Məhkəmə qərarları › İş №1(005)-33/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-33/2024

09.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-33/2024 09.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 11:45 Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məmmədova Rəqsanə Sulidin qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Zərərçəkmiş şəxs2 və onun nümayəndəsi və vəkili “Sumqayıt Regional” Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli və 02 azyaşlı övladı olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nərimanov Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləmiş, hazırda işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 22 mart 2019-cu il tarixdən 29 avqust 2022-ci il tarixədək Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirmək məqsədi ilə Şahid2 məxsus 6000 manat pul vəsaitinin Zərərçəkmiş şəxs1 tərəfindən dələduzluq yolu ilə ələ keçirilməsi ilə bağlı Şahid2 2021-ci ilin oktyabr ayında Nərimanov Rayon Polis İdarəsinə etdiyi müraciət ilə əlaqədar tərəfindən aparılan ilkin araşdırma zamanı həmin tarixdə özünün istifadəsində olan telefon telefon vasitəsilə Zərərçəkmiş şəxs1la əlaqə saxlayaraq sonuncuya Şahid2 müraciəti barədə məlumat verib ondan aldığı pulun qaytarmasını tələb edərək bu barədə Zərərçəkmiş şəxs1la razılaşaraq sövdələşdikdən sonra Şahid2 qaytarılması adı ilə Zərərçəkmiş şəxs1 cinayətdən xəbərsiz tanışı Şahid3 işlədiyi ünvan 3 ünvanında yerləşən Nərimanov Rayon Polis İdarəsinin İnzibati binasının yaxınlığında 2021-ci ilin oktyabr-noyabr aylarında hissə-hissə olmaqla 1.800 manat, 2021ci ilin dekabr ayından 2022-ci ilin iyun ayınadək müddətdə Zərərçəkmiş şəxs1 tərəfindən hissə-hissə olmaqla cinayət xəbərsiz tanışları Şahid4 adına olan "xxxx" ASC-ə məxsus bank kartına 2700 manat, X8 adına olan "xxxx" ASC-ə məxsus bank kartına 50 manat və X4 adına olan "xxxx" ASC-ə məxsus bank kartına 100 manat olmaqla, ümumilikdə 2850 manat pul vəsaitinin köçürülməsinə nail olub, qeyd olunan tarixlərdə həmin şəxslər vasitəsi ilə, o cümlədən, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə Vüsal İbrahimovun bank kartından sonuncu vasitəsi ilə qeyd edilən bankın Bakı şəhəri Nizami rayonu X18 küçəsi 2005 ünvanında yerləşən bankomatından 100 manat pul vəsaitini nağdlaşdırıb həmin tarixdə ünvan 3 ünvanında özünə təqdim edilməsindən sonra əldə etdiyi ümumilikdə 4650 manat pul vəsaitindən 1.700 manat hissəsini Şahid2 təqdim edib, qalan 2.950 manat pul vəsaitini isə şəxsi ehtiyaclarına xərcləyərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus cəmi 2.950 (iki min doqquz yüz əlli) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən təkrarən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə istintaq olunan cinayət işi üzrə təqsirləndirilən şəxs X3 üzərindən narkotik vasitənin aşkar edilməsi ilə bağlı video görüntülərin kütləvi informasiya vasitələrində yayımlanmasının qarşısının alınması imkanına malik olmasını, qeyd edilən məsələnin müsbət həlli ilə əlaqədar Aqil Baxşalıyevin xeyrinə edəcəyi hərəkətə görə maddi nemət olan 2.000 (iki min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını 12 fevral 2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən işlədiyi Nərimanov Rayon Polis İdarəsinin inzibati binasının həyətində sonuncunun arvadı Zərərçəkmiş şəxs2 aldatmaqla, görəcəyi işlə bağlı özünə inam yaradaraq, Zərərçəkmiş şəxs2 ilə razılaşmaqla sövdələşib həmin tarixdə və yerdə 2.000 manat pul vəsaitini aldıqdan sonra öz cinayətkar niyyətini davam etdirərək, eyni niyyətlə 2022-ci ilin fevral ayının ortalarında Aqil Baxşalıyevin həbsdən azad olunmasına köməklik edəcəyini və buna görə də Aqil Baxşalıyevin xeyrinə edəcəyi hərəkətə görə maddi nemət olan 3.000 (üç min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Zərərçəkmiş şəxs2 aldatmaqla, sonuncunun razılığını alıb sövdələşdikdən sonra həmin tarixdə ünvan 3 ünvanında yerləşən işlədiyi İdarənin həyətində Zərərçəkmiş şəxs2 şəxsən 3.000 manat, eyni niyyətlə 01 mart 2022-ci il tarixdə həmin adla 10.000 (on min) manat, eyni niyyətlə 15 iyul 2022-ci il tarixdə Aqil Baxşalıyevi həbsdən azad olunması zamanı guya məhkəmədə hakim köməkçisi işləyən tanışına sənədləşməni tez həyata keçirməsinə görə 200 manat pul vəsatinin rüşvət qismində verilməsinin zəruri olmasını Zərərçəkmiş şəxs2 aldatmaqla bildirib, sonuncunun razılığını almaqla sövdələşdikdən sonra Zərərçəkmiş şəxs2 göndərdiyi cinayətdən xəbərsiz Şahid4 adına "xxxx" ASC-də olan “4169******9644” nömrəli bank kartına X.Baxşıyeva tərəfindən sonuncuya məxsus həmin bankda olan 4169*****6558 nömrəli bank kartından xx.xx.2022-ci il tarixdə 200 manat pul vəsaitinin göndərilməsinə nail olaraq qeyd edilən pul vəsaitini 18 iyul 2022-ci il tarixdə Şahid4 vasitəsi ilə qeyd edilən bankın ünvan 7 ünvanında yerləşən bankomatından çıxarıb həmin tarixdə ünvan 3 ünvanında yerləşən işlədiyi Nərimanov Rayon Polis İdarəsinin inzibati binasının yanında Şahid4 əldə edib, ümumilikdə 15200 manat pul vəsaitini öz şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə X1 məxsus cəmi 15.200 (on beş min iki yüz) manat məbləğində pul vəsaitini ona vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq etmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi və onun müdafiəçisini və şahidi dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci ilin oktyabr-noyabr aylarında tanışı Şahid2 ona şifahi qaydada Məzahir adında bir şəxs onun həyətində yerləşən mağazasına sənəd düzəltmək üçün ondan 6.000 manat pul aldığını, lakin nə sənədi düzəltdiyini, nə də ki, pulu qaytarmadığını bildirmişdir. Zaur ondan bu məsələdə köməklik göstərməsini xahiş etmişdir. O, da Zaurun Məzahirdən şikayət ərizəsini götürmüş, Məzahirin Bakı şəhərində yaşayan tanışı ona zəng edərək, onunla polis idarəsinin yaxınlığında görüşmüş və ona ilkin olaraq 1.000 manat pul vermişdir. Bundan sonra isə həmin şəxs bir neçə dəfə də ona 500, 300 manat olmaqla pul vermişdir. Daha sonra Məzahir özü onunla əlaqə saxlayaraq pulu hissə-hissə ona göndərəcəyini bildirmişdir. O, da tanışlarına aid Kapital Banka aid plastik kartı göndərmiş və Məzahir həmin karta hissə-hissə olmaqla 2022-ci ilin may ayına kimi pul göndərmişdir. Həmin pulların cəmi 2.000 manatını Şahid2 vermiş, Zaur da ona əziyyət çəkdiyi üçün 300 manat pul vermişdir. Bundan sonra Məzahir ona bir neçə dəfə də pul göndərmişdir. Beləliklə, Məzahir ona dostu vasitəsi ilə nağd qaydada 1.800 manat, kart vasitəsi ilə isə 2850 manat pul göndərmişdir. Bundan başqa qeyd etmişdir ki, 2022-ci ilin fevral ayında X5 narkotik vasitələrin satışı ilə əlaqədar keçirilmiş əməliyyat tədbiri nəticəsində saxlamış və onun üzərindən narkotik vasitə aşkar edilərək götürülmüşdür. Bununla əlaqədar olaraq fakta görə Aqil Baxşalıyevin barəsində cinayət işi başlanmışdır. Aqil Baxşalıyev polis idarəsinə gətirilmişdir. Bundan sonra Aqilin arvadı Xurma və oğlu da polis idarəsinə gəlmişlər. Polis İdarəsində Xurmanı o, qəbul etmiş və ona Aqil Baxşalıyevin tutulma səbəbini izah etmişdir. Həmin vaxt Xurma ondan təkidlə xahiş etmişdir ki, onun ərinə köməklik göstərsin, əri həbs edilməsin. Xurma ərinin həbs edilməməsi üçün nə qədər pul lazım olsa verəcəyini demişdir. Həmin vaxt onun pula ehtiyacı olduğu üçün, eyni zamanda da Xurmanın pul təklif etməsinə görə ondan pul almaq qərarına gəlmişdir. İlk öncə Xurmaya onun əri Aqil tutularkən video çəkiliş heç yerdə paylaşılmaması üçün 2.000 manat pul verməli olduğunu demiş və razılaşmışdır. Xurma da həmin gün ona polis idarəsinin yanında 2.000 manat pulu vermişdir. Lakin həmin video çəkiliş sosial şəbəkələrdə və xəbər saytlarında paylaşılmışdır. Bundan sonra Zərərçəkmiş şəxs2 təkidlə ondan xahiş etmişdir ki, onun ərinin həbsdən buraxılmasına köməklik etsin və bunun üçün nə lazımdısa edəcəyini, yəni pul verəcəyini bildirmişdir. Onun həmin vaxt pula ehtiyacı olduğu üçün ona 15.000 manata yaxın pul lazım olacağını demişdir. Lakin pulu kimə verəcəyini, onun ərini hansı qaydada həbsdən azad etdirəcəyini deməmişdir. Bundan sonra qeyd edilən məsələ ilə Xurmadan 3.000 manat, daha sonra isə 2022-ci ilin mart ayında 10.000 manat pul almışdır. O, həmin pulu da özünün ehtiyacları üçün xərcləmişdir. Bundan sonra cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Məhkəmə vaxtı da Xurma sənədlərin tez bir zamanda yazılmasına görə məhkəmədə işləyən hakimin köməkçisinə 200 manat verilməsi üçün, 200 manat pulu Təqsirləndirilən şəxs verdiyini karta göndərmişdir. Xurmadan 15.200 manat pulun alınması ilə bağlı ona heç kəs tapşırıq verməmiş, özü pulu almış və pulun hamısını da özünə xərcləmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs1 vurmuş olduğu maddi ziyanı tam şəkildə ödəmiş və onunla barışıq əldə etmişdir, lakin iş üzrə digər zərərçəkmiş Zərərçəkmiş şəxs2 vurmuş olduğu maddi ziyandan 5000 (beş min) manatını ödəmişdir. Qalan məbləği tam ödəməyə hazır olduğunu, dəfələrlə cəhd etsə də Zərərçəkmiş şəxs2 ilə barışıq əldə edə bilmədi üçün ödənişi etmədiyini, barışdığı halda qanunvericiliyin tələblərinə əsasən dövlət büdcəsinə də ödəniş etmək istədiyini qeyd etmişdir. Yekun olaraq törətmiş olduğu cinayət əməlindən peşman olmasını, himayəsində 02 azyaşlı övladı və həyat yoldaşının və xəstə anasının olmasını, ailəsinin yeganə gəlir mənbəyi olmasını, zərərçəkmiş Zərərçəkmiş şəxs1 vurmuş ziyanı tam ödəməsini və barışmasını, Zərərçəkmiş şəxs2 ilə də dəfələrlə barışıq əldə etməyə cəhd etməsini, qəbul etdiyi halda bütün ziyanı tam ödəməyə hazır olduğunun, səhətində ciddi problemlər olmasının nəzərə alınmasını və barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, o, X3 həyat yoldaşıdır. Həyat yoldaşı narkotik vasitələrin istifadəsində təqsirli bilinərək polis əməkdaşları tərəfindən saxlanılmış və barəsində hökm çıxarılmışdır. Aqil saxlanılarkən ondan 10000 manat məbləğində pul istəmişlər. Aqil telefonla “Whatsapp” proqramı vasitəsilə Rusiya Federasiyasında yaşayan Abu Saməd adlı tanışına zəng edərək ondan pul borc istəmişdir. Həmin şəxs 5000 manat məbləğində pul verə biləcəyini demişdir. O və oğlu Bəxtiyar 11 fevral 2022-ci il tarixdə saat 08 radələrində idarədən çıxaraq pulu götürmüş və dərhal Nərimanov Polis idarəsinə qayıtmışdır. O, Təqsirləndirilən şəxs pulu gətirdiyini bildirmiş, Şirin isə pulu saxlamağını, sonra kömək olunacağını demişdir. Şirin 12 fevral 2022-ci il tarixdə səhər saatlarında onu otağında qəbul etmişdir. Həmin vaxt otaqda Təqsirləndirilən şəxs, Mübariz və iki nəfər tanımadığı polis əməkdaşı olmuşdur. Təqsirləndirilən şəxs onu Hikmət Vəliyevin otağına aparmışdır. Hikmət Vəliyev otağında onu və oğlu Bəxtiyarı qəbul etmiş, Hikmət Vəliyev onun Aqil Baxşalıyevin arvadı olduğunu bildikdən sonra konkret olaraq kömək edə bilməyəcəyini demişdir. O və oğlu X9 otağından çıxaraq Təqsirləndirilən şəxs otağına getmişdir. Həmin vaxt Şirinlə bir qədər söhbət etmiş, söhbət zamanı Təqsirləndirilən şəxs ona pulu saxlamağını və kişinin çıxacağını deyərək idarənin həyətinə düşməyini bildirmişdir. O, oğlu Bəxtiyar ilə idarədən çıxıb idarənin qarşısında yerləşən binanın həyətində Təqsirləndirilən şəxs gözləmişdir. Bir az sonra Təqsirləndirilən şəxs gəlmiş, Şirin ona Aqil Baxşalıyevin üzərindən narkotik aşkar olunması ilə bağlı video çəkiliş aparıldığını, Aqilin video çəkilişinin sosial şəbəkələrə veriləcəyi halda özünü öldürəcəyini bildirdiyini demişdir. Ona video çəkilişin sosial şəbəkələrə və kütləvi informasiya vasitələrinə verilməməsi müqabilində 2000 manat məbləğində pul verməli olduğunu bildirmişdir. Bundan sonra oğlu Bəxtiyarın yanında 2000 manat məbləğində pulu Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs pulu alıb cibinə qoymuş və pulu aparıb verəcəyini, çəkilişin sosial şəbəkələrə və KİV-lərə verilməyəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs bir həftə ərzində hər gün istifadəsində olan telefon nömrəsinə zəng edərək Nərimanov rayon Polis idarəsinə gəlib orada gözləməsini Aqilin buraxılacağını demişdir. O, da Aqilin azadlığa buraxılması ümidi ilə hər gün polis idarəsinin qarşısına gələrək Aqilin buraxılmasını gözləmişdir. 17 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs ona zəng edərək rəisin onu qəbul edəcəyini bildirmiş və polis idarəsinə çağırmışdır. O, da oğlu Bəxtiyarla birlikdə polis idarəsinə getmiş və Hikmət Vəliyev qəbul etmişdir. X16 Baxşalıyevə məxsus "xxxx" ASC-nin bank kartını və onun şəxsiyyət vəsiqəsini ona təqdim etmişdir. Bundan başqa kartı ona verərkən kartı bağlatmadığını, hesabda 5500 manat məbləğində pul olduğunu bildirmişdir. Həmçinin pulu çıxartmağını, iş görməyini, əməkdaş Şirin müəllimin kömək edəcəyini demişdir. Daha sonra fevral ayında Şirin onunla idarənin qarşısındakı binanın həyətində danışmış və ondan işlərin düzəlməsinə kömək edəcəyi üçün, zəhmət haqqı olaraq 3000 manat məbləğində pul istəmişdir. O, 3000 manat məbləğində pulu Şirinə vermişdir. X7 azadlığa buraxılması ilə bağlı ona söz verdiyini, Aqilin 04 ay sonra azad oluna biləcəyini, pulu hazırlamasını, ancaq məhkəmədə olan zaman kömək edə biləcəyini, işin 15000 manata həll ola biləcəyini, həmçinin pulu saxlamasını, heç kəsə çıxmamasını, heç kimə inanmamasını demişdir. 01 mart 2022-ci il tarixdə 10000 manat məbləğində pulu Şirinə vermişdir. Məhkəmədə sənədlərin hazırlanmasının sürətlənməsi üçün də əlavə 200 manat Təqsirləndirilən şəxs dediyi karta göndərmişdir. Ümumilikdə 15200 manat Təqsirləndirilən şəxs pul verdiyini bildirmişdir. 03 avqust 2022-ci il tarixdə Aqil Baxşalıyevin barəsində hökm oxunmuş və ona 10 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilmişdir. O, məhkəmədə olan zaman Şirin də orada olmuş, Şirin ona gözləməsin demiş və telefonla kimisə zəng edərək siz necə iş görürsünüz, kişiyə 10 il iş verdilər demiş və telefonla danışaraq ondan kənarlaşmışdır. Bir az sonra qayıdaraq səbrli olmasını bildirərək, onlardan pulu alıb gətirirəm demişdir. Bundan sonra aldadıldığı başa düşmüşdür. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs verdiyi puldan 5000 (büş min) manatı qaytarılmışdır. Təqsirləndirilən şəxslə barışmır, ona vurulmuş maddi ziyanı ödədiyi halda belə onunla barışmayacağını qeyd etmiş və təqsirləndirilən şəxsin ən ağır şəkildə cinayət məsuliyyətinə cəlb olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində dəfələrlə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməyən zərərəçəkmiş Zərərçəkmiş şəxs1 tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli teleqramdan aydın olur ki, səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini və Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın tam olaraq ödənildiyini təqsirləndirilən şəxslə barışdığını və ona qarşı heç bir şikayət və tələbinin olmadığı bildirmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, yaşadığı küçədə atası Əliyəddinə məxsus 30 kv2 sahəsi olan mağaza vardır. Həmin mağazanın texniki pasportu vardır. Həmin mağazaya atasının adına çıxarış almaq istəmişdir. Bununla bağlı Əmlak məsələləri dövlət xidmətinə müraciət etsə də, həmin yerə çıxarış verilməsinin mümkün olmadığı bildirilmişdir. 2021-ci ilin yay aylarında, təxminən iyun ayında qayınatasının əmisi Telman Əliyev qayınatana Məzahir adlı tanışı olduğunu, sonuncunun da sənədləşmə işləri ilə məşğul olduğunu və bir çox şəxsə bu işdə köməklik etdiyini demişdir. Bunu da qayınatası ona demiş və ona da köməklik göstərməsini xahiş etmişdir. Bundan sonra X12 danışmış və ona işin mahiyyətini demişdir. Məzahir bu işi həll edə biləcəyini deyəndən sonra qayınatası Məzahirin nömrəsini Telmandan alaraq ona vermiş və o, Məzahirlə əlaqə saxlayaraq atası ilə birlikdə Bakı şəhəri Nərimanov rayonu, E.İsaqzadə küçəsinin yaxınlığında “Asan Əmlak” adlanan yerin yanında Məzahirlə görüşmüşdür. Məzahirə yaşadığı küçədə 30 kv2 sahəsi olan mağazasının olmasının və həmin mağazaya çıxarış almaq istədiyini demişdir. Məzahir də məlumatı olduğunu deyərək, bu işi Əmlak məsələləri dövlət xidmətində işləyən tanışları vasitəsi ilə həll edəcəyini bildirmişdir. İşin həll edilməsi üçün 10.000 manat pul verməli olduğunu demişdir. Ona 10.000 manat pulunun olmadığını bildirərək 6.000 manat verə biləcəyini demişdir. Məzahir həmin işin 6.000 manata alınmayacağını demiş və getmişdir. Məzahirə ilkin olaraq 1700 manat pul vermiş, qalanını isə bir neçə günə verəcəyini demişdir. Məzahir də onunla razılaşmışdır. Təxminən dörd gün sonra 4.300 manat pulu, eyni zamanda mağazaya aid sənədlərin surətini Məzahirə vermişdir. Bundan sonra sənədlərə razılıq verilməmişdir, Məzahir pulunu qaytaracağını desə də, hər dəfə müxtəlif bəhanələr gətirərək pulu verməmişdir. Məcbur olaraq Nərimanov Rayon Polis İdarəsinə şikayət etmişdir. Şikayətinə Təqsirləndirilən şəxs adlı polis əməkdaşı baxmışdır. O, Təqsirləndirilən şəxs yanında izahat verikdən bir müddət sonra Təqsirləndirilən şəxs ona zəng edərək Məzahir pulun 2.000 manatını ona vermiş, həmin pulu ona verməli olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxsla “Memar Əcəmi” metrostansiyasının yaxınlığında görüşmüş, Təqsirləndirilən şəxs Məzahirin 2.000 manat pul verdiyini, qalanını da verəcəyini demişdir. Təqsirləndirilən şəxs ona 300 manat ona zəhmət haqqı verəcəyini deyərək 1700 manat pul vermişdir. Bundan sonra o, bir neçə dəfə Təqsirləndirilən şəxsla danışmış və danışığı zamanı Şirin ona qalan pulu da aldığını deyərək ona görüşmək üçün xəbər edəcəyini demişdir. Səhəri günü o, Şirinə zəng etsə də cavab verməmişdir. Bir gün sonra yenə də Şirinə zəng edib pulu götürmək istədiyini demiş, Şirin də ona bildirmişdir ki, Məzahir pulu vermədiyinə görə guya sonuncunun maşının əlindən almışdır. O, artıq Şirinin ona yalan danışdığını başa düşmüş və polis idarəsinə Şirinin yanına getmişdir. Polis İdarəsində ona Şirinin artıq orada işləmədiyini demişlər. Bundan sonra Şirin onun telefon zənglərinə cavab verməmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs 2021-ci ildən tanıyır, aralarında dost münasibəti olmuşdur. Dəqiq tarixləri yadında olmasa da, amma tez-tez Təqsirləndirilən şəxs ona plastik bank kartını kiməsə verdiyini və köçəcək pulu çıxardıb özünə verməyini xahiş etmiş, o da pulları çıxardaraq Təqsirləndirilən şəxs işlədiyi Nərimanov rayon polis idarəsinin yanında sonuncuya vermişdir. Təqsirləndirilən şəxs ona həmin pullardan heçnə verməmiş, o sadəcə olaraq dost kimi Təqsirləndirilən şəxs xahişini yerinə yetirmiş, həmin pulların Təqsirləndirilən şəxs kim tərəfindən və hansı məqsədlə göndərilməsindən məlumatı olmamışdır. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsi zərərçəkmiş Zərərçəkmiş şəxs2 ilə eyni məzmunlu olmuş və zərərçəkmiş Zərərçəkmiş şəxs2 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmənin yeri və vaxtı barədə dəfələrlə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid3 məhkəmə iclasına gəlməmiş və bu barədə heç bir məlumat verməmişdir. Məhkəmə qeyd edilən şəxsin ibtidai istintaqda verdiyi ifadəsini elan etmiş və təqsirləndirilən şəxsin dedikləri ilə eyni məzmunlu olmuşdur. Məhkəmədə tədqiq edilən xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, iş üzrə zərərçəkmiş şəxs olan X2 ərizə ilə müvafiq orqanlara müraciət edərək Təqsirləndirilən şəxs ona qarşı dələduzluq cinayəti törətməsi faktı barədə şikayət etmişdir. Məhkəmədə tədqiq edilən xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs1 ərizə ilə Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edərək Təqsirləndirilən şəxs ona qarşı dələduzluq cinayəti törətməsi faktı barədə şikayət edərək, 09 ədəd ödəniş qəbzlərini istintaqa təqdim etmişdir. Məhkəmədə tədqiq edilən “CD-diksə baxış keçirilməsi haqqında” 22 fevral 2023-cü il tarixli protokoldan görünür ki, 56 dəqiqəlik səs yazısında zərərçəkmiş şəxs bir sıra polis əməkdaşları ilə yanaşı Təqsirləndirilən şəxs ilə yoldaşının həbsdən azad olunması ilə bir sıra danışıqlar, eləcədə bunun müqabilində Şirinə müəyyən məbləğ pul çatması ilə bağlı danışıqlar aparılmışdır. Məhkəmədə tədqiq edilən “CD- diskdə baxış keçirilməsi haqqında” 12 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan nömrəsi ilə Zərərçəkmiş şəxs1 istifadəsində olan mobil telefonla xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 09 dəfə danışıq olması müəyyən edilmişdir. Lakin bundan başqa iş üçün əhəmiyyət kəsb edən hər hansı smsə, zəngə və digər məlumatlara rast gəlinməmişdir. Məhkəmədə tədqiq edilən “CD- diskdə baxış keçirilməsi haqqında” 04 may 2023-cü il tarixli protokoldan görünür ki,"xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, BKC/LGL-5506/23 nömrəli və "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli AZF/LGL-6550/23 nömrəli məktuba və 02 ədəd CD-diskə baxış keçirilmişdir. Hər iki diskdə olan fayllarda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə müxtəlif vaxtlarda danışıqları qeydə alınmışdır. Məhkəmədə tədqiq edilən “CD-diskdə baxış keçirilməsi haqqında” 07 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 ilə aralarında olmuş danışıqlar zamanı sonuncunun yoldaşından narahat olmamasını, qısa zamanda onu həbsdən çıxardılması üçün istintaqı aparan müstəntiqlə danışıqlar aparması kimi vədlər verdiyi müəyyən edilmişdir. Məhkəmədə tədqiq edilən xx.xx.2019-cu il tarixli, Ə893ş/h-001-19 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən Nərimanov RPŞ-nin Narkotiklərlə mübarizə qurupunun baş əməliyyat müvəkkili vəzifəsinə təyin edilmiş, xx.xx.2022-ci il tarixli, Ə336ş/h-039-22 nömrəli əmri ilə tutduğu vəzifədən azad edilərək, Baş Polis İdarənin sərəncamında saxlanılmışdır. Məhkəmədə tədqiq edilən “Sübutların qiymətləndirilməsi haqqında” 14 iyun 2023-cü il tarixli qərarının 5-ci bəndinə əsasən cinayət təqibi üçün mühüm əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyinə və cinayət hadisəsinin izlərini saxladığına şörə Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs2 və sonuncunun oğlu Şahid1 arasında olan danışıqları əks etdirən 2 ədəd CD disk, mobil operatorlardan daxil olmuş 3 ədəd CD disk, Şahid4 5T****7963 nömrəli plastik kart hesabına ümumilikdə 2.700 manat pul vəsaitinin köçürülməsini əks etdirən 7 ədəd qəbz, X8 5*****9245 nömrəli plastik kart hesabına 50 manat pulun köçürülməsini özündə əks etdirən qəbz və X4 5*****2080 nömrəli plastik kart hesabına 100 manat pulun köçürülməsini özündə əks etdirən qəbz, "xxxx" ASC-dən daxil kart çıxarışları, Zərərçəkmiş şəxs2 məxsus 4169*****6558 nömrəli zank kartının çıxarışı və "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 30581 nömrəli qəbzi maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə tədqiq edilən “Sübutların qiymətləndirilməsi haqqında” 14 iyun 2023-cü il tarixli qərarın 3-cü bəndinə əsasən Xurma Baxşəliyevanın pul vəsaitinin ələ keçirilməsi faktında Hikmət Vəliyevin və digərlərinin iştirakı olmadığından barələrində cinayət təqibinə xitam verilmişdir. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır Məhkəmədə tədqiq edilən Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinı dair 06 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Bakı şəhər Sabunçu rayonu İcra Hakimiyyəti Başçısının Bakıxanov qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs ünvan 9 ünvanda qeydiyyatda olmaqla, anası, həyat yoldaşı və 02 övladı ilə birlikdə yaşayır. Həmçinin təqdim edilən xasiyyətnamədən görünür ki, qeyd edilən ünvanda yaşadığı müddət ərzində barəsində heç bir şikayət daxil olmamışdır. Məhkəmədə tədqiq edilən AA1128233 saylı və AA1128234 nömrəli şəxsiyyət vəsiqələrindən görünür ki, təqsirləndirilən şəxsin himayəsində xx.xx.2007-ci il təvəllüdlü Elman Əzimov və xx.xx.2009-cü il təvəllüdlü Aylin Əzimova adlı 02 azyaşlı övladı vardır. Məhkəmədə tədqiq edilən xx.xx.2023-cü il tarixli Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə ünvanlanmış teleqramdan görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənilmiş və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə tədqiq edilən təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən məhkəmə iclasında təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Ege Hospital”dan əldə edilmiş müvafiq sənədlərdən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ürək xəstəliyindən, Milli Ankoloji Mərkəzdən təqdim olunmuş arayışdan aydın olur ki, anası X11 isə ankoloji xəstəlikdən əziyyət çəkir. "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1 -ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs1 sonuncunun borclu olduğu şəxsə verməsi barədə yalan vəd verərək onun 2.950 manat pulunu ələ keçirməsi, həmçinin iş üzrə digər zərərçəkmiş Zərərçəkmiş şəxs2 həyat yoldaşı X3 təqsirləndirildiyi cinayət işi üzrə sonuncunun video görüntüsünün mətbuatda yayımlanmaması və cinayət işinin təqsirləndirilən şəxsin xeyrinə həll ediləcəyi barədə Zərərçəkmiş şəxs2 15.200 manat pulu yalan vəd verib ələ keçirməsi ilə bağlı dəlillərə münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqında kifayət qədər sübutlarla təsdiq olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən ittiham olunan məbləğlərdə pulu tələb edərkən vəd verdiyi işi görmədiyi və görmək niyyətində olmadığı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, həmçinin, müdafiə tərəfindən təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş CD disklərdə olan səs yazıları və digər sübutlarla müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri maddələri ilə tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş Zərərçəkmiş şəxs1 münasibətdə vurmuş olduğu maddi ziyanı tam ödəməsini və barışmasını, digər zərərçəkmiş Zərərçəkmiş şəxs2 qarşı vurmuş olduğu ziyanı qismən ödəməsini və dəfələrlə vurmuş olduğu maddi ziyanı ödəmək üçün cəhdlər etməsini, himayəsində 02 azyaşlı övladının, həyat yoldaşının və xəstə anasının olmasını, səhətində ciddi problemlərin olmasını, ailəsinin yeganə gəlir mənbəyi olmasını, həmçinin yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29- cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə əsas cəza və CM-in 46.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla dövlət, özəl və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifələri tutmaq hüququndan məhrum etmə əlavə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, CM-nin 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Həmçinin cinayət işi üzrə maddi sübut - 05 ədəd CD disk və ödəniş qəbzləri cinayət işi materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı müddətində hüquqlarını müdafiə etmiş Bakı şəhəri 16 saylı” Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 50 (əlli) iş saatı üçün 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 16 saylı” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətinə dövlət, özəl və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifələri tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Maddi sübut hesab edilmiş - 05 ədəd CD disk və ödəniş qəbzləri cinayət işi materiallarında saxlanılsın. Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən istintaq müddətində təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 50 (əlli) iş saatı üçün 300 (üç yüz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar