Məhkəmə qərarları › İş №1(005)-329/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-329/2024

16.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-329/2024 16.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs (videokonfrans vasitəsi ilə), cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1992-ci ildə Abşeron rayonu, Masazır kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, “Relax” hamamında masajçı vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Masazır kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında kirayə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2024-cü ilin may ayının 30-da saat 01 radələrində, birgə işlədikləri ünvan 2 ünvanda yerləşən “Relax” hamamının işçilərinin ümumi təsərrüfat otağından Zərərçəkmiş şəxs saxladığı sonuncuya məxsus portmanatdan 2200 manat pulu gizli olaraq talamaqla oğurlamışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs bir neçə aydır ki, tanıyır və onunla birlikdə ünvan 2 ünvanda yerləşən “Relax” hamamında masajçı işləyir. Belə ki, xx.xx.2024-cü il tarixdə saat 01:00 radələrində iş yoldaşı Zərərçəkmiş şəxs özünə məxsus portmanatının içərisinə pulu qoyaraq hamamın işçilərinin ümumi istifadəsində olan təsərrüfat otağında saxladığını görmüş və onun getməsini gözləmişdir. Zərərçəkmiş şəxs hamamdan getdikdən sonra o, həmin təsərrüfat otağına daxil olaraq portmanatın içərisindən pulları götürüb kirayə yaşadığı ünvana getmişdir. Evdə olan zaman pulu saydıqda ona məlum olmuşdur ki, portmanatdan 2200 manat pul oğurlamışdır. Həmin puldan 450 manat pulu öz maddi ehtiyyaclarına xərcləmiş və 1750 manat pulu özündə saxlamışdır. O, həmin 2200 manat pulun iş yoldaşı olan Zərərçəkmiş şəxs məxsus olduğunu bilmiş və həmin pulu təsərrüfat otağında portmanata qoymasını görmüşdür. Oğurladığı 2200 manat pulun 450 manatını öz maddi ehtiyyaclarına xərcləyib 1750 manat pulu özündə saxladığından, həmin 1750 manat pulu təhqiqata təqdim etmişdir. Hazırda zərəri tam ödəmişdir. Etdiyi əməldən peşmandır. Dəymiş zərəri tam ödəsə də, Zərərçəkmiş şəxs onunla barışmamışdır. Himayəsində 2 azyaşlı övladı var. Nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında videokonfrans vasitəsilə iştirak edən zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, təxminən bir neçə ay olmuşdur ki, Türkiyə Respublikasından Bakı şəhərinə gəlmiş və iş yoldaşı Təqsirləndirilən şəxs ilə birlikdə ünvan 2 ünvanda yerləşən “Relax" hamamında masajçı işləmişdir. Belə ki, Türkiyə Respublikasından gəldikdə xərclərini qarşılamaq üçün pul gətirmişdir. xx.xx.2024-cü il tarixdə saat 01 radələrində özünə məxsus 2200 manat pulu portamanatına qoyub həmin portmanatı hamamın ümumi işçilər üçün olan təsərrüfat otağında saxlamışdır. Saat 13:30 radələrində gəlib portmanatından pulu götürmək istədikdə 2200 manat pulun oğurlanmasını aşkar etmişdir. O, həmin pul olan portmanatı təsərrüfat otağına qoyduqda iş yoldaşı olan Təqsirləndirilən şəxs bunu gördüyü üçün pulu o, oğurlamışdır. Təqsirləndirilən şəxs təxminən bir neçə aydır ki, tanıyır və sonuncu ilə birlikdə ünvan 2 ünvanda yerləşən “Relax" hamamında masajçı işləmişdir, lakin aralarında heç bir ədavət olmamışdır. Təqsirləndirilən şəxs ona dəymiş zərəri ödəsə də, onunla barışmamışdır. Hazırda şikayətçidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən yer Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi 74 saylı ünvanda yerləşən “Relax” hamamıdır. Vətəndaş Zərərçəkmiş şəxs dediyinə əsasən oğurluq iş yoldaşı Təqsirləndirilən şəxs tərəfindən “Relax” hamamının təsərrüfat otağında baş vermişdir. “Könüllü təqdim olunan pulun götürülməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə masajçı işlədiyi ünvan 2 ünvanda yerləşən “Relax” hamamının ümumi istifadədə olan təsərrüfat otağındakı portmanatdan oğurladığı Zərərçəkmiş şəxs məxsus 2200 manat pulun 450 manatını xərclədiyi üçün 1750 manatını könüllü olaraq təhqiqata təqdim etmişdir. xx.xx.2024-cü il tarixli protokola əsasən vətəndaş Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə Azərbaycan Respublikası CPM-nin 51-ci maddəsinin tələbinə əsasən ondan ötrü ki, 1750 AZN pulu Zərərçəkmiş şəxs təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. “Böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə sübutların qiymətləndirilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, 16 ədəd 100-lük və 03 ədəd 50 manatlıq pul əskinazları maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs qaytarılması qərara alınmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, 27 sentyabr 2011-ci il təvəllüdlü X1 anası Təqsirləndirilən şəxs, atası X3r. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, 14 may 2014-cü il təvəllüdlü X2 anası Təqsirləndirilən şəxs, atası X3r. “Hesab açmadan köçürmənin aparılması” haqqında "xxxx" ASC tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hesabına 8333 türk lirəsi (428,22 manat) ödəmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən yekun protokolda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi, məhkəməyədək icraat materialı üzrə alınmış mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. CM-in 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli CM-in 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə cəza təyin edərkən onun törətdiyi əməli etiraf edib peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş tam zərəri ödəməsini, himayəsində 2 azyaşlı uşağının olmasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdırılan halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin olunmalı, iş üzrə maddi sübut – 16 ədəd 100-lük və 03 ədəd 50 manatlıq pul əskinazlarının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. CPM-nin 198.2 maddəsinə əsasən - Məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki iş üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş material üzrə üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 16 saylı vəkil bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 iş saatı üçün cəmi 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsi hesabına vəsait ödənilməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 maddəsi ilə təqsirli bilinsin və ona aylıq qazancından dövlət nəfinə 15 (on beş) faiz pul tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs aylıq qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablansın. İslah işləri cəzasının icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut - 16 ədəd 100-lük və 03 ədəd 50 manatlıq pul əskinazlarının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 iş saatı üçün cəmi 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar