Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-332/2021 05.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X2 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər – Abşeron rayon Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Ermənistan Respublikası, Masis şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Bünyadzadə küçəsində nömrəsiz fərdi yaşayış evində qeydiyyatsız yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni istehlak miqdarından artıq miqdarda əldə edib özündə saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxil edilən 5,237 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 28 aprel 2021-ci il tarixdə keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 14:45-də ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış keçirilən zaman onun satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşıdığı 5,237 qram çəkidə psixotrop maddə metamfetamin tünd göy rəngli, dəri materiallı gödəkçəsinin içəri sol yan cibində olan 01 ədəd sellofan bükümdə 4,861 qram, həmin cibində olan siqaret qutusunun içərisində saxladığı 01 ədəd gümüşü rəngli kağız bükümdə 0,376 qram olmaqla daxilində psixotrop maddə metamfetamin izləri olan 01 ədəd başlığı kürə şəkilli, gövdəsi boru formasında olan predmet ilə birlikdə aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək bildirmişdir ki, təxminən 5-6 ay olar ki, marixuana və metafetamin istifadə edir. Üzərindəb aşkar olunmuş metamfetamini 27 aprel 2021-ci il tarixdə “Komsomol dairəsi” adlanan yerin yaxınlığında gəzərkən yerdən tapmışdır. Psixotrop maddə olan metamfetamini kolba vasitəsi ilə istifadə etmişdir. Psixotrop maddəni tapdıqdan sonra onu üzərində saxlamış, lakin istifadə etmək üçün imkanı olmamışdır. Həmçinin tapdığı 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminin bir hissəsini sonradan istifadə etmək üçün rahat olsun deyə siqaretin gümüşü rəngli kağızına büküb özünə məxsus “Kent 8” adlı siqaret qutusunun içinə qoyub üzərində gəzdirmişdir. 28 aprel 2021-ci il tarixdə saat təxminən 14:45 radələrində Nərimanov rayonu, K.Rəhimov küçəsi yaxınlığında tanışı Şahid4 ilə birlikdə olarkən 3 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin işçiləri olduqlarını bildirmişlər. Bundan sonra polis əməkdaşları ona narkotik maddələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Məhərrəmlə birlikdə baş idarəyə dəvət etmişlər. Baş İdarədə üzərinə baxış keçirilmiş, baxış zamanı üzərində gəzdirdiyi mentamfetamini və metamfetamini istifadə etmək üçün nəzərdə tutulmuş plastik materiallı silindrik formalı əşyanı polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra Şahid4 üzərində qanunsuz əşya və ya maddə olub-olmadığı soruşulmuşdur. Şahid4 ciblərini açıb göstərdikdən sonra üzərində kənar əşya və maddənin olmadığı məlum olmuşdur. Sonda törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 28 aprel 2021-ci il tarixdə “Emil” adlı şəxsin qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə, psixotrop maddə və güclü təsir edən maddələr əldə edib, üzərində saxlayaraq daşıması barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Daha sonra həmin məlumatın yoxlanılması üçün 3 nəfərdən yəni, ondan, baş əməliyyat müvəkkili Şahid2 və əməliyyat müvəkkili Şahid3 ibarət qrup yaradılmışdır. Həmin qrupa o rəhbərlik etmişdir. Təqsirləndirilən şəxs yerinin müəyyən edilməsi istiqamətində tədbirləri davam etdirmişlər. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs ünvan 4 ünvanının yaxınlığında olması müəyyən edilmişdir. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qəbul edilmiş 28 aprel 2021-ci il tarixli qərarın icra edilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs 28 aprel 2021-ci il tarixdə saat 14:45-də ünvan 4 ünvanının yaxınlığında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə narkotik vasitələrin, psixotrop maddələrin və güclü təsir edən maddələrin qanunsuz dövriyyəsində şübhəli olaraq gətirilmiş və barəsində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan təhqiqatçı tərəfindən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasına başlanılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl təhqiqatçı tərəfindən barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş əsasında həyata keçiriləcəyi barədə məlumat verilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb əynində olan göy rəngli cins materiallı şalvarının arxa sol yan cibindən 01 ədəd mobil telefonu, şalvarının arxa sağ yan cibindən pul vəsaitini, əynində olan tünd göy rəngli, dəri materiallı gödəkçəsinin içəri sol yan cibindən 01 ədəd siqaret qutusunu, 01 ədəd silindirik formalı plastik əşyanı və 01 ədəd şəffaf sellofan bükümü masanın üzərinə qoymaqla təqdim etmişdir. Ardınca Təqsirləndirilən şəxs şalvarının ciblərini tam olaraq göstərməsi, ayaqqabılarını çıxarması təklif edilmişdir. Təqsirləndirilən şəxs deyilənləri etmiş, üzərindən və paltarından başqa qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm barədə sual olunduqda şübhəli şəxs bükümün içində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Ardınca Təqsirləndirilən şəxs təqdim etdiyi tünd yaşıl rəngli plastik materiallı silindirik formalı əşyaya baxış keçirilmiş və içində ağ rəngli yanmış formalı hissəciklərin olduğu, həmçinin boru formalı tərəfində 1 manatlıq pul əskinasının bükülərək saxlanıldığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs plastik əşyanı psixotrop maddə olan metamfetamin istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra təqdim olunan 01 ədəd şəffaf sellofan bükümə baxış keçirilmiş və içində ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər maddələrin olduğu müəyyən edilmişdir. Siqaret qutusuna baxış zamanı onun “Kent 8” adlı, içində siqaret dənələri ilə birlikdə siqaretin gümüşü rəngli kağızına bükülmüş halda 01 ədəd bükümün olduğu müəyyən edilmişdir. Həmin büküm açıldıqda içində ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər maddələrin olduğu müəyyən edilmişdir. Şəxsi axtarış zamanı şübhəli şəxs həmin kağıza bükülü halda olan psixotrop maddəyə bənzər maddələri öz istifadəsi üçün rahat olması məqsədi ilə büküm halına salıb siqaret qutusunda saxladığını bildirmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs psixotrop maddələri bir gün əvvəl “Komsomol dairəsi” adlanan yerin yaxınlığından tapıb şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd şəffaf sellofan bükümdə, 01 ədəd kağız bükümdə maddələr, həmçinin 01 ədəd plastik materiallı silindrik formalı əşya müvafiq ekspertiza tədqiqatına təqdim olunması üçün özünün iştirakı ilə müvafiq qaydada möhürlənmiş, o, və Təqsirləndirilən şəxs iştirakçılarla birlikdə həmin qablaşdırmanın üzərinə imza etmişlər. Daha sonra bu barədə protokol tərtib olunmuş və o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 Şahid1 verdiyi ifadə ilə eyni məzmunlu ifadə verdilər. Məhkəmə iclasında şahid qismində çağırılmış Şahid4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasında iştirak etməmiş, onun məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş və onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işi başlamaq və icraata götürmək haqqında” 29 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamin əldə etməsi, saxlaması və daşıması faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılmış və ibtidai istintaq aparılması üçün icraata qəbul edilmişdir. Şübhəli şəxsin tutulması haqqında 28 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında 28 aprel 2021ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə başlanmazdan əvvəl ona təklif olunmuşdur ki, üzərində hər hansı qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü təqdim etsin. Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb dəri materiallı gödəkçəsinin içəri sol yan cibindən 01 ədəd siqaret qutusunu, 01 ədəd silindrik formalı plastik əşyanı və 01 ədəd şəffaf sellofan bükümünü masanın üzərinə qoymaqla təqdim etmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi büküm barədə sual olunduqda şübhəli şəxs bükümün içində psixotrop maddə olan metamfetamin olduğunu bildirmiş, ardınca şübhəli şəxsin təqdim etdiyi tünd yaşıl rəngli plastik materiallı silindrik formalı əşyaya baxış keçirilmiş və içində ağ rəngli yanmış formalı hissəciklərin olduğu, həmçinin boru formalı tərəfində 1 manatlıq pul əskinasının bükülərək saxlanıldığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs plastik əşyanı psixotrop maddə olan metamfetamin istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra təqdim olunan 01 ədəd şəffaf sellofan bükümə baxış keçirilmiş və içində ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər maddələrin olduğu müəyyən edilmişdir. Siqaret qutusuna baxış zamanı onun “Kent 8” adlı, içində siqaret dənələri ilə birlikdə siqaretin gümüşü rəngli kağızına bükülmüş halda 01 ədəd bükümün olduğu müəyyən edilmişdir. Həmin büküm açıldıqda içində ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər maddələrin olduğu müəyyən edilmişdir. Şəxsi axtarış zamanı şübhəli şəxs həmin kağıza bükülü halda olan psixotrop maddəyə bənzər maddələri öz istifadə üçün rahat olması məqsədi ilə büküm halına salıb siqaret qutusunda saxladığını bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29 aprel 2021-ci il tarixli 6/1712 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №6” möhür əksi və “Təqsirləndirilən şəxs üzərindən ...” və s. yazılar, imzalar olan kağız paketdəki 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,861 qram; 0,376qram; ümumi təmiz çəkiləri 5,237 qram ağ rəngli, kristal şəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir. 02 bükümdəki metamfetaminlər kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. 01 ədəd başlığı kürəşəkilli, gövdəsi boru formasında olan predmetin daxilində metamfetaminin izləri müəyyən edildi. Həmin predmetdə metamfetamin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmadı. Metamfetaminin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 109 manat 90 qəpikdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 29 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli 4(005)-421/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qismində qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 28 aprel 2021-ci il tarixdən hesablanması müəyyən edilmişdir. Maddi sübut hesab edilməsi haqqında 29 aprel 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə aşkar olunub götürülmüş və tədqiqatdan sonra ümumi təmiz çəkisi 5,157 qram qalmış psixotrop maddə metamfetamin və üzərində psixotrop maddə metamfetamin izləri olan predmet öz xüsusiyyətinə, əlamətlərinə və cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyinə görə iş üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə 12.06.2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X3 AR DİN-nin BMCMİ-yə ünvanlandığı 25.06.2021-ci il tarixli 5535 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına əsasən xəstəxanada müalicə olmayıb və qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X5 Şəxsin 21.06.2021-ci il tarixli 2009 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, halhazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. “Sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında” 02 iyul 2021ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən, həmin məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilməsi və barəsində seçilmiş həbs qətimkan tədbiri iş üzrə nəzərə alınması, Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı çəkilən video görüntüləri özündə saxlayan 01 ədəd DVD disk cinayətin izlərini özündə əks etdirdiyi üçün maddi sübut kimi tanınması və cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 03 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 67-ci qrafasına əsasən 0.15 qram metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci, 58.1-ci və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan – 28 aprel 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Ekspertiza tədqiqatlarının dəyəri 109,90 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut – Azərbaycan espublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama yerində saxlanılan psixotrop maddənin qalığı - 5,157 qram metamfetamin və üzərində psixotrop maddə metamfetamin izləri olan predmet hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 28 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübut – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama yerində saxlanılan psixotrop maddənin qalığı 5,157 qram metamfetamin və üzərində psixotrop maddə metamfetamin izləri olan predmet hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut - 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının ümumi dəyəri 109,90 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-332/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-332/2021
05.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver