Məhkəmə qərarları › İş №1(005)-333/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-333/2025

11.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-333/2025 11.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Hadi Mircəlal Mirşamil oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - «De fendo» Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Sabirabad rayonu, Həşimxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində «8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021 -ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 06 (altı) ay azaldılaraq cəzasını çəkmiş hesab edilmiş, məhkumluğu ödənilmiş, işləməyən, Sabirabad rayonu, Həşimxanlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsi, ev 397-də kirayədə yaşayan, barəsində Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 10 oktyabr 2025-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, hazırda 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs, o cümlədən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yüksək vəzifəli əməkdaşı kimi təqdim etməklə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək 13000 (on üç min) manat müqabilində onun övladı Şahid1 İİ qrup əlil kimi sosial müavinət təyin etdirəcəyinə dair yalandan vəd verib aldadaraq ayrı-ayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq hissə-hissə olmaqla 21 aprel 2023-cü il tarixdən 10 may 2024-cü il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs Bakı şəhəri, Nərimanov rayonunun müxtəlif ərazilərindən ona məxsus 5315 **** **** 2568 nömrəli bank kartına bağlı olan hesaba köçürdüyü 12300 (on iki min üç yüz) manat məbləğində pul vəsaitini, habelə sonuncu dəfə 10 may 2024-cü il tarixdə saat 11:30-da Bakı şəhəri, Nərimanov rayonu, Akademik X21 küçəsi 27, ev 67 ünvanında Şahid1 «LeoBank» mobil tətbiqi vasitəsilə onun qanunsuz hərəkətlərindən və cinayətdən xəbərsiz olan tanışı X2 məxsus **** **** 5036 9887 nömrəli bank kartına bağlı olan hesaba köçürdüyü 700 (yeddi yüz) manat pul vəsaitini ələ keçirməklə Zərərçəkmiş şəxs ümumilikdə 13000 (on üç min) manat pulunu bank vasitəsilə köçürmə yolu ilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs 13000 (on üç min) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ittihamda qeyd edilən məbləğlə razı deyildir. Belə ki, zərərçəkmiş şəxsdən 13000 manat yox, 12000 manat almışdır. Belə ki, zərərçəkmiş şəxslə münasibətləri əvvəlki cəzaçəkmə müəssisəsində cəza çəkərkən zərərçəkmiş şəxsin yaxını vasitəsilə tanımışdır. Zərərçəkən uşağının səhhətində olan problemlərə görə ona pensiya düzəlməsini istəmiş, o isə nazirlikdə bu işlə məşğul olan tanışı vasitəsilə ona pensiya düzəltmək adı ilə ümumilikdə 12000 manat pul almışdır. Pulu birdəfəlik deyil hissə-hissə almışdır, ilk dəfə 2024-cü ildə 2500 manat almış, daha sonra hər dəfə az-az almışdır. Ümumilikdə qeyd edilən 12000 manat pulun 2000 manatının ona çatdığını qalan məbləğin isə bu işi düzəldən çəxsə çatdığını bildirmişdir. Həmçinin qeyd etmişdir ki, pulu kart vasitəsilə alıb, 1500 manatını isə nağd şəkildə əlbəbəl almışdır. Əməlindən peşmandır və məhkəmədən pulun ödənilməsi üçün vaxt verilməsini xahiş etmişdir. X13 məhkəmə istintaqının sonlarında elan edilmiş ittihamla özünü təqsirli bilərək, mahiyyəti üzrə ifadə verməmiş, törətdiyi əməldən peşman olduğunu, bir daha bu kimi hallara yol verməyəcəyini bildirərək, barəsində amnistiya tətbiq edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İfadələrində əhəmiyyətli ziddiyyətlər olduğundan, Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsi məhkəmə iclasında elan edilmiş və tədqiq edilərək müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsində özünü elan edilmiş ittihamla özünü tam təqsirli bilərək göstərmişdir ki, Sabirabad rayonu, Həşimxanlı kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsi, ev 397-də kirayədə yaşayır. 2009-cu ildə Azərbaycan Beynəlxalq Universitetinin Riyaziyyat və İnformatika fakültəsinin bakalavr pilləsini Ətcələr kənd tam bitirmiş və 2009-cu ildən 2020-ci ilədək Sabirabad rayon orta məktəbində riyaziyyat müəllimi vəzifəsində işləmişdir. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 2021-ci ilin dekabr ayında amnistiya elan edilməsi ilə əlaqədar Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsi 06 (altı) ay azaldılmış və həmin gün, yəni xx.xx.2021-ci il tarixdə cəzaçəkmə müəssisəsindən azad olunmuşdur. Bir müddət Bakı şəhəri, Xətai rayonu ərazisində kafe icarəyə götürüb işlətmiş, lakin qazanc əldə edə bilmədiyi üçün sonradan bir müddət fəhləçiliklə məşğul olmuşdur. Zərərçəkmiş şəxs 2023-cü ilin aprel ayından tanıyır, onunla qohumluğu yoxdur, aralarında ədavət və ziddiyyət olmamışdır. 2023-cü ilin aprel ayının əvvəllərində şəxsi işi ilə əlaqədar Bakı şəhəri, Nərimanov rayonu, Hacı Məmmədov küçəsində yerləşən Nərimanov rayon Polis İdarəsinin inzibati binasının qarşısında dayanıb taksi gözləyən zaman bir nəfər qadının mobil telefon vasitəsilə övladının xəstəliyi ilə bağlı sosial müavinət təyin etdirmək üçün söhbət apardığını görüb pula ehtiyacı olduğuna görə ona yaxınlaşaraq yalandan özünü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı kimi təqdim edərək onun telefon danışığının qulaq şahidi olduğunu bildirmiş və 13000 (on üç min) manat verəcəyi təqdirdə onun övladına İİ qrup əlil kimi sosial müavinət təyin etdirə biləcəyini demişdir. Bu barədə həmin qadınla, yəni Zərərçəkmiş şəxs ilə bir neçə dəqiqə söhbət etmişlər. Zərərçəkmiş şəxs 1998-ci il təvəllüdlü övladı Şahid1 2017-ci ildə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində həqiqi hərbi xidmətdə olarkən ehtiyatsızlıqdan hərbi hissənin inzibati binasının 2-ci mərtəbəsindən yerə yıxılaraq bel və bədəninin digər nahiyələrindən xəsarət aldığı üçün hərbi xidmətdən vaxtından əvvəl tərxis olunduğunu, bu səbəbdən sağlamlığını və əmək qabiliyyətini itirdiyi üçün ona sosial müavinət təyin etdirmək məqsədilə müxtəlif idarə və təşkilatlara müraciət etdiyini, lakin heç bir müsbət nəticə əldə olunmadığını bildirib övladı Şahid1 İİ qrup əlil kimi sosial müavinət təyin etdirməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs bu məsələni qısa müddət ərzində həll edəcəyini vəd etmişdir. Zərərçəkmiş şəxs bu barədə evdə əri Söhbət və oğlu Sahiblə məsləhətləşdikdən sonra ona tezliklə qəti cavab verəcəyini bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs ilə qarşılıqlı olaraq mobil telefon nömrələrini yazıb götürmüşlər. Növbəti gün Zərərçəkmiş şəxs ona zəng edərək oğlu Sahibə İİ qrup əlillik dərəcəsi təyin etdirmək üçün onunla yenidən görüşüb danışmaq istədiyini bildirmişdir. Bu məqsədlə elə həmin gün Ofilə ilə Nərimanov rayonu, Hacı Məmmədov küçəsində yerləşən Nərimanov rayon Polis İdarəsinin inzibati binasının qarşısında görüşmüşlər. Söhbət zamanı Ofilə 13000 (on üç min) manatın kifayət qədər böyük məbləğ olduğunu bildirib həmin məbləği hissə-hissə olmaqla bir neçə ay müddətinə verə biləcəyini demişdir. Etiraz etməyib razılaşaraq 13000 (on üç min) manat pulu tam aldıqdan sonra 1 (bir) ay müddətinə Şahid1 İİ qrup əlil kimi sosial müavinət təyin etdirəcəyini vəd etmişdir. Ofilə sevinərək onunla razılaşmışdır. Bu minvalla Ofilə 21 aprel 2023-cü ildən 10 may 2024-cü il tarixədək onun bank kartına hissəhissə olmaqla ümumilikdə 12000 (on iki min) mant pul köçürmüşdür. Sonuncu dəfə Ofilənin övladı Şahid1 onun xahişi ilə tanışı Xancanova Nurlanə **** **** Məharət qızına məxsus hazırda ilk 8 (səkkiz) rəqəmini xatırlamadığı **** 5036 9887 «LeoBank» bank kartına 10 may 2024-cü il tarixdə 700 (yeddi yüz) manat pul köçürmüşdür. Ofilədən aldığı həmin pulu öz şəxsi ehtiyaclarına, o cümlədən güdəlik dolanışığa və yeyib-içməyə sərf edib xərcləmişdir. Sonuncu dəfə 10 may 2024-cü il tarixdə köçürmə yolu ilə Ofilədən 700 (yeddi yüz) manat pulu alıb əldə etdikdən sonra yalandan ona söz vermişdir ki, xx.xx.2024-cü il tarixdək Şahid1 İİ qrup əlil kimi sosial müavinət təyin etdirəcəkdir. 2024-cü ilin iyun ayında Ofilə bir neçə dəfə ona zəng vuraraq bu barədə maraqlandıqda müxtəlif bəhanələr gətirərək onu aldatmağa başlamış, bir müddət sonra isə ümumiyyətlə onun telefon zənglərinə cavab verməmişdir. Sonradan Ofilə polisə şikayət edəcəyini bildirdiyi üçün onun özünə 2200 (iki min iki yüz) manat, Səfər adlı qudasına isə 3000 (üç min) manat pul qaytarmışdır. Hazırda Ofiləyə 6800 (altı min səkkiz yüz) manat verəcəyi vardır. Əməlindən peşmandır. X1 yaşadığı ünvanı bilmir və mobil telefon nömrəsini xatırlamır. Ofiləni aldatması barədə Nurlanənin heç bir məlumatı olmamışdır. Sadəcə olaraq bəzən öz kartı üzərində olmadıqda Nurlanənin kartını alıb istifadə etmişdir. Nurlanənin bu işlə bağlı heç bir məlumatı olmamışdır. Bu barədə ona heç nə deməmişdir. Ofilə pulu əsasən onun özünə məxsus 5315 **** **** 2568 nömrəli bank kartına köçürmüşdür. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Akademik X21 küçəsi 27, ev 67-də qeydiyyatda olmaqla xx.xx.1998-ci il təvəllüdlü övladı Şahid1 və digər ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. 2013-cü ildən etibarən Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən 5 saylıX8 Yardım Stansiyasında sanitar vəzifəsində işləyir. Eyni zamanda axşamlar Nərimanov RPİnin Pasport və Qeydiyyat şöbəsində işləyən xadimə tanışlarına kömək məqsədilə orada təmizlik işi ilə məşğul olur. Övladı Şahid1 xx.xx.2017-ci il tarixdə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində həqiqi hərbi xidmətdə olarkən ehtiyatsızlıqdan hərbi hissənin inzibati binasının 2-ci mərtəbəsindən yerə yıxılaraq bel və bədəninin digər nahiyələrindən xəsarət almış və xəsarəti ilə əlaqədar olaraq hərbi xidmətdən vaxtından əvvəl tərxis olunmuşdur. Hadisə nəticəsində övladı Şahid1 onurğa sümüyü zədələndiyi üçün müalicə dövründə onun bel nahiyəsinə mil yerləşdirilmişdir. Müalicəsini başa vurduqdan sonra Sahibə verilən hərbi biletdə müharibə və sülh dövründə xidmətə yararsız olması qeyd edilmişdir. Sahibin aldığı zədələr onun fəaliyyət qabiliyyətinin, o cümlədən sağlamlıq və əmək qabiliyyətinin zəifləməsinə səbəb olmuşdur. Bununla əlaqədar Sahibə sosial müavinət təyin etdirmək üçün müxtəlif idarə və təşkilatlara, həmçinin müxtəlif şəxslərə müraciət etmiş, lakin ona sosial müavinət təyin etdirə bilməmişdir. 2023-cü ilin aprel ayının əvvəllərində ünvan 3 ünvanında yerləşən Nərimanov rayon Polis İdarəsinin inzibati binasının qarşısında oğlu Şahid1 ilə mobil telefon vasitəsilə onun xəstəliyi ilə bağlı sosial müavinətin təyin edilməsi barədə söhbət aparmışdır. Həmin vaxt telefon danışığını bitirdikdən sonra Təqsirləndirilən şəxs onu yaxınlaşaraq, özünü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yüksək vəzifədə işləyən bir şəxs kimi təqdim edib oğlu ilə telefon danışığının qulaq şahidi olduğunu deyərək ona 13000 (on üç min) manat qarşılığında İİ qrup əlil kimi sosial müavinət təyin etdirə biləcəyini demişdir. Bu barədə həmin vaxt Təqsirləndirilən şəxsla bir qədər söhbət etmişlər və evdə əri Söhbət Kərimov, habelə oğlu Şahid1 ilə məsləhətləşdikdən sonra ona konkret bir söz deyəcəyini bildirərək əlaqə saxlamaq üçün qarşılıqlı olaraq mobil telefon nömrələrini qeyd edib götürmüşlər. Evdə bu barədə məsləhətləşikdən sonra oğlu Sahil Kərimliyə sosial müavinət təyin etdirmək üçün Təqsirləndirilən şəxs 13000 (on üç min) manat pul verməyə razılaşmışlar. Növbəti gün Təqsirləndirilən şəxs ***-***-**-** mobil telefon nömrəsinə zəng edərək onunla Nərimanov rayonu, Hacı Məmmədov küçəsi, 9 ünvanında yerləşən Nərimanov rayon Polis İdarəsinin inzibati binasının qarşısında görüşmüşlər. Söhbət zamanı Təqsirləndirilən şəxs 13000 (on üç min) manat pulun çox olduğunu, həmin məbləği dərhal yox, bir neçə ay müddətində verə biləcəyini demişdir. Təqsirləndirilən şəxs 13000 (on üç min) manat pulu tam aldıqdan sonra bir ay müddətinə oğlu Şahid1 İİ qrup əlil kimi sosial müavinət düzəldəcəyini ona vəd etmişdir. Təqsirləndirilən şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işlədiyini bildirməsi və inamlı danışması ona olan etibarını artırmışdır. Beləcə, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs ümumilikdə 13000 (on üç min) manat pul vermişdir. Sonuncu 700 manat pulu oğlu Şahid1 xx.xx.2024cü il tarixdə birgə yaşadıqları Bakı şəhəri, Nərimanov rayonu Akademik X21 küçəsi 27, ev 67 ünvanında olarkən öz istifadəsində olan «LeoBank» kartından mobil tətbiq vasitəsilə Təqsirləndirilən şəxs verdiyi kart hesabına köçrmüşdür. Sonuncu məbləği verdikdən sonra Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixədək oğlu Şahid1 İİ qrup əlil kimi sosial müavinət təyin etdirəcəyinə dair vəd versə də, vədinə əməl etməmiş və onları aldatmışdır. Təqsirləndirilən şəxs vermiş olduğu ümumilikdə 13000 (on üç min) manat məbləğində pul vəsaitini uzun müddət ərzində öz əmək haqqı hesabına toplayıb yığmışdır. Təqsirləndirilən şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yüksək vəzifədə işlədiyini bildirsə də, konkret hansı vəzifədə işlədiyini deməmiş və bu barədə ona hər hansı sənəd və ya vəsiqə təqdim etməmişdir. Məhkəmə istintaqının sonunda Kərimova X15 Məhərrəmovun ona vurulmuş ziyanı tam şəkildə ödədiyini, onunla barışdığını, heç bir şikayət və tələbinin olmadığını bildirirərək, onun barəsində icraata xitam verilməsini xahiş etmişdir. Bununla bağlı ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, X21 küçəsi 27, ev 67-də qeydiyyatda olmaqla anası Zərərçəkmiş şəxs və digər ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. Anası Zərərçəkmiş şəxs 2013-cü ildən Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən 5 saylı X8 Yardım Stansiyasında sanitar vəzifəsində işləyir, həmçinin axşamlar Nərimanov RPİ-nin Pasport və Qeydiyyat şöbəsində işləyən xadimə tanışlarına kömək məqsədilə orada təmizlik işləri ilə məşğul olur. 01 iyun 2017-ci il tarixdə Müdafiə Nazirliyinin Gəncə şəhərində yerləşən N nömrəli hərbi hissəsində həqiqi hərbi xidmətdə olarkən ehtiyatsızlıqdan hərbi hissənin inzibati binasının 2-ci mərtəbəsindən yerə yıxılaraq bel və bədəninin digər nahiyələrindən xəsarət almışdır. Aldığı xəsarətlər səbəbindən hərbi xidmətdən vaxtından əvvəl tərxis olunmuşdur. Hadisə nəticəsində onurğa sümüyü zədələndiyi üçün müalicə dövründə bel nahiyəsinə mil yerləşdirilmişdir. Müalicəsini başa vurduqdan sonra ona verilən hərbi biletdə müharibə və sülh dövründə xidmətə yararsız olduğuna dair qeydiyyat aparılmışdır. Aldığı xəsarətlər səbəbindən iş qabiliyyətini itirdiyinə görə sosial müavinət ala bilmək üçün anası Zərərçəkmiş şəxs hazıradək müxtəlif idarə və təşkilatlara, həmçinin müxtəlif şəxslərə müraciət etsə də, heç bir müsbət nəticə əldə olunmamışdır. Təqsirləndirilən şəxs 2023-cü ilin aprel ayından etibarən tanıyır, onunla qohumluğu yoxdur, əvvəllər aralarında ədavət və ziddiyyət olmamışdır. Təqsirləndirilən şəxs 2023-cü ilin aprel ayının əvvəllərində ünvan 3 ünvanında yerləşən Nərimanov rayon Polis İdarəsinin inzibati binasının qarşısında anası Zərərçəkmiş şəxs yaxınlaşaraq özünü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı kimi təqdim etməklə xəstəliyi ilə bağlı ona 13000 (on üç min) manat müqabilində İİ qrup əlil kimi sosial müavinət təyin etdirəcəyini vəd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin vaxt Nərimanov RPİ-nin qarşısında təsadüfən anası Zərərçəkmiş şəxs mobil telefonla onun xəstəliyi və əlillik təyinatı barədə danışdığını eşitmiş və bundan istifadə edərək anasına yaxınlaşıb özünü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı kimi təqdim etməklə onun inamını qazanmışdır. Elə həmin gün anası Zərərçəkmiş şəxs evdə bu barədə onunla və atası Söhbətlə danışmış, ümumi razılığa gəldikdən sonra ona İİ qrup əlil kimi sosial müavinət təyin etdirmək üçün Təqsirləndirilən şəxs 13000 (on üç min) manat pul verməyi qərara almışlar. Bu məqsədlə anası Zərərçəkmiş şəxs növbəti gün Təqsirləndirilən şəxsla Nərimanov RPİ-nin inzibati binasının qarşısında görüşüb danışdıqdan sonra Rüstəmin tələb olunan 13000 (on üç min) manatı bir neçə ay müddətində hissə-hissə almağa razılaşdığını və 13000 (on üç min) manat pulu tam aldıqdan sonra bir ay müddətinə onun üçün İİ qrup əlil kimi sosial müavinət düzəldəcəyini vəd etdiyini demişdir. Bu minvalla anası Zərərçəkmiş şəxs 21 aprel 2023-cü il tarixdən 10 may 2024-cü il tarixədək Təqsirləndirilən şəxs ümumilikdə 13000 (on üç min) mant pul vermişdir. Sonuncu 700 (yeddi yüz) manat məbləğində pulu anasının xahişi ilə o, 10 may 2024- cü il tarixdə birgə yaşadıqları Bakı şəhəri, Nərimanov rayonu, Akademik X21 küçəsi 27, ev 67 ünvanında olarkən özünə məxsus «LeoBank» kartından mobil tətbiq vasitəsilə Təqsirləndirilən şəxs söylədiyi Nurlanə Xancanovaya məxsus kart hesabına köçrmüşdür. Sonuncu məbləği verdikdən sonra Təqsirləndirilən şəxs 10 iyun 2024-cü il tarixdək onun üçün İİ qrup əlil kimi sosial müavinət təyin etdirəcəyini vəd etsə də, onları aldatmışdır. Sonradan anası Zərərçəkmiş şəxs dəfələrlə tələb etdikdən sonra Rüstəm onlara cəmi 3500 (üç min beş yüz) manat pul qaytarmışdır. Həmin məbləğin 2000 (iki min) manatını Rüstəm onun qaynatası Səfərə vermiş, Səfər də həmin pulu anası Zərərçəkmiş şəxs çatdırmışdır. 1500 (bir min beş yüz) manatı isə Rüstəm hiss-hissə olmaqla anası Zərərçəkmiş şəxs bank kartına köçürmüşdür. Hazırda Rüstəmin onlara 5950 (beş min doqquz yüz əlli manat) manat verəcəyi vardır. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid2 oğlunun məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Ağcabədi rayonu, Sarıcalı kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Neapol küçəsi, ev 11, mənzil 81-də yaşayır. Şahid1 onun övladı X9 ilə 2023-cü ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Şahid1 2017-ci ildə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində həqiqi hərbi xidmətdə olarkən ehtiyatsızlıqdan hərbi hissənin inzibati binasının 2-ci mərtəbəsindən yerə yıxılaraq müxtəlif nahiyələrindən xəsarət almış və bununla əlaqədar hərbi xidmətdən vaxtından əvvəl tərxis olunmuşdur. Hadisə nəticəsində Şahid1 onurğa sümüyü zədələndiyi üçün müalicə dövründə onun bel nahiyəsinə mil yerləşdirilmişdir. Müalicəsini başa vurduqdan sonra Şahid1 verilən hərbi biletdə müharibə və sülh dövründə xidmətə yararsız olmasına dair qeydiyyat aparılmışdır. Aldığı xəsarətlər Şahid1 əmək qabiliyyətiniəhəmiyyətli dərəcədə itirməsinə səbəb olmuşdur. Anası Zərərçəkmiş şəxs Şahid1 sosial müavinət təyin etdirmək üçün hazıradək müxtəlif idarə və təşkilatlara, o cümlədən müxtəlif şəxslərə müraciət etsə də, heç bir müsbət nəticə əldə olunmamışdır. Təqsirləndirilən şəxs 2023-cü ilin aprel ayından etibarən tanıyır, onunla qohumluğu yoxdur, əvvəllər aralarında ədavət və ziddiyyət olmamışdır. Təqsirləndirilən şəxs 2023-cü ilin aprel ayının əvvəllərində ünvan 3 ünvanında yerləşən Nərimanov rayon Polis İdarəsinin inzibati binasının qarşısında Sahibin anası Zərərçəkmiş şəxs yaxınlaşaraq özünü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı kimi təqdim etməklə Sahibin xəstəliyi ilə bağlı ona 13000 (on üç min) manat müqabilində İİ qrup əlil kimi sosial müavinət təyin etdirəcəyini vəd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin vaxt Nərimanov RPİ-nin qarşısında təsadüfən Zərərçəkmiş şəxs Sahiblə sonuncunun xəstəliyi və əlillik təyinatı barədə danışdığını eşitmiş və bundan istifadə edərək Zərərçəkmiş şəxs yaxınlaşıb özünü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı kimi təqdim etməklə onun inamını qazanmışdır. Elə həmin gün Zərərçəkmiş şəxs evdə bu barədə əri Söhbət və Sahiblə danışıb razılaşdıqdan sonra sonuncuya İİ qrup əlil kimi sosial müavinət təyin etdirmək üçün Təqsirləndirilən şəxs 13000 (on üç min) manat pul verməyə razılaşmışdır. Zərərçəkmiş şəxs ona deməsinə görə həmin ərəfələrdə Təqsirləndirilən şəxsla Nərimanov RPİ-nin inzibati binasının qarşısında görüşüb danışdıqdan sonra Rüstəm tələb etdiyi 13000 (on üç min) manatı bir neçə ay müddətində hissə-hissə almağa razılaşmış və 13000 (on üç min) manat pulu tam aldıqdan sonra bir ay müddətinə Sahibə İİ qrup əlil kimi sosial müavinət düzəldəcəyini vəd etmişdir. 21 aprel 2023-cü il tarixdən 10 may 2024-cü il tarixədək Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ümumilikdə 13000 (on üç min) mant pul vermişdir. Sonuncu dəfə 10 may 2024-cü il tarixdə Sahib yaşadıqları Bakı şəhəri, Nərimanov rayonu, Akademik X21 küçəsi 27, ev 67 ünvanında olarkən özünə məxsus «LeoBank» kartından mobil tətbiq vasitəsilə Təqsirləndirilən şəxs dediyi kart hesabına 700 (yeddi yüz) manat məbləğində pul köçürmüşdür. Həmin məbləği aldıqdan sonra Rüstəm 10 iyun 2024-cü il tarixdək Sahibə İİ qrup əlil kimi sosial müavinət təyin etdirəcəyini vəd etsə də, Zərərçəkmiş şəxsm və Sahibi aldatmış, vədinə əməl etməmişdir. Sonradan Zərərçəkmiş şəxs dəfələrlə tələb etdikdən sonra Rüstəm cəmi 3500 (üç min beş yüz) manat pul qaytarmışdır. Həmin məbləğin təxminən 2000 (iki min) manatını Rüstəm bir neçə ay müddətində bank vasitəsilə ilə ona məxsus 4169 7388 8397 0190 nömrəli "xxxx" ASC-tərəfindən verilmiş karta, 1500 (bir min beş yüz) manatını isə Zərərçəkmiş şəxs bank kartına köçürmüşdür. O, Rüstəmin köçürdüyü 2000 (iki min) manatı bankomatdan çıxarıb Zərərçəkmiş şəxs özünə təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şahid ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkildən görünür ki, Şahid1 ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş,Şahid1 10 may 2024-cü il tarixdə saat 11:30-da Bakı şəhəri, Nərimanov rayonu, Akademik X21 küçəsi 27, ev 67 ünvanında «LeoBank» mobil tətbiqi vasitəsilə X2 məxsus **** **** 5036 9887 nömrəli bank kartına bağlı olan hesaba 700 (yeddi yüz) manat məbləğində pul vəsaiti köçürdüyü hadisə yerini əyani olaraq göstərməklə həmin xüsusatı ifadəsində göstərilənlərə uyğun olaraq təsvir etmiş, xx.xx.2025-ci il tarixli protokolla ifadənin yerində yoxlanılması istintaq hərəkəti rəsmiləşdirilərək, onun şahid qismində istintaqa vermiş olduğu ifadəsinin düzgünlüyü müəyyən edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Sabirabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2021 -ci il tarixli qərarı ilə barəsində «8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021 -ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 06 (altı) ay azaldılaraq cəzasını çəkmiş hesab edilmişdir. xx.xx.2025-ci il tarixli “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirnin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Üzləşdirmə istintaq hərəkəti protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, ifadəsində Zərərçəkmiş şəxs ifadəsində göstərilən xüsusatları tam təsdiq edərək, Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Sabirabad Rayon Məhkəməsinin 1(056)-22/2021 nömrəli, 28.iyul 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanması və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-333/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməsi qərara alınmışdır “Axtarışda olan şəxsin tutulmasına dair” 26 noyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixində, saat 15:00-da saxlanılaraq Nərimanov RPİ-nin MSY-yə təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nərimanov Rayon Polis İdarəsindən məhkəməyə daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Nərimanov RPİ-nin əməkdaşları tərəfindən tutularaq Nərimanov RPİ-nin MSY-nə təhvil verilmişdir. Hal-hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılır. "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2026-cı il tarixli məktubdan görünür "xxxx" ASC –yə məxsus **50369887 nömrəli və **85882973 nömrəli kartlar üzrə 21.042023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək həyata keçirilmiş əməliyyatlar barədə məlumatlar disk daşıyıcıda məhkəməyə təqdim edilmişdir. “Respublika Narkoloji Mərkəz” PHŞ dən daxil olmuş məktubdan görünür ki Təqsirləndirilən şəxs Respublika Narkoloji Mərkəz-də qeydiyyatda olmamışdır. “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-dən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs sözügedən xəstəxanada müalicədə olmayıb. “Sabirabad Rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs sözügedən xəstəxanada müalicədə olmayıb. İş materiallarının 6-cı səhifəsində olan qəbzdən görünür ki, xx.xx.2023-cü il tarixdə “Milli Ön” vasitəsilə “GU...AB...AL ..Qİ” adlı şəxsin hesabına 2000 manat ödənilmişdir. İş materiallarının 7-ci səhifəsində olan qəbzdən görünür ki, xx.xx.2023-cü il tarixdə “Milli Ön” vasitəsilə “GU...AB...AL ..Qİ” adlı şəxsin hesabına 500 manat ödənilmişdir. İş materiallarının 8-ci səhifəsində olan qəbzdən görünür ki, xx.xx.2023-cü il tarixdə “eManat” vasitəsilə “MR Maharramov Rustam” adlı şəxsin hesabına 600 manat ödənilmişdir. İş materiallarının 9-cu səhifəsində olan qəbzdən görünür ki, xx.xx.2023-cü il tarixdə “eManat” vasitəsilə “MR Maharramov Rustam” adlı şəxsin hesabına 300 manat ödənilmişdir. İş materiallarının 10-cu səhifəsində olan qəbzdən görünür ki, xx.xx.2023-cü il tarixdə “eManat” vasitəsilə “MR Maharramov Rustam” adlı şəxsin hesabına 1500 manat ödənilmişdir. İş materiallarının 11-ci səhifəsində olan qəbzdən görünür ki, xx.xx.2024-cü il tarixdə “eManat” vasitəsilə “X10” adlı şəxsin hesabına 500 manat ödənilmişdir. İş materiallarının 12-ci səhifəsində olan qəbzdən görünür ki, xx.xx.2024-cü il tarixdə “eManat” vasitəsilə “X5” adlı şəxsin hesabına 440 manat ödənilmişdir İş materiallarının 13-cü səhifəsində olan qəbzdən görünür ki, xx.xx.2024-cü il tarixdə “mpay” vasitəsilə “X5” adlı şəxsin hesabına 200 manat ödənilmişdir. İş materiallarının 14-cü səhifəsində olan köçürmənin telefon çıxarışından görünür ki, xx.xx.2024-cü il tarixdə Nurlanə N adlı şəxsin hesabından 102 manat köçürülmüşdür. İş materiallarının 15-ci səhifəsində olan qəbzdən görünür ki, xx.xx.2024-cü il tarixdə “eManat” vasitəsilə “X5” adlı şəxsin hesabına 300 manat ödənilmişdir. İş materiallarının 16-cı səhifəsində olan köçürmənin telefon çıxarışından görünür ki, xx.xx.2024-cü il tarixdə Nurlanə N adlı şəxsin hesabından 1000 manat köçürülmüşdür. İş materiallarının 17-ci səhifəsində olan köçürmənin telefon çıxarışından görünür ki, xx.xx.2024-cü il tarixdə Kəmalə İ adlı şəxsin hesabında 300 manat mövcuddur. İş materiallarının 18-ci səhifəsində olan qəbzdən görünür ki, xx.xx.2024-cü il tarixdə “eManat” vasitəsilə “X.. N.. M ” adlı şəxsin hesabına 200 manat ödənilmişdir İş materiallarının 19-cu səhifəsində olan qəbzdən görünür ki, xx.xx.2024-cü il tarixdə “eManat” vasitəsilə “Şahid1” adlı şəxsin hesabına 300 manat ödənilmişdir. İş materiallarının 20-ci səhifəsində olan qəbzdən görünür ki, xx.xx.2024-cü il tarixdə “m10” vasitəsilə “MR Maharramov Rustam” adlı şəxsin hesabına 2480 manat ödənilmişdir. İş materiallarının 5-ci, səhifəsində olan qəbzdə yazılar pozulduğu üçün oxuna bilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 28 dekabr 2024-cü il tarixli 3-21-3-02/2-15533/2024 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs adına Sabirabad rayonu, Həşimxanlı kəndindəki fərdi yaşayış evinin yerləşdiyi ümumi birgə mülkiyyət hüququ üzrə 0,42962 ha torpaq sahəsi qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş ərizələrdən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın ödənilməsini bildirərək, iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmiş, Təqsirləndirilən şəxs isə özünü təqsirli bilərək, barəsində amnistiya tətbiq edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi: Maddə 18.1 (Cinayətlərin residivi və onların növləri) Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Maddə 81. amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. 81.2. Cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Maddə 178.2.4-cü maddəsinə əsasən Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi: Maddə 24 (Təqsirsizlik prezumpsiyası): Cinayətin törədilməsində təqsiri bu Məcəllə ilə müəyyən edilmiş qaydada sübuta yetirilməyən və barəsində qanuni qüvvəyə minmiş məhkəmənin ittiham hökmü olmayan hər bir şəxs təqsirsiz hesab edilir. Maddə 25 (Sübutetmə vəzifəsi): İttihamın sübuta yetirilməsi vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Maddə 39. Cinayət təqibini istisna edən hallar siyahısında 39.1.12. amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda da nəzərdə tutulmuşdur. 43.3. Məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir. Maddə 125 (Sübutların mümkünlüyü): Bu Məcəllənin tələblərinə riayət etməklə əldə edilmiş faktiki məlumatlar sübut kimi qəbul edilə bilər. Bu Məcəllənin tələbləri pozulmaqla əldə edilmiş sübutların hüquqi qüvvəsi yoxdur, onlar ittihamın əsasını təşkil edə bilməz, habelə cinayət təqibi üzrə qərar qəbul edilərkən nəzərə alına bilməz. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1 -ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui- istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının: 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 1.16-cı bəndində öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər nəzərdə tutulmuşdur. 6 və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur. Məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq, iş üzrə toplanmış və məhkəmə baxışı zamanı hərtərəfli, tam və obyektiv tədqiq edilmiş sübutları öz daxili inamı, qanun və vicdanını rəhbər tutaraq məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onların bu əməlin törədilməsində təqsirliliyi tam və birmənalı şəkildə öz təsdiqini tapmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadələrindəki ziddiyyətlər məhkəmə tərəfindən diqqətlə araşdırılmışdır. Onun ibtidai istintaqda ittihamla özünü tam təqsirli bilərək X4 13000 manat alaraq onun övladı Şahid1 pensiya düzəldəcəyini bildirməsi, lakin məhkəmə iclasında həmin ifadənin özünün vermədiyini və ittihamda qeyd edilən məbləğlə razılaşmaması, həmin məbləğin 12000 manat olması iddiası işdə olan digər obyektiv sübutlarla təkzib olunur. Belə ki, iş materiallarına əlavə edilmiş oxunması mümkün olan ödəniş qəbzlərindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs tək qəbzlər vasitəsilə 11222 manatdan artıq ödəniş ödəməsi təsdiq olunmuş, həmçinin məhkəmə iclasında Təqsirləndirilən şəxs 1500 manat pulun nağd şəkildə almasını etiraf etmişdir. Oxunmayan qəbzlər isə 2 ədəd təşkil etməklə, oxunması mümkün olanlarla birlikdə 12722 manat ödənişin köçürülməsi təsdiqini tapmışdır. Qeyd olunanları nəzərə alaraq, məhkəmə X3 mövqeyini özünü müdafiə xarakterli kimi qiymətləndirir və rədd edir. Qeyd etmək lazımdır ki, məhkəmənin sonuncu iclasında Təqsirləndirilən şəxs elan edilmiş ittihamla özünü tam təqsirli bilərək əməlindən peşman olduğunu və barəsində amnistiya aktının tətbiq edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndinə uyğun olaraq, məhkəmə təqsirləndirilən şəxsin ifadələrindəki ziddiyyətləri araşdırarkən onun ibtidai istintaqda verdiyi və işdəki digər obyektiv sübutlarla (hadisə yerinin baxışı protokolu, videoçəkiliş, şahid ifadələri, ekspert rəyi) uzlaşan etirafedici ifadəsini daha mötəbər hesab edir. Təqsirləndirilən şəxsin məhkəmədəki ilkin ifadəsinin özünümüdafiə məqsədi daşıdığı qənaətinə gəlinir. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, cinayətin obyektiv cəhəti, yəni cinayət qanunu ilə qorunan ictimai münasibətlərə qəsd edən konkret hərəkət, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs etibarından sui-istifadə etmə və onu aldatma yolu ilə, onun övladıŞahid1 pensiya düzəldəcəyinə dair yalan vəd verərək, ondan hissə-hissə olmaqla cəmi 13.000 manat məbləğində pul vəsaitini ələ keçirməsində ifadə olunur. Həmin məbləğ Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin "Qeyd" hissəsinin 2-ci bəndinə əsasən xeyli miqdar təşkil edir. Cinayətin törədilməsi faktı, yeri, vaxtı və üsulu zərərçəkmiş şəxsin ibtidai istintaqa verdiyi ətraflı ifadəsi, şahid ifadəsi, hadisə yerinə baxış protokolu və təqsirləndirilən şəxsin məhkəmədəki qismən etirafı ilə təsdiqlənir. Cinayətin subyektiv cəhəti, yəni təqsirkarın törətdiyi əmələ psixi münasibəti birbaşa qəsdlə və tamah niyyəti ilə xarakterizə olunur. İşin hallarından, xüsusilə də Zərərçəkmiş şəxs verilən vədin yerinə yetirilməməsi və pulun qaytarılmasından uzun müddət yayınmasından görünür ki, Təqsirləndirilən şəxs niyyəti əvvəldən zərərçəkmişin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirməyə yönəlmişdir. Bu, "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının tələblərinə tam uyğundur. Odur ki, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə ərizə təqdim Təqsirləndirilən şəxs özünü CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bildiyini və barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının tətbiq edilməsini xahiş etmişlər. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirib, təqsirləndirilən şəxsin ərizəsini nəzərə alıb hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı Təqsirləndirilən şəxs barəsində tətbiq edilməli və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının: 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 1.16-cı bəndində öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər nəzərdə tutulmuşdur. 6 və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Belə ki, ziyan tam şəkildə ödənilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməli az ağır cinayətdir və himayəsində 1 yetkinlik yaşına çatmayan uşağı olduğundan yuxarıda qeyd edilən amnistiya qərarının 1.16-ci bəndi onun barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir və həmin qərarın 6 və 7-ci bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlər Təqsirləndirilən şəxs əməlinə şamil olunmur. Residiv məsələsinə münasibətdə isə məhkəmə hazırki vaxtda təqsirləndirilən şəxsin əməllərində cinayətlərin residivi olmaması qənaətindədir. Belə ki, iş materiallarından görünür ki, təqsirləndirilən şəxs Sabirabad Rayon Məhkəməsinin hökmü ilə təyin edilmiş cəzanı xx.xx.2021-ci il tarixli qərarla çəkmiş hesab edilmiş, məhkumluğun ödənilmə müddəti həmin tarixdən hesablanmaqla xx.xx.2023-cü il tarixdə başa çatmışdır. Davam edən cinayətin sonuncu epizodu isə xx.xx.2024-cü il tarixdə icra edilmişdir. Məhkəmə hesab edir ki, vahid niyyətlə əhatə olunan davam edən cinayət üzrə son əməl həmin tarixdə icra edildiyindən cinayət də həmin tarixdə başa çatmış hesab edilməlidir. Belə olan halda məhkumluq həmin tarixdə artıq ödənilmiş hesab olunmalıdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenum qərarında formalaşdırılan hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.2.2-ci maddəsinin mənasına görə, davam edən cinayətin birinci epizodunun şəxs tərəfindən başqa cinayət üzrə hökm çıxarılmazdan əvvəl törədildiyi və həmin hökm qanuni qüvvəyə mindikdən sonra davam edərək başa çatdırıldığı halda, cinayət hökm qanuni qüvvəyə mindikdən sonra törədilmiş hesab edilməli və cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə müvafiq olaraq hökmlərin məcmusu üzrə təyin olunmalıdır. Konstitusiya Məhkəməsinin qərarlarının nəticə hissəsi kimi, ümumi mövqeyi də məhkəmələr üçün məcburi olduğundan, məhkəmə hesab edir ki, cinayət 2024-cü il tarixdə başa çatmış və məhkumluq həmin tarixdə ödənildiyindən residiv müəyyən olunmamışdır. Lakin, məhkəmə hər bir halda amnistiya aktında sadə residivlər ilə bağlı da hər hansı məhdudiyyətinin olmadığını qeyd edir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 1.16-cı bəndinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və dərhal məhkəmə iclas zalından azad edilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış halların icrası üçün əsasların olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur və iş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə həmçinin vəkil tərəfindən göstərilmiş hüquqi yardımı nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə edən “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 95 iş saatına görə 1045 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “De Fendo” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 43, 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı tətbiq edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və cinayət iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Cinayət işi üzrə maddi sübut, xüsusi müsadirə edilməsi təklif edilən əmlak və məhkəmə məsrəflərinin olmaması nəzərə alınsın. “De Fendo” saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 95 iş saatına görə 1045 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “De Fendo” Vəkil Bürosunun hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir Hakim: Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar