Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-336/2024 11.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ X3 Bəhram oğlunun sədrliyi, Məmmədova Aygün Fərhad qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, tərçüməçi X2, təqsirləndirilən şəxs –Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1987-ci il tarixində Tovuz rayonuda anadan olmuş, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, bilə-bilə hüquq verən saxta sürücülük vəsiqəsindən istifadə etmişdir. Belə ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək üçün hüquq verən vəsiqə hesab edilən Ukrayna Respublikasına məxsus saxta sürücülük vəsiqəsini pul müqabilində aldıqdan sonra həmin saxta vəsiqəni Azərbaycan Respublikasında səlahiyyətli orqanlara təqdim etməklə saxta vəsiqə əsasında Azərbaycan Respublikasının orijinal sürücülük vəsiqəsini almaq məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən istintaqa məlum olmayan yer, vaxt və şəraitdə blankı ofset çap üsulu ilə çap edilmiş, eyni növ sənədin nümunəsi ilə eynilik təşkil etməyən tam saxta Ukrayna Respublikasının “B, C, D1, D, BE, C1E, CE” kateqoriyalı KBİ 659433 nömrəli sürücülük vəsiqəsini istintaqa məlum olmayan yer, vaxt və şəraitdə əldə etmiş, Azərbaycan Respublikasının orijinal sürücülük vəsiqəsini almaq məqsədilə həmin sürücülük vəsiqəsini 26 mart 2024-cü il tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev 36 ünvanında fəaliyyət göstərən 1 saylı “ASAN xidmət” mərkəzindəki Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin Qeydiyyat İmtahan şöbəsinin məntəqəsinə saxta olduğunu bilə-bilə Azərbaycan Respublikasına məxsus orijinal sürücülük vəsiqəsini almaq üçün təqdim etməklə istifadə etmişdir. Bununla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, işləmək üçün getdiyi Ukrayna Respublikasında həmin ölkəyə məxsus “B” kateqoriyalı sürücülük vəsiqəsi əldə etmək istədiyindən əvvəllər tanıdığı “Timur” adlı şəxs vasitəsilə 50.000 rubl pul müqabilində 2021-ci ilin noyabr-dekabr aylarında özü Azərbaycan Respublikasında olarkən Ukrayna Respublikasına məxsus, verilmə tarixi xx.xx.2020-ci il qeyd olunmuş “B, C, D1, D, BE, C1E, CE” kateqoriyalı sürücülük vəsiqəsini əldə etmişdir. 2024-cü ilin mart ayında Ukrayna Respublikasına məxsus sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikasına məxsus sürücülük vəsiqəsi ələ etmək qərarına gəlmiş, bu məqsədlə 26 mart 2024-cü il tarixində Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsində yerləşən 1 saylı Asan Xidmət mərkəzinə müraciət edərək Azərbaycan Respublikasına məxsus sürücülük vəsiqəsi əldə etmək niyyəti ilə Ukrayna Respublikasına məxsus “B, C, D1, D, BE, C1E, CE” kateqoriyalı sürücülük vəsiqəsini təqdim etmişdir. Sürücülük vəsiqəsi ondan alınarkən saxta olacağı barədə ona cinayət işinin açılması ilə bağlı xəbərdarlıq edilmiş, o yenidən sürücülük vəsiqəsini təqdim etmiş, daha sonra Asan Xidmət əməkdaşı sürücülük vəsiqəsinin saxta olmasını aşkar etmişdir. Hazırda törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu, ailəli olmaqla ailənin yeganə maddi təminatçısı olmasını, himayəsində iki azyaşlı övladının olmasını, eləcə də atasının onkoloji xəstə olmasını bildirərək barəsində qanunda nəzərdə tutulmuş yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sənədlərin məhkəmə texniki ekspertizasının 22 aprel 2024-cü il tarixli 5/473 nömrəli rəyindən görünür ki, təhqiqata təqdim edilmiş Ukrayna Respublikasının Təqsirləndirilən şəxs adına olan KBİ 659433 nömrəli sürücülük vəsiqəsinin blankı ofset çap üsulu ilə çap edilmişdir. Tədqiqata təqdim edilmiş Ukrayna Respublikasının Təqsirləndirilən şəxs adına olan KBİ 659433 nömrəli sürücülük vəsiqəsinə oxşar sənədin blankı Mərkəzdə olan “SDU ultra” məlumat sistemindəki eyni növ sənədin nümunəsi ilə eynilik təşkil etmir. (Cild 1 i.v 38-41) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli 3-13-16/2-46469/2024 nömrəli məktubundan və həmin məktubun qoşmasından görünür ki, Təqsirləndirilən şəxs adına olan Ukrayna Respublikasına məxsus “B, C, D1, D, BE, C1E, CE” kateqoriyalı sürücülük vəsiqəsini Azərbaycan Respublikasına məxsus sürücülük vəsiqəsi ilə dəyişdirilməsi üçün Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzinə müraciət etmişdir. (Cild 1 i.v 4-6) xx.xx.2024-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 aprel 2019-cü il tarixdə C02323223 nömrəli ümumvətəndaş pasportu əldə etmiş və o, həmin pasportla sonuncu dəfə xx.xx.2020-ci il tarixdə Gürcüstan Respublikasına gedərək xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasına geri qayıtmışdır. (Cild 1 i.v 72-74) Təqsirləndirilən şəxs adına olan, Ukrayna Respublikasına məxsus, verilmə tarixi olaraq xx.xx.2020-ci il qeyd olunmuş, “B, C, D1, D, BE, C1E, CE” kateqoriyalı sürücülük vəsiqəsi cinayət işi üzrə maddi sübut hesab edilmiş və cinayət işi materiallarına əlavə olunmuşdur. (Cild 1, i.v 42, 79-85) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 1 i.v: 68) Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən, təsqirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqların olmasını, təqsirini etiraf edərək əməlindən peşmançılıq çəkməsini, əvvəllər məhkum olunmamasını, ailəli olmaqla ailənin yeganə maddi təminatçısı olmasını, atasının onkoloji xəstə olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halların olması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək hesab edir ki, ona Azərbaycan Respublikası CM-in 320.2ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan Təqsirləndirilən şəxs adına olan “KBİ 659433” nömrəli sürücülük vəsiqəsi cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 16 (on altı) iş saatına görə 96 (doxsan altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1200 (min iki yüz) manat cərimə cəzası təyin edilsin. Hökm icra olunması üçün Təqsirləndirilən şəxs daimi yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan Təqsirləndirilən şəxs adına olan “KBİ 659433” nömrəli sürücülük vəsiqəsi cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, SAP (XİİS) hesabı VÖEN **********, AZ41NABZ********************, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 16 (on altı) iş saatına görə 96 (doxsan altı) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. X5
Məhkəmə qərarları › İş №1(005)-336/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-336/2024
11.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver