Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-338/2025 29.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, Odlar Yurdu Universitetinin “İqtisadiyyat və iqtisadi münasibətlər” kafedrasının dosenti vəzifəsində işləyən, məhkumluğu olmayan, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 29 saylı bağ sahəsində qeydiyyatda olmaqla yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham orqanı tərəfindən elan edilmiş ittihama əsasən, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 övladı X5 müqaviləli olaraq müəllimə kimi işlədiyi məktəbdə daimiləşdirəcəyinə dair yalan vəd verib aldadaraq, 2021-ci ilin oktyabr ayında Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Atatürk” parkının yaxınlığında 3.000 manat pul alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs3 Nadirxan qızına övladı Şahid3 dövlət qulluğu imtahanından tapşırma yolu ilə keçirdib ixtisası üzrə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, 2021-ci ilin noyabr ayının əvvəllərində ünvan 1 ünvanında yerləşən Odlar Yurdu Universitetinin həyətində 10.000 manat pul alıb ələ keçirərək, Zərərçəkmiş şəxs3 Nadirxan qızına xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 qızma övladları Şahid2 və Şahid1 dövlət qulluğu imtahanından tapşırma yolu ilə keçirdib ixtisasları üzrə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, 2022-ci ilin fevral ayında Sabirabad rayonu, Ulaealı kəndində 4.000 manat, 2022-ci ilin iyun ayında Bakı şəhəri, Nərimanov rayonu, “Gənclik” metrostansiyasının yaxınlığında 4.000 manat olmaqla, ümumilikdə 8.000 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 qızma gəlini X8 Bakı şəhər ərazisində kollecə müəllimə işinə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, 2022-ci ilin dekabr ayında Bakı şəhəri, Nərimanov rayonu, “Gənclik” metrostansiyasının yaxınlığında 1.000 manat, 2023-cü ilin yanvar ayında ünvan 2 ünvanında yerləşən Azərbaycan X1rşısında 3.000 manat və 1.000 manat olmaqla, ümumilikdə 5.000 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, Zərərçəkmiş şəxs2 qızma xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, qeyd etmişdir ki, hazırda tək yaşayır və evli deyildir. Cinayət işi ilə bağlı özünü təqsirli bilməsə də, bütün ziyanı tam şəkildə geri qaytarmışdır. Gülsuma ilə bağlı epizod üzrə qeyd etmişdir ki, sonuncunun övladlarını hazırlaşdırmaq üçün evlərinə gəlmələrinə icazə vermişdir. 2020-ci ilin sonlarından, tam olaraq sentyabr ayından etibarən Gülsumanın övladlarını hazırlaşdırmağa başlamışdır. Digər şəxslər isə Gülsumanın qohumları olmuşdur. Gülsumanın övladları hazırlığa gəldikdən sonra onların əmisi oğlu da onun yanına hazırlığa gəlmişdir. Lakin, sonda onlar testdən keçə bilmədiklərini gördükdən sonra onlara tədrisi dayandırmağa məsləhət görmüşdür. Qeyd etmişdir ki, Gülsumadan aldığı pulu sadəcə hazırlıq ilə bağlı almış, onlara vəd verməmişdir. Sonuncular sadəcə dövlət qulluğundan hazırlığa gəlmişlər. Gülsumanın böyük qızı onun yanına kurikuluma görə gəlmiş, imtahan verib işə girmişdir, lakin onu daimiləşdirəcəyi ilə bağlı vəd verməmişdir. O ən azından 1 il işləyib maaş almışdır. Bu səbəbdən ona vəd verməsi ilə bağlı göstərilən xüsusatlar reallığı əks etdirmir. Hətta Aynurə imtahandan keçəndən sonra Gülsuma digər övladlarını da onun yanına gətirmişdir ki, onları da hazırlaşdır. Hazırlığı aylıq qiyməti 200 manat olmuş, ümumilikdə 8000 manat pul vəsaiti almamışdır. Həmin şəxslər onun yanına 2 il hazırlığa gəlmişlər. Sabirabad rayonuna onlardan pul almağa getməmiş, Fəridin oğlunun 40 mərasiminə getmişdir. Qeyd olunmuş bütün hadisələr 2020- 2021-ci il tarixlərdə baş vermişdir. Bibisi gəlini Arzunun ifadəsi ilə bağlı xüsusata isə sonuncunun onunla qərəzli olduğunu, aralarında mülk davası olduğu üçün bu məzmunda ifadə verdiyini qeyd etmişdir. Cəvahir Əhmədova ilə bağlı epizod üzrə isə sonuncudan borc aldığını, həmin vəsaiti 2021-ci ilin əvvəlində ailə üzvlərinin dəfni ilə bağlı il mərasimini yola vermək üçün aldığını, ondan aldığı pulu qaytardığını, 4000 manat vəsaitini özü, 1000 manatını əmisinin qaytardığını, lakin sonradan anlaşılmazlıq yarandığını bildirmişdir. Zərərçəkmişlərin bir-biri ilə qohum olması səbəbindən onlarla səmimi münasibəti yarandığını göstərmişdir. Həmin dövrdə pandemiya olduğu üçün universitet işləmədiyi üçün universitetin həyətində onlardan pul almadığına istinad etmişdir. Cəvahir ona pul vəsaitlərini Nərimanov rayonu ərazisindəki evində vermişdir. Zərərçəkmiş şəxs3 ilə bağlı isə sonuncunun oğlunun onun yanına hazırlığa gəldiyini, ondan pul almadığını, sadəcə hazırlıq pulunu aldığını bildirmişdir. Ramilin üç dəfə imtahana girdiyini, hamısında kəsildiyini, eynilə Fəridin də imtahanlardan kəsildiyini, bu səbəbdən ondan şikayət edildiyini qeyd etmişdir. Ramil onun yanına 1 il yarım gəldiyini, Fəridin 2 il onun yanına hazırlığa gəldiyini bildirmişdir. Təqsirləndirilən şəxs sonrakı məhkəmə iclaslarında elan edilmiş ittihamlarla özünü təqsirli bilərək, ittihamın məzmunu barədə ifadə verməkdən imtina etmişdir. İfadələrində əhəmiyyətli ziddiyyətlər olduğundan Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş və həmin ifadəsində Təqsirləndirilən şəxs elan edilmiş ittihamla təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, təxminən 2019-cu il tarixdən illik müqavilələrlə Odlar Yurdu Universitetinin “İqtisadiyyat və iqtisadi münasibətlər” kafedrasının dosenti işləyir. Həmçinin yaşadığı evdə tələbələrin dövlət qulluğuna fənlər üzrə hazırlıq keçir. Zərərçəkmiş şəxs1 ortaq tanışları vasitəsilə onunla əlaqə saxlayıb bildirmişdir ki, qızı Gülbikəni kurikulum, məntiq və xarici dil fənləri üzrə hazırlaşdırsın. Onunla razılaşdıqdan sonra Gülbikəni miqdən testlər üzrə hazırlaşdırmaq üçün 1000 manat, daha sonra müsahibədən hazırlaşdırmaq üçün 1000 manat pul almışdır. Gülbikə hər iki imtahandan uğurla keçmiş, daha sonra Gülsuma onunla əlaqə saxlayıb bildirmişdir ki, digər qızı Aynur hazırda universitetdə təhsil alır, oğlu Fərid isə universiteti bitirib, onlar ixtisasları üzrə dövlət qulluğuna imtahan vermək istəyirlər. Bunun üçün Gülsuma onları hazırlaşdırmağını istədikdə onunla razılaşmışdır. Bundan sonra Fərid və Aynur aylıq hər biri 250 manata onun yaşadığı evində keçirdiyi hazırlıq kursuna gəlmişlər. Həmin müddət ərzində onlar üç dəfə imtahandan kəsilmişlər. Gülsumadan onun qızı Gülbikənin orta məktəbdə müqaviləli yox, daimi olaraq işləməsi üçün, həmçinin qızı Aynurla oğlu Fəridin dövlət qulluğuna imtahandan keçmələri və ixtisasları üzrə işə düzəltməklə bağlı hər hansı bir məbləğdə pul almamışdır. Yalnız bir dəfə bibisi oğlunun həyat yoldaşı Arzu ilə birlikdə tanımadığı taksi fəaliyyəti ilə məşğul olan şəxslə Gülsumanın oğlu Fəridin övladının uşaq görməsi mərasimi ilə bağlı Sabirabad rayonuna onların yaşadığı evə gedib təbrik etmişdir. Həmin vaxt da Gülsumadan hər hansı bir məbləğdə pul almamışdır. Bundan başqa Zərərçəkmiş şəxs3 Nadirxan qızının oğlu Şahid3 da dövlət qulluğuna imtahana hazırlaşmaq üçün onun yanma hazırlığa gəlib-getmişdir. Ramil hər ay ona hazırlıq pulu kimi 250 manat pul vermişdir. Lakin, onların qeyd etdiyi kimi Ramili işə düzəltmək üçün onlardan 10.000 manat pul almamışdır. Bundan başqa Gülsumanın qohumu Zərərçəkmiş şəxs2 ümumilikdə 5.000 manat borc pul almışdır. Həmin pulu da tam şəkildə Cavahirə qaytarmışdır. Hazırda zərərçəkmiş şəxslərə dəymiş zərəri tam olaraq ödəmişdir. Zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbi yoxdur, onlarla barışmışdır. Yekunda barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə təxminən 2019-cu il tarixdə tanışı Reyhanın vasitəsilə tanış olmuşdur. Belə ki, övladları üçün hazırlıq müəlliməsi axtarırdı. Tanışı Reyhan ona Odlar Yurdu universitetində müəllimə işləyən Sevda adlı tanışının olduğunu bildirmiş və onun mobil nömrəsini vermişdir. Bundan sonra Sevda ilə əlaqə saxlamış və onunla tanış olmuşlar. Sevda bildirmişdir ki, Odlar Yurdu universitetində müəllimə işləyir və tələbələrə dövlət qulluğu imtahanından keçməsi üçün hazırlıq kursu keçir. Həmin ərəfədə qızı Gülbikə orta məktəbə müəllimə kimi qəbul olmaq üçün imtahan vermiş, lakin imtahandan keçib aşağı bal yığmışdı. Belə ki, qızı orta məktəblərin birinə müəllimə kimi düşəeəkdi, lakin işi daimi olmayacaqdı, yenə də gələcəkdə imtahan verəcəkdi. Sevda ilə Atatürk parkında görüşüb söhbət edən zaman Sevda bildirmişdir ki, tanışları var, Gülbikə hansı orta məktəblərdən birinə müəllimə kimi düşsə onu həmin məktəbdə daimiləşdirə bilər, bunun üçün isə 3.000 manat pul lazımdır. Sevda həqiqətən Odlar Yurdu universitetində işlədiyi üçün ona inanmış və onunla razılaşmışdır. 2020-ci ilin oktyabr ayında Sevda ilə Nərimanov rayonu Atatürk parkında görüşmüşlər, biraz söhbət etdikdən sonra pulu vermək istəyəndə Sevda bildirmişdir ki, pulu qarşıda görünməyən bir yerdə versin. Belə olub onunla birlikdə həmin parkın biraz qarşısında bir binanın blokuna girmiş, həmin zaman fikirləşmişdir ki, yəqin Sevda həmin binada yaşayır. Həmin binanın blokunda 3000 manat pulu Sevdaya vermişdir. Daha sonra Sevda bildirmişdir ki, yüksək vəzifədə işləyən tanışları var, əgər istəsə digər övladları Aynur və Fəridi də dövlət qulluğu imtahanından tapşırma yolu ilə keçirdə bilər və onları ixtisasları üzrə işlə təmin edə bilər. Oğlu Fərid Azərbaycan Dövlət İqtisad Universitetinin biznesin təşkili və idarə edilməsi fakültəsini bitirmişdi, həmçinin həmin universitetin, həmin ixtisasın magistrini bitirmişdi. Qızı Aynur isə universitetdə təhsil alırdı. Sevda təklif etmişdir ki, qızı Aynur və oğlu Fərid bir müddət onun yanına hazırlığa getsinlər, dövlət qulluğuna imtahanda özü tapşırma yolu ilə imtahandan keçirdib ixtisasları üzrə işlə təmin etdirəcəkdir. Sevdaya inandığı üçün onunla razılaşmış, bundan sonra oğlu Fəridi və qızı Aynuru Sevdanın yanma hazırlığa qoymuşdur. Hər övladı üçün Sevdaya hər ay 250 manat hazırlıq pulu vermişdir. 2021-ci ilin fevral ayında Sevda oğlu Fəridin dövlət qulluğu imtahanından keçirtmək və onu ixtisası üzrə işlə təmin etmək üçün 4.000 manat pul istəmişdir. 2021-ci ilin fevral ayında Sevda Alı və Arzu adlı şəxslərlə birlikdə Sabirabad rayonu Ulacalı kəndinə yaşadığı evə gəlmiş, həmin vaxt qızı Aynur da onlarla birlikdə gəlmişdi. Belə ki, həmin günü nəvəsinin uşaq görmə mərasimi idi. Yaşadığı evdə qızı Aynurun və Arzunun yanında Sevdaya 4.000 manat pul vermişdir. 2021-ci ilin iyun ayında Sevda qızı Aynuru da dövlət qulluğu imtahanından keçirtmək və onu ixtisası üzrə işlə təmin etmək üçün 4.000 manat pul istəmiş, Sevda ilə Bakı şəhəri, Nərimanov rayonu, Gənclik metrostansiyasının yaxınlığında görüşmüşlər, oğlunun idarə etdiyi avtomobilin içərisində Sevdaya 4.000 manat pul vermişdir. Həmin zaman yanlarında oğlu Fərid olmuşdur. Sonradan qızı Gülbikə müəllimə kimi işlədiyi məktəbdə müqaviləsi bitdiyi üçün işdən çıxarılmış, həmçinin digər övladları Fərid və Aynur da dövlət qulluğu imtahanından keçə bilməmişlər. Bundan sonra ona məlum olmuşdur ki, Sevda ona olan etibarından sui-istifadə edərək, ümumilikdə 11.000 manat pulunu aldadıb ələ keçirmişdir. Sevdadan pulunu geri istəsə də, hazırki vaxtadək Sevda ona müxtəlif bəhanələr gətirərək pulunu geri qaytarmamışdır. Buna görə də, məcbur olub şikayət etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər hazırda ödənilmişdir və onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ona vurulmuş ziyanı tam şəkildə ödədiyini, ondan hər hansı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qaynı arvadı Zərərçəkmiş şəxs1 görə tanımışdır. Belə ki, 2022-ci ilin dekabr ayında Gülsumagilin evində olarkən, təsadüfən Sevda ilə tanış olmuşdur. Sevda da həmin vaxt Gülsumagildə idi. Gülsuma bildirmişdir ki, universitetdə müəllimə işləyir. Qızı Aynur da onun yanına hazırlığa gedib-gəlir. Sevda ilə söhbət zamanı Sevda bildirmişdir ki, İqtisat universitetində müəllimə işləyir, direktorlarına dərslər keçir, müəllimlərin işə düzəldilməsində köməklik göstərə bilir. Evə getdikdən sonra Aynura zəng vurub bildirmişdir ki, Sevda ilə danışsın, əgər imkanı varsa gəlini X8 müəllimə kimi işə düzəltmək istəyir. Gəlini Gülnar Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirmişdir. Daha sonra Ayur ona zəng vurub Sevda ilə danışdığını, Sevda Gülnarı Bakı şəhər ərazisində kollecə müəllimə düzəldə biləcəyini və bunun üçün 7.000 manat pul lazım olduğunu dediyini bildirmişdir. Daha sonra Sevdanın deməsi ilə onunla 5.000 manata razılaşmışlar. 2022-ci ilin dekabr ayının sonlarında Sevda ilə Gənclik metrostansiyasınm yaxınlığında görüşmüş, bacısı oğlu Cavidanın avtomobilinin içərisində Sevdaya ilkin olaraq 1000 manat pul vermişdir. 2023-cü ilin yanvar ayında qaynı oğlu Ramilə 3.000 manat pul vermişdir ki, aparıb Sevdaya versin. Ramil də Sevda ilə Nərimanov rayonunda yerləşən İqtisad Universitetinin qarşısında görüşüb ona 3.000 manat pul vermişdir. Sonuncu dəfə 2023-cü ilin yanvar ayının sonlarında yenə də 1000 manat pulu qaynı oğlu Ramilə vermişdir ki, aparıb Sevdaya versin. Ramil də Sevda ilə Nərimanov rayonunda yerləşən İqtisad Universitetinin qarşısında görüşüb ona 1000 manat pul vermişdir. Beləliklə, Sevdaya gəlinini kollecə işə düzəltməsi üçün ümumilkdə 5.000 manat pul vermişdir. Lakin, aradan xeyli vaxt keçməsinə baxmayaraq, Sevda gəlinini işə düzəltməmiş və hər dəfə müxtəlif bəhanələr gətirərək onu aldatmağa başlamışdır. Buna görə də, Sevdadan pulunu tələb etməyə başlamış, Sevda ona təxminən bir il ərzində 3.000 manat bir, 1000 manatda olmaqla, ümumilikdə 4.000 manat pul qaytarmışdır. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər hazırda ödənilmişdir və onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ona vurulmuş ziyanı tam şəkildə ödədiyini, ondan hər hansı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 Nadirxan qızı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qohumu Zərərçəkmiş şəxs1 vasitəsilə tanımışdır. Belə ki, qohumu Gülsuma ilə söhbət zamanı sonuncu ona bildirmişdir ki, qızı Gülbikə dövlət qulluğuna imtahandan keçib və müqavilə ilə müəllimə işləyir. Ondan Gülbikənin necə keçdiyini soruşduqda Gülsuma bildirmişdir ki, X14 universitetində işləyən Sevda adlı müəllimə işə düzəldibdir. Bunun üçün Sevda ondan 3.000 manat pul alıb. Həmçinin Gülsuma bildirmişdir ki, oğlu Fəridlə digər qızı Aynur da Sevdanın yanma hazırlığa gedir. Oğlu Əhədov X9 Dövlət Universitetinin Gömrük fakültəsini bitirmişdir. Gülsumaya Sevda ilə danışmasını, əgər imkan varsa oğlu Ramili də işlə düzəltməsini demişdir. Bir neçə gün sonra Gülsuma ona demişdir ki, Sevda ilə danışıbdır, Sevda Ramili ixtisası üzrə işə düzəldə biləcəyini və bunun üçün 10.000 manat pul lazını olduğunu deyibdir. Bundan sonra cvdanın nömrəsini alıb ona zəng vurub tanışlıq vermiş. Sevda onunla söhbət zamanı oğlu Ramili dövlət qulluğu imtahanından tapşırma yolu ilə keçirib ixtisası üzrə işə düzəldə biləcəyini, bunun üçün 10.000 manat pul lazım olduğunu dedikdə onunla razılaşmışdır. 2021 -ci ilin noyabr ayının əvvələri olardı, Sevda ilə Odlar Yurdu Universitetinin həyətində görüşmüş, oğlunun idarə etdiyi avtomobildə oğlu Ramilin yanında Sevdaya 10.000 manat pul vermişdir. Həmin vaxt Sevda bildirmişdir ki, oğlu Ramil dövlət qulluğuna imtahan vermək üçün onun yanına hazırlığa getməlidir və imtahana girməlidir. İmtahandan özü tapşırma yolu ilə keçirəcəkdir və ixtisası üzrə işə düzəldəcəkdir. Sevda ilə danışıb razılaşmış, oğlu Ramil təxminən 7-8 ay ayda 750 manat pul verməklə Sevdanın yanına hazırlığa getmişdir. X7 birlikdə hazırlığa gedirdi, Gülsumanm oğlu Fərid isə onlardan ayrı gedirdi. Təxminən bir il sonra oğlu Ramil imtahan vermiş, lakin imtahandan kəsilmişdir. Sevda isə onu heç bir yerə işə düzəltməmişdir. Buna görə də, Sevdadan ona işə düzəltmək üçün verdiyi 10.000 manat pulu geri tələb etmişdir. Bir müddət sonra Sevda ona 3.000 manat pul qaytarmış, lakin geri qalan 7.000 manat pulu qaytarmamışdır. Buna görə də, məcbur olub bu barədə ərizə yazmışdır. Həmçinin sonradan məlum olmuşdur ki, Sevda Gülsumaya guya övladları Fərid və Aynuru dövlət qulluğu imtahanından tapşırma yolu ilə keçirdib ixtisasları üzrə işə düzəltmək, həmçinin Gülbikəni işlədiyi məktəbdə daimiləşdirmək adı ilə aldadıb ümumilikdə 1 1.000 manat pulunu, bundan başqa qaynımın arvadı Cavahirin də gəlinini işə düzəltmək üçün 5.000 manat pulunu aldadıb ələ keçirmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər hazırda ödənilmişdir və onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs3 Nadirxan qızı məhkəməyə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ona vurulmuş ziyanı tam şəkildə ödədiyini, ondan hər hansı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun doğma anasıdır. 2014-cü il tarixdə Azərbaycan Dövlət İqtisad Universitetinin biznesin təşkili və idarə edilməsi fakültəsini bitirmişdir. 2017-ci ildə isə həmin universitetin, həmin ixtisasın magistrini bitirmişdir. 2021-ci ilin sonlarında anası Gülsuma bildirmişdir ki, dövlət qulluğuna imtahan vermək üçün hazırlaşmaq məqsədilə Odlar Yurdu universitetində müəllimə işləyən Sevda adlı müəllimənin yanına hazırlığa gedir. Bacısı Aynur da Bakı Dövlət Universitetinin coğrafiya fakültəsinin 4-cü kursunda oxuyurdu. Bundan sonra özü və bacısı Aynur Sevdanın yanına hazırlığa getməyə başlamışlar. Bundan sonra Sevdanın yaşadığı ünvanda həftədə üç dəfə olmaqla, hazırlığa getmiş və hər ay ona 250 manat hazırlıq pulu olaraq ödəniş etmişdir. Həmçinin bacısı Aynur da ondan ayrı vaxtlarda həftədə üç dəfə Sevdanın yaşadığı evə hazırlığa gedirdi və Aynur da özü üçün aylıq 250 manat Sevdaya ödəniş edirdi. Sevda bildirmişdir ki, ona dövlət qulluğuna imtahandan keçməyi tapşırılma yolu ilə özü həll edəcəkdir, həmçinin ixtisası üzrə işə qəbul olunmağına köməklik göstərəcəkdir. Həmçinin Sevda bacısı Aynura vəd vermişdi ki, onu da dövlət qulluğu imtahanından tapşırılma yolu ilə keçməsinə və ixtisası üzrə işə qəbul olunmasına köməklik göstəriləcəkdir. Böyük bacısı Gülbikə isə həmin vaxtla imtahan verib müqavilə ilə müəllimliyə işə qəbul olmuşdu, Sevda isə vəd vermişdi ki, Gülbikəni müqavilə ilə deyil, daimiləşdirəcəkdir. Sevda onun və bacısı Aynurun dövlət qulluğundan tapşırma yolu ilə keçib ixtisasları üzrə işə qəbul olunmaları üçün hərəsindən 4.000 manat olmaqla, ümumilikdə 8.000 manat, böyük bacısı Gülbikədən isə onun miq imtahanından daimiləşdirmək üçün 3.000 manat pul istəmişdi. Həmin pulları anası Gülsuma müxtəlif vaxtlarda Sevdaya vermişdir. Lakin, konkret nə vaxt və harada verməsini bilmir. Yalnız sonuncu dəfə anası 4.000 manat pulu 2021-ci ilin iyun ayında onun iştirakı ilə Bakı şəhəri, Nərimanov rayonu, Gənclik metrostansiyasınm yaxınlığında idarə etdiyi avtomobilin içərisində Sevdaya vermişdir. Bacısı Aynur universiteti bitirdikdən sonra dövlət qulluğu im tatıma girmiş, lakin imtahandan kəsilmişdir. Eyni zamanda özü də imtahandan kəsilmişdir. Böyük bacısı Gülbikə isə müqavilə ilə işləyirdi, müqavilə müddəti bitmiş, daimiləşmə imtahanından isə kəsilmişdir. Bundan sonra məlum olmuşdur ki, Sevda anasını və onları aldadıb anası Gülsumanın ümumilikdə 11.000 manat pulunu alıb ələ keçirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun doğma anasıdır. 2022-ci il tarixdə Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsini bitirmişdir. 2020-ci ilin sonlarında anası Gülsuma bildirmişdir ki, dövlət qulluğuna imtahan vermək üçün hazırlaşmaq məqsədilə Odlar Yurdu universitetində müəllimə işləyən Sevda adlı müəllimənin yanına hazırlığa getsin. Həmçinin anası Gülsuma qardaşı Fəridi də dövlət qulluğuna imtahan vermək üçün Sevdanın yanma hazırlığa qoymuşdur. Bundan sonra Sevdanın yaşadığı ünvanda həftədə üç dəfə olmaqla, hazırlığa getməyə başlamışdır. Hər ay ona 250 manat hazırlıq pulu olaraq ödəniş etmişdir. Sevda bildirmişdir ki, universiteti bitirdikdən sonra dövlət qulluğuna imtahanda keçmək üçün özü tərəfindən tapşırılma yolu ilə köməklik göstəriləcəkdir. Bundan sonra problemsiz ixtisası üzrə işə qəbul olunacaqdı. Həmçinin Sevda qardaşı Fərid üçün də ona dediklərini deyərək onun da ixtisası üzrə dövlət qulluğuna imtahandan tapşırma yolu ilə keçirilməsinə və ixtisası üzrə işə qəbul olunmasına köməklik göstərəcəyini bildirmişdir. Böyük bacısı Gülbikə isə həmin vaxtlar imtahan vermişdi və müqavilə ilə müəllimə işləməyə qəbul olunmuşdu. Sevda isə bacısı Gülbikə üçün vəd vermişdi ki, Gülbikə daimiləşmə üçün verəcəyi miq imtahanından keçməsi üçün müşafıq şəxslərə tanışlarının vasitəsilə tapşıracaqdır və Gülbikə imtahandan keçəcəkdir. Sevda onun və qardaşı Fəridin dövlət qulluğundan tapşırma yolu ilə keçib ixtisasları üzrə işə qəbul olunmaları üçün hərəsindən 4000 manat olmaqla, ümumilikdə 8.000 manat, böyük bacısı Gülbikədən isə onun miq imtahanından keçib daimiləşdirmək üçün 3.000 manat pul istəmişdi. Həmin pulları anası Gülsuma müxtəlif vaxtlarda Sevdaya vermişdir. Lakin, konkret nə vaxt və harada verməsini bilmir. Yalnız bir dəfə Sevda pulu götürmək üçün Sabirabad rayonunda Ulacalı kəndindəki yaşadıqları evə gəlmişdi. Həmin zaman anası Gülsuma 4.000 manat pulu Sevdaya onun iştirakıla vermişdir. Belə ki, Sevda 4.000 manat pulu götürmək üçün Bakı şəhərindən çıxanda onu da götürmüşdü. Avtomobili isə Sevdanın tanışı Alı idarə edirdi. Həmin günü saat 11 radələrində Ulacalı kəndindəki evlərində qardaşı Fəridin oğlan övladı üçün uşaq görmə mərasimi keçirilmişdi. Lakin, Sevda ilə axşam radələrində kənddəki evlərinə çatmışlar. Universiteti bitirdikdən sonra dövlət qulluğu imtahına girmiş, lakin imtahandan kəsilmişdir. Eyni zamanda qardaşı Fərid də imtahandan kəsilmişdir. Böyük bacısı Gülbikə isə müqavilə ilə işləyirdi, müqavilə müddəti bitmiş, daimiləşmə imtahanından isə kəsilmişdir. Bundan sonra onlara məlum olmuşdur ki, Sevda anasını və onları aldadıb anası Gülsumanın ümumilikdə 11.000 manat pulunu alıb ələ keçirmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid3, Şahid4, X2 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, onların qızının ibtidai istintaq dövründə vermiş olduqları ifadələri elan edilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs3 Nadirxan qızı onun doğma anasıdır. Lənkəran Dövlət Universitetinin Gömrük fakultəsini bitirmişdir. 2021-ci ilin noyabr ayının əvvəllərində anası Dilara bildirmişdir ki, əmisinin həyat yoldaşı Gülsuma ilə söhbət zamanı sonuncu ona bildirmişdir ki. Odlar Yurdu universitetində işləyən Sevda adlı müəllimə onun qızı Gülbikəni işə düzəldib, bunun üçün Sevdaya 3.000 manat pul verib. Anası Dilarə bildirmişdir ki. Gülsumanın vasitəsilə Sevda ilə danışıb, sonuncu söz verib ki, onu da dövlət qulluğu imtahanından tapşırma yolu ilə keçirdib ixtisası üzrə işə düzəldə bilər, bunun üçün 10.000 manat pul istəyib. 2021-ci ilin noyabr ayının əvvəllərində Odlar Yurdu Universitetinin həyətində Sevda ilə görüşmüşlər. Sevda onun idarə etdiyi avtomobilə əyləşmiş, avtomobilin içərisində anası Sevdaya 10.000 manat pul vermişdir. Həmin vaxt Sevda bildirmişdir ki, dövlət qulluğuna imtahan vermək üçün onun yanına hazırlığa getməlidir, imtahandan özü tapşırma yolu ilə keçirəcəkdir və ixtisası üzrə işə düzəldəcəkdir. Təxminən 7-8 ay ayda 750 manat pul verməklə Sevdanın yanına hazırlığa getmişdir. Lakin, Sevda onu dövlət qulluğu imtahanından keçirməmiş və ixtisası üzrə işə düzəltməmişdir. Bundan sonra bilmişlər ki, Sevda onları aldadıb, buna görə də, ondan işə düzəltmək üçün verdikləri 10.000 manat pulu geri tələb etmişlər, lakin Sevda onlara cəmi 3.000 manat pul qaytarmışdır. Geri qalan pulu isə qaytarmamışdır. Bundan başqa sonradan məlum olmuşdur ki, Sevda Gülsumanı da aldadıb ümumilikdə 11.000 manat, həmçinin digər əmisinin arvadı Əhmədova Cavahir Əsəd qızını da aldadıb 5.000 manat pulunu ələ keçirmişdir. Belə ki, 2023-cü ilin yanvar avında universitetdə müəllimə işləyən Sevda adlı qadınla 5.000 manata danışıb razılaşıbdır, həmin pulun 1000 manatını verib, geri qalan puldan 3.000 manat pulu aparıb ona verməyini xahis etmişdir. Bundan sonra gedib Cavahirdan 3.000 manat pulu götürmüs, Sevda ilə danışıb onunla Nərimanov rayonunda yerləşən İqtisad Universitetinin qarşısında görüşmüşlər. Həmin vaxt ona 3.000 manat pul vermiş və bu barədə də Cavahirə məlumat vermişdir. Bir neçə gün sonra yena da Cavahir ondan xahiş etmişdir ki, Sevdava veriləsi puldan qalan 1000 manat pulu aparıb pulu vermişdir. Aradan xeyli vaxt keçdikdən son darısındirdən həmin məsələ ilə bağlı götürid Sevda ilə danışıb İqtisad Universitetinin də gedib görüşüb ona 1.000 manat pul maraqlananda sonuncu bildirmişdir ki, Sevda onu aldadıb 5.000 manat pulunu ələ keçirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2019-cu ildə Bakı şəhər Azərbaycan Dövlət Pedeqoji Universitetinin menecmet təhsilin təşkili və idarəsi fakultəsinin magistraturasını bitirmişdir. 2021-ci ilin yay aylarında orta məktəbdə müllimə işləmək üçün miq imtahanı vermişdir. Həmin imtahandan ən yüksək bal olan 60 baldan 39 bal yığmışdı. Keçid balacı isə 30 olduğu üçün məktəblərin birində müqaviləli olaraq işləyəcəkdi. Həmin ərəfədə anası Gülsuma bildirmişdir ki, qonşu kənddən bir nəfər tanışı ona deyib ki, Bakı şəhərində Odlar Yurdu Universitetində işləyən Sevda adlı xanım var, həmin xanım işə düzəltməkdə və daimiləşməkdə köməklik göstərə bilir. Bundan sonra anası Sevdanın mobil nömrəsini alıb onunla danışıb Bakı şəhərində görüşmüşdür. Həmin görüşdən sonra anası ona bildirmişdirt ki, Sevda ilə söhbət zamanı sonuncu ona söz verib ki, 3.000 manat müqabilində onu orta məktəbdə müqaviləli yox, daimiləşdirməklə işə düzəldəcəkdir. Belə ki, daha sonra müsahibə imtahanı verməli idi, Sevda həmin imtahandan özü tapşırma yolu ilə keçirdib onu daimiləşdirməli idi. 2022-ci ilin oktyabr ayında anası Gülsuma ilə birlikdə Bakı şəhərinə gəlmişlər. Sevda ilə Nərimanov rayonu, Atatürk parkında Özsüt restoranında görüşmüşlər. Həmin vaxt Sevda söz vermişdi ki, onu müsahibə imtahanından tapşırma yolu ilə keçirdib işləyəcəyi orta məktəbdə daimiləşdirəcəkdir. X15 pulu vermək istəyəndə Sevda bildirmişdir ki, restoranda kameralar var, gedib biraz kənarda versin. Bundan sonra anası Gülsuma ilə Sevda durub getmiş, özü isə onlardan ayrılıb evə getmişdir. Sonradan anası Gülsuma bildirmişdir ki, həmin vaxt Atatürk parkının yaxınlığında biraz aralıda bir binanın blokunda Sevdaya 3.000 manat pul vermişdir. 2022-ci ilin noyabr ayından Sabirabad rayonu Nərimankənd kəndində Mübariz Şahmurov adına tam orta məktəbdə müqaviləli olaraq işləməyə başlamış, sonradan müsahibə imtahanı vermiş, lakin keçməmişdir və müqaviləli olduğu üçün işinə xitam verilmişdir. Bundan sonra məlum olmuşdur ki, Sevda onları aldatmışdır. Bundan əlavə Sevda anası Gülsumanı aldadıb bacısı Aynuru və qardaşı Fəridi dövlət qulluğu imtahanından tapşırma yolu ilə keçirdib ixtisasları üzrə işə düzəltmək üçün ümumilikdə 8.000 manat pul almışdır. Sevda anası Gülsumaya məxsus ümumilikdə 11.000 manat pulu dələduzluq yolu ilə aldadıb ələ keçirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun hayat yoldaşının dayısı qızıdır. X16 universitetində müəllimə işləyir. Həmçinin bildiyi qədər Sevda yaşadığı evda Jövlət qulluğuna imtahan vermək üçün tələbələr hazırlaşdırır. Zərərçəkmiş şəxs1 Sevdanın yaşadığı evdə görüb tanımışdır. Həmin vaxtdan onunla aralarında normal münasibətləri olmuşdur. Belə ki, Gülsumanın övladları Farid va Aynur Sevdanın yaşadığı evdə sonuncunun yanına dövlət qulluğuna imtahan vermək üçün hazırlığa gəlib-gedirdilar. 2022-ci ilin fevral ayında Sevda ona zəng vurub bildirmişdir ki, Gülsumanın oğlu Faridin uşağının uşaq görmə mərasimidir, özü də Gülsumagilə gedir, onun da davət edildiyini bildirmişdir. Bundan sonra özü, Sevda və sonuncunun tanışı Adı adlı şəxsin idarə etdiyi avtomobillə Gülsumanın yaşadığı Sabirabad rayonu Ulacalı kəndindəki evinə getmişlər. X4 da onlardan əvvəl getmişdi. Bir gün onların evinda qalmışlar. Səhəri günü evdən çıxıb gedəndə Gülsumanın evində olan zaman onun Sevdaya bir qədər xeyli məbləğdə pul verdiyini görmüşlər. Lakin, nə qədər pul verdiyini bilməmişdir Gülsumadan Sevdaya nə qədər və hansı məqsədlə pul verdiyini soruşmuş, Gülsuma bildirmişdir ki, Sevda onun qızı Aynurun və oğlu Fəridin dövlət qulluğundan imtahandan keçmələri və ixtisasları üzrə işə qəbul etməyə, həmçinin digər qızı Gülbikənin işini daimiləşdirmək üçün söz vermiş və bunun üçün ümumilikdə 11.000 manat pul istəyib, həmin puldan 3.000 manat əvvəl verib, hazırda da 4.000 manat Sevdaya pul vermişdir. Aradan bir neçə ay keçdikdən sonra Gülsuma bildirmişdir ki, oğlu Farid və qızı Aynur imtahandan kəsiliblər və heç bir yerə də işə qəbul olunmayıblar, digər qızı Gülbikənin isə işi daimiləşdirilməyib, müqavilə müddəti bitdiyi üçün işdən çıxıb. Gülsuma Sevdanın onları aldatdığını və ümumilikdə 11.000 manat pulunu dələduzluq yolu ilə alıb ələ keçirdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi barədə” 22 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış zamanı Bakı şəhəri, Nərimanov rayonunda yerləşən Atatürk parkının qarşısı müəyyən edilmişdir. Gülbikə Əhmədova həmin yerdə Təqsirləndirilən şəxs 4000 manat verdiyini bildirmişdir. Fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. “Hadisə yerinə baxış keçirilməsi barədə” 21 may 2024-cü il tarixli protokoldan görünür ki, ünvan 3 ünvanında yerləşən Odlar Yurdu Universitetinin qarşısına baxış keçirilmişdir. Universitetin girişində iki qapı vardır. D.Əhmədova həmin yerdə Təqsirləndirilən şəxs pul verdiyini bildirmişdir. Fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2025-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi haqqında” 31 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 Nadirxan qızı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizələrdən görünür ki, zərərçəkmiş şəxslərə dəymiş maddi zərər tam olaraq ödənilmişdir. Onlar təqsirləndirilən şəxslə barışmışlar və Təqsirləndirilən şəxs qarşı şikayət və tələbləri yoxdur. Üzləşdirmə istintaq hərəkəti protokollarından görünür ki, ifadələrində əhəmiyyətli Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 Nadirxan qızı, Zərərçəkmiş şəxs2, Şahid2, Şahid3, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmələr keçirilmiş, sonuncular ibtidai istintaq zamanı verdikləri ifadələri təsdiq edərək, Təqsirləndirilən şəxs üzünə qarşı demişlər. Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş "xxxx" ASC-nin vasitəsi ilə ödənilmiş xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dövlət büdcəsinə 4500 manat məbləğində ödəniş edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi: 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. 178.2.2 və 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə şəxs tərəfindən xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi: 39.1.3-cü maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə); 43.1.2-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6 - 39.1.11,40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır; 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. 175.5-ci maddəsinə əsasən, müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq, iş üzrə toplanmış və məhkəmə baxışı zamanı hərtərəfli, tam və obyektiv tədqiq edilmiş sübutları öz daxili inamı, qanun və vicdanını rəhbər tutaraq məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş dələduzluq cinayət əməllərini törətməsi, onun bu əməllərin törədilməsində təqsirliliyi tam və birmənalı şəkildə öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqının sonrakı mərhələlərində ona elan olunmuş ittihamlarla özünü təqsirli bilsə də, CPM-nin 126.6-cı maddəsinin imperativ tələbinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin sonradan verdiyi etirafedici ifadələri iş üzrə toplanmış və birbaşa məhkəmə iclasında tədqiq olunmuş digər mötəbər sübutlarla – zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 Nadirxan qızı və Zərərçəkmiş şəxs2, şahidlər Şahid1, Şahid2, Şahid3, Şahid4 və X3 ardıcıl, məntiqi və bir-birini tamamlayan ifadələri, tərəflər arasında aparılmış üzləşdirmə istintaq hərəkətlərinin protokolları və digər yazılı sənədlərlə tam təsdiqini tapır. Məhkəmə, təqsirləndirilən şəxsin məhkəməyədək və məhkəmə istintaqının əvvəlində özünü təqsirli bilməyərək, zərərçəkmiş şəxslərdən aldığı pul vəsaitlərinin onlara işə düzəlməyə köməklik göstərmək vədi ilə deyil, hazırlıq keçmək üçün, bəzi hallarda isə borc olaraq alındığına dair gətirdiyi dəlilləri tənqidi qiymətləndirir. Belə ki, onun bu müdafiə mövqeyi iş üzrə toplanmış sübutların məcmusu ilə tamamilə təkzib olunur. Təqsirləndirilən şəxs Gülsumanın övladlarını dövlət qulluğuna hazırlaşdırmaq üçün onlardan yalnız hazırlıq haqqı alması, Sabirabad rayonuna pul almaq üçün deyil, Fəridin oğlunun 40 mərasiminə getməsi, Cəvahir Əhmədovadan isə ailə üzvlərinin dəfn mərasimi ilə bağlı borc alması barədə göstərdikləri, zərərçəkmişlərin və şahidlərin bir-biri ilə ahəngdar, ziddiyyətsiz ifadələri ilə təkzib olunur. Xüsusilə, şahid X3 Sabirabad rayonunda olarkən Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxsə övladlarının işə düzəlməsi məqsədilə xeyli miqdarda pul verməsini görməsi barədə ifadəsi, Təqsirləndirilən şəxs həmin səfərin məqsədi ilə bağlı gətirdiyi dəlili əsassız edir. Eynilə, Şahid3 anası Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxsə Odlar Yurdu Universitetinin həyətində 10.000 manat, həmçinin xalası Cəvahir Əhmədovanın göstərişi ilə İqtisad Universitetinin qarşısında hissə-hissə ümumilikdə 4.000 manat pul verməsini təsdiq etməsi, təqsirləndirilən şəxsin bu vəsaitlərin borc və ya hazırlıq haqqı olması barədə müdafiə mövqeyini heçə endirir. Təqsirləndirilən şəxsin ilkin ifadələrində zərərçəkmiş şəxslərin qohum olması səbəbindən onlarla səmimi münasibətinin yaranması və pulların bu münasibətlər çərçivəsində alınması iddiası da məhkəmə tərəfindən cinayət məsuliyyətindən yayınma cəhdi kimi qiymətləndirilir. Belə ki, istintaqla müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Odlar Yurdu Universitetinin dosenti kimi öz elmi adından və nüfuzundan istifadə edərək zərərçəkmişlərdə yüksək vəzifəli şəxslər arasında əlaqələrinin olması barədə yanlış təsəvvür yaratmış, onların etibarından sui-istifadə edərək onlara övladlarını və qohumlarını dövlət qulluğuna və ya digər işlərə düzəltmək, müqaviləli iş yerlərini daimi etmək kimi yalan vədlər vermiş və bu vədlər müqabilində müxtəlif vaxtlarda və müxtəlif məkanlarda onlardan külli miqdarda pul vəsaitləri almış, lakin verdiyi vədlərin heç birini yerinə yetirməmişdir. Bu hərəkətlər bütövlükdə CM-in 178-ci maddəsində nəzərdə tutulan dələduzluq cinayətinin obyektiv və subyektiv cəhətlərini tam əhatə edir. Beləliklə, təqsirləndirilən şəxsin sonrakı etirafı, zərərçəkmiş və şahidlərin ifadələrinin məcmusu, eləcə də üzləşdirmə protokolları ilə təsdiqlənən və bir-birini tamamlayan sübutlar əsasında məhkəmə Təqsirləndirilən şəxs təqsirliliyinin tam və birmənalı şəkildə sübuta yetirildiyi və əməllərinin düzgün tövsif edildiyi qənaətinə gəlir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham daxilində baxmaqla yanaşı, məhkəmə istintaqının nəticələrinə əsasən təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq səlahiyyətinə malikdir. Bu səlahiyyət, məhkəmənin işin faktiki hallarını birbaşa və hərtərəfli tədqiq edərək, əmələ düzgün hüquqi qiymət vermək vəzifəsindən irəli gəlir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusunu qiymətləndirən məhkəmə, Təqsirləndirilən şəxs elan olunmuş ittihamın bəzi epizodlar üzrə hüquqi tövsifinə dəyişiklik edilməsi zərurəti qənaətinə gəlir. İttihama görə, təqsirləndirilən şəxsin əməlləri CM-nin 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) və 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə tövsif edilmişdir. Təkrarlıq əlamətinin tətbiqi, CM-nin 16-cı maddəsinin tələblərinə uyğun olaraq, şəxsin törətdiyi cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməməsi şərtindən asılıdır. Məhkəmə bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli Qərarında formalaşmış hüquqi mövqeyi rəhbər tutur. Həmin qərara əsasən, “...eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz. Məhkəmə baxışı nəticəsində təkrarlığa daxil olan iki cinayətdən birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi müəyyən edilərsə və bu səbəbdən həmin əmələ görə cinayət təqibinə xitam verilərsə, təqsirləndirilən şəxsin əməlində cinayətlərin çoxluğu mövcud olmadığından, onun əməlinin təkrarlıq əlaməti üzrə tövsif edilməsi də istisna edilir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, ......, ümumiyyətlə təkrarlığı təşkil edən hər bir cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin ayrı-ayrılıqda hesablanmasını istisna etmir”. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinin qüvvəsi onun qərarlarının hüquqi qüvvəsinə bərabər olduğundan və ümumi xarakter daşıdığından yalnız konstitusiya işinin predmetini təşkil etmiş hala deyil, hüququn mənbəyi kimi hüquq tətbiqetmə təcrübəsində rast gəlinən analoji hallara da şamil edilməlidir”. Bu hüquqi mövqedən çıxış edərək məhkəmə müəyyən edir ki, təkrarlığa hüquqi əsas yaradan ilkin və ya sonrakı cinayət epizodları üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti məhkəmə qərarı (hökmü) çıxarılan ana qədər keçmişdirsə, həmin epizodlar artıq sonrakı epizodlar və ya öz aralarında “təkrar” törədilmə əlaməti ilə ağırlaşdırılması üçün hüquqi baza rolunu oynaya bilməz. Bu prinsipləri rəhbər tutaraq, məhkəmə ittiham üzrə epizodların hüquqi tövsifini aşağıdakı kimi dəqiqləşdirir. Zərərçəkmiş şəxs1 3.000 manat alınması (birinci epizod) və Zərərçəkmiş şəxs2 5.000 manat alınması (dördüncü epizod) üzrə: Hər iki epizodda ziyanın məbləği CM-nin 177-ci maddəsinin "Qeyd" hissəsində "xeyli miqdar" üçün müəyyən edilmiş 5000 manat həddini aşmadığından, bu əməllər CM-nin 178.1-ci maddəsinin tərkibini yaradır. CM-nin 15.2-ci maddəsinə əsasən, bu cinayətlər böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. CM-nin 75.1.1-ci maddəsinə görə, bu növ cinayətlər üçün cinayət məsuliyyətinə cəlb etmə müddəti iki ildir. Birinci epizod 2021-ci ilin oktyabrında, dördüncü epizod isə 2023-cü ilin yanvarında yekunlaşdığından, hökm çıxarılan anadək hər iki epizod üzrə 2 illik müddət keçmişdir. Nəticədə, həmin epizodlar təkrarlıq yaratma qabiliyyətlərini itirir və həmin epizodlar üzrə cinayət təqibinə xitam verilməlidir. (təqsirləndirilən şəxsin razılığı ilə) Zərərçəkmiş şəxs3 Nadirxan qızından 10.000 manat alınması (ikinci epizod) və Zərərçəkmiş şəxs2 5000 manat alınması (dörcünce epizod) üzrə: İttiham orqanı ikinci epizod əməli birinci epizoda istinadən təkrar törədilmiş hesab edərək CM-nin 178.2.2-ci maddəsi ilə tövsif etmiş və ittihamın məzmununa “təkrarən” tövsifedici əlamətini daxil etmişdir. Eynilə, dördüncü epizodda da ittihamın məzmununa, üçüncü epizoda münasibətdə təkrarən tövsifedici əlaməti daxil edilmişdir. Lakin yuxarıda qeyd edildiyi kimi, birinci və dörcüncü epizodlar üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən, məhkəmə təqsirləndirilən şəxsin əməlindən ikinci və dördüncü epizodlar üzrə hissədə "təkrarən" tövsifedici əlamətini xaric etməyi zəruri hesab edir. Bununla belə, ikinci epizod üzrə vurulmuş ziyanın məbləği (10.000 manat) CM-nin 177-ci maddəsinin "Qeyd" hissəsinə görə "xeyli miqdar" təşkil etdiyindən, əməlin CM-nin 178.2.4-cü maddəsi ilə tövsifi qüvvədə saxlanılmalıdır. Zərərçəkmiş şəxs1 8.000 manat alınması (üçüncü epizod) üzrə: Bu əməl törədilərkən (fevral-iyun 2022-ci il), ikinci epizod (noyabr 2021-ci il) hüquqi qüvvədə idi. İkinci epizod CM-nin 178.2.4-cü maddəsi ilə tövsif olunan az ağır cinayət olduğu üçün onun məsuliyyətə cəlb etmə müddəti 7 ildir (CM-nin 75.1.2-ci maddəsi) və qərar qəbul edilən anadək keçməmişdir. Deməli, üçüncü epizodun törədilməsi anında ikinci epizod təkrarlıq üçün hüquqi əsas olmuşdur və hazırda da müddət keçməmişdir. Bu səbəbdən, məhkəmə üçüncü epizodun həm CM-nin 178.2.2-ci maddəsi (təkrar törədildikdə), həm də 178.2.4-cü maddəsi (xeyli miqdarda ziyan vurmaqla) ilə tövsifini düzgün və əsaslı hesab edir. Beləliklə, məhkəmə ittihamı qismən dəyişdirərək, təqsirləndirilən şəxsin əməllərinin yekun hüquqi tövsifini müəyyən edir və növbəti məsələlərin həllinə bu tövsif əsasında keçir. Cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin keçməsi ilə əlaqadar cinayət təqibinə xitam verilməsi barədə (Zərərçəkmiş şəxs1 üzrə 3.000 manatlıq və Zərərçəkmiş şəxs2 üzrə 5.000 manatlıq epizodlar) Məhkəmə, cinayət mühakimə icraatının fundamental prinsiplərindən olan qanunçuluq və ədalət prinsiplərini rəhbər tutaraq, Təqsirləndirilən şəxs elan edilmiş ittihamın birinci və dördüncü epizodları üzrə cinayət təqibinə xitam verilməsini zəruri hesab edir. Bu nəticə maddi və prosessual hüquq normalarının sistemli təhlilindən irəli gəlir. İttihamın birinci epizoduna görə, Təqsirləndirilən şəxs 2021-ci ilin oktyabr ayında Zərərçəkmiş şəxs1 3.000 manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmişdir. Dördüncü epizoda görə isə, 2022-ci ilin dekabr ayından 2023-cü ilin yanvar ayınadək olan müddətdə Zərərçəkmiş şəxs2 məxsus 5.000 manat məbləğində pul vəsaitini eyni üsulla ələ keçirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin "Qeyd" hissəsinin 1-ci bəndinə əsasən, həmin Məcəllənin 178.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyət, əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Məhkəmə müəyyən edir ki, hər iki epizodda vurulmuş ziyanın məbləği (müvafiq olaraq 3.000 və 5.000 manat) "xeyli miqdar" həddinə çatmadığından, bu əməllər öz-özlüyündə CM-nin 178.1-ci maddəsinin dispozisiyası ilə əhatə olunur. CM-nin 15.2-ci maddəsinə görə, qəsdən törədilməsinə görə CM ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. CM-nin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan ən ağır cəza iki ilədək müddətə azadlıqdan məhrum etmə olduğu üçün, qeyd olunan epizodlar üzrə törədilmiş əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. CM-nin 75.1.1-ci maddəsi imperativ qaydada müəyyən edir ki, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən, bu müddətlər cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Məhkəmə müəyyən edir ki, birinci epizod 2021-ci ilin oktyabr ayında, dördüncü epizod isə 2023-cü ilin yanvar ayında yekunlaşmışdır. Hökmün çıxarıldığı tarixədək hər iki epizod üzrə cinayət əməlinin törədilməsindən iki ildən artıq müddət keçmişdir. Bu, cinayətin törədilmə anı ilə məhkəmə qərarının çıxarılması anı arasında qanunla müəyyən edilmiş müddətin ötüb keçdiyini göstərir və cinayət təqibini istisna edən hal yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdikdə cinayət təqibinə xitam verilməlidir. Həmin Məcəllənin 43.3-cü maddəsi isə məhkəməyə baxışın gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, o cümlədən CPM-nin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda, müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə qərar çıxarmaq hüququ verir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi göstərilən epizodlar üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi əsası ilə cinayət təqibinə xitam verilməsinə öz razılıqlarını bildirmişlər və müvafiq ərizə təqdim etmişlər. Göstərilənləri rəhbər tutaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 3.000 manat və Zərərçəkmiş şəxs2 5.000 manat məbləğində maddi ziyan vurmaqla törətdiyi dələduzluq epizodları üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən, CPM-nin 39.1.3-cü və 43.3-cü maddələrinə əsasən həmin hissədə cinayət təqibinə xitam verilməlidir. Cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edilməsi ilə əlaqadar cinayət məsuliyyətindən azad etmə barədə (Zərərçəkmiş şəxs3 Nadirxan qızı üzrə 10.000 manatlıq və Zərərçəkmiş şəxs1 üzrə 8.000 manatlıq epizodlar) Məhkəmə, Təqsirləndirilən şəxs elan olunmuş ittihamın ikinci və üçüncü epizodları üzrə cinayət məsuliyyətindən azad edilməsi və cinayət təqibinə xitam verilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcud olduğunu müəyyən edir. İttihamın ikinci epizoduna görə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 Nadirxan qızının 10.000 manat, üçüncü epizoda görə isə Zərərçəkmiş şəxs1 8.000 manat məbləğində pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçirmişdir. Hər iki epizod üzrə vurulmuş ziyanın məbləği CM-nin 177-ci maddəsinin "Qeyd" hissəsinə əsasən "xeyli miqdar" təşkil etdiyindən, təqsirləndirilən şəxsin əməlləri məhkəmə tərəfindən müvafiq olaraq CM-nin 178.2.4-cü maddəsi ilə (üçüncü epizod üzrə həmçinin 178.2.2-ci maddəsi ilə) düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi cinayət-hüquq siyasətinin humanistləşdirilməsi prinsiplərini rəhbər tutaraq, mülkiyyət əleyhinə olan bəzi cinayətləri törətmiş şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün imperativ qayda müəyyən edir. Həmin normaya əsasən, CM-nin 178.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs, cinayət məsuliyyətindən azad edilir, o şərtlə ki, həmin şəxs zərərçəkmiş şəxslə barışsın, ona dəymiş ziyanı tamamilə ödəsin və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etsin. Məhkəmə müəyyən edir ki, təqsirləndirilən şəxs qanunun bu tələblərini tam həcmdə yerinə yetirmişdir. Baxılan cinayət işinin materiallarında, o cümlədən məhkəməyə təqdim edilmiş ərizələrdə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 Nadirxan qızı və Zərərçəkmiş şəxs1 onlara dəymiş maddi ziyanın tam olaraq ödənildiyini, Təqsirləndirilən şəxs ilə barışdıqlarını və ona qarşı hər hansı bir şikayət və tələblərinin olmadığını bəyan etmişlər. Bu, qanunvericinin tələb etdiyi ilk iki şərtin mövcudluğunu sübut edir. Bundan əlavə, iş materiallarına təqdim edilmiş "xxxx" ASC vasitəsilə edilmiş ödəniş qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ikinci və üçüncü epizodlar üzrə zərərçəkmiş şəxslərə vurulmuş ümumi ziyanın (10.000 + 8.000 = 18.000 manat) iyirmi beş faizi miqdarında olmaqla, 4500 manat vəsait dövlət büdcəsinə ödənilmişdir. Bu isə CM-nin 73-1.2-ci maddəsinin tələb etdiyi üçüncü şərtin də yerinə yetirildiyini təsdiq edir. Göstərilən maddi hüquq normasının prosessual təzahürü olaraq, CPM-nin 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-nin 73-1.2-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edildikdə cinayət təqibinə xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsi isə məhkəməyə məhkəmə baxışı gedişində bu əsasla cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarmaq imkanı verir. Bütün bu halları məcmu halında qiymətləndirən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham olunduğu ikinci və üçüncü epizodlar üzrə CM-nin 73-1.2-ci maddəsində nəzərdə tutulmuş bütün şərtlər ödənildiyindən, o, həmin epizodlar üzrə cinayət məsuliyyətindən azad edilməli və ona qarşı bu hissədə cinayət təqibinə xitam verilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə bütün epizodları ayrıayrılıqda hüquqi təhlil edərək, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusunu qiymətləndirərək yekun nəticəyə gəlir ki, ona qarşı cinayət təqibi üzrə icraata tam həcmdə xitam verilməlidir. Məhkəmə baxışının nəticələrinə əsasən müəyyən edilmişdir ki, ittihamın birinci epizodu və dördüncü epizodu üzrə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsində müəyyən edilmiş iki illik müddət keçmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən, bu hal cinayət təqibini istisna edən haldır. Müdafiə tərəfinin razılığı nəzərə alınaraq, həmin epizodlar üzrə cinayət təqibinə CPM-nin 43.3-cü maddəsinə müvafiq olaraq xitam verilməlidir. İttihamın ikinci və üçüncü epizodları üzrə isə məhkəmə müəyyən etmişdir ki, təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsində nəzərdə tutulmuş şərtlər – zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsi, onlara vurulmuş ziyanın tamamilə ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edilməsi tam yerinə yetirilmişdir. Bu isə, həmin normanın imperativ tələbinə, habelə CPM-nin 40.3 və 43.1.2-ci maddələrinə əsasən, təqsirləndirilən şəxsin bu epizodlar üzrə cinayət məsuliyyətindən azad edilməsi və cinayət təqibinə xitam verilməsi üçün şərtsiz əsasdır. Beləliklə, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın bütün epizodları üzrə cinayət təqibinə müxtəlif, lakin hər biri qanunla müəyyən edilmiş əsaslarla xitam verildiyindən, məhkəmə hesab edir ki, cinayət işi üzrə icraat da xitam edilməlidir. İcraata xitam verilməsi ilə əlaqədar digər prosessual məsələləri həll edən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən sonra seçilmiş qətimkan tədbiri qüvvədən düşmüş sayılır. Buna müvafiq olaraq, Təqsirləndirilən şəxs barəsində 31 may 2025-ci il tarixli qərarla seçilmiş "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri bu qərar qanuni qüvvəyə mindiyi andan ləğv edilməli və qüvvədən düşmüş hesab edilməlidir. Məhkəmə həmçinin müəyyən edir ki, baxılan cinayət işi üzrə maddi sübutlar mövcud deyildir, mülki iddia qaldırılmamışdır və məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 3.000 manat (birinci epizod) və Zərərçəkmiş şəxs2 5.000 manat (dördüncü epizod) məbləğində maddi ziyan vurmaqla dələduzluq etməsi hissəsində cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Həmin epizodların sonrakı epizodlar üçün və öz aralarında “təkrarlıq” əlaməti yaratması hüquqi əsasını itirdiyindən, ikinci epizodun (Zərərçəkmiş şəxs3 Nadirxan qızına qarşı 10000 manat dələduzluq) və dördüncü (Zərərçəkmiş şəxs2 5.000 manat dələduzluq) epizodları üzrə ittihamdan "təkrarən" müddəaları xaric edilsin. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 Nadirxan qızına 10.000 manat (ikinci epizod) və Zərərçəkmiş şəxs1 8.000 manat (üçüncü epizod) məbləğində maddi ziyan vurması hissəsində cinayət təqibinə vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinin tələblərinə uyğun olaraq, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfləri olmaması nəzərə alınsın. Qərardan elan edildiyi və ya alındığı gündən 20 gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Kamal Babayev
Məhkəmə qərarları › İş №1(005)-338/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-338/2025
29.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver