Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-33/2023 31.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olmayan, SOCAR” Dövlət neft şirkətinin Nəqliyyat Deportamentində sürücü işləyən, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanda yaşayan və barəsində Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 179.2.3-cü və 179.2.4cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ekspeditoru vəzifəsində işləyərkən, vahid niyyətlə ona etibar edilmiş özgə əmlakını öz qulluq mövqeyindən istifadə edib xeyli miqdarda mənimsəməklə talamışdır. Belə ki, o, hüquqi ünvanı Qəbələ rayonu, E.Kərimov küçəsi, ev 34 olan "xxxx" MMC-nin (VÖEN **********) xx.xx.2017-ci il tarixdən - xx.xx.2018-ci il tarixədək olan müddətdə ekspeditoru vəzifəsində işləyərkən, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar olunmuş özgə əmlakını mənimsəmə yolu ilə talamaq məqsədilə, cəmiyyətlə aralarında bağlanmış xx.xx.2017-ci il tarixli əmək və tam maddi məsuliyyət haqqında müqavilələrə, o cümlədən həmin tarixdə təsdiq edilmiş vəzifə təlimatına əsasən, ona etibar edilmiş maddi dəyərləri qoruyub saxlamaq, etibar edilmiş maddi dəyərlərə və işlərə qayğı ilə yanaşmaq, cəmiyyətə heç bir səbəb üzündən ziyan vurmamaq, vaxtında cəmiyyət rəhbərliyini himayəsində olan maddi sərvətlərin təhlükəsizliyi barədə məlumatlandırmaq və lazımı hallarda təhlükəli vəziyyətin yaranma səbəblərini öyrənmək, Cəmiyyətin Bakı məhsul anbarından buraxılan malları müşayiətedici sənədlərə uyğun olaraq təhvil alıb, satış və marketinq şöbəsinin nəzarəti altında təşkil olunan pərakəndə və topdansatış əməliyyatlarını Cəmiyyət ilə satış məntəqəsi arasında müqavilənin bağlanmasını təmin etdikdən sonra, müqavilə şərtlərinə uyğun olaraq malı təhvil verib satışdan əldə olunan pul vəsaitini Cəmiyyətin xəzinəsinə təhvil vermək, qaimə-faktura əsasında anbardan qəbul etdiyi mala görə tam maddi məsuliyyət daşımaq və sair səlahiyyətlərə malik inzibati-təsərrüfat funksiyasını yerinə yetirən vəzifəli şəxs kimi, Cəmiyyətin ünvan 3 ünvanda yerləşən anbarından xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddətdə rəsmi sənədlərlə, o cümlədən 27 sentyabr 2017-ci il tarixli, 4118 nömrəli qaimə ilə 877,20 manat, 27 sentyabr 2017-ci il tarixli, 4119 nömrəli qaimə ilə 856,38 manat, 28 sentyabr 2017-ci il tarixli, 4126 nömrəli qaimə ilə 516 manat, 02 oktyabr 2017-ci il tarixli, 4170 nömrəli qaimə ilə 201,08 manat, 04 oktyabr 2017-ci il tarixli, 4210 nömrəli qaimə ilə 598,92 manat, 04 oktyabr 2017-ci il tarixli, 4211 nömrəli qaimə ilə 972,10 manat, 04 oktyabr 2017-ci il tarixli, 4212 nömrəli qaimə ilə 277,50 manat, 06 oktyabr 2017-ci il tarixli, 4254 nömrəli qaimə ilə 1572,90 manat, 06 oktyabr 2017-ci il tarixli, 4255 nömrəli qaimə ilə 1117,20 manat, 06 oktyabr 2017-ci il tarixli, 4256 nömrəli qaimə ilə 891,84 manat, 09 oktyabr 2017-ci il tarixli, 4279 nömrəli qaimə ilə 92,40 manat, 11 oktyabr 2017-ci il tarixli, 4330 nömrəli qaimə ilə 1755,90 manat, 11 oktyabr 2017-ci il tarixli, 4331 nömrəli qaimə ilə 1116,40 manat, 11 oktyabr 2017-ci il tarixli, 4332 nömrəli qaimə ilə 1074 manat, 16 oktyabr 2017-ci il tarixli, 4425 nömrəli qaimə ilə 2067,90 manat, 16 oktyabr 2017-ci il tarixli, 4226 nömrəli qaimə ilə 1578 manat, 16 oktyabr 2017-ci il tarixli, 4427 nömrəli qaimə ilə 1224 manat, 16 oktyabr 2017-ci il tarixli, 4428 nömrəli qaimə ilə 194,40 manat, 20 oktyabr 2017-ci il tarixli, 4515 nömrəli qaimə ilə 2595,60 manat, 23 oktyabr 2017-ci il tarixli, 4549 nömrəli qaimə ilə 876,60 manat, 28 oktyabr 2017-ci il tarixli, 4640 nömrəli qaimə ilə 1496,40 manat, 28 oktyabr 2017-ci il tarixli, 4641 nömrəli qaimə ilə 1352,40 manat, 28 oktyabr 2017-ci il tarixli, 4642 nömrəli qaimə ilə 3512,10 manat, 31 oktyabr 2017-ci il tarixli, 4674 nömrəli qaimə ilə 1141,50 manat, 10 noyabr 2017-ci il tarixli, 4894 nömrəli qaimə ilə 2758,50 manat, 10 noyabr 2017ci il tarixli, 4895 nömrəli qaimə ilə 1026 manat, 15 noyabr 2017-ci il tarixli, 4984 nömrəli qaimə ilə 6775,20 manat, 15 noyabr 2017-ci il tarixli, 4985 nömrəli qaimə ilə 535,20 manat, 16 noyabr 2017ci il tarixli, 5012 nömrəli qaimə ilə 32,40 manat, 23 noyabr 2017-ci il tarixli, 5138 nömrəli qaimə ilə 1540,20 manat, 23 noyabr 2017-ci il tarixli, 5139 nömrəli qaimə ilə 3714 manat, 23 noyabr 2017-ci il tarixli, 5141 nömrəli qaimə ilə 492 manat, 30 noyabr 2017-ci il tarixli, 5253 nömrəli qaimə ilə 1782 manat, 30 noyabr 2017-ci il tarixli, 5254 nömrəli qaimə ilə 3394,50 manat, 07 dekabr 2017-ci il tarixli, 5383 nömrəli qaimə ilə 4071 manat, 07 dekabr 2017-ci il tarixli, 5384 nömrəli qaimə ilə 2592 manat, 14 dekabr 2017-ci il tarixli, 5549 nömrəli qaimə ilə 2274 manat, 14 dekabr 2017-ci il tarixli, 5550 nömrəli qaimə ilə 1033,20 manat, 14 dekabr 2017-ci il tarixli, 5551 nömrəli qaimə ilə 4691,10 manat, 21 dekabr 2017-ci il tarixli, 5707 nömrəli qaimə ilə 1466,40 manat, 21 dekabr 2017-ci il tarixli, 5708 nömrəli qaimə ilə 2224,80 manat, 30 dekabr 2017-ci il tarixli, 5901 nömrəli qaimə ilə 4434 manat, 30 dekabr 2017-ci il tarixli, 5902 nömrəli qaimə ilə 714 manat, 30 dekabr 2017-ci il tarixli, 5903 nömrəli qaimə ilə 1985,40 manat, 30 dekabr 2017-ci il tarixli, 5904 nömrəli qaimə ilə 1090 manat, 11 yanvar 2018-ci il tarixli, 164 nömrəli qaimə ilə 1414,80 manat, 11 yanvar 2018-ci il tarixli, 165 nömrəli qaimə ilə 206,40 manat, 11 yanvar 2018-ci il tarixli, 166 nömrəli qaimə ilə 325 manat, 18 yanvar 2018-ci il tarixli, 312 nömrəli qaimə ilə 2768,40 manat, 18 yanvar 2018-ci il tarixli, 313 nömrəli qaimə ilə 678,40 manat, 23 yanvar 2018-ci il tarixli, 411 nömrəli qaimə ilə 154,80 manat, 01 fevral 2018-ci il tarixli, 586 nömrəli qaimə ilə 1585,50 manat, 01 fevral 2018-ci il tarixli, 587 nömrəli qaimə ilə 1219,20 manat, 05 fevral 2018-ci il tarixli, 651 nömrəli qaimə ilə 55,80 manat, 08 fevral 2018-ci il tarixli, 736 nömrəli qaimə ilə 705 manat, 15 fevral 2018-ci il tarixli, 880 nömrəli qaimə ilə 1837,60 manat, 15 fevral 2018-ci il tarixli, 881 nömrəli qaimə ilə 858 manat, 23 fevral 2018-ci il tarixli, 1036 nömrəli qaimə ilə 1390,50 manat, 02 aprel 2018-ci il tarixli, 1754 nömrəli qaimə ilə 1027,20 manat, 02 aprel 2018-ci il tarixli, 1755 nömrəli qaimə ilə 781,20 manat, 02 aprel 2018-ci il tarixli, 1756 nömrəli qaimə ilə 2094,90 manat, 06 aprel 2018-ci il tarixli, 1876 nömrəli qaimə ilə 874,80 manat, 09 aprel 2018-ci il tarixli, 1941 nömrəli qaimə ilə 684,60 manat, 12 aprel 2018-ci il tarixli, 2015 nömrəli qaimə ilə 684,90 manat, 16 aprel 2018-ci il tarixli, 2076 nömrəli qaimə ilə 872,80 manat, 16 aprel 2018-ci il tarixli, 2077 nömrəli qaimə ilə 44,40 manat, 19 aprel 2018-ci il tarixli, 2144 nömrəli qaimə ilə 271,20 manat, 26 aprel 2018-ci il tarixli, 2269 nömrəli qaimə ilə 412,80 manat, 03 may 2018-ci il tarixli, 2391 nömrəli qaimə ilə 960,50 manat, 08 may 2018-ci il tarixli, 2486 nömrəli qaimə ilə 474,80 manat, 21 may 2018-ci il tarixli, 2717 nömrəli qaimə ilə 36 manat, 20 iyun 2018-ci il tarixli, 3205 nömrəli qaimə ilə 991,44 manat, ümumillikdə 99995,56 manat dəyərində, 933 adda, 22261 ədəd müxtəlif əmtəə nişanlı və müxtəlif çeşidli spirtli içki məhsullarını qəbul edib Bakı şəhəri Qaradağ rayonu, Hacıqabul rayonu, Şirvan şəhəri və Kürdəmir rayonu ərazisində yerləşən ayrı-ayrı ticarət obyektlərinə satış üçün təhvil verib, həmçinin özünün Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində "xxxx" MMC-nin adından açdığı “Gabala Winery” mağazasında satıb, satış zamanı endirim hesablanmış mallar anbara qaytarılarkən 273,34 manat endirim bərpa olunmaqla cəmi mədaxili – 100.268,90 manat olmuş, 22.759,01 manat dəyərində malı anbara qaytarmış, 11.511,71 manatlıq malı aktla digər ticarət nümayəndəsi Vüsal Nəbiyevə təhvil vermiş, Cəmiyyət rəhbərliyinin göstərişinə əsasən 1.132,22 manat endirim edilərək azaldılmış, satışdan əladə etdiyi, ümümilikdə 64.865,96 manat nağd pul vəsaitinin 40.751,60 manatını hissə-hissə xəzinəyə ödəmiş, cəmi 24.114,36 (iyirmi dörd min bir yüz on dörd manat otuz altı qəpik) manat pulu isə xəzinəyə təhvil verməyərək özünün şəxsi ehtiyaclarına sərf etməklə, ona etibar olunmuş "xxxx" MMC-yə məxsus özgə əmlakını vahid niyyətlə öz qulluq mövqeyindən istifadə edib xeyli miqdarda mənimsəməklə talamışdır. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2017-ci il tarixdə "xxxx" MMC-də ticarət nümayəndəsi vəzifəsinə qəbul olunmuş, həmin tarixdə MMC-ilə arasında əmək müqaviləsi bağlanılmış, işə qəbul olarkən o, satış və marketinq şöbəsinin müdiri Xəyal Hacıyevə etibarnamə ilə mülkiyyətimdə olan “Ford Transit” markalı avtonəqliyyat vasitəsi ilə xidmət göstərəcəyini bildirdiyini və sonuncu onunla razılaşaraq avtonəqliyyat vasitəsini malların paylanılması üçün istifadə edəcəyinə görə ayda 100 manat nəqliyyat vasitəsinin icarə haqqı, 250 lt dizel yanacağı və təmir xərclərinin ödəniləcəyi barədə şirkətlə aralarında müqavilə bağlanmış, həftədə 1 dəfə "xxxx" MMC-nin Bakı anbarından müxtəliv növ və müxtəlif adda spirtli içkiləri qaimə faktura ilə təhvil alaraq yaşadığı Qobustan qəsəbəsi, S.Hacıyev küçəsi, ev 4 mənzil 13-də yerləşən həyət evində tikdiyi qaraja yığıb sonra işlədiyi ərazi üzrə mağazalara paylamışdır. Anbardan götürdüyü malları qaraja yığmaqda səbəbi yaşadığı ünvandan Cəmiyyətin anbarına olan məsafənin uzaq olması və işlədiyi ərazilərin Ələt, Hacıqabul, Nəvai, Şirvan, Sabirabad, Saatlı rayon əraziləri olduğundan vaxt və yanacaq sərfiyyatına qənaət etmək olduğunu bildirmişdir. 2018-ci il tarixdə (dəqiq tarixini xatırlamır) etibarnamə ilə mülkiyyətində olan “Ford Transit” markalı avtonəqliyyat vasitəsi ilə Şirvan şəhərində yol nəqliyyat hadisəsi törətmiş və hadisə zamanı avtonəqliyyat vasitənə və içəridə olan mallara xeyli ziyan dəymişdir. Nəqliyyat vasitəsində olan spirtli içkilərin şüşə butulkaları qırılmış və təxminən 1500 manat dəyərində ziyan dəymişdir. O, şirkətdən avtonəqliyyat vasitəsinin müqavilədə göstərilən şərtlərə uyğun olaraq təmir etdirilməsini tələb etsə də, nəqliyyat vasitəsi təmir edilməmiş və bu səbəbdən də nəqliyyat vasitəsini 5500 manata satmışdır. Bundan sonra təxminən 10-15 gün qaynı Elşadın “BYD” markalı sedan avtomobili ilə işləmış, daha sonra nəqliyyat vasitəsi olmadığına görə işləyə bilməmişdir. Xəyal Hacıyev onun işləmədiyini görüb şirkətin daxili auditi olan Şahid5 qaraja yığdığı qalıq malları təhvil-təslim qaimə fakturaları ilə götürülməsi üçün göndərmiş və onun iştirakı ilə qalıq olan mağazalarda üzləşmə aktları tərtib edilərək şirkətin anbarından təhvil aldığı malların qalığı hesablanmışdır. Təxminən bildiyinə görə 2200 manat çatışmazlıq olduğu müəyyən edilmişdir. İşlədiyi müddətdə Xəyal Hacıyevlə razılaşaraq Qobustan qəsəbəsində şirkətin adından yəni “Qəbələ Winery” adlı mağaza açmış, ona şirkət tərəfindən, yəni Xəyal Hacıyev tərəfindən icarə haqqının verilməsində, reklam və mağazanın təmir xərclərində köməklik göstəriləcəyi bildirilmiş, lakin mağazanı açarkən 4000 manat xərcinın çıxmasına baxmayaraq heç bir köməklik edilməmiş və həmin mağazada bu günə şirkətə təxminən 1500 manat məbləğində qalıq borcu qalmışdır. O, həftədə 1 dəfə "xxxx" MMC-nin Bakı anbarından müxtəliv adda və müxtəlif növdə spirtli içkiləri şirkətin anbarından qaimə faktura ilə götürüb ərazisi üzrə mağazalara satış qaimələri ilə təhvil verirmiş, malları mağazalara satış qaimələri ilə təhvil versə də ödənişlər mağaza sahibləri tərəfindən mallar satıldıqdan sonra edilmiş, o, öz ərazisi üzrə həftədə 1 dəfə malları verdiyi dükanlara gedib satılmış malların pulunu mağaza sahiblərindən alıb şirkətin kassasına ödəniş qəbzləri ilə ödəmiş, mağaza sahibləri tərəfindən satılmayan mallar qaytarılan zaman həmin malları qaytarma qəbzi tərtib edərək anbara geri qaytarmış və ya digər mağazaya satış qaiməsi ilə təhvil vermişdir. Satışdan əldə olunan pulu xəzinədara təhvil verirmiş və həmin məbləğə dair iki nüsxədə kassa mədaxil orderi (ekspeditorun ödəmə vərəqəsi) tərtib edilməklə, həmin mədaxil orderlərinin biri onda, digəri isə xəzinədə qalırmış. O, işə qəbul olunan zaman onunla əmək müqaviləsi, tam maddi məsuliyyət haqqında müqavilə bağlanmış, həmçinin ticarət nümayəndəsinin vəzifə təlimatı təsdiq edilmişdir. İmza atmadığı üzləşmə aktlarında iştirak etməmiş, qeydlər aparılan üzləşmə aktlarında isə göstərilən məbləğlərlə razı olmamış, Qobustan qəsəbəsində açdığı “Qəbələ Winery” adlı mağazanın açılmasında şirkət tərəfindən ona köməklik göstəriləcəyinə söz verilsədə heç bir köməklik edilmədiyindən, mağazada şirkətdən təhvil götürdüyü 1500 manat məbləğində spirtli içkinin satışından əldə etdiyi gəliri mağazaya çəkdiyi xərclərə çıxmış, həmin mağazanın açılması ilə bağlı Cəmiyyət tərəfindən ona icarə haqqının verilməsində, reklam və mağazanın təmir xərclərində köməklik göstərilməsi barədə onun "xxxx" MMC ilə arasında hər hansı müqavilə olmamış, işlədiyi dövrdə etibarnamə ilə mülkiyyətində olan “Ford Transit” markalı avtonəqliyyat vasitəsi ilə xidmət göstərəcəyi, avtonəqliyyat vasitəsini malların paylanılması üçün istifadə edəcəyinə görə ayda 100 manat nəqliyyat vasitəsinin icarə haqqı, 250 lt dizel yanacağı və təmir xərclərinin ödəniləcəyi barədə Cəmiyyyətlə arasında bağlanmış müqavilə də avtoqəza törətdiyi təqdirdə avtomobilin təmirinin Cəmiyyət tərəfindən ödənilməsi, həmçinin içərisində sınmış malların şirkət tərəfindən nəzərə alınmasının nəzərdə tutulmadığını, həmçinin həmin vaxt etibarnamə ilə mülkiyyətində olan “Ford Transit” markalı avtonəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını xatırlamadığını bildirmişdir. O, həmçinin telefon nömrəsinin daim açıq olduğunu, "xxxx" MMC şirkətindən hər hansı auditorun ona zəng etmədiyini, audit yoxlanmasında iştirak etmək üçün dəvət edilmədiyini, "xxxx" MMC-nin daxili audit yoxlamasında iştirak etdiyini və həmin vaxt ilkin olaraq 10.000 manat çatışmamazlığın olması aşkar edilsə də, sonradan şirkətin yeni işçiləri tərəfindən mağazalara payladığı malların qaimələrini eyni qaimə üzrə iki dəfə qeyd edildiyi müəyyən edilmiş və həmin məbləğ azaldılmış, faktiki olaraq "xxxx" MMC-nin Bakı anbarından təhvil aldığı malların 1500 manatı yol nəqliyyat hadisəsi zamanı dəymiş ziyana görə, 1500 manatı işlətdiyi mağazaya, 2200 üzləşmə aktlarında və 1300 manat daxili audit yoxlamasında ümumilikdə 6500 manat məbləğındə çatışmazlığın yarandığını, "xxxx" MMC-nin ticarət nümayəndəsi işlədiyi dövrdə 24.114,36 manat məbləğində çatışmazlığının aşkar edilməsi ilə əlaqədar 05 noyabr 2018-ci il tarixli audit rəyi ilə tanış olaraq, keçirilmiş audit yoxlamasıda iştirak etmədiyini, yoxlamaya çağıralmadığını, yoxlamanın nəticəsi ilə tam razı olmadığını, öhdəsində olan çatışmazlığın təxminən 6500 manat təşkil etdiyini, 24.114,36 manat məbləğində çatışmazlığın aşkar edilməsi ilə razı olmadığını qeyd etmişdir. Əməlini qismən etiraf edir və peşmandır. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-də xx.xx.2017-ci il tarixdən - xx.xx.2018-ci il tarixədək olan müddətdə ekspeditoru vəzifəsində işləyərkən, "xxxx" MMC-yə 24.114,36 manat məbləğində zərər vurmuşdur. Qeyd olunan məbləgdən ödəniş edilməmişdir. Hazırdırda şikayətçidirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Auditorlar Palatası tərəfindən verilmiş 21 dekabr 2018-ci il tarixli AT/105-saylı icazə ilə fəaliyyətini davam etdirərək audit xidməti göstərir. Audit xidməti göstərdiyi "xxxx" MMC-nin baş direktoru, həmin Cəmiyyətin digər məsul əməkdaşları ilə, habelə sabiq ticarət nümayəndəsi Təqsirləndirilən şəxs ilə heç bir qohumluğu, qərəzliliyi, düşmənçiliyi yoxdur. "xxxx" MMC ilə bağladığı 25 iyul 2018-ci il tarixli, NAK-M seriyalı, 024 saylı müqaviləyə əsasən həmin Cəmiyyət tərəfindən təqdim olunmuş sənədlər əsasında ticarət nümayəndəsi, maddi-məsul şəxs Təqsirləndirilən şəxs MMC-də ticarət nümayəndəsi işləyərkən Cəmiyyətin Bakı şəhərində yerləşən anbarından götürdüyü spirtli içki məhsullarının Bakı şəhəri, Qobustan, Hacıqabul rayonlarında və Şirvan şəhərində fəaliyyət göstərən pərakəndə ticarət subyektlərinə paylanması, satış pullarının qəbul edilməsi, ticarət subyektlərindən geri qaytarılmış məhsulların Cəmiyyətin anbarına təhvil verilməsi zamanı yol verilmiş nöqsanlar nəticəsində sonuncu tərəfindən Cəmiyyətə dəymiş maddi ziyanın müəyyən edilməsi ilə əlaqədar audit yoxlamasını aparmışdır. Audit yoxlaması zamanı iştirakını təmin etmək məqsədi ilə Təqsirləndirilən şəxsla əlaqə saxlanılmış, həmçinin yaşadığı ünvana teleqram göndərilsə də, sonuncu audit yoxlamasında iştirak etməmişdir. Təqsirləndirilən şəxs ekspeditor işlədiyi dövrü auditini o, "xxxx" MMC-nin mühasibatlığından təqdim edilmiş sənədlər əsasında apararaq, sərbəst audit araşdırmasını 30 iyul 2018-ci il tarixdə başlayıb, 05 noyabr 2018-ci il tarixdə başa çatdırmışdır. Cəmiyyət rəhbərliyi tərəfindən verilən məlumatlara əsasən məlum olmuşdur ki, daxili müfəttiş Şahid5, Təqsirləndirilən şəxs xidmət göstərdiyi ərazidə olarkən ticarət subyektləri ilə üzləşmənin aparılması üçün sonuncunu əraziyə dəvət etmiş, lakin Təqsirləndirilən şəxs üzləşmədə iştirak etməkdən müəyyən bəhanələrlə boyun qaçırmış, hətta elə bir şərait yaratmışdır ki, Şahid5 ticarət subyektlərinə yaxınlaşarkən sonuncunu həmin marketlərə buraxmamışlar. Bir müddət sonra, Təqsirləndirilən şəxs xidmət göstərdiyi ticarət subyektində və anbarında (xidməti maşınında) üzləşmə aparılarkən müəyyən edilmişdir ki, mühasibat uçotu üzrə 51 ticarət subyektində 18.611,06 manat, anbarında (xidməti maşınında) isə 5.503,30 manat– cəmi 24.114,36 manat mal qalığı vardır. Üzləşmə aparılarkən Təqsirləndirilən şəxs xidmət göstərdiyi 6 ticarət subyekti (2.034,18 manat) ümumiyyətlə mövcud olmamış, 30 ticarət subyekti üzrə 8.764,16 manat malın pulu sonuncuya təhvil verildiyi bildirilmiş, 15 ticarət subyektində mal qalığı 7.812,72 manat olsa da, yalnız 5.228,32 manat mal qalığının olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs tərəfindən ticarət subyektləri ilə aparılan gizli sövdələşmənin nəticəsi olaraq, onlar mövcud olan malları natura da belə, müəyyən bəhanələrlə Cəmiyyətin işçisinə və yaxud ticarət nümayəndəsinin vasitəsilə anbara qaytarılmasına təşəbbüs göstərməmişlər. Həmin 15 ticarət subyekti üzrə 2.584,40 manat malın pulu ticarət nümayəndəsinə təhvil verilsə də, onu Təqsirləndirilən şəxs Cəmiyyətə ödəməmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs anbarında (xidməti maşınında) qalıq kimi görünən 5.503,30 manat malın hansı ticarət subyektinə verildiyi müəyyən etmək mümkün olmamışdır. Cəmiyyətin müfəttişi təkrarən mal qalığı olan ticarət subyektərinə yaxınlaşaraq onlardan malın qalığını istər naturada, istərsədə pul şəkilində tələb etsə də ticarət subyektləri yalnız Təqsirləndirilən şəxs tanıdıqlarını və sonuncuya təqdim edəcəklərini bildirmişlər. Lakin həmin vaxtlardan uzun müddət keçməsinə baxmayaraq nə Təqsirləndirilən şəxs, nə də ticarət subyektləri malların dəyərini istər pul şəkilində, istərsə naturada Cəmiyyətə təhvil verməmişlər. Audit zamanı Cəmiyyət tərəfindən təqdim edilmiş dövriyyə cədvəllərindən, həmçinin digər mühasibatlıq sənədlərindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 2017-ci ildə 642 adda, 16.361 ədəd, 76.584,62 manatlıq spirtli içki məhsullarını qaimələr əsasında anbardan qəbul etmiş, pərakəndə ticarət subyektlərinə satmış olduğu mallara görə 15.788,87 manat satış pulunu Cəmiyyətin xəzinəsinə ödəmiş, satışa verilən mallara görə 672,27 manat endirim edilmiş, ümumilikdə cəmi məxarici – 16.461,14 manat olmaqla, ilin sonuna ödənilməmiş mal qalığının dəyəri 60.123,48 manat təşkil etmişdir. Təqdim edilmiş digər dövriyyə cədvəllərindən, həmçinin digər mühasibatlıq sənədlərindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 2018-ci ildə 291 adda, 5.900 ədəd, 23.410,94 manatlıq spirtli içki məhsullarını qaimələr əsasında anbardan qəbul etmiş, satış zamanı endirim hesablanmış mallar anbara qaytarılarkən 273,34 manat endirim bərpa olunmaqla cəmi mədaxili – 23.684,28 manat olmuşdur. Anbara qaytardığı mallar 368 adda, 4.289 ədəd, 22.759,01 manat dəyərində olmuş, 11.511,71 manatlıq mallar digər ticarət nümayəndəsi Vüsal Nəbiyevə təhvil verilmiş, 459,95 manatlıq malın dəyərinə Cəmiyyət rəhbərliyinin göstərişinə əsasən endirim edilərək azaldılmış, pərakəndə ticarət subyektlərinə satmış olduğu mallara görə 24.962,73 manat satış pulunu Cəmiyyətin xəzinəsinə ödəmiş, ümumilikdə cəmi məxarici – 59.693,40 manat olmaqla, ödənilməmiş mal qalığının dəyəri 24.114,36 manat təşkil etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2011-ci ilin iyul ayında "xxxx" MMC-də işlədiyini, hazırda Cəmiyyətdə baş mühasib vəzifəsində çalışır, baş mühasib kimi vəzifələrinin Cəmiyyətin mühasibat uçotunun qurulması, mühasibatlıq əməliyyatlarının yerinə yetirilməsi, əmək haqlarının hesablanması, Cəmiyyətin vasitəsi ilə aparılan işlərə görə pul vəsaitlərinin hesablanması və həmin vəsaitin ödənişinin həyata keçirilməsi, invertarların, mal-materalların mədaxil-məxaricinin aparılması, mədaxil-məxaric olunan malmateriallara cavabdehlik daşımaqdan və müvafiq sənədləşmələri aparmaqdan və sairdən ibarətdir. Cəmiyyətin fəaliyyətin qida məhsullarının (spirtli içkilərin) istehsalından və satışından ibarət olduğunu, Cəmiyyətin hüquqi ünvanı, ünvan 4oroğlu Rəhimov küçəsi 3 ünvanı olduğunu, Cəmiyyətin anbarı da faktiki ünvanda yerləşdiyini, Cəmiyyətdə baş direktor, icraçı direktor, baş mühasib, mühasib, anbardar, kassir, sürücü, ekspeditor, satış meneceri və digər ştatları mövcud olduğunu, Cəmiyyətin rəhbərliyi tərəfindən işə qəbul olunan əməkdaşlarla müvafiq əmək müqavilələri və tam maddi məsuliyyət haqqında müqavilə bağlandığını, Cəmiyyətin sabiq ticarət nümayəndəsi (ekspeditor) Təqsirləndirilən şəxs əvvəllər tanımadığını, işlədiyi müddət ərzində tanıdığını, sonuncunu ilə heç bir qohumluğu, qərəzliyi, düşmənçiliyi olmadığını bildirməklə göstərmişdir ki, Təqsirləndirilən şəxs 2017-ci ilin oktyabr ayından hər ayın sonuna mal qalığı artmış və bu hal Cəmiyyətin rəhbərliyində şübhələr yaratdığından 2018-c ilin iyun ayından ona spirtli içki məhsullarının buraxılmasını dayandırmış və hesabında olan mal qalığını və ya dəyərini tələb edilmişdir. Bundan əlavə həmin dövrdə Cəmiyyətin müfəttişi Şahid5 tərəfindən Təqsirləndirilən şəxs dislokasiyasına aid ərazidə yoxlama aparılmış və nəticədə 24.114.36 manat məbləğində çatışmazlığ aşkar edilmişdir. Həmçinin həmin dövrdə Təqsirləndirilən şəxs fəalliyyətinin dövriyyə cədvəli də tərtib edilmiş, onun və Cəmiyyətin digər işçiləri tərəfindən imzalanaraq təstiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs Cəmiyyətin anbarından 933 adda, 22.261 ədəd, 99995,56 manatlıq spirtli içki məhsullarını qaimələr əsasında anbardan qəbul etmiş, satış zamanı endirim hesablanmış mallar anbara qaytarılarkən 273,34 manat endirim bərpa olunmaqla cəmi mədaxili – 100.268,90 manat olmuş, Cəmiyyətin anbarına qaytardığı mallar 368 adda, 4.289 ədəd, 22.759,01 manat dəyərində olmuş, 11.511,71 manatlıq malı aktla ticarət nümayəndəsi Vüsal Nəbiyevə təhvil vermiş, 1.132,22 manatlıq Cəmiyyət rəhbərliyinin göstərişinə əsasən endirim edilərək azaldılmış, 40.751,60 manatlıq malın satış pulu Cəmiyyətin xəzinəsinə ödənilməklə, cəmi məxarici – 76.154,54 manat olmuş, nəticədə sonuncunun öhədisində anbardan götürdüyü malların müqabilində Cəmiyyətin xəzinəsinə ödənilməyən 24.114,36 manat pul vəsaiti qaldığını bildirmişdir. 2018-ci ilin iyul – noyabr ayları ərzində sərbəst auditor olan Bəhlul müəllim tərəfindən Təqsirləndirilən şəxs fəaliyyətinin audit yoxlaması aparılmış və həmin vaxt sonuncunun fəaliyyətinə aid bütün mühasibatlıq sənədlərinin surətlərini o, auditə təqdim etmiş və audit yoxlamasının nəticəsi olaraq Təqsirləndirilən şəxs öhdəsində 24.114,36 manat çatışmazlığın olduğu təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 oglu ifadəsində göstərmişdir ki, 2016-cı ildən – 2021-ci ilin oktyabr ayına dək "xxxx" MMC-də anbardar vəzifəsində işləyib, 2021-ci ilin oktyabr ayında öz xahişi əsasında işdən azad olunub. Anbardar kimi işlədiyi dövrdə vəzifələrinə Cəmiyyətin anbarına məhsulları qəbul edib, onun uçotunu aparmaq, bununla yanaşı anbardan məhsulların verilməsini həyata keçirməkdən ibarət olmuş, Cəmiyyətin fəaliyyətin qida məhsullarının (spirtli içkilərin) istehsalından və satışından ibarət olmuşdur. O, işlədiyi dövr ərzində müəssisənin anbarına sənədsiz mal qəbul etməmiş və müəssisənin anbarından satış təmsilçilərinə, həmçinin Təqsirləndirilən şəxs sənədsiz mal verməmiş, sonuncu, həmçinin ekspeditorların anbardan qəbul etdikləri malları ticarət obyektlərinə paylayandan sonra məhsuları vaxtında satış olunmayanda, eləcə də, hər hansı bir qüsur yarananda həmin məhsulları anbara “qaimə” əsasında qaytarıldığını və həmin mallar da ekspeditorun hesabından silinmişdir. Bildirmişdir ki, Təqsirləndirilən şəxs 2017ci ilin oktyabr ayından hər ayın sonuna mal qalığı artmış və bu hal Cəmiyyətin rəhbərliyində şübhələr yaratdığından 2018-c ilin iyun ayından ona spirtli içki məhsullarının buraxılmasını dayandırmış və hesabında olan mal qalığını və ya dəyərini tələb edilmişdir. Bundan əlavə həmin dövrdə Cəmiyyətin müfəttişi Şahid5 tərəfindən Təqsirləndirilən şəxs dislokasiyasına aid ərazidə yoxlama aparılmış və nəticədə 24.114.36 manat məbləğində çatışmazlığ aşkar edilmişdir. Həmçinin həmin dövrdə Təqsirləndirilən şəxs fəalliyyətinin dövriyyə cədvəli də tərtib edilmiş, onun və Cəmiyyətin digər işçiləri tərəfindən imzalanaraq təstiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs Cəmiyyətin anbarından 933 adda, 22.261 ədəd, 99995,56 manatlıq spirtli içki məhsullarını qaimələr əsasında anbardan qəbul etmiş, satış zamanı endirim hesablanmış mallar anbara qaytarılarkən 273,34 manat endirim bərpa olunmaqla cəmi mədaxili – 100.268,90 manat olmuş, Cəmiyyətin anbarına qaytardığı mallar 368 adda, 4.289 ədəd, 22.759,01 manat dəyərində olmuş, 11.511,71 manatlıq malı aktla ticarət nümayəndəsi Vüsal Nəbiyevə təhvil vermiş, 1.132,22 manatlıq Cəmiyyət rəhbərliyinin göstərişinə əsasən endirim edilərək azaldılmış, 40.751,60 manatlıq malın satış pulu Cəmiyyətin xəzinəsinə ödənilməklə, cəmi məxarici – 76.154,54 manat olmuş, nəticədə sonuncunun öhədisində anbardan götürdüyü malların müqabilində Cəmiyyətin xəzinəsinə ödənilməyən 24.114,36 manat pul vəsaiti qaldığını bildirmişdir. O, həmçinin bildirmişdir ki, 2018-ci ilin iyul – noyabr ayları ərzində sərbəst auditor olan Bəhlul müəllim tərəfindən Təqsirləndirilən şəxs fəaliyyətinin audit yoxlaması aparılmış və həmin vaxt o, sonuncunun anbardan götürdüyü mallara dair qaimələrin surətlərini auditə təqdim etmiş və audit yoxlamasının nəticəsi olaraq Təqsirləndirilən şəxs öhdəsində 24.114,36 manat çatışmazlığın olduğu təstiq edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin sabiq ticarət nümayəndəsi (ekspeditor) Təqsirləndirilən şəxs spirtli içki və şərab məhsullarının Bakı şəhəri anbarından satış üçün qəbul etməsi, naturada anbara qaytarması, pul şəklində Cəmiyyətin kassasına və hesablaşma hesabına ödənilmiş vəsaitlərin hərəkətinə dair (aylar üzrə) cədvəl sonuncun fəaliyyətinin dövriyyəsini özündə əks etdirəm cədvəldir və fəaliyyətinin yoxlanılması zamanı Cəmiyyət tərəfindən tərtib edilmiş, o, da həmin cədvəlin tərtibatında iştirak etdiyi üçün sonradan tanış olaraq imzası ilə təsdiq etmişdir. İstintaq zamanı təqdim edilmiş "xxxx" MMC-nin sabiq ticarət nümayəndəsi (ekspeditor) Təqsirləndirilən şəxs Cəmiyyətin xəzinəsinə ödədiyi pul vəsaitlərinə dair tərtib edilmiş “ekspeditorun ödəmə vərəqəsi” qəbzlərdəki “pulu qəbul edən” qrafasındakı imzaların ona məxsus olduğunu, sonuncunun fəaliyyəti dövrü ərzində Cəmiyyətin anbarından ümumillikdə 99995,56 manat dəyərində mal götürdüyünü və 22759,01 manatlıq malı anbara qaytardığını, istintaq zamanı təqdim edilmiş sonuncunun Cəmiyyətin anbarından satış üçün qəbul etdiyi və anbara qaytardığı spirtli içki və şərab məhsullarının anbardan verilməsi və anbara qaytarılmasına dair “qaimə fakturalar” dakı, verilən mallara dair “təhvil verdim” qrafasındakı, anbara qaytarılan mallara dair isə “təhvil aldım” qrafasındakı imzaların ona məxsus olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 oglu ifadəsində göstərmişdir ki, 2016-cı ilin noyabr ayından "xxxx" MMC-də xəzinədar vəzifəsində işləyir, xəzinədar kimi vəzifələrinin Cəmiyyətin xəzinəsinə daxil olan pul vəsaitlərini xəzinəyə mədaxil etməkdən və xəzinədəki pul vəsaitlərini müvafiq sənədlər əsasında xəzinədən məxaric etməkdən ibarət olmuş, Cəmiyyətin fəaliyyətin qida məhsullarının (spirtli içkilərin) istehsalından və satışından ibarətdir. Cəmiyyətdə baş direktor, icraçı direktor, baş mühasib, mühasib, anbardar, kassir, sürücü, ekspeditor, satış meneceri və digər ştatları mövcuddur. Cəmiyyətin sabiq ticarət nümayəndəsi (ekspeditor) Təqsirləndirilən şəxs əvvəllər tanımamış, işlədiyi müddət ərzində tanımış, sonuncunu ilə heç bir qohumluğu, qərəzliyi, düşmənçiliyi olmamışdir. Təqsirləndirilən şəxs 2017-ci ilin oktyabr ayından hər ayın sonuna mal qalığı artmış və bu hal Cəmiyyətin rəhbərliyində şübhələr yaratdığından 2018-ci ilin iyun ayından ona spirtli içki məhsullarının buraxılmasını dayandırmış və hesabında olan mal qalığını və ya dəyərini tələb edilmişdir. Bundan əlavə həmin dövrdə Cəmiyyətin müfəttişi Şahid5 tərəfindən Təqsirləndirilən şəxs dislokasiyasına aid ərazidə yoxlama aparılmış və nəticədə 24.114.36 manat məbləğində çatışmazlığ aşkar edilmişdir. Həmçinin həmin dövrdə Təqsirləndirilən şəxs fəalliyyətinin dövriyyə cədvəli də tərtib edilmiş, onun və Cəmiyyətin digər işçiləri tərəfindən imzalanaraq təstiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs Cəmiyyətin anbarından 933 adda, 22.261 ədəd, 99995,56 manatlıq spirtli içki məhsullarını qaimələr əsasında anbardan qəbul etmiş, satış zamanı endirim hesablanmış mallar anbara qaytarılarkən 273,34 manat endirim bərpa olunmaqla cəmi mədaxili – 100.268,90 manat olmuş, Cəmiyyətin anbarına qaytardığı mallar 368 adda, 4.289 ədəd, 22.759,01 manat dəyərində olmuş, 11.511,71 manatlıq malı aktla ticarət nümayəndəsi Vüsal Nəbiyevə təhvil vermiş, 1.132,22 manatlıq Cəmiyyət rəhbərliyinin göstərişinə əsasən endirim edilərək azaldılmış, 40.751,60 manatlıq malın satış pulu Cəmiyyətin xəzinəsinə ödənilməklə, cəmi məxarici – 76.154,54 manat olmuş, nəticədə sonuncunun öhədisində anbardan götürdüyü malların müqabilində Cəmiyyətin xəzinəsinə ödənilməyən 24.114,36 manat pul vəsaiti qaldığını bildirmişdir. 2018-ci ilin iyul – noyabr ayları ərzində sərbəst auditor olan Bəhlul müəllim tərəfindən Təqsirləndirilən şəxs fəaliyyətinin audit yoxlaması aparılmış və həmin vaxt o, sonuncunun xəzinəyə ödədiyi pul vəsaitlərinə dair mədaxil orderlərini, yəni “ekspeditorun ödəmə vərəqələrinin” surətlərini auditə təqdim etmiş və audit yoxlamasının nəticəsi olaraq Təqsirləndirilən şəxs öhdəsində 24.114,36 manat çatışmazlığın olduğu təstiq edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin sabiq ticarət nümayəndəsi (ekspeditor) Təqsirləndirilən şəxs spirtli içki və şərab məhsullarının Bakı şəhəri anbarından satış üçün qəbul etməsi, naturada anbara qaytarması, pul şəklində Cəmiyyətin kassasına və hesablaşma hesabına ödənilmiş vəsaitlərin hərəkətinə dair (aylar üzrə) cədvəl sonuncun fəaliyyətinin dövriyyəsini özündə əks etdirəm cədvəldir və fəaliyyətinin yoxlanılması zamanı Cəmiyyət tərəfindən tərtib edilmiş, o, da həmin cədvəlin tərtibatında iştirak etdiyi üçün sonradan tanış olaraq imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 oglu ifadəsində göstərmişdir ki, 2017-ci ilin aprel ayından "xxxx" MMC-də Kommersiya Departamentinin rəisi vəzifəsində işləyir, Kommersiya Departamentinin rəisi kimi vəzifəsinin material tədarükünün və hazır məhsulun satışının təşkilindən, daxili bazarda, həmçinin ixrac olunan malların satışını həyata keçirməkdən ibarətdir.Cəmiyyətin sabiq ticarət nümayəndəsi (ekspeditor) Təqsirləndirilən şəxs xx.xx.2017-ci ildə şirkətə ticarət nümayəndəsi kimi işə götürülmüş və sonuncu ilə əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Asim işlədiyi müddətdə bir sıra hüquq pozuntularına yol vermişdir. Belə ki, Təqsirləndirilən şəxs ilkin olaraq şirkətə yaxınlaşaraq öz maşını olduğunu və işləmək istədiyini bildirmiş və onlar razılığa razılığa gələrək sonuncunu işə götürmüşlər və yaşadığı Qobustan rayonuna yaxın, Hacıqabul rayonuna qədər olan ərazilərdə malların paylanmasını həyata keçirməsi üçün razılaşmışlar. Bundan sonra Asimə satışı həyata keçirməsindən ötrü avtomobili üçün yanacaq kartı da verilmiş, həmçinin bununla bağlı icarə müqaviləsi də bağlanmış və aylıq olaraq həmin karta yanacaq pulları artıqlaması ilə yüklənilmişdir. Eyni zamanda istismarla bağlı yaranmış hallar olduqda maşınını təmir edib, yağını dəyişmək kimi köməkliklər də ediləcəyi Asimə bildirilmiş və sonuncu işləməyə başlamışdır. Təqsirləndirilən şəxs işlədiyi ərazilərdə əvvəllər satış nümayəndəsi olmadığına görə sonuncunun böyük məbləğdə sifarişlər verməsini normal hal kimi qəbul edilmiş və işə başladığından 3-4 ay sonra ərazisi üzrə təftiş keçirilmiş və heç bir pozuntusu aşkar edilməmişdir. Bundan sonra Asim şirkətə gəlib yaşadığı Qobustan rayonu ərazisində “Qəbələ şərab” adı ilə mağaza açmaq istədiyini bildirmiş, o, isə Asimə bir markanın mallarının satışını həyata keçirən mağazanın çox da qazanc verməyəcəyini izah etsə də, sonuncu həmin mağazanı açmaqda israrlı olduğunu demiş və köməklik göstərilməsini istəmişdir. O, da Asimə köməklik olması üçün reklam stendlərini verəcəyini və topdan satıcılarla işlədikləri qaydada 10 faiz verəcəyini demiş və sonradan razılaşaraq sonuncu mağazanı açmışdır. Təqsirləndirilən şəxs tanıdıqları işçilərdən olduğuna görə güzəşt edib sonuncuya 10.000 manatlıq nisyə mal da vermişdir. Sonradan ödəmələrdə gecikmələr etdiyi üçün o, Təqsirləndirilən şəxs şübhələnmiş və qəfləti təftiş təşkil etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs təxminən 2500 manat kəsri çıxmış, sonuncu əvvəlcə inkar etsə də, sonradan sənədlər təqdim olunmuş və üzləşmə keçirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs məcbur olub mağazalardan aldığı pulları ələ keçirdiyini etiraf etmişdir. Təqsirləndirilən şəxs təklif etmişdir ki, istifadə etdiyi avtomobili özünün idarə etmək şərti ilə şirkətə satsın və həmin puldan 2500 manat borcuna silinməklə qalan pul özünə verilsin. Lakin Təqsirləndirilən şəxs maşını dostu ilə şərik aldığını əsas gətirərək satmaqdan imtina etmiş və sonuncuya yaxınlarda pul göndəriləcəyini və yaranmış borcunu ödəyəcəyini vəd etmişdir. Aparılmış yoxlamadan sonra onlar Asimə verdikləri yanacaq pulunu azaltmış, sonda isə tamamilə dayandırmışlar. Həmçinin Asimin ərazisi Kürdəmir rayonuna qədər uzadılsa da, bundan sonra ərazisi də yaşadığı rayonun əhatəsinə qədər məhdudlaşdırılmışdır. Səbəbi isə Asimin yeyintini əsasən yaşadığı əraziyə yaxın ünvanlarda etməsi olmuşdur. Lakin Asimin borcları yenidən artmağa başladığı üçün ona mal verilməsi dayandırılmış və arada sonuncu ilə olan razılıqlarına əsasən gətirdiyi pul qədər mal verilməsi nəzərdə tutulmuş, buna baxmayaraq Asim adətən müxtəlif bəhanələr gətirib yalanlar danışıb gətirdiyi puldan daha çox mal almağa çalışmışdır. Həmçinin onlar Asimə mal vermədikdə sonuncu öz açdığı mağazada olan malları satmağa başlamışdır. Bundan sonra, mütəmadi olaraq Asimin işlədiyi ərazilərdə təftişlər eləməyə başlamışlar və sonuncu hər dəfə xəstəlik və digər bəhanələr gətirib yoxlamada iştirakdan yayınmış, bəzilərində iştirak etmiş, bəzilərində isə etməmişdir. Sonradan böyük təftişə başlamışlar və üzləşmələr keçirmişlər. Asim onlara xəstə olduğu üçün üzləşmələrə gələ bilmədiyi desə də, yoxlama apardıqları mağazaların bəziləri bir gün əvvəl Asimə borcundan müəyyən məbləğlər verdiklərini bildirmişlər. Bununla da Asim borclarını bu formada ört-basdır eləməyə çalışdığını və sonuncunun şirkətə məxsus 24114,36 manat pulu mənimsədiyi onlara məlum olmuşdur. Belə ki, həmin vaxt Cəmiyyətdə daxili audit vəzifəsində işləyən Şahid5 iştirakı ilə keçirilmiş üzləşmələr zamanı Asimin öz anbarı da daxil olmaqla 18886,04 manat pul vəsaitini ticarət subyektlərindən alaraq Cəmiyyətin xəzinəsinə təhvil vermədiyi tam şəkildə müəyyən edilmiş, 5228,32 manatlıq malı isə ticarət subyektləri onlarda mövcud olduğunu bildirsələr də, həmin mallar ticarət nöqtələrində aşkar edilməmiş, həmçinin bəzi mağazaların sahibləri yalnız Asimi tanıdıqlarını bildirərək özlərində mövcud olduğunu qeyd etdikləri malları və ya malın əvəzində pul vəsaitlərini yalnız sonuncuya verəcəklərini söyləmişlər, o cümlədən yoxlama zamanı bir çox mağazalara belə onları buraxmamışlar. Bu hal isə Asimin həmin ticarət subyektləri ilə qabaqcadan olan sövdələşmənin nəticəsi ilə əlaqədar olmuş, yəni Təqsirləndirilən şəxs həmin 5228,32 manat pul vəsaitini də ticarət subyektlərindən alaraq Cəmiyyətə təhvil verməmiş, sadəcə olaraq mağazalarla olan münasibətin və öncədən əldə olunmuş razılığa əsasən təftiş zamanı bəzi ticarət obyektləri onlarda faktiki malın mövcudluğunu təsdiq etmişlər, lakin həmin mallar yoxlama zamanı orada görünməmiş, bu səbəbdən də, sonuncunun Cəmiyyətə məxsus ümumillikdə 24114.36 manat pul vəsaitini mağazalardan əldə edərək mənimsədiyi onlara bəlli olmuşdur. Asim özü isə əvvəlcə danışıqlara gəlib borcu ödəyəcəyini onlara desə də, sonradan sonuncunu tapmaq və söhbətlər aparmaq mümkün olmamışdır. Bundan əlavə 2018-ci ilin iyul – noyabr ayları ərzində sərbəst auditor olan Bəhlul müəllim tərəfindən Təqsirləndirilən şəxs fəaliyyətinin audit yoxlaması aparılmış, lakin sonuncuya bununla bağlı məlumat verilməsinə baxmayaraq, yoxlamada iştirak etməkdən boyun qaçırmışdır. O, da həmin vaxt Təqsirləndirilən şəxs fəaliyyətinə aid bütün zəruri sənədləri auditə təqdim edilmiş və audit yoxlamasının nəticəsi olaraq sonuncunun öhdəsində 24.114,36 manat çatışmazlığın olduğu təstiq edildiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs 2018-ci il tarixdə Cəmiyyətdən götürdüyü malları daşıdığı və etibarnamə ilə idarə etdiyi “Ford Transit” markalı avtonəqliyyat vasitəsi ilə Şirvan şəhərində yol nəqliyyat hadisəsi törətməsi və hadisə zamanı avtonəqliyyat vasitəsinə və içəridə olan mallara xeyli ziyan dəyməsi, həmçinin nəqliyyat vasitəsində olan spirtli içkilərin şüşə butulkaları qırılması və təxminən 1500 manat dəyərində ziyan dəyməsi, o cümlədən sonradan nəqliyyat vasitəsini 5500 manat satması barədə onda hər hansı məlumat olmamış, sonuncu bununla bağlı şirkətə hər hansı məlumat verməmişdir. İfadəsində qeyd etdiyim kimi, Təqsirləndirilən şəxs ilkin olaraq şirkətə yaxınlaşaraq öz maşını olduğunu və işləmək istədiyini bildirmiş, onlar da sonuncu ilə razılığa gələrək işə götürmüşlər və yaşadığı Qobustan rayonuna yaxın Hacıqabul rayonuna qədər olan ərazilərdə malların paylanmasını həyata keçirməsi üçün razılaşmışlar. Bundan sonra Asimə satışı həyata keçirməsi üçün avtomobili üçün yanacaq kartı da verilmış. Həmin kartın verilməsinə görə Təqsirləndirilən şəxsla icarə müqaviləsi də bağlanmış, aylıq olaraq həmin karta yanacaq pulları artıqlaması ilə yüklənmiş, eyni zamanda sonuncuya bildirilmişdir ki, istismarla bağlı yaranmış hallar olduqda maşınını təmir edib, yağını dəyişmək kimi köməkliklər də ediləcəkdir. Lakin Təqsirləndirilən şəxs avtonəqliyyat hadisəsi törətdiyi zaman bütün xərclərin Cəmiyyət tərəfindən çəkiləcəyi nəzərdə tutulmamışdır. Təqsirləndirilən şəxs avtonəqliyyat hadisəsi törətsə Cəmiyyətdən dəymiş zərəri istəməsinin belə düzgün olmadığını, həmçinin belə bir hadisənin olması barədə sonuncunun Cəmiyyətə hər hansı məlumat vermədiyini qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 Kərimoviç ifadəsində göstərmişdir ki, 2014-cü il tarixdən 2019-cu il tarixədək, Lökbatan qəsəbəsində yerləşən “Zakir” marketdə kassir işləyib, 2019-cu ildə isə həmin marketin “Araz” market şəbəkələrinə kirayəyə verildiyi və o, sonradan həmin “Araz” marketdə 2021-ci il tarixə dək “mal qəbulçususu, adminstrator” vəzifəsində işləmişdir, hazırda isə Sədərək Ticarət Mərkəzində “Ekral mağazasında” satıcı vəzifəsində işləyir. Əvvəllər işlədiyi “Zakir” marketdə ərzaq məhsulları, həmçinin spirtsiz və spirtli içkilər satılmışdır. O, orada kassir işləsə də, firmalardan alınan malları qəbul edirmiş, marketdə spirtli içki məhsullarını müxtəlif firmalardan nağd və nisyə alıb satırmış, lakin çox vaxt aldıqları məhsulun pulunu nəğd şəkildə verirmiş. Həmin firmalardan biri də “Qəbələ Şərabzavod” kimi tanınan, Bakı şəhərində fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti olmuşdur. "xxxx" MMC-nin ekspeditoru işləmiş Təqsirləndirilən şəxs ticarət əlaqələri zamanı tanımış, həmin şəxslə qohumluğu, qərəzliliyi, ədavəti olmamış, sonuncu onun işlədiyi “Zakir” marketə müxtəlif spirtli içki məhsullarını nəğd qayda da satışını etmiş, o da həmin spirtli içki məhsullarını təxminən 2017-2018-ci-ci illərdə satışını həyata keçirmişdir. İşlədiyi müddət ərzində Təqsirləndirilən şəxs nisyə mal qəbul etməmiş, ümumiyyətlə əvvəllər işlədiyi “Zakir” marketin Təqsirləndirilən şəxs və "xxxx" MMC-yə hər hansı məbləğdə borcu olmamış, xatırladığı qədər 2018-ci ilin yay aylarında "xxxx" MMC-nin əməkdaşları “Zakir” marketə gəlib bildirmişlər ki, Təqsirləndirilən şəxs ticarət əlaqəsi olan dükanlarda borcunun olub-olmamasını araşdırılır və həmin vaxt özlərində olan sənədləri göstərib Asimin öhdəliyində olan mal qalığına əsasən “Zakir” marketdə 414,05 (dördyüz on dörd manat sıfır beş qəpik) manat pul borcu olduğunu söyləmişlər. O isə Asimdən məhsulları yalnız nəğd qayda da aldığını və onun işlədiyi “Zakir” marketin sonuncuya, o cümlədən "xxxx" MMC-yə heç bir məbləğdə mal və ya pul borcu olmadığını bildirmiş və sonradan orada üzləşmə aktı tərtib edilərək imzalanmışdır. O, əvvəllər işlədiyi “Zakir” marketin "xxxx" MMC-yə və onun ekspeditoru Təqsirləndirilən şəxs hər hansı məbləğdə pul və ya mal borcu olmadığını, “Zakir” market 2019-cu ildə “Araz” market şəbəkələrinə kirayə verildikdən sonra, əvvəllər nisyə belə alınan malların pulları firmalara ödənilərək sifirlandığını, yəni, heç bir şirkətə borcun qalmadığını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 oglu ifadəsində göstərmişdir ki, təxminən bir neçə illərdiki, Ümid qəsəbəsində yerləşən “Füzuli” marketi işlətdir, həmin marketdə ərzaq məhsulları, həmçinin spirtsiz və spirtli içki məhsullarını müxtəlif firmalardan nağd qaydada alıb satır, spirtli içki məhsullarını aldığı firmalardan biri də, “Qəbələ Şərabzavod” kimi tanınan, Bakı şəhərində fəaliyyət göstərən "xxxx" MMC olduğunu, həmin MMC-nin ekspeditoru işləmiş Təqsirləndirilən şəxs şəxsi ticarət əlaqələri zaman tanımışdır. Asim onun işlətdiyi “Füzuli” marketə müxtəlif spirtli içki məhsullarını nağd qaydada satışını etmiş, o da həmin spirtli içki məhsullarını təxminən 2017-2018-ci-ci illərdə alıb satışını həyata keçirmişdir. Xatırladığı qədər 2018-ci ilin yay aylarında "xxxx" MMC-nin əməkdaşları “Füzuli” marketə gəlib Təqsirləndirilən şəxs ticarət əlaqəsi olan dükanlarda borcunun olub-olmamasını araşdırıldığını və həmin vaxt özlərində olan sənədləri göstərib sonuncunun öhdəliyində olan mal qalığına əsasən “Füzuli” marketdə 216,38 (iki yüz on altı manat otuz səkkiz qəpik) manat pul borcu olduğunu söyləmişlər. O isə Asimdən aldığı məhsulları həmişə nağd şəkildə aldığını və heç bir borcunun olmadığını bildirmiş, bundan sonra isə orada üzləşmə aktı tərtib edilmiş və işlətdiyi “Füzuli” marketin Asimdən alınan mallara dair "xxxx" MMC-yə pul borcunun olmadığını qeyd edilməklə tərəfindən və şirkət əməkdaşları tərəfindən imzalanmışdır. Asimdən malları nağd qaydada almış, sonuncuya və "xxxx" MMC-yə hər hansı məbləğdə pul və mal borcunun olmadığını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid15 Əhmədaga oglu ifadəsində göstərmişdir ki, Qobustan qəsəbəsi, Səlyan şosesində yerləşən “Emin” marketi işlədir, həmin marketdə ərzaq məhsulları, həmçinin spirtsiz və spirtli içki məhsullarını müxtəlif firmalardan nəğd və nisyə qayda da alıb satir. Spirtli içki aldığı firmalardan biri də, “Qəbələ Şərabzavod” kimi tanınan, Bakı şəhərində fəaliyyət göstərən "xxxx" MMCdir. MMC-nin ekspeditoru işləmiş Təqsirləndirilən şəxs şəxsi ticarət əlaqələri zaman tanımışdır. Onun işlətdiyi “Emin” marketə müxtəlif spirtli içki məhsullarını nəğd və nisyə qayda da satışını edir, o da həmin spirtli içki məhsullarını təxminən 2017-2018-ci-ci illərdə alıb satışını həyata keçirir. 2018-ci ilin yay aylarında "xxxx" MMC-nin əməkdaşları “Emin” marketə gəlib Təqsirləndirilən şəxs ticarət əlaqəsi olan dükanlarda borcunun olub-olmamasını araşdırıldığını və həmin vaxt özlərində olan sənədləri göstərib sonuncunun öhdəliyində olan mal qalığına əsasən “Emin” marketdə 300,40 (üç yüz manat qırx qəpik) manat pul borcu olduğunu söyləmişlər. O isə Asimdən aldığı məhsullardan yalnız 260,00 (iki yüz altmış manat sıfır qəpik) manat pul borcu olduğunu və ümumi borcdan 40,40 (qırx manat qırx qəpik) manat pulu sonuncuya verdiyini bildirmişdir. Bunda sonra, orada üzləşmə aktı tərtib edilmiş və işlətdiyi “Emin” marketin Asimdən alınan mallara dair "xxxx" MMC-yə 260,00 (iki yüz altmış manat sıfır qəpik) manat faktiki borcu olması qeyd edilməklə tərəfindən və şirkət əməkdaşları tərəfindən imzalanmışdır. Bundan bir neçə vaxt sonra Təqsirləndirilən şəxs həmin 260,00 (iki yüz altmış manat sıfır qəpik) manat məbləğində borc qalan pulu müxtəlif vaxtlarda olmaqla dükandan gəlib götürmüş və sonuncunun həmin pulu MMC-yə verib-verməməsi barədə onun hər hansı məlumatı olmamışdır. İşlətdiyi “Emin” marketin "xxxx" MMC-yə və oranın ekspeditoru Təqsirləndirilən şəxs hər hansı məbləğdə pul və mal borcunun olmadığını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid21 oglu ifadəsində göstərmişdir ki, təxminən 20 ilə yaxındır ki, Hacıqabul rayonu, Atbulaq kəndində yerləşən “Bərəkət” marketi işlətdir, həmin marketdə ərzaq məhsulları, həmçinin spirtsiz və spirtli içki məhsullarını müxtəlif firmalardan nəğd və nisyə qayda da alıb satir. Spirtli içki məhsullarını aldığı firmalardan biri də, “Qəbələ Şərabzavod” kimi tanınan, Bakı şəhərində fəaliyyət göstərən "xxxx" MMC-dir, həmin MMC-nin ekspeditoru işləmiş Təqsirləndirilən şəxs şəxsi ticarət əlaqələri zaman tanımışdır. Təxminən xatırladığı qədər 2018-ci ilin yay aylarında "xxxx" MMC-nin əməkdaşları “Bərəkət” marketə gəlib Təqsirləndirilən şəxs ticarət əlaqəsi olan dükanlarda borcunun olub-olmamasını araşdırıldığını və həmin vaxt özlərində olan sənədləri göstərib sonuncunun öhdəliyində olan mal qalığına əsasən “Bərəkət” marketdə 730,22 (yeddi yüz otuz manat iyirmi iki qəpik) manat pul borcu olduğunu söyləmişlər. O isə Asimdən aldığı məhsullardan yalnız 429,60 (dörd yüz iyirmi doqquz manat altmış qəpik) manat pul borcu olduğunu və ümumi borcdan 300,62 (üç yüz manat altmış iki qəpik) manat pulu sonuncuya verdiyini bildirmişdir. Bunda sonra, orada üzləşmə aktı tərtib edilmiş və işlətdiyi “Bərəkət” marketin Asimdən alınan mallara dair "xxxx" MMC-yə 429,60 (dörd yüz iyirmi doqquz manat altmış qəpik) manat faktiki borcu olması qeyd edilməklə tərəfindən və şirkət əməkdaşları tərəfindən imzalanmışdır. Bundan bir neçə müddət sonra Təqsirləndirilən şəxs həmin 429,60 (dörd yüz iyirmi doqquz manat altmış qəpik) manat məbləğində borc qalan pulu müxtəlif vaxtlarda olmaqla dükandan gəlib götürmüş və sonuncunun həmin pulu MMC-yə verib-verməməsi barədə onun hər hansı məlumatı olmamışdır. İşlətdiyi “Bərəkət” marketin "xxxx" MMC-yə və oranın ekspeditoru Təqsirləndirilən şəxs hər hansı məbləğdə pul və mal borcunun olmadığını qeyd etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq və məhkəmə-mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən verilmiş 19 aprel 2022-ci il tarixli, 4/536 №-li rəyində göstərilmişdir ki, "xxxx" MMC ilə Təqsirləndirilən şəxs adına olan 27 sentyabr 2017-ci il tarixli, 4118 nömrəli 877,20 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 27 sentyabr 2017-ci il tarixli, 4119 nömrəli 856,38 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 28 sentyabr 2017-ci il tarixli, 4126 nömrəli 516 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 02 oktyabr 2017-ci il tarixli, 4170 nömrəli 201,08 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 04 oktyabr 2017-ci il tarixli, 4210 nömrəli 598,92 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 04 oktyabr 2017-ci il tarixli, 4211 nömrəli 972,10 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 04 oktyabr 2017-ci il tarixli, 4212 nömrəli 277,50 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 06 oktyabr 2017-ci il tarixli, 4254 nömrəli 1572,90 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 06 oktyabr 2017-ci il tarixli, 4255 nömrəli 1117,20 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 06 oktyabr 2017-ci il tarixli, 4256 nömrəli 891,84 manat məbləğ göstəricisi olan qaimə-fakturada , 09 oktyabr 2017-ci il tarixli, 4279 nömrəli 92,40 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 11oktyabr 2017-ci il tarixli, 4330 nömrəli 1755,90 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 11 oktyabr 2017-ci il tarixli, 4331nömrəli 1116,40 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 11oktyabr 2017-ci il tarixli, 4332 nömrəli 1074 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 16 oktyabr 2017-ci il tarixli, 4425 nömrəli 2067,90 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 16 oktyabr 2017-ci il tarixli, 4226 nömrəli 1578 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 16 oktyabr 2017-ci il tarixli, 4427 nömrəli 1224 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 16 oktyabr 2017-ci il tarixli, 4428 nömrəli 194,40 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 20 oktyabr 2017-ci il tarixli, 4515 nömrəli 2595,60 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 23 oktyabr 2017-ci il tarixli, 4549 nömrəli 876,60 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 28 oktyabr 2017-ci il tarixli, 4640 nömrəli 1496,40 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 28 oktyabr 2017-ci il tarixli, 4641 nömrəli 1352,40 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 28 oktyabr 2017-ci il tarixli, 4642 nömrəli 3512,10 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 31 oktyabr 2017-ci il tarixli, 4674 nömrəli 1141,50 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 10 noyabr 2017-ci il tarixli, 4894 nömrəli 2758,50 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 10 noyabr 2017-ci il tarixli, 4895 nömrəli 1026 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 15 noyabr 2017-ci il tarixli, 4984 nömrəli 6775,20 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 15 noyabr 2017-ci il tarixli, 4985 nömrəli 535,20 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 16 noyabr 2017-ci il tarixli, 5012 nömrəli 32,40 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 23 noyabr 2017-ci il tarixli, 5138 nömrəli 1540,20 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 23 noyabr 2017-ci il tarixli, 5139 nömrəli 3714 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 23 noyabr 2017-ci il tarixli, 5141 nömrəli 492 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 30 noyabr 2017-ci il tarixli, 5253 nömrəli 1782 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 30 noyabr 2017-ci il tarixli, 5254 nömrəli 3394,50 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 07 dekabr 2017-ci il tarixli, 5383 nömrəli 4071 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 07 dekabr 2017-ci il tarixli, 5384 nömrəli 2592 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 14 dekabr 2017-ci il tarixli, 5549 nömrəli 2274 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 14 dekabr 2017-ci il tarixli, 5550 nömrəli 1033,20 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 14 dekabr 2017-ci il tarixli, 5551 nömrəli 4691,10 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 21dekabr 2017-ci il tarixli, 5707 nömrəli 1466,40 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 21 dekabr 2017-ci il tarixli, 5708 nömrəli 2224,80 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 30 dekabr 2017-ci il tarixli, 5901 nömrəli 4434 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 30 dekabr 2017-ci il tarixli, 5902 nömrəli 714 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 30 dekabr 2017-ci il tarixli, 5903 nömrəli 1985,40 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 30 dekabr 2017-ci il tarixli, 5904 nömrəli 1090 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 11 yanvar 2018-ci il tarixli, 164 nömrəli 1414,80 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 11 yanvar 2018-ci il tarixli, 165 nömrəli 206,40 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 11 yanvar 2018-ci il tarixli, 166 nömrəli 325 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 18 yanvar 2018-ci il tarixli, 312 nömrəli 2768,40 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 18 yanvar 2018-ci il tarixli, 313 nömrəli 678,40 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 23 yanvar 2018-ci il tarixli, 411 nömrəli 154,80 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 01 fevral 2018ci il tarixli, 586 nömrəli 1585,50 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 01 fevral 2018-ci il tarixli, 587 nömrəli 1219,20 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 05 fevral 2018-ci il tarixli, 651 nömrəli qaimə ilə 55,80 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 08 fevral 2018ci il tarixli, 736 nömrəli 705 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 15 fevral 2018-ci il tarixli, 880 nömrəli 1837,60 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 15 fevral 2018-ci il tarixli, 881 nömrəli 858 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 23 fevral 2018-ci il tarixli, 1036 nömrəli 1390,50 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 02 aprel 2018-ci il tarixli, 1754 nömrəli 1027,20 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 02 aprel 2018-ci il tarixli, 1755 nömrəli 781,20 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 02 aprel 2018-ci il tarixli, 1756 nömrəli 2094,90 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 06 aprel 2018-ci il tarixli, 1876 nömrəli 874,80 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 09 aprel 2018-ci il tarixli, 1941 nömrəli 684,60 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 12 aprel 2018-ci il tarixli, 2015 nömrəli 684,90 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 16 aprel 2018-ci il tarixli, 2076 nömrəli 872,80 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 16 aprel 2018-ci il tarixli, 2077 nömrəli 44,40 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 19 aprel 2018-ci il tarixli, 2144 nömrəli 271,20 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 26 aprel 2018-ci il tarixli, 2269 nömrəli 412,80 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 03 may 2018-ci il tarixli, 2391 nömrəli 960,50 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 08 may 2018-ci il tarixli, 2486 nömrəli 474,80 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 21 may 2018-ci il tarixli, 2717 nömrəli 36 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 20 iyun 2018-ci il tarixli, 3205 nömrəli 991,44 manat məbləğ göstəricisi olan qaimə-fakturada “Təhvil aldım Təqsirləndirilən şəxs” və “Təqsirləndirilən şəxs” qrafaları qarşısında əks olunmuş imzalar, həmçinin, xx.xx.2018-ci il tarixli, 1593 nömrəli 982,90 manat məbləğ göstəricisi olan; xx.xx.2018-ci il tarixli, 1595 nömrəli 1542,43 manat məbləğ göstəricisi olan; xx.xx.2018-ci il tarixli, 1599 nömrəli 1100, 40 manat məbləğ göstəricisi olan;xx.xx.2018-ci il tarixli, 1596 nömrəli 638,30 manat məbləğ göstəricisi olan; xx.xx.2018-ci il tarixli, 1751 nömrəli 1127,52 manat məbləğ göstəricisi olan; xx.xx.2018-ci il tarixli, 2636 nömrəli 398,40 manat məbləğ göstəricisi olan; xx.xx.2018-ci il tarixli, 1550 nömrəli 850,10 manat məbləğ göstəricisi olan; xx.xx.2018-ci il tarixli 2.16 nömrəli 42,00 manat məbləğ göstəricisi olan; xx.xx.2018-ci il tarixli, 888 nömrəli 93, 80 manat məbləğ göstəricisi olan; xx.xx.2018-ci il tarixli 889 nömrəli 120,60 manat məbləğ göstəricisi olan qaimə-fakturalarının kserosurətlərində (qaytarılma) “Təhvil verdim Təqsirləndirilən şəxs” qrafalarında əks olunmuş imzalar - Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. "xxxx" MMC ilə Təqsirləndirilən şəxs adına olan 27 sentyabr 2017-ci il tarixli, 4118 nömrəli 877,20 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 27 sentyabr 2017-ci il tarixli, 4119 nömrəli 856,38 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 28 sentyabr 2017-ci il tarixli, 4126 nömrəli 516 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 02 oktyabr 2017-ci il tarixli, 4170 nömrəli 201,08 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 04 oktyabr 2017-ci il tarixli, 4210 nömrəli 598,92 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 04 oktyabr 2017-ci il tarixli, 4211 nömrəli 972,10 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 04 oktyabr 2017-ci il tarixli, 4212 nömrəli 277,50 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 06 oktyabr 2017-ci il tarixli, 4254 nömrəli 1572,90 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 06 oktyabr 2017-ci il tarixli, 4255 nömrəli 1117,20 manat məbləğ göstəricisi olan qaimə-fakturada , 06 oktyabr 2017-ci il tarixli, 4256 nömrəli 891,84 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 09 oktyabr 2017-ci il tarixli, 4279 nömrəli 92,40 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 11oktyabr 2017-ci il tarixli, 4330 nömrəli 1755,90 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 11 oktyabr 2017-ci il tarixli, 4331nömrəli 1116,40 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 11oktyabr 2017-ci il tarixli, 4332 nömrəli 1074 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 16 oktyabr 2017-ci il tarixli, 4425 nömrəli 2067,90 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 16 oktyabr 2017-ci il tarixli, 4226 nömrəli 1578 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 16 oktyabr 2017-ci il tarixli, 4427 nömrəli 1224 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 16 oktyabr 2017-ci il tarixli, 4428 nömrəli 194,40 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 20 oktyabr 2017-ci il tarixli, 4515 nömrəli 2595,60 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 23 oktyabr 2017-ci il tarixli, 4549 nömrəli 876,60 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 28 oktyabr 2017-ci il tarixli, 4640 nömrəli 1496,40 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 28 oktyabr 2017-ci il tarixli, 4641 nömrəli 1352,40 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 28 oktyabr 2017-ci il tarixli, 4642 nömrəli 3512,10 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 31 oktyabr 2017-ci il tarixli, 4674 nömrəli 1141,50 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 10 noyabr 2017-ci il tarixli, 4894 nömrəli 2758,50 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 10 noyabr 2017-ci il tarixli, 4895 nömrəli 1026 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 15 noyabr 2017-ci il tarixli, 4984 nömrəli 6775,20 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 15 noyabr 2017-ci il tarixli, 4985 nömrəli 535,20 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 16 noyabr 2017-ci il tarixli, 5012 nömrəli 32,40 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 23 noyabr 2017-ci il tarixli, 5138 nömrəli 1540,20 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 23 noyabr 2017-ci il tarixli, 5139 nömrəli 3714 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 23 noyabr 2017-ci il tarixli, 5141 nömrəli 492 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 30 noyabr 2017-ci il tarixli, 5253 nömrəli 1782 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 30 noyabr 2017-ci il tarixli, 5254 nömrəli 3394,50 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 07dekabr 2017-ci il tarixli, 5383 nömrəli 4071 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 07 dekabr 2017-ci il tarixli, 5384 nömrəli 2592 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 14 dekabr 2017-ci il tarixli, 5549 nömrəli 2274 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 14 dekabr 2017-ci il tarixli, 5550 nömrəli 1033,20 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 14 dekabr 2017-ci il tarixli, 5551 nömrəli 4691,10 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 21 dekabr 2017-ci il tarixli, 5707 nömrəli 1466,40 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 21 dekabr 2017-ci il tarixli, 5708 nömrəli 2224,80 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 30 dekabr 2017-ci il tarixli, 5901 nömrəli 4434 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 30 dekabr 2017-ci il tarixli, 5902 nömrəli 714 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 30 dekabr 2017-ci il tarixli, 5903 nömrəli 1985,40 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 30 dekabr 2017-ci il tarixli, 5904 nömrəli 1090 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 11 yanvar 2018-ci il tarixli, 164 nömrəli 1414,80 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 11yanvar 2018-ci il tarixli, 165 nömrəli 206,40 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 11yanvar 2018-ci il tarixli, 166 nömrəli 325 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 18 yanvar 2018-ci il tarixli, 312 nömrəli 2768,40 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 18 yanvar 2018-ci il tarixli, 313 nömrəli 678,40 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 23 yanvar 2018-ci il tarixli, 411 nömrəli 154,80 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 01 fevral 2018-ci il tarixli, 586 nömrəli 1585,50 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 01 fevral 2018-ci il tarixli, 587 nömrəli 1219,20 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 05 fevral 2018-ci il tarixli, 651 nömrəli qaimə ilə 55,80 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 08 fevral 2018-ci il tarixli, 736 nömrəli 705 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 15 fevral 2018-ci il tarixli, 880 nömrəli 1837,60 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 15 fevral 2018-ci il tarixli, 881 nömrəli 858 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 23 fevral 2018-ci il tarixli, 1036 nömrəli 1390,50 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 02 aprel 2018-ci il tarixli, 1754 nömrəli 1027,20 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 02 aprel 2018-ci il tarixli, 1755 nömrəli 781,20 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 02 aprel 2018-ci il tarixli, 1756 nömrəli 2094,90 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 06 aprel 2018-ci il tarixli, 1876 nömrəli 874,80 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 09 aprel 2018-ci il tarixli, 1941 nömrəli 684,60 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 12 aprel 2018-ci il tarixli, 2015 nömrəli 684,90 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 16 aprel 2018-ci il tarixli, 2076 nömrəli 872,80 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 16 aprel 2018-ci il tarixli, 2077 nömrəli 44,40 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 19 aprel 2018-ci il tarixli, 2144 nömrəli 271,20 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 26 aprel 2018-ci il tarixli, 2269 nömrəli 412,80 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 03 may 2018-ci il tarixli, 2391 nömrəli 960,50 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 08 may 2018-ci il tarixli, 2486 nömrəli 474,80 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 21 may 2018-ci il tarixli, 2717 nömrəli 36 manat məbləğ göstəricisi olan qaimə-fakturada, 20 iyun 2018-ci il tarixli, 3205 nömrəli 991,44 manat məbləğ göstəricisi olan qaimə-fakturada “Təhvil aldım Təqsirləndirilən şəxs” və “Təqsirləndirilən şəxs” qrafaları qarşısında əks olunmuş imzalarda, həmçinin, xx.xx.2018-ci il tarixli, 1593 nömrəli 982,90 manat məbləğ göstəricisi olan; xx.xx.2018-ci il tarixli, 1595 nömrəli 1542,43 manat məbləğ göstəricisi olan; xx.xx.2018-ci il tarixli, 1599 nömrəli 1100, 40 manat məbləğ göstəricisi olan;xx.xx.2018-ci il tarixli, 1596 nömrəli 638,30 manat məbləğ göstəricisi olan; xx.xx.2018-ci il tarixli, 1751 nömrəli 1127,52 manat məbləğ göstəricisi olan; xx.xx.2018-ci il tarixli, 2636 nömrəli 398,40 manat məbləğ göstəricisi olan; xx.xx.2018-ci il tarixli, 1550 nömrəli 850,10 manat məbləğ göstəricisi olan; xx.xx.2018-ci il tarixli 2.16 nömrəli 42,00 manat məbləğ göstəricisi olan; xx.xx.2018-ci il tarixli, 888 nömrəli 93, 80 manat məbləğ göstəricisi olan; xx.xx.2018-ci il tarixli 889 nömrəli 120,60 manat məbləğ göstəricisi olan qaimə-fakturalarının kserosurətlərində (qaytarılma) “Təhvil verdim Təqsirləndirilən şəxs” qrafalarında əks olunmuş imzalarda – Təqsirləndirilən şəxs həqiqi imzalarına oxşadılmaqla icra olunma əlamətləri müşahidə olunmadı. Ekspertiza tədqiqatının dəyəri 210 manat təşkil edir. İş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizası ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən verilmiş 26 aprel 2022-ci il tarixli, 4/614 №-li rəydə göstərilmişdir ki, "xxxx" MMC və Təqsirləndirilən şəxs adlarından olan xx.xx.2017-ci il tarixli əmək müqaviləsinin kserosurətinin sonuncu vərəqəsində “İŞÇİ:” qrafasında əks olunmuş imza, Təqsirləndirilən şəxs adına olan xx.xx.2017-ci il tarixli Tam maddi məsuliyyət haqqında müqavilənin kserosurətinin sonunda “Maddi məsul şəxs” hissəsində əks olunmuş 2 ədəd imza və xx.xx.2017-ci il tarixli Ticarət nümayəndəsinin vəzifə təlimatınının kserosurətinin sonyncu vərəqində “imza” qrafasında əks olunmuş imza - Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Bundan əlavə həmin rəydə göstərilmişdir ki, Aqro-Azərinvest” MMC və Təqsirləndirilən şəxs adlarından olan xx.xx.2017-ci il tarixli əmək müqaviləsinin kserosurətinin sonuncu vərəqəsində “İŞÇİ:” qrafasında əks olunmuş imzada, Təqsirləndirilən şəxs adına olan xx.xx.2017-ci il tarixli Tam maddi məsuliyyət haqqında müqavilənin kserosurətinin sonunda “Maddi məsul şəxs” hissəsində əks olunmuş 2 ədəd imzada və xx.xx.2017-ci il tarixli Ticarət nümayəndəsinin vəzifə təlimatınının kserosurətinin sonyncu vərəqində “imza” qrafasında əks olunmuş imzada - Təqsirləndirilən şəxs həqiqi imzalarına oxşadılmaqla icra olunma əlamətləri müşahidə olunmadı. Ekspertiza tədqiqatının dəyəri 110 manat təşkil edir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən verilmiş 11 noyabr 2021-ci il tarixli 9/7087 №-li rəydə göstərilmişdir ki, "xxxx" MMC-nin ticarət nümayəndəsi (ekspeditor) Təqsirləndirilən şəxs hesabında 24.114,36 (iyirmi dörd min bir yüz on dörd manat otuz altı qəpik) manat məbləğində satış pulu çatışmazlığı müəyyən edilir. Göründüyü kimi qeyd olunan rəylə də bir daha təsdiq olunur ki, 24.114,36 (iyirmi dörd min bir yüz on dörd manat otuz altı qəpik) manat ziyan ticarət nümayəndəsi (ekspeditor) Təqsirləndirilən şəxs tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə vurulmuş maddi ziyandır. Ekspertiza tədqiqatının dəyəri 110 manat təşkil edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş, məhkumlugu ödənilmişdir. Qətimkan tədbirinin seçilməsi haqqında 29 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Maddi qübutların tanınması haqqında 28 aprel 2022-ci il tarixli qərardan görünür ki, "xxxx" MMC-nin anbarından Təqsirləndirilən şəxs adına məxaric edilən içki məhsullarının təsdiqedici sənədləri olan qaimə-fakturalar maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs işlədiyi "xxxx" MMC-dən 24.114, 36 manat məbləğində mənimsəməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin izahatı və şahid ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, audit rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf etməsi, yəni mənimsədiyi əmlakın dəyərinin təxminən 6000-6500 manat olması barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilməsi qənaətinə gəlir. Müdafiə tərəflərinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, həmçinin məhkəmə iclasında birbirini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin izahatı, şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, audit rəyi və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. CPM-in: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. CM-nin 179.2.3 və 179.2.4 maddələrinə əsasən-Mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə; xeyli miqdarda ziyan vurmaqla törədildikdə -dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Mənimsəmə talamanın müstəqil forması olub, obyektiv cəhətdən inanılıb tapşırılmış maddi qiymətli şeylərin ayrılması, götürülməsi və onun üzərində qanunsuz sahibliyi müəyyən etmək yolu ilə özünün və ya digər şəxslərin mülkiyyətinə keçirilməsində ifadə olunur. Bu zaman müqavilə münasibətləri və yaxud dövlət və ya ictimai təşkilatların xüsusi tapşırığı ilə əlaqədar əmlak barəsində sahiblik, idarəetmə, sərəncam vermə, daşıma və ya saxlama səlahiyyətlərini həyata keçirən təqsirkar özünün qanuni ixtiyarında olan əmlakı qanunsuz, əvəzsiz öz mülkiyyətinə keçirir. Əmlak hər hansı təşkilatın işçisi hesab edilməyən xüsusi şəxslərə də etibar edilə bilər (onlara yuxarıda qeyd olunan sərəncam vermə, idarə etmə, saxlama və s. səlahiyyətlər verməklə). Təqsirkara səlahiyyətlər podrat, icarə, saxlama və s. mülki-hüquqi müqavilələr əsasında da verilə bilər. CPM-in: 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidir; 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir; 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə, CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı qanuni və əsaslı hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 3-cü bəndinin 2-ci hissəsinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, CM-in 59-cu maddəsini rəhbər tutaraq təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: təqsirləndirilən şəxsin törətdiyi əməli qismən etiraf etməsi və əməlindən peşman olmasını; himayəsində iki azyaşlı uşağının olması İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən olunmaması, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 179.2.3 və 179.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 179.2.3 və 179.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut - Təqsirləndirilən şəxs adına məxaric edilən içki məhsullarının təsdiqedici sənədləri olan qaimə-fakturaların cinayət işi materiallarında saxlanması nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 179.2.3 və 179.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3(üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisi nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Maddi sübut- Təqsirləndirilən şəxs adına məxaric edilən içki məhsullarının təsdiqedici sənədləri olan qaimələr cinayət işinin materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 470 (dörd yüz yetmiş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-33/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-33/2023
31.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver