Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-33/2022 21.01.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X10 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs6 Şahid5 ona borclu olduğu 30.000 ABŞ dolları pulu alıb geri ona qaytaracağına yalandan vəd verib aldadaraq, 09 noyabr 2017-ci il tarixdən 01 iyun 2019-cu ilədək olan müddət ərzində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 113 ünvanında yerləşən “Viva” ayaqqabı mağazasında Azərbaycan manatı nisbətində 28.560 manat təşkil edən 16800 ABŞ dolları pulu hissə-hissə vahid niyyətlə əhatə olunmuş qəsdlə Şahid5 alıb həmin məbləğ pulu Zərərçəkmiş şəxs6 verməyərək ələ keçirmiş və ümumilikdə Zərərçəkmiş şəxs6 28.560 manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, təkrarən Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı X8 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında X1 onun övladı Şahid6 Dövlət Təhlükəsizlik Xidmətinin “Qartal” xüsusi təyinatlı bölüyünə 7000 manat qarşılığında gizir rütbəsi ilə işə düzəldəcəklərinə dair yalandan vəd verib aldatmaqla 15 may 2019-cu il tarixdə ünvan 4 ünvanında yerləşən 40 saylı Notariat Kontorunda Elmar İsmiyev 3.000 manat, daha sonra Gülnara İsmayılovaya pulu tez bir zamanda verə biləcəyi təqdirdə oğlunun işini 6000 manat pulun qarşılığında həll edəcəyini yalandan söyləməklə ondan 14 iyun 2019-cu il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, 38 ünvanın qarşısında Təqsirləndirilən şəxs 1000 manat nağd pulu, 10 iyul 2019-cu il tarixdə eyni ünvanda Elmar İsmiyev 1000 manat nağd pulu, 05 avqust 2019-cu il tarixdə həmin ünvanda Elmar İsmiyev 1000 manat nağd pulu, 02 dekabr 2019-cu il tarixdə Elmar İsmiyev guya işlədiyi şöbənin rəisinin ad günü olduğunu, ona hədiyyə almaq adı ilə həmin ünvanda 400 manat, daha sonra ailəsinin şəxsi ehtiyacını qarışlamaq adı ilə 2020-ci ilin aprel ayının yeddisində 100 manat nağd pulu, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdən 6500 manat pulu alıb ələ keçirərək, zərərçəkmiş şəxs Gülnara İsmaylovaya qeyd olunan məbləğdə, yəni xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, təkrarən Təqsirləndirilən şəxs tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı X8 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs5 DTX-nın Beynəlxalq Əlaqələr şöbəsinə işə düzəldəcəyinə dair yalandan vəd verib aldadaraq 2019-cu ilin iyun ayında Bakı şəhəri Yasamal rayonu Parlament prospekti 18 ünvanında Dövlət Təhlükəsizlik Xidmətinin qarşısında 2000 manat, 2019-cu ilin sentyabr ayında ünvan 8 ünvanında yerləşən “Qardaşlar” un məmulatları mağazasının qarşısında 1300 manat, ümumilikdə 3300 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, Zərərçəkmiş şəxs5 qeyd olunan məbləğdə ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, təkrarən Təqsirləndirilən şəxs tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs7 etibarından sui-istifadə edərək ona Dövlət Təhlükəsizlik Xidmətində mühafizəçi kimi işə düzəlməsinə köməklik göstərəcəyinə yalandan vəd verib inandıraraq bu məqsədlə 18.10.2019-cu il tarixdə Abşeron rayonu, Sulutəpə qəsəbəsi, Sulutəpə dairəsinin yaxınlığında yerləşən “Şamlıq” adlanan kafedə ondan 5000 manat pul alaraq, verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs7 qeyd olunan məbləğdə ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, təkrarən Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs8 etibarından sui-istifadə edərək ona “Azfen” şirkətində fəhlə kimi işə düzəlməsinə köməklik göstərəcəyinə yalandan vəd verib 2020-ci ilin mart ayında Abşeron rayonu, Sulutəpə qəsəbəsi, Sulutəpə dairəsi yaxınlığında yerləşən “Şamlıq’' adlanan kafedə ondan 1000 manat pul alıb ələ keçirərək, verdiyi vədinə əməl etməyərək Zərərçəkmiş şəxs8 qeyd olunan məbləğdə ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, təkrarən Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 onu “Azfen” şirkətinə nəzarətçi işinə düzəlməsinə köməklik göstərəcəyinə vəd verib aldadaraq, 8 iyul 2020-ci il ildə ünvan 9 ünvanında yerləşən “Golden Baku” şadlıq sarayının yaxınlığında ondan 1300 manat pul aldıqdan sonra, Təqsirləndirilən şəxs ona verdiyi vədinə əməl etmədiyinə görə Zərərçəkmiş şəxs4 ona verdiyi pulu geri istədikdə, Təqsirləndirilən şəxs almış olduğu pulun 700 manatını ona qaytarsa da, həmin pulun 600 manatını ələ keçirərək Zərərçəkmiş şəxs4 600 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, təkrarən Təqsirləndirilən şəxs tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs9 etibarından sui-istifadə edərək ona “Azfen” şirkətində sürücü kimi işə düzəlməsinə köməklik göstərəcəyinə vəd verərək inandırıb 21 iyul 2020-ci il ildə Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən “Four Seasons” otelinin yanında ondan 1000 manat pul alıb ələ keçirərək, verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs9 qeyd olunan məbləğdə ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, təkrarən Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 övladı Şahid1 Dövlət Təhlükəsizlik Xidmətinə leytenant rütbəsi ilə zabit kimi işə düzəldəcəyini yalandan vəd verib aldatmaqla, 27 iyul 2020-ci il tarixdə ünvan 10 ünvanında yerləşən “Richman” kafesində Zərərçəkmiş şəxs1 cəmi 10.000 manat pulu alıb ələ keçirərək, nəticədə Zərərçəkmiş şəxs1 qeyd olunan məbləğdə yəni, xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, təkrarən Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını keçirmək məqsədilə tanışı X8 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Zərərçəkmiş şəxs3 onu Dövlət Təhlükəsizlik Xidmətinin “Qartal” xüsusi təyinatlı bölüyünə 7000 manat qarşılığında gizir rütbəsi ilə işə düzəldəcəyini yalandan vəd verib aldatmaqla 05 yanvar 2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Mirəli Qaşqay küçəsində yerləşən “Araz” marketin qarşısında Zərərçəkmiş şəxs3 manat nisbətində 4250 manat təşkil edən 2500 ABŞ dolları pulu, daha sonra isə 10 fevral 2021-ci il tarixdə həmin ünvanda Zərərçəkmiş şəxs3 1250 manat məbləğində pulu, ümumilikdə 5500 manat məbləğində pulu vahid niyyətlə əhatə olunmuş qəsdən alıb ələ keçirərək, Zərərçəkmiş şəxs3 qeyd olunan məbləğdə, yəni xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bildiyini qeyd edib ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs4 onu “Azfen” şirkətinə nəzarətçi işinə düzəlməsinə köməklik göstərəcəyinə vəd vermiş, 8 iyul 2020-ci il ildə ünvan 11 ünvanında yerləşən “Golden Baku” şadlıq sarayının yaxınlığında ondan 1300 manat pul alaraq onun qısa müddətə işə çıxacağını bildirmişdir. Sonra Zərərçəkmiş şəxs4 işin düzəlmədiyini anlamış və pulunu geri istəmişdir. Zərərçəkmiş şəxs4 müharibədə olduğundan həmin puldan 700 manatını onun tanışı ilə əlaqə saxlayıb qaytarsa da həmin pulun 600 manatını verməmiş və pulu öz ehtiyacına xərcləmişdir. 2019-cu ilin əvvəllərində Qaranın vasitəsilə onun xalası oğlu X8 ilə tanış olmuşdur. Bundan sonra Elmarla aralarında yaxın münasibəti yaranmış və onlar tez-tez görüşüb birlikdə çay içmişlər. Zərərçəkmiş şəxs5 onun əsgər yoldaşı olmuş və o, 2006-cı ildə Xudat Sərhəd xidmətində onunla birlikdə hərbi xidmətdə olmuşdur. Qasımov X3 atası olmuş və Elnurla aralarında yoldaşlıq münasibəti olduğu üçün o, onların yaşadığı evə gedib gəlmişdir. O, onlara Xarici Kəşfiyyat İdarəsində işlədiyini bildirmişdir. Elnurun ailəsi ilə birlikdə yaşadığı evdə Yasin ona 2016-cı ilin sonlarında qohumu olan Şahid5 ondan 30.000 ABŞ dolları borca pul istədiyi üçün pul verdiyini, Zahidin sonradan bankrot olduğu üçün pulunun bir hissəsinin qaytarsa da qalan pulu qaytara bilmədiyini, qohum olduqları üçün polisə şikayət edə bilmədiyini bildirmişdir. Həmin vaxtlar o, heç bir yerdə işləmədiyi üçün maddi cəhətdən sıxıntı çəkdiyi və pula ehtiyacı olduğu üçün Yasinin Zahidə borca verdiyi pulu alaraq şəxsi ehtiyaclarına xərcləmək qərarına gəlmişdir. Buna görə də, 2017-ci ilin oktyabr ayının sonlarında Elnurun ailəsi ilə birlikdə yaşadığı evə gedərək Yasinlə görüşmüşdür. Söhbət zamanı o, onun Zahidə verdiyi pulu qaytarmaqda köməklik edə biləcəyini bildirmişdir. Yasin də bunu necə edəcəyini soruşduqda o, ona Zahidlə danışan zaman pulu guya ondan alıb ona verdiyini deməsini, onun da gedib Zahiddən pulu alaraq ona verəcəyini bildirmişdir. O da ona inandığı üçün razılaşmış və Zahidlə danışan zaman pulu ondan alıb verdiyini deyəcəyini bildirmişdir. Bundan bir neçə gün sonra Yasin onunla əlaqə saxlayaraq Zahidlə görüşərək pulu ondan alıb ona verdiyini dediyini bildirmiş və Zahidin mobil nömrəsini ona verib əlaqə saxlamağını tapşırmışdır. Bundan sonra o, Zahidin istifadəsində olan mobil nömrəyə zəng vuraraq onunla görüşmüş və Yasinin ona verəsi olduğu pulu ondan alaraq ona verdiyini, Zahidə olan borcunu ona verməli olduğunu bildirib pulunu qaytarmasını ondan tələb etmişdir. Zahid ona inandığı üçün onunla razılaşmışdır. Zahid də maddi imkanının yaxşı olmadığı üçün pulu hissə-hissə qaytaracağını və pulu qaytaran zaman kitabçasında qeydiyyat aparıb verəcəyini bildirmişdir. O da onunla razılaşmış və 2017-ci ilin dekabr ayının əvvəllərindən başlayaraq 2019-cu ilin iyun ayının əvvəlinə kimi ondan hissə-hissə olmaqla ümumilikdə 16800 ABŞ dolları pul alaraq şəxsi işlərinə xərcləmişdir. Yasin hər dəfə onunla əlaqə saxlayıb Zahidin pulu verib-vermədiyini soruşan zaman ona Zahidin maddi imkanının yaxşı olmadığı üçün pulu verə bilmədiyini bildirmişdir. Bundan başqa, 2019-cu ilin noyabr ayında Yasin onunla əlaqə saxlayaraq Zahidin pulu verib vermədiyini soruşan zaman o, ona Zahidin vəziyyətinin pis olduğunu və pulu ödəyə bilmədiyini bildirmişdir. Əslində isə Zahiddən pulu alaraq artıq şəxsi işlərinə xərcləmişdir. Həmin gün Yasin yenidən onunla əlaqə saxlayıb görüşmək istədiyini bildirmiş və onunla Bakı şəhəri. Nizami rayonu, “Xalqlar dostluğu” metro stansiyasının çıxışında olan Heydər Əliyev adına parkda görüşmüşdür. X13 verdiyi dəftəri ona göstərmiş, nə üçün pulu Zahiddən alıb ona vermədiyimi soruşmuşdur. O, da ona səhv etdiyini, maddi imkanının olmadığı üçün pulu alaraq şəxsi işlərinə xərclədiyini, ona 2 ay müddət verməsini, 01 yanvar 2020-ci il tarixdə pulun hamısını ödəyəcəyini bildirmişdir. Yasin də ona inandığı və aralarında olan münasibətə görə ona vaxt vermişdir. Lakin buna baxmayaraq o, maddi imkanı olmadığı üçün Yasinə söz verdiyi vaxta pulu qaytara bilməmişdir. Sonradan Elmar onda olan pulu alıb qaytarmaq adı ilə Yasindən 3000 manat pul alaraq ələ keçirdiyini öyrənmişdir. Onun Yasindən pul alması barədə məlumatı olmamışdır. O, Zahiddən hissəhissə olmaqla 16800 ABŞ dolları pul almışdır. Yasinlə aralarında olan razılığa əsasən o, Zahidə pulun ona məxsus olduğunu və ondan alıb ona verdiyini bildirdiyi üçün Zahid həmin pulları ona vermişdir. O, pulları Zahiddən alıb Yasinə qaytarmalı olsa da qaytarmamış, şəxsi işlərinə xərcləmişdir. Zahid pulu ona verən zaman özündə olan kitabçada pulun verilmə tarixini və miqdarını kitabçada qeyd etmiş və o da imza edərək pulu ondan götürürmüşdür. Elmir Elnurdan onu DTX-nın tərkibində Beynəlxalq əlaqələr şöbəsində işə düzəldəcəyini bildirmiş, 3300 manat pul almış və həmin puldan o, ona 500 manat vermişdir. Yasindən isə 5500 manat pul almış və həmin pulun 2500 manatı borc olaraq, 3000 manat pulu isə onun Yasinə verməli olduğu pulu alıb ona qaytaracağı adı ilə almışdır. Bundan başqa Elmarla tanış olmamışdan bir neçə ay əvvəl “Həzi Aslanov” metrostansiyası yaxınlığında “Topaz” mərc oyunları məntəqəsinin yerində Şahid4 ilə tanış olmuşdur. Kəramətin ailə üzvləri ilə yaşadığı ev onun və ailəsinin yaşadığı evin yaxınlığında yerləşdiyi üçün o, onunla tez-tez görüşmüşdür. Bir müddət keçdikdən sonra o, Kəramətə qardaşının Dövlət Təhlükəsizliyi Xidmətində işlədiyini demişdir. 2019-cu ilin may ayında Kəramətə zəng vuraraq harada olduğunu soruşmuş, o isə “Həzi Aslanov” metrostansiyasının yanında, hazırda adını xatırlamadığı çayxanaların birində olduğunu ona bildirmişdir. O, çayxanaya gedib Kəramət ilə görüşmüş, həmin vaxt orada Şahid6 da olmuşdur. Elə həmin vaxt Kəramət onu öz oğlu Seyranla tanış etmiş və o, onlarla eyni masa arxasına əyləşdikdən sonra onlar bir qədər söhbət etmişlər. Söhbət zamanı Kəramət Seyrana onun Dövlət Təhlükəsizliyi Xidmətində tanışlarının olduğunu və onun Seyranı DTX-ya işə düzəldə biləcəyini söyləmişdir. O, Seyrandan fiziki bacarığının hansı səviyyədə olduğunu soruşduqda, Seyran fiziki bacarığının qaydasında olduğunu, lakin turnikdə dartınmaqda bir qədər çətinlik çəkdiyini bildirmişdir. Həmin vaxt o, Seyrana fiziki cəhətdən hazırlaşmasını söyləmiş, onu həmin xidmətə işə düzəltmək mümkün olub-olmaması ilə bağlı tanışlarından maraqlanıb yaxın müddətdə ona bir xəbər verəcəyini bildirmişdir. Təxminən bir-iki gün keçdikdən sonra o, Kəramətə zəng vuraraq Seyranı 7000 manat qarşılığında DTX-nın “Qartal” xüsusi təyinatlı bölüyünə, gizir rütbəsi ilə işə düzəldə biləcəyini demişdir. Həmçinin o, ona bu iş üçün 3500 manat pulun əvvəlcədən verilməli olduğunu, pulun qalan hissəsini, yəni 3500 manatını isə Seyran işə düzəldikdən sonra verilməli olduğunu Kəramətə demişdir. Kəramət də Seyranla bu işlə bağlı danışıb ona xəbər verəcəyini bildirmişdir. Bundan sonra o, Kəramətlə görüşüb Seyranın işi ilə bağlı onunla söhbət etmiş və ona işin həll olunacağı təqdirdə ona ilkin veriləcək məbləğdən 500 manat, pulun qalan hissəsi verildikdə isə əlavə olaraq 1000 manat verəcəyini bildirmişdir. 15 may 2019-cu il tarixdə Kəramət ona zəng vuraraq Seyranın onu işə düzəltmək üçün danışdığı pulu hazır etdiyini, lakin Seyranın anası Gülnara nin pulu notarial qaydada ona vermək istədiyini bildirmişdir. O, Gülnara nin pulu ona notarial qaydada verməsi ilə razılaşmış və onlara Bakı şəhəri Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən 6 saylı Notariat kontoruna gəlmələrini söyləmişdir. Ailəsi ilə birlikdə yaşadığı və qeydiyyatda olduğu Cavadxan küçəsi, ev 11, 14 saylı mənzil 2016-cı il tarixdə satdıqdan bir müddət sonra mənzilin yeni sahibi onların həmin ünvandan qeydiyyatdan çıxartdığından həmin ərəfədə o, heç bir yerdə qeydiyyatda olmamışdır. Hər hansı ünvanda qeydiyyatda olmadığı üçün Notariat Kontorunda onun adına rəsmiləşdirmə aparılmayacağını düşünmüş, buna görə də Elmara zəng edib ona bu məsələni danışmışdır. Həmçinin o, ona rəsmiləşdirmə işlərini əgər razıdırsa onun şəxsiyyət vəsiqəsi ilə aparılmasını söyləmişdir. Elmar onunla razılaşdıqdan sonra o, onu 40 saylı Notariat ofisinin qarşısına çağırmışdır. Notariat Kontorunun qarşısında Elmarla görüşüb Kəraməti gözləmişlər. Gözləyən zaman Elmar ona “onlar gələndə sən onlara yalandan onun DTX-də işlədiyini və işi onun həll edəcəyini deyərsən” söyləmişdir. O, Elmardan nə üçün belə bir yalan danışmalı olduğunu soruşduqda, o, ona işin daha inandırıcı olması üçün belə demək lazım olduğunu söyləmişdir. Elmarla razılığa gəlmiş, ilkin olaraq verilən puldan ona 500 manat pul vermiş, pulun qalan hissəsi verildikdən sonra isə ona əlavə olaraq 1000 manat pul vermişdir. Bir qədər keçdikdən sonra isə Kəramətlə Gülnara onların yanına gəlmişdir. O, onları Elmarla tanış edib Elmarın DTX-də işlədiyini, Seyranın işini onun həll edəcəyini və borc müqaviləsinin Elmarla bağlanılacağını söyləmişdir. Gülnara ondan nə üçün onunla deyil, Elmarla müqavilə bağlamalı olduğunu soruşmuş, o, ona şəxsiyyət vəsiqəsinin qüvvədən düşdüyünü bildirmişdir. Gülnara ona 3500 manata gücü çatmadığını, yalnız 3000 manat düzəldə bildiyini, qalan 4000 manatı isə iş həll olunduqdan sonra verə biləcəyini söyləmiş, o, da onunla razılaşmışdır. Bundan sonra hamısı birlikdə içəriyə daxil olmuşlar. Orada onlara izah edilmiş qaydada yolun digər tərəfində yerləşən "xxxx" ASC-yə getmiş və orada Gülnara Elmarın hesabına 3000 manat pul köçürmüş, Elmar da bankda həmin məbləği nağdlaşdırmışdır. Bank tərəfindən verilmiş qəbzi Notariat Kontoruna vermiş Elmarla Gülnara nin arasında borc müqaviləsi bağlanılmışdır. O, Gülnara yə həmin ilin sentyabr ayında qabiliyyət imtahanı olacağını, həmin ay da Seyranın işə başlayacağını söyləmişdir. Notariat Kontorunun qarşısında Elmar 3000 manatı ona vermiş, o, da razılaşdığı qaydada həmin puldan 500 manatını vermişdir. Elmar 500 manatı götürüb getdikdən sonra Kəramət ona zəng vuraraq ona düşən payı istəmişdir. Bundan sonra onlar Həzi Aslanov metrosunun yaxınlığında yerləşən “Günel” ticarət mərkəzinin qarşısında görüşmüşlər. Orada o, Kəramətə məxsus dövlət qeydiyyat nişanını xatırlamadığı “Nissan Maxima” markalı avtomobildə Kəramətə 400 manat pul vermişdir. Kəramət 500 manata razılaşdığını söyləmiş ona narazılığını bildirmiş, lakin o, pula ehtiyacı olduğundan onu 400 manat pulu götürməsinə razı salmışdır. Həmin gündən sonra Seyran və anası onunla mütəmadi olaraq mobil telefon vasitəsilə əlaqə saxlamışlar. Həmin ilin yay aylarında o, Günəşli qəsəbəsində Seyran gilin yaşadığı binanın yaxınlığında Seyran və Gülnara ilə görüşüb bir ədəd anket məlumatlarının qeyd edilməsi üçün hazırlanmış blankı onlara vermiş və Seyrana onu doldurub ona geri qaytarmasını söyləmişdir. Təxminən 1 həftədən sonra X16 metrosunun yaxınlığında görüşüb anket məlumatlarını ondan götürmüş və özündə saxlamışdır. Sentyabr ayında Seyran ona zəng vuraraq turnikdə dartınmasını yaxşı bacarmadığını, ona hazırlaşması üçün bir müddət də vaxt lazım olduğunu söyləmiş, o, da onunla razılaşmışdır. Bir neçə ay o, müxtəlif bəhanələr gətirərək onları aldatmışdır. 2020-ci ilin yay aylarında Kəramət onunla görüşən zaman Elmarın Gülnara gildən əlavə olaraq 4000 manat da pul aldığını bildirmiş və nə üçün ona pay ayrılmadığına narazılığını söyləmişdir. O, Kəramətə Elmarın aldığı pullardan xəbərsiz olduğunu söyləmiş və onun yanında Elmara zəng vurub nə məsələ olduğunu soruşmuşdur. Elmar ilk öncə Gülnara gildən əlavə olaraq heç bir pul almadığını söyləsə də, bir qədər danışdıqdan sonra əlavə olaraq 4000 manat pul aldığını etiraf etmişdir. O, ondan nə üçün əlavə pul aldığını soruşduqda, o, ona “narahat olma, mənlikdir” demişdir. Bundan sonra Gülnara və Seyran mütəmadi olaraq ona zəng vurub işi saxlamağını və 6000 manat pulu geri qaytarmasını tələb etmişlər, o, isə onlardan ona vaxt vermələrini xahiş etmişdir. Sonradan maddi imkanı olmadığından onların pulunu qaytara bilməmişdir. Bir müddət sonra isə ona Gülnara nin onun barəsində polisə ərizə ilə müraciət etdiyini bilmişdir. 04 may 2019-cu il tarixdə Şahid4 onu öz avtomobili ilə Həzi Aslanov metrosunun yaxınlığındakı “Neptun” marketin qarşısına gətirməsini və orada görüşərək Seyranın DTX-yə işə düzəlmə məsələsi ilə bağlı söhbət etməsini, bu işin 7000 manat qarşılığında həll olunacağını bildirməsini, sonradan 07 may 2019-cu il tarixdə də yenidən eyni yerdə görüşüb eyni məsələ barəsində söhbət etməsini isə xatırlamadığını bildirmişdir. O, özünü heç vaxt heç kimə nə polis əməkdaşı kimi, nə də DTX əməkdaşı kimi təqdim etməmiş, bu barədə onların söylədikləri yalan olmuşdur. O, yalnız Elmarın DTX əməkdaşı olduğunu onlara yalandan söyləmişdir. Onların arasında baş tutan ilk görüş zamanı nə o, nə də Kəramət Seyrana onun qardaşının DTX-də işləməsi barədə heç bir söz deməmişlər, lakin sonradan bildiyinə görə Kəramət qardaşının DTX-də işlədiyini Seyrana demişdir. O, ümumiyyətlə Seyrana onun işini qardaşının vasitsəilə həll edəcəyini söyləməmişdir. O yalnız Gülnara İsmayılovaya məxsus 3000 manat pulu götürmüş, həmin puldan da 500 manat Elmara, 400 manat isə Kəramətə vermişdir. Bununla da ona ümumilikdə 2100 manat pul çatmışdır. X18 DTX-də işlədiyindən o, ondan DTX-də təxminən 1-2 aydan bir qabiliyyət imtahanı olmasını və sentyabr ayında da imtahan olacağını bildiyindən Seyrana sentyabr ayına hazırlaşmasını söyləmişdir. Bundan sonra, 2019-cu ilin iyun ayının ortalarında Elnurla söhbət edən zaman o, ona işsiz olduğunu, dörd xarici dil bilsə də, işə düzələ bilmədiyini demişdir. O da ona bu barədə maraqlanıb məlumat verəcəyini bildirmişdir. Elnuru işə düzəltmək adı ilə ondan pul almaq qərarına gəlmiş və düşünmüşdür ki, Elnur dörd xarici dil bildiyi üçün onun sənədlərini Dövlət Təhlükəsizlik Xidmətinə göndərsə onu işə qəbul edərlər. Sonra tanışı X8 ilə bu barədə danışıb Elnuru işə düzəltəmək adı ilə pul alaraq aralarında bölməyi planlaşdırmışlar. Sonra o, 2019-cu ilin iyun ayının ortalarında Elnura zəng vuraraq DTXnın tərkibində Beynəlxalq əlaqələr şöbəsində iş olduğunu və onu oraya işə düzəldə biləcək tanışı olmasını bildirmişdir. Söhbət zamanı ona Elmar adlı tanışının olduğunu və Elmarın onu işə düzəldə biləcəyini bildirib Elmarın istifadəsində olan mobil nömrələrini verərək onunla əlaqə saxlayaraq danışmasını demişdir. Elnur da inandığı üçün Elmara zəng vuraraq onunla iş barədə maraqlanmağa başlamış və Elmar ona DTX-də işlədiyini, onun tanış olduğu üçün onu DTX-nın tərkibində Beynəlxalq əlaqələr şöbəsində işə düzəldə biləcəyini, işə düzəlmək üçün müəyyən şəxslərə 3000 manat pul verməli olduğunu bildirmişdir. Elnur da razılaşqıdan sonra Elmar onunla görüşüb hissə-hissə pul almışdır. O, Elmarın ondan nə qədər pul aldığını bilməsə də, o aldığı puldan ona 500 manat pul vermişdir. Bundan başqa, 2019-cu ilin sentyabr ayının əvvəllərində qohumu Türkiyə Respublikasında yaşayan Elmarın vasitəsilə Zərərçəkmiş şəxs7la tanış olmuşdur. Belə ki, o, Elmar ilə eyni rayondan olmuşlar. 2019-cu ilin oktyabr ayının 10-da qohumu Elmar və Zərərçəkmiş şəxs7 ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində çayxanaların birində oturub çay içərkən Zərərçəkmiş şəxs7 özünə münasib iş axtardığını bildirmişdir. O, ona qardaşı Azadın hazırda Dövlət Təhlükəsizlik Xidmətində işlədiyini demişdir. Onun vasitəsilə səni Dövlət Təhlükəsizlik Xidmətində mühafizəçi vəzifəsinə işə düzəldə biləcəyini söyləmişdir. Lakin, bunun üçün ona 10.000 manat pul lazım olduğunu söyləmişdir. Həmin vaxtı Zərərçəkmiş şəxs7 qohumu Əflanın da iş axtardığını bildirmişdir. O da ona “Azfen” şirkətində tanışları olduğunu bildirmişdir. Onların vasitəsilə qohumunu həmin şirkətdə fəhlə kimi işə düzəldə biləcəyini demişdir. Bunun üçün 1000 manat pul lazım olduğunu söyləmişdir. 18 oktyabr 2019-cu il tarixdə Abşeron rayonu Sulutəpə qəsəbəsi, Sulutəpə dairəsinin yaxınlığında yerləşən “Şamlıq” adlanan kafedə görüşmüşlər. Həmin vaxtı orada kafeni işlədən Elçin, atası Rafiq də orada olmuşdur. Orada Zərərçəkmiş şəxs7 ona 5000 manat pul vermiş və özü ilə gətirdiyi sividə Zərərçəkmiş şəxs7 anket məlumatlarını yazmışdır. Sonra oradan çıxıb getmişdir. Orada 2020-ci ilin mart ayınadək mühafizəçi kimi işə çıxa biləcəyini bildirmişdir. 2020-ci ilin mart ayında Abşeron rayonu Sulutəpə qəsəbəsi, Sulutəpə dairəsinin yaxınlığında yerləşən “Şamlıq” adlanan kafedə Əflanla görüşmüşlər. Həmin vaxtı orada kafeni işlədən Elçin, atası Rafiq də olmuşdur. Orada Əflan ona 1000 manat pul vermiş və özünə məxsus şəxsiyyət vəsiqəsinin surətini təqdim etmişdir. Ona 2020-ci ilin avqust ayınadək fəhlə kimi işə çıxa biləcəyini demişdir. Lakin maddi vəziyyəti ağır olduğu üçün Elmar və Əflandan aldığı ümumilikdə 6000 manat pulu xərcləmişdir. 2020-ci ili mart ayında Zərərçəkmiş şəxs7 istifadəsində olan mobil telefon nömrəsinə zəng vuraraq işlə bağlı maraqlandıqda yaxın vaxtlarda işini düzələcəyini bildirmişdir. Sonradan Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs8 tərəfindən onun barəsində Abşeron RPİ-nə şikayət ərizəsi verildiyini bilmişdir. O, işə düzəltmək adı ilə Zərərçəkmiş şəxs7 aldığı 5000 manat pulu və Zərərçəkmiş şəxs8 aldığı 1000 manat pulu öz ehtiyacları üçün xərcləmiş, qardaşı Azadın bu barədə heç bir məlumatı olmamışdır. Aldığı ümumilikdə 6000 manat puldan hər hansı hissəsini Zərərçəkmiş şəxs7 və ya Zərərçəkmiş şəxs8 ödəməmişdir. Bundan başqa, o, Zərərçəkmiş şəxs9 onun qohumu və onun tanışı olan Sahibin vasitəsilə tanımışdır. Sahib ona Zərərçəkmiş şəxs9 onun köməkliyinə ehtiyacının olduğunu bildirmiş, ondan ona köməklik etməsini xahiş etmişdir. Həmin ərəfədə onun “Azfen” şirkətində əlaqələri olmuş və o, Sahibin ondan Zərərçəkmiş şəxs9 köməklik göstərməsini xahiş etməsini nəzərə alıb Əhmədi həmin şirkətə sürücü kimi işə düzəltməyə qərar vermişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs9 işə düzəltmək barədə söhbət etmək üçün onunla “Four Seasons” otelinin qarşısında görüşmüş, həmin vaxt orada o, Əhmədə “Azfen” şirkətinə sürücü kimi işə düzəltmək üçün 1000 manat pulun lazım olduğunu bildirmiş, həmin məbləğdə pulu orada ondan götürmüşdür. Bundan sonra o, Əhmədi işə düzəltməyi ilə bağlı “Azfen” şirkəti ilə əlaqə saxlamış və onunla danışan şəxslə bu barədə söhbət zamanı ona bir qədər gözləməli olduğunu bildirmişdir. Həmin ərəfədə “COVİD 19” virusu xəstəliyi ilə əlaqədar pandemiya dövründə tətbiq olunmuş karantin rejimi ilə bağlı maddi durumunda bəzi problemlər yaşandığından pula ehtiyacı olmuş və o, Əhmədin onu “Azfen” şirkətinə sürücü kimi işə düzəltməsi üçün ona verdiyi 1000 manat pulunu şəxsi ehtiyaclarına xərcləmişdir. Daha sonra isə o, həmin pulu Zərərçəkmiş şəxs9 geri qaytara bilməmişdir. Bundan başqa, o, Şahid3 2 ildən artıq olar ki, tanımışdır. Tosiflə yaxın münasibəti yarandığından o, qardaşının DTX-də işlədiyini bildirmişdir. 2020-ci ilin iyul ayında Tosiflə görüşən zaman o, Tural adlı tanışının DTX-nə işə düzəlmək istədiyini və ona necə köməklik edə biləcəyini söyləmişdir. Tosif əlavə olaraq Turalın DTX-nə sənəd verdiyini, lakin onu işə götürmədiklərini söyləmişdir. Həmin ərəfədə maddi cəhətdən sıxıntıları və problemlərinin olduğundan o, bunun “yaxşı iş” olduğunu düşünüb pul qazanmaq qərarına gəlmiş və Tosifə bu işi 35.000 manat qarşılığında həll edə biləcəyini, həmin puldan isə ona 3.000 manat verəcəyini söyləmişdir. Tosif onunla razılaşmış və o, ona həmin şəxslə görüşmək istədiyini söyləmişdir. Evə getdikdən sonra o, bu barədə atası Şahid2 Kaman oğluna danışmışdır. Atası ona qardaşının DTX-də işlədiyi üçün bu işdən ehtiyat etdiyini və qardaşına hər hansı problemin yaranmasını istəmədiyini söyləmiş, o, isə atasına başqa bir tanışının olduğunu və onun əli ilə bu işi həll edəcəyini söyləmişdir. İlk dəfə 19 iyul 2020-ci il tarixdə o, Tosif, Tural və Turalın atası Firidun Ukrayna dairəsində yerləşən “Richman” kafedə görüşmüşlər. Söhbət zamanı Firidun oğlunun DTX-yə sənəd verdiyini və bütün mərhələlərdən keçdiyini, lakin onun işə götürülməsindən imtina edildiyini, buna görə də oğlunun həmin quruma işə düzəlməsini istədiyini söyləmişdir. O, Firidundan nə üçün Turalın işə götürülməsindən imtina edildiyini soruşmuş, o isə ona bunun səbəbini bilmədiyini söyləmişdir. Firidun oğlunun Bakı şəhərinin hər hansı bir rayonuna əməliyyatçı kimi leytenant rütbəsi ilə işə düzəlməsinin hansı məbləğə başa gələcəyini soruşduqda, o, ona bu işi 35.000 manata həll edə biləcəyini söyləmişdir. Bundan sonra onlar sağollaşıb çıxıb getmişlər. Təxminən 2-3 gündən sonra onlar yenidən “Richman” kafesində görüşmüşlər. Onların ona etibar etməsi üçün o, atası Şahid2 Kaman oğlunda özü ilə birlikdə görüşə aparmışdır. Görüş zamanı onlar onunla və atası ilə söhbət etmişlər. Turalın atası Firidun çox narahat adam olduğundan atası onu inandırmaq üçün qardaşı Azadın DTX-də işlədiyini və onun əli ilə bu işi həll edəcəyini söyləmişdir. Həmin vaxt o, onlara “CV” lazım olduğunu söyləmişdir. Bundan sonra onlar çıxıb getmişlər. Bir neçə gündən sonra onlar yenidən “Richman” kafedə görüşmüşlər. Görüş zamanı o, Turaldan ona aid “CV”ni götürmüşdür. Həmin görüşdə də eyni məzmunlu söhbət etmişlər. O, Firiduna ilkin olaraq 10.000 manat verməli olduğunu, qalan 25.000 manatı isə Turalın əmri verildikdən sonra verəcəyini söyləmişdir. Firidun fikirləşib ona cavab deyəcəyini söyləmişdiri və onlar sağollaşmışlar. 27 iyul 2020-ci il tarixdə o, Tosifə zəng vuraraq Firidundan nə xəta olduğunu soruşmuşdur. Tosif Firidunla əlaqə saxladıqdan sonra ona zəng vurub görüşmək istədiklərini söyləmişlər. Həmin gün o, yenidən “Richman” kafesində görüşmüşlər. Görüşə onlardan əlavə Firidunun qohumu İmran adlı şəxs də gəlmişdir. Firidun ondan Turalın yenidən həkim komissiyasından keçibkeçməyəcəyini soruşduqda, o, onun artıq müayinədən keçdiyi üçün belə bir şeyə təkrar ehtiyac olmadığını söyləmişdir. Həmin vaxt oradakı şəxslərin iştirakı ilə Firidun ona 10.000 manat pul vermiş və ondan kommersiya məqsədilə 10.000 manat pulu almağı ilə bağlı yazılı qeyd etməsini təklif etmiş, o, da onun dediyi kimi etmiş və həmin kağızı ona vermişdir. O, Firiduna 3 ay ərzində məsələnin həll olunacağını söyləmiş və onlar sağollaşıb çıxıb getmişlər. Firidundan aldığı 10.000 manat pulla o, öz problemlərini həll etmişdir. Düşünmüşdür ki, 3 aydan sonra Firiduna işin həll olunmadığını söyləyib pulunu geri qaytarar və bununla da canını qurtarmış olar, lakin pulu xərclədikdən sonra heç bir yerdən pul tapa bilmədiyi üçün Firidunun pulunu qaytara bilməmiş, buna görə də müxtəlif bəhanələrlə ondan ona vaxt verməsini istəmişdir. Sonradan ona Firidun bununla bağlı polisə şikayət etməsi məlum olmuşdur. Zərərçəkmiş şəxs1 onun oğlu Şahid1 DTX-yə işə düzəltmək üçün ondan ümumilikdə 35.000 manat pul istədiyini bildirmişdir. Həmin ərəfədə onun maddi sıxıntıları olduğundan ona pul lazım olmuş, buna görə də, Firidunu aldadıb onun pulunu ələ keçirmək qərarına gəlmişdir. Şahid1 DTX-nə işə düzəltmək üçün onun heç bir əlaqəsi və ya tanışı olmamışdır. Onun məqsədi dələduzluq yolu ilə Firiduna məxsus 10.000 manatı ələ keçirmək olmuşdur. O, Tosifə yalandan 3.000 manat pul verəcəyini söyləmiş o, bu işin həll olunmasında maraqlı olsun və Firidunu razı salmağa köməklik göstərsin. Tösifin onun niyyəti barədə heç bir məlumatı olmamışdır. Nə atasının, nə də qardaşının onun niyyətindən xəbərləri olmamışdır. Atası onun geniş əlaqələrinin olduğundan onun bu işi həll edə biləcəyini düşündüyü üçün və onun pul qazanmağı üçün bu işin həll olunmasında maraqlı olmamışd, buna görə də Firidunla olan görüşlərində o da onunla birlikdə gəlmişdir. Onun Zərərçəkmiş şəxs1 10.000 manat pulunu ələ keçirməsindən heç bir xəbəri olmamışdır. O, sonradan Firidunun pulunu qaytara bilmədiyini gördükdə, Elmardan onun əvəzinə gedib ondan xahiş etməsini istəmişdir. Kağız parçasındakı qeydlər onun tərəfindən icra edilmişdir. O, belə bir kağız yazıb Elmar vasitəsilə göndərmişdir ki, Firidun bir qədər sakitləşsin və o, əlavə vaxt qazanmış olsun. Bundan başqa, o, 2020-ci ilin yay aylarında dostu Toğrul Paşayevin vasitəsilə Zərərçəkmiş şəxs3 ilə tanış olmuşdur. 2020-ci ilin avqust ayında həmişəki qaydada eyni üsulla pul qazanmaq qərarına gəlmiş və Mirhüseynə qardaşı Azadın DTX-də işlədiyini söyləyib tanış adamlardan kimsə istəsə, onu həmin quruma işə düzəldə biləcəyimi söyləmişdir. Mirhüseyn ondan bunun necə olacağını soruşub özünün həmin quruma işə düzəlmək istədiyini söylədikdə, o, ona 10.000 manat qarşılığında onu DTX-nin “Qartal” xüsusi təyinatlı bölüyünə gizir rütbəsi ilə işə düzəldə biləcəyini demiş, lakin Mirhüseyn həmin məbləğdə pulunun olmadığını söylədiyindən onların işi yarımçıq qalmışdır. Ondan sonra Mirhüseynlə nə əlaqə saxlamamış, nə də görüşməmişdir. 2020-ci ilin dekabr ayında maddi vəziyyətinin pis olduğunu görüb Mirhüseynə zəng vuraraq işğaldan azad edilmiş rayonlara yeni kadrlar lazım olduğunu, buna görə də onu 7000 manat qarşılığında DTX-yə işə düzəldə biləcəyini söyləmişdir. Mirhüseyn həmin məbləği də düzəldə bilməyəcəyini söylədikdə, o, ona ilkin olaraq 4000 manat verməsini, qalan pulu da iş həll olunduqdan sonra verməsini təklif etmişdir. Mirhüseyn bunu sərfəli təklif olduğunu görüb onunla razılaşmış və görüşməyi təklif etmişdir. 05 yanvar 2021-ci il tarixdə onlar Nərimanov rayonu, Mirəli Qaşqay küçəsində yerləşən “Araz” marketin qarşısında görüşmüşlər. Orada o, Mirhüseynə DTX-yə qəbulun başladığını və bu fürsəti əldən verməməsini söyləmişdir. Onun söylədikləri onun ağlına batmışdır. Mirhüseyn pulun evdə olduğunu və onu gözləməyi söyləyib yaxınlıqda yerləşən evlərinə getmişdir. Bir neçə dəqiqədən sonra o, geri gələrək “Araz” marketin qarşısında 2500 ABŞ dolları pulu ona vermiş, o, da yanvar ayının 20-də onu fiziki qabiliyyət imtahanına saldıracağını söyləmişdir. Vəd etdiyi müddət çatdıqda Mirhüseyn ona zəng vuraraq məsələnin nə yerdə olduğunu soruşmuş, o, isə bəzi problemlər çıxdığını və bir qədər vaxt lazım olduğunu söyləmişdir. Bundan sonra da Mirhüseyn hər dəfə onu yığdıqda, o, ona müxtəlif bəhanələr söyləyərək onu aldatmış, lakin sonradan Mirhüseyn onu çox sıxışdırdığından o, ona işlə Elmarın məşğul olduğunu söyləmişdir. Mirhüseyn Elmarla tanış olmaq istədiyini söylədikdə, o, onun mobil nömrəsini Elmara vermişdir ki, onunla əlaqə saxlasın, Elmara da pulu ələ keçirdiyini söyləmiş və Mirhüseynlə danışıb ona vaxt qazandırmasını xahiş etmiş, qarşılığında da ona 200 ABŞ dolları pul vermişdir. Elmar onunla danışıb bir qədər vaxt qazanmışdır. 2020-ci ilin fevral ayının əvvəllərində yenidən Mirhüseynə zəng vuraraq DTX-dən ona razılıq verildiyini, lakin əlavə olaraq 1500 manat pul lazım olduğunu söyləmiş, Mirhüseyn də onunla razılaşmışdır. 10 fevral 2021-ci il tarixdə onlar “Araz” marketin qarşısında görüşmüş və orada Mirhüseyn ona 1250 manat pul vermiş, bununla da o, ondan ümumilikdə 5500 manat pul almışdır. O, pulu ələ keçirdikdə ilk vaxtlar Elmarın bundan xəbəri olmamış, lakin sonradan Mirhüseyn onu sıxışdırmağa başladıqda o, məcbur qalıb Elmara həqiqəti danışmış və həmin puldan ona 200 ABŞ dolları verib qarşılığında Mirhüseyni yola veməsini xahiş etmişdir. O, etdiyimi əməllərdən peşman olduğunu, maddi vəziyyətinin pis olduğundan həmin şəxsləri aldatmış, gələcəkdə həmin şəxslərin pullarını qaytarmağa əlindən gələni edəcəyini və hər bir şəxsə vurduğu maddi ziyanı tam olaraq ödəyəcəyinə çalışacağına söz vermişdir. Hazırda zərərçəkmiş şəxslərdən bəzilərinə vurduğu ziyanı tam olaraq ödəmişdir, həmin zərərçəkmiş şəxslər onunla barışmışlar və onların şikayət və tələbləri yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, oğlu Şahid1 hərbi xidmətdən qayıtdıqdan sonra 2019-cu ilin iyul ayında Dövlət Təhlükəsizlik Xidmətinə işə düzəlmək üçün müraciət etmiş, lakin həmin məsələ bir qədər uzanmış və 2020-ci ilin iyun ayında oğlunun işə qəbul edilməyəcəyi bildirilmişdir. Oğlunun DTX-yə düzəltmək istəməsi barədə tanışı Şahid3 danışmışdır. Tosifi 2019-cu ilin ortalarından tanımış, belə ki, onların arasında yoldaşlıq münasibəti mövcud olmuşdur. Oğlunun işi ilə bağlı Tosifə danışdıqda, Tosif Babək adlı tanışının olduğunu, Babəkin qardaşının DTX-də işlədiyini və oğlunu işə düzəldə biləcəyini söyləmişdir. O, oraya işə düzəlməyin çətin proses olduğunu və Babəklə görüşüb üzbəüz danışmaq istədiyini söyləmişdir. İlk dəfə 19 iyul 2020-ci il tarixdə Babək, Tosif və o, Ukrayna dairəsi yaxınlığında görüşüb “Richman” kafesinə getmişlər. Söhbət zamanı Babək DTX-də işləyən qardaşının, o olmasa isə başqa tanışları vasitəsilə oğlunun işini həll edəcəyini və qarşılığında 40.000 manat pul lazım olduğunu söyləmişdir. 2-3 gündən sonra yenidən o, Babək, Babəkin atası Şahid2 Kaman oğlu və Tosif “Richman” kafesində görüşmüşlər. Görüş zamanı Şahid2 oğlu Azad Rəsulovun DTX-də işlədiyini, onun əli ilə oğlunu işə düzəldəcəyini və narahat olmamağını söyləmişdir. O, ona DTX-yə pul qarşılığında işə düzəlmənin mümkünsüz olduğunu, həmin quruma işə düzələn şəxslərin şəxsi keyfiyyətlərinə üstünlük verildiyini söyləmiş, Rafiq isə oğlunun DTX-də işləyən vəzifəli şəxsdən xahiş edəcəyini və həmin şəxsin tapşırığı ilə oğlunu leytenant rütbəsi ilə zabit kimi işə götürəcəklərini söyləmişdir. Bu zaman o, Rafiqdən bu iş xahiş etmək alınmırsa, nə üçün 40.000 manat istədiyini soruşmuş və məbləği bir qədər aşağı endirməsini söyləmişdir. O, isə “DTX-nin məzənnəsi budur” demişdir. O, onunla çox mübahisə etməmiş və razılaşmışdır. Rafiq gələn görüşdə oğlunu da gətirməyi və oğlunu görmək istədiyini söyləmişdir. Bundan sonra onlar sağollaşmış və çıxıb getmişlər. Təxminən 2-3 gündən sonra o, Babək, Tosif, Rafiq və oğlu Tural yenidən “Richman” kafesində görüşmüşlər. Görüşə gəlməmişdən qabaq Babək ona zəng vurmuş onlardan “CV” gətirməsini istəmişdir. Görüş zamanı o, ona DTX-nin məxfi qurum olduğunu və oraya işə düzəlmək üçün “CV”yə ehtiyac olmadığını söyləmiş, Babək isə narahat olmamağını və oğlu haqqında məlumatların yoxlanılması üçün lazım olduğunu söyləmişdir. O, oğluna aid “CV”ni Babəkə vermişdir. Babək sentyabr ayının sonunadək oğlunu DTX-yə işə düzələcəyini söyləmiş və qabaqcadan 10.000 manat pul verməsini istəmişdir. Bundan sonra o, fikirləşib onlara xəbər verəcəyini söyləmiş və çıxıb getmişdir. 2-3 gündən sonra Tosif ona zəng vuraraq nə qərara gəldiyini soruşmuş, o, isə ona işi həll etmək istədiyini söyləmiş və görüşməyi təklif etmişdir. 27 iyul 2020-ci il tarixdə saat 14 radələrində o, qohumu İmran, oğlu Tural, Rafiq, Babək və Tosif eyni qaydada “Richman” kafesində görüşmüşlər. Orada həmin şəxslərin iştirakı ilə o, 10.000 manat pulu Babəkə vermişdir. Babək pulu sayıb götürmüş və sentyabr ayının sonlarınadək oğlunun leytenant rütbəsi ilə zabit kimi DTX-yə işə düzələcəyini söyləmişdir. O, Babəkə pulu alması ilə bağlı yazılı qeyd aparılmasını tələb etmişdir. Bundan sonra o, kağızda ondan kommersiya məqsədi ilə 10.000 manat pulu götürməsini təsdiq edən yazılı qeyd aparmışdır. Onlar qalan 30.000 manat pulu oğlu işə düzəldikdən sonra verəcəyi barədə razılığa gəlmişlər. O, Babəkə oğlunun həkim komissiyasından keçib-keçməyəcəyi barədə soruşduqda, o, ona oğlunun 2019-cu ildə DTX-yə sənəd verən zaman artıq həmin komissiyadan keçdiyini və yenidən müayinədən keçməyə ehtiyac olmadığını bildirmişdir. Sentyabr ayınadək o, mütəmadi olaraq Babəklə mobil telefon vasitəsilə əlaqə saxlamış, işin nə yerdə olduğu barədə maraqlanmış, o isə narahat olmamağı söyləmişdir. Sentyabr ayının sonlarında o, məsələnin həll olunmadığını görüb Babəkə zəng vurmuş və pulunu geri qaytarmasını tələb etmiş, Babək isə yaxın zamanda işin həll olunacağını söyləmişdir. O, bir neçə dəfə Babəklə görüşmüş, Babək işin həll olunmadığı təqdirdə oktyabr ayının 22-dək pulunu geri qaytaracğnı bildirmişdir. Bundan sonra o, onu görüşə çağırdıqda o, görüşdən imtina etmişdir. 22 oktyabr 2020-ci il tarixdə o, Tosifə zəng vurub görüşməyi təklif etmişdir. Həmin gün o, oğlu Tural, qohumu Heydər, Tosif, Rafiq və onların tanışı Elmar İsmiyev adlı şəxs “Richman” kafesində görüşmüşlər. Görüş zamanı onlar ondan vaxt verməsini xahiş etmişlər. O, Elmar İsmiyev adlı şəxsi ilk dəfə görmüşdür. O, da ondan Babəkə vaxt verməsini xahiş etmişdir. Bunda sonra onlar sağollaşıb çıxıb getmişlər. 02 noyabr 2020-ci il tarixdə Elmar ona zəng vuraraq onunla görüşmək istədiyini söyləmiş və həmin gün onunla “Richman” kafedə görüşmüşdür. O, ona bir ədəd kağız verərək oradakı yazıları Babək tərəfindən yazıldığını bildirmişdir. Həmin kağızda Babək ondan işə düzəltmək adı ilə 10.000 manat pul aldığını etiraf etmiş və 04 noyabr 2020-ci il tarixədək həmin pulu ona qaytaracağını bildirirmişdir. Noyabr ayının 4-də Babəkin pulu qaytarmadığını görüb bu barədə ərizə ilə polisə müraciət etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş İsmayılova Gülnara Firuddin qızı ifadəsində göstərmişdir ki, Şahid6 onun oğlu olmuş və o, “Port Baku” ticarət mərkəzində anbardar işləmişdir. Şahid4 əvvəllər onların qonşusu olmuşdur. 2019-cu ilin may ayının əvvəllərində Seyran ona Kəramətin ona zəng vuraraq tanışlarının onu Dövlət Təhlükəsizliyi Xidmətinə işə düzəldə biləcəyini söyləmişdir. O, Seyrandan işin təfərrüatları barədə maraqlandıqda Seyran 2500 manat civarında aylıq əmək haqqı alacağını bildirmişdir. Maaş yüksək olduğu üçün o, Seyrana həmin iş haqqında maraqlanmağı tövsiyə etmişdir. Həmin ərəfədə o, yas mərasimində Kəramətin anası ilə rastlaşmışdır. Yas mərasimindən çıxdıqdan sonra söhbət zamanı Rəsmiyyə ona Kəramətin DTX-də işləyən tanışları olduğunu və həmin şəxslərin Seyranı həmin quruma işə düzəldə biləcəklərini söyləmişdir. O, Rəsmiyyəyə bu söhbətdən xəbəri olduğunu bildirmiş və bu barədə bir qədər söhbət etdikdən sonra evə gedib Seyranla bu məsələ haqqında danışmışdır. Seyran Kəramətlə danışıb həmin şəxslərlə görüş təyin etmişdir. Seyran Kəramətlə birlikdə özünü DTX əməkdaşı kimi təqdim edən Babək adlı şəxslə görüşdükdən sonra evə gələrək Babəkin ondan DTX-ya işə düzəlməsi üçün 7000 manat pul istədiyini söyləmiş, o, da Babəklə görüşüb danışmaq istədiyini bildirmiş və bu barədə Kəramətə söyləmişdir. May ayının 4-də Kəramət onu özünə məxsus avtomobillə Həzi Aslanov metrosunun yanındakı “Neptun” marketin qarşısına aparmış və onlar orada Babəklə görüşmüşlər. Görüş zamanı Babək ona DTX-də işlədiyini və 7000 manat qarşılığında Seyranı həmin qurumun “Qartal” xüsusi təyinatlı bölüyünə gizir rütbəsi ilə işə düzəldə biləcəyini söyləmişdir. O, Babəkdən xidməti vəsiqəsini göstərməsini istəsə də, o, ona yalnız şəxsiyyət vəsiqəsini göstərərək başqa heç bir xidməti vəsiqə göstərməmiş və yalnız iş alındıqdan sonra xidməti vəsiqəsini göstərəciyini söyləmişdir. O, da Babəkə 7000 manata imkanı çatmadığını söylədikdə, o, ona ilkin olaraq 3500 manat vermiş, qalan 3500 manatı isə iş alındıqdan sonra verəcəyini demişdir. O, Babəkə fikirləşmək istədiyini söyləyib Kəramətlə birlikdə çıxıb getmişdir. May ayının 7-də yenidən eyni yerdə Kəramətlə birlikdə Babəklə görüşmüş və Babəkə həmin pulu tapa bimədiyini söyləmiş, Babək də ona heç olmasa ilkin olaraq 3000 manat düzəltməsini bildirmişdir. Bundan əlavə, Babək ona Azad adlı qardaşının DTX-də işlədiyini və Seyranı qardaşının yanına işə düzəldəcəyini, işlədiyi müddətdə də Azadın ona köməklik edəcəyini bildirmişdir. O, Babəkdən işə düzəlmə prosesinin hansı formada baş verəcəyini soruşduqda, Babək ona DTX-yə işə düzəlmək üçün Seyran həm fiziki cəhətdən, həm də elmi sahədə qabiliyyət imtahanı verəcəyini bildirmişdir. Babək fiziki qabiliyyət imtahanını özünün həll edəcəyini, digər imtahanı isə Seyranın özünün verməli olduğunu bildirmişdir. Seyran ali təhsilli olduğundan o, onun sualları düzgün cavablandıracağını düşünüb onunla razılaşmış və yenidən Babəkdən vaxt istəyərək çıxıb getmişdir. May ayının 15-də o, Babəkə zəng vuraraq pulu düzəltdiyini və görüşmək istədiyini söyləmişdir. Babək ona eyni yerdə görüşməyi təklif etsə də, o ona pulu notarial qaydada vermək istədiyini bildirmişdir. Bundan sonra ünvan 12 ünvanda yerləşən 40 saylı Notariat Kontoruna gəlməsini söyləmişdir. Həmin gün o, Kəramətlə birlikdə həmin Notariat Kontoruna getmişdir. Orada Babək onu X8 adlı bir şəxslə tanış edərək onun da DTX-də işlədiyini və Seyranın məsələsi ilə onun məşğul olacağını bildirmişdir. Onunla birlikdə Notariat Kontoruna daxil olmuş və onlara izah edilmiş qaydada yaxınlıqda yerləşən Kapital Banka getmişdir. Orada o, Elmarın hesabına 3000 manat pul ödəmişdir. Elmar onların yanında 3000 manat pulu bankdan götürmüş və bu barədə qəbz verilmişdir. Onlar həmin qəbzi Notariat Kontoruna təqdim edib orada borc müqaviləsi bağlamışlar. Müqavilə bağlanan zaman orada o, Kəramət, Babək və Elmar olmuşdur. Oradan çıxdıqdan sonra Babək sentyabr ayında qabiliyyət imtahanının olacağını və imtahandan keçdiyi təqdirdə həmin ay da işə düzələcəyini bildirmiş və onlar çıxıb getmişlər. İyun ayının əvvəllərində Babək ona zəng vuraraq hissə-hissə tez bir zaman da 3000 manat da düzəldə biləcəyim təqdirdə Seyranın işini 7000 manata deyil, ümumilikdə 6000 manata həll edə biləcəyini söyləmışdır. O, bunun sərfəli təklif olduğunu düşünüb onunla razılaşmış və iyun ayının 14də o, Seyran, Babək və Elmar yaşadığı binanın yanında görüşmüşlər. Orada Babəkin idarə etdiyi avtomobildə 1000 manat pulu Babəkə vermişdir. Həmin vaxt Elmar Seyrana bir ədəd üzərində “Anket” yazısı və müəyyən cədvəl olan, üzərində heç bir peçat olmayan ağ kağız verərək onu doldurmasını, bundan əlavə sağlamlıq haqqında arayış və fotoşəkillərini hazırlamasını söyləmişdir. Seyran deyilən bütün sənədləri hazır edib bir neçə gündən sonra onları Elmara vermişdir. İyul ayının əvvəllərində Elmar ona zəng vuraraq pulun qalan hissəsinin verilməli olduğunu söyləmişdir. İyul ayının 10-da yenidən o, Seyran, Babək və Elmar eyni qaydada yaşadığı binanın yanında görüşmüşlər. Orada eyni avtomobildə 1000 manat pulu Elmara vermişdir. Avqust ayının 5-də Elmar ona zəng vuraraq qalan pulu da verməsini söyləmiş və onlar həmin gün eyni qaydada eyni yerdə görüşmüşlər. Bu dəfə də o, Elmara 1000 manat pul vermişdir. Pulu verən zaman Elmara Seyrana sentyabr ayında iş həll olunacağını, ona görə də ərizəsini yazıb işlədiyi yerdən çıxmasını söyləmişdir. Seyran ərizə yazıb işdən çıxmağı düşünsə də, o ona mane olub tələsməməsini söyləmişdir. Sentyabr ayında o, mütəmadi olaraq Babək və Elmarla əlaqə saxlayıb məsələnin nə yerdə olduğunu, DTX-yə sənəd verən şəxslərin az sayda olduğu üçün komissiya yarandığını bildirmişdir. Bir neçə nəfər şəxs də sənəd verdikdən sonra komissiya yığılıb həmin şəxslərdən imtahan götürəcəyini demişdir. Bundan sonra sentyabr-oktyabr aylarında da onlar eyni bəhanə ilə ondan vaxt istəməyə başlamışlar. Dekabr ayının 2-də Elmar onunla əlaqə saxlayaraq işlədiyi şöbəyə yeni rəis təyin olunduğunu və rəisin ad günü olduğundan ona hədiyyə almaq üçün pul lazım olduğunu bildirmiş, ondan 400 manat pul istəmişdir. O, bunun böyük məbləğ olmadığını düşünüb onunla razılaşmış və həmin gün yaşadığı binanın yanında onunla görüşüb ona 400 manat pul vermişdir. Pulu verdikdən sonra Elmar dekabr ayının sonunadək 400 manatı geri qaytaracağını bildirmişdir. Dekabr ayının sonunda Elmarla əlaqə saxlayıb həm iş barədə, həm də 400 manatı nə vaxt qaytaracağı barədə soruşmuş, Elmar isə rayonda olduğunu söyləyərək ondan möhlət istəmişdir. Sonradan isə ona 2020-ci ilin yanvar ayının sonlarında Elmar Seyrana zəng vuraraq ondan borca 1000 manat pul istəmiş və 2 həftə ərzində borcunu qaytaracağını bildirmiş, Seyran isə yanvar ayının 29-da Həzi Aslanov metrosunun yanında ona borc olaraq 700 manat pul vermişdir. Fevral-mart aylarında da onlar eyni bəhanə ilə məsələni uzatmışlar. Aprel ayının 7-də Elmar ona zəng vuraraq rayonda olduğunu və həyat yoldaşı ilə qızının evdə tək olduqları üçün onlara pul lazım olduğunu, özünün isə hazırda ailəsinə pul göndərə bilmədiyini söyləyərək ailəsinə 100 manat pul verməsini xahiş etmişdir. O, ondan pulu necə verəcəyini soruşduqda, o, ona yaşadığı ünvana taksi göndərəcəyini və pulu həmin taksi sürücüsünə verməsini söyləmiş, o, da onunla razılaşmış və bir neçə saatdan sonra məhəlləyə gələn tanımadığı taksi sürücüsünə 100 manat pul vermişdir. İyul ayının 14-də Elmar 100 manat, 23 iyulda isə 120 manat Seyranın kart hesabına göndərmişdir. 2020-ci ilin avqust ayında o, işin həll olunmadığını görüb Babəkdən və Elmardan pulunu geri qaytarmalarını tələb etmiş, onlar isə pulu DTX-də işləyən vəzifəli şəxsə verdiklərini, tez bir zamanda işin həll olunacağını söyləmişlər. O, təkidlə onlardan pulunu geri qaytarmalarını tələb etdikdə, onlar yaxın müddət ərzində pulunu qaytaracaqlarını bildirmişlər. Sentyabr ayının 3-də Elmar eyni qaydada Seyranın kart hesabına 500 manat pul göndərmişdir. Bundan sonra onlar qalan 6500 manat pulu tez bir zamanda ona geri qaytaracaqlarını, Seyranı isə pulsuz DTX-nin komendant xidmətinə işə düzəldəcəklərini bildirmişlər. Sonradan Elmar onlara Qarabağ bölgəsində müharibə iştirakçısı olduğunu bildirdiyindən bir müddət onunla əlaqə saxlaya bilməyib gözləməli olmuşdur. Sonradan nə Elmarın, nə də Babəkin mobil nömrələrinə zəng çatmadığını görüb onların ona qarşı dələduzluq etdiklərini başa düşmüşdür. Babək və Elmara Seyranın işinə görə ümumilikdə 6000 manat, Seyranın özünə isə şəxsi ehtiyacları üçün 1200 manat pul vermişdir. Elmar 700 manat pulu ona qaytarsa da, 500 manat pulu geri qaytarmamış, buna görə də hadisə nəticəsində ona ümumilikdə 6500 manat məbləğində maddi ziyan dəymişdir. Hazırda ona dəymiş zərər ödənməmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 2020-ci ilin yay aylarında dostu Toğrulun vasitəsilə Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Babəklə bir neçə dəfə görüşdükdən sonra avqust ayında Babək ona qardaşı X17 Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlılarında işlədiyini, əgər tanış adamlardan kimsə DTX-yə işə düzəlmək istəsə onu qardaşının vasitəsilə həmin quruma işə düzəldə biləcəyini söyləmişdir. Həmin vaxt o, işsiz olduğundan bu barədə Babəkdən ətraflı maraqlanmaq qərarına gəlmiş və Babəkə həmin quruma işə düzəlmək istədiyini bildirmişdir. Babək 10.000 manat qarşılığında onu DTX-nin “Qartal” xüsusi təyinatlı bölüyünə gizir rütbəsi ilə işə düzəldə biləcəyini söyləmişdir. Həmin dövrdə onu maddi imkanı zəif olduğundan Babəkin dediyi məbləği düzəldə bilməmiş, buna görə də Babəkin təklifi ilə razılaşmamışdır. Bundan sonra Babəklə bir daha nə görüşməmiş, nə də əlaqə saxlamamışdır. 2020-ci ilin dekabr ayının sonlarında Babək ona zəng vuraraq işğaldan azad olunmuş torpaqlara yeni əməkdaş tələbatı yarandığından DTX-yə əməkdaş lazım olduğunu söyləmişdir. O, Babəkə maddi imkanımın zəif olduğunu söylədikdə, Babək onu 7000 manat qarşılığında DTX-yə işə düzəldə biləcəyini söyləmişdir. O, Babəkə həmin məbləği düzəldə bilməyəcəyini demiş, Babək isə 4000 manatı indidən verməyini, qalan pulu isə işə düzəldikdən sonra verə biləcəyini söyləmişdir. O, onun bu təklifini sərfəli bilmiş, onunla razılaşmış və onunla görüşməyi təklif etmişdir. 05 yanvar 2021-ci il tarixdə Babəklə Nərimanov rayonu, Mirəli Qaşqay küçəsində yerləşən “Araz” marketin qarşısında görüşmüşdür. Orada Babək ona DTX-yə qəbul başlandığını söyləmiş və bu fürsəti qaçırmamağını təklif etmişdir. Bu zaman o, evə qayıdaraq 2500 ABŞ dolları pulu götürüb geriyə Babəkin yanına qayıtmış və həmin pulu “Araz” marketin qarşısında Babəkə vermiş, Babək də yanvar ayının 20-də fiziki qabiliyyət imtahanına saldıracağını söyləmişdir. Vəd edilən vaxta o, qabiliyyət imahanına çağırılmadıqda Babəkdən məsələnin nə yerdə qaldığını soruşmuş, Babək isə bir qədər vaxt lazım olduğunu söyləmişdir. Bundan sonra o, mütəmadi olaraq Babəklə əlaqə saxlayıb işinin kimin vasitəsilə həll edəcəyini soruşduqda, o, işini Elmar adlı şəxsin vasitəsilə həll edəcəyini söyləmişdir. O, Elmarla tanış olmaq istədiyini söylədikdə, Babək Elmarın onunla əlaqə saxlayacağını demişdir. 2020-ci ilin fevral ayında Elmar Whatsapp proqramı vasitəsilə ona zəng vurub özünü DTX-nin xüsusi təyinatlı bölüyünün əməkdaşı kimi təqdim etmiş və onun işi ilə Babəklə birlikdə məşğul olduğunu söyləmişdir. O, ona görüşmək istədiyini söyləsə də, Elmar işlə bağlı hazırda Qarabağ bölgəsində olduğunu, buna görə də Bakı şəhərinə gələ bilmədiyini söyləmişdir. 2020-ci ilin fevral ayının əvvəllərində Babək DTX-dən ona razılıq verildiyini, lakin əlavə olaraq 1500 manat pul lazım olduğunu söyləmiş, o, da onunla razılaşmış və onlar 10 fevral 2021-ci il tarixdə eyni yerdə, yəni “Araz” marketin qarşısında görüşmüşlər. Orada o, Babəkə 2500 ABŞ dolları, yəni 4250 manat verdiyini nəzərə alaraq ona 1250 manat pul vermiş və bununla da o, Babəkə ümumilikdə 5500 manat pul vermiş olmuşdur. Babək ən geci mart ayımın 1-dək onun iş məsələni həll edəcəyini söyləmişdir. Sonradan Babəkə dəfələrlə zəng vursa da, onun mobil nömrəsinə zəng çatmamış və o, tanışlarından Babək Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Bundan sonra Elmara da dəfələrlə zəng vursa da, onunla da əlaqə saxlaya bilməmişdir. Babək onun ilk vaxtlar onun işini X18un vasitəsilə həll edəcəyini bildirsə də, sonradan bu işi DTX-da işləyən tanışları vasitəsilə həll edəcəyini söyləmiş, lakin konkret olaraq heç bir vəzifəli şəxsin adını çəkməmişdir. O, Babəkə 5500 manat pulu hissə-hissə olmaqla hər birini Bakı şəhəri, Nərimanov rayonu, Mirəli Qaşqay küçəsində yerləşən “Araz” marketin qarşısında vermiş və hadisə nəticəsində ona ümumilikdə 10.000 manat məbləğində maddi ziyan dəymişdir. Sonuncu dəfə 10 fevral 2021-ci il tarixdə eyni ünvanda 1250 manat pulu Babəkə vermişdir. Hazırda ona dəymiş zərər tam olaraq ödənmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur, gələcəkdə olmayacaqdır. Məhkəmə iclasında zərər çəkmişşəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, təxminən 2 ilə yaxındır ki, “Merchant” Hoteldə təmizlik şöbəsində qrup rəhbəri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs adlı şəxsi dostu X11 vasitəsi ilə təxminən 2020-cı ilin iyun ayının sonlarından tanımışdır. 2020-ci ilin iyul ayında maddi vəziyyətinin yaxşı olmadığı üçün münasib iş axtardığını Əhməd bildirmişdir. Bir müddət keçdikdən sonra Əhməd ona özünün sürücü kimi "Azfen” şirkətinə düzələcəyini və həmin şirkətdə nəzarətçi ştatının boş olduğunu bildirmişdir. Əhməd Səliyev işə Babək adlı tanışının vasitəsi ilə düzələcəyini və onun işi istədiyi təqdirdə bununla bağlı Təqsirləndirilən şəxs adlı şəxslə digər məsələlərlə bağlı söhbət etməsini məsləhət görmüşdür. Bundan sonra o, yaşadığı ünvana gedib ailə üzvləri ilə məsləhətləşmişdir. Onlar Babək adlı şəxslə danışmağı və mümkün olarsa işə düzəlməyi ona təklif etmişlər. Bundan sonra o, X15 Rəsulov adlı şəxsin nömrəsini almışdır. Babək əlaqə saxladıqda ona “Azfen” şirkətində aylıq 1100 manat maaşla nəzarətçi kimi iş ştatının olduğunu və bu işə düzəlmək müqabilində ona 1700 manat verməli olduğumu bildirmişdir. Lakin o, həmin pulu düzəltmək imkanının olmadığını bildirmiş və bir qədər aşağı qiymətə razılaşa biləcəyinin mümkünlüyünü ondan soruşmuşdur. Təqsirləndirilən şəxs təxminən 1 gün sonra ona telefonla zəng edərək kimləsə məsləhətləşdiyini və 1300 manata bu işin həll olmasının mümkün olduğunu bildirmişdir. Danışıq əsnasında Təqsirləndirilən şəxs ona pulu gətirən zaman özü ilə CV-ni də götürməsini və həmin işlə əlaqədar ona təqdim etməli olduğunu bildirmişdir. Onlar telefonda danışaraq iyul ayının 8-də görüşmək üçün razılığa gəlmişlər. İyul ayının 8-də ailəvi dostu Əhməd Səliyevlə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi yaxınlığında yerləşən “Golden Baku” şadlıq sarayının qarşısında Təqsirləndirilən şəxsla görüşüb 1300 manat pulu və CV-ni ona vermişdir. Təqsirləndirilən şəxs da öz növbəsində hal-hazırda koronavirus pandemiyası ilə əlaqədar karantin rejiminin mövcud olduğunu və bununla bağlı şirkətin müvəqqəti fəaliyyətini dayandırdığını bildirmişdir. Növbəti ayın əvvəli işə çıxacağını və bununla bağlı narahat olmağa heç bir səbəb olmadığını ona demişdir. Bu hadisədən bir müddət keçdikdən sonra o, onunla telefon əlaqəsi yaradıb işin nə yerdə olduğunu soruşduqda, o, dəfələrlə ona müxtəlif bəhanələr gətirərək işin həll olacağını demişdir. 2020-ci ilin sentyabr ayında o, ölkə üzrə mövcud vəziyyətlə əlaqədar olaraq səfərbərliyə cəlb olunmuşdur. Orduya xidmətə getməzdən öncə Təqsirləndirilən şəxsla telefon əlaqəsi yaradaraq ona məxsus olan 1300 manat pulu qaytarmasını ondan tələb etmişdir. Cavab olaraq isə o, təxminən 10 gün müddətində pulu qaytaracağına söz vermişdir. Təxminən 8 gün sonra o, ona məxsus olan 1300 manat pulun 700 manatını dostu Əhməd Səliyevə onun ailəsinə verməsi üçün qaytarmışdır. O, müharibə bitdikdən sonra evə gələn zaman ailəsindən həmin şəxsin ona məxsus olan 600 manat pulu qaytarıb qaytarmadığını soruşduqda onlar hələ də pulun geri qaytarılmadığını bildirmişlər. O, bununla bağlı Təqsirləndirilən şəxs zəng etdikdə həmin nömrəyə zəng çatmadığını görmüş və bundan sonra bir daha həmin şəxslə əlaqə saxlaya bilməmişdir. Babək Nəsibov adlı şəxs hələ də ona məxsus 600 manat pulu geri qaytarmamışdır. Hazırda ona dəymiş zərər ödənməmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən “Dalga- Beach” adlı istirahət mərkəzində müdir köməkçisi kimi işləyir. Bundan əlavə müxtəlif dilləri bildiyi üçün tərcüməçi kimi də işləyir. Təqsirləndirilən şəxs onun əsgər yoldaşı olmuş və o, 2006-cı ildə Xudat Sərhəd xidmətində onunla birlikdə əsgərlikdə olmuşdur. 2019-cu ilin iyun ayının əvvəlində o, işsiz olduğu üçün iş axtarmışdır. Buna görə də o, yaxın dost tanışları ilə bu barədə məlumat vermiş, münasib iş olarsa ona xəbər etməsini bildirmişdir. Həmin vaxtlar Babəkin də bu barədə məlumatı olmuş və o, ona özünün Xarici Kəşfiyyat İdarəsində işlədiyini demişdir. Babəkin qardaşı Azadda Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətində işləmişdir. Həmin vaxtlar Babək ona zəng vuraraq DTX-nın tərkibində Beynəlxalq əlaqələr şöbəsində iş olduğunu onu oraya işə düzəldə biləcək tanışının olmasını bildirmişdir. Söhbət zamanı Babək ona Elmar adlı tanışının olduğunu və Elmarın onu işə düzəldə biləcəyini bildirmiş Elmarın istifadəsində olan mobil nömrələri verərək onunla əlaqə saxlayaraq danışmağını demişdir. O, da ona inandığı üçün Elmarın istifadəsində olan mobil nömrələrdən birinə zəng vuraraq iş barədə maraqlanan zaman Elmar ona DTX-da işlədiyini və mayor rütbəsində olduğunu, Babəkin tanış olduğu üçün onu DTX-nın tərkibində Beynəlxalq əlaqələr şöbəsində işə düzəldə biləcəyini bildirmişdir. Elmar həmçinin onu oraya işə düzəlmək üçün müəyyən şəxslərə pul verməli olduğunu bildirmişdir. O, da Elmardan işə düzəlmək üçün nə qədər pul lazım olduğunu soruşan zaman o, ona həmin yerə işə düzəlmək üçün 20-25 min manat pul lazım olduğunu, onun Babəkin tanışı olduğum üçün 3000 manata onu işə düzəldə biləcəyini bildirmişdir. Həmçinin söhbət zamanı Elmar ona pulu verən zaman özünə məxsus diplomun, hərbi biletin, şəxsiyyət vəsiqəsinin və əmək kitabçasının surətini də ona verməsini demişdir. O, da ona inandığı üçün tezliklə pul və sənədləri hazır edərək ona verəcəyini demişdir. Bundan təxminən 2 həftə keçdikdən sonra, yəni 2019-cu ilin iyun ayının ortalarında o, Elmarla əlaqə saxlayaraq sənəd və pulu hazır etdiyini bildirmiş və həmin gün Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən DTX-nın binasının yanında Elmarla görüşüb orada işə düzəlməsi ilə bağlı onun tələb etdiyi sənəd və 2000 manat pulu ona vermişdir. Həmin vaxt Elmar ona iş həll olunduqdan sonra kadrlar şöbəsinə də hörmət etməli olduğunu bildirib 1300 manat da pul verəcəyini bildirmişdir. O, da ona inandığı üçün razılaşmış və təxminən bundan 3 həftədə keçdikdən sonra, yəni 2019-cu ilin sentyabr ayının əvvəllərində Bakı şəhəri, Xətai rayonu, Həzi Aslanov metrosu yaxınlığında yerləşən “Qardaşlar un məmulatları” adlı mağazanın qarşısında Elmarla görüşərək orada ona işə düzəlməsi ilə bağlı lazım olan sənədlərin həll edilməsi üçün kadrlar şöbəsinə vermək üçün istədiyi 1300 manat pulu vermişdir. Elmar pulu ondan alaraq narahat olmamağı, tezliklə işə düzələcəyini bildirib səbirli olmağını demişdir. Bundan sonra o, tez-tez Elmarla əlaqə saxlayan zaman o, hər dəfə ona narahat olmamağı və işlərin yolunda getdiyini bildirmiş və tezliklə işə çıxacağını demişdir. Bundan başqa 2020-ci ilin mart ayının Elmar atası Yasindən hissə-hissə olmaqla ümumilikdə 5500 manat pul almışdır. Belə ki, Elmar onun xəbəri olmadan atası Yasinin mobil nömrəsini tapıb ona zəng etmiş və onunla əlaqə yaratmışdır. O, atası onun işini həll edəcəyini narahat olmamağını deyib, yaxınlıq etmişdir. 2020-ci ilin mart ayında Elmar atası Yasinlə əlaqə saxlayaraq daha yüksək vəzifəyə keçmək üçün pul lazım olduğunu bildirmiş, ünvan 15 ünvanında yerləşən “Beynəlxalq Bank”ın qarşısında 2500 manat pul almışdır. Bundan başqa, onun qohumu Zahid ondan 2018-ci ilin sonlarında 30000 manat pul borc almışdır. Zahid həmin pulun bir hissəsini qaytarsa da yerdə qalan hissəsini qaytarmışdır. Buna görə də atası ilə Zahidin arasında narazılıq yaranmışdır. Zahid qohum olduğu üçün atası onun barəsində polisə şikayət etməmiş və Zahiddən pulu almaq üçün bu barədə Babəkə bildirmiş, pulu almaqda köməklik etməsini xahiş edərək pul aldıqdan sonra ona da hörmət edəcəyini bildirmişdir. Bundan bir müddət sonra isə ona Babək Zahiddən onlara vermək adı ilə təxminən 15.000 manat pul alaraq ələ keçirməsi məlum olmuşdur. X19 həmin pulu istədikdə Babək pulu aldığını etiraf etmiş, qısa müddət ərzində pulu qaytaracağını demişdir. Lakin bundan xeyli müddət keçməsinə baxmayaraq, Babək heç bir məbləğdə ödəniş etməmişdir. Buna görə də atası Elmara bu barədə bildirmiş Babəkdən pulu almaqda köməklik etməsini xahiş etmişdir. Elmar da, atasına köməklik edəcəyini bildirmiş, 2020-ci ilin aprel ayında Elmar atası Yasindən ünvan 15 ünvanında yerləşən “Beynəlxalq Bank”ın qarşısında 3000 manat pul almışdır. Bundan bir müddət sonra o, Elmara zəng vuraraq işin nə yerdə olduğunu soruşan zaman Elmar hər dəfə müxtəlif bəhanələr gətirmiş, işin tezliklə həll olunacağını bildirmiş, vaxtı uzadaraq onu aldatmağa başlamışdır. Bundan sonra onlar Elmarın aldatdığını və heç bir iş düzəltmədiyini görüb ona vermiş olduğu 8500 manat pulu geri qaytarmasını tələb etməyə başlamışdır. 2020-ci ilin iyul ayının ortalarında Bakı şəhəri, Nizami rayonu, “Xalqlar dostluğu” metro stansiyasının yaxınlığında yerləşən “Ağ-çiçəyim” gül dükanının qarşısında Elmarla görüşmüş və orada o, onlardan aldığı 8800 manat puldan iki dəfəyə olmaqla ümumilikdə 400 manat pulu ona vermişdir. Həmin vaxt Elmar qalan 8400 manat pulu tez bir zamanda qaytaracağına söz versə də, hər dəfə müxtəlif bəhanələr gətirib ondan aldığı pulu geri qaytarmamışdır. Bundan sonra o, Xətai RPİ-nin 34-cü PB-nə ərizə ilə müraciət etmişdir. O, Elmarı 2019-cu il Babək adlı tanışının vasitəsi ilə tanımışdır. Onunla aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Elmar ondan 3300 manat pulu onu DTX-nın tərkibində Beynəlxalq əlaqələr şöbəsində işə düzəldəcəyini bildirib almışdır. 5500 manat puldan 2500 manatının atası Yasindən borc olaraq, 3000 manat pulu isə Babəkin onlara verməli olduğu pulu alıb qaytaracağı adı ilə almışdır. O, 2000 və 1300 manat pulu əlbəəl Elmara verən zaman yanında heç kim olmamışdır. Hazırda ona dəymiş zərər ödənməmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs5 onun doğma oğludur. Rəsulov X12 əsgərlik yoldaşı olmuşdur və onu da Elnura görə tanımışdır. Babək özünün Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətində, qardaşı Azadın isə Dövlət Təhlükəsizlik Xidmətində işlədiyini demişdir. 2016-cı ilin sonlarında qohumu Şahid5 ondan 30.000 ABŞ dolları borca pul istəmiş, o, da qaytarmaq şərti ilə ona 30.000 ABŞ dolları pulu vermişdir. Zahidin biznes işləri düz gətirmədiyi üçün işlətdiyi mağazalar bağlanmış və onun pulunu tam şəkildə qaytara bilməmişdir. Zahid əvvəlcə pulun bir hissəsini az-az versə də pulu tam qaytara bilməmiş, hər dəfə müxtəlif bəhanələr gətirirmiş, o, da Zahidlə qohum olduğu üçün onu bu məsələdə çox tələsdirib şikayət etməmişdir. Həmçinin qohum olduğu üçün ondan tez-tez zəng edərək, pulu tələb edə bilməmişdir. Onun evində də bu barədə söhbətlər getmişdir. Həmin vaxtlar Babək onların evinə tez-tez gəlib getdiyi üçün Zahidlə onun arasında olan söhbətləri bilmişdir. 2017-ci ilin oktyabr ayının sonlarında Babək evdə olan zaman evə gəlmiş və Zahidə verdiyi pulu qaytarmaqda ona köməklik edə biləcəyini demişdir. O, da Babəkə bunun necə edəcəyini soruşmuş, Babək isə ona Zahidlə danışan zaman ona pulu guya ondan yəni Babəkdən alıb verdiyini deməsini, sonra isə gedib Zahiddən pulu alaraq ona verəcəyini demişdir. O, da Babəkə inandığı üçün, Zahidlə danışan zaman ona pulu Babəkdən alıb verdiyini və Babəkin onu sıxdığını demişdir. O, Zahidə onun nömrəsini Babəkə verəcəyini və özünün Babəklə razılaşmasını demişdir. Bundan sonra Babək özünün danışıb məsələni həll edəcəyini demişdir. O, Babəklə əlaqə saxlayan zaman o, hər dəfə ona Zahidin imkanı olmadığını, heç bir məbləğdə ödəniş edə bilmədiyini demişdir. 2019-cu ilin iyun ayının əvvəllərində oğlu Elnur işsiz olduğu üçün iş axtarmışdır. Elnur bir dəfə evdə olan zaman Babəkin tanışı olduğunu və onu DTX-nın tərkibində Beynəlxalq əlaqələr şöbəsində işə düzəldəcəyini demişdir. Elnur onu işə düzəldəcək şəxsin X8 olduğunu Babəkin qohumu olmasını və X4 Xidmətində işlədiyini demişdir. Həmçinin Elnur bu işə görə Elmarın ondan 3000 manat pul istədiyini bildirmişdir. 2019-cu ilin iyun ayının ortalarında Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən DTX-nın binasının yanında Elnur, Elmarla görüşüb orada işə düzəlməyi ilə bağlı onun tələb etdiyi sənəd və 2000 manat pulu ona vermişdir. Həmin vaxt Elmar Elnura iş həll olunduqdan sonra kadrlar şöbəsinə də hörmət etməli olduğunu bildirmiş, 1300 manat da pul verəcəyini bildirmişdir. 2019-cu ilin sentyabr ayının əvvəllərində Bakı şəhəri, Xətai rayonu, Həzi Aslanov metrosu yaxınlığında yerləşən “Qardaşlar un məmulatları” adlı mağazanın qarşısında Elnur Elmarla görüşərək orada ona işə düzəlməyi ilə bağlı lazım sənədlərin həll edilməsi üçün kadrlar şöbəsinə vermək üçün istədiyi 1300 manat pulu da ona vermişdir. 2019-cu ilin noyabr ayında o, yenə də Babəklə danışan zaman Zahidin pulu verib vermədiyini soruşmuş, Babək isə Zahidin vəziyyətinin pis olduğunu və pulu ödəyə bilmədiyini demiş, o, Babəkin bu danışıqlarından şübhələnmiş, Zahidin işlətdiyi mağazaya getmişdir. O, həmin mağazada Babəkə pul ödənilib ödənilmədiyini soruşmuş, bu zaman Zahid ona hissə-hissə olmaqla Babəkə 17.000 ABŞ dolları pul ödədiyini bildirmişdir. Zahid mağazada olan dəftəri çıxarmış və həmin dəftərdə də Babəkə pul verdikcə imza etdirdiyini göstərmişdir. O, da dəftərə baxan zaman orada Babəkin imza edərək pul götürdüyün və qarşısına yazıldığını görmüşdür. Bu vaxt Babək Zahiddən 17.000 ABŞ dollar pulu aldığı, lakin heç bir məbləğini ona ödəməmişdir. O, həmin dəftəri götürüb, Babəkə zəng edərək görüşməyi demişdir. O, Babəklə Bakı şəhəri, Nizami rayonu, “Xalqlar dostluğu” metrostansiyasının çıxışında olan Heydər Əliyev adına parkda görüşmüşdür. Orada o, Babəkə dəftəri göstərib, nə üçün pulu Zahiddən alıb ona vermədiyini soruşmuş, Babəkdə ona səhv etdiyni, ona 2 ay müddət verməsini, 01 yanvar 2020-ci il tarixdə pulun hamısını ödəyəcəyini demişdir. O, da Babəklə münasibəti olduğu üçün ona həmin vaxtı vermişdir. Lakin həmin vaxtdan çox keçməsinə baxmayaraq, Babək heç bir məbləğdə ödəniş etməmişdir. Bundan başqa, 2020-ci ilin mart ayında onun istifadəsində olan mobil nömrəsinə zəng gəlmiş və o, telefonla cavab verən zaman həmin şəxs özünü Elmar kimi təqdim edərək, Elnurun işin düzəldəcək adam olmasını bildirmişdir. Onlar telefonda danışmış, o, da Elmara Elnura etdiyi köməkliyə görə təşəkkürünü bildirmiş, bundan sonra onların arasında münasibət yaranmağa başlamışdır. Elmar tez-tez ona zəng edərək, hal-əhvalını soruşmuşdur. 2020ci ilin mart ayının sonlarında Elmar onunla telefon əlaqəsi saxlayaraq, hal əhvalını soruşmuş, sonra isə yaxınlarda daha yüksək vəzifəyə keçəcəyini, buna görə də pul lazım olduğunu, pulun bir hissəsini düzəltdiyini, lakin az bir hissəsini tapa bilmədiyi, bu məsələdə ona köməklik etməyini yəni pul verməsini xahiş etmişdir. Elmar ona 2500 manat pul lazım olduğunu, tezliklə qaytaracağını demiş, o, da Elmara inandığı üçün 2020-ci ilin mart ayının sonlarında ünvan 15 ünvanında yerləşən “Beynəlxalq Bank”ın qarşısında 2500 manat pulu ona vermişdir. Bundan sonra 2020-ci ilin aprel ayının əvvəllərində o, Babəkin Zahiddən alıb ona verməli olduğu pulu qaytarmadığını görüb, Elmara bu barədə demiş və Babəkdən pulu almaqda köməklik etməsini xahiş etmişdir. Elmar da, atasına köməklik edəcəyini bildirmişdir. Bir müddət sonra Elmar ona Babəkin kreditə pul götürüb, onun pulunu qaytaracağını, lakin hazırda avtomobilə görə krediti olduğunu, 1350 manat pul verdiyini, həmin krediti bağlamaq lazım olduğunu demişdir. Elmar ona 1350 manatı verməyini, Babəkin adına olan krediti bağlayıb, onun yenidən kreditin götürməsini demişdir. O, da Elmara inanmış və Elmar işlədiyi yerə yəni ünvan 15 ünvanında yerləşən “Beynəlxalq Bank”ın yaxınlığında taksi göndərmiş, o, da həmin taksiyə 1350 manatı vermiş, daha sonra isə Elmara zəng edib, pulun çatıb-çatmadığını soruşmuş, Elmarda ona pulun çatdığını bildirmişdir. Daha sonra Elmar ona zəng edərək, Babəkin adına “Kontakt home” mağazasında kredit olduğunu və həmin krediti də bağlamaq üçün 800 manat pul lazım olduğunu demişdir. Buna görə də o, yenidən Elmarın göndərdiyi taksiyə 800 manat pul vermişdir. 2020-ci ilin aprel ayının ortalarına kimi o, yenidən Elmara Babəkin adına olan kreditləri bağlamaq üçün əlavə 950 manat pulu da vermişdir. Bundan sonra o, nə Babəkin pulu ödəmədiyini, nə də Elmarın heç nə etmədiyini, Elnuru işə düzəltmədiyini görüb onların onu aldatdığını başa düşmüşdür. O, yenidən Babəklə görüşmüş və gedib notariusda müqavilə bağlamağı demiş, Babək isə notariusa getməyəcəyini deyib öz əl yazısı ilə iltizam yazıb ona vermiş, pulu qısa müddətə ödəyəcəyini bildirmişdir. O, Elmarında Elnuru aldatdığını görüb ona vermiş olduğu 8500 manat pulu geri qaytarmasını tələb etməyə başlamışdır. 2020-ci ilin iyul ayının ortalarında Bakı şəhəri, Nizami rayonu, “Xalqlar dostluğu” metro stansiyasının yaxınlığında yerləşən “Ağ-çiçəyim” gül dükanının qarşısında Elnur Elmarla görüşmüş və orada o, bizdən aldığı 8800 manat puldan iki dəfəyə olmaqla ümumilikdə 400 manat pulu Elnura vermişdir. Həmin vaxt Elmar qalan 8400 manat pulu tez bir zamanda qaytaracağına söz versə də, hər dəfə müxtəlif bəhanələr gətirib ondan aldığı pulu geri qaytarmamışdır. Bundan sonra oğlu Elnur Xətai RPİ-nin 34-cü PB-nə ərizə ilə müraciət etmişdir. O, Elmarı əvvəllər tanımamış, Elmar özü onun mobil nömrəsinə zəng edərək, oğlu Elnuru işə düzəldəcəyi şəxs olmasını bildirmişdir. Elmarı onunla Babək tanış etmişdir. Elmir Elnurdan 3300 manat pulu onu DTX-nın tərkibində Beynəlxalq əlaqələr şöbəsində işə düzəldəcəyini bildirib almışdır. 5500 manat puldan 2500 manatının ondan yüksək vəzifəyə gedəcəyini deyib almış, 3000 manat pulu isə Babəkin onlara verməli olduğu pulu alıb qaytaracağı adı ilə almışdır. Həmin vaxt onun yanında heç kim olmamışdır. Lakin, Babəkin onun adından gedib Zahiddən pul alması barədə “Qeydlər” olan dəftər hazırda onda olmuş, həmçinin Babəkin bu barədə öz əl yazması olan iltizam onda olmuş, eyni zamanda həm Babəkin həm də Elmarın səs yazmaları onda olmuşdur. Hazırda ona dəymiş zərər ödənməmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs həmkəndlisi Elmarın vasitəsilə tanımışdır. 2019-cu ilin oktyabr ayının 10-da həmkəndlisi Elmar və Babək ilə birlikdə Bakı şəhəri Nərimanov rayonu ərazisində adını bilmədiyi çayxanaların birində oturub birlikdə çay içərkən söhbət zamanı işə düzəlmək istədiyini bildirdikdə həmin vaxtı Babək qardaşı X6 Xidmətinə mühafizəçi işlədiyini və onu Dövlət Təhlükəsizlik Xidmətinə mühafizəçi kimi işə düzəldə biləcəyini bildirmişdir. Həmin vaxtı o, qeyd olunan yerə mühafizəçi kimi işə düzəltmək üçün Babək ilə 10000 manata danışıb razılaşmışdır. 18.10.2019-cu il tarixdə Babək ilə Abşeron rayonu, Sulutəpə qəsəbəsi, Sulutəpə dairəsinin yaxınlığında yerləşən “Şamlıq” adlanan kafedə görüşmüşdür. Babək, atası Rafiq və həmin kafeni işlədən dostu Elçinin iştirakı ilə ona 5000 manat pul vermiş və onun özü ilə gətirdiyi cv-də olan anket məlumatlarını yazdıqdan sonra sivini özü ilə götürüb getmişdir. 2020-ci ilin mart ayınadək onu sözügedən yerə mühafizəçi kimi işə çağırılacağını demişdir. 2020-ci ilin mart ayında Babəkin istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng edərək işlə bağlı maraqlandıqda o, yaxın günlərdə işə çağırılacağını bildirmişdir. Bundan sonra Babək və atası Rafıqin istifadəsində olan mobil telefon nömrələrinə zəng etsə də, həmin şəxslər yaxın günlərdə onu işə çağıracaqlarını əks halda isə ondan aldığı 5000 manat pulu qaytaracaqlarına söz vermişlər. Lakin Təqsirləndirilən şəxs Dövlət Təhlükəsizlik Xidmətinə mühafizəçi kimi işə düzəlməsi ilə bağlı verdiyi 5000 manat pulu geri qaytarmasını dedikdə müxtəlif bəhanələr gətirərək pulunu qaytaracağına söz versə də pulunu qaytarmamışlar. Təqsirləndirilən şəxs tərəfindən aldadıldığına görə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Hazırda ona dəymiş zərər ödənilməmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs həmkəndlisi Elmarın vasitəsilə tanımışdır. 2019-cu ilin oktyabr ayının 10-da həmkəndlisi Elmar yeznəsi Zərərçəkmiş şəxs7 və Babək ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində adını bilmədiyi çayxanaların birində oturub birlikdə çay içərkən söhbət zamanı işə düzəlmək istədiyini bildirdikdə həmin vaxtı Babək qardaşı X6 Xidmətinə mühafizəçi işlədiyini və yeznəsi X7 Xidmətinə mühafizəçi kimi işə düzəldə biləcəyini bildirmişdir. Elə həmin vaxtı o, işləmədiyi üçün Babək ilə Nərimanov rayonunda yerləşən 085 saylı çay evində yeznəsi Elmar, həmkəndlisi Elmar və Babək ilə görüşmüşdür. Həmin vaxtı Babəkə işdən çıxdığını bildirib hansısa şirkətə işə düzəldə biləcəyini soruşduqda o, Azfen şirkətinə fəhlə kimi işə düzəldə biləcəyini demişdir. 2020-ci ili mart ayında Abşeron rayonu, Sulutəpə qəsəbəsi, Sulutəpə dairəsinin yaxınlığında yerləşən “Şamlıq” adlanan kafedə Babəklə görüşmüşdür. Babək, atası Rafiq və həmin kafeni işlədən dostu Elçinin iştirakı ilə Babəkə 1000 manat pul və şəxsiyyət vəsiqəsinin surətini vermişdir. 2020-ci ilin avqust ayınadək onu işə çağıracaqlarını demişdir. 2020-ci ilin avqust ayında Babəkin istifadə etdiyi 055 ***-**-** mobil telefon nömrəsinə zəng edərək işlə bağlı maraqlandıqda o yaxın günlərdə işə çağırılacağını bildirmişdir. Bundan sonra Babək və atası Rafiqin istifadəsində olan mobil telefon nömrələrinə zəng etsə də həmin şəxslər yaxın günlərdə onu işə çağıracaqlarını əks halda isə ondan aldığı 1000 manat pulu qaytaracaqlarına söz vermişdilər. Lakin Təqsirləndirilən şəxs Azfen şirkətinə mühafizəçi kimi işə düzəlməyilə bağlı verdiyi 1000 manat pulu geri qaytarmasını dedikdə müxtəlif bəhanələr gətirərək pulunu qaytaracağına söz versə də pulunu qaytarmamışlar. Təqsirləndirilən şəxs tərəfindən aldadıldığına görə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Hazırda ona dəymiş zərər ödənilməmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs adlı şəxsi tanışı Sahiblə danışaraq ona işçi lazım olduğunu bildirmişdi. Bundan sonra o, işə ehtiyacı olduğundan Təqsirləndirilən şəxsla əlaqə saxlamışdır. O, “AZFEN” şirkətində sürücü işinə işçi lazım olduğunu və həmin işdə işləməyi ona təklif etmişdir. Təklifində o, “Azfen” şirkətində öz şəxsi avtomobili ilə sürücü işində işləməyə razı olacağı təqdirdə 1500 manat məbləğində aylıq maaş alacağını bildirmişdir. Təqsirləndirilən şəxs da həmin təkliflə bağlı ondan 1000 manat məbləğində pul vəsaiti istəmişdir. O, da işə ehtiyacı olduğundan onun bu təklifi ilə razılaşmışdır. 2020-ci ilin təxminən iyul ayının 20-21 də o, qardaşı Şahid7lə birlikdə “Azneft “ dairəsinin yaxınlığında “Four Season” otelinin yanında Təqsirləndirilən şəxsla görüşmüşdür. Qardaşının yanında Təqsirləndirilən şəxs 1000 manat məbləğində pulu və iş üçün lazım olan sənədləri vermişdir. Ondan onun nə zaman işə başlaya biləcəyi ilə bağlı sual vedikdə o, hal-hazırda karantin olduğu üçün ən geci sentyabr ayında işlə təmin olacağını bildirmişdir. O, onun bu vədinə inanaraq sentyabr ayına qədər gözləmişdir. Sentybar ayında ona zəng edərək artıq sentyabr ayının da çatdığını və onun nə zaman işə başlayacağını soruşmuşdur. O, isə hər şey qaydasında olduğunu və hal-hazırda işə yığım başladığını, buna görə də ən geci sentyabr ayının ortasına qədər işə başlayacağını bildirmişdir. Yenə sentyabrın ortasında onunla əlaqə saxladıqda, o da hər dəfə olduğu kimi bu dəfə də bəhanə gətirərək bu gün sabah deyə-deyə vaxtı uzatmışdır. Artıq dekabr ayı çatdıqda o, onunla əlaqə saxlayıb ona onun düzəldəcəyi işin lazım olmadığını, sadəcə işə düzəlmək üçün ona ödədiyi 1000 manat məbləğində pul vəsaitini geri qaytarmasını tələb etmişdir. O da razılaşaraq həmin pulu 1 həftə sonra qaytaracağını bildirmişdir. Bir həftə keçdikdən sonra yenə onunla əlaqə saxlamış, o isə bəhanələr gətirərərk pulunun olmadığını qısa zamanda pulu qaytaracağını bildirmişdir. Axırıncı dəfə 06 yanvar 2021-ci ildə onunla əlaqə saxlamış, o yenə pulu hələ hazır etmədiyini bildirmiş və ona “Azfen”-də kadrlar idarəsində işləyən biri kimi təqdim etdiyi Elmar İsmiyevin adlı şəxsin nömrəsini (***- ***-**-**) verərək onunla əlaqə saxlamağını söyləmişdir. Elmar adlı şəxslə əlaqə saxladıqda əvvəlcə tarix verdikdə o, ona həmin tarixdə “Azfen”-ə yaxınlaşmasını bildirmişdir. Lakin sonradan yenə əlaqə saxladıqda vaxtının olmadığını, işlərinin çox olduğunu və onunla görüşə bilməyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxsla əlaqə saxlayarkən o, pulunun olmadığını və qısa müddətdə bankdan pul götürərək borclarını ödəyəcəyini bildirmişdir. Lakin, göründüyü kimi, Təqsirləndirilən şəxs onu aldadaraq qanunsuz olaraq gəlir əldə etməyə çalışmış hər dəfə onunla əlaqə saxladıqda isə vaxt uzatmaq məqsədilə müxtəlif bəhanələr gətirdiyini bildirmişdir. Bundan əlavə Babək dostu Zərərçəkmiş şəxs4 da Azfenə nəzarətçi işinə qəbul etdirəcəyinə yalandan vəd verərək ondan ümumilikdə 1300 manat pul almışdır. Həmin pulun 700 manatını Babəkdən tələb edərək ondan istənilmiş və qardaşı Cavid gedib 700 manat pulu geri alıb Hüseynin mübaribədə olduğu üçün onun evinə gedib pulu anasına qaytarmış, 600 manatını isə bu günə kimi Babək qaytarmamışdır. Hazırda ona dəymiş zərər ödənilməmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2017-ci ildə hərbi xidmətdən qayıtdıqdan sonra heç bir işlə məşğul olmamışdır. Dövlət Təhlükəsizlik Xidmətində xidmət etmək istədiyindən 2019-cu ilin iyul ayında həmin quruma işə düzəlmək üçün müraciət etmiş, lakin həmin məsələ bir qədər uzanmış və 2020-ci ilin iyun ayında onu işə qəbul edilməyəcəyi bildirilmişdir. Həmin ilin iyul ayında atası Zərərçəkmiş şəxs1 ona Tosif adında tanışı olduğunu və Tosifin onu DTX-yə işə düzəldə biləcəyini söyləmişdir. O, bunun necə baş verəcəyini soruşduqda, atası ona Tosifın Babək adlı tanışı olduğunu və Babəkin qardaşı Azad DTX-də işlədiyini, onların onu həmin quruma işə düzəlməsinə köməklik edəcəklərini bildirmişdir. Bir neçə gündən sonra atası ona işinin yaxın zamanda həll olunacağını və qarşılığında ondan 40.000 manat pul istədiklərini söyləmişdir. İlk dəfə 19 iyul 2020-ci il tarixdə o, ünvan 16 ünvanda yerləşən “Richman” kafesinə getmişlər. Söhbət zamanı Babək DTX-də işləyən qardaşı X9 vasitəsi ilə, o olmasa isə başqa tanışları vasitəsilə onun işini həll edəcəyini və qarşılığında 40.000 manat pul lazım olduğunu söyləmişdir. Babək ilkin olaraq 10.000 manat, işə düzəlməyi ilə bağlı əmr çıxdıqdan sonra isə qalan 30.000 manatı verməli olduqlarını söyləmişdir. Bundan sonra onlar sağollaşmış və çıxıb getmişlər. Təxminən 2-3 gündən sonra o, Babək, Tosif, Rafiq və atası yenidən “Richman” kafesində görüşmüşlər. Görüşə getməmişdən qabaq atası ona “CV” lazım olduğunu söyləmiş, buna görə də o, “CV” hazırlayıb özü ilə aparmışdır. Görüş zamanı atası Babəkə DTX-nin məxfi qurum olduğunu və oraya işə düzəlmək üçün “CV”yə ehtiyac olmadığını söyləmiş, Babək isə narahat olmamağı və onun haqqında məlumatların yoxlanılması üçün lazım olduğunu söyləmişdir. Atası ona aid “CV”ni Babəkə vermiş, Babək sentyabr ayının sonunadək onu DTX-yə işə düzələcəyini söyləmiş və qabaqcadan 10.000 manat pul verməsini istəmişdir. Bundan sonra atası fikirləşib onlara xəbər verəcəyini söyləmiş və çıxıb getmişlər. Bundan sonra 27 iyul 2020-ci il tarixdə saat 14 radələrində o, atası, qohumu İmran, Rafiq, Babək və Tosif eyni qaydada “Richman” kafesində görüşmüşlər. Orada həmin şəxslərin iştirakı ilə atası 10.000 manat pulu Babəkə vermişdir. Babək pulu sayıb götürmüş və sentyabr ayının sonlarınadək onun leytenant rütbəsi ilə zabit kimi DTX-yə işə düzələcəyini söyləmişdir. Atası Babəkdən pulu alması ilə bağlı yazılı qeyd aparmasını tələb etmişdir. Bundan sonra o, kağızda atasından kommersiya məqsədilə 10.000 manat pulu götürməsini təsdiq edən yazılı qeyd aparmış və qalan 30.000 manat pulu o, işə düzəldikdən sonra verəcəyi barədə razılığa gəlmişlər. Atası Babəkə onun hər hansı bir yoxlanışdan keçib-keçməyəcəyi barədə soruşduqda, o, atasına 2019-cu ildə DTX-yə sənəd verən zaman artıq yoxlanışdan keçdiyini və yenidən yoxlanış ehtiyac olmayacağını bildirmişdir. Sentyabr ayınadək atası mütəmadi olaraq Babəklə mobil telefon vasitəsilə əlaqə saxlamış, işin nə yerdə olduğu barədə maraqlanmış, Babək isə atasına narahat olmamağını söyləmişdir. Sentyabr ayının sonlarında atası məsələnin həll olunmadığını görüb Babəkə zəng vuraraq pulu geri qaytarmasını tələb etmiş, Babək isə yaxın zamanda işin həll olunacağını söyləmişdir. Bundan sonra atası və o, bir neçə dəfə Babəklə görüşmüş, lakin Babək hər dəfə müxtəlif bəhanələr gətirərək yaxın zamanda pulu qaytaracağını söyləmişdir. Sonuncu dəfə Babək 22 oktyabr tarixədək pulu qaytaracağını söyləmişdir. 22 oktyabr 2020-ci il tarixdə atası Tosifə zəng vurub görüşməyi təklif etmişdir. Həmin gün o, atası Tural, qohumu Heydər, Tosif, Rafiq və onların Elmar İsmiyev adlı şəxs “Richman” kafesində görüşmüşlər. Görüş zamanı onlar atasından vaxt verməyi xahiş etmişlər. X21 adlı şəxsi ilk dəfə görmüşlər. O da onlardan Babəkə vaxt verilməsini xahiş etmişdir. Bundan sonra onlar sağollaşıb çıxıb getmişlər. Onlar bir neçə gündən sonra atası özü ilə bir ədəd kağız gətirib onun Babək tərəfindən yazıldığını və Elmarın həmin kağızı gətirib ona verdiyini söyləmişdir. Bundan sonra o, atası ilə birlikdə müxtəlif vaxtlarda Elmarla, Rafiqlə və Tosiflə görüşmüşdür. Həmin kağızda Babək atasından işə düzəltmək adı ilə 10.000 manat pul aldığını etiraf etmiş və 04 noyabr 2020-ci il tarixədək həmin pulu atasına qaytaracağını bildirirmişdir. Atası noyabr ayının 4-də Babəkin pulu qaytarmadığını görüb bu barədə ərizə ilə polisə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, qadın və kişi ayaqqabılarının satışı ilə məşğul olaraq “Viva” ayaqqabı dükanlarını işlədir. Zərərçəkmiş şəxs6 onun yeznəsidir. 2016-cı ilin sonlarında ona şəxsi biznesi ilə əlaqədar olaraq pul lazım olduğu üçün yeznəsi Yasinə müraciət edərək ondan 30.000 ABŞ dolları borca pul almışdır. Həmin puldan 4500 ABŞ dolları Yasinə qaytarsa da, sonradan maddi imkanının yaxşı olmadığı üçün qalan pulu qaytara bilməmişdir. Buna görə də Yasinlə aralarında narazılıq yaranmışdır. Təqsirləndirilən şəxs 20l7-cı ilin noyabr ayından tanımış və onunla aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. 2017-ci ilin oktyabr aynın sonlarında yeznəsi Yasin onunla əlaqə saxlayaraq ona borca vermiş olduğu pulu Babəkdən alıb verdiyini və qalan pulu Babəkə verməsini, onunla əlaqə saxlaması üçün mobil nömrəsini ona verəcəyini bildirmişdir. Bundan sonra Babək onunla əlaqə saxlayaraq işlədiyi Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən “Viva” ayaqqabı mağazasına gəlmişdir. Həmin vaxt Babək ona bacısı oğlu Elnurun əsgər yoldaşı olduğunu, aralarında ailəvi gediş-gəliş olduğunu, Yasinə verməli olduğu pulun ona çatacağını bildirmişdir. Həmçinin Babək ona özünün polisdə işlədiyini bildirmişdir. O, da Yasinin pulunu Babəkə verməsini bildirdiyinə görə onunla razılaşmış və pulu hissə-hissə ona verə biləcəyini bildirmişdir. Bundan sonra Babək 09.11.2017-ci il tarixdə işlədiyi ayaqqabı mağazasına gəlmiş və o, ona pulu verən zaman kitabçada verdiyi pulun miqdarını və tarixini qeyd edəcəyini, onun da pulu alması barədə imza edəcəyini bildirmişdir. O, da onunla razılaşmış və həmin gün, yəni 09.11.2017-ci il tarixdə ilk dəfə ona 300 ABŞ dolları pul vermişdir. Həmin vaxt razılaşdığı kimi o, kitabçada pulun verilmə tarixini və miqdarını qeyd etmişdir. Bundan sonra Babəkdə pulu alması barədə imza edərək pulu götürmüşdür. Bundan sonra bu qayda ilə Babək ondan 2017-ci ilin noyabr ayından 2019-cu ilin iyun ayınadək ümumilikdə 14705 ABŞ dolları və 3565 manat pul almışdır. Yəni o, ondan ümumilikdə 16800 ABŞ dolan pul almışdır. 2019-cu ilin noyabr ayında yeznəsi Yasin onunla əlaqə saxlayaraq pulu Babəkə verib-vermədiyini soruşduqda o, ona pulu Babəkə verdiyini bildirmişdir. Bundan sonra ona Babəkin Yusifə aid pulu ondan alaraq ona çatdıracağına söz verərək aldığı ümumilikdə 16800 ABŞ dolları pulu ələ keçirib Yasinə verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, ailə tanışı Şahid4 2019-cu ilin may ayının əvvəlində ona zəng edərək DTX-da işə qəbulla bağlı məlumat aldığını, həmin idarənin əməkdaşları onun dostları X8 və Təqsirləndirilən şəxs vasitəsi ilə müsabiqələrdən asanlıqla keçməsi barədə ona məlumat verərək, işə düzəlmək barədə ona təklif etmişdir. Bundan sonra Şahid4 anası Cəlilova Elza onun anası İsmayılova Gülnara Firuddin qızı ilə əlaqə saxlayaraq onların yüksək vəzifədə işləyən tanışlarının olması və öz qohumlarınında həmin işə müraciəti barədə bildirərək, anasını razılığa gətirmişdir. Daha sonra Kəramət onunla telefonla əlaqəsi saxlayaraq öncədən razılaşdırılmış vaxtda Həzi Aslanov metrosunun yaxınlığında yerləşən çay evində görüşərkən, Təqsirləndirilən şəxs ilə onu tanış etdi. Babək ona onun tanışı X8 onu DTX-ya işə düzəlməkdə kömək edəcəyini, buna görə ondan 7000 manat məbləğində pul istədiyini demişdir. Həmçinin, müəyyən müsabiqələrdən öz bacarığının sayəsində keçməli olacağını bildirmişdir. Bir neçə gün sonra H.Aslanov tərəfdə Kəramət anası ilə əlaqə saxlayaraq Babəklə tanış etmiş və onlar işə düzəlmək üçün məbləğin yarısının öncədən verilməsini istəmişlər. May ayının 15-də anası, Kəramət, Babək 40 saylı notariat ofisinin qarşısında görüşərək Elmarla tanış etdilər və anası notarius vasitəsi ilə 3000 manatı Elmara vermişdir. Elmar və Babək DTX-nın əməkdaşları kimi özlərini təqdim etsələr də öz xidməti vəsiqələrini məxfi işdə işlədikləri üçün onlara təqdim etməmişlər. İyun ayında Elmar onunla əlaqə saxlayaraq pulun qalan hissəsini tez bir zamanda tapmağı və əgər qısa zamanda həmin məbləği ona verərsə, o 6000 manatla işi həll edəcəyinə söz vermişdir. O və anası Yeni Günəşlidə binanın yaxınlığında Elmarla və Babəklə görüşərək 1000 manat pulu Elmara vermiş, Elmar pulu götürdükdən sonra anket sənədlərinin doldurulmasını, sağlamlıq haqqında arayışın və şəkillərinin hazırlamağı istəmişdir. Mütəmadi onunla əlaqə saxlayaraq işlərin qaydasında getdiyini və onun qısa zamanda işə çağıralacağı barədə məlumat verəcəyini demişdir. İyul ayında Elmar anasına zəng edərək 1000 manat pulun təcili lazım olduğunu deyərək, onu xüsusi şöbəyə düzəldəcəyini bildirmişdir. Sonra o, anası, Elmar və Babəklə binanın yaxınlığında görüşərək 1000 manat pulu vermişlər, görüşdüyü zaman Babək onu qardaşının işlədiyi DTX-nın xüsusi şöbəsinə düzələcəyini demişdir. Sonra avqust ayında Elmar anası ilə əlaqə saxlayaraq, sonuncu 1000 manat pulu Elmar və Babək onlardan götürmüşlər. Avqust ayında Elmar onunla əlaqə saxlayaraq öz işindən çıxmaq üçün ərizə yazmağını və çıxmağını istəmiş, həm də sentyabr ayında müsabiqənin keçirələcəyini bildirmişdir. Sentyabr ayından dekabr ayınadək cürbəcür bəhanələr gətirərək müsabiqənin vaxtının bəlli olmadığını bildirərək, hər dəfə məsələnin həlini uzatmışdır. Dekabr ayında yeni rəislə münasibətlərini yaxınlaşdırmaq üçün anasından 400 manat pul götürərək, söz verdiyi yanvar ayında nəzərdən tutulmuş müsabiqələrdən sınaqsız keçəcəyini bildirmişdir. Yanvar ayının sonunda ona özü üçün 1000 manat istəmiş, amma ona 700 manat kömək edə biləcəyini demiş, ona o pulu vermiş, işdən götürdüyünü, 2 həftəyə verməsini söyləmişdir. Fevral və mart aylarında Türkiyədən yoxlamanın gəlməsini, ona görə də müsabiqənin gecikdiyini bildirmişdir. Aprel ayında Elmar anasına zəng edərkən ailəsində vəziyyətin çətin olduğu üçün 100 manat pul istəmiş, anası onun göndərdiyi taksi sürücüsü ilə Elmara 100 manatı göndərmişdir. Öncə onlardan götürdüyü 800 manatı özü üçün götürdüyünü deyərək, həmin məbləğin 200 manatını iyul ayında qaytarmışdır. 2020-ci ilin avqust ayında o, işdən imtina etdiyini və pulu geri qaytarılmasını tələb etmişdir. Cavabında 14 gün ərzində pulu tapıb ona qaytaracaqlarını demişdir. 2 həftədən sonra həmin məbləği tapa bilmədiklərini bildirərək yenidən möhlət verməsini xahiş etmişlər. Bundan sonra sentyabr ayında 500 manat qaytarmışlar və qalan 6500 manatı qısa müddətdə tapıb verəcəyini desələr də bu günə kimi həmin məbləği qaytarmamışlar. Məhkəmə iclasına dəvət edilmələrinə baxmayaraq şahidlər Şahid2, Şahid3, Şahid4 və Şahid7 məhkəmədə iştirak etməmişlər. Tərəflərin razılığı ilə məhkəmə istintaqında onların ibtidai istintaqda vermiş olduqları ifadələri elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Axtarışda olan şəxsin tutulması haqqında” 02 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02.03.2021-ci il tarixdə saat 14:40 radələrində Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində saxlanılaraq tutulmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 4(011)-83/2021 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 02 mart 2021-ci il tarixdən hesablanmaqla 02 (iki) ay 15 (on beş) gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 10.03.2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. CD diskə baxış keçirilməsi haqqında 02 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Şahid6 tərəfindən təqdim edilmiş onun təqsirləndirilən şəxs Rəsulov Babək Rafiq oğlu, X8 və Şahid4 ilə aparmış olduğu “CD”-diskinə köçürülmüş telefon və cinayət işinin materiallarına əlavə edilmiş disk HP markalı kompyutrə yerləşdirilərək dinlənilmiş, müəyyən edilmişdir ki, diskdə 14 fayl vardır. 13.06.2020-Elmar yazılmış, birinci faylı açıb dinlədikdə- iki nəfər şəxsin bir-biri ilə danışıqlarında-salam, salam Elmar müəllim necəsən, yox işdəyəm, başqa problemlərinizdə vardı, 4000-5000 manat puldur, birinci gün düzələcək, yüz faiz, oldu oldu sağ ol- danışıq səsləri vardı. Danışıq 2 dəqiqə 5 saniyə davam etmişdir. 17.07.2020-Elmar yazılmış ikinci faylı açıb dinlədikdə- iki nəfər şəxsin bir-biri ilə danışıqlarında- Seyran başına dönüm zəng edəcəyəm, başına dönüm bir az səbrli ol, düzələr- danışıq səsləri var. Danışıq 2 dəqiqə 50 saniyə davam etmişdir. 23.07.2020-Elmar yazılmış, üçüncü faylı açıb dinlədikdə- bilirsən Kənan müəllim niyə zəng etdim. Elman yox idi, fırladır söhbəti, həmin danışıqda Babək bilir, tərəflər arasında pulların qaytarılması barədə danışıqlar aparılır. Babək və Elmar pulu işə düzəltməsi barədə verdiyi barədə danışıqlar aparılır. Danışıq 3 dəqiqə 40 saniyə davam etmişdir. 06.08.2020- Kəramət yazılmış, dördüncü faylı açıb dinlədikdə- iki nəfər şəxsin birbiri ilə danışıqlarında- Seyran necəsən, cavab vermədin, Babək səni narahat etmək istəmirdim 6500 manat pulu ondan götürəcəklər danışıq səsləri vardı. Pulun qaytarılması barədə danışıqlar aparılır. Danışıq 5 dəqiqə 50 saniyə davam etmişdir. 19.08.2020-Elmar yazılmış, beşinci faylı açıb dinlədikdə- iki nəfər şəxsin bir-biri ilə danışıqlarında- nalayiq ifadələri işlədərək bir-birilərinə narazılıqlarını bildirirlər. Danışıq 10 dəqiqə 10 saniyə davam etmişdir. 31.08.2020-Babək yazılmış, altıncı faylı açıb dinlədikdə- iki nəfər şəxsin bir-biri ilə danışıqlarında-tərəflər əmanətin nə vaxt götürülməsi vaxtının təyin edilməsi barədə danışıq səsləri vardı. Danışıq 1 dəqiqə 20 saniyə davam etmişdir. 31.08.2020- Elmar yazılmış, yeddinci faylı açıb dinlədikdə- iki nəfər şəxsin bir-biri ilə danışıqlarında- Seyran Elmar adını çəkən tərəflər danışıqlarında pulun qaytarılması barədə 10 gün səbrli olunmasını, pulun qaytarılması barədə danışıq səsləri vardı. Digər tərəf pulunun qaytarılması barədə söz verilməsinə baxmayaraq pulun qaytarılmadığını deyir, işə düzəlmədiyini, aldanmasını bildirir. Danışıq 13 dəqiqə 30 saniyə davam etmişdir. 05.09.2020-Elmar yazılmış, səkkizinci faylı açıb dinlədikdə- iki nəfər şəxsin bir-biri ilə danışıqlarında- tərəflərdən biri alınmış 7000 manat pulu qaytarması barədə söz verir. Danışıq 3 dəqiqə 7 saniyə davam etmişdir. 21.11.2020-Elmar yazılmış, doqquzuncu faylı açıb dinlədikdə- iki nəfər şəxsin birbiri ilə danışıqlarında- Seyran və Gülnar xanım kimi adlar hallanır pulun birinci gün qaytarılacağı deyilir. Digər tərəf pulun qaytarılmasına söz verilməsinə baxmayaraq, qaytarılmadığına narazılığım bildirir. Digər tərəf Seyran adlı şəxsə pulun 7000 manat qaytarılmasını deyir, qaytarılmasına vaxt istəyir, 4-cü gün qaytarılmasını deyir. Danışıq 5 dəqiqə 10 saniyə davam etmişdir. 23.11.2020-Elmar yazılmış, onuncu faylı açıb dinlədikdə- iki nəfər şəxsin bir-biri ilə danışıqlarında-Axşamın xeyr Seyran müəllim 6000 manatı götürəcəyin, cəmi 7400 manat pulun olduğu, 7400 manat pulun qaytarılacağına söz verilməsi barədə danışıq səsləri vardı. Danışıq 12 dəqiqə 5 saniyə davam etmişdir. 23.11.2020- Babək yazılmış, on birinci faylı açıb dinlədikdə- iki nəfər şəxsin bir- biri ilə danışıqlarında- Tərəflər Babəki tapa bilmədiklərini, onları aldatması barədə danışıq səsləri vardı. Danışıq 12 dəqiqə 5 saniyə davam etmişdir. 23.11.2020- Babək yazılmış, on ikinci faylı açıb dinlədikdə- iki nəfər şəxsin bir- biri ilə danışıqlarında-tərəflərdən biri əmanəti Seyrana verəcəyini barədə danışıq səsləri vardı. Danışıq 1 dəqiqə 7 saniyə davam etmişdir. 07.12.2020- Babək-Elmar yazılmış, on üçüncü faylı açıb dinlədikdə- iki nəfər şəxsin bir-biri ilə danışıqlarında-tərəflər Elman adını hallandırır, pulun qaytarılması barədə danışıq səsləri vardı. Danışıq 50 saniyə davam etmişdir. 17.12.2020- Kəramət yazılmış, on dördüncü faylı açıb dinlədikdə- iki nəfər şəxsin bir-biri ilə danışıqlarında-Seyran adlı şəxslə danışan tərəf birinci gün görüşməyi və əmanəti çatdıracağını deyir. Danışığın Seyran ilə Elman adlı şəxs arasında aparıldığı danışıq səslərindən aydın olur. Danışıq 1 dəqiqə 35 saniyə davam etmişdir. Təqsirləndirilən şəxs həmin diskdəki 23 noyabr 2020-ci ildən 07 dekabr 2020-ci il tarixdə Şahid6la aparılmış danışıqlarda dinlənilən danışıq səslərin ona məxsus olduğunu bildirmişdir. “Sübutların qiymətləndirilməsi barədə” 02 iyul 2021-ci il tarixli qərardan görünür ki, cinayət işinin materiallarına əlavə edilmiş mobil telefon vasitəsi ilə aparılmış danışıqlara aid edilmiş 1 ədəd “CD” disk, Şahid5 tərəfindən tərtib edilmiş 6 ədəd qəbz-qeydiyyat vərəqəsi və zərər çəkmiş şəxs Gülnara İsmayılova tərəfindən Elnar İsmiyev arasında notariat ofisində 3M-67 nömrə ilə reyestrdə qeydə alınmış kredit müqaviləsi cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 notarial qaydada təsdiq olunmuş 13.12.2021-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi və mənəvi ziyan tam ödənilmiş, onunla barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 məhkəmə iclasında təqdim etdiyi 03.09.2021-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi və mənəvi ziyan tam ödənilmiş, onunla barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahid ifadələri, habelə istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan suiistifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Həmin Qərarın 34-cü bəndində göstərilir ki, CM-in 34.2-ci maddəsinin tələblərinə uyğun olaraq qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən dələduzluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş dələduzluq (CM-in 178.2.1-ci maddəsi) hesab edilir. Məhkəmələrə tövsiyə edilmişdir ki, həm qabaqcadan əlbir olmuş bir qrup şəxs, həm də mütəşəkkil dəstə tərəfindən törədilmiş dələduzluq cinayətlərinə dair işlərə baxarkən hər bir təqsirləndirilən şəxsin cinayətin obyektiv cəhətinin icrasına yönəlmiş konkret hərəkətlərinin nədən ibarət olmasını və bunu təsdiq edən sübutları tam və hərtərəfli araşdırsınlar və yekun məhkəmə aktlarında araşdırılmış sübutlara istinad etməklə təqsirləndirilən şəxslərin hər birinin təqsirlilik dərəcəsini müəyyən etsinlər. Qanunvericiliyin bu tələblərinə, həmçinin, iştirakçılıqla törədilmiş dələduzluğa dair işlərə baxılarkən də əməl edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xeyli miqdarda ziyan vurmaqla ələ keçirməklə təkrar törədildikdə – dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci, 58.1-ci və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 ilə barışıq əldə etməsini, törətmiş olduğu cinayət nəticəsində vurmuş olduğu ziyanı qismən ödəməsini, törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, himayəsində azyaşlı uşaqlarının olmasını (əsas: iş materiallarında olan AZ-İİİ seriyalı, 834899 nömrəli və AZ-İİİ seriyalı, 834900 nömrəli doğum haqqında şəhadətnamələrin surəti) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04.03.2021-ci il tarixli qərarına əsasən həbsetmənin əvvəli müəyyən edilmiş 02.03.2021-ci il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə maddi sübut - 6 ədəd qəbz-qeydiyyat vərəqəsi, kredit müqaviləsi və 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 saata görə 240 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 02 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut- 6 ədəd qəbz-qeydiyyat vərəqəsi, kredit müqaviləsi və 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 saata görə 240 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-33/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-33/2022
21.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver