Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-328/2024 11.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq “ MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil edilən xeyli miqdarda 46,07 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, S.İ.Ağa küçəsində yerləşən “Cümə” məscidinin yaxınlığına daşımış, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 27 mart 2024-cü il tarixdə, saat 18:00-da yuxarıda qeyd olunan ünvanda saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilib həmin gün saat 20:10-dan etibarən üzərində şəxsi axtarış keçirilərkən əynində olan tünd boz rəngli paltosunun sağ yan cibindən 01 ədəd sellofanın içərisində satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı ayrı-ayrılıqda təmiz çəkiləri 5,29 qram, 4,60 qram, 5,05 qram, 4,79 qram, 4,73 qram, 5,94 qram, 5,39 qram, 4,86 qram, 5,42 qram olmaqla ümumi təmiz çəkisi 46,07 qram olan eyni tərkibli xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilən ittiham üzrə özünü təqsirli bilməyərək, lakin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 27 mart 2024-cü il tarixdə, saat təxminən 18:00 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsi, S.İ.Ağa küçəsində yerləşən “Cümə” məscidinin yaxınlığında olduğu zaman ona 2 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb özlərini təqdim edib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirərək ondan anket məlumatlarını soruşmuşlar, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. Yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edərək üstündə adını “marixuana” olaraq tanıdığı narkotik vasitələrin olmasını bildirmiş, bundan sonra polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Buna etiraz etməyib həmin polis əməkdaşları ilə birlikdə həmin Polis İdarəsinə getmiş, Polis İdarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutularaq ona hüquq və vəzifələrinin izah olunmuşdur. Daha sonra video çəkilişdən istifadə edilməklə üstünə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üstündə adını “marixuana” kimi bildiyi narkotik vasitə olduğunu bildirərək əynində olan tünd boz rəngli paltonun sağ yan cibindən içərisində 09 ədəd şəffaf rəngli sellofan bükümdə “marixuana” olan 01 ədəd ağ rəngli sellofanı və 01 ədəd “Rothmans” markalı siqaret qutusunu, sol yan cibindən isə 01 ədəd alışqanı, həmin paltonun sol döş cibindən “Nokia” markalı mobil telefonuyla 01 ədəd plastik bank kartını və əynində olan tünd göy rəngli şalvarın sol yan cibindən 10 manat pulu çıxarıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Şəxsi axtarış davam etdirilərkən üstündən başqa hər hansı bir əşya və ya predmet aşkar edilməmiş, daha sonra polis əməkdaşı tərəfindən təqdim etdiyi əşyalara baxış keçirilməyə başlanılmışdır. Daha sonra təqdim etdiyi 01 ədəd ağ rəngli sellofana baxış keçirilmiş və həmin sellofanın içərisində 09 ədəd şəffaf rəngli sellofan bükümləri olmuş, həmin bükümlərin hər birinin içərisində isə qurudulmuş marixuanaya bənzər kütlələr olması müəyyən edilmiş, bundan sonra üstündən aşkar olunmuş 09 ədəd şəffaf rəngli sellofan bükümdə olan kütlələrin polis əməkdaşı tərəfindən qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmış, daha sonra isə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Üzərindən aşkar olunmuş 09 ədəd şəffaf rəngli sellofan bükümdə olan marixuanaya bənzər kütlələr özünə məxsus olmuşdur, həmin kütlələri 27 mart 2024-cü il tarixdə, günorta saatlarında Sabunçu qəsəbəsi ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi məqsədi ilə almışdır. Bir daha qeyd edir ki, həmin narkotik vasitələri satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün almışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid ifadəsində göstərmişdir ki, 27 mart 2024-cü il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Alınmış məlumat barədə raportla BMCMİ-nin rəhbərliyinə məruzə edilərək Təqsirləndirilən şəxs müəyyən edilib, ifşa olunmaları istiqamətində əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə 27 mart 2024-cü il tarixli qərar çıxarılmış və BMCMİ-nin əməkdaşları əməliyyat müvəkkili X3 və onun özündən ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna rəhbərlik edilməsinin onun özünə həvalə edilmişdir. 27 mart 2024-ci il tarixdə, saat 18 radələrində Təqsirləndirilən şəxs Sabunçu rayonu, S.İ.Ağa küçəsində yerləşən “Cümə” məscidinin yaxınlığında olması müəyyən edilmiş və həmin yerə gedərək Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsi müəyyən etmişlər. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər və onun da özünü təqdim etməsini xahiş etmişlər, həmin şəxsin özünü təqdim edərək Təqsirləndirilən şəxs olmasını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış edərək onu BMCMİ-nin inzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə Baş idarəyə getmiş, Baş idarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri izah edilmiş və təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları könüllü surətdə təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs üstündə adını “marixuana” kimi bildiyi narkotik vasitə olduğunu bildirərək əynində olan tünd boz rəngli paltonun sağ yan cibindən 01 ədəd üzərində göy rəngli damalı cizgilər olan ağ rəngli sellofanı və 01 ədəd "Rothmans" markalı siqaret qutusunu, sol yan cibindən isə 01 ədəd alışqanı, həmin paltonun sol döş cibindən "Nokia” markalı mobil telefonla 01 ədəd plastik bank kartını və əynində olan şalvarın sol yan cibindən 10 manat pulu çıxarıb təqdim etməklə masanın üzərinə qoymuş, Təqsirləndirilən şəxs üstünə əlavə şəxsi axtarış həyata keçirilsə də, hər hansı bir əlavə əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra təhqiqatçı tərəfindən təqdim olunmuş əşyalara baxış keçirilməyə başlanılmış, ilk öncə Təqsirləndirilən şəxs təqdim etdiyi “Nokia” markalı mobil telefona baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs həmin mobil telefonun ona məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 01 ədəd "Nokia” markalı mobil telefon və Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd “Leo” banka aid plastik kart təhqiqatçı tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd “Rothmans” markalı siqaret qutusuna baxış keçirilən zaman isə qutunun içərisində 10 ədəd siqaretin olması müəyyən edilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 10 manat pulu hər hansı bir qanunazidd yolla əldə etmədiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd ağ rəngli sellofana baxış keçirilmiş və həmin sellofanın içərisində 09 ədəd şəffaf rəngli sellofan bükümlərin olması, həmin bükümlərin hər birinin içərisində isə bitki mənşəli, yaşıl rəngli, xüsusi spesifik iyə malik olan, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələrin olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin marixuanaya bənzər kütlələrin ona məxsus olmasını, həmin kütlələri 27 mart 2024-cü il tarixdə, günorta saatlarında Sabunçu rayonu, Sabunçu qəsəbəsi ərazisində tanımadığı şəxsdən şəxsi istifadə və satmaq məqsədi ilə aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 09 ədəd şəffaf rəngli sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr təhqiqatçı tərəfindən qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işinin 20-ci vərəqində olan “Şübhəli şəxsin tutulması haqqında” 27 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 28-30-cu vərəqələrində olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 27 mart 2024-cü il tarixli protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı X10 Azərbaycan Respublikası CPM-in 51, 86, 242-247-ci maddələrinin tələblərinə əsasən həmin protokolu ondan ötrü tərtib etmişdir ki, “Şəxsi axtarış və götürmə aparılması haqqında” qərara əsasən 27 mart 2024-cü il tarixdə, saat 20:10-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmasına başlandı. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid tərəfindən çəkiliş aparılacağı barədə məlumat verildi, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üstündə adını “marixuana” kimi bildiyi narkotik vasitə olduğunu bildirərək əynində olan tünd boz rəngli paltonun sağ yan cibindən 01 ədəd üzərində göy rəngli damalı cizgilər olan ağ rəngli sellofanı və 01 ədəd “Rothmans” markalı siqaret qutusunu, sol yan cibindən isə 01 ədəd alışqanı, həmin paltonun sol döş cibindən “Nokia” markalı mobil telefonla 01 ədəd plastik bank kartını və əynində olan tünd göy rəngli şalvarın sol yan cibindən 10 manat pulu çıxarıb təqdim etməklə masanın üzərinə qoydu. Təqsirləndirilən şəxs üstünə əlavə şəxsi axtarış həyata keçirilsə də, hər hansı bir əşya və ya predmet aşkar edilmədi. Bundan sonra təqdim olunmuş əşyalara baxış keçirilməyə başlanıldı. İlk öncə Təqsirləndirilən şəxs təqdim etdiyi “Nokia” markalı mobil telefona baxış keçirildi və baxış zamanı Təqsirləndirilən şəxs həmin mobil telefonun ona məxsus olduğunu bildirməklə içərisində ***-***-**-** saylı mobil nömrənin olduğunu qeyd etdi. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 01 ədəd “Nokia” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən tərəfimdən götürüldü. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd plastik bank kartına baxış keçirilərkən həmin bank kartının “Leo” banka aid olması və üzərində 4098 5844 9281 3801 rəqəmlərinin olması müəyyən edildi. Aşkar olunmuş plastik bank kartı da iş üzrə əhəmiyyət kəsb etdiyindən tərəfimdən götürüldü. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd “Rothmans” markalı siqaret qutusuna baxış keçirilən zaman isə qutunun içərisində 10 ədəd siqaretin olması və iş üzrə əhəmiyyət kəsb edən başqa hər hansı bir maddə və ya kütlənin olmadığı müəyyən edildi. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 10 manat pulu hər hansı bir qanunazidd yolla əldə etmədiyini bildirdi. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd üzərində göy rəngli damalı cizgilər olan ağ rəngli sellofana baxış keçirildi və həmin sellofanın içərisində 09 ədəd şəffaf rəngli sellofan bükümlərin olması, həmin bükümlərin hər birinin içərisində isə bitki mənşəli, yaşıl rəngli, xüsusi spesifik iyə malik olan, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr olması müəyyən edildi. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin marixuanaya bənzər kütlələrin ona məxsus olmasını, həmin kütlələri 27 mart 2024-cü il tarixdə, günorta saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi ərazisində tanımadığı şəxsdən şəxsi istifadə və satmaq məqsədi ilə aldığını, özünün 14 ilə yaxın müddət ərzində narkotik vasitə istifadəçisi olduğunu bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş 09 ədəd şəffaf rəngli sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfindən qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalandı. Cinayət işinin 42-44-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 mart 2024-cü il tarixli, 3-16-16/2-7/491 nömrəli rəyindən görünür ki, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üstündən....” sözləri yazılmış kağız paketdə 09 (doqquz) ədəd şəffaf sellofan paketlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 5,29 qram, 4,60 qram, 5,05 qram, 4,79 qram, 4,73 qram, 5,94 qram, 5,39 qram, 4,86 qram, 5,42 qram, ümumi çəkisi 46,07 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır. Tədqiqata tədim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Cinayət işinin 88-92-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)-423/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qismində qətimkan tədbirinin seçilməsi, həbsetmənin əvvəlinin 27 mart 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin 112-113-cü vərəqələrində olan “Maddi sübut hesab edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 45,62 qram olan narkotik vasitə qurudulmuş marixuananın maddi sübut hesab edilməsi və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılmasından ötrü Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin 122-123-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 mart 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Xəzər Rayon Məhəkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə çəkilməmiş 04 ay 12 gün müddətinə cəzasından vaxtından əvvəl şərti azad olunmuşdur. Sabunçu RPİ-nin xx.xx.2019-cu il tarixli 2572-97 saylı arayışına əsasən vaxtından əvvəl şərti azad etmə müddəti bitdiyindən qeydiyyatdan çıxarılıb. Cinayət işinin 140-144-cü vərəqələrində olan Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 1(008)-115/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli çəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 03 dekabr 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Cinayət işinin 145-148-ci vərəqələrində olan Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)-890/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs ərizəsinin təmin edilməsi, məhkum Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 4 (dörd) ay 2 (iki) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunması qərara alınmışdır. Cinayət işinin 153-154-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsinin Ambulator X1 dair 06 aprel 2024-cü il tarixli, 2242 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitələrin və psixo-aktiv maddələrin birgə qəbul edilməsi nəticəsində yaranan Asılılıq Sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 157-161-ci vərəqələrində olan “SMS məlumatlara baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsinin müstəntiqi X8 Azərbaycan Pespublikasının CPM-in 51, 85, 91 və 236-cı maddələrini rəhbər tutub həmin protokolu ondan ötrü tərtib etmişdir ki, icraatında olan ********* saylı cinayət işinin materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrəyə dair əldə edilmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 5(005)-861/2024 nömrəli qərarı ilə "xxxx" MMC-dən götürülmüş SMS məlumat tarixçəsinə baxış keçirilmiş, baxış zamanı aşağıdakı SMS-məlumatlar aşkar edilmişdir: ***-***-**-** saylı nömrədən göndərilən mesajlar: xx-xx-2023 18:26:02 xx-xx-2023 03:10:41 1.1.**********41 1.1.**********53 Perviz prablem varda bilirsen aç telefonuda b xx-xx-2023 01:49:48 xx-xx-2023 01:49:48 1.1.**********41 1.1.**********91 Qardasim evde Tekem xx-xx-2023 22:59:56 1.1.**********41 1.1.**********17 Götürsen götüra mende taparama 15 manat taparama xeberele mende taparam xx-xx-2023 18:57:30 1.1.**********41 1.1.**********47 **********813801 leo xx-xx-2023 23:08:42 1.1.**********41 1.1.**********79 Senol yoxlarhgdhr ancaq daslari var heleki burdayam pene allağa xx-xx-2023 23:10:57 xx-xx-2023 23:10:57 1.1.**********41 1.1.**********17 Yoxlaridir ancaq kolalari var xx-xx-2023 01:03:12 xx-xx-2023 01:03:12 1.1.**********41 1.1.**********41 Ğe qaqaş daş xx-xx-2023 01:31:13 xx-xx-2023 01:31:13 1.1.**********41 1.1.**********41 Ğe das pul para var burda var das qonşuda xx-xx-2023 01:56:50 xx-xx-2023 01:56:50 1.1.**********41 1.1.**********47 Aga sen cani baxisla atmamisan karta **********813801 xx-xx-2023 15:14:57 1.1.**********41 1.1.**********79 50 mamata gore narağatsan qorxmaye xx-xx-2023 19:40:05 1.1.**********41 1.1.**********02 Aas duzeldiya2 xx-xx-2023 21:47:59 1.1.**********41 1.1.**********08 **********813801 leo xx-xx-2023 23:13:54 1.1.**********41 1.1.**********08 Qerdes ilişib qalmisame 15 deyqeye yigihgam xx-xx-2023 00:17:14 1.1.**********41 1.1.**********79 Ade yoxe gordum pul gozduyur guya men ozumden qoydum seğər ondan al xx-xx-2023 13:56:45 1.1.**********41 1.1.**********67 Nedi samir kentdesen dasin var xx-xx-2023 14:12:18 xx-xx-2023 14:12:18 1.1.**********41 1.1.**********79 Hindi cixmisam 14 eve gedim çimim cixim suya gedim gedicem sexe prosda dasin var sahib verdi dunen gece seyid ekber verdize 500 gecne yoxuyduye udum aldi xx-xx-2023 15:41:01 xx-xx-2023 15:41:01 1.1.**********4 1.1.**********91 Cavid qerdesimsen 5 manat ataydindg karta bularin qapsindayam 5- 10 mnata ilişib qalmisam burda **********761440 xx-xx-2023 13:43:47 1.1.**********41 1.1.**********79 Eli ölurem suyada gedmemisem bitke das tapda xx-xx-2023 23:47:25 xx-xx-2023 23:47:25 1.1.**********41 1.1.**********54 Seyyad eyer basqa sey fikirlesen q…e balasi olar 20 birinden 10senden 20de özüm qoyub atmisam kartina guya bununcun das aticeymis knla atib guyaki das xx-xx-2023 01:40:54 1.1.**********41 1.1.**********91 Cavid yigma danisa bilmirəm atasi anasi agzima baxir alinir prosta 5 manat catmire ata billseydun karta alib cixardhm burdan ge yox yigmada **********934970 xx-xx-2023 17:33:33 1.1.**********41 1.1.**********42 Eee ibrahim koda neycun qoymusan gicsen gelim qapiya olmadiki bu min dene derdim serim var turmeye pul göndesicem ogunde gordun basma gelenöerhgObuda sai 4 / 1 5 xx-xx-2023 15:03:22 1.1.**********41 1.1.**********91 Senol bas idare ge5ib sexe xx-xx-2023 18:54:04 1.1.**********41 1.1.**********91 Vay vay hec metla bele dimirdiya onda ele cixir ki.Azim diyen düziydi sen gedenden sonramda men sene göre otuzdurdum onu ancaq senin elediyne bax xx-xx-2023 18:54:21 xx-xx-2023 18:54:22 1.1.**********41 1.1.**********70 Metrndayam xx-xx-2023 19:10:19 xx-xx-2023 19:12:49 1.1.**********41 1.1.**********70 Sene qurban olun ne and icim ne söyüs söyüm valla eyer nisiryoznu yanasmiram yeqinki basa düsen adamlardansan tesevvür eleki iki gündü dayanmiram 20 gün xx-xx-2023 19:10:23 1.1.**********41 1.1.**********70 bele bir azi 10 gunde bele bir ay gözdüyen adamlar nece olar cörey yemeye vaxt tapmamışam yene orda gunde uc defe yiyib yatirdiq zarafat lol sencani üzrl xx-xx-2023 21:31:14 xx-xx-2023 21:31:14 1.1.**********41 1.1.**********79 Ba senöl yazdiqlarvi oxumuşamsa azadliqdayam seherde qalmisam yolda Kartima pul atda seryoznuya **********934970 xx-xx-2023 21:37:29 1.1.**********41 1.1.**********12 Neynirsen göra seherdeyem burdada das tapa bilmədim ala dünenden seherden das deymeyib dilme serxan q....e (nalayiq ifadə) balash xx-xx-2023 22:54:49 1.1.**********41 1.1.**********49 seher görusey qoyaq yolma olar emanet khmi vermisem suze xx-xx-2023 00:48:37 1.1.**********41 1.1.**********49 Qaqas leo **********813801 230 manat at cixhm xx-xx-2023 00:48:37 xx-xx-2023 00:48:38 1.1.**********41 1.1.**********49 Qaqas leo **********813801 230 manat at cixhm xx-xx-2023 17:46:10 xx-xx-2023 17:46:10 1.1.**********41 1.1.**********67 Qaqas men cixdim karyerin yanindayam sencani yaxsi olsunda hansi terefe gelim xx-xx-2023 20:30:07 1.1.**********41 1.1.**********67 Calis tez gel ki kalan das isteyen var xx-xx-2023 16:11:32 xx-xx-2023 16:11:32 1.1.**********41 1.1.**********81 Esid valla das dünenden gelib cixmayib ancaq dem var bomba istesen bidene dobru vere bilerem sene onun evezne yada 5diyvi uzagi bir saata evdeyem sms yazarsan xx-xx-2023 17:45:39 xx-xx-2023 17:45:40 1.1.**********41 1.1.**********91 Qaqaş özü yiğdıye diyir gel apar men gec gəlerem pul neqederdi gere xx-xx-2023 17:45:42 xx-xx-2023 17:45:43 1.1.**********41 1.1.**********91 y cox takside var ğe gel apar diyir xx-xx-2023 21:37:40 xx-xx-2023 21:37:41 1.1.**********41 1.1.**********67 Görüsen g…..i 40 manat olmaliydi bularin arvad5arni s...m (nalayiq ifadə) men ğara xx-xx-2023 21:37:44 1.1.**********41 1.1.**********67 nin daşni salim basma tez gəl ki obirsilernen pakrivat edim xx-xx-2023 09:46:56 xx-xx-2023 09:46:56 1.1.**********41 1.1.**********91 Qardasimsan cekpot g xx-xx-2023 21:12:17 1.1.**********41 1.1.**********81 ay qaqas gelhrde xx-xx-2023 21:13:44 xx-xx-2023 21:13:44 1.1.**********41 1.1.**********12 Yusif catirda qaqas men senden bes beter isdeyhrem xx-xx-2023 19:37:23 xx-xx-2023 19:37:23 1.1.**********41 5.0.FM_FT Bayram artıq gəldi xx-xx-2023 04:22:19 xx-xx-2023 04:22:19 1.1.**********41 1.1.**********91 10m atda xx-xx-2023 04:07:36 1.1.**********41 1.1.**********91 Atda 1m latiya atimd xx-xx-2023 18:30:53 1.1.**********41 1.1.**********91 Aparatlar idlemir xx-xx-2023 18:39:03 1.1.**********41 1.1.**********91 eİsdiyirsen nagd ve xx-xx-2023 18:39:11 1.1.**********41 1.1.**********91 Acim qapni gel xx-xx-2023 18:39:22 xx-xx-2023 18:39:22 1.1.994706421 1.1.**********91 Senöl.aldatmoram se xx-xx-2023 18:41:57 xx-xx-2023 18:41:57 1.1.**********41 1.1.**********91 Ozun bil nece isdiyi xx-xx-2023 18:49:35 1.1.**********41 1.1.**********91 Quran haqqi gelim na xx-xx- 2023 18:50:00 xx-xx-2023 18:50:00 1.1.**********41 1.1.**********91 Gic hacan aldatmişa xx-xx-2023 18:51:44 1.1.**********41 1.1.**********91 Di kodvu atim xx-xx-2023 19:08:31 1.1.**********41 1.1.**********91 Qaqas pulu atdim amm xx-xx-2023 19:55:59 1.1.**********41 1.1.**********91 Cavab verde öldum s xx-xx-2023 04:45:20 xx-xx-2023 04:45:20 1.1.**********41 1.1.**********91 Qaqas 5 m pul lazim xx-xx-2023 13:43:23 1.1.**********41 1.1.**********21 Sahib ne olduye qaqas bidene 10ugda isdiyen variydiye nece oldu söhbetmiz!!! xx-xx-2023 13:57:19 xx-xx-2023 13:57:19 1.1.**********41 1.1.**********21 He qerdesim zeng elemisen esidmemiseme sudayame dasun yoxdur el borcu xx-xx-2023 03:24:26 1.1.**********41 1.1.**********10 Acda sözüm var dilxoram berk pulda varga yende yene partdaddhm xx-xx-2023 05:07:08 1.1.**********41 1.1.**********10 E oturmusan evde yalandanda aiyirsenki gedirem g......g (nalayiq ifadə) o 10ugu alana kimhg evden bilsen ne qirginnar saldun evime yeke oğlansan xx-xx-2023 05:07:53 xx-xx-2023 05:07:54 1.1.**********41 1.1.**********10 Var yari daş təzğe yox söz dide xx-xx-2024 20:56:12 xx-xx-2024 20:56:12 1.1.**********41 1.1.**********67 5 catir yanhma yigiram senh. xx-xx-2024 23:09:22 1.1.**********41 1.1.**********17 Heri 30 xx-xx-2024 23:14:43 1*1.**********41 1.1.**********17 Nolar gelhirsende yarim dene esde əvdeyem gel xx-xx-2024 15:05:25 1.1.**********41 1.1.**********17 Neynirsen geliremaa neynedün hardasan qapvuzdan kecicem xx-xx-2024 16:05:45 xx-xx-2024 16:05:45 1.1.**********41 1.1.**********55 Çatanda gelib 209un qabagindan göturersen meni dayi sen düsmede masindan ancaq 10olmasa varyoxnu s...m (nalayiq ifadə) vermiycem xx-xx-2024 16:09:39 xx-xx-2024 16:09:40 1.1.**********41 1.1.**********55 Valla kola yoxdu men ujey nardaran mektebnin qabagindayam xx-xx-2024 20:39:38 1.1.**********41 1.1.**********91 Elibala ölür balni xx-xx-2024 20:40:17 1.1.**********41 1.1.**********91 5 dene hekim başnin xx-xx-2024 20:40:35 xx-xx-2024 20:40:35 1.1.**********41 1.1.**********91 Görüşe oda yoxdur xx-xx-2024 20:44:19 1.1.**********41 1.1.**********17 Bax bu kentdedir 15 20deyqeye ne atdun atmisan esas 5at xx-xx-2024 15:46:42 1.1.**********41 1.1.**********91 Tez ğardasan 10manat at gəl **********813801 xx-xx-2024 21:01:11 xx-xx-2024 21:01:11 1.1.**********41 1.1.**********17 Atdun karta sen atmisan pulu didim axi gamsini atmada xx-xx-2024 10:36:33 xx-xx-2024 10:36:33 1.1.**********41 1.1.**********17 Yox evde deyilem hemdeki 5diymi atmiyana kimi yox hecne yoxdu sene gemdeki samir söyüb 11 / 15 xx-xx-2024 10:39:33 xx-xx-2024 10:39:33 1.1.**********41 1.1.**********67 Ne g…. (nalayiq ifadə) qoymusan xonçaya ye daüay 15 at g…..q (nalayiq ifadə) barijni rojaliq eliyirsen g….s (nalayiq ifadə) kisi kimi apar özvü xx-xx-2024 16:01:39 1.1.**********41 1.1.**********91 Atdim 10m xx-xx-2024 19:18:40 xx-xx-2024 19:18:40 1.1.**********41 1.1.**********55 g…..q (nalayiq ifadə) vapervx yoxduki acmiramda bu bir ikincide menseni söyüreme boyuy kicik o5sada vermiycemki duz adam deypglsen xx-xx-2024 19:49:22 xx-xx-2024 19:49:22 1.1.**********41 1.1.**********55 Ba pul düz olsa belkem biraza baxariq xx-xx-2024 21:16:35 xx-xx-2024 21:16:35 1.1.**********41 1.1.**********91 **********813801 ele birdeliy 10at bir defeliy saginede vdrey mazgilervi aparmasin eyibdi xx-xx-2024 21:34:40 xx-xx-2024 21:34:40 1.1.**********41 1.1.**********91 Bratatdim xx-xx-2024 22:50:54 1.1.**********41 1.1.**********91 Aldatdin meni xx-xx-2024 03:14:01 xx-xx-2024 03:14:02 1.1.**********41 1.1.**********91 Dem getir tez gel 10 xx-xx-2024 00:59:32 1.1.**********41 1.1.**********91 Allahhaqqi yoxumdur xx-xx-2024 17:13:26 xx-xx-2024 17:13:26 1.1.**********41 1.1.**********91 Daniss bilmirem.öm v xx-xx-2024 17:34:13 1.1.**********41 1.1.**********91 Atdim 10m xx-xx-2024 23:44:44 1.1.**********41 1.1.**********91 Sen pulum yoxdur bir xx-xx-2024 23:41:07 xx-xx-2024 23:41:07 1.1.**********41 1.1.**********21 Dayi fsoye qurtardimə seynen BU YARİMHN YARİSİDİR BEYEM MENİ SALDUX xx-xx-2024 23:41:11 xx-xx-2024 23:41:12 1.1.**********41 1.1.**********21 P.....E (nalayiq ifadə) GECEYNEN AY B… VALLA BELE OLMAZE SENÖL COX SAĞOL HÖRMETVE xx-xx-2024 23:41:14 1.1.**********41 1.1.**********21 GÖRE BUYNAN NEÇENCİDİR UJEY xx-xx-2024 21:53:25 xx-xx-2024 21:53:25 1.1.**********41 1.1.**********12 Heri geldi xx-xx-2024 11:22:20 1.1.**********41 1.1.**********91 Cavid pulun var xx-xx-2024 20:06:31 1.1.**********41 1.1.**********79 **********813801 leo1 3 / 1 5 xxxx-2024 21:07:48 1.1.**********41 1.1.**********79 Eli atda olmadiki xx-xx-2024 22:28:56 xx-xx-2024 22:28:56 1.1.**********41 1.1.**********21 Qaqas acda sözüm var mende isteyirem 1dene cet var xx-xx-2024 23:36:34 1.1.**********41 1.1.**********79 Eli bidene ge yox dide mene de tez bu gedir pulu atmagaya gelmirsen se dide xx-xx-2024 19:37:13 1.1.**********41 1.1.**********81 Darixma propkadayam çatim diyirem sene gəl xx-xx-2024 20:53:05 xx-xx-2024 20:53:05 1.1.**********41 1.1.**********81 Pul neqerdh xx-xx-2024 16:09:17 1.1.**********41 1.1.**********77 Yaqub qurban olum temiz olsunda taksideyem 5deqiqeye ordayam tek deyilemde qurban olum temiz olsun xx-xx-2024 09:03:34 1.1.**********41 1.1.**********73 Ay qerdesim alinmirsa di bilimdə basqa yerden axtarimda qaqas xx-xx-2024 10:29:42 1.1^**********1 1.1.**********67 i ora yatib das ceken yatıb ujey xx-xx-2024 06:19:15 1.1.**********41 1.1.**********67 Ebulfez ba görürsen iki dene lazimdir dene xx-xx-2024 10:10:48 xx-xx-2024 10:10:48 1.1.**********41 1.1.**********21 Ay qerdes tapa bildün men tapa bilmemisem hele xx-xx-2024 15:23:18 1.1.**********41 1.1.**********12 Yusif burdayam ğə5em qram götüsvrem boleriy demde olucey xx-xx-2024 21:32:31 1.1.**********41 1.1.**********42 Gelim yigicam istesen lap dem yada pulvu vericem xx-xx-2024 20:10:28 xx-xx-2024 20:10:28 1.1.**********41 1.1.**********39 Yigma035 burdadh xx-xx-2024 01:17:15 1.1.**********41 1.1.**********12 Yusif bidene at soram gel cekde ragat qerdesimsen kimdende gözlesem senden gözdemezdimda xx-xx-2024 01:45:26 1.1.**********41 1.1.**********12 Yusif nodu xx-xx-2024 19:14:11 xx-xx-2024 19:14:11 1.1.**********41 1.1.**********20 orxan qurban olum qaqas valla p...a (nalayiq ifadə) verdime senöl ay qerdesim bes 12 aturdun brat bidene ateydunki mende vereydim redd oleydiler basimdan
2. ***-***-**-** saylı nömrəyə gələn mesajlar: xx-xx-2023 19:17:33 xx-xx-2023 19:17:33 1.1.**********79 1.1.**********41 Bu ne hereketdiye ay nesir zanit zanit ac p.....i (nalayiq ifadə) bidene puli saxliya bilmiremde baws duwirsen xx-xx-2023 01:57:58 xx-xx-2023 01:57:58 1.1.**********47 1.1.**********41 indi bidene market goren kimi atiram 45 azn xx-xx-2023 20:15:36 xx-xx-2023 20:15:36 1.1.**********85 1.1.**********41 Neyin var ondn D xx-xx-2023 00:15:46 xx-xx-2023 00:15:46 1.1.**********79 1.1.**********41 Elaci ade ay o….(nalayiq ifadə) kimse yari alandaya diyirki gele buni qalanni seher verecem besti meynen yalan daniwdun abestide kohne q…..e s.... (nalayiq ifadə) oyretirsen ay q.....e (nalayiq ifadə) xx-xx-2023 02:06:37 xx-xx-2023 02:06:37 1.1.**********18 1.1.**********41 X15 X9 X7 X16 X5 xx-xx-2023 04:03:01 xx-xx-2023 04:03:01 1.1.**********64 1.1.**********41 Qaqaw Elave 10nug Daw 10kola X19 Bazar Duzelirse Yigda Mene Bide D xx-xx-2023 21:17:35 xx-xx-2023 21:17:35 1.1.**********84 1.1.**********41 Gagasimsan meni tez yola salarsan gedimde xx-xx-2023 22:02:40 xx-xx-2023 22:02:40 1.1.**********59 1.1.**********41 Yari istiyiler duzeler ? Alim pulu?? D xx-xx-2023 02:15:31 xx-xx-2023 02:15:32 1.1.**********67 1.1.**********41 Cixart Meni cornidan iwim var pul atiram D xx-xx-2023 22:15:49 xx-xx-2023 22:15:49 1.1.**********54 1.1.**********41 Nəsir mən xəstə adamam bir ayağnan güclə düzüb qoşmuşam o pulu gün D xx-xx-2023 22:15:50 xx-xx-2023 22:16:52 1.1.**********54 1.1.**********41 ortadan küçələrdeyəm səni gözdiyrəm dəyqədə durum qapıya gəlim saba D xx-xx-2023 01:56:52 xx-xx-2023 01:56:52 1.1.**********91 1.1.**********41 Qaqas kartfa pul yoxdu senol ama bele var xx-xx-2023 03:13:25 xx-xx-2023 03:13:26 1.1.**********64 1.1.**********41 X12 Gelir Bele 1dene Em40 Nan Mende 15manatdiq X20 X18 X21 Gelim Qaqaw D xx-xx-2023 10:49:52 xx-xx-2023 10:49:53 1.1.**********67 1.1.**********41 Salam. Senin bu ssymamazdigiva gore Mende sene hormetsizlik saymamazdig eleyecem. Axwam geldim cavab vermedin.Orda daw gizdetdim ki sene verim.Sendeki D xx-xx-2023 15:33:29 xx-xx-2023 15:33:30 1.1.**********67 1.1.**********41 Ay cirig goturde p.....u. (nalayiq ifadə) 25 daw var ay c…...g (nalayiq ifadə) komek isteyirsen buda komek. – xx-xx-2023 19:34:23 xx-xx-2023 19:34:23 1.1.**********81 1.1.**********41 Ade g....gg bunə qe......di (nalayiq ifadə) limon duznu soxdun mene D xx-xx-2023 09:46:51 xx-xx-2023 09:46:52 1.1.**********91 1.1.**********41 Qardasimsan cekpot gedir hecolmasa 5 at yoxdusa 2 xx-xx-2023 12:49:35 xx-xx-2023 12:49:35 1.1.**********67 1.1.**********41 Cavab verde yene bawdadun. Yeke oğlansan dedim komek ele saat 1 oldu camaat pul gozdeyir ki Mende emaneti alim, kenddeyem gelirem size « xx-xx-2024 16:07:56 xx-xx-2024 16:07:56 1.1.**********55 1.1.**********41 Heri də qaqaw senol duz du 5 dekola tapda temiz 15 verim sene taoirsan D xx-xx-2024 17:34:55 xx-xx-2024 18:00:02 1.1.**********91 1.1.**********41 Bax yarim saata gelir Quran haqqi atdim nesir memmedov D xx-xx-2024 20:54:15 xx-xx-2024 20:54:15 1.1.**********73 1.1.**********41 Nessirrrrrryazzzmaaaaa heccccne ay qaqawwww xx-xx-2024 20:54:19 1.1.**********73 1.1.**********41 lliwwwmiwem.m xx-xx-2024 20:55:15 xx-xx-2024 20:55:15 1.1.**********73 1.1.**********41 Telefonuuh indi verdilerr elime yazmaaaaa D Cinayət işinin 164-cü vərəqində olan “Bank kartından çıxarış və DVD diskə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsinin müstəntiqi X8 Azərbaycan Pespublikası CPM-in 51, 85, 91 və 236-cı maddələrini rəhbər tutub həmin protokolu ondan ötrü tərtib etmişdir ki, icraatında olan ********* saylı cinayət işinin materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs məxsus 4098 5844 9281 3801 nömrəli "xxxx" ASC-yə məxsus bank kartı hesabına dair əldə edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəgıəsinin xx.xx.2024-cü il tarixli, 5(005)-862/2024 nömrəli qərarı ilə "xxxx" ASC-dən götürülmüş çıxarışa və bankomat görüntülərindən ibarət olan 01 ədəd DVD diskə baxış keçirildi. Baxış zamanı Təqsirləndirilən şəxs bank hesabında mütəmadi olaraq müxtəlif məbləğlərdə məxaric və mədaxil əməliyyatları olması müəyyən edilir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 01 ədəd DVD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli paltosunun sağ yan cibindən 01 ədəd sellofanın içərisində daşıdığı 09 ədəd bükümlərdə narkotik vasitə qurudulmuş marixuananın aşkar edilərək götürülməsi müəyyən olundu. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən hallar müəyyən etmədi. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunsa da, onun məhkumluğu ödənilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.2), cəza çəkməsinin əvvəli 27 mart 2024-cü il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 18 (on səkkiz) iş saatına görə 108 (yüz səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 25 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 27 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin növbətçi hissəsinin maddi sübutların saxlama kamerasına təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 45.62 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 254005, ÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 18 (on səkkiz) iş saatına görə 108 (yüz səkkiz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 25 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir.
Sədrlik edən Vüsal Qurbanov