Məhkəmə qərarları › İş №1(005)-331/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-331/2020

05.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-331/2020 05.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim XXXXXXXXXX oğlunun sədrliyi, XXXXXXXXXXXXX qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi vətəqsirləndirilən – Təqsirləndirilən şəxs Fariz oğlunun iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Azərbaycan Respublikası Qubadlı rayonunun Hacılı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi işlə məşğul olan, əvvəllər məhkum olunmamış, Qubadlı rayonunun Qubadlı şəhərində qeydiyyatda olan, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1. maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xxxxxxxx infeksiyasına yoluxmaqla həmin yoluxucu xəstəliyin daşıyıcısı olduğu halda, Azərbaycan Respublikasının ərazisində insanlar arasında kütləvi yayılmasının və onun törədə biləcəyi fəsadların, infeksiyaya yoluxma hallarının qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə” xx xxxx 2020-ci il tarixli və “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” xx xxx 2020-ci il tarixli qərarlarının, habelə Nazirlər Kabineti yanında Operativ Qərargahın xx xxxx 2020-ci il tarixli qərarının tələblərini pozaraq, yəni yaşayış yerini və olduğu yeri tərk etmək üçün SMS və “E-Təbib” mobil tətbiqi vasitəsilə 3 saatadək müddətə verilən icazə almalı olduğu halda belə icazə almadan, həmçinin insanlar arasında sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə etməsinin mütləq olduğu halda, bu tələblərə riayət etməyərək, o cümlədən təcrid olunma qaydalarını pozaraq xx xxxx 2020-ci il tarixdə saat 1600 radələrində Bakı şəhərinin Nərimanov rayonunda yerləşən “Nərimanov” parkında tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etmədən və sosial məsafəni gözləmədən piyada hərəkətdə olub digər şəxslərlə söhbət edərək karantin rejimini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun öz ifadəsi, şahid ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə dindirilərkən ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2020-ci il tarixdə səhər saatlarında səhhətində narahatlıqlar, yəni tərləmə, istilik və təngnəfəslik hiss etsə də, buna əhəmiyyət verməyərək SMS və “E-Təbib” mobil tətbiqi vasitəsi ilə icazə almadan yaşayış yerini tərk etmişdir. O, Bakı şəhərinin Nərimanov rayonunda yerləşən “Nərimanov” parkına getmiş, orada tanımadığı 2-3 nəfər şəxslərlə söhbət etmiş, təxminən saat 1600 radələrində parkda olan zaman 2 nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra şəxsiyyətini təsdiq edən sənədinin və karantin rejimi ilə əlaqədar icazəsinin olub-olmadığını soruşmuşlar. O, üzərində heç bir sənədin və icazənin olmadığını bildirmiş, bu səbəbdən polis əməkdaşları onu 18-ci polis şöbəsinə dəvət etmişlər, o etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə şöbəyə getmişdir. Polis şöbəsində xxxxxxxx infeksiyası ilə bağlı test olunduqdan sonra məlum olmuşdur ki, o, həmin infeksiyanın daşıyıcısıdır, özündə xəstəliyin ilkin simptomları olan hərarət, təngənəslik, boğulma, dad itirmə və öskürək olduğu məlum olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadə verərək göstərdi ki, xx xxxx 2020-ci il tarixdə saat 1600 radələrində Nərimanov rayonunda yerləşən “Nərimanov” parkında polis əməkdaşı Şahid2la birlikdə xidmətdə olduqları zaman, sonradan adını bildiyi Təqsirləndirilən şəxs qoruyucu maskadan istifadə etmədən parkda gəzdiyini, digər şəxslərlə söhbət etdiyini görüb ona yaxınlaşaraq özlərini təqdim etmiş və karantin rejimi ilə əlaqədar icazəsinin olub-olmamasını yoxlamaq məqsədi ilə şəxsiyyət vəsiqəsini təqdim etməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs üzərində şəxsiyyət vəsiqəsinin və SMS icazəsinin olmadığını bildirdiyindən onu Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə dəvət etmişlər. Polis şöbəsində həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edildikdən sonra onun karantin rejimini pozduğu aşkar edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin baş əməliyyat müvəkkili Şahid2 Rəhim oğlu Şahid1 ifadəsinə oxşar məzmunlu ifadələr verərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə əhəmiyyət kəsb edən bir sıra, o cümlədən aşağıdakı sənədlər araşdırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X3 Nəzarət Mərkəzi” Publik Hüquqi şəxsin xx xxxx 2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs xxxxxxxx infeksiyasının laborator müayinəsi müsbət nəticələnmişdir (iş vər.11). Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin xx.xx.2020-ci il tarixli tibbi arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Ədliyyə Nazirliyi 3 saylı İstintaq Təcridxanasından “xxxxxxxx” diaqnozu ilə ƏN PX X1 daxil olmuş, müvafiq tibbi tədbirlərə cəlb olunaraq infeksiyaya görə götürülmüş yaxma nümunəsi pozitiv olmuşdur. Xəstə həkim nəzarətinə götürülmüş, müayinə və müalicə tədbirləri aparılmışdır (iş vər. 67). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin xx.xx.2020-ci il tarixli məlumat məktubundan görünür ki, xx.xx.2020-ci il tarixdə Ədliyyə Nazirliyi 3 saylı İstintaq Təcridxanasına daxil olarkən Təqsirləndirilən şəxs “xxxxxxxx” infeksiyasına yoluxduğu barədə tibbi sənəd təqdim edilmiş, xx.xx.2020-ci il tarixdə təkrar yaxma nümunəsi götürülərək Respublika Xüsusi Təhlükəli X2 laboratoriyasında müayinə edilmiş və nəticə yenə də “pozitiv” olmuşdur. Xəstə həkim nəzarətinə götürülmüş, müvafiq tibbi tədbirlərə cəlb olunaraq müalicə kursu yekunlaşdıqdan sonra, 19 və xx xxxxxxxx 2020-ci il tarixlərdə götürülmüş növbəti yaxma nümunələrinin nəticələri “neqativ” olduğu üçün Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə kafi vəziyyətdə 3 saylı İstintaq Təcridxanasına qaytarılmışdır. İş materiallarından göründüyü kimi, Bakı şəhəri Nərimanov rayon prokurorluğu tərəfindən xx xxxx 2020-ci il tarixli həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimat təmin olunmuş və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(005)-849/2020 saylı Qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 139-1.1. maddəsi ilə 3 (üç) ay müddətində “həbs” qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmışdır (iş vər. 44-49). İş materiallarında olan xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tərtib etdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barədə heç bir məlumat yoxdur, əvvəllər məhkum olunmamışdır (iş vər. 49). Cinayət işində olan xx.xx.2020-ci il tarixli Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Zabrat qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Zabrat qəsəbəsi, Mikayıl Abdullayev küçəsində qeydiyyatsız yaşadığı ünvanda məcburi köçkün kimi məskunlaşmış, onun barəsində qəsəbə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır (iş vər.58). Təqsirləndirilən şəxs Zabrat qəsəbəsi, Mikayıl Abdullayev (keçmiş Çkalov) küçəsində ailə üzvləri arvadı 1984-cü il təvəllüdlü X4, 2004-cü il təvəllüdlü X5, 2005-ci il təvəllüdlü X6 və 2009-cu il təvəllüdlü X7 onun övladlarıdır və onun himayəsində olmaqla həmin ünvanda qeydiyyatsız yaşayırlar (iş vər. 59). İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli qərara əsasən, “X3 Nəzarət Mərkəzi”nin xx xxxx 2020-ci il tarixli məktubu sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmışdır (iş vər.68-71). Təqsirləndirilən Təqsirləndirilən şəxs əməli məhkəmə iclasında təqsirləndirilən şəxsin özünün və şahid ifadələri, tibbi rəy, eləcə də işdə olan digər obyektiv dəlillərlə və iş materialları ilə sübuta yetirilmiş və məhkəmə belə nəticəyə gəlir ki, onun əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 139-1.1. maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmünün çıxarılmasını qanuni və əsaslı hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünşülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə tərəfindən cəza təyin edilərkən Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılığını, əvvəllər məhkum olunmamasını, məcburi köçkün olmasını, himayəsində üç azyaşlı övladının və ailədə yeganə qazanc gətirən şəxs olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halları müəyyən edilməmişdir. Beləliklə məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən halların mövcudluğu, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 139-1.1. maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini əsaslı sayır. Azərbaycan Respublikası CM-nin 69.3. maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CM-nın 52-1. maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının icrası zamanı Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1. maddəsində sadalanan əmlak xüsusi müsadirə olunmaqla məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, iş üzrə belə bir əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı hüquqlarının müdafiəsi üçün dövlət hesabına təyin olunmuş vəkilə ödəniləcək pul vəsaiti ilə bağlı məsələni həll edərkən təqdim olunmuş hesabatı, habelə iş materiallarını nəzərdən keçirib hesab edir ki, dövlət büdcəsindən hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 10 (on) iş saatı üçün 60 (altmış) manat Bakı şəhəri “Yusifbəyli və Partnyorları” Vəkil Bürosu vasitəsilə vəkil X8 ödənilməlidir. İş üzrə maddi sübut “X3 Nəzarət Mərkəzi”nin xx xxxx 2020-ci il tarixli məktubu cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə xüsusi müsadirə olunması təklif edilən əmlak və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1. maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxsxx xxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək həbsdə olduğu 3 (üç) ay 16 (on altı) günün 1 günü azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər tutulmaqla7 (yeddi) ay 2 (iki) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və üzərində qəti olaraq 4 (dörd) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxsbarəsindəseçilmiş «həbs» qətimkan tədbiri ləğvedilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxsbarəsində hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Hökmün icrası Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Azadlığın məhdudlaşdırılması cəzasının icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, saat 22:00dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. İş üzrə xüsusi müsadirə olunan əmlak və mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı hüquqlarının müdafiə olunmasına görə dövlət büdcəsindən vəkil X8 Bakı şəhəri “Yusifbəyli və Partnyorları” Vəkil Bürosu vasitəsilə 60 (altmış) manat ödənilsin. İş üzrə maddi sübut “X3 Nəzarət Mərkəzi”nin xx xxxx 2020-ci il tarixli məktubu cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim XXXXXXXXXX

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar