Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-339/2024 10.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, onun vəkili və nümayəndəsi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.2000-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində «başqa yerə getməmək barədə» iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmasına səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 13 avqust 2023-cü il tarixdə saat 17:15 radələrində “BC” kateqoriyalı, AE seriyalı 242568 nömrəli sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə etdiyi «X3» məxsus, texniki cəhətdən saz vəziyyətdə olan «Kia» K3 minik markalı, **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Ak.Həsən Əliyev küçəsi ilə üzü Tbilisi prospekti istiqamətində saatda 33 km sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, həmin tələblərə əsasən sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayandırma həddinə qədər azaltmalı olduğu halda qanunun bu tələblərinə əməl etməyərək, idarə etdiyi avtomobillə ünvan 3 ünvanında yerləşən “İşıqforda” hərəkətdə olduğu yolu adi yerişlə sağdan sola doğru keçən piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq sağ yan hissəsi ilə vuraraq ehtiyatsızlıqdan sonuncuya baş beynin yüngül dərəcəli əzilməsi, alın cibinin arxa divarı və burun sümüklərinin az yerdəyişmiş sınıqları, hər iki oturaq, soldan qasıq sümüklərinin yerdəyişmiş, oma sümüyünün soldan yerdəyişməmiş sınıqları, sağ orbitanın lateral divarının sınığı, 21-ci dişin tacının sınığı, alın nahiyəsinin əzilmiş yarası, hər iki göz ətrafının şişkinliyi, sol budun hematoması ilə nəticələnən dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarəti yetirməklə yol nəqliyyat hadisəsi törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddələrində nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2020-ci il tarixdə sürücülük vəsiqəsi almışdır, elə həmin tarixdən də avtomobil idarə edir. X3 məxsus olan gümüşü metallik rəngli “KİA» K3 minik markalı 50 ES-725 dövlət qeydiyyat nişanlı avtomobili Etibarnamə əsasında idarə edir. xx.xx.2023-cü il tarixdə təxminən saat 17:15 radələrində yuxarıda qeyd etdiyi avtomobillə Bakı şəhəri, Nərimanov rayonu Ak.Həsən Əliyev küçəsi ilə X.Şuşinski küçəsi istiqamətindən üzü Tbilisi prospekti istiqamətində 3 zolaqdan ibarət avtomobil yolunda 3-cü zolaqla saatda 60-65 km sürətlə hərəkət etmiş, ünvan 4 ünvanında yerləşən Ak.H.Əliyev küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsindəki işıqforun yerləşdiyi yerdə işıqforun yaşıl işığında hərəkətdə olduğu zaman yolun sağından soluna doğru keçmək istəyən adını sonradan bildiyi Zərərçəkmiş şəxs Əlihüseyin qızını görmüşdür. Piyadanı vurmamaq üçün ayağını idarə etdiyi avtomobilin əyləc (tormoz) sisteminə basmış, bir azda sola istiqamət götürmüş, lakin avtomobili tam dayandıra bilməyib qabaq sağ qanad (krlo) hissəsi ilə piyadanı vurmuşdur. O, dərhal idarə etdiyi avtomobili sola çəkib dayandırıb avtomobildən yerə düşərək Zərərçəkmiş şəxs yaxınlaşmış və qayıdıb idarə etdiyi avtomobilindən mobil telefonunu götürüb X10 Stansiyasına zəng etmişdir. Bir neçə dəqiqədən sonra X11 Briqadası gəlib çıxmadığına görə orada olan tanımadığı şəxslərlə birlikdə Zərərçəkmiş şəxsm tanımadığı şəxsin avtomobilinə əyləşdirib Bakı şəhəri X9 Xəstəxanasına aparmışlar. O, da öz avtomobili ilə xəstəxanaya getmişdir. Xəstəxanada həkimlər Zərərçəkmiş şəxs müayinə edib aldığı xəsarətlərlə əlaqədar olaraq xəstəxanaya yerləşdirib tibbi yardım göstərilməyə başlamışlar. Bundan sonra onu xx.xx.2023-cü il tarixdə Nərimanov RPl-nin Təhqiqat Şöbəsinə dəvət etmişlər. O, baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar olaraq izahat yazmışdır. Eyni zamanda Zərərçəkmiş şəxs müalicəsi ilə mütəmadi olaraq maraqlanmış, həkimlər tərəfindən təyin olunan dərman preparatlarını və qida ərzaq məhsullarını alıb çatdırmışdır. Qida məhsulları Qənimətin sifarişi əsasında verilirmiş, o isə həmin məbləği ödəmişdir. Zərərçəkmiş şəxs 21 gün xəstəxanada müalicə olunduqdan sonra həkimlər evə buraxmışlar və müalicəsini ev şəraitində davam etdirməsini bildirmişlər. O, avtomobili idarə edən zaman işıqforun yaşıl işığı yandığını piyadalar üçün isə qırmızı işıq yandığını, Zərərçəkmiş şəxsm tam görə bilməmiş, sonuncu avtomobilə tam sürətlə və qafildən yaxınlaşmışdır. O, yalnız əyləci basıb avtomobili bir qədər sola döndərmək imkanına malik olmuşdur. Onların arasında təxminən 1-2 metr məsafə olmuşdur. Hadisə zamanı idarə etdiyi gümüşü metallik rəngli “KİA” K3 minik markalı 50 ES-725 dövlət qeydiyyat nişanlı avtomobildə tək olmuş, yanında heç kim olmamışdır. Hadisə zamanı heç bir bədən xəsarəti almamışdır. Avtomobili idarə edən zaman spirtli içki qəbul etməmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı piyada yolu keçən Zərərçəkmiş şəxs başqa yolun kənarında və digər avtomobillərdə olan şəxslərdən xəsarət alan olmamışdır. Hadisəni kənardan bildiyinə görə digər şəxslər, yəni digər avtomobilə qoyub xəstəxanaya apardıqları şəxslər görmüş, başqa heç kim görməmişdir.Hadisələrin təsadüfi axarı zəminində ilk dəfə ehyiyatsızlıqdan cinayət törətməsini, zərərçəkmiş şəxsə dəymiş maddi zərəri tam olaraq ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 2022-ci ilin may ayından Bakı şəhəri Nərimanov rayonu Ak.Həsən Əliyev küçəsində fəaliyyət göstərən “Səbət” dönər evində salatçı işləmişdir. 13 avqust 2023-cü il tarixdə saat təxminən 17:15 radələrində işdən çıxıb evə gedən zaman Bakı şəhəri Nərimanov rayonu Ak.Həsən Əliyev küçəsi ilə piyada üzü Səməd Vurğun küçəsi istiqamətində hərəkət etmişdir. Ak. Həsən Əliyev küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsi Ak. Həsən Əliyev küçəsi 32/34 ünvanında yerləşən işıqforun qarşısında sürücülər üçün qırmızı işığın yandığını görüb yolu hərəkətdə olduğu Ak.Həsən Əliyev küçəsini yolun sağ tərəfindən sol tərəfinə keçən zaman dayanan vəziyyətdə olan markasını və dövlət qeydiyyat nişanını bilmədiyi avtomobilin arxa tərəfindən hərəkət edib yolu yarıya qədər keçmişdir. Həmin vaxt qeyd olunan küçə ilə hərəkət edən “KİA” markalı **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü sonradan adını bildiyi Təqsirləndirilən şəxs avtomobili yüksək surətlə idarə edərək onu avtomobilin sağ qabaq hissəsi ilə sol bud (yan omba) hissəsindən vurub göyə qaldırmışdır. Həmin vaxt başı avtomobilin qabaq alın şüşəsinə (Partpres) dəymiş, oradan da yerə asfalta arxası üstə çırpılmışdır. Bədəninin müxtəlif nahiyəsindən, yəni baş hissədən, alın sümüyündən, burun sümüyündən, sol omba sümüyündən, dişlərindən (8 ədəd), çanaq sümüyündən, qasıq sümüyündən, sağ ayağının diz qapağından ağır xəsarətlər almışdır. Bundan sonra “Səbət” dönər evində işlədiyi Sərxan və Zərifə adlı iş yoldaşları onu X9 Xəstəxanasına aparmışlar. O, ayılanda görmüşdür ki, xəstəxanadadır, 24 gün həmin xəstəxanada müalicə olunduqdan sonra həkimlər onu evə buraxmışlar. Lakin bildirmişlər ki, o, ev şəraitində uzun müddətli müalicə olunmalıdır, eyni zamanda həkimlər ona demişlər ki, çanaq sümüyünün bərpa olunmasına zəmanət vermirlər. Hal-hazırda ev şəraitində müalicəsini davam etdirir və əl asası ilə daimi yox müəyyən məsafəni yeriyə bilir, ağrılardan əziyyət çəkmişdir. Xəstəxanada yatarkən hadisəni törədən Təqsirləndirilən şəxs valideyni 10-15 gün onun yanına gəlib getmişlər. Onu maşın vuran günədək gündəlik “Səbət” dönər evində 30 manata işləmişdir. Hadisə zamanı ondan başqa xəsarət alan olmamışdır. Hadisəni kənardan sürücü Təqsirləndirilən şəxs və iş yoldaşı Zərifə görmüş, iş yoldaşı Sərxan isə sonradan gəlib onu xəstəxanaya aparmışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı şikayəti, iddiası və tələbi yoxdur. Cinayət işi üzrə icraata xitam verilməsinə etiraz etmir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Yol-nəqliyyat hadisəsi yerinə baxışı keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, yol nəqliyyat hadisəsi Bakı şəhəri, Nərimanov rayonu, Ak. H.Əliyev küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində, Ak.H.Əliyev küçəsi 32-34 ünvanında yerləşən işıqforda baş vermişdir. “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” haqqında 13 avqust 2024-cü il tarixli, 2/27371 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə törədərkən ayıq vəziyyətdə olmuş, alkoqol qəbulu əlamətləri aşkar edilməmişdir. “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin” surətindən görünür ki, “KİA” K3 markalı **- ES-*** dövlət qeydiyyat nişanlı avtomobilin X3 məxsusdur. Azərbaycan Respublikası DİN BDYPİ Yevlax RQİTBŞ tərəfindən verilmiş AE 242568 nömrəli, xx.xx.2020-ci il tarixli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs BC kateqoriyalı sürücüdür; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X4 publik hüquqi şəxsin canlı şəxsin ekspertizasının N 1127 saylı xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, X1 almış olduğu xəsarətlər - baş beynin yüngül dərəcəli əzilməsi, alın cibinin arxa divarı və burun sümüklərinin az yerdəyişmiş sınıqları, hər iki oturaq, soldan qasıq sümüklərinin yerdəyişmiş, oma sümüyünün soldan yerdəyişməmiş sınıqları, sağ orbitanın lateral divarının sınığı, 21-ci dişin tacının sınığı, alın nahiyəsinin əzilmiş yarası, hər iki göz ətrafının şişkinliyi, sol budun hematoması küt əşyanın təsirindən törənib, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi mümkündür və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 8/3244 saylı məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının rəyindən görünür ki, istintaq tərəfindən verilən məlumatlara əsasən: Kia K3 markalı, ** ES *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat təşkil edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsindən alınmış xx.xx.2023-cü il tarixli 3-13-50/2-35815 nömrəli sorğuya cavabdan görünür ki, X2 məlumatına əsasən vətəndaş Təqsirləndirilən şəxs 30.11 2023-cü il tarixdə “BC” kateqoriyalı BB 715616 seriya/nömrəli sürücülük vəsiqəsi verilmişdir. Həmin sürücülük vəsiqəsi xx.xx.2033-cü il tarixədək aktivdir. “Diskə baxış keçirilməsi haqqında” 10 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, “Təhlükəsiz şəhər” sisteminin ərazidə quraşdırılmış TŞ-6-012 nömrəli Təhlükəsiz Şəhər görüntü kamerası vasitəsi ilə xx.xx.2023-cü il tarixdə saat 17:09-dən saat 17:12-dək olan müddətdə qeydə alınan video görüntülərin götürülməsi üçün sorğu verilmiş və sorğu əsasında təqdim olunmuş 01 ədəd DVD formatlı diskə baxış keçirilmişdir. Baxış zamanı 13 avqust 2023-cü il tarixdə saat 17:10 dəqiqədə Bakı şəhəri, Nərimanov rayonu, Ak.Həsən Əliyev küçəsi ilə Səməd Vurğun küçələrinin kəsişməsində yerləşən işıqforun yanında “KİA” K3 minik markalı gümüşü metallik rəngli ** ES *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin qabaq sağ qanadı (Krılo) ilə piyada Zərərçəkmiş şəxs vurulması müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyini “2 X6 Xəstəxanasından alınmış xx.xx.2024-cü il tarixli, 1/155 nömrəli sorğuya cavab məktubundan görünür ki, xx.xx.2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs son 5 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 saylı Klinik Psixiatriya müraciət etməyib. Azərbaycan Respublikası Səhiyyə Nazirliyini “Respublika Psixiatriya Xəstəxanası” X7 alınmış xx.xx.2024-cü il tarixli, 725 nömrəli sorğuya cavab məktubundan görünür ki, xx.xx.2000-ci il təvəllüdlü, Bərdə şəhəri Fizuli küçəsi ev 113-də qeydiyyatda olan və ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. “Qətimkan tədbiri seçilməsi haqqında” 25 yanvar 2024-cü il tarixli qərardan və eyni tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 8/641-4/324 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş TŞ6-012 1 -2023-08- 13_17h09min00s000ms adlı videoyazıya görə piyada Zərərçəkmiş şəxs hərəkət hissəsinin kənarında dayandığı yerdən “Kia” K3 markalı ** ES *** dövlət qeydiyyat nişanlı avtomobillə vurulma yerinə kimi qət etdiyi məsafəyə 3,800 saniyə vaxt sərf olunmuşdur. Ekspertizaya təqdim olunmuş TŞ6-012 1 -2023-08-13_17h09min00s000ms adlı videoyazıya görə “Kia” K3 markalı avtomaşının tədqiqi hissəsində göstərilən məsafədə orta hərəkət sürəti V = 33 km/saat olmuşdur. Kia K3 markalı, 50ES725 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs tədqiq olunan şəraitdə hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 250 (iki yüz əlli) manat təşkil edir. “Sübutların qiymətləndirilməsi haqqında” 12 iyun 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə təqsirləndirilən səxs Təqsirləndirilən şəxs idarə eldiyi “Kia K3” markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və sahibinə qaytarılması nəzərə alınmışdır. İş üzrə “Təhlükəsiz şəhər” sistemindən alınmış 01 ədəd “DVD” formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəyən zərər ödənilmişdir. Ona qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur, gələcəkdə də olmayacaq. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmışdır, ona dəymiş zərəri ödəmişdir, barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulan əməlin törətməsi tam sübuta yetirilir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığından o, cinayət məsuliyyətindən azad edilməli, iş üzrə icraata xitam verilməli, eyni zamanda Təqsirləndirilən şəxs əməlində inzibati məsuliyyət müəyyən edildiyindən onun inzibati məsuliyyətə cəlb edilməsi məsələsi ilə əlaqədar müvafiq materiallar Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə göndərilməlidir. Belə ki, CM-in 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.1.2-ci maddəsinin tələbinə müvafiq olaraq bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır; 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır; 346.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında cinayət məsuliyyətindən azad etmə üçün əsasların olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə göstərilən halları, yəni Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında barışığın əldə edilməsini, habelə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq belə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən Təqsirləndirilən şəxs barəsində başlanılmış cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ləğv edilməlidir. Ekspertiza tədqiqatlarının dəyəri 335 manat təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Cinayət işi üzrə maddi sübutlar - “Kia K3” markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalı, “Təhlükəsiz şəhər” sistemindən alınmış 01 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 43.1.2, 321, 321.2.1 və 384-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Ekspertiza tədqiqatlarının dəyəri 335 (üç yüz otuz beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Cinayət işi üzrə maddi sübut – “Kia K3” markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut – “Təhlükəsiz şəhər” sistemindən alınmış 01 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Qərardan elan edildiyi gündən 20 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-339/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-339/2024
10.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver