Məhkəmə qərarları › İş №1(005)-337/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-337/2022

05.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-337/2022 05.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 04 mart 2022-ci il tarixdə saat 20 radələrində istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq odlu silah və onun komplekt hissələri olan döyüş sursatı kimi istifadə edilən patronları əldə edib saxlamaqla üzərində gəzdirmiş və 04 mart 2022-ci il tarixdə saat 21 radələrində ünvan 2 ünvanın qarşısında olan zaman Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməkdaşları tərəfindən şübhəli bilinərək, Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin inzibati binasına dəvət olunmuş və PŞ-nin inzibati binasında müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilərkən əlindəki bağlamadan 01 ədəd yivli odlu silah olan 3029 nömrəli, 1961-ci ildə Tula silah zavodunda istehsal olunmuş, 5,6 mm kalibrli, texniki cəhətdən saz və atəşə yararlı, TOZ-8 modelli ov tüfəngi və döyüş sursatı hesab edilən zavod üsulu ilə istehsal olunmuş, 5.6 mm kiçik kalibrli olmaqla həmin kalibrli Marqolin konstruksiyalı tapançalardan və TOZ modelli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş, istifadə və atəş uçun yararlı 04 ədəd patronlar aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o heç bir yerdə işləmədiyi üçün əlvan-metal toplayaraq aparıb satıb maddi gəlir əldə etmişdir. xx.xx.2022-ci il tarixdə saat təxminən 20:00 radələrində ünvan 4 ünvanda yerləşən zibillikdən plastik və metal qablar toplamışdır. Bu zaman zibilliyin yanında divarın küncündə bağlama olduğunu görmüşdür. Bağlamanın bir hissəsini açmış və içərisində tüfəng olduğunu görmüşdür. O həmin tüfəngi götürmüşdür ki, özündə saxlayıb evə aparsın və divardan suvenir kimi assın. Həmin tüfəngi əlində götürmüşdür. Hava qaranlıq olmuşdur. Bağlama əlində “Montindən” evə gedən zaman ünvan 5 ünvanının qarşısında olarkən bu zaman ona iki nəfər mülki geyimli şəxslər yaxınlaşmışlar. Özlərini polis əməkdaşları kimi təqdim edib ondan əlindəki bağlamanın içərisində nə olduğunu soruşmuşlar. O bağlamanın içərisində tüfəng olduğunu demişdir. Onu Nərimanov RPİ-nin 18-ci PŞ-nə dəvət etmişlər. Polis şöbəsində xidməti otaqda dəvət edilmiş vəkilin iştirakı ilə üzərinə baxış keçirilmişdir. Baxış zamanı ona təklif olunmuşdur ki, onda olan qanunla qadağan olunmuş hər hansı bir əşya varsa könüllü olaraq təqdim elsin. O bundan sonra əlindəki bağlamanın içərisində olan “Toz 8” tipli silahı və üzərində “Kent” yazısı olan siqaret qutusunda tüfəngin qundağına bərkidilmiş 04 ədəd güllələri təqdim etmişdir. Əynindəki qara rəngli şalvarın sağ yan cibində üzərində “Winchester” yazısı olan siqaret və alışqan olmuşdur. Səmimi olaraq etiraf etmişdir ki, təqdim etdiyi silahı bu gün “Montin” adlanan yerdə zibilliyin yanından tapmışdır. Təqdim etdiyi silah və 04 ədəd güllələr polis əməkdaşları tərəfindən qablaşdırılmış və möhürlənib qablaşmanın üzəri onun və iştirakçılar tərəfindən imzalanmışdır. Sonra bu barədə protokol tərtib olunmuş və protokolun düzgünlüyü tərəfindən imzalanmışdır. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 18-ci PŞ-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 21 radələrində Nərimanov RPİ-nin 18-ci PŞ-nin polis sahə inspektoru X1 ilə birlikdə PŞ-nin inzibati ərazisində xidmətdə olarkən Nərimanov rayonu A.Qərib küçəsinin qarşısından keçən dəmir yolu xəttinin kənarında bir nəfər şəxsin əlində şübhəli bağlama ilə getməsini görüb ona yaxınlaşaraq Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməkdaşları olduqlarını bildirib özlərini təqdim etmiş və ondan burada nə etməsi barədə maraqlanmışlar. Həmin şəxs onların suallarından yayınmağa başaldıqda ondan əlində olan bağlamada nə olmasını soruşmuş, həmin şəxs bağlamada tüfəng olması barədə məlumat vermişdir. Onlar həmin şəxsin şəxsiyyəti ilə bağlı maraqlandıqda həmin şəxs Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Bundan sonra həmin şəxsi polis şöbəsinə dəvət etmişlər. Nərimanov RPİ-nin 18-ci PŞ-də Təqsirləndirilən şəxs üzərinə baxış keçiriləcəyi ilə əlaqədar məlumat verildikdən sonra müdafiəçi ilə təmin edilmişdir. Bundan sonra ona üzərində olan hər hansı bir qanunsuz əşya və ya maddəni könüllü təqdim etməsi təklif olunmuşdur. İştirakçıların iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs əlindəki bağlamanın içərisindən TOZ-8 tipli tüfəngi və tüfəngin qundağına bərkidilmiş üzərində Kent yazısı olan siqaret qutusunun içərisindən 04 ədəd güllələri çıxarıb təqdim elmişdir. Təqsirləndirilən şəxs həmin tüfəngi və 04 ədəd güllələri xx.xx.2022-ci il tarixdə saat təxminən 20 radələrində "Montin" adlanan yerdən keçən dəmiryol xəttinin kənarındakı zibillikdən tapdığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ cibindən üzərində Winchester yazısı olan siqaret qutusu və 01 ədəd alışqan var olmuşdur. Bunlardan başqa Təqsirləndirilən şəxs üzərindən heç bir əşya və ya sənəd aşkar edilməmişdir. Aşkar olunmuş tüfəng və 04 ədəd güllələr iştirakçıların və Təqsirləndirilən şəxs iştirakları ilə zərfə qoyulub qablaşdırılmış, 224 nömrəli möhürlə möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 18-ci PŞ-nin polis sahə inspektoru X2 digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin 17-18-ci vərəqələrində olan “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” 04 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 26-27-ci vərəqələrində olan “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 04 mart 2022-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 18-ci PŞ-nin baş təhqiqatçısı X4 həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Azərbaycan Respublikası CPM-nin 51-ci, 246.2.1 və 247-ci maddələrinin tələbinə əsasən Nərimanov RPİ-nin 18-ci PŞ-nin CA üzrə baş əməliyyat müvəkkilli Şahid1, Nərimanov RPİ-nin 18-ci PŞ-nin sahə inspektoru Şahid2 və vəkilin iştirakları ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə istintaq hərəkəti aparılmışdır. Müəyyən olundu: xx.xx.2022-ci il tarixdə saat 21:00 radələrində Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, A.Qərib küçəsinin qarşısından keçən dəmiryolu xəttinin kənarında saxlanılaraq şübhəli şəxs qismində 18-ci PŞ-nə gətirilmişdir. 18-ci PŞ-də ona üzərində olan hər hansı bir qanunsuz əşya və ya maddəni könüllü təqdim etmək təklif olundu. İştirakçıların iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldı. Təqsirləndirilən şəxs əlindəki bağlamanın içərisindən qəhvəyi rəngli, üzərində “Bİ765” nömrəsi olan, taxta tutacaqlı, metal konstruksiyalı, “TOZ-8” tipli tüfəngi və tüfəngin qundağına bərkidilmiş üzərində “Kent” yazısı olan siqaret qutusunun içərisindən 04 ədəd güllələri çıxarıb təqdim etdi. Təqsirləndirilən şəxs həmin tüfəngi və 04 ədəd güllələri xx.xx.2022-ci il tarixli saat 20:00 radələrində “Montin” adlanan yerdən zibilliyin yanından tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ cibindən üzərində “Winchester” yazısı olan siqaret qutusu və 01 ədəd alışqan var idi. Bunlardan başqa Təqsirləndirilən şəxs üzərindən heç bir əşya və ya sənəd aşkar edilmədi. Aşkar olunmuş silah, 04 ədəd güllələr iştirakçıların və Təqsirləndirilən şəxs iştirakları ilə zərfə qoyulub qablaşdırıldı, 224 nömrəli möhürlə möhürləndi. Bununla da, şübhəli şəxsin üzərində şəxsi axtarış başa çatdı, iştirakçılar tərəfindən heç bir şikayət, vəsatət daxil olmadı. Şəxsi axtarış aparılması axşam vaxtı, otaq şəraitində, süni işıqlanmada aparıldı, saat 22:30-da başladı və 23:00-da başa çatdırıldı. Axtarış aparılan zamanı “Panasonic HC-V770” video kamerası vasitəsilə çəkiliş aparıldı. Protokol tərtib olundu, iştirakçılara ucadan oxundu, odur ki, imzalarla təsdiq olundu. Cinayət işinin 39-42-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, təqiqata təqdim edilmiş 01 ədəd 3029 nömrəli silah, Tula silah zavodunda 1961-ci ildə istehsal olunmuş 5,6 mm kalibrli, TOZ-8 modelli ov tüfəngidir, odlu yivli silahdır, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Həmin silah quş və xırda heyvanları ovlamaq üçün nəzərdə tutulmuşdur. Tədqiqata təqdim edilmiş 04 ədəd patronlar, zavod üsulu ilə istehsal olunmuş 5,6 mm kiçik kalibrli Marqolin konstruksiyalı tapançalardan və TOZ modelli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuşdur, döyüş sursatı sayılır. İstifadə və atəş üçün yararlıdır. Eksperimental atəşlər zamanı əldə olunmuş gilizlər DİN-nin KTİ-də yerləşən "güllə-giliz" kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş gilizlərlə müqayisəli tədqiqat aparıldı. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. QEYD: Tədqiqata təqdim edilmiş 04 ədəd patronlardan 02 ədədi eksperimental atəşlər zamanı istifadə olunmuşdur. Cinayət işinin 74-78-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(005)-306/2022 saylı qərarından görünür ki, vəsatətin təmin edilməsi, Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbiri seçilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddəti 03 ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin 04 mart 2022-ci il tarixdən hesablanması, qərarın icrasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına həvalə edilməsi qərara alınmışdır. Cinayət işinin 101-103-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Sonuncu dəfə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2018-ci il tarixdə Təqsirləndirilən şəxs cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinin 104-105-ci vərəqələrində olan “Əşyanın maddi sübut hesab edilməsi haqqında” 22 mart 2022-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş yivli odlu silah olan 3029 nömrəli, 1961-ci ildə Tula silah zavodunda istehsal olunmuş, 5,6 kalibrli, texniki cəhətdən saz və atəşə yararlı, TOZ-8 modelli 01 ədəd ov tüfəngi və döyüş sursatı hesab edilən zavod üsulu ilə istehsal olunmuş, 5,6 mm kiçik kalibrli olmaqla, həmin kalibrli Marqolin konstruksiyalı tapançalardan və TOZ modelli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş, istifadə və atəş üçün yararlı 04 ədəd patronların xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək həmin 01 ədəd “TOZ-8” modelli ov tüfəngi və ekspertiza tədqiqatından sonra qalıq qalmış 02 ədəd patronların saxlanmasından ötrü Nərimanov RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin 117-120-ci vərəqələrində olan Cəlilabad Rayon Məhkəməsinin 20 sentyabr 2017-ci il tarixli, 1(073)-120/2017 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməsi və ona 1 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasını çəkməsinin əvvəlinin 15 iyun 2017-ci il tarixdən hesablanması hökm edilmişdir. Cinayət işinin 131-132-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X8 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 02 aprel 2022-ci il tarixli, 791 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik müəyyən olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əvvəllər, cinayət törədən xraniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair pxisi xəstəlik müəyyən edilməyib. Təqsirləndirilən şəxs hazırda da hər hansı psixi xəstəlik aşkar olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hadisəni törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə cəmiyyət üçün təhlükəli deyil. Cinayət işinin 148-158-ci vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” 05 may 2022-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd DVD formatlı diskin iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması və saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə- iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 21 iyun 2010-cu il tarixli qərarında göstərilmişdir ki, «odlu silah» anlayışı Azərbaycan Respublikasının 2004-cü il 10 sentyabr tarixli, 750-İİQ nömrəli Qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan «Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı» Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən «odlu silah» dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. Əntiq odlu silahlar və onların modelləri daxili qanunvericiliyə müvafiq olaraq müəyyən edilir. Lakin 1899-cu ildən sonra istehsal olunan odlu silahlar heç bir halda əntiq silahlara aid edilmir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanunu və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkərlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-nin 228-ci maddəsi çıxış edir.». “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1, 3, 5 və 6-ci bəndlərinə əsasən silah — canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir; mülki silah — özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır; döyüş sursatı- müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır. soyuq silah — konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır. Həmin Qanunun 3-cü maddəsinin İİ hissəsinin 1, 2 və 5-ci bəndlərinə əsasən xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında bu Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi; ictimai yerlərdə örtüksüz silahın gəzdirilməsi;xəncərlərin, beybutların, ov bıçaqlarının, əliçliklərinin, toppuzların, nunçakların, gürzlərin, beşbarmaqların və başqa zərbə-dağıdıcı təsirli əşyaların (idman alətləri istisna edilməklə) dövriyyəsi qadağandır. Həmin Qanunun 21-ci maddəsinin İİİ hissəsinə əsasən, mülki silah sahibi aşağıdakı vəzifələri yerinə yetirməlidir: 1) bu Qanunun tələblərinə əsasən əldə edilmiş silahı qeydiyyatdan keçirməli; 2) bu Qanunun tələblərinə əsasən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi silahın təyinatı üzrə istifadə edilməsi və daşınması qaydalarına əməl etməli. Nəhayət, «bu Qanunun müddəalarını pozmaqla odlu silahın, döyüş sursatının və soyuq silahın istehsalını, gətirilməsini, aparılmasını, idxalını, ixracını, satışını, əldə edilməsini, başqasına verilməsini, kolleksiya edilməsini, sərgisinin keçirilməsini, saxlanılmasını, gəzdirilməsini, daşınmasını, göndərilməsini, istifadə edilməsini, götürülməsini və ya məhv edilməsini həyata keçirən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar (Qanunun 24-cü maddəsi). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunsa da, onun məhkumluğu ödənilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hal, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.2), cəzaçəkmə müddətinin əvvəli tutulduğu tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6.,), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş və Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş yivli odlu silah olan 3029 nömrəli, 1961-ci ildə Tula silah zavodunda istehsal olunmuş, 5,6 kalibrli, texniki cəhətdən saz və atəşə yararlı, TOZ-8 modelli 01 ədəd ov tüfəngi və döyüş sursatı hesab edilən zavod üsulu ilə istehsal olunmuş, 5,6 mm kiçik kalibrli olmaqla, həmin kalibrli Marqolin konstruksiyalı tapançalardan və TOZ modelli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş, istifadə və atəş üçün yararlı və ekspertiza tədqiqatından sonra qalıq qalmış 02 ədəd patronlar hökm qanun qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək müdafiəçinin hesabatında qeyd edilmiş məbləğin ağlabatan olmaması qənaətinə gəlir. Belə ki, məhkəmədə müəyyən edildi ki, Müdafiəçi 25 may 2022-ci il – 05 oktyabr 2022-ci il tarixlərdə keçirilmiş 11 məhkəmə iclaslarında iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə Təqsirləndirilən şəxs müdafiəsi üçün 36 (otuz altı) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə 15 saylı Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 36 (otuz altı) iş saatına görə 216 (iki yüz on altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 04 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş və Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş yivli odlu silah olan 3029 nömrəli, 1961-ci ildə Tula silah zavodunda istehsal olunmuş, 5,6 kalibrli, texniki cəhətdən saz və atəşə yararlı, TOZ-8 modelli 01 ədəd ov tüfəngi və döyüş sursatı hesab edilən zavod üsulu ilə istehsal olunmuş, 5,6 mm kiçik kalibrli olmaqla, həmin kalibrli Marqolin konstruksiyalı tapançalardan və TOZ modelli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş, istifadə və atəş üçün yararlı və ekspertiza tədqiqatından sonra qalıq qalmış 02 ədəd patronlar hökm qanun qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 36 (otuz altı) iş saatına görə 216 (iki yüz on altı) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar