Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-329/2023 11.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1998-ci ildə Xaçmaz rayonu, Armudpadar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonu, Armudpadar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq 70,135 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib, mülkiyyətində olan idarə etdiyi “VAZ 21010” markalı, AZ **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilində saxlamaqla ünvan 2 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 23 fevral 2023cü il tarixdə saat 18:30-da yuxarıda qeyd olunan ünvanda mülkiyyətində olan idarə etdiyi “VAZ 21010” markalı, AZ **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında saxlanılaraq avtomobili ilə birlikdə Baş İdarənin inzibati binasına gətirilmiş və orada həmin gün saat 21:30-dan etibarən mülkiyyətində olan idarə etdiyi “VAZ 21010” markalı, AZ **- BV-*** dövlət qeydiyyat nişanlı avtomobilinə özünün icazəsi və iştirakı ilə baxış keçirilən zaman qabaq oturacaqlarının arasında yerləşən saxlanc yerindən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd ağ rəngli torbanın içərisində 16 ədəd bükümdə tərkiblərinə görə eynilik təşkil edən ayrı-ayrılıqda çəkiləri 2,051 qram, 4,765 qram, 4,402 qram, 4,873 qram, 4,402 qram, 4,887 qram, 4,998 qram, 4,672 qram, 1,906 qram, 4,919 qram, 4,540 qram, 4,619 qram, 4,627 qram, 4,937 qram, 4,873 qram və 4,664 qram olmaqla, ümumilikdə 70,135 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 23 fevral 2023-cü il tarixdə saat 16 radələrində idarə etdiyi “Vaz 21010” markalı, **-BV-*** qeydiyyat nişanlı avtomobillə ünvan 3 ünvanın qarşısında olduğu zaman 3 nəfər mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərini təqdim edib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib anket məlumatlarını soruşmuşlar. Özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. Yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib avtomobilində “marixuana” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmiş, buna etiraz etməyib həmin polis əməkdaşları ilə birlikdə Polis İdarəsinə gəlmişdir. Polis İdarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Sonra video çəkilişdən istifadə edilməklə üstünə şəxsi axtarış keçirilmişdir. İlk öncə əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən 01 ədəd mobil telefonu, əynində olan tünd boz rəngli cins şalvarının sol yan cibindən şəxsiyyət vəsiqəsini, pul əskinaslarını və 02 ədəd açarı təqdim etməklə masanın üzərinə qoymuşdur. Bundan sonra üstündən başqa hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim olunan əşya və predmetlərə ardıcıllıqla baxış keçirilmişdir, ilk öncə aşkar olunan 01 ədəd mobil telefona baxış keçirilmişdir. Şifahi sorğu zamanı hazırda üzərində heç bir narkotik maddə olmadığını, lakin idarə etdiyi “VAZ 21010” markalı avtomobilində narkotik maddə olmasını, avtomobilə baxış keçirilməsinə dair heç bir etirazının olmadığını bildirmişdir. Üzərindən aşkar edilmiş 28 manat pul özünə geri qaytarılmışdır. Aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon və şəxsiyyət vəsiqəsi polis tərəfindən götürülmüşdür. Eləcə də, aşkar edilmiş 02 ədəd avtomobil açarı özünə geri qaytarılmışdır. Daha sonra avtomobilə baxış keçirilmişdir. Bu zaman polislərə idarə etdiyi “VAZ 21010” markalı, **-BV-*** qeydiyyat nişanlı avtomobildə narkotik maddə olaraq “marixuana” adı ilə tanıdığı maddələrin olmasını bildirmişdir. Bundan sonra icazəsi və iştrakı ilə idarə etdiyi “VAZ 21010” markalı avtomobilə baxış keçirilmişdir. Belə ki, qeyd olunan avtomobilin sol, qabaq, yan qapısı açılmış, bu zaman avtomobilin qabaq salonunda olan oturacaqların arasında qoyduğu 01 ədəd ağ rəngli sellofan paketi götürərək təqdim etmişdir. Sellofan paketin üzərində “NMB Number 8” yazısı olması aşkar edilmişdir. Həmin sellofan paketin içərisində “marixuana” adı ilə tanıdığı narkotik maddələr olmasını bildirmişdir. Bundan sonra həmin sellofan paketin içərisinə baxış keçirilməyə başlanmışdır. Sellofan paketin içərisindən 15 ədəd politelin qabda, 1 ədəd büküm olmaqla, ümumilikdə 16 ədəd şəffaf sellofan bükümdə içərisində marixuana, eləcə də 01 ədəd elektron tərəzi olması aşkar edilmişdir. Elektron tərəzinin üzərində müxtəlif izlər olması müəyyən edilmişdir. Elektron tərəzinin üzərində hər hansı bir marka yazısı olmadığı müəyyən edilmişdir. Bundan sonra avtomobildən aşkar olunmuş 16 ədəd sellofan bükümdə olan narkotik maddə marixuana və 01 ədəd elektron tərəzi içərisində olduqları 01 ədəd ağ rəngli sellofan paketlə birlikdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra avtomobilin sol, arxa, yan oturacağına, avtomobilin arxa, sağ, yan oturacağına, baqaj hissəsinə və qabaq, sağ, yan oturacağına baxış keçirilmişdir. Baxış zamanı avtomobilin baqaj hissəsində 01 ədəd avtomobil yağı qutusu, müxtəlif təmir alətləri aşkar edilmişdir. Qeyd olunan əşyalar polis tərəfindən götürülməmişdir. Avtomobilin qabaq, sağ yan oturacağından isə özünə məxsus sürücülük vəsiqəsi və 01 ədəd nəqliyyat vasitəsinin uçot kartoçkası aşkar edilmişdir. Sürücülük vəsiqəsi və 01 ədəd nəqliyyat vasitəsinin uçot kartoçkası polis tərəfindən götürülmüşdür. Baxış zamanı əlavə şübhəli əşya və ya predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı avtomobilindən aşkar edilmiş narkotik maddə marixuananı və 01 ədəd elektron tərəzini təxminən 2-3 gün əvvəl Xaçmaz rayonunda olarkən tanımadığı şəxsdən 500 manat müqabilində əldə etdiyini, həmin maddələri “marixuana” olaraq tanımağını, həmin maddələri satmaq istədiyi üçün idarə etdiyi avtomobildə saxlamağını maddələri ayrı-ayrı bükümlərə ayıraraq onları satan zaman özü üçün rahat olması məqsədilə bu cür vəziyyətdə saxladığını, elektron tərəzini də narkotik maddələrin satışı zamanı istifadə etdiyini, narkotik maddələri isə tanımadığı şəxslərə satmağını, maddi cəhətdən sıxıntıları olduğu üçün bu cür əməli törətməyini bildirmişdir. Sonda Təqsirləndirilən şəxs barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid1 ifadəsində göstərdi ki, 23 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq özü, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmış və əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. 23 fevral 2023-cü il tarixdə saat 18 radələrində əməliyyat qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs olması ehtimal edilən ünvan 4 ünvanda olduqları zaman, yəni 23 fevral 2023-cü il tarixdə saat 18 radələrində zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşayan bir nəfər şəxsin “Vaz 21010” markalı, **-BV-*** qeydiyyat nişanlı avtomobilin yanında olduğunu görmüşlər. Odur ki, həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərib, özlərini təqdim etmiş və həmin şəxsin də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etmiş və onu DİN-in BMCMİ-nə dəvət etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Vaz 21010” markalı avtomobillə birlikdə Baş İdarəyə gətirmişlər. İdarənin inzibati binasının xidməti otaqlarının birində təhqiqatçı Kənan Kərimli tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunmuş və həmin şəxsin şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilərək, ona hüquq və vəzifələri izah edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçiriləcəyi bildirildi və Təqsirləndirilən şəxs buna heç bir etirazını bildirməmişdir. Bundan sonra onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş və əvvəlcə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən 01 ədəd mobil telefonu, əynində olan tünd boz rəngli cins şalvarının sol yan cibindən şəxsiyyət vəsiqəsini, pul əskinaslarını və 02 ədəd açarı təqdim etməklə masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üstündə başqa hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs hazırda üstündə heç bir narkotik maddə olmadığını, lakin idarə etdiyi “VAZ 21010” markalı avtomobilində narkotik maddə olmasını, avtomobilə baxış keçirilməsinə dair heç bir etirazının olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 28 manat pul iş üzrə əhəmiyyət kəsb etmədiyindən şəxsin özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon və şəxsiyyət vəsiqəsi iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Eləcə də, Təqsirləndirilən şəxs aşkar edilmiş 02 ədəd avtomobil açarı şəxsin özünə geri qaytarılmışdır. Bundan sonra şəxsi axtarış istintaq hərəkəti başa çatmış və Təqsirləndirilən şəxs özünün icazəsi və iştirakı ilə istifadəsində olan “VAZ 21010” markalı, **-BV-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirməyə başlanmışdır. Təqsirləndirilən şəxs təklif edilmişdir ki, idarə etdiyi “VAZ 21010” markalı avtomobildə narkotik vasitələr və psixotrop maddələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar, maddələr və ya sənədlər varsa, həmin maddələri və əşyaları təqdim etsin. Təqsirləndirilən şəxs cavabında, idarə etdiyi “VAZ 21010” markalı avtomobildə narkotik maddə olaraq “marixuana” adı ilə tanıdığı maddələrin olmasını bildirmişdir. Belə ki, ilk növbədə qeyd olunan avtomobilin sol, qabaq, yan qapısı açılmışdır. Təqsirləndirilən şəxs bu zaman avtomobilin qabaq salonunda olan oturacaqların arasında qoyduğu 01 ədəd ağ rəngli sellofan paketi götürərək təqdim etmişdir. Sellofan paketin üzərində “NMB Number 8” yazısı olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin sellofan paketin içərisində “marixuana” adı ilə tanıdığı narkotik maddələr olmasını bildirmişdir. Bundan sonra həmin sellofan paketin içərisinə baxış keçirilməyə başlanmışdır. Sellofan paketin içərisindən 16 ədəd şəffaf sellofan bükümdə içərisində ot formalı, yaşıl rəngli, xüsusi spesifk iyə malik, narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr, eləcə də 01 ədəd eleketron tərəzi olması aşkar edilmişdir. Elektron tərəzinin üzərində müxtəlif izlər olması müəyyən edilmişdir. Elektron tərəzinin üzərində hər hansı bir marka yazısı olmadığı müəyyən edilmişdir. Bundan sonra avtomobildən aşkar olunmuş 16 ədəd sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar maddələr və 01 ədəd elektron tərəzi cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan içərisində olduqları 01 ədəd ağ rəngli sellofan paketlə birlikdə qablaşdırılıb iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra avtomobilin sol, arxa, yan oturacağına, baqaj hissəsinə və qabaq, sağ, yan oturacağına baxış keçirilmişdir. Baxış zamanı avtomobilin baqaj hissəsində 01 ədəd avtomobil yağı qutusu, müxtəlif təmir alətləri aşkar edilmişdir. Qeyd olunan əşyalar iş üzrə əhəmiyyət kəsb etmədiyi üçün götürülməmişdir. Avtomobilin qabaq, sağ yan oturacağından isə Təqsirləndirilən şəxs məxsus sürücülük vəsiqəsi və 01 ədəd nəqliyyat vasitəsinin uçot kartoçkası aşkar edilmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün sürücülük vəsiqəsi və 01 ədəd nəqliyyat vasitəsinin uçot kartoçkası götürülmüşdür. Baxış zamanı əlavə şübhəli əşya və ya predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələri və 01 ədəd elektron tərəzini təxminən 2-3 gün əvvəl Xaçmaz rayonunda olarkən tanımadığı şəxsdən 500 manat müqabilində əldə etdiyini, həmin maddələri “marixuana” olaraq tanımasını, həmin maddələri satmaq istədiyi üçün idarə etdiyi avtomobildə saxlamasını, maddələri ayrı-ayrı bükümlərə ayıraraq orları satan zaman özü üçün rahat olması məqsədilə bu cür vəziyyətdə saxladığını, eleklron tərəzini də narkotik maddələrin satışı zamanı istifadə etdiyini, narkotik maddələri isə tanımadığı şəxslərə satmasını, maddi cəhətdən sıxıntıları olduğu üçün bu cür əməli törətməsini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid3 oğlu digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İttiham aktının siyahısında şahid qismində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid2 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 27-ci vərəqində olan “Şübhəli şəxsin tutulması haqqında” 23 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 40-42-ci vərəqələrində olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 23 fevral 2023-cü il tarixli protokoldan görünür ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin təhqiqatçısı X5 tərəfindən tərtib edilmiş 23 fevral 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs hazırda üstündə heç bir narkotik maddə olmadığını, lakin idarə etdiyi “VAZ 21010” markalı, **-BV-*** qeydiyyat nişanlı avtomobilində narkotik maddə olmasını, avtomobilə baxış keçirilməsinə dair heç bir etirazının olmadığını bildirmişdir. Cinayət işinin 45-47-ci vərəqələrində olan “Baxış keçirilməsi və götürmə aparılması haqqında” 23 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasının qarajında saxlanılmış Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21010” markalı, **-BV-*** qeydiyyat nişanlı avtomobilə özünün icazəsi və iştirakı ilə video çəkilişdən istifadə edilməklə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21010" markalı, **-BV-*** qeydiyyat nişanlı avtomobildə narkotik vasitələr və psixotrop maddələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar, maddələr və ya sənədlər varsa, həmin maddələri və əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs cavabında, idarə etdiyi “VAZ 21010” markalı, **-BV-*** qeydiyyat nişanlı avtomobildə narkotik maddə olaraq “marixuana” adı ilə tanıdığı maddələrin olmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs özünün icazəsi və iştirakı ilə onun idarə etdiyi “VAZ 21010” markalı, **-BV-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Belə ki, qeyd olunan avtomobilin sol, qabaq, yan qapısı açıldı. Təqsirləndirilən şəxs bu zaman avtomobilin qabaq salonunda olan oturacaqların arasında qoyduğu 01 ədəd ağ rəngli sellofan paketi götürərək təqdim etmişdir. Sellofan paketin üzərində “NMB Number 8” yazısı olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin sellofan paketin içərisində “marixuana” adı ilə tanıdığı narkotik maddələr olmasını bildirmişdir. Bundan sonra həmin sellofan paketin içərisinə baxış keçirilməyə başlanmışdır. Sellofan paketin içərisindən 16 ədəd şəffaf sellofan bükümdə içərisində ot formalı, yaşıl rəngli, xüsusi spesifik iyə malik, narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr, eləcə də 01 ədəd eleketron tərəzi olması aşkar edilmişdir. Elektron tərəzinin üzərində müxtəlif izlər olması müəyyən edilmişdir. Elektron tərəzinin üzərində hər hansı bir marka yazısı olmadığı müəyyən edilmişdir. Bundan sonra avtomobildən aşkar olunmuş 16 ədəd sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar maddələr və 01 ədəd elektron tərəzi cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan içərisində olduqları 01 ədəd ağ rəngli sellofan paketlə birlikdə qablaşdırılmışdır. Daha sonra avtomobilin sol, arxa, yan oturacağına, avtomobilin arxa, sağ, yan oturacağına, baqaj hissəsinə və qabaq, sağ, yan oturacağına baxış keçirilmişdir. Baxış zamanı avtomobilin baqaj hissəsində 01 ədəd avtomobil yağı qutusu, müxtəlif təmir alətləri aşkar edilmişdir. Qeyd olunan əşyalar iş üzrə əhəmiyyət kəsb etmədiyi üçün götürülməmişdir. Avtomobilin qabaq, sağ yan oturacağından isə Təqsirləndirilən şəxs məxsus sürücülük vəsiqəsi və 01 ədəd nəqliyyat vasitəsinin uçot kartoçkası aşkar edilmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün sürücülük vəsiqəsi və 01 ədəd nəqliyyat vasitəsinin uçot kartoçkası götürülmüşdür. Baxış zamanı əlavə şübhəli əşya və s. predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələri və 01 ədəd elektron tərəzini təxminən 2-3 gün əvvəl Xaçmaz rayonunda olarkən tanımadığı şəxsdən 500 manat müqabilində əldə etdiyini, həmin maddələri “marixuana” olaraq tanımasını, həmin maddələri satmaq istədiyi üçün idarə etdiyi avtomobildə saxlamasını, maddələri ayrı-ayrı bükümlərə ayıraraq onları satan zaman özü üçün rahat olması məqsədilə bu cür vəziyyətdə saxladığın', elektron tərəzini də narkotik maddələrin satışı zamanı istifadə etdiyini, narkotik maddələri isə tanımadığı şəxslərə satmasını, maddi cəhətdən sıxıntıları olduğu üçün bu cür əməli törətməsini bildirmişdir. Baxış və götürmə zamanı aparılmış videoçəkilişləri özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 56-58-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 fevral 2023-cü il tarixli, 7/288 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində "Təqsirləndirilən şəxs...” yazısı və imzalar olan polietelin bağlamadakı 16 (on altı) ədəd sellofan torbacığda ayrı-ayrılıqda təmiz çəkiləri: 2,051 qram, 4,765 qram, 4,402 qram, 4,873 qram, 4,402 qram, 4,887 qram, 4,998 qram, 4,672 qram, 1,906 qram, 4,919 qram, 4,540 qram, 4,619 qram, 4,627 qram, 4,937 qram, 4,873 qram və 4,664 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi-70,135 qramdır. Təqdim olunmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Bir ədəd elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitələrin hissəcikləri yoxdur. Cinayət işinin 112-116-cı vərəqələrində olan Bakı Şəhəri Nərimaov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)-251/2023 saylı qərarından görünür ki, təqdimatın təmin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qismində qətimkan tədbirinin seçilməsi, həbsetmənin əvvəlinin 23 fevral 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin 130-cu vərəqində olan “Maddi sübut hesab edilməsi haqqında” 25 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş “Samsung” markalı mobil telefonun maddi sübut hesab edilməsi və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin 134-cü vərəqində olan “Maddi sübut hesab edilməsi haqqında” 25 fevral 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilərək götürülmüş qalıq çəkisi 69,335 qram olan narkotik vasitə qurudulmuş marixuananın və 01 ədəd elektron tərəzinin maddi sübut hesab edilməsi və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinat məsələsi həll edilənədək saxlanılmasından Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin 163-cü vərəqində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 190-191-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsinin Ambulator X1 xx.xx.2023-cü il tarixli, 1590 nömrəli rəyindən görünür ki, “Müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin və opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 192-ci vərəqində olan “Telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” 20 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrə ilə aparılan danışıqlara dair CD diskdə olan məlumatlara baxış keçirilmiş və həmin şəxsin digər mobil operatorlara məxsus nömrələrlə narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsi ilə əlaqədar olması ehtimal edilən aşağıdakı məzmunda SMS yazışmaları müəyyən edildi: xx-xx-2023 06:33:52 xx-xx-2023 06:33:52 1.1.**********32 1.1.**********20 Sms yazmisam sene bloka atmisan deyesen adamsanda Pul atim karta sene tema alda mencun xx-xx-2023 06:10:17 xx-xx-2023 06:10:17 1.1.**********87 1.1.**********20 Ramiz Kartiva pul atsam mene newe siqaret alib gelib vere bilersen ? xx-xx-2023 21:58:07 xx-xx-2023 21:58:07 1.1.**********60 1.1.**********20 Anamın canı şey istiyen var ona göre yığdım xx-xx-2023 22:05:30 xx-xx-2023 22:05:31 1.1.**********25 1.1.**********20 AC SEY İSTİYEN VAR xx-xx-2022 23:42:06 xx-xx-2022 23:42:06 1.1.**********20 1.1.**********23 Qaqaw kola var elimde pul lazimdi 05 15m verem xx-xx-2022 14:30:40 xx-xx-2022 14:30:40 1.1.**********20 1.1.**********18 Qaqas bide dobru cet pati var yaxsi sey varsa barter eleyeg zor patidi xx-xx-2022 18:25:09 1.1.**********20 1.1.**********09 Das isteyen olsa xeber ele xx-xx-2022 20:40:11 xx-xx-2022 20:40:11 1.1.**********20 1.1.**********08 Hesen bizim heyete ata bilersen newe he yox, de. Cinayət işinin 196-210-cu vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” 23 may 2023-cü il tarixli qərardan görünür ki, şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD diskin cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsinin nəzərə alınması, baxış və götürmə aparılması istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD diskin cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs götürülmüş “Samsung” markalı mobil telefonda cinayət təqibi üzrə əhəmiyyət kəsb edən hallar müəyyən edildiyindən həmin telefonun maddi sübut kimi tanınması və saxlanması üçün DİN-in Maddi sübutları saxlama yerinə təhvil verilməsi, Təqsirləndirilən şəxs avtomobildən aşkar edilərək götürülmüş 70,135 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın qalıq çəkisi 69,335 qramı və 01 ədəd elektron tərəzinin 01 mart 2023-cü il tarixli qərarla maddi sübut qismində tanınmasının və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilməsi qərara alınmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs avtomobilində baxış keçirilməsi və götürmə aparılması zamanı video kamera vasitəsi ilə qeydə alınan video görüntünün əks edildiyi 01 ədəd “DVD” diskə baxış keçirilərkən, qabaq oturacaqlarının arasında yerləşən saxlanc yerindən 01 ədəd ağ rəngli torbanın içərisində 16 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd tərəzinin aşkar edilərək götürülməsi müəyyən olunmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini və gənc olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.2), cəza çəkməsinin əvvəli 23 fevral 2023-cü il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə qurudulmuş marixuana və tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın və avtomobilində baxış keçirilməsi və götürmə aparılması zamanı qeydə alınan video görüntünün əks edildiyi 02 ədəd DVD disk və Təqsirləndirilən şəxs götürülmüş “Samsung” markalı mobil telefon cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 23 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 69,335 qram olan qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın və avtomobilində baxış keçirilməsi və götürmə aparılması zamanı qeydə alınan video görüntünün əks edildiyi 02 ədəd DVD disk və Təqsirləndirilən şəxs götürülmüş “Samsung” markalı mobil telefon cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 78,82 (yetmiş səkkiz manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 254005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-329/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-329/2023
11.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver