Məhkəmə qərarları › İş №1(005)-334/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-334/2025

19.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-334/2025 19.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Müdafiəçi – “De fendo” Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1971-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə təqsirli bilinib 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 04 ay 20 gün müddətinə şərti olaraq vaxtından əvvəl cəzadan azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, təmiz çəkisi 0,633 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla 31 mart 2025-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, H.Məmmədov küçəsi 10 ünvanının qarşısına daşımış, 31 mart 2025-ci il tarixdə saat 20:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, H.Məmmədov küçəsi 10 ünvanının qarşısında Nərimanov RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb üzəri yoxlanılarkən əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindəki 01 ədəd şəffaf sellofan bükümdə xeyli miqdarda, təmiz çəkisi 0,633 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsini ona polis əməkdaşları elə deməsini bildirmişdir. Qeyd etmişdir ki, 31 mart 2025-ci il tarixdə saat 16 radələrində evdən çıxmış və saat 17:30 radələrində Nərimanov ərazisinə çataraq, polis şöbəsinin yaxınlığında dayanıb gözləmişdir. Bu zaman Rəşad adlı polis əməkdaşı və digər polis əməkdaşları ona yaxınlaşmış və üzərini yoxlamışlar. Lakin, üzərində heç nə çıxmadığından 1-2 dəfə şillə vurub şöbəyə aparmışlar. Şöbədə ona narkotik vasitə təqdim etmişlər və üzərinə götürməsini bildirmişlər. Lakin, bununla razı olmamışdır. Lakin, sonradan yarım qram ilə razılaşmış və külli miqdar olmamasını xahiş etmişdir. Lakin, həmin maddələr ona məxsus olmamışdır. Daha sonra çəkiliş aparılmış və həmin maddələrin özünə məxsus olduğunu etiraf etmişdir. Qeyd etmişdir ki, həmin günü saat 17-18 radələri olmuş və həmin günü məhkum yoldaşı Rəşad ilə görüşüb çay içəcəkmiş. Rəşadın özü də narkotik vasitələrin dövriyyəsinə görə məhkumluğu olmuşdur. Lakin, onun narkotik satdığını sonradan bilmişdir. Özü Xırdalanda yaşasa da, Nərimanovda Nərimanov parkında görüş yeri təyin etmişlər. Bildiyi qədər Rəşad adlı şəxs artıq 2 aydır ki, oğurluğa görə tutulmuşdur. Rəşad adlı polis əməkdaşı gələrkən həmin polislər 4 nəfər olmuşlar və şöbədə Rəşad adlı polis ona 2-3 şillə vurmuşdur. Hazırda heç bir xəsarəti yoxdur və ibtidai istintaq zamanı bununla bağlı heç bir dövlət orqanına və prokurorluğa müraciət etməmişdir. Əvvəllər marixuana istifadə etsə də, digər maddələrdən istifadə etməmişdir. Qanında 2-3 növ narkotik vasitə istifadəsi aşkar edilməsi ilə bağlı verilmiş suala, sonuncu dəfə 5-6 ay əvvəl narkotik vasitə istifadə etdiyini, marixuanadan başqa digər narkotik vasitə istifadə etmədiyini bildirmişdir. İfadələrində ziddiyyətlər olduğundan Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi məhkəmə iclasında tədqiq edilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamla özünü tam təqsirli bilərək qeyd etmişdir ki, tutulduğu zaman təxminən 3 aydır ki, narkotik vasitə və psixotrop maddədən istifadə edirmiş. xx.xx.2025-ci il tarixdə saat təxminən 20-30 radələrində Nərimanov rayonu ərazisində parkın yaxınlığında olan zaman polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim etmişlər və üzərində narkotik vasitə olması ilə bağlı əsaslı şübhələri olmasını bildirərək üzərini yoxlamaq istəmişlər. O isə etiraz etməmişdir. Həmin vaxt üzərində həmin gün bir qədər öncə Nərimanov parkı yaxınlığında yerdən tapdığı psixotrop maddə olan metamfetamin olmuşdur. Üzərinə baxış keçirilən zaman o əynində olan tünd göy rəngli şalvarının sağ cibindən öz istifadəsi üçün saxladığı şəffaf sellofana bükdüyü həmin psixotrop maddə "patını" yəni metamfetamini, gödəkçəsinin iç cibində olan mobil telefonunu və yaşadığı binanın giriş qapısının mikrosxemini təqdim etmişdir. Təqdim etdiyi psixotrop maddə metamfetamin qablaşdırılmaqla götürülmüşdür. Daha sonra isə onu polis əməkdaşları Nərimanov rayon polis idarəsinə aparmışlar. Polis idarəsində ona hüquqlarının müdafiəsi üçün müdafiəçi təqdim edilmişdir. Bundan sonra müdafiəçisinin və polis iştirakçılarının iştirakları ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərindən hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin qablaşdırıldığı 1 ədəd zərfə baxış keçirilən zaman orada 01 ədəd şəffaf sellofan bükümdə psixotrop maddə aşkar edilmişdir. Ondan həmin maddənin nə olması soruşulan zaman həmin maddənin "patı" olduğunu və Nərimanov parkı yaxınlığından yerdən tapdığını demişdir. Bundan sonra həmin zərf yenidən müvafiq qaydada qablaşdırılmaqla möhürlənmişdir. Qeyd etmişdir ki, polis əməkdaşları tərəfindən Nərimanov RPİ-nə gətirilərkən, eyni zamanda polis idarəsində olduğu müddətdə ona qarşı hər hansı bir qanunsuz hərəkətlər, eyni zamanda fiziki və ya psixoloji hərəkətlər olmamışdır. O həmin narkotik vasitəni öz istifadəsi üçün üzərində saxlamış və satmaq məqsədi olmamışdır.. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nərimanov Rayon Polis İdarəsinin NMB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 31 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddələri əldə edib Nərimanov rayonu ərazisində üzərində saxlamaqla daşıması barədə məlumat daxil olmuş, şöbənin rəhbərliyinə raportla məruzə edilərək Təqsirləndirilən şəxs ifşa olunması məqsədilə o və şöbənin NMB üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. 31 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayonu, H.Məmmədov küçəsində olmasını müəyyən etmişlər və saat 20:30radələrində Təqsirləndirilən şəxs H.Məmmədov küçəsi 10 saylı ünvanın qarşısında yaxınlaşıb özlərini təqdim edərək, qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, daşımaqda, üzərində saxlamaqda və istifadə etməkdə şübhəli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş narkotik maddə olub olmaması soruşulan zaman Təqsirləndirilən şəxs olmasını bildirərək əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən şəffaf rəngli sellofan bükümünü çıxararaq təqdim etmişdir. Həmin bükümün içərisinə baxılan zaman orada ağ kristal şəkilli maddənin olması müşahidə edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin "metamfetamin" olduğunu, şəxsi istifadəsi üçün üzərində saxladığını və yerdən tapdığını bildirmişdir. Həmin bir ədəd büküm tərəflərindən bir ədəd zərfdə qablaşdırılmış və zərfin üzəri möhürlənmişdir. Təqsirləndirilən şəxs üzəri yoxlanılan zaman başqa qanunsuz əşya aşkar edilməmişdir. Üzərindən bir ədəd şəxsiyyət vəsiqəsi, bir ədəd sadə mobil telefon və bina qapı açarı aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs ilə birlikdə polis şöbəsinin inzibati binasına gəlmişlər. Orada Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün müdafiəçi təqdim edilmiş və aşkar edilmiş predmetlər təhqiqatçıya təqdim edilmişdir. Təhqiqatçı tərəfindən videoçəkilişlə müdafiəçinin, Təqsirləndirilən şəxs o və digər polis əməkdaşlarının iştirakları ilə zərfə baxılmış, Təqsirləndirilən şəxs müvafiq suala cavab olaraq yenidən həmin maddənin özünə məxsus olduğunu, yerdən tapdığını, şəxsi istifadəsi üçün gəzdirdiyini, satış niyyətinin olmadığını bildirmişdir. Həmin maddə yenidən təhqiqatçı tərəfindən qablaşdırılmaqla götürülmüşdür. Bir ədəd bina açarı Təqsirləndirilən şəxs özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs şifahi olaraq heç bir şəxsə narkotik vasitə və ya psixotrop maddə satmadığını bildirmişdir. Məhkəmənin suallarına cavab olaraq, Təqsirləndirilən şəxs göstərdiklərinin yalan olduğunu, onun barəsində mötəbər mənbədən əməliyyat məlumatı daxil olduğunu, üzərində aşkar edilmiş maddənin ona məxsus olduğunu, nə Rəşadın, nə də ki özünün ona narkotik vasitə təqdim etmədiyini, ona qarşı zorakılıq etmədiyini, bunun məsuliyyətdən yayınma cəhdi olduğunu, o cümlədən hadisə yerinin Nərimanov RPİ-nin yanı olduğunu qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermiş, hazırda X7 işləmədiyini, İmamverdinin Nərimanov RPİ-nin yanında saxladıqlarını və orada özünün könüllü şəkildə həmin bükümü təqdim etdiyini, ona zorakılıq etmədiyini, hədə-qorxu gəlmədiyini, psixotrop maddə təqdim etmədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 31 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərinin yoxlanması barədə Nərimanov RPİnin NMB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən tərtib edilmiş 31 mart 2025-ci il tarixli protokoldan və məhkəmə iclasında tədqiq edilmiş videogörüntüdən görünür ki, Nərimanov RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ünvan 3 ünvanın qarşısında özünü vе videoçəkilişi edən Nərimanov RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 təqdim edir. Əməliyyat müvəkkili Təqsirləndirilən şəxs özünü təqdim etməsini bildirir. Sonuncu özünü təqdim edir. Əməliyyat müvəkkilinin üzərinizə baxış keçirmək istəyirik deməsi zamanı Təqsirləndirilən şəxs etiraz etmir, O əynində olan göy rəngli cins şalvarım sağ yan eibindən bir ədəd bükümü çıxararaq təqdim edir, O həmin bükümdə psixotrop maddə olan "metamfetamin" olmasını bildirir. Həmin maddəni özünün istifadə etdiyini, satmadığını bildirir. O həmin bükümü əməliyyat müvəkkilinə təqdim edir. Büküm açılan zaman içərisində ağ rəngli maddə olması müşahidə edilir. Həmin büküm əməliyyat müvəkkili tərəfindən bir ədəd zərfin içərisinə qoyulmaqla möhürlənərək qablaşdırılır. Təqsirləndirilən şəxsun üzərindən “Jinga” markalı sadə mobil telefon, bina qapısının açarı və şəxsiyyət vəsiqəsi aşkar edilir. Bundan sonra onun üzəri yoxlanılarkən hər hansı qanunsuz predmet aşkar edilmir. Cinayət işi üzrə Nərimanov RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis kapitanı X2 tərəfindən tərtib edilmiş 31 mart 2025-ci il tarixli protokoldan və məhkəmə iclasında tədqiq edilmiş videogörüntüdən görünür ki, xidməti geyim formasında olan təhqiqatçı özünü təqdim etdikdən sonra, prosesdə iştirak edən şəxsləri təqdim edir. Təhqiqatçı tərəfindən prosesin keçirilməsi elan olunur və prosesdə iştirak edən şəxslər özlərini təqdim edirlər. Təhqiqatçı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərindən aşkar edilən predmetlərə baxılacağını bildirir. Əməliyyat müvəkkili tərəfindən Təqsirləndirilən şəxs üzərinin yoxlanması zamanı aşkar edilmiş şəxsiyyət vəsiqəsi, bir ədəd mobil telefon, bir ədəd bükümün qablaşdırıldığı bir ədəd zərf, bir ədəd bina qapısının açarı masanın üzərinə qoyulur. Təhqiqatçı tərəfindən şəxsin üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən hər hansı predmet aşkar edilmir. Təhqiqatçı tərəfindən bir ədəd zərf açılmaqla içərisinə baxılır. Zərfin içərisindən bir ədəd şəffaf sellofan bükümdə ağ rəngli maddə olması müşahidə edilir. Təqsirləndirilən şəxs həmin maddənin özünə məxsus olmaqla satış niyyəti olmamasını, həmin maddənin narkotik tərkibli olmasını bildirir. Təhqiqatçının müvafiq sualına cavab olaraq həmin maddəni tapmasını istifadəsi üçün gəzdirməsini bildirir. O həmçinin özünün narkotik vasitə istifadə etdiyini bildirir. Təhqiqatçı tərəfindən həmin bir ədəd büküm yenidən 1 ədəd zərfdə qablaşdırılaraq möhürlənməklə götürülür. Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən zərfin tamlığı imzalarla təsdiq edilir. Bir ədəd bina qapısının açarı Təqsirləndirilən şəxs özünə geri qaytarılır. Müdafiəçi X6 tərəfindən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfinden saxlanılan zaman hər hansı fiziki psixi təziqə məruz qalıb qalmaması soruşulan zaman o bunu təkzib edir. O həmçinin bədənində hər hansı xəsarətin olamdığını bildirir. Məhkəmə kimyəvi ekspertizasının 01 aprel 2025-ci il tarixli, 6/1210 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası DİN X9 44" dairəvi möhür əksi olan "vət. Təqsirləndirilən şəxs üzərindən... sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,633 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazirlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri"-in siyahısına daxildir. Məhkəmə-narkoloji ekspertizasının 04 aprel 2025-ci il tarixli, 1877 saylı rəyinin nəticə hisəssindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. 02 aprel 2024-cü il tarixli “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi barədə” qərardan və “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə” qərarlardan görünür ki, Nərimanov rayon prokuroru, ədliyyə müşaviri Hidayət Nurəlibəyov tərəfindən təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə qərar qəbul edilmiş və həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs məxsus üzərindən aşkar edilmiş təmiz çəkisi 0,633 qram olan psixotrop maddə metamfetamin, bir ədəd içərisində şəxsin üzərinin yoxlanması videogörüntüsü olan 01 ədəd disk daşıyıcı və bir ədəd zərfə baxış keçirilməsinin videogörüntüsü olan 01 ədəd disk daşıyıcı xx.xx.2025-ci il tarixli qərarla maddi sübut kimi tanınmışdır. Psixotrop maddə olan metamfetaminin ekspertiza tədqiqatından sonra qalan 0,583 qram qalığı saxlanmasından ötrü Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilmiş və iki ədəd disk daşıyıcı isə iş materiallarına əlavə edilmişdir. Cinayət işinə əlavə edilmiş DİN-in BƏSİİ-dən alınmış tələbnamədən və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsin ilə təqsirli bilinib 09 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə Nizami Rayon Məhkəməsinin qərarına əsasən 04 ay 20 gün vaxtından əvvəl şərti azad olunmuşdur. xx.xx.2025-ci ildə cəza müddəti başa çatmışdır. Məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Qəbzin surətindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona məxsus "Jinga" markalı mobil telefon işlək vəziyyətdə təhvil alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(005)- 334/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. Abşeron RPİ-dən daxil olmuş 27 oktyabr 2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs axtarış tədbirləri nəticəsində xx.xx.2025-ci il tarixdə Abşeron rayonu ərazisində saxlanılaraq, 3 saylı İstintaq Təcridxanasına etap olunması üçün Müvəqqəti Saxlama yerinə təhvil verilmişdir. 3 saylı İstintaq Təcridxanasından daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Nərimanov RPİ əməkdaşları tərəfindən tutularaq xx.xx.2025-ci il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Təqsirləndirilən şəxsin müdafiəsi üçün gətirdiyi dəlillər: Təqsirləndirilən şəxs elan edilmiş ittihamla özünü təqsirli bilməyərək, psixotrop maddə metamfetaminin ona məxsus olmadığını, ümumiyyətlə metamfetamin istifadə etmədiyini, həmin maddənin Rəşad adlı polis əməkdaşı tərəfindən ona təqdim edildiyini və məcbur qalıb etirafedici ifadə verdiyini qeyd etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi: Maddə 8.1 (Ədalət prinsipi): Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Maddə 41.1, 41.2 (Cəza anlayışı və məqsədləri): Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddə 56.1.2 qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Maddə 58.3 (Cəza təyin etmənin ümumi əsasları): Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Maddə 66.5 Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Maddə 68.1. Cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Maddə 69.3 (Həbsdə saxlama müddətinin cəza müddətinə hesablanması): Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Maddə 234.1: Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi: Maddə 24 (Təqsirsizlik prezumpsiyası): Cinayətin törədilməsində təqsiri bu Məcəllə ilə müəyyən edilmiş qaydada sübuta yetirilməyən və barəsində qanuni qüvvəyə minmiş məhkəmənin ittiham hökmü olmayan hər bir şəxs təqsirsiz hesab edilir. Maddə 25 (Sübutetmə vəzifəsi): İttihamın sübuta yetirilməsi vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir. Maddə 125 (Sübutların mümkünlüyü): Bu Məcəllənin tələblərinə riayət etməklə əldə edilmiş faktiki məlumatlar sübut kimi qəbul edilə bilər. Bu Məcəllənin tələbləri pozulmaqla əldə edilmiş sübutların hüquqi qüvvəsi yoxdur, onlar ittihamın əsasını təşkil edə bilməz, habelə cinayət təqibi üzrə qərar qəbul edilərkən nəzərə alına bilməz. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Maddə 143 (Sübutların toplanması): Sübutlar sorğu, üzləşdirmə, istintaq eksperimenti, şəxsi axtarış, əşyaların və sənədlərin götürülməsi, ekspertiza təyin edilməsi və s. bu Məcəllədə nəzərdə tutulmuş digər prosessual hərəkətlər vasitəsilə toplanır. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 28 iyun 2005ci il tarixli Qanunu: metamfetaminin 0,15 qramdan artıq miqdarı xeyli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. "Cəzaçəkmə müəssisələrində cəza çəkən narkoloji xəstə məhkumların məcburi müalicəsinin aparılması Qaydaları" (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 yanvar 2016-cı il tarixli, 17 nömrəli Qərarı ilə təsdiq edilmişdir): Maddə 6.1: Məhkumun cəza çəkdiyi müddətdə onun üzərində aparılmış tibbi xarakterli məcburi tədbirlər barədə məlumat məhkum cəzaçəkmə müəssisəsindən azad edilməmişdən əvvəl müəssisənin müdiriyyəti tərəfindən məhkumun yaşayış yeri üzrə narkoloji tibb xidməti göstərən müəssisəyə göndərilir. Maddə 6.2: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 yanvar tarixli 20 nömrəli qərarı ilə təsdiq edilmiş “İxtisaslaşdırılmış tibb müəssisələrində məcburi müalicənin Şərtləri və Qaydaları”na uyğun olaraq cəzaçəkmə müəssisəsindən azad edilmiş, lakin müalicəsinin davam etdirilməsi zəruri olan şəxslər məcburi müalicəsini Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nəzdində ixtisaslaşdırılmış tibb müəssisələrində davam etdirirlər. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin presedent hüququ: “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Şenk İsveçrəyə qarşı (Schenk v. Switzerland, 12 iyul 1988-ci il, § 45-46): Sübutların qəbul edilməsi və qiymətləndirilməsi ilk növbədə milli məhkəmələrin səlahiyyətindədir. Konvensiyanın 6-cı maddəsi sübutların qəbul edilməsi qaydalarını müəyyən etmir, lakin məhkəmə araşdırmasının ümumilikdə ədalətli olmasını təmin edir. Polis əməkdaşlarının ifadələri, digər sübutlar kimi, milli qanunvericiliyə uyğun əldə edildiyi və müdafiə tərəfinə onlara etiraz etmək və onların etibarlılığını şübhə altına almaq üçün kifayət qədər imkan verildiyi təqdirdə, AİHM tərəfindən qəbul edilən sübut hesab oluna bilər. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq, iş üzrə toplanmış və məhkəmə baxışı zamanı hərtərəfli, tam və obyektiv tədqiq edilmiş sübutları öz daxili inamı, qanun və vicdanını rəhbər tutaraq məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun bu əməlin törədilməsində təqsirliliyi tam və birmənalı şəkildə öz təsdiqini tapmışdır. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirliliyi məsələsini həll edərkən, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipini, habelə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsinin tələblərini rəhbər tutur. Həmin prinsiplərə əsasən, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin ittiham hökmü yoxdursa, təqsirsiz sayılır. CPM-nin 25-ci maddəsinə uyğun olaraq, ittihamın sübuta yetirilməsi vəzifəsi tam həcmdə ittiham tərəfinin üzərinə düşür və təqsirləndirilən şəxs öz təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. İttihamın sübut olunmasında yaranan və bu Məcəllənin müddəalarına uyğun surətdə aradan qaldırılması mümkün olmayan bütün şübhələr (in dubio pro reo) təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Eyni zamanda, məhkəmə sübutların qiymətləndirilməsini CPM-nin 145-ci maddəsinin imperativ tələblərinə uyğun olaraq həyata keçirir. Həmin normaya əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə, toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə görə qiymət verilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş, CPM-nin 125ci maddəsinin tələblərinə cavab verən mümkün sübutlara əsaslanmalıdır. İnsan və vətəndaşların konstitusiya hüquq və azadlıqlarının pozulması ilə, o cümlədən zorakılıq, hədə-qorxu, işgəncə və digər qeyri-insani rəftar yolu ilə əldə edilmiş sübutların hüquqi qüvvəsi yoxdur və onlar ittihamın əsasını təşkil edə bilməz. Məhkəmə öz yekun qərarını formalaşdırarkən qanunu və vicdanını rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam və obyektiv tədqiqinə əsaslanan daxili inamına görə hərəkət edir. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilməmiş, psixotrop maddə olan metamfetaminin ona məxsus olmadığını bildirmiş və polis əməkdaşı Rəşad adlı şəxs tərəfindən üzərinə qoyulduğunu qeyd etmişdir. Lakin, məhkəmə təqsirləndirilən şəxsin bu ifadələrini cinayət məsuliyyətindən yayınmaq cəhdi kimi qiymətləndirir və aşağıdakı bir-birini tamamlayan, mötəbər və kifayət qədər sübutların məcmusu ilə təkzib olunduğunu hesab edir: Təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi və CPM-in 327-ci maddəsinə uyğun olaraq məhkəmədə elan edilmiş ifadələri ilə o, üzərindən aşkar edilən metamfetaminin ona məxsus olduğunu, onu Nərimanov parkı yaxınlığında tapdığını və şəxsi istifadəsi üçün saxladığını etiraf etmişdir. Həmin dindirmə zamanı o, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və ya psixi təzyiqin olmadığını da təsdiq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində də, hadisə günü Nərimanov parkı yaxınlığında gözlədiyini etiraf etmişdir ki, bu da dolayı sübut kimi nəzərə alınır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 və sabiq əməliyyat müvəkkili Şahid1 bir-birinə uyğun və ardıcıl ifadələri ilə müəyyən edilmişdir ki, daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs saxlanılmış, üzərindən narkotik vasitə olub-olmaması soruşulduqda könüllü olaraq şalvarının cibindən bir büküm çıxararaq təqdim etmiş və onun metamfetamin olduğunu bildirmişdir. Şahidlər hər hansı təzyiq və ya qanunsuz hərəkətə yol verilmədiyini qəti şəkildə təsdiq etmişlər. Məhkəmədə tədqiq edilmiş 31 mart 2025-ci il tarixli üzərinin yoxlanması və baxış protokolları, habelə həmin hərəkətlərin gedişini əks etdirən videogörüntülər təqsirləndirilən şəxsin məhkəmədəki ifadələrini tamamilə təkzib edir. Belə ki, videogörüntülərdən aydın şəkildə görünür ki, Təqsirləndirilən şəxs heç bir məcburiyyət olmadan, könüllü şəkildə cibindəki bükümü çıxararaq polis əməkdaşlarına təqdim edir və onun metamfetamin olduğunu bildirir. Həmçinin, polis idarəsində müdafiəçinin iştirakı ilə aparılan baxış zamanı o, yenidən maddənin ona məxsus olduğunu təsdiqləyir və müdafiəçinin ona qarşı hər hansı təzyiq olub-olmaması barədə sualına mənfi cavab verir. Məhkəmə qeyd edir ki, CPM-nin 125.8-ci maddəsinə əsasən, sübutların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Təqsirləndirilən şəxs məhkəmədə polis əməkdaşları tərəfindən ona qarşı zorakılıq tətbiq edilməsi barədə iddia irəli sürsə də, bu iddiasını təsdiq edən heç bir mötəbər sübut təqdim edə bilməmişdir. İbtidai istintaq zamanı və ya dərhal sonra o, bu barədə heç bir səlahiyyətli orqana müraciət etməmiş, üzərində hər hansı xəsarətin olması barədə tibbi sənəd təqdim olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarının 26-cı bəndinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi üzrə qərarına əsasən, pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir və məhkəmə bu iddiaları qiymətləndirərkən “əsaslı şübhədən kənar” sübut standartını tətbiq etməlidir. Qeyd olunur ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Hazırkı işdə təqsirləndirilən şəxsin iddiası bu standartın tələblərinə cavab vermir və məhkəmə tərəfindən məsuliyyətdən yayınma cəhdi kimi qiymətləndirilir. 01 aprel 2025-ci il tarixli məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə Təqsirləndirilən şəxs götürülmüş maddənin təmiz çəkisi 0,633 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamin olması sübuta yetirilir. "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa əsasən, metamfetaminin 0,15 qramdan artıq miqdarı xeyli miqdar hesab olunduğundan, Təqsirləndirilən şəxs əldə etdiyi, saxladığı və daşıdığı psixotrop maddənin miqdarı xeyli miqdar təşkil edir. 04 aprel 2025-ci il tarixli məhkəmə-narkoloji ekspertizasının rəyi ilə Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromunun (narkomaniya xəstəliyi) aşkar olunması və onun məcburi müalicəyə ehtiyacının olması müəyyən edilmişdir. Bu rəy, onun narkotik vasitə və psixotrop maddələrdən istifadə etməsi faktını dolayı yolla təsdiq edir. Cinayət mühakimə icraatının fundamental prinsiplərindən biri olan və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnda dəfələrlə təsdiqini tapmış “əsaslı şübhədən kənar sübut” (beyond reasonable doubt) standartına görə, təqsirləndirilən şəxsin təqsirliliyi barədə hökm yalnız onun təqsirsizliyinə dair hər hansı ağlabatan şübhəni istisna edən, kifayət qədər aydın və bir-birinə uyğun gələn sübutlar məcmusuna əsaslana bilər. Hazırkı iş üzrə məhkəmə hesab edir ki, ittiham tərəfinin təqdim etdiyi sübutlar sistemi məhz bu yüksək standartın tələblərinə cavab verir. Beləliklə, təqsirləndirilən şəxsin ibtidai istintaqdakı etirafedici ifadələri, şahid ifadələri, maddi sübutlar, baxış protokolları və videogörüntülər, habelə ekspertiza rəyləri bir-biri ilə tam uyğunluq təşkil edərək, məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair heç bir ağlabatan şübhəyə yer qoymayan mötəbər sübutlar məcmusunu yaradır. Məhkəmə onun əməlini satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə etmə, saxlama və daşıma kimi düzgün tövsif edildiyi qənaətinə gəlir. Cəza təyini məsələləri: Məhkəmə, Təqsirləndirilən şəxsya cəza təyin edərkən, cəza növünü və müddətini təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi prinsiplərini, xüsusilə də 8.1-ci (ədalət prinsipi), 41-ci (cəzanın anlayışı və məqsədləri) və 58.3-cü (cəza təyin etmənin ümumi əsasları) maddələrinin fundamental tələblərini, Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının və "Məhkəmə hökmü haqqında" 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının göstərişlərini rəhbər tutur. Bu kontekstdə, məhkəmə törədilmiş cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların mövcudluğunu, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə potensial təsirini hərtərəfli təhlil edir. Bu çərçivədə, məhkəmə törədilmiş cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların mövcudluğunu, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə potensial təsirini hərtərəfli təhlil edir. Törədilmiş cinayət əməlinin xarakterinə gəldikdə, qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən əməl – satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə etmə, saxlama və daşıma cəmiyyətin sağlamlığı və mənəviyyatı üçün ciddi təhlükə yaradan əməllər sırasına daxil olmaqla obyekt olaraq ictimai təhlükəsizliyə qəsd dən cinayət əməlidir. Narkotik vasitələrin qanunsuz dövriyyəsi fərdlərin həyatını və sağlamlığını təhdid etməklə yanaşı, cinayətkarlığın artmasına və sosial problemlərin dərinləşməsinə də zəmin yaradır. Təqsirləndirilən şəxsin şəxsiyyəti araşdırılarkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə təqsirli bilinib 09 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən, 04 ay 20 gün müddətinə şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Lakin cəza çəkdiyi müddətdə islah olunmamış, məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən cinayət əməlləri törətmişdir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, şəxsin qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunduqdan və məhkumluğun ödənilmədiyi dövrdə yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Məhkumun əvvəlki məhkumluğu CM-nin 83-cü maddəsinin tələblərinə uyğun olaraq ödənilmədiyindən və götürülmədiyindən, onun əməlində Cinayət Məcəlləsinin 18.2.1-ci maddəsinə əsasən cinayətlərin sadə residivi mövcuddur. Belə ki, o əvvəllər də məhkum olunmasına baxmayaraq, əvvəlki məhkumluqları üzrə məhkumluqlar ödənildiyindən, CM-nin 18.4-cü maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı nəzərə alına bilməzlər. Bu, onun cəmiyyət üçün yüksək təhlükə mənbəyi olduğunu və islahının yalnız cəmiyyətdən təcrid olunma şəraitində mümkünlüyünü göstərir. Eyni zamanda onun narkomaniya xəstəliyindən əziyyət çəkməsi və məcburi müalicəyə ehtiyacının olması da nəzərə alınır. Bu hal, bir tərəfdən onun cinayətə sürüklənməsinin mümkün səbəblərindən biri kimi nəzərə alınmalı, digər tərəfdən isə onun islahı üçün xüsusi yanaşma tələb edildiyini göstərir. Məhkəmə, CM-nin 59-cu maddəsinin tələblərinə uyğun olaraq, Təqsirləndirilən şəxs əməllərində yüngülləşdirən hallar müəyyən etmir. Məhkəmə, CM-nin 61-ci maddəsinin tələblərinə uyğun olaraq, Təqsirləndirilən şəxs əməllərində cinayətlərin residivini ağırlaşdıran hal kimi müəyyən edir. Məhkəmə, cəza təyin edərkən təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən bütün məlumatları, narkomaniya xəstəliyindən əziyyət çəkməsini nəzərə alır. Bu hallar, onun islah olunmasının müəyyən çətinliklərlə üzləşə biləcəyini və cəmiyyətdən təcrid olunmadan davranışına effektiv nəzarətin təmin edilməsinin mürəkkəbliyini göstərir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmə Plenum qərarının 3-cü bəndində göstərilmişdir ki, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. CM-nin 234.1-ci maddəsinin sanksiyası bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutur. Ali Məhkəmə Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Qərarının 2-ci bəndinə və “Məhkəmə hökmü haqqında” Ali Məhkəmə Plenum qərarının 48-ci bəndinə əsasən, maddənin sanksiyası müxtəlif cəza növləri nəzərdə tutursa, məhkəmə daha ağır cəza növü (bu halda azadlıqdan məhrum etmə) təyin etdikdə qərarını əsaslandırmalıdır. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs islah olunması və onun tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (CM maddə 41.2) məqsədlərinə nail olmaq üçün ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi daha məqsədəuyğundur. Bundan əlavə, məhkəmə CM-nin 65-ci maddəsinə müvafiq olaraq, residivə görə cəzanın sanksiyada nəzərdə tutulmuş daha cidi cəza növünün son həddinin yarısından az ola bilməməsini də nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs islah olunması və onun tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (CM maddə 41.2) məqsədlərinə nail olmaq üçün ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini zəruri və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkməsi və narkotik mühitlə əlaqələrini davam etdirməsi, onun cəmiyyətdən təcrid olunmadan, yalnız azadlığın məhdudlaşdırılması şəraitində islahının çətinliyini və dayanıqlı olmama ehtimalını artırır. Azadlıqdan məhrum etmə cəzası, bir tərəfdən, onu cinayətkar mühitdən təcrid edəcək, digər tərəfdən isə cəzaçəkmə müəssisəsi daxilində məcburi müalicə almaqla səhhətinin bərpasına və narkotik asılılığından xilas olmasına real imkan yaradacaqdır. Azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyini, törədilmiş əməlin xarakteri və təqsirləndirilən şəxsin şəxsiyyəti nəzərə alındıqda, onun islahı üçün kifayət qədər təsirli və çəkindirici vasitə hesab edilə bilməz. Belə bir cəza, həmçinin, cəmiyyətin narkotiklərin qanunsuz dövriyyəsinə qarşı barışmaz mövqeyini və bu cür əməllərin cəzasız qalmayacağı prinsipini tam əks etdirməzdi. Məhkəmə, təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının müddətini müəyyən edərkən, bir tərəfdən cəzanı yüngülləşdirən halların olmamasını, digər tərəfdən isə ağırlaşdıran halların olmasını və təqsirləndirilən şəxsin narkotik asılılığının islah prosesinə potensial mənfi təsirini nəzərə alaraq, CM-nin 234.1-ci maddəsinin sanksiyası çərçivəsində ədalətli və mütənasib bir müddət təyin etməyi vacib bilir. Bundan əlavə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu müddət 02 gün olaraq müəyyən edilməli, CM-in 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Cəzanın çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növü, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-ci maddəsinə uyğun olaraq ciddi rejimli müəyyən edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı və cəzaçəkməsinin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Ali Məhkəmə Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Qərarının 21-ci bəndinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi müalicə tədbiri CM-nin 93.1.4-cü maddəsinə əsasən məhkəmənin ittiham hökmü ilə təyin edilir və belə şəxslərin müalicəsi cəzanın icra edilməsi ilə eyni zamanda həyata keçirilir. Həmçinin, Ali Məhkəmə Plenumunun "Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında" Qərarının 19-cu bəndində də anlaqlı vəziyyətdə olan, lakin narkomaniyadan əziyyət çəkən və məcburi müalicəyə ehtiyacı olan şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, məcburi müalicənin cəzanı icra edən müəssisə tərəfindən təmin edilməsi göstərilir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və təyin edilmiş məcburi müalicə onun cəza çəkəcəyi cəzaçəkmə müəssisəsində həyata keçirilməlidir. Bundan əlavə, narkotik asılılığın gələcəkdə törədə biləcəyi əlavə fəsadların və yeni cinayətlərin qarşısının alınması üçün təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində profilaktik qeydiyyata götürülməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsində X3 saxlanılan maddi sübut olan psixotrop maddənin qalığı – 0.583 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının ümumi dəyəri 65 manat təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur və iş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “De fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 45 iş saatına görə 495 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “De fendo” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona həmin maddə ilə 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əmələ görə 31 mart 2025-ci il tarixdən 02 aprel 2025-ci il tarixədək tutulduğu cəmi 02 gün müddət ona təyin olunmuş cəza müddətinə hesablansın (təyin olunmuş cəzadan çıxılsın) və üzərində qəti olaraq 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və məcburi müalicə cəza çəkdiyi müddət ərzində cəzanı icra edən müəssisə tərəfindən icra edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardıqdan (cəzadan azad edildikdən) sonra yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün və profilaktik nəzarətdə saxlanılsın. Cinayət işi üzrə maddi sübut – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nərimanov Rayon Polis İdarəsinin X3 saxlanılan psixotrop maddənin qalığı –0.583 qram metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübutlar – 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının ümumi dəyəri olan 65 (altmış beş) manat vəsait Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən, hazırkı cinayət işi üzrə xüsusi müsadirə edilməsi təklif edilən əmlak olmaması və mülki iddia olmaması nəzərə alınsın. “De fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 45 iş saatına görə 495 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “De fendo” Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən, elan edildiyi (hökmün surəti verildiyi) gündən 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar