Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-34/2024 13.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 12:30 Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclasının katibi Məmədova Rəqsanə Suliddin oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhər X1 müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Bakı Şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Rusiya Federasiyasının Amur şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli 02 azyaşlı övladı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qəbələ rayonu, Kürd kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ev 19, mənzil 29-da yaşayan, barəsində Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(005)- 386/2023 saylı qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanan hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 25 fevral 2023-cü il tarixdə saat 19 radələrində ünvan 1 ünvanın qarşısında Şahid1 40 manata satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,308 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin alıb üzərində saxlamış, həmin vaxt Bakı şəhəri, Nərimanov Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq, ünvan 2 ünvanda yerləşən Nərimanov Rayon Polis İdarəsinin inzibati binasına gətirilib xidməti otaqda üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının qabaq sağ cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,308 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən 19 may 2023-cü il tarixdə saat 17:40 radələrində ünvan 4 ünvanının qarşısında istintaqa məlum olmayan “Şamil” adlı şəxsdən 7 manata satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,285 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin alıb üzərində saxlamış, həmin günü saat 18 radələrində Bakı şəhəri, Nərimanov Rayon Polis İdarəsinin PPXB-nin əməkdaşlarını görüb qaçmaqla özlərini şübhəli apardıqları üçün polis əməkdaşları tərəfindən həmin ünvanda saxlanılaraq ünvan 5ov Rayon Polis İdarəsinin 18-ci Polis şöbəsinin inzibati binasına gətirilib xidməti otaqda üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,285 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübut və digər iş materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir müddətdir ki, kakos kimi tanınan narkotik vasitə olan heroindən və şüşə kimi tanınan psixotrop maddə olan metamfetamindən istifadə edir. xx.xx.2023-cü il tarixdə üzdən tanıdığı şəxsdən bir büküm kakos kimi tanıdığı narkotik vasitə əldə etmişdir. Həmin vaxt 3 nəfər mülki geyimdə olan şəxs onlara yaxınlaşaraq xidməti vəsiqələrini göstərib Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları olduqlarını bildirmiş və onlardan özlərini təqdim etmələrini xahiş etmişlər. Həmin vaxt üzərində “kakos” olduğundan həyəcanlamış və özünü itirərək oradan uzaqlaşmaq istəmişdir. Daha sonra polis idarəsinə aparılmış, polis əməkdaşlarının və dövlət hesabına təyin edilmiş vəkilinin iştirakı ilə üzərinə video çəkiliş vasitəsilə şəxsi axtarış keçirilmiş, 1 büküm heroini, eləcə də mobil telefonunu və 22 manat pulu çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Bundan başqa xx.xx.2023-cü il tarixdə saat 17:40 radələrində Bakı şəhəri, Nərimanov rayonu, M.Arif küçəsində üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 7 manat pul verib bir büküm istifadə etmək üçün gümüşü kağıza bükülmüş “şüşə” almış, bir neçə dəqiqə sonra yanlarından post patrul əməkdaşlarının keçdiyini görmüş və üzərində “şüşə” olduğu üçün qorxub qaçmağa çalışmışdır. Polis əməkdaşları saxlamış, polis idarəsinə aparmışdır. Daha sonra polis əməkdaşlarının və vəkilinin iştirakı ilə onun üzərinə video çəkiliş vasitəsilə şəxsi axtarış keçirilmiş, 7 manat pul müqabilində aldığı, əynində olan gödəkcəsinin sağ yan cibində saxladığı gümüşü kağıza bükülmüş 1 büküm “şüşə” kimi tanınan metamfetamini, eləcə də gödəkcəsinin sol yan cibindən 01 ədəd qatlanan cib bıçağını çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Son olaraq əməlindən səmimi peşman olunmasını himayəsində 02 azyaşlı övladlarının olmasını qeyd edərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, hazırda Nərimanov Rayon Polis İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Nərimanov RPİ-nin NMB-nin əməliyyat müvəkkilləri, polis leytenantı Şahid5 və polis kapitanı Şahid6 ilə birlikdə ünvan 7 ünvanın qarşısında xidmətdə olarkən, üç nəfər şəxsin hərəkətləri və davranışlarından özlərini şübhəli apardıqlarını görüb həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim edib, həmin şəxslərdən özlərini təqdim etmələrini xahiş etdiklərində həmin şəxslər özlərini təqdim etmək istəməyərək verdikləri suallardan yayınaraq oradan uzaqlaşmağa çalışmışlarlar. Həmin şəxslərin rabitəsiz danışığından narkotik vasitənin və ya psixotrop maddənin təsiri altında olmalarından və üzərlərində narkotik vasitə və ya psixotrop maddə saxlamalarından şübhələnib onları saxlayaraq Nərimanov RPİ-nin inzibati binasına gətirmişlər və müdafiəçilər dəvət olunmuş, onlara təqdim edildikdən sonra, Şahid1, Şahid2 və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşlar. Təqsirləndirilən şəxs üzərinə video çəkiliş vasitəsilə şəxsi axtarış keçirilmiş və bir ədəd sellofan bükümü, çıxarıb təqdim etmişdir. Təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokol özü və axtarışda iştirak etmiş digər şəxslər tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid6, Şahid5 digər Şahid4 ilə eyni məzmunlu ifadə verərək cinayət işi ilə bağlı qeyd olunan faktları bir daha təsdiq etmişdir. Məhkəmədə dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Nərimanov RPİ-nin PPXB-nün polis nəfəri, polis serjantı Şahid8 ilə birlikdə Nərimanov RPİ-nin inzibati ərazisində xidmətdə olan zaman Nərimanov rayonu, M.Arif küçəsi 179 ünvanın qarşısında üç nəfər şəxslərin onları görən kimi qaçdıqlarını görüb dərhal həmin şəxslərin arxası ilə qaçıb onlardan iki nəfər şəxsləri saxlamışlar. Bundan sonra həmin şəxslərin hərəkətlərindən, bədən və gözlərinin quruluşundan narkotik vasitə istifadəsində şübhəli olduqlarını görüb onları Nərimanov Rayon Polis İdarəsinin 18-ci PŞ-nin inzibati binasına gətirmişlər. Şəxsiyyətləri müəyyənləşdirilmiş və Təqsirləndirilən şəxs və Şahid9 üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən bir ədəd gümüşü rəngli kağız bükümü və bir ədəd cib bıçağını çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitəni özü istifadə etmək məqsədilə almışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid8 Şahid4 Şahid7 ilə eyni məzmunlu ifadə verərək cinayət işi ilə bağlı qeyd olunan faktları bir daha təsdiq etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində dəfələrlə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bu barədə heç bir məlumat verməmiş iş üzrə Şahid1, Şahid2, Şahid3 və Şahid9 ibtidadi istintaqda verdiyi ifadəsi elan edilmişdir. Məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxsin dedikləri ilə eyni məzmunlu olmuşdur. Məhkəmədə tədqiq olunan “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında 25 fevral 2023-cü il tarixli protokola və DVD diskə baxış keçirilərkən aydın olmuşdur ki, Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə başlanmazdan əvvəl ona təklif olundu ki, üzərində olan qeyri qanuni əşyaları könüllü təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli cins şalvarının sağ qabaq cibindən içərisində bir ədə şəffaf selofana büliiklmüş qəhvəyi rəngli büküm və qara rəngli üzərində Katel yazısı olan mobil telefon içərisində ********** mobil telefon nömrəsi, sol arxa cibindən ümumilikdə 22 manat pul bir ədəd 10 manatlıq əskinaz, iki ədəd beş manatlıq əskinaz və iki ədəd bir manatlıq əskinazı təqdim etdi.Vət. Təqsirləndirilən şəxs qeyd olunan bir ədəd bükümü həmin tarixdə adı sonradan ona bəlli olan Şahid1 40 manat pulun müqabilində ünvan 8 ünvanın yəni Təfəkkür Universitetinin yaxınlığında aldığını bildiridi .Vətəndaş Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitəyə bənzər maddə özünün və polis əməkdaşlarının iştirakı ilə 01 ədəd zərfə qoyularaq 44 №-li möhürlə möhürləndi. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların Məhkəmə fiziki-kimyəvi eskpertizasının 26 fevral 2023cü il tarixli 6/1171 saylı rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” Təri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,308 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroinair və üzərində “...Şübhəli şəxs Şahid2 (imza)...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 9,307 qram olan narkotik vasitə heroinlə kimyəvi komponent tərkibinə görə eynidir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Narkoloji X5 şəxsi Ambulator Məcburi-Narkoloji Tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli, 3129 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixatrik X2 X4 məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2023-cü il tarixli, 1420 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, Təqsirləndirilən şəxs həmçinin ona ittiham elan olunan əməl dövrundə hər hansı bir psixi xəsətlik və ya ya psixi fəaliyyətinin müvəqqəti pozulması kəmağıllıq və sair psixi xəstəlik əlamətləri aşkar olunmamışdır. Həmin dövürdə o öz hərkətlərini, faktini xarakertini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna gördə Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Həmçinin Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının CM-in 21-ci maddəsinin təsir dairəsinə düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs olunun məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə tədqiq olunan “Şübhəli şəxsin tutulması haqqında” 25 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 25 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində saxlanılmışdır. Məhkəmədə tədqiq olunan “Təqsirləndirilən şəxs barəsində qətimkan” tədbirinin seçilməsinə aid xx.xx.2023-ci il tarixli qəradan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq olunan “Şübhəli şəxsin tutulması haqqında” 19 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 19 may 2023-cü il tarixdə şübhəli şəxs qismində saxlanılmışdır. Məhkəmədə tədqiq olunan “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında 19 may 2023-cü il tarixli protokola və DVD diskə baxış keçirilərkən aydın olmuşdur ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ cibindən 01 ədəd gümüşü kağıza bükülmüş içərisində ağ rəngli, kristal şəkilli, spesifik qoxuya malik maddəni könüllü olaraq təqdim etdi. Şübhəli şəxs Təqsirləndirilən şəxs bildirdi ki, təqdim etdiyi maddə narkotik vasitə hesab olunan “şüşə”dir. Şübhəli şəxs Təqsirləndirilən şəxs bildirdi ki, üzərindən aşkar edilmiş narkotik vasitəni xx.xx.2023-cü il tarixdə saxlanıldığı ünvanda Şamil adlı şəxsdən 7 manata almışdır. Bundan başqa, Təqsirləndirilən şəxs gödəkçəsinin sol cibindən 01 ədəd dəstə qəhvəyi rəngli, qatlanan cib bıçağı aşkar edilmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitəyə bənzər maddə özünün və iştirakçıların iştirakı ilə qablaşdırıldı, 224 nömrəli möhürü ilə möhürləndi. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların Məhkəmə fiziki-kimyəvi eskpertizasının 20 may 2023cü il tarixli 6/2921 saylı rəyindən görünür ki, - Tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçür №224” dairəvi möhür əksləri olan, “1 Təqsirləndirilən şəxs (imza)...” sözləri və imzalar qeyc edilmiş zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,285 qram olan ağ rəngi kristallşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Məhkəmədə tədqiq olunan “Təqsirləndirilən şəxs barəsində qətimkan” tədbirinin seçilməsinə aid xx.xx.2023-ci il tarixli qəradan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq olunan Cinayət işi üzrə icraatın birləşdirilməsi haqqında 22 may 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmiş və birləşdirilmiş cinayət işlərinin nömrəsi ********* nömrəli cinayət nömrəsi ilə davam etdirilmişdir. Məhkəmədə tədqiq olunan “Sübutların qiymətləndirilməsi haqqında” 05 iyul 2023-cü il tarixli qərarın 2-ci bəndindən aydn olur ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü və 234.2-ci maddələrinin tərkibi olmadığından barəsində həmin maddələr ilə cinayət təqibi rədd edilmişdir. Məhkəmədə tədqiq olunan “Sübutların qiymətləndirilməsi haqqında” 05 iyul 2023-cü il tarixli qərarın 6-cı və 7-ci bəndlərinə əsasən Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,308 qram narkotik vasitə olan heroin və təmiz çəkisi 0,285 qram psixotrop maddə olan metamfetamin iş üzrə əhəmiyyətli olduğundan maddi sübut kimi, tədqiqata sərf edildikdən sonra qalıq qalmış təmiz çəkisi 0,258 qram narkotik vasitə olan heroin və 0,235 qram psixotrop maddə olan metamfetamin saxlanılması üçün Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, İş üzrə təqsirləndirilən şəxslərin ifadələri, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə, şəxsi axtarış və götürmə keçirilməsinə dair video görüntülər olan 02 ədəd CD disklər, ekspert rəyləri sübut növü kimi tanınmışdır. Məhkəmədə tədqiq olunan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(005)-386/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs dəfələrə məhkəmənin çağırışlarına gəlməmiş və məhkəmə istintaqından yayınmışdır. Buna görə də barəsində seçilmiş qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməklə axtarış elan edilmiş və qərarın icrası Nərimanov Rayon Polis İdarəsinə tapşırılmışdır. Məhkəmədə tədqiq olunan xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Şöbəsindən ünvanlamış məktubdan aydın olur ki, Təqsirləndirilən şəxs oğlu xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən tutularaq, Nərimanov RPİ-nin MSY-nə təhvil verilmişdir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Kürd kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə ünvanlanmış sorğuya əsasən xx.xx.2023-cü il tarixli, 68/Ş nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Qəbələ rayonu, Kürd kəndində qeydiyyatda olmaqla az müddət ərzində kəndə yaşamış, daha sonra isə ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüşdür. Kənddə yaşadığı müddət ərzində barəsində heç bir şikayət daxil olmamışdır. Məhkəmədə tədqiq olunan “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cu il təvəllüdlü və xx.xx.2011-cu il təvəllüdlü 02 azyaşlı övladı və həyat yoldaşı vardır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərin edildiyini, 1.0.9-cu maddəsində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərin edilməsini, 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərin edildiyini nəzərdə tutmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı ilkin verdiyi etirafedici ifadəsi, cinayət işində olan xx.xx.2023-cü il tarixli, 3129 nömrəli tibbi müayinə aktına əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkməklə məcburi müalicəyə ehtiyacının olması, məhkəmə bioloji ekspertizasının rəyinə əsasən çəkisi 0,258 qram narkotik vasitə olan heroin və 0,235 qram psixotrop maddə olan metamfetaminin olması aşkar olunan narkotik vasitənin çəkisinin düzgün olduğunu və Təqsirləndirilən şəxs tərəfindən şəxsi istifadəsi üçün əldə edərək saxladığını və daşıdığını bir daha təsdiq edir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs səmimi peşman olmasını, himayəsində iki azyaşlı övladının və həyat yoldaşının olmasını ailəsinin yeganə gəlir mənbəyi olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Bununla yanaşı təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal cinayətlərin təkrar törədilməsidir. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, CM-nin 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzası azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Təqsirləndirilən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 4 (dörd) gün (25-27 fevral və 19-21 may 2023cü il) ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Narkoloji X5 şəxsi Ambulator Məcburi-Narkoloji Tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli, 3129 nömrəli rəyinə əsasən əsasən Təqsirləndirilən şəxs məcburi müalicə təyin edilməklə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Azərbaycan Respulikası DİN-in Nərimanov Rayon Polis İdarəsinin maddi sübutların saxlanma anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,258 qram narkotik vasitə olan heroin və 0,235 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Cinayət işinə əlavə edilmiş 02 (iki) ədəd CD disk cinayət işinə əlavə edilərək saxlanmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 225 (iki yüz iyirmi beş) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 50 (əlli) saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından görə Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlaklar, mülki iddia, üzərinə həbs qoyulmuş əmlak və maddi ziyan yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 4 (dörd) gün (25-27 fevral 2023-cü il və 19-21 may 2023-cü il) ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 08 (səkkiz) ay, 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Azərbaycan Respulikası Daxili İşlər Nazirliyinin Nərimanov Rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş 0,258 qram narkotik vasitə olan heroin və 0,235 qram psixotrop maddə olan metamfetamin məhv edilsin. Cinayət işinə əlavə edilmiş 02 (iki) ədəd CD disk cinayət işinə əlavə edilərək saxlanılsın. Ekspertiza tədqiqatının 225 (iki yüz iyirmi beş) Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 50 (əlli) saata görə 300 (üç yüz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №1(005)-34/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-34/2024
13.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver