etməsi ilə əlaqədar cinayətdən xəbərsiz komissiya sədri və üzvləri Şahid5 həmin diaqnozların olduğuna qeyd edilən epikrizlərə istinadən əmin olub 16 may 2017-ci il tarixli 4384003AABSA nömrəli elektron göndərişə əsas diaqnoz qismində “Stenokardiyanın digər formaları ÜİX, stabil gərginlik stenokardiyası İİİ f.s.”, əsas diaqnozun ağırlaşması qismində “Sol mədəcik çatmamazlığı ÜÇ İİİ f.s. (NYHA), digər dəqiqləşdirilmiş plevra zədələnmələri sağ tərəfli hidrotoraks, digər və dəqiqləşdirilməmiş erkən depolyarizasiya ekstrasistolik aritmiya” diaqnozları daxil edilib təsdiq edilərək həmin göndəriş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibb Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi Sosial Ekspert Komissiyasına göndərilməklə Şahid5 beş il müddətə, yəni xx.xx.2022-ci il tarixədək ikinci dərəcə əlilliyin təyini barədə xx.xx.2017-ci il tarixli qərar verilməsi nəticəsində sonuncuya 2017-ci ilin may ayından 2021-ci ilin may ayına qədər olan müddətdə 4552,20 manat (dörd min beş yüz əlli iki manat iyirmi qəpik) məbləğində əlilliyə görə sosial müavinatın ödənilməsinə nail olmaqla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun dövlətin insanların sosial tələbatlarının ən optimal şəraitdə ödənilməsi, əhalinin həyat standartlarının yüksəldilməsi, sosial rifahın əldə edilməsi kimi qanunla qorunan mənafelərinə, habelə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik C.M.Abdullayev adına X1 (xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik C.M.Abdullayev adına X4 publik hüquqi şəxs olması nəzərə alınmaqla) səhiyyənin keyfiyyətinə dövlət nəzarətinin təmin edilməsi, respublikanın tibb müəssisələrində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi, bu sahədə şəffaflığın təmin olunmasına nail olunması, səhiyyə sistemində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi mexanizminin tətbiqi ilə bağlı fəaliyyətinin pozulmasında ifadə olunan qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində şəxsi vahid niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək Akademik C.M.Abdullayev adına X1 1-ci Klinik Kardiologiya şöbəsində stasionar müalicə alması üçün 13 aprel 2017-ci il tarixdə özünə müraciət etmiş Bakı şəhər sakini xx.xx.1961-ci il təvəllüdlü Şahid6 barəsində, sonuncunun faktiki olaraq əziyyət çəkməsə də əlavə diaqnozlar hesabına əlillik dərəcəsi verilməsinə nail olmaq niyyətilə ünvan 3 ünvanında yerləşən Akademik C.M.Abdullayev adına X1 inzibati binasında Şahid6 barəsində laborator və instrumental müayinələr aparmadan sonuncunu xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək olan müddətdə stasionar qaydada müayinə və müalicə edərək 03 may 2017-ci il tarixdə qeyd edilən İnstitutun inzibati binasında yerləşən xidməti otağında rəsmi sənəd hesab edilən 1548 nömrəli, xx.xx.2017-ci il tarixli epikrizə Şahid6 “ÜİX, Stabil gərginlik stenokardiyası İİİ funksional sinif, infarktdan sonrakı kardioskleroz (Transmural miokard infarktı), Davamlı ürək çatmamazlığı İİİ funksional sinif, Ekstrasistolik aritmiya, Hidrotoraks” xəstəliklərinin olmamasına baxmayaraq həmin epikrizin əsas diaqnoz hissəsinə “ÜİX, Stabil gərginlik stenokardiyası İİİ f.s., infarktdan sonrakı kardioskleroz (Transmural miokard infarktı)” və ağırlaşma hissəsinə “Davamlı ürək çatmamazlığı İİİ f.s, Ekstrasistolik aritmiya, Hidrotoraks” kimi bilə-bilə yalan diaqnozu, həmçinin Şahid6 exokardioqrafiyadan və rentgendən keçirilməməsinə baxmayaraq EKQ, ExoKQ və rentgen müayinələrinin bilə-bilə yalan nəticələrini şəxsi niyyətlə işlədiyi institutun istintaqa məlum olmayan cinayətdən xəbərsiz əməkdaşı vasitəsi ilə kompüterdə qeyd edərək vəzifə saxtakarlığı törətməklə hazırladığı həmin saxta epikrizi Şahid6 təqdim etdikdən sonra sonuncunun həmin epikrizi 2017-ci ilin may ayında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Həkim məsləhət komissiyasına təqdim etməsi ilə əlaqədar cinayətdən xəbərsiz komissiya sədri və üzvləri Şahid6 həmin diaqnozların olduğuna qeyd edilən epikrizlərə istinadən əmin olub 25 may 2017-ci il tarixli 4384003AABT3 nömrəli elektron göndərişə əsas diaqnoz qismində “Stenokardiyanın digər formaları ÜİX, stabil gərginlik stenokardiyası İİİ f.s.”, əsas diaqnozun ağırlaşması qismində “digər və dəqiqləşdirilməmiş erkən depolyarizasiya Ekstrasistolik aritmiya, durğunluq ürək çatmamazlığı ÜÇ İİİ f.s. (NYHA),digər dəqiqləşdirilmiş plevra zədələnmələri hidrotoraks” diaqnozları daxil edilib təsdiq edilərək həmin göndəriş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibb Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi Sosial Ekspert Komissiyasına göndərilməklə Şahid6 beş il müddətə, yəni xx.xx.2022-ci il tarixədək ikinci dərəcə əlilliyin təyini barədə xx.xx.2017-ci il tarixli qərar verilməsi nəticəsində sonuncuya 2017-ci ilin iyun ayından 2021-ci ilin may ayına qədər olan müddətdə 9.506,97 manat (doqquz min beş yüz altı manat doxsan yeddi qəpik) məbləğində əlilliyə görə əmək pensiyasının ödənilməsinə nail olmaqla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun dövlətin insanların sosial tələbatlarının ən optimal şəraitdə ödənilməsi, əhalinin həyat standartlarının yüksəldilməsi, sosial rifahın əldə edilməsi kimi qanunla qorunan mənafelərinə, habelə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik C.M.Abdullayev adına X1 (xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik C.M.Abdullayev adına X4 publik hüquqi şəxs olması nəzərə alınmaqla) səhiyyənin keyfiyyətinə dövlət nəzarətinin təmin edilməsi, respublikanın tibb müəssisələrində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi, bu sahədə şəffaflığın təmin olunmasına nail olunması, səhiyyə sistemində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi mexanizminin tətbiqi ilə bağlı fəaliyyətinin pozulmasında ifadə olunan qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində şəxsi vahid niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, təkrarən, həmin vəzifədə işləyərkən qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək Akademik C.M.Abdullayev adına X1 1-ci Klinik Kardiologiya şöbəsində stasionar müalicə alması üçün 13 aprel 2017-ci il tarixdə özünə müraciət etmiş Bakı şəhər sakini xx.xx.1968-ci il təvəllüdlü Şahid7 barəsində, sonuncunun faktiki olaraq əziyyət çəkməsə də əlavə diaqnozlar hesabına əlillik dərəcəsi verilməsinə nail olmaq niyyətilə ünvan 3 ünvanında yerləşən Akademik C.M.Abdullayev adına X1 inzibati binasında Şahid7 barəsində laborator və instrumental müayinələr aparmadan sonuncunu xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək olan müddətdə stasionar qaydada müayinə və müalicə edərək 03 may 2017-ci il tarixdə qeyd edilən İnstitutun inzibati binasında yerləşən xidməti otağında rəsmi sənəd hesab edilən 1549 nömrəli, xx.xx.2017-ci il tarixli epikrizə Şahid7 “ÜİX, Stabil gərginlik stenokardiyası İİİ funksional sinif, infarktdan sonrakı kardioskleroz (Transmural miokard infarktı), Davamlı ürək çatmamazlığı İİİ funksional sinif, Ekstrasistolik aritmiya, Hidrotoraks” xəstəliklərinin olmamasına baxmayaraq həmin epikrizin əsas diaqnoz hissəsinə “ÜİX, Stabil gərginlik stenokardiyası İİİ f.s., infarktdan sonrakı kardioskleroz (Transmural miokard infarktı),” və ağırlaşma hissəsinə “Davamlı ürək çatmamazlığı İİİ funksional sinif, Ekstrasistolik aritmiya, Hidrotoraks” kimi bilə-bilə yalan diaqnozu, həmçinin Şahid7 exokardioqrafiyadan və rentgendən keçirilməməsinə baxmayaraq EKQ, ExoKQ və rentgen müayinələrinin bilə-bilə yalan nəticələrini şəxsi niyyətlə işlədiyi institutun istintaqa məlum olmayan cinayətdən xəbərsiz əməkdaşı vasitəsi ilə kompüterdə qeyd edərək vəzifə saxtakarlığı törətməklə hazırladığı həmin saxta epikrizi Şahid7 təqdim etdikdən sonra sonuncunun həmin epikrizi 2017-ci ilin may ayında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Həkim məsləhət komissiyasına təqdim etməsi ilə əlaqədar cinayətdən xəbərsiz komissiya sədri və üzvləri Şahid7 həmin diaqnozların olduğuna qeyd edilən epikrizlərə istinadən əmin olub 16 may 2017-ci il tarixli 4384003AABR2 nömrəli elektron göndərişə əsas diaqnoz qismində “Stenokardiyanın digər formaları ÜİX, stabil gərginlik stenokardiyası İİİ f.s.”, əsas diaqnozun ağırlaşması qismində “digər və dəqiqləşdirilməmiş erkən depolyarizasiya Mədəcik ekstrasistoliyası, sol mədəcik çatmamazlığı ÜÇ İİİ f.s. (NYHA), digər dəqiqləşdirilmiş plevra zədələnmələri sağ tərəfli hidrotoraks” diaqnozları daxil edilib təsdiq edilərək həmin göndəriş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibb Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi Sosial Ekspert Komissiyasına göndərilməklə Şahid7 beş il müddətə, yəni xx.xx.2022-ci il tarixədək ikinci dərəcə əlilliyin təyini barədə xx.xx.2017-ci il tarixli qərar verilməsi nəticəsində sonuncuya 2017-ci ilin may ayından 2021-ci ilin may ayına qədər olan müddətdə 8731,31 manat (səkkiz min yeddi yüz otuz bir manat otuz bir qəpik) məbləğində əlilliyə görə əmək pensiyasının ödənilməsinə nail olmaqla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun dövlətin insanların sosial tələbatlarının ən optimal şəraitdə ödənilməsi, əhalinin həyat standartlarının yüksəldilməsi, sosial rifahın əldə edilməsi kimi qanunla qorunan mənafelərinə, habelə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik C.M.Abdullayev adına X1 (xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik C.M.Abdullayev adına X4 publik hüquqi şəxs olması nəzərə alınmaqla) səhiyyənin keyfiyyətinə dövlət nəzarətinin təmin edilməsi, respublikanın tibb müəssisələrində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi, bu sahədə şəffaflığın təmin olunmasına nail olunması, səhiyyə sistemində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi mexanizminin tətbiqi ilə bağlı fəaliyyətinin pozulmasında ifadə olunan qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində şəxsi vahid niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, təkrarən, həmin vəzifədə işləyərkən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək Akademik C.M.Abdullayev adına X1 1-ci Klinik Kardiologiya şöbəsində stasionar müalicə alması üçün 19 aprel 2017-ci il tarixdə özünə müraciət etmiş Gəncə şəhər sakini xx.xx.1963-cü il təvəllüdlü X21 barəsində, sonuncunun faktiki olaraq əziyyət çəkməsə də əlavə diaqnozlar hesabına əlillik dərəcəsi verilməsinə nail olmaq niyyətilə ünvan 3 ünvanında yerləşən Akademik C.M.Abdullayev adına X1 inzibati binasında İradə Rəsulova barəsində laborator və instrumental müayinələr aparmadan sonuncunu xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək olan müddətdə stasionar qaydada müayinə və müalicə edərək 08 may 2017-ci il tarixdə qeyd edilən İnstitutun inzibati binasında yerləşən xidməti otağında rəsmi sənəd hesab edilən 1657 nömrəli, xx.xx.2017-ci il tarixli epikrizə İradə Rəsulovada “Stabil gərginlik stenokardiyası İİİ funksional sinif, infarktdan sonrakı kardioskleroz (Transmural miokard infarktı), Davamlı ürək çatmamazlığı İİİ funksional sinif, Ekstrasistolik aritmiya, Hidrotoraks” xəstəliklərinin olmamasına baxmayaraq həmin epikrizin əsas diaqnoz hissəsinə “Stabil gərginlik stenokardiyası İİİ f.s., infarktdan sonrakı kardioskleroz (Transmural miokard infarktı),” və ağırlaşma hissəsinə “Davamlı ürək çatmamazlığı İİİ funksional sinif, Ekstrasistolik aritmiya, Hidrotoraks” kimi bilə-bilə yalan diaqnozu, həmçinin İradə Rəsulovanın exokardioqrafiyadan və rentgendən keçirilməməsinə baxmayaraq EKQ, ExoKQ və rentgen müayinələrinin bilə-bilə yalan nəticələrini şəxsi niyyətlə işlədiyi institutun istintaqa məlum olmayan cinayətdən xəbərsiz əməkdaşı vasitəsi ilə kompüterdə qeyd edərək vəzifə saxtakarlığı törətməklə hazırladığı həmin saxta epikrizi İradə Rəsulovaya təqdim etdikdən sonra sonuncunun həmin epikrizi 2017-ci ilin may ayında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Həkim məsləhət komissiyasına təqdim etməsi ilə əlaqədar cinayətdən xəbərsiz komissiya sədri və üzvləri İradə Rəsulovada həmin diaqnozların olduğuna qeyd edilən epikrizlərə istinadən əmin olub 16 may 2017-ci il tarixli 4384003AABR3 nömrəli elektron göndərişə əsas diaqnoz qismində “Stenokardiyanın digər formaları ÜİX, stabil gərginlik stenokardiyası İİİ f.s.”, əsas diaqnozun ağırlaşması qismində “digər və dəqiqləşdirilməmiş erkən depolyarizasiya Ekstrasistolik aritmiya, sol mədəcik çatmamazlığı ÜÇ İİİ f.s. (NYHA), digər dəqiqləşdirilmiş plevra zədələnmələri sağ tərəfli hidrotoraks” diaqnozları daxil edilib təsdiq edilərək həmin göndəriş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibb Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi Sosial Ekspert Komissiyasına göndərilməklə İradə Rəsulovaya beş il müddətə, yəni xx.xx.2022-ci il tarixədək ikinci dərəcə əlilliyin təyini barədə xx.xx.2017-ci il tarixli qərar verilməsi nəticəsində sonuncuya 2017-ci ilin avqust ayından 2022-ci ilin oktyabr ayına qədər olan müddətdə 10.204,65 manat (on min iki yüz dörd manat altmış beş qəpik) məbləğində əlilliyə görə əmək pensiyasının ödənilməsinə nail olmaqla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun dövlətin insanların sosial tələbatlarının ən optimal şəraitdə ödənilməsi, əhalinin həyat standartlarının yüksəldilməsi, sosial rifahın əldə edilməsi kimi qanunla qorunan mənafelərinə, habelə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik C.M.Abdullayev adına X1 (xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik C.M.Abdullayev adına X4 publik hüquqi şəxs olması nəzərə alınmaqla) səhiyyənin keyfiyyətinə dövlət nəzarətinin təmin edilməsi, respublikanın tibb müəssisələrində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi, bu sahədə şəffaflığın təmin olunmasına nail olunması, səhiyyə sistemində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi mexanizminin tətbiqi ilə bağlı fəaliyyətinin pozulmasında ifadə olunan qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində şəxsi vahid niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, təkrarən, həmin vəzifədə işləyərkən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək Akademik C.M.Abdullayev adına X1 1-ci Klinik Kardiologiya şöbəsində stasionar müalicə alması üçün 01 may 2017-ci il tarixdə özünə müraciət etmiş Abşeron rayon sakini xx.xx.1960-cı il təvəllüdlü Şahid8 barəsində, sonuncunun faktiki olaraq əziyyət çəkməsə də əlavə diaqnozlar hesabına əlillik dərəcəsi verilməsinə nail olmaq niyyətilə ünvan 3 ünvanında yerləşən Akademik C.M.Abdullayev adına X1 inzibati binasında Şahid8 barəsində laborator və instrumental müayinələr aparmadan sonuncunu xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək olan müddətdə stasionar qaydada müayinə və müalicə edərək 10 may 2017-ci il tarixdə qeyd edilən İnstitutun inzibati binasında yerləşən xidməti otağında rəsmi sənəd hesab edilən 1858 nömrəli, xx.xx.2017-ci il tarixli epikrizə Şahid8 “ÜİX, Stabil gərginlik stenokardiyası İİİ funksional sinif, infarktdan sonrakı kardioskleroz (Transmural miokard infarktı), Davamlı ürək çatmamazlığı İİİ funksional sinif, Ekstrasistolik aritmiya, Hidrotoraks” xəstəliklərinin olmamasına baxmayaraq həmin epikrizin əsas diaqnoz hissəsinə “ÜİX, Stabil gərginlik stenokardiyası İİİ f.s., infarktdan sonrakı kardioskleroz (Transmural miokard infarktı),” və ağırlaşma hissəsinə “Davamlı ürək çatmamazlığı İİİ funksional sinif, Ekstrasistolik aritmiya, Hidrotoraks” kimi bilə-bilə yalan diaqnozu, həmçinin Şahid8 exokardioqrafiyadan və rentgendən keçirilməməsinə baxmayaraq EKQ, ExoKQ və rentgen müayinələrinin bilə-bilə yalan nəticələrini şəxsi niyyətlə işlədiyi institutun istintaqa məlum olmayan cinayətdən xəbərsiz əməkdaşı vasitəsi ilə kompüterdə qeyd edərək vəzifə saxtakarlığı törətməklə hazırladığı həmin saxta epikrizi Şahid8 təqdim etdikdən sonra sonuncunun həmin epikrizi 2017-ci ilin may ayında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Həkim məsləhət komissiyasına təqdim etməsi ilə əlaqədar cinayətdən xəbərsiz komissiya sədri və üzvləri Şahid8 həmin diaqnozların olduğuna qeyd edilən epikrizlərə istinadən əmin olub 25 may 2017-ci il tarixli 4384003AABT1 nömrəli elektron göndərişə əsas diaqnoz qismində “Stenokardiyanın digər formaları ÜİX, stabil gərginlik stenokardiyası İİİ f.s.”, əsas diaqnozun ağırlaşması qismində “digər və dəqiqləşdirilməmiş erkən depolyarizasiya Ekstrasistolik aritmiya, Durğunluq ürək çatmamazlığı İİİ f.s. (NYHA), digər dəqiqləşdirilmiş plevra zədələnmələri hidrotoraks” diaqnozları daxil edilib təsdiq edilərək həmin göndəriş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibb Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi Sosial Ekspert Komissiyasına göndərilməklə Şahid8 beş il müddətə, yəni xx.xx.2022-ci il tarixədək ikinci dərəcə əlilliyin təyini barədə xx.xx.2017-ci il tarixli qərar verilməsi nəticəsində sonuncuya 2017-ci ilin iyun ayından 2022-ci ilin iyun ayına qədər olan müddətdə 12.788,34 manat (on iki min yeddi yüz səksən səkkiz manat otuz dörd qəpik) məbləğində əlilliyə görə əmək pensiyasının ödənilməsinə nail olmaqla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun dövlətin insanların sosial tələbatlarının ən optimal şəraitdə ödənilməsi, əhalinin həyat standartlarının yüksəldilməsi, sosial rifahın əldə edilməsi kimi qanunla qorunan mənafelərinə, habelə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik C.M.Abdullayev adına X1 (xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik C.M.Abdullayev adına X4 publik hüquqi şəxs olması nəzərə alınmaqla) səhiyyənin keyfiyyətinə dövlət nəzarətinin təmin edilməsi, respublikanın tibb müəssisələrində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi, bu sahədə şəffaflığın təmin olunmasına nail olunması, səhiyyə sistemində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi mexanizminin tətbiqi ilə bağlı fəaliyyətinin pozulmasında ifadə olunan qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində şəxsi vahid niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs (mülki cavabdeh) ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bildiyini qeyd edib ifadəsində göstərmişdir ki, 2009-cu ildən 2019-cu il tarixədək Elm-Tədqiqat Kardiologiya institunda həkim-kardioloq kimi işləmişdir. 2019-cu ildə cinayət məsuliyyətinə cəlb olunduğundan işdən azad olunub, daha sonra isə 2020-ci idən yenidən işinə bərpa olunmuşdur. 2 nömrəli Dəmiryol Poliklinikasından göndərişlə gələn xəstələr işlədiyi xəstəxanada növbəlik prinsipi ilə həkimlərə yazılırlar. Həkimlər, eləcə də o, özü xəstəni müayinə edərək stasionar müalicənin vacibliyi müəyyən olunarsa həmin xəstə stasionar olaraq xəstəxanada qalıb müalicə alır. Bundan sonra xəstənin vəziyyətinə uyğun müalicə həkimi tərəfindən çıxarış, epikriz və ya rəy yazılır, daha sonra həmin sənəd xəstənin özünə təqdim edilir və xəstə də həmin sənədi göndərişlə gəldiyi xəstəxanaya və ya poliklinikaya təqdim edir. Əlavə olaraq qeyd edir ki, ola bilər ki, xəstə göndərişlə deyil, baş vermiş ağrılar səbəbindən birbaşa işlədiyi xəstəxanaya müraciət etsin, yəni göndəriş olmadan da xəstə işlədiyi xəstəxanaya müraciət edə bilir. Müraciət edən xəstəyə əgər stasionar müalicə ehtiyac olmursa təqdim etdiyi digər epikrizlərə əsasən həmin xəstəyə rəy yazılır və xəstənin özünə təqdim edilir. Bunun səbəbi odur ki, xəstənin vəziyyəti ağır olmadığından stasionar olaraq onu qəbul etmirlər. Qeyd edir ki, ona Elm-Tədqiqat Kardiologiya institunda tərtib edilmiş 520 nömrəli, 28 fevral 2017-ci il tarixli Şahid4 dair epikrizin surəti təqdim edildi, həmin epikriz onun tərəfindən tərtib edilmişdir, aşağı hissədə, adının, yəni “Müalicə həkimi: Osmanova Y.N.” sözlərinin qarşısında olan imza ona məxsusdur, həmçinin yazılar da onun tərəfindən yazılmışdır. Şahid4 xatırlamır, lakin epikrizdən görünür ki, sonuncu onun xəstəsidir, həmçinin 1 dəfə Kardiologiya İnstitutunda stasionar müalicə almışdır. Epikrizdə göstərilən diaqnozları kliniki və instrumental müayinələr nəticəsində təyin etmişdir. Kliniki dedikdə xəstənin öz şikayəti, təziqinin ölçülməsi, təngnəfəsliyi, ayağında ödəmləri, halsızlığı, sinəsində olan ağrılar nəzərdə tutulur, instrumental dedikdə isə kardeoqrama, exokardioqrafiya, EKQ, EXO KQ, rentgen və sair müayinələr nəzərdə tutulur. Bundan başqa ona Elm-Tədqiqat Kardiologiya institunda tərtib edilmiş 1657 nömrəli, 08 may 2017ci il tarixli X17 dair epikrizin surəti təqdim edildi, həmin epikriz onun tərəfindən tərtib edilmişdir, aşağı hissədə, adının, yəni “Müalicə həkimi: Osmanova Y.N.” sözlərinin qarşısında olan imza ona məxsusdur, yazı isə onun diktəsi ilə hal-hazırda adını xatırlamadığı Kardiologiya İnstitutunun işçisi tərəfindən işlədiyi İnstitutda xidməti otağda kompüterdə tərtib edilmişdir. İradə Rəsulovanı xatırlamır, lakin epikrizdən görünür ki, sonuncu, onun xəstəsidir, həmçinin 1 dəfə Kardiologiya İnstitutunda stasionar müalicə almışdır. Epikrizdə göstərilən diaqnozları kliniki və instrumental müayinələr nəticəsində təyin etmişdir. Bundan başqa, ona Elm-Tədqiqat Kardiologiya institunda tərtib edilmiş 1858 nömrəli, 10 may 2017-ci il tarixli Şahid8 dair epikrizin surəti təqdim edildi, həmin epikriz onun tərəfindən tərtib edilmişdir, aşağı hissədə, adının, yəni “Müalicə həkimi: Osmanova Y.N.” sözlərinin qarşısında olan imza ona məxsusdur, yazı isə onun diktəsilə hal-hazırda adını xatırlamadığı Kardiologiya İnstitutunun işçisi tərəfindən işlədiyi İnstitutda xidməti otağda kompüterdə tərtib edilmişdir. Şahid8 xatırlamır, lakin epikrizdən görünür ki, sonuncu, onun xəstəsidir, həmçinin 1 dəfə Kardiologiya İnstitutunda stasionar müalicə almışdır. Epikrizdə göstərilən diaqnozları kliniki və instrumental müayinələr nəticəsində təyin etmişdir. Bundan başqa, ona Elm-Tədqiqat Kardiologiya institunda tərtib edilmiş 1547 nömrəli, 03 may 2017-ci il tarixli Şahid5 dair epikrizin surəti təqdim edildi, həmin epikriz onun tərəfindən tərtib edilmişdir, aşağı hissədə, adının, yəni “Müalicə həkimi: Osmanova Y.N.” sözlərinin qarşısında olan imza ona məxsusdur, yazı isə onun diktəsilə hal-hazırda adını xatırlamadığı Kardiologiya İnstitutunun işçisi tərəfindən işlədiyi İnstitutda xidməti otağda kompüterdə tərtib edilmişdir. Şahid5 xatırlamır, lakin epikrizdən görünür ki, sonuncu, onun xəstəsidir, həmçinin 1 dəfə Kardiologiya İnstitutunda stasionar müalicə almışdır. Epikrizdə göstərilən diaqnozları kliniki və instrumental müayinələr nəticəsində təyin etmişdir. Bundan başqa, ona Elm-Tədqiqat Kardiologiya institunda tərtib edilmiş 1548 nömrəli, 03 may 2017-ci il tarixli Şahid6 dair epikrizin surəti təqdim edildi, həmin epikriz onun tərəfindən tərtib edilmişdir, aşağı hissədə, adının, yəni “Müalicə həkimi: Osmanova Y.N.” sözlərinin qarşısında olan imza ona məxsusdur, yazı isə onun diktəsilə hal-hazırda adını xatırlamadığı Kardiologiya İnstitutunun işçisi tərəfindən işlədiyi İnstitutda xidməti otağda kompüterdə tərtib edilmişdir. Şahid6 xatırlamır, lakin epikrizdən görünür ki, sonuncu, onun xəstəsidir, həmçinin 1 dəfə Kardiologiya İnstitutunda stasionar müalicə almışdır. Epikrizdə göstərilən diaqnozları kliniki və instrumental müayinələr nəticəsində təyin etmişdir. Bundan başqa, ona Elmi-Tədqiqat Kardiologiya institunda tərtib edilmiş 1549 nömrəli, 03 may 2017-ci il tarixli Şahid7 dair epikrizin surəti təqdim edildi, həmin epikriz onun tərəfindən tərtib edilmişdir, aşağı hissədə, adının, yəni “Müalicə həkimi: Osmanova Y.N.” sözlərinin qarşısında olan imza ona məxsusdur, yazı isə onun diktəsilə hal-hazırda adını xatırlamadığı Kardiologiya İnstitutunun işçisi tərəfindən işlədiyi İnstitutda xidməti otağda kompüterdə tərtib edilmişdir. Şahid7 xatırlamır, lakin epikrizdən görünür ki, sonuncu, onun xəstəsidir, həmçinin 1 dəfə Kardiologiya İnstitutunda stasionar müalicə almışdır. Epikrizdə göstərilən diaqnozları kliniki və instrumental müayinələr nəticəsində təyin etmişdir. Əlavə olaraq qeyd edir ki, bütün epikrizləri Kardiologiya İnstitutunun inzibati binasında yerləşən xidməti otağda epikrizin sonuncu tarixində tərtib etdirmişdir. Şahid4 və digərlərinə təyin etdiyi diaqnozları kliniki, labarator və instrumental müayinələr nəticəsində təyin etmişdir. Elmi-Tədqiqat Kardiologiya institundan daxil olmuş tibbi sənədlərdən Şahid4, İradə Rəsulova, Şahid8, Şahid5, Şahid6 və Şahid7 barəsində hər hansı İnstrumental və labarator müayinə aparılmamasının müəyyən edilməsi ilə bağlı suala cavab olaraq bildirir ki, sonuncularla bağlı bütün sənədlər olmuşdur, həmin şəxslərə qeyd edilən diaqnozu təyin etmiş, hesab edir ki, kardioqrama, EXO kardioqrafiya və digər labarator müayinələr itmişdir. Məhkəmə-tibbi ekspertinin Şahid4, İradə Rəsulova, Şahid8, Şahid5, Şahid6 və Şahid7 adına tərtib etdiyi rəylərdə sonunculara təyin olunmuş diaqnozlar öz təsdiqini tapmaması ilə bağlı hesab edir ki, təyin etdiyi diaqnozlar tam qanunidir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, xəstələrə diaqnozu o qoymuşdur. O, sənədlərdə göstərilən rəqəmləri EKQ-də göstərilən rəqəmlərlə yazır. O, ümumiyyətlə xəstələrə diaqnozu özbaşına qoymamışdır. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs akademik C.M.Abdullayev adına X4 publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2009-cu ildən 2019-cu il tarixədək Elm-Tədqiqat Kardiologiya institunda həkim-kardioloq kimi işləmişdir. 2019-cu ildə cinayət məsuliyyətinə cəlb olunduğundan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunub, daha sonra Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83 və 84-cü maddələrinin tələblərinə riayət olunmadığına görə 2020-ci idən yenidən işinə bərpa olunmuşdur. Hazırda təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri Akademik C.M.Abdullayev adına X4 X26 işgüzar nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs – Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (mülki iddiaçı) nümayəndəsi Nümayəndə1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində vahid şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətməsi nəticəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun dövlətin insanların sosial tələbatlarının ən optimal şəraitdə ödənilməsi, əhalinin həyat standartlarının yüksəldilməsi, sosial rifahın əldə edilməsi kimi qanunla qorunan mənafelərinə, zərər vurmaqla ümumilikdə 58.748.60 (əlli səkkiz min yeddi yüz qırx səkkiz altmış) manat məbləğində ziyan vurmuşdur. Mülki iddianı müdafiə edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna dəymiş maddi zərərin təqsirləndirilən şəxs tutularaq ödənilməsini xahiş edirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 1998ci ilin iyun ayından hazıradək "xxxx" QSC-nin strukturuna daxil olan 2 saylı Bakı Dəmiryol poliklinikasının baş həkimi vəzifəsində işləyir. 2014-cü ildən səhiyyənin təşkili üzrə tibb üzrə fəlsəfə doktorudur. Rəhbərlik etdiyi poliklinika 2017-ci ildən MMC kimi fəaliyyət göstərir, yəni yalnız dəmiryolçulara deyil, digər vətəndaşlara da xidmət edir. Eyni zamanda həmin poliklinikada olan həkim-məsləhət komissiyasının sədridir, ixtisası stamotoloqdur. Tibb müəssisələrində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 11 mart 2011-ci il tarixli 30 nömrəli əmri ilə Həkim Məsləhət Komissiyası haqqında Əsasnamə təsdiq edilmişdir. Həmin Əsasnamə əmək qabiliyyətinin itirilməsinin ekspertizasını, tibbi və əmək reabilitasiyası məsələlərinin təşkilini tənzimləyən sənəddir. Həkim Məsləhət Komissiyasının tərkibinə daimi üzv kimi həkim-əmək ekspertizası sahəsində bilik və təcrübəsi olan həkim terapevt, cərrah və nevropatoloq daxil edilir. Ehtiyac yaranan hallarda komissiyanın işinə həmin müəssisənin və digər tibb müəssisələrin müvafiq mütəxəssisləri cəlb oluna bilər. HMK-nın sədri funksiyası tibb müəssisəsinin baş həkiminə, birləşmiş xəstəxanalarda poliklinika şöbəsinin müdirinə (baş həkimin poliklinika işləri üzrə müavininə), poliklinika müdirinə (baş həkim) həvalə edilir. HMK-nın tərkibi yuxarı səhiyyə təşkilatının əmri ilə təyin olunur. 2 nömrəli X23 MMC-də fəaliyyət göstərən HMK-sı bir sədr və 3 üzvdən ibarət olmuş, komissiyanın tərkibində həkim kardioloq olmamışdır. 06 yanvar 2017-ci ildə həkim komissiyasının üzvləri - sədr özü, terapevt həkim kimi Şahid3, həkim cərrah kimi Şahid2, həkim nevropotoloq kimi isə Ofelya İbrahimova daxil edilmişdir. Bundan başqa üzvlərdən biri də pediatriya bölməsinin müdiri, yəni uşaq xəstəliklərinə baxan Rəsmiyyə Bağırova olmuş, ixtisasca həkim-nevropotoloqdur. 03 avqust 2017-ci il tarixdə isə komissiyanın üzvlərindən həkim terapevt Şahid3 işdən azad olunmuş, onun əvəzinə isə üzv kimi həkim terapevt Gülşən Şəmxalova daxil edilmişdir. Komissiya tərəfindən xəstəyə baxıldıqdan və aparılan müayinələrin nəticələri öyrənildikdən sonra müvafiq rəy qəbul olunur. HMK-sı tərəfindən verilən rəylər və qərarlar barədə məlumatlar həmin gün HMK-nın jurnalına (35 nömrəli forma) yazılır. Sədri olduğu həkim məsləhət komissiyasının funksiyaları aşağıdakılardan ibarətdir. Хəstəyə müəyyən olunmuş diaqnozun, aparılmış müayinələrin və müalicənin düzgünlüyünə, əmək qabiliyyəti olmamaq vərəqələrinin verilməsinin əsaslılığına nəzarət edilməsi, müalicə həkimi tərəfindən verilmiş əmək qabiliyyəti olmamaq vərəqələrinin müddətinin qanunvericiliklə müəyyən olunmuş qaydada artırılması, ehtiyac olduqda xəstələrin ixtisaslaşdırılmış müalicə müəssisələrinə məsləhətə göndərilməsi, sığorta haqqı ödəyənlərə müvəqqəti olaraq onlar respublikadan xaricdə olduqda əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar verilmiş sənədlərin əsaslığı şübhə doğurmursa, həmin sənədlərin xəstəlik vərəqələri ilə əvəz olunması, aşağıda göstərilən məsələlərin həll edilməsi məqsədilə Tibbi Sosial Ekspert Komissiyalarına göndərişin verilməsi: - əlillik əlamətləri olan xəstələrə əlillik dərəcəsinin müəyyən edilməsi və ya müalicə müddətinin artırılması, əlillik müddəti başa çatmış şəxslərə TSEK tərəfındən əlilliyin təkrar qiymətləndirilməsi, - sağlamlıq imkanı məhdud uşaqlara müavinətin müəyyən edilməsi, - əlillik dərəcəsi olan şəxslərin vaxtından əvvəl təkrar əlilliyin qiymətləndirilməsi (əlillik qrupundan çıxarılması, əlillik dərəcəsinin azaldılması və ya artırılması üçün); - əlilliyin səbəbinin dəyişdirilməsi, şəxsin əmək fəaliyyəti ilə əlaqədar aldığı zədə və ya sağlamlığın digər pozulması halları zamanı əmək qabiliyyətinin itirilməsi dərəcəsinin (faizinin) müəyyən edilməsi, - əlillərin texniki və digər reabilitasiya vasitələri (avtomobil, əlil arabaları və s.) ilə təmin olunması və sairdir. Həkim Məsləhət Komissiyası yuxarıda qeyd olunduğu kimi komissiyaya müraciət edən şəxslərin xəstəliyini müayinə və müalicə metodları ilə dəqiqləşdirərək əlillik dərəcələrinin təyinatı üzrə forma 088-lərin doldurularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya xidmətinə göndərilməsini həyata keçirir. 2017-ci ildən həkim məsləhət komissiyaları müvafiq xəstəxanalarda və ya poliklinikalarda yerləşməklə elektron forma 088 tərtib edərək elektron imza ilə təsdiq etməklə həmin xidmətə göndərir, həmin xidmətin göndərişi əsasında TSEK-lərdə şəxslərə əlillik dərəcələri təyin edilərək mərkəzə qaytarılır. Ona elektron imza müvafiq Səhiyyə Nazirliyinin əməkdaşları tərəfindən təqdim edilmişdir. Həmin elektron imza şəxsən özünə məxsusdur. Elektron imza özünə məxsus olsa da sistemə həkimin nəzarəti və redaktəsi altında operator özü daxil edir. Xəstənin tibbi sənədləri onun xəstəliyindən asılı olaraq müalicə həkimi tərəfindən toplanılır. Xəstədə terapevtik xəstəliklər olarsa həkim məsləhət komissiyasına müraciət etdikdə terapevt tərəfindən, cərrahi xəstəliklər olarsa həkim cərrah tərəfindən, psixi nevroloji xəstəliklər olarsa həkim nevropotoloq tərəfindən müayinə olunur, lazım gəldikdə xəstə stasionar müalicə olunması üçün ixtisaslaşmış tibb müəssisəsinə göndərilir və sonradan diaqnoz təsdiq olunduqda xəstənin məlumatları və diaqnozu forma 088-ə yazılaraq imzalanır və hər bir komissiya üzvünün özünə məxsus olan asan imzası ilə sistemə daxil olunur. Bir nəfər komissiya üzvünün asan imzası olmadıqda həmin forma 088-i sistemə daxil etmək mümkün olmur. Sədri olduğu Həkim Məsləhət Komissiyasının tərkibində həkim kardioloq olmadığından ürək xəstəliyi ilə bağlı komissiyaya müraciət edən xəstəni həkim terapevt müayinə etmişdir. Qeyd edir ki, xəstələr ilkin olaraq ürək xəstəliklərini müalicə edən stasionar xəstəxanalarda, yəni X25, Akademik C.M.Abdullayev adına ET Kardiologiya institutunda və digər xəstəxanalarda stasionar qaydada müayinə edildikdən sonra həmin xəstəxanadan əldə etdiyi stasionar müayinə almasına dair epikrizlə rəhbərlik etdiyi poliklinikaya müraciət edir. Bundan sonra rəhbərlik etdiyi poliklinikada sədrliyi ilə komissiya təşkil edilir və epikrizdə göstərilənlər olduğu kimi Səhiyyə Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının sisteminə daxil edilir (forma 088). Xəstələrin real vəziyyətinə dair göndərişin status lokaliz hissəsində yazılmış mətnlər və stasionar müalicə müddətlərinə dair məlumatların eynilik təşkil etməsinə səbəb budur. Bundan sonra forma 088 o, və digər komissiya üzvləri tərəfindən imzalanır və “online” qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasına göndərilir. Sözügedən Komissiya isə vətəndaşa əlillik təyin edir və təqaüdün verilməsindən ötrü zəruri sənədlər vətəndaşın yaşadığı ərazi üzrə Dövlət Sosial Müdafiə Fondunun müvafiq şöbəsinə göndərilir. Şahid4, Şahid5, X18, Şahid8, Şahid7 və Şahid6 tanımır. Ola bilsin ki, rəhbərlik etdiyi poliklinikaya müraciət etmişlər, lakin üzərindən uzun müddət keçdiyinə görə qeyd edilən şəxsləri halhazırda xatırlamır. Qeyd edilən şəxslərin poliklinikada olan sənədlərinə baxdıqda onlara əlillik təyin olunması üçün 2017-ci ildə 2 saylı X23 MMC-də həkim məsləhət komissiyasına ürək xəstəliyi ilə bağlı əlillik təyin olunması məqsədilə müraciət etdiklərini müəyyən etmişdir. 2017-ci ildə həmin şəxslər komissiyaya stasionar müalicə aldığı xəstəxanalardan müayinə sənədlərini təqdim etmişlər. Ürək xəstəliyindən əziyyət çəkdiklərinə görə sədri olduğu həkim məsləhət komissiyasında Şahid4, Şahid5, İradə Rəsulovanı, Şahid8, Şahid7 və Şahid6 müayinə edən HMK-nın üzvü həkim-terapevt Şahid3dır. Çünki həkim məsləhət komissiyasında hakim kardioloq olmadığından Şahid3 həkim-terapevt kimi müvafiq olaraq qeyd edilən şəxslərin müraciəti üzrə onları vizual müayinə edərək ixtisaslaşdırılmış xəstəxanalardan təqdim edilən epikrizlərdə olan diaqnozlara baxaraq həmin diaqnozları göndərişə (Forma 088) qeyd edir. Bunun səbəbi isə rəhbərlik etdiyi poliklinikada müasir tibbi avadanlıqların olmamasıdır, yəni mövcud tibbi aparatlar olmadığından məcbur qalıb xəstənin stasionar müalicə aldığı ixtisaslaşdırılmış xəstəxanalardan təqdim etdikləri epikrizlər əsasında forma-088 doldurulur. Ona və eləcə də həkim məsləhət komissiyasının digər üzvlərinə Şahid4, Şahid5, X21, Şahid8, Şahid7 və Şahid6, eləcə də 2017-ci il tarixdə ürək xəstəliyi ilə bağlı barələrində göndəriş (forma 088) göndərilmiş şəxslər tərəfindən əlilliyinin təyini ilə bağlı hər hansı pul və bu kimi maddi nemət təklif edilməmiş və eləcə də verilməmişdir. Həmin şəxslərin özləri də bunu təsdiq edə bilərlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, əmək fəaliyyətinə 1986-cı ildə Zəngilan rayon, Mincivan qəsəbəsində başlamış, 1988-ci ildə isə köçürmə yolu ilə hazırda işlədiyi 2 saylı Bakı X23na təyinat almışdır. İxtisasca həkimcərrаhdır. 2 nömrəli Dəmiryol Poliklinikası MMC olmaqla baş həkimi Şahid1dur. O, eyni zamanda həmin poliklinikada olan həkim-məsləhət komissiyasının üzvüdür. Onun özünə elektron imza müvafiq Səhiyyə Nazirliyinin əməkdaşları tərəfindən təqdim edilmişdir. Həmin elektron imza şəxsən özünə məxsusdur. Xəstənin tibbi sənədləri оnun хəstəliyindən аsılı оlаrаq müаlicə həkimi tərəfindən tоplаnılır. Хəstədə tеrаpеvtik хəstəliklər оlаrsа həkim məsləhət kоmissiyаsınа mürаciət еtdikdə tеrаpеvt tərəfindən, cərrаhi хəstəliklər оlаrsа həkim cərrаh tərəfindən, psiхi nеvrоlоji хəstəliklər оlаrsа həkim nеvrоpаtоlоq tərəfindən, хəstə 18 yаşаdək оlduqdа isə həkim pеdiаtr tərəfindən müаyinə оlunur, lаzım gəldikdə хəstə stаsiоnаr müаlicə оlunmаsı üçün iхtisаslаşmış tibb müəssisəsinə göndərilir və sоnrаdаn diаqnоz təsdiq оlunduqdа хəstənin məlumаtlаrı və diаqnоzu Forma 088-ə yаzılаrаq imzаlаnır və hər bir kоmissiyа üzvünün özünə məхsus оlаn аsаn imzаsı ilə sistеmə dахil оlunur. Bir nəfər kоmissiyа üzvünün аsаn imzаsı оlmаdıqdа həmin Forma 088-i sistеmə dахil еtmək mümkün оlmur. Cinayət işində qeyd edilən 2017-ci il tarixdə üzvü olduğu həkim məsləhət komissiyasında ürək xəstəliyi ilə bağlı yoxlanılaraq barələrində TSEK-ə forma 088 göndərilmiş digər şəxsləri tanımır, qeyd edilən şəxslər onun xəstəsi olmamışlar. Həmin vaxtın üzərindən 5 il müddət keçdiyindən hansı həkimlərin yoxlamasını bilmir. Həmin xəstələri komissiyanın üzvü olan həkim tеrаpеvt müаyinə еtmiş və göndərişi TSЕK-nа göndərmişdir. O, yаlnız həmin həkimin qоyduğu diаqnоzun düzgünlüyünə inаnаrаq göndərişi еlеktrоn imzаsı ilə təsdiq еtmişdir. Yəni həmin şəxslərə hansı diaqnozun qoyulması, onların həkim məsləhət kоmissiyаsındаn kеçərkən аmbulаtоr və yа stаsiоnаr qаydаdа müаyinə və müаlicə olunmaları barədə məlumatı yoxdur. Elektron imzanın şəxsi olduğunu və istifаdə qаydаlаrını bilir. Lakin həmin imzanı həkim məsləhət komissiyasının digər üzvləri kimi o da poliklinikada kadrlarda işləyən, hazırda adını xatırlamadığı işçiyə etibar etmişdir. İşçi yalnız onların göstərişləri olduqda həmin imzadan istifadə edərək göndərişləri elektron qaydada imzalayır. Ona, eləcə də həkim məsləhət komissiyasının digər üzvlərinə 2017-ci il tarixdə üzvü olduğu həkim məsləhət komissiyasında ürək xəstəlikləri ilə bağlı yoxlanılaraq barələrində TSEK-ə forma 088 göndərilmiş digər şəxslərin əlilliyinin təyini ilə bağlı hər hansı pul və bu kimi maddi nemət təklif edilməmiş və eləcə də verilməmişdir, digər komissiya üzvləri barəsində isə heç bir məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, məcburi köçkün olduğuna görə rəsmi olaraq heç bir yerdə işləməmiş, qeyri-rəsmi olaraq isə fəhləliklə məşğul olmuşdur. Mahiyyəti üzrə bildirir ki, onda təxminən 2016-cı ildən ürək xəstəliyi əmələ gəlmişdir. Ürək xəstəliyi yaranandan sonra bir çox xəstəxanalarda, həmçinin İran İslam Respublikasında dəfələrlə ambulator və stasionar müalicələr almışdır. Bakı şəhərində Nəsrəddin Tusi adına Klinikada və hazırda adını xatırlamadığı xəstəxanalarda müalicələr almışdır. Onu bir çox həkimlər müalicə etmişdir, lakin adlarını hazırda xatırlamır. Daha sonra pensiya almaq məqsədilə 2017-ci ildə 2 saylı Bakı Dəmiryol poliklinikasına müraciət edərək müayinə və müalicələri ilə bağlı bütün sənədlərini orada adını xatırlamadığı həkimə təqdim etmişdir. Orada onu müayinə etmişlər və TSEK-ə göndəriş göndəriləcəyini, müsbət cavab çıxarsa ona pensiya təyin olunacağı bildirilmişdir. Təxminən 4-5 ay keçdikdən sonra mobil nömrəsinə barəsində əlilliklə bağlı təqaüd təyin edilməsi haqqında mesaj gəlmişdir. Bundan sonra Binəqədi rayonunda yerləşən "xxxx" ASC-yə müraciət edərək aylıq müavinətin köçürüldüyü plastik kartı əldə etmiş, daha sonra isə pensiya kartı dəyişərək "xxxx" ASC-dən almışdır. İlk vaxtlarda təqaüdü hər ay təxminən 150 manat, son vaxtlarda isə təqaüdü hər ay üçün 260 manat olmuşdur. Ona verilən pensiya 2022-ci ilin may ayında, yəni 5 illik müddət tamam olduqdan sonra dayandırılmışdır. Əlilliklə bağlı təqaüdə çıxmağı müqabilində hər hansı şəxsə hər hansı məbləğdə pul, maddi nemət və sair verməmişdir. 2 saylı Bakı Dəmiryol poliklinikasında da ondan heç kimə pul və sair maddi nemət təqdim etməmiş, heç kim də bunu tələb etməmişdir. Əlavə olaraq qeyd edir ki, Bakı şəhərində müxtəlif xəstəxanalarda müalicələr almış, lakin Kardiologiya İnstitutunda müalicə alıb-almamağını hazırda xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, onda 1990-cı ildən ürək xəstəliyi əmələ gəlmişdir. Bununla bağlı bir çox xəstəxanalarda ambulator və stasionar müalicə almışdır. Stasionar müalicə aldığı xəstəxanalardan biri Bakı şəhərində yerləşən Kardiologiya institutu olmuşdur. Müalicə həkiminin kim olmasını xatırlamır. Xəstəliyindən sonra işləyə bilmədiyindən pensiya almaq üçün müraciət etmək qərarına gəlmişdir. Bütün tibbi sənədlərini toplayaraq Bakı şəhərində yerləşən Dəmiryol poliklinikasına təqdim etmişdir, lakin sənədləri hansı həkimə təqdim etməyini xatırlamır. Bundan sonra ona pensiya təyin edilmişdir. Təxmini olaraq 2017-ci ildən pensiya almış, lakin təxminən 2021-ci ildən pensiyası səbəbsiz yerə dayandırılmışdır. Bununla bağlı olaraq dəfələrlə müvafiq qurumlara müraciət etsə də bir nəticəsi olmamışdır. İlk vaxtlarda təqaüdü hər ay 61 manat, son vaxtlarda isə təqaüdü hər ay üçün 130 manat olmuşdur. Pensiyanı daim özü almış, bunu ondan tələb edən olmamışdır. Əlilliklə bağlı təqaüdə çıxmağı müqabilində hər hansı şəxsə hər hansı məbləğdə pul, maddi nemət və sair verməmişdir. 2 saylı Bakı Dəmiryol poliklinikasında da heç kimə pul və sair maddi nemət təqdim etməmiş, heç kim də bunu ondan tələb etməmişdir. xx.xx.2017-xx.xx.2017-ci il tarixlərdə Akademik C.M.Abdullayev adına Kardiologiya institunda stasionar müalicə almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, onda təxminən 2012-ci ildən ürək xəstəliyi əmələ gəlmişdir. Ürək xəstəliyi ilə yanaşı başında damar genişlənməsi də mövcuddur. Bununla bağlı bir çox xəstəxanalarda ambulator və stasionar müalicə almışdır. Stasionar müalicə aldığı xəstəxanalardan biri Bakı şəhərində yerləşən Kardiologiya institutu olmuşdur. Müalicə həkiminin kim olmasını xatırlamır. Xəstəliyindən sonra işləyə bilmədiyindən pensiya almaq üçün müraciət etmək qərarına gəlmişdir. Bütün tibbi sənədlərini toplayaraq Bakı şəhərində yerləşən 2 saylı Bakı Dəmiryol poliklinikasına təqdim etmişdir, lakin sənədləri hansı həkimə təqdim etməyini xatırlamır. Onu orada da müayinə etmişlər. Bundan sonra ona pensiya təyin edilmişdir. Təxmini olaraq 2017-ci ildən pensiya almış, lakin təxminən 2021-ci ildən pensiyası səbəbsiz yerə dayandırılmışdır. Bununla bağlı olaraq dəfələrlə müvafiq qurumlara müraciət etsə də bir nəticəsi olmamışdır. İlk vaxtlarda təqaüdü hər ay 165 manat, son vaxtlarda isə təqaüdü hər ay üçün 230 manat olmuşdur. Pensiyanı daim özü almış, bunu ondan tələb edən olmamışdır. Əlilliklə bağlı təqaüdə çıxmağı müqabilində hər hansı şəxsə hər hansı məbləğdə pul, maddi nemət və sair verməmişdir. 2 saylı Bakı Dəmiryol poliklinikasında da heç kimə pul və sair maddi nemət təqdim etməmiş, heç kim də bunu ondan tələb etməmişdir. xx.xx.2017-xx.xx.2017-ci il tarixlərdə Akademik C.M.Abdullayev adına Kardiologiya institunda stasionar müalicə almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində bildirmişdir ki, əvvəllər müxtəlif yerlərdə, sonuncu dəfə isə 2017-ci ilə qədər Xırdalan şəhərində yerləşən 6 saylı tam orta məktəbdə xadimə işləmişdir. Mahiyyəti üzrə bildirir ki, onda təxminən 2016-cı ildən ürək xəstəliyi yaranmış, bununla bağlı bir çox xəstəxanalarda müalicələr almışdır. 2017-ci il tarixdə tanışları xəstələyi ilə bağlı pensiya ala biləcəyini bildirdiklərindən, bununla bağlı olaraq Bakı şəhərində yerləşən adını hal-hazırda xatırlamadığı xəstəxanaya müraciət etmiş, orada xəstələyi ilə bağlı bütün sənədləri adını xatırlamadığı həkimə təqdim etmişdir. Onu orada müayinə etmişlər, lakin hansı həkimin müayinə etməsini xatırlamır. Təxminən 2-3 ay keçdikdən sonra ona əlilliklə bağlı təqaüd təyin edilməsi haqqında məlumat verilmişdir. Bundan sonra Xırdalan şəhərində yerləşən "xxxx" ASC-yə müraciət edərək aylıq müavinətin köçürüldüyü plastik kartı əldə etmişdir. İlk vaxtlarda təqaüdü hər ay təxminən 160 manat, son aylarda isə 269 manat olmuşdur. Əlilliklə bağlı təqaüdə çıxmağı müqabilində hər hansı şəxsə hər hansı məbləğdə pul, maddi nemət və sair verməmişdir. Əlavə olaraq qeyd edir ki, üzərindən uzun müddət keçməsi ilə əlaqədar tarixləri tam olaraq xatırlamasa da Bakı şəhərində yerləşən Kardiologiya institutunda müalicə almışdır. Təyin edilmiş əlilliklə bağlı pensiyanı özü almışdır. Məhkəmə iclasında şahid qismində çağırılmış Şahid3 və Şahid7 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə şahidlər Şahid3 və Şahid7 ibtidai istintaq dövründə vermiş olduqları ifadələri elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X16” X26 29 dekabr 2021-ci il tarixli, 866/KEŞ nömrəli canlı şəxsin məhkəmə-tibbi ekspertizasının ekspert rəyindən görünür ki, X14 məhkəmə-tibbi ekspertizası zamanı və 13 oktyabr 2021-ci il tarixdə “Akademik C.Abdullayev adına ET Kardiologiya İnstitutu”nun Konsultativ Poliklinika şöbəsində aparılmış funksional diaqnostik müayinə cavablarına əsasən onda hal-hazırda “X24; Stabil gərginlik stenokardiyası, ıı f.s.; Arterial hipertoniya ııı dərəcə” kimi xəstəliklərinin olduğu müəyyən edilmişdir. X14 adına 2 saylı Bakı Dəmiryol Polklinikasının həkim məsləhət komissiyası tərəfindən 4384003AABR3 nömrəli göndəriş rəsmiləşdirilmiş və göndərişdə “Stenokardiyanın digər formaları; ÜİX; Stabil gərginlik stenokardiyası, ııı f.s.” ağırlaşma:”Digər və dəqiqləşdirilməmiş erkən depolyarizasiya;Ekstrasistolik aritmiya, Sol mədəcik çatmamazlığı, ııı f.s. (NYHA); Perikardial (Qeyri-iltihabi) eskudat hidroperikard; Digər dəqiqləşdirilməmiş plevra zədələnmələri, sağ tərəfli hidrotoraks” diaqnozlar qeyd edilmişdir. Göndərişdə qeyd olunmuş diaqnozlar qismən düz olmuş, belə ki, “Stabil gərginlik stenokardiyası, ııı f.s.”:”Digər və dəqiqləşdirilməmiş erkən depolyarizasiya;Ekstrasistolik aritmiya, Sol mədəcik çatmamazlığı, ııı f.s.” hazırkı müayinə zamanı öz təsdiqini tapmamışdır. X14 hazırkı vəziyyəti ilə və səhiyyə müəssisəsinin 4384003AABR3 nömrəli göndərişində qeyd edilmiş diaqnozlar arasında eynilik təşkil etmir, bu da əlillik təyinatı üçün əsas deyildir. Kliniki, laborator və instrumental mayinələr aparılmadan diaqnoz təyin oluna bilməz. X14 adına “2 saylı Bakı Dəmiryol Polklinikası”nda tərtib edilmiş 4384003AABR3 nömrəli göndərişində qeyd edilən əsas diaqnozun ağırlaşmaları müəyyən edilmədiyi üçün, bu həkim məsləhət komissiyasının üzvləri tərəfindən Səhiyyə sistemində qüvvədə olan təlimat pozğunluğu kimi qiymətləndirilmişdir. “Sənədlərə baxış keçirilməsi haqqında” 19 aprel 2022-ci il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən olunmuşdur ki, kitabın üz qabığı ağ rəgdə olmaqla üzərində yuxarı sol hissədə “”Azərbaycan Dəmir Yolları” QSC HSX-in 2 saylı Bakı Dəmiryol Polklinikası” sözləri, orta hissədə əlyazma ilə “035 N-li formadan çıxarış” sözləri, həmin sözün aşağı hissəsində “2 saylı Bakı D/yol poliklinikasında HMK-dan keçən işçilərin hesabat kitabı” sözləri və aşağı sağ hissədə “HMK-nın sədri: Şahid1, Başlanıb: 19 dekabr 2016-cı il, Qurtarıb: 28 dekabr 2017-ci il” sözləri yazılmışdır. Kitab 98 səhifədən ibarət olmuşdur. “Sübutların qiymətləndirilməsi haqqında” 25 aprel 2023-cü il tarixli qərardan görünür ki, X15 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. ƏƏSMN-dən daxil olmuş 01 ədəd CD disk, 19 dekabr 2016-28 dekabr 2017-ci illərə aid qeyd edilən 2 saylı Bakı Dəmiryol Yol Poliklinikası MMC-yə məxsus həkim məsləhət komissiyasından keçən işçilərin 035 nömrəli hesab kitabının 13,51 və 80-ci səhifələrinin təsdiq edilmiş surəti, X19 və X5 fərdi şəxsi hesabları, Qəribov İmaməddin Şirinbala oğlunun sosial arayışı, X20 məxsus 4384003AACEX nömrəli göndərişin (forma 88) surəti, X6 məxsus 4384003AABL7 nömrəli göndərişin (forma 88) surəti, Qəribov İmaməddin Şirinbala oğluna məxsus 4384003AABW4 nömrəli göndərişin (forma 88) surəti, Akademik C.M.Abdullayev adına X2 21 fevral 2017-ci il tarixli, 542 nömrəli , 20 sentyabr 2017-ci il tarixli, 3207 nömrəli, 09 mart 2017-ci il tarixli, 650 nömrəli və 12 may 2017-ci il tarixli, 1713 nömrəli epikrizlərin surəti, X20, X6 və Qəribov İmaməddin Şirinbala oğluna aid ambulator xəstənin tibbi kartaları iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X16” X26 05 may 2023-cü il tarixli, 486-1/KEŞ nömrəli ekspert rəyindən görünür ki, İradə Rəsulovanın ilkin əyani müayinəsi zamanı adına tərtib edilmiş 4384003AABR3 nömrəli göndərişdə (forma 88) qeyd edilən “Stabil gərginlik stenokardiyası, ııı f.s.” ağırlaşma: “Digər və dəqiqləşdirilməmiş erkən depolyarizasiya; Ekstrasistolik aritmiya; Sol mədəcik çatmamazlığı, ııı f.s.(NYHA)” diaqnozları müəyyən edilməmişdir. Belə ki, adekvat müalicə nəticəsində qeyd olunan ağırlaşmaların remissiyası əldə oluna bilər, lakin tibbi təcrübəyə əsasən xroniki xəstəliklərin tam sağalması mümkün deyildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X16” X26 15 may 2023-cü il tarixli, 169-10/KEŞ nömrəli canlı şəxsin məhkəmə-tibbi ekspertizasının ekspert rəyindən görünür ki, Şahid8 məhkəmə-tibbi ekspertizası zamanı və 01 iyun 2022-ci il tarixdə “X29”in Radiologiya şöbəsində aparılmış Exokardioqrafiya müayinə cavabına əsasən, onda hal-hazırda ürəyin funksiyasında nəzərə çarpacaq ciddi patoloji dəyişikliklər aşkar edilməmişdir, atma fraksiyası 55%, yəni norma daxilində olduğu qeyd edilmişdir. Şahid8 adına “2 saylı Bakı Dəmiryol Yol Poliklinikası”nın həkim məsləhət komissiyası tərəfindən 4384003AABT1 nömrəli göndəriş rəsmiləşdirilmiş və göndərişdə əsas “Stenokardiyanın digər formaları;ÜİX-stabil gərginlik stenokardiyası, ııı f.s.” ağırlaşma: “Digər və dəqiqləşdirilməmiş erkən depolyarizasiya; Ekstrasistolik aritmiya; Durğunluq ürək çatmamazlığı; Ürək çatmamazlığı ııı f.s. (NYHA); Digər dəqiqləşdirilmiş plevra zədələnmələri, hidrotoraks” diaqnozları qeyd edilmişdir.Göndərişdə əlillik dərəcəsinin təyininə əsas verən, yəni əsas xəstəlik və onun ağırlaşmaları hazırki müayinə zamanı öz təsdiqini tapmamışdır.Şahid8 hazırki obyektiv vəziyyəti ilə və səhiyyə müəssisəsinin 4384003AABT1 nömrəli göndərişdə qeyd edilmiş əsas diaqnoz və onun ağırlaşmaları qeyd edilməmişdir, bu da əlillik təyinatı üçün əsas deyildir. Kliniki, laborator və instrumental müayinələr aparılmadan diaqnoz təyin oluna bilməz. Şahid8 adına “2 saylı Bakı Dəmiryol Yol Poliklinikası”nda tərtib edilmiş 4384003AABT1 nömrəli göndərişində qeyd olunan əsas diaqnoz və onun ağırlaşmaları müəyyən edilmədiyi üçün, bu həkim məsləhət komissiyasının üzvləri tərəfindən Səhiyyə sistemində qüvvədə olan 2012-ci il tarixli 70 saylı əmrin pozulması kimi qiymətləndirilmişdir. Şahid8 hazırda aşkar edilməmiş xəstəliklərin sonrakı müalicə nəticəsində sağalmasına əsas vermir.Belə ki, sonuncu exokardioqrafiya müayinə göstəricilərini nəzərə almaqla, Şahid8 4384003AABT1 nömrəli göndərişdə Exokardioqrafiya müayinəsinin nəticəsində qeyd edilmiş “seqmentar divar hərəkət qüsuru (arxa yan divarda hipokinez, ön zirvə nahiyəsində akinez),mitral çatmamazlığın ıı-ııı, tənəffüs çatmamazlığı ıı dərəcə və aorta çatmamazlığın ı dərəcə” sağalması tibbi praktikada mövcud deyil. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X16” X26 15 may 2023-cü il tarixli, 169-20/KEŞ nömrəli canlı şəxsin məhkəmə-tibbi ekspertizasının ekspert rəyindən görünür ki, Şahid4 məhkəmə-tibbi ekspertizası zamanı və 18 yanvar 2023cü il tarixdə “AK.C.Abdullayevv adına ET Kardiologiya İnstitutu”nun Konsultativ Poliklinika şöbəsində aparılmış Exokardioqrafiya müayinə cavabına əsasən, onda hal-hazırda ürəyin funksiyasında nəzərə çarpacaq ciddi patoloji dəyişikliklər aşkar edilməmişdir, atma fraksiyası 55%, yəni norma daxilində olduğu qeyd edilmişdir. Şahid4 adına “2 saylı Bakı Dəmiryol Yol Poliklinikası”nın həkim məsləhət komissiyası tərəfindən 4384003AABQ6 nömrəli göndəriş rəsmiləşdirilmiş və göndərişdə əsas “Stenokardiyanın digər formaları;ÜİX-stabil gərginlik stenokardiyası, ııı f.s.” ağırlaşma: Perikardial (qeyri-iltihabi) eskudat, hidroperikard, Digər və dəqiqləşdirilməmiş erkən depolyarizasiya;Mədəcik ekstrasistoliyası,Sol mədəcik çatmamazlığı, Ürək çatmamazlığı ııı f.s.(NYHA) Didər dəqiqləşdirilməmiş plevra zədələnmələri, hidrotoraks” diaqnozları qeyd edilmişdir.Göndərişdə əlillik dərəcəsinin təyininə əsas verən , yəni əsas xəstəlik və onun ağırlaşmaları hazırki müayinə zamanı öz təsdiqini tapmamışdır. Şahid4 hazırki obyektiv vəziyyəti ilə və səhiyyə müəssisəsinin 4384003AABQ6 nömrəli göndərişdə qeyd edilmiş əsas diaqnoz və onun ağırlaşmaları qeyd edilməmişdir, bu da əlillik təyinatı üçün əsas deyildir. Kliniki, laborator və instrumental müayinələr aparılmadan diaqnoz təyin oluna bilməz. Şahid4 adına “2 saylı Bakı Dəmiryol Yol Poliklinikası”nda tərtib edilmiş 4384003AABQ6 nömrəli göndərişində qeyd olunan əsas diaqnoz və onun ağırlaşmaları müəyyən edilmədiyi üçün, bu həkim məsləhət komissiyasının üzvləri tərəfindən Səhiyyə sistemində qüvvədə olan 2012-ci il tarixli 70 saylı əmrin pozulması kimi qiymətləndirilmişdir. Şahid4 hazırda aşkar edilməmiş xəstəliklərin sonrakı müalicə nəticəsində sağalmasına əsas vermir. Belə ki, sonuncu Exokardioqrafiya müayinə göstəricilərini nəzərə almaqla, Şahid4 4384003AABQ6 nömrəli göndərişdə Exokardioqrafiya müayinəsinin nəticəsində qeyd edilmiş “sol mədəciyin sistolik ölçüləri genişlənib, miokardı konsentrik hipertrofiyalaşmış, sistolik funksiyası qlobal azalmışdır.(AF=31%) Diastolik disfunksiyası.Sol qulaqcıq, sağ mədəcik genişlənmişdir.Seqmentar divar hərəkət qüsur(ön zirvə nahiyyəsində hipokinez, arxa divar akinez), perikard boşluğunda maye, mitral çatmamazlıq ı-ıı dərəcə, tənəffüs çatmamazlığı ıı dərəcə” sağalması tibbi praktikada mövcud deyil. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X16” X26 19 may 2023-cü il tarixli, 169-21/KEŞ nömrəli canlı şəxsin məhkəmə-tibbi ekspertizasının ekspert rəyindən görünür ki, Şahid7 məhkəmə-tibbi ekspertizası zamanı və 17 may 2023-cü il tarixdə “AK.C.Abdullayevv adına ET Kardiologiya İnstitutu”nun Konsultativ Poliklinika şöbəsində aparılmış Exokardioqrafiya müayinə cavabına əsasən, onda hal-hazırda ürəyin funksiyasında nəzərə çarpacaq ciddi patoloji dəyişikliklər aşkar edilməmişdir, atma fraksiyası 55%, yəni norma daxilində olduğu qeyd edilmişdir. Şahid7 adına “2 saylı Bakı Dəmiryol Yol Poliklinikası”nın həkim məsləhət komissiyası tərəfindən 4384003AABR2 nömrəli göndəriş rəsmiləşdirilmiş və göndərişdə əsas “Stenokardiyanın digər formaları;ÜİX-stabil gərginlik stenokardiyası, ııı f.s.” ağırlaşma: Perikardial (qeyri-iltihabi) eskudat, hidroperikard, Digər və dəqiqləşdirilməmiş erkən depolyarizasiya;Mədəcik ekstrasistoliyası, Sol mədəcik çatmamazlığı, Ürək çatmamazlığı ııı f.s.(NYHA) Didər dəqiqləşdirilməmiş plevra zədələnmələri, hidrotoraks” diaqnozları qeyd edilmişdir.Göndərişdə əlillik dərəcəsinin təyininə əsas verən , yəni əsas xəstəlik və onun ağırlaşmaları hazırki müayinə zamanı öz təsdiqini tapmamışdır. Şahid7 hazırki obyektiv vəziyyəti ilə və səhiyyə müəssisəsinin 4384003AABR2 nömrəli göndərişdə qeyd edilmiş əsas diaqnoz və onun ağırlaşmaları qeyd edilməmişdir, bu da əlillik təyinatı üçün əsas deyildir. Kliniki, laborator və instrumental müayinələr aparılmadan diaqnoz təyin oluna bilməz. Şahid7 adına “2 saylı Bakı Dəmiryol Yol Poliklinikası”nda tərtib edilmiş 4384003AABR2 nömrəli göndərişində qeyd olunan əsas diaqnoz və onun ağırlaşmaları müəyyən edilmədiyi üçün, bu həkim məsləhət komissiyasının üzvləri tərəfindən Səhiyyə sistemində qüvvədə olan 2012-ci il tarixli 70 saylı əmrin pozulması kimi qiymətləndirilmişdir. Şahid7 hazırda aşkar edilməmiş xəstəliklərin sonrakı müalicə nəticəsində sağalmasına əsas vermir. Belə ki, sonuncu Exokardioqrafiya müayinə göstəricilərini nəzərə almaqla Şahid7 4384003AABR2 nömrəli göndərişdə Exokardioqrafiya müayinəsinin nəticəsində qeyd edilmiş “sol mədəciyin sistolik ölçüləri genişlənib, miokardı konsentrik hipertrofiyalaşmış, sistolik funksiyası qlobal azalmışdır.(AF=31%) Diastolik disfunksiyası. Sol qulaqcıq, sağ mədəcik genişlənmişdir.Seqmentar divar hərəkət qüsuru ön zirvə nahiyyədə hipokinez, arxa-yan divarda akinez qeyd olunmuşdur.Perikard boşluğunda maye.MÇİİ-İİİ dərəcə, TÇ-ıı dərəcə, AÇ-İ dərəcə” sağalması tibbi praktikada mövcud deyil. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X16” X26 19 may 2023-cü il tarixli, 169-22/KEŞ nömrəli canlı şəxsin məhkəmə-tibbi ekspertizasının ekspert rəyindən görünür ki, Şahid5 məhkəmə-tibbi ekspertizası zamanı və 17 may 2023-cü il tarixdə “AK.C.Abdullayevv adına ET Kardiologiya İnstitutu”nun Konsultativ Poliklinika şöbəsində aparılmış Exokardioqrafiya müayinə cavabına əsasən onda hal-hazırda ürəyin funksiyasında patoloji dəyişikliklər aşkar edilmir, atma fraksiyası 58%, yəni norma daxilində olduğu qeyd edilmişdir. Şahid5 adına “2 saylı Bakı Dəmiryol Poliknikası”nın həkim məsləhət komissiyası tərəfindən 4384003AABSA nömrəli göndəriş rəsmiləşdirilmiş və göndərişdə əsas “Stenokardiyanın digər formaları; ÜİX-stabil gərginlik stenokardiyası İİİ f.s”, ağırlaşma: “Sol mədəcik çatmamazlığı; ürək çatmamazlığı İİİ f.s (NYHA); digər dəqiqləşdirilmiş plevra zədələnmələri, sağ tərəfli hidrotoraks; Digər və dəqiqləşdirilməmiş erkən depolyarizasiya; Ekstrasistolik aritmiya” diaqnozları qeyd edilmişdir. Göndərişdə əlillik dərəcəsinin təyininə əsas verən, yəni əsas xəstəlik və onun ağırlaşmaları hazırki müayinə zamanı öz təsdiqini tapmamışdır. Şahid5 hazırkı obyektiv vəziyyəti ilə və Səhiyyə müəssisəsinin 4384003AABSA nömrəli göndərişdə qeyd edilmiş əsas diaqnoz və onun ağırlaşmaları qeyd edilmir, bu da əlillik təyinatı üçün əsas deyildir. Kliniki, laborator və instrumental müayinələr aparılmadan diaqnoz təyin oluna bilməz. Şahid5 adına “2 saylı Bakı Dəmiryol Poliklinikası”nda tərtib edilmiş 4384003AABSA nömrəli göndərişdə qeyd olunan əsas diaqnoz və onun ağırlaşmaları müəyyən edilmədiyi üçün, bu həkim məsləhət komissiyasının üzvləri tərəfindən Səhiyyə sistemində qüvvədə olan 2012-ci il tarixli 70 saylı əmrin pozulması kimi qiymətləndirilir. Şahid5 hazırda aşkar edilməmiş xəstəliklərin sonrakı müalicə nəticəsində sağalmasına əsas vermir. Belə ki, sonuncu Exokardioqrafiya müayinə göstəricilərini nəzərə almaqla, Şahid5 4384003AABSA nömrəli göndərişdə exokardioqrafiya müayinəsinin nəticəsində qeyd edilmiş “Sol mədəciyin sistolik ölçüləri genişlənib, miokardı konsentrik hipertrofiyalaşıb, sistolik funksiyası azalıb. Diastolik diskfunkasiyası sol qulaqcıq və sağ mədəcik genişlənib. Seqmentar divar hərəkəti qüsuru ön zirvə nahiyədə hipokinez, arxa-yan divarda akinez qeyd olunur. Perikard boşluğunda maye. MÇ İİ-İİİ dərəcə, TŞ-İİ dərəcə, AÇ-İ dərəcə” sağalması tibbi praktikada mövcud deyil. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X16” X26 19 may 2023-cü il tarixli, 169-23/KEŞ nömrəli canlı şəxsin məhkəmə-tibbi ekspertizasının ekspert rəyindən görünür ki, Şahid6 məhkəmə-tibbi ekspertizası zamanı və 17 may 2023-cü il tarixdə “AK.C.Abdullayevv adına ET Kardiologiya İnstitutu”nun Konsultativ Poliklinika şöbəsində aparılmış Exokardioqrafiya müayinə cavabına əsasən, onda hal-hazırda ürəyin funksiyasında nəzərə çarpacaq ciddi patoloji dəyişikliklər aşkar edilməmişdir, atma fraksiyası 58%, yəni norma daxilində olduğu qeyd edilmişdir. Şahid6 adına “2 saylı Bakı Dəmiryol Yol Poliklinikası”nın həkim məsləhət komissiyası tərəfindən 4384003AABT3 nömrəli göndəriş rəsmiləşdirilmiş və göndərişdə əsas “Stenokardiyanın digər formaları;ÜİX-stabil gərginlik stenokardiyası, ııı f.s.” ağırlaşma, Digər və dəqiqləşdirilməmiş erkən depolyarizasiya; Ekstrasistolik aritmiya;(Durğunluq) ürək çatmamazlığı, Ürək çatmamazlığı ııı f.s.(NYHA) Didər dəqiqləşdirilməmiş plevra zədələnmələri, hidrotoraks” diaqnozları qeyd edilmişdir.Göndərişdə əlillik dərəcəsinin təyininə əsas verən , yəni əsas xəstəlik və onun ağırlaşmaları hazırki müayinə zamanı öz təsdiqini tapmamışdır. Şahid6 hazırki obyektiv vəziyyəti ilə və səhiyyə müəssisəsinin 4384003AABT3 nömrəli göndərişdə qeyd edilmiş əsas diaqnoz və onun ağırlaşmaları qeyd edilməmişdir, bu da əlillik təyinatı üçün əsas deyildir. Kliniki, laborator və instrumental müayinələr aparılmadan diaqnoz təyin oluna bilməz. Şahid6 adına “2 saylı Bakı Dəmiryol Yol Poliklinikası”nda tərtib edilmiş 4384003AABT3 nömrəli göndərişində qeyd olunan əsas diaqnoz və onun ağırlaşmaları müəyyən edilmədiyi üçün, bu həkim məsləhət komissiyasının üzvləri tərəfindən Səhiyyə sistemində qüvvədə olan 2012-ci il tarixli 70 saylı əmrin pozulması kimi qiymətləndirilmişdir. Şahid6 hazırda aşkar edilməmiş xəstəliklərin sonrakı müalicə nəticəsində sağalmasına əsas vermir. Belə ki, sonuncu Exokardioqrafiya müayinə göstəricilərini nəzərə almaqla Şahid6 4384003AABT3 nömrəli göndərişdə Exokardioqrafiya müayinəsinin nəticəsində qeyd edilmiş “sol mədəciyin sistolik ölçüləri genişlənib, miokardı konsentrik hipertrofiyalaşmış, sistolik funksiyası qlobal azalmışdır.(AF=31%) Diastolik disfunksiyası.Seqmentar divar hərəkət qüsuru arxa-yan divarda hipokinez, ön zirvə akinez qeyd olunmuşdur.Perikard boşluğunda maye.MÇİİ-İİİ dərəcə, TÇ-ıı dərəcə, AÇ-İ dərəcə” sağalması tibbi praktikada mövcud deyil. “CD diskə baxış keçirilməsi haqqında” 24 may 2023-cü il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən olunmuşdur ki, disk ağ rəngli zərfin içərisindədir. Diskin üz qabığı ağ rəngdə olub üzərində zavod üsulu ilə “bakcell” sözü və rəqəmlə “5396” rəqəmləri həkk edilmişdir. Həmin diski kompüterin disk oxunan hissəsinə keçirib diskdəki faylın açılmasını gözlədikdən sonra “X30” proqramı vasitəsilə həmin diskə yerləşdirilmiş fayllara baxmaq mümkün olmuşdur. Diskdə 2 ədəd qovluq vardır. Həmin qovluğu açdıqda adhissəsində“Zenglerindetallaşdırılması_**********5323_5********.rar”,“Zenglerin_Mexsuslu q_Tarixceleri_**********5320_554267174_BKC.rar” yazısı olan fayllar vardır. Adhissəsində“Zenglerin_MexsusluqTarixceleri_**********1412_557227387_BKC”və“Zengle rin_Mexsusluq_Tarixceleri_**********5320_554267174_BKC.rar” yazısı olan fayla daxil olduqda mobil nömrələr və həmin nömrələrin kimlərə məxsus olması barədə məlumatlar vardır. Yuxarıda qeeyd olunan digər fayla daxil olduqda iş üçün əhəmiyyət kəsb edəcək hər hansı məlumat aşkar edilməmişdir. Bundan başqa baxış zamanı cinayət işi üzrə əhəmiyyət kəsb edəcək hər hansı məlumat aşkar edilməmişdir. baxış zamanı içərisində danışıqlar aparılmasına dair fayllar olan CD disk protokola əlavə edilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 24 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ifadələrində göstərdiyi dəlillər özünü müdafiə xarakterli olmaqla istintaq sənədləri ilə təkzib edildiyindən sübut kimi qiymətləndirilmədən rədd edillmişdir. Dövlət Sosial Müdafiə Fondu və Akademik C.M.Abdullayev adına X4 X26 zərərçəkmiş şəxs qismində tanınmaları nəzərə alınmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş 01 ədəd CD disk, 19 dekabr 2016-28 dekabr 2017-ci illərə aid qeyd edilən 2 saylı Bakı X23 MMC-yə məxsus həkim məsləhət komissiyasından keçən işçilərin 035 nömrəli hesab kitabının 31, 35, 36 və 40-cı səhifələrinin surəti, Şahid4, Şahid5, Şahid6, Şahid7, X14 və Şahid8 sosial arayışları, X17 məxsus 4384003AABR3 nömrəli göndərişin (forma 88) surəti, Şahid4 məxsus 4384003AABQ6 nömrəli göndərişin (forma 88) surəti, Şahid7 məxsus 4384003AABR2 nömrəli göndərişin (forma 88) surəti, Şahid5 Sərkis qızına məxsus 4384003AABSA nömrəli göndərişin (forma 88) surəti, Şahid8 məxsus 4384003AABT1 nömrəli göndərişin (forma 88) surəti, Şahid6 məxsus 4384003AABT3 nömrəli göndərişin (forma 88) surəti, Akademik C.M.Abdullayev adına X1 28 fevral 2017-ci il tarixli, 520 nömrəli, 03 may 2017-ci il tarixli,1547 nömrəli, 03 may 2017-ci il tarixli, 1548 nömrəli, 03 may 2017-ci il tarixli, 1549 nömrəli, 08 may 2017-ci il tarixli, 1657 nömrəli və 10 may 2017-ci il tarixli, 1858 nömrəli epikrizlərin surəti, Şahid4, Şahid5 Sərkis qızına, Şahid6, Şahid7, X17 və Şahid8 aid ambulator xəstənin tibbi kartaları iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır. “Qətimkan tədbirinin seçilməsi haqqında” 24 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3 və 32.4,312.1ci maddələri ilə təqsirli bilinərək 5500 manat cərimə cəzasına məhkum edilmişdir. Cəriməni tam ödəmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 308.1 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi özünün etirafedici ifadəsindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxslərin nümayəndələrinin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə düzgün tövsif edilmişdir. Lakin təqsirləndirilən şəxsin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi üzrə cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, məhkəmə baxışının nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsində nəzərdə tutulan cinayət əməli üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, cinayət 2017-ci ildə törədilmiş, cinayətin törədilməsindən iki ildən çox vaxt keçmişdir. Hazırki cinayət əməli üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti 2019-cu il tarixdə başa çatmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən həmin Məcəllənin 313-cü maddəsində nəzərdə tutulan cinayət əməli cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Həmin Məcəllənin 75.1.1-ci maddəsinin tələblərinə görə böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Həmin Məcəllənin 75.3-cü maddəsinə əsasən cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.3-cü maddəsində qeyd olunur ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin həmin Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Göründüyü kimi, Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş hal mövcud olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarının çıxarılması yalnız müdafiə tərəfinin razılığı ilə mümkündür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 313-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilmiş və barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Yuxarıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 313-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Bununla belə məhkəmə hesab edir ki, həmin maddə üzrə cinayət məsuliyyətindən azad olunması və cinayət təqibinə xitam verilməsi ayrıca qərarla həll edilməli olduğundan, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-328/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə həmin hissədə cinayət məsuliyyətindən azad edilməsi və cinayət təqibinə xitam verilməsi qərara alınmışdır. Lakin Təqsirləndirilən şəxs təqsirləndirildiyi Cinayət Məcəlləsinin 308.1-ci maddəsi üzrə isə ittiham hökm çıxarılmalıdır. Belə ki, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsinə əsasən vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda –iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin maddənin qeydinə əsasən bu fəslin maddələrində “vəzifəli şəxs” dedikdə aşağıdakı şəxslər başa düşülür:

1. hakimiyyət nümayəndələri, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş, yaxud xüsusi səlahiyyət əsasında dövlət və ya yerli özünüidarə orqanlarını təmsil edən şəxslər, zabit, gizir və ya miçman olan hərbi qulluqçular, dövlət qulluqçuları (dövlət qulluğunun xüsusi növündə çalışan şəxslər daxil olmaqla), bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları;

2. dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən edilən qaydada qeydə alınmış şəxslər;

3. dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, o cümlədən publik hüquqi şəxslərin, həmçinin kommersiya və qeyri-kommersiya təşkilatlarının rəhbərləri və işçiləri;

4. dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, o cümlədən publik hüquqi şəxslərdə, həmçinin kommersiya və qeyri-kommersiya təşkilatlarında xüsusi səlahiyyət üzrə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən şəxslər;

5. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər;

6. xarici ölkələrin dövlət orqanlarının vəzifəli şəxsləri, xarici ölkələrin seçkili dövlət orqanlarının üzvləri, beynəlxalq təşkilatların vəzifəli şəxsləri və digər qulluqçuları, beynəlxalq parlament assambleyalarının üzvləri;

7. beynəlxalq məhkəmələrin hakimləri və digər vəzifəli şəxsləri, Azərbaycan Respublikası və ya xarici ölkələrin qanunlarına, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən fəaliyyət göstərən yerli, xarici və beynəlxalq arbitrlər, xarici andlı iclasçılar. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair 19 iyul 2013-cü il tarixli Qərarında göstərilir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsinin mənasına görə: qanunvericiliklə müəyyən edilmiş qaydada tabeçiliyində olan və ya olmayan şəxslər barəsində sərəncam vermək səlahiyyətlərinə və ya hüquqi və fiziki şəxslər üçün icrası məcburi olan qərarlar qəbul etmək hüququna malik olan dövlət qulluqçuları, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları, zabit, gizir və ya miçman olan hərbi qulluqçular hakimiyyət nümayəndəsi kimi vəzifəli şəxs hesab olunurlar;- dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarının işçiləri, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər yalnız hüquqi əhəmiyyət kəsb edən, yəni başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər etdikdə vəzifəli şəxs hesab olunurlar. Şərh edilən cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkar qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək vətəndaşların və ya təşkilatların hüquqlarına və qanuni mənafelərinə, habelə cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə ziyan vurur, vətəndaşların konstitusiya hüquq və azadlıqlarını pozur, hakimiyyət orqanlarını əhali arasında nüfuzdan salır. Vəzifə səlahiyyətlərindən sui-istifadənin obyekti dövlət orqanlarının normal fəaliyyətidir. Əlavə obyekt qismində vətəndaşların və ya təşkilatların hüquqları və qanuni mənafeləri, habelə cəmiyyətin və dövlətin qanunla qorunan mənafeləri çıxış edir. Vəzifə səlahiyyətlərindən sui-istifadə etmə obyektiv cəhətdən aşağıdakı zəruri əlamətlərin məcmusu ilə xarakterizə olunur: 1) vəzifəli şəxsin qulluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə etməsi növündə əməl; 2) fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasından ibarət nəticənin baş verməsi; 3) əməllə nəticə arasında səbəbli əlaqənin olması. Vəzifə səlahiyyətlərindən sui-istifadə vəzifəli şəxsin qulluq səlahiyyətlərindən irəli gələn və tutduğu vəzifəyə görə ona verilmiş hüquq və vəzifələrini həyata keçirməsi ilə bağlı olan hərəkətlərdə ifadə oluna bilər. Lakin belə hərəkətlər qulluq mənafeyinə zidd olaraq həyata keçirildikdə təhlil edilən cinayət tərkibi yaranır. Təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini və himayəsində bir azyaşlı övladının olmasını (əsas: portaldan çıxarış) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməllərini təkrar törətməsini onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə səhiyyə-tibb sahəsində rəhbər vəzifə, o cümlədən tibb-ekspert komissiyasının rəhbər və ya üzvü olmaqla rəy vermək hüquqlarından məhrum edilməklə cərimə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Eyni zamanda onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş mülki iddianın dəlillərini və cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, mülki iddia tam təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179-cu maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs (mülki cavabdeh) – Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə təqsiri məhkəmə araşdırılması zamanı öz təsdiqini tapdığından onun vurulmuş zərərlə bağlı həm də mülki məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 179.1 və 179.2-ci maddələrinin tələblərinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Eləcə də Mülki-Prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Eyni Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ümumilikdə zərərçəkmiş hüquqi şəxs - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna 58.748,6 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 308.1 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilindiyi üçün bu əməllərin törədilməsi ilə əlaqədar mülki iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna vurduğu maddi ziyan da onun tərəfindən ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, mülki iddia tam təmin olunmalı, maddi ziyana görə 58.748,6 manat məbləğində pul təqsirləndirilən şəxs (mülki cavabdeh)- Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş hüquqi şəxs - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xeyrinə ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş 01 ədəd CD disk, 19 dekabr 2016-28 dekabr 2017-ci illərə aid qeyd edilən 2 saylı Bakı X23 MMC-yə məxsus həkim məsləhət komissiyasından keçən işçilərin 035 nömrəli hesab kitabının 31, 35, 36 və 40-cı səhifələrinin surəti, Şahid4, Şahid5, Şahid6, Şahid7, X14 və Şahid8 sosial arayışları, X17 məxsus 4384003AABR3 nömrəli göndərişin (forma 088) surəti, Şahid4 məxsus 4384003AABQ6 nömrəli göndərişin (forma 088) surəti, Şahid7 məxsus 4384003AABR2 nömrəli göndərişin (forma 088) surəti, Şahid5 məxsus 4384003AABSA nömrəli göndərişin (forma 088) surəti, Şahid8 məxsus 4384003AABT1 nömrəli göndərişin (forma 088) surəti, Şahid6 məxsus 4384003AABT3 nömrəli göndərişin (forma 088) surəti, Akademik C.M.Abdullayev adına X1 28 fevral 2017-ci il tarixli, 520 nömrəli, 03 may 2017-ci il tarixli, 1547 nömrəli, 03 may 2017-ci il tarixli, 1548 nömrəli, 03 may 2017-ci il tarixli, 1549 nömrəli, 08 may 2017-ci il tarixli, 1657 nömrəli və 10 may 2017-ci il tarixli, 1858 nömrəli epikrizlərin surəti, Şahid4, Şahid5, Şahid6, Şahid7, X17 və Şahid8 aid ambulator xəstənin tibbi kartaları cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X3 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə

H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 01 il 06 ay müddətə səhiyyə-tibb sahəsində rəhbər vəzifə, o cümlədən tibb-ekspert komissiyasının rəhbər və ya üzvü olmaqla rəy vermək hüquqlarından məhrum edilməklə 4.000 manat cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddia tam təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs 58.748,6 manat məbləğində maddi ziyan tutularaq mülki iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X32 Şəxsə ödənilsin. Cinayət işi üzrə maddi sübut Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş 01 ədəd CD disk, 19 dekabr 2016-28 dekabr 2017-ci illərə aid qeyd edilən 2 saylı Bakı X23 MMC-yə məxsus həkim məsləhət komissiyasından keçən işçilərin 035 nömrəli hesab kitabının 31, 35, 36 və 40-cı səhifələrinin surəti, Şahid4, Şahid5, Şahid6, Şahid7, X14 və Şahid8 sosial arayışları, X17 məxsus 4384003AABR3 nömrəli göndərişin (forma 088) surəti, Şahid4 məxsus 4384003AABQ6 nömrəli göndərişin (forma 088) surəti, Şahid7 məxsus 4384003AABR2 nömrəli göndərişin (forma 088) surəti, Şahid5 məxsus 4384003AABSA nömrəli göndərişin (forma 088) surəti, Şahid8 məxsus 4384003AABT1 nömrəli göndərişin (forma 088) surəti, Şahid6 məxsus 4384003AABT3 nömrəli göndərişin (forma 088) surəti, Akademik C.M.Abdullayev adına X1 28 fevral 2017-ci il tarixli, 520 nömrəli, 03 may 2017-ci il tarixli, 1547 nömrəli, 03 may 2017-ci il tarixli, 1548 nömrəli, 03 may 2017-ci il tarixli, 1549 nömrəli, 08 may 2017-ci il tarixli, 1657 nömrəli və 10 may 2017ci il tarixli, 1858 nömrəli epikrizlərin surəti, Şahid4, Şahid5, Şahid6, Şahid7, X17 və Şahid8 aid ambulator xəstənin tibbi kartaları cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X13 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 iş saatı üçün cəmi 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar