Məhkəmə qərarları › İş №1(005)-342/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-342/2021

17.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-342/2021 17.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Zeynalova Günel Bəxtiyar qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Zərər çəkmiş şəxsin hüquqi varisi X4, Müdafiəçi-14 saylı Vəkil Bürosunun vəkili X5, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Göyçay rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, məhkum olunmamış, «N.Y.Disign” MMC-də içraçı direktor işləyən, Göyçay şəhəri, Ü.Hacıbəyov küçəsi ev 82-də qeydiyyatda olan, Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi ev 20a mənzil 16-da yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarına riayət etməyərək pozması nəticəsində ehtiyyatsızlıqdan insan ölümünə səbəb olmuşdur. Belə ki, o, Azərbaycan Respublikası Vergilər Nazirliyində 16 may 2016-cı il tarixdə qeydiyyatdan keçmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlə 16 aprel 2021-ci il tarixdə bağlanmış əmək müqaviləsi əsasında həmin tarixdən cəmiyyətdə icraçı direktor vəzifəsində işləməyə başladıqdan sonra cəmiyyətin 01 avqust 2018-ci il tarixli icarə müqaviləsi əsasında faktiki fəaliyyət göstərdiyi Bakı şəhəri, Z.Bunyadov prospekti 1965-ci məhəllə ünvanında yerləşən 3 saylı binanın 3-cü mərtəbəsinin 41 nömrəli ofisində işlərə rəhbərlik edən zaman texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarına riayət etməyərək, həmin qaydaların qorunması üçün üzərinə düşən vəzifələri lazımınca icra etməyib pozması nəticəsində “Elektrik qurğularının quraşdırılması qaydası”nın 1.2.2, 1.2.12, 1.8.1.6, 1.8.16.8, 7.1.3.4 bəndlərinin, «İstehlakçıların elektrik qurğularının texniki istismar qaydaları və İstehlakçıların elektrik qurğularının istismarında təhlükəsizlik qaydaları»nm 31.2.6, 31.2.7 bəndlərinin, «İşçilərin əməyin mühafizəsi üzrə təlimin təşkili. Ümumi tələblər.» 12.0.004-79 saylı DÜST-nin (dövlət standartın) 1.1, 2.5, 3.10 bəndlərinin və «Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili intizam qaydaları»nın 12-ci bəndinin tələblərini pozaraq cəmiyyətdə elektrik təsərrüfatına cavabdeh olan məsul şəxsi təyin etməmiş, cəmiyyətdə vaxtaşırı olaraq elektrik qurğularına texniki baxış və xidmətlər göstərməklə, həmin qurğuların saz və təhlükəsiz istismar olunmasını təmin etməmiş, mühafizə sıfırlaşmanm və ştepsel birləşmələrinin düzgün aparılmasına nəzarət aparılmasını təmin etməmiş, işçilərlə əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlim və təlimatlandırmalar aparılmasını təmin etməmiş və nəticədə 2021-ci ilin may ayının əvvəlində şifahi razılıq əsasında cəmiyyətdə müxtəlif əşyaların üstünə bəzək vurmaq üçün dizayner kimi işlərə cəlb edilmiş Zərərçəkmiş şəxs 17 may 2021-ci il tarixdə saat 13:21 radələrində sonuncu tərəfindən işlərə başlayan zaman bir müddət əvvəl gətirilmiş və istifadə edilən xüsusi təyinatlı təmir masasına yaxınlaşaraq masanın üstünə istifadə etdiyi əşyaları qoyan zaman masanın üstündə quraşdırılmış elektrik çırağının tərkib hissəsi olan 4 ədəd elektrik lampaların birində metal təbəqəsinə bərkidilməsi üçün istifadə edilmiş metal vintin lampanın içərisində olan izolyasiya olunmamış elektrik açarının naqillərinin birləşdiyi hissəsinin üzərinə keçməsi səbəbindən, elektrik çırağının metal hissələri elektrik gərginliyinin altına düşmüş və nəticədə yüksək gərginlikli elektrik cərəyanı Zərərçəkmiş şəxs vuraraq sonuncu sağ və sol əl barmaqlarının elektrik nişanələri kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər alaraq yüksək gərginlikli cərəyanın təsiri nəticəsində baş vermiş kəskin ürək-ağciyər çatmamazlığından ölmüş, yəni o, texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarına riayət etməyərək pozması nəticəsində ehtiyyatsızlıqdan insan ölümünə səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs və şahidlərin ifadələri, ekspertiza rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, «N.Y. DESİGN” Məhdud Məsuliyyətli Cəmiyyətdə içraçı direktor işləyir. «N.Y.DESİGN” Məhdud Məsuliyyətli Cəmiyyət "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Z.Bunyadov prospekti, 1965- ci məhəllə ünvanında yerləşən 3 saylı binanın 3-cü mərtəbəsində yerləşən 41 nömrəli ofisdə fəaliyyət göstərmişdir. 2021-ci ilin may ayının əvəlində onunla eyni rayondan olan tanışı Zərərçəkmiş şəxs onun yanına gələrək işə qəbul edilməsini xahiş etmiş və o, Fuada müvəqqəti olaraq sınaq müddəti ilə bir aylıq işə qəbul edəcəyini demiş və Fuad razılaşmışdır. Bundan sonra Fuad işləmək üçün özünə masa gətirib cəmiyyətə məxsus otaqların birində quraşdırmışdır. Bir-neçə gün işlədikdən sonra “Ramazan” bayramı ilə əlaqədar Fuad anadan olduğu rayona getmişdir. 16.05.2021-ci il tarixdə bayram qutardıqdan sonra yenidən işlər bərpa olunmuşdur. 17.05.2021-ci il tarixdə o, səhər saat 09 radələrində işə gəlmiş və öz işləri ilə məşğul olmuşdur. Təxminən saat 12 radələrində onlarda dizayner kimi işləyən və fiqurların üzərinə daşlarla bəzək vuran Zərərçəkmiş şəxs gəlmişdir. Fuad gəldikdən sonra hamı ilə salamlaşıb öz işlədiyi masanı hazırlamağa başlamışdır. Saat 13 radələrində nahar vaxtı işçilərin bir hissəsi kənar otağa keçərək yüngül nahar edib istirahət etməyə başlamışlar. Həmin vaxt Fuad mətbəx otağına keçərək əlində tutduğu stəkanları yuyub çay süzdükdən sonra işlədiyi otağa keçmişdir. Təxminən bir-neçə dəqiqə sonra o, səs-küy eşidib həmin otağa keçdikdə Fuadın yerdə uzandığını görmüşdür. Maraqlandıqda ona bildirmişlər ki, Fuad işlədiyi otağa keçdikdən sonra masasının üstünə bəzək daşlarını qoymaq istəyən zaman əli masanın üstündə olan masaüstü elektrik çırağına dəymiş və həmin vaxt əli nəm olduğundan Fuadı elektrik cəryanı vurmuşdur. Bundan sonra təcili-tibbi yardıma zəng edib həkim çağırmışlar, lakin sonra vaxt itirməmək üçün Fuadı öz maşınları ilə xəstəxanaya aparmışlar. Yolda gedən zaman Fuad keçinmiş və artıq onlar xəstəxanaya çatan zaman həkimlər Fuadın öldüyünü bildirmişlər. Son olaraq əməlindən peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma oğludur. Fuaddan başqa onun Nəzakət və İlahə adlı qızları vardır. Oğlu Zərərçəkmiş şəxs Göyçay rayonunda peşə məktəbini bitirdikdən sonra Bakı şəhərinə gələrək müxtəlif yerlərdə dizayner kimi işləməyə başlamışdır. 2021-ci ilin may ayının əvəllində Fuad "xxxx" MMC-də dizayner kimi işə düzəlmişdir. 08.05.2021-ci il tarixdə oğlu Fuad «Ramazan» bayramı ilə əlaqədar yaşadıqları rayona gələrək yeni iş tapdığını və bayramdan sonra orada işləyəcəyini demişdir. 17.05.20201-ci il tarixdə səhər saat 06 radələrində yuxudan durduqdan sonra Fuad səhər yeməyini yeyib Bakı şəhərinə yola düşmüşdür. Həmin gün saat 15:00 radələrində tanımadığı Fuadın iş yoldaşları onlarla əlaqə saxlayaraq xəbər vermişdir ki, Fuad işdə olan zaman onu elektrik cəryanı vurmuş və Fuad ölmüşdür. Bundan sonra o, hadisə barədə qohumlarına məlumat vermiş və onlar hadisə yerinə getmişlər. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur. İş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 2016-ci ildən «N.Y. DESİGN” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis etmiş və həmin vaxtdan cəmiyyətin direktoru vəzifəsində işləmişdir. Cəmiyyət müxtəlif ölçülü və həcmli əşyaların bəzədilməsi ilə məşğuldur. 01.04.2018-ci ildən cəmiyyət "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Z.Bunyadov prospekti 1965- ci məhəllə ünvanında yerləşən 3 saylı binanın 3-cü mərtəbəsində yerləşən 41 nömrəli ofisini icarəyə götürərək orada fəaliyyət göstərməyə başlamış, gördükləri işlə əlaqədar tərəfindən müxtəlif dizaynerlər işə götürülərək fəaliyyət göstərmişlər. 2020-ci ildə pandemiya ilə əlaqədar cəmiyyətlərində işlər dayanmış və bundan sonra o, səhhətində problemlər yarandığından müalicə almağa başlamışdır. 2021-ci ilin yaz aylarında karantin qaydaları aradan qaldırıldıqdan sonra 2021-ci ilin aprel ayından onlar işləri bərpa etmək qərarına gəlmişlər. O, cəmiyyətin işinə rəhbərlik edə bilmədiyindən işlərin aparılması üçün icraçı direktor Təqsirləndirilən şəxs işə qəbul etmiş və ona direktora aid bütün səlahiyyətləri vermiş, özü isə müalicəsini davam etdirmişdir. Bundan sonra Tərlan icraçı direktor kimi cəmiyyətin işlərinə rəhbərlik etməyə başlamış, o isə yalnız gün ərzində bir dəfə işə gələrək sənədləri imza etmişdir. 17.05.2021-ci il tarixdə o, evdə olan zaman xəbər tutmuşdur ki, 2021-ci ilin may ayının əvvəlindən cəmiyyətdə sınaq müddəti ilə işləyən Zərərçəkmiş şəxs işdə olan masadan elektrik cərəyanı sonuncunu vurmuş və Fuad xəsarət alaraq ölmüşdür. İş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, 18.04.2021ci il tarixdən "xxxx" MMC-də dizayner vəzifəsində işləyir. 17.05.2021-ci il tarixdə o, səhər saat 10 radələrində işə gəlmiş və fiqurları işləyən dizaynerlərin otaqlarında oturmuş, bundan sonra digər işçilər işə gəlmişlər. Cəmiyyətin fəaliyyət göstərdiyi yer bir-neçə otaqdan ibarət olmuş, otaqların bir hissəsində kompyuterdə işləyənlər, bir hissəsində fiqurları kəsənlər, bir hissəsində isə inzibati işçilər oturmuşlar. Saat 12 radələrində cəmiyyətdə dizayner kimi işləyən və fiqurların üzərinə daşlarla bəzək vuran Zərərçəkmiş şəxs gəlmişdir. Fuad gəldikdən sonra hamı ilə salamlaşıb öz işlədiyi masanı hazırlamağa başlamışdır. Saat 13 radələrində nahar vaxtı işçilərin bir hissəsi kənar otağa keçərək yüngül nahar edib istirahət etməyə başlamışlar. Həmin vaxt Fuad mətbəx otağına keçmiş və o, bunu görüb Fuaddan ona çay süzməsini xahiş etmişdir. Təxminən 5 dəqiqə sonra Fuad işlədikləri otağa qayıdıb ona stəkanda çay vermiş, sonra isə öz masasının yanına keçmiş və masasının yanına keçən zaman öz stəkanını masanın üstünə qoymuşdur. Bundan sonra Fuad işləmək üçün masasının üstünə bəzək daşlarını qoymaq istəyən zaman əli masanın üstündə olan masaüstü elektrik çırağına dəymiş və bir-neçə saniyə titrəyəndən sonra Fuad yerə yıxılmışdır. Onlar bunu görüb dərhal Fuada kömək etməyə başlamışlar və təcili-tibbi yardıma zəng edib həkim çağırmışlar. Daha sonra vaxt itirməmək üçün Fuadı öz maşınlarına qoyub xəstəxanaya aparmışlar, lakin buna baxmayaraq Fuad xəstəxanaya çatan zaman yolda keçinmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5, Şahid1 və Şahid2 Şahid4 verdiyi ifadə ilə eyni məzmunlu ifadə verdilər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” 18 may 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ölməsi faktı ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə cinayət işi başlanaraq ibtidai araşdırma aparılması üçün icraata qəbul edilmişdir. Zərərçəkmiş şəxsin hüququ varisi qismində tanınma haqqında 30 iyun 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X9 zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. Göyçay rayon İcra Hakimiyyəti Başçısının Qarabaqqal kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 29.06.2021-ci iıl tarixli 464 nömrəli Xasiyyətnaməsindən görünür ki, Zərərçəkmiş şəxs kənddə yaşadığı dövrdə özünü adi bir sakin kimi aparmışdır. O, ailəsinə qarşı münasibətdə mehriban və qayğıkeş, ətrafdakılara münasibətdə diqqətli və ünsiyyətlidir. Məhkəmə-tibb ekspertizasının 03.07.2021-ci il tarixli 59 saylı rəyinə görə, Zərərçəkmiş şəxs meyitinin məkhəmə-tibbi müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar olundu: sağ və sol əl barmaqlarının elektrik nişanələri. Bu elektrik nişanələri həyatidir, yüksək gərginlikli cərəyanın yerli təsirindən əmələ gəlmişdir, törənmə müddəti ölümün baş verdiyi vaxtdan az əvvələ uyğundur, dərəcəsinə görə həyat uçun təhlukəh olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər, ölümlə birbaşa səbəblı əlaqəlidirlər. V.Zərərçəkmiş şəxs ölümünə səbəb yüksək gərginlikli cəraymın təsiri nəticəsində baş vermiş kəskin ürək-ağciyər çatmamazlığı olmuşdur. Zərərçəkmiş şəxs meyitində elektrik nişanələrindən başqa digər xəsarətlər aşkar olunmadı. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda-məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spıtlərı, barbitur turşsusu törəmələri, alkolidlər(həmçinin tiryək qrupu) fenotiazin, pırazalon, 1.4 benzodiazepin törəmələri və salisatlar aşkar ediməmiş, psixotrop madələr aşkar edilmədi. Məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının 02 iyul 2021-ci il tarixli, 10/2351 nömrəli rəyinə əsasən, N.Y. Design” MMC-də elektrik təsərrüfatına cavabdeh olan məsul şəxsi təyin edilməklə, cəmiyyətdə vaxtaşırı olaraq elektrik qurğularına texniki bax iş və xidmətlər göstərməklə, həmin qurğuların (konkret olaraq zərərçəkmiş Zərərçəkmiş şəxs işlədiyi dizayner masasının üstündə quraşdırılmış elektrik çırağının) saz və təhlükəsiz istismar olunmasını təmin edilməyinə, mühafizə sıfırlaşmanın və ştepsel birləşmələrinin düzgün aparılmasına nəzarət aparılmadığına, eləcə də işçilərlə əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlim və təlimatlandırmalar aparılmadığına görə, baş vermiş hadisə ilə əlaqədər “Elektrik qurğularının quraşdırılması Qaydası”nın 1.2.2, 1.2.12, 1.8, 1.6, 18.16.8, 7.1.3.4 bəndlərinin, “lstehlakçıların elektrik qurğularının texniki istismar qaydaları və İstehlakçıların elektrik qurğularının istismarında təhlükəsizlik qaydaları»nm 31.2.6, 31.2.7 bəndlərinin, «İşçilərin əməyin mühafizəsi üzrə təlimin təşkili.Ümumi tələblər.» 12.0.004-79 saylı DÜST-nin 1.1 , 2.5, 3.10 bəndlərinin və «Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili intizam qaydaları»nın 12-ci bəndinin tələbləri pozulmuşdur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs işlədiyi masanın üstündə quraşdırılmış elektrik çırağının tərkib hissəsi olan 4 ədəd elektrik lampaların birində metal təbəqəsinə bərkidilməsi üçün istifadə edilmiş metal vintin lampanın içərisində olan izolyasiya olunmamış elektrik açarının naqillərinin birləşdiyi hissəsinin üzərinə keçməsi səbəbindən, elektrik çırağının metal hissələri elektrik gərginliyinin altına düşmüş və bu hal hadisənin baş verməsinə (zərərçəkmiş Zərərçəkmiş şəxs elektrik cərəyanın vurmasına) gətirə bilərdi. Ekspertizaya təqdim olunmuş cinayət işi materiallarında göstərilmiş hadisənin baş vermə şəraiti nəzərə alındıqda, "xxxx" MMC-də elektrik təsərrüfatına cavabdeh olan məsul şəxsi təyin edilməklə, cəmiyyətdə vaxtaşırı olaraq elektrik qurğularına texniki baxış və xidmətlər göstərməklə, həmin qurğuların (konkret olaraq zərərçəkmiş Zərərçəkmiş şəxs işlədiyi dizayner masasının üstündə quraşdırılmış elektrik çırağının) saz və təhlükəsiz istismar olunmasını təmin edilməyinə, mühafizə sıfırlaşmanın və ştepsel birləşmələrinin düzgün aparılmasına nəzarət aparılmadığma, eləcə də işçilərlə əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlim və təlimatlandırmalar aparılmadığma görə, baş vermiş hadisə ilə əlaqədar “Elektrik qurğularının quraşdırılması qaydasf’nm 1.2.2, 1.2.12, 1.8. 1.6, 1.8.16.8, 7.1.3.4 bəndlərinin, «İstehlakçıların elektrik qurğularının texniki istismar qaydaları və İstehlakçıların elektrik qurğularının istismarında təhlükəsizlik qaydaları»nın 31.2.6, 31.2.7 bəndlərinin, «İşçilərin əməyin mühafizəsi üzrə təlimin təşkili.Ümumi tələblər.» 12.0.004-79 saylı DÜST-nin 1.1, 2.5, 3.10-cü bəndlərinin və «Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili intizam qaydalan»nm 12-ci bəndinin tələbləri "xxxx" MMC-nin icraçı direktoru Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. Ekspertizaya təqdim olunmuş cinayət işi materiallarında göstərilmiş hadisənin baş vermə şəraitini, yəni zərərçəkmiş Zərərçəkmiş şəxs ilə peşə hazırlığı, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalar üzrə təlim və təlimatlandırmalarm aparılmadığım nəzərə aldıqda onun tərəfindən baş vermiş hadisə ilə əlaqədar təhlükəsizlik texnikalarının qaydalarının pozulması müəyyən edilmir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 150 manat təşkil edir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin fəaliyyət göstərdiyi Bakı şəhəri, Z.Bunyadov prospekti 1965-ci məhəllə ünvanında yerləşən 3 saylı binanın 3-cü mərtəbəsinin 41 nömrəli ofisində olan müşahidə kameralarından qeydə alınmış videogörüntülərdən görünür ki, Zərərçəkmiş şəxs 17.05.2021 -ci il tarixdə saat 13:21:00-da cəmiyyətin fəaliyyət göstərdiyi ünvanda yerləşən ofisin istehsalat otağına daxil olaraq əlində olan stəkanları müxtəlif masaların üstünə qoyduqdan sonra saat 13:21:25-də öz masasına yaxınlaşaraq istifadə edəcək əşyaları öz masanın üstünə qoyan zaman əli masanın üstündə olan çırağı dəyməsi nəticəsində elektrik cərəyanı onu vurmuş və o, xəsarət alaraq döşmənin üstünə yıxılmışdır (i.v.19-21). Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Qurumunun X7 Şəhadətnaməyə (№VOEN **********) görə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət kimi 16.05.2016-cı il tarixdə qeydiyyata alınmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət arasında bağlanmış 01.08.2018-ci il tarixli icarə müqaviləsinə əsasən, "xxxx" MMC-ti "xxxx" ASC-nə məxsus bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 1965-ci məhllədə yerləşən 3 saylı binada 41 nömrəli ofisi icarəyə götürmüş və həmin üvanda fəaliyyət göstərmişdir. 16.04.2021-ci il tarixli əmək müqaviləsinə əsasən, Təqsirləndirilən şəxs "xxxx" MMCnə icraçı direktor vəzifəsinə qəbul olunmuş, cəmiyyətin ümumi işinə rəhbərlik etmək ona həvalə edilmiş və işlərə o, cavabdehlik daşımışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə 16.07.2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. “Sübutların qiymətləndirilməsi haqqında” 25 noyabr 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162.2ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. X10 məxsus masasının üstünə bərkidilmiş elektrik çırağı iş üçün əhəmiyyət kəsb etdiyindən sübut növü kimi tanınması və Nərimanov rayon prokurorluğunda saxlanılması qərara alınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 12 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. “Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 12 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. "xxxx" MMC-nin direktoru Şahid3 tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həmin MMC-də icraçı direktor vəzifəsində işləyir və icraçı direktor kimi kollektivdə normal münasibəti var, heç bir şikayət və narazılıq daxil olmamışdır. Doğum haqqında 22 sentyabr 2016-cı tarixli, 774 nömrə ilə qeydə alınmış şəhadətnamədən görünür ki, X1 17 sentyabr 2016-cı il tarixdə doğulmuş və ata adı Təqsirləndirilən şəxs göstərilmişdir. Doğum haqqında 06 iyun 2011-ci il tarixli, 506 nömrə ilə qeydə alınmış şəhadətnamədən görünür ki, X2 20 may 2011-ci il tarixdə doğulmuş və ata adı Təqsirləndirilən şəxs göstərilmişdir. Məhkəmə baxışı zamanı zərər çəkmiş şəxsin hüquqi varisi məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərərin tam ödənildiyini, Təqsirləndirilən şəxsla barışdığını, ona qarşı heç bir şikayətinin olmadığını qeyd edib yekun məhkəmə qərarı çıxarılarkən bu halların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxsin hüquqi varisinin, şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsinə texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını, Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən dəymiş ziyanın tamamilə ödənilməsini, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2ci maddəsinin sanksiyasında beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə uyğun olaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hüquqi varisi X9 ilə barışıq əldə etmiş, zərər çəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbi olmamış və məhkəmə araşdırılması zamanı təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələblərinə görə isə həmin Məcəllənin 59.1.8, 59.1.1059.1.13cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi qeyd olunan Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göstərilənləri nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını və cəzanı ağırlaşdıran halların olmamasını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində və hüquqi şəxsin direktorlar şurası (müşahidə şurası) və icra orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmasını, ilk dəfə cinayət əməli törətməsini, habelə onun şəxsiyyətini xarakterizə edən halları - ailə vəziyyətini, iş yeri üzrə müsbət xarakterizə olunmasını, əvvəllər məhkum olunmamasını, himayəsində iki azyaşlı uşağının olmasını, yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən digər halları, eləcə də cəzanı ağırlaşdıran halların mövcud olmadığını, törətdiyi cinayət əməlinin ağırlıq dərəcəsini və nəticələrinə dair məsuliyyəti dərk etməsini, ibtidai istintaq və məhkəmə baxışı zamanı üzərinə düşən cinayətprosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, habelə məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətəlayiq hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkmədən də islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs təyin olunmuş cəza şərti olaraq tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün hesab edərsə, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinin tələbinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti təyin edilir, həmin Məcəllənin 70.5-ci maddəsinə görə isə məhkəmə şərti məhkum etmə təyin edərkən həmin şəxsin üzərinə onun islah olunmasına kömək edən bir sıra vəzifələr qoya bilər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə şərti məhkum etmə dövründə yaşayış yerini dəyişərkən onun üzərində nəzarəti həyata keçirən dövlət orqanına məlumat vermək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirləri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri-150 (yüz əlli) manat təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış Nərimanov rayon prokurorluğunda saxlanılan X10 məxsus masasının üstünə bərkidilmiş elektrik çırağı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X6 məhkəmədə iştirak etdiyi 15 saata görə 90 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) 06 (altı) ay müddətinə hüquqi şəxsin direktorlar şurası (müşahidə şurası) və icra orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindikdən sonra hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanun qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri - 150 (yüz əlli) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış Nərimanov rayon prokurorluğunda saxlanılan X10 məxsus masasının üstünə bərkidilmiş elektrik çırağı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X11 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 15 (on beş) saat üçün cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun Bakı şəhəri "xxxx" ASC-nin Bakı şəhəri 1 nömrəli «Nəsimi» filialında olan hesabına (H/h AZ41AİİİB********************, Bank rekvizitləri: "xxxx" ASC-nin Bakı şəhəri 1 nömrəli «Nəsimi» filialı, VÖEN: 140063561, Kod: 200112) köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar