Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-342/2024 12.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçi Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1980-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 04 avqust 2022-ci il tarixdə saat 23 radələrində ünvan 2 ünvanında yerləşən kafedə tanışı Zərərçəkmiş şəxs ilə zarafat etməsi və sonuncunun bu zarafatı qəbul etməməsi səbəbindən aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş mübahisə zamanı əl və ayaq zərbələri ilə Zərərçəkmiş şəxs qəsdən vuraraq, ona burnun şişkinlik halında deformasiyası və burun belinin sıyrılmış yarası ilə müşayiət olunan burun sümüklərinin yerdəyişən qapalı sınığı ilə nəticələnən, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmaya aid xəsarətləri və sol gözün konyuktiva qişası altına qansızına ilə müşayiət olunan hər iki qaşarası nahiyələrin əzilmiş yaraları və hər iki göz ətrafının şişkinlik hematoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya və sol bazunun, döş qəfəsinin sol yarısının, sol qalça tini nahiyənin, sol saidin, sağ budun və sağ baldırın qançırları kimi sağlamlığa zərər vurmayan və dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş CM-in 127.1-ci maddəsində nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilk dəfə onu öz sinif yoldaşlarının yanında təhqir etmişdir. Vahidov X1 yerləşən kafedə dostunu gözləyərkən digər yan masada əyləşmiş Şahid3, Zərərçəkmiş şəxs, Şahid2, Ramin adlı əvvəlcədən tanımadığı şəxs və Şahid1 oturub yeyib-içmişlər. Onlardan Ramin və İlqar məcburi şəkildə onu stola dəvət etmişlər və onu spirtli içki içməyə məcbur etmişlər. Dəfələrlə yox dedikdən sonra razılaşıb spirtli içki içməyə başlamışdır. Stolda Şahid1, o və İlqar spirtli içki qəbul etmişlər. Digərləri isə spirtli içki qəbul etməmişlər. O da yemək yeyib, spirtli içki qəbul etmişdir. Zərərçəkmiş şəxs “Prius" taksi şoferlərinin arxası ilə danışmağa başlamışdır. O, İlqarın içkili olduğu üçün çox baş qoşmamışdır. Zərərçəkmiş şəxs təhqiramiz sözlər işlətməyə başladığından İlqara iradını bildirmişdir. Buna görə də, onların arasında narazılıqlar mübahisəyə çevrilmişdir. Zərərçəkmiş şəxs səbəbsiz olaraq söyüş söymüş, o da söyüşün cavabını vermişdir. Bu zaman İlqar yumruqla onun sifət nahiyyəsindən vurmuşdur. Orada olanlar onları aralaşdırmışlar. Bundan sonra o, Samir və Şahid1lə stoldan durub üzbəüzdə olan çayxanada oturub çay içməyə başlamışlar. Uşaqlar İlqarı sakitləşdirməyə başlamışlar. X4 oradan uzaqlaşdırmışdır. Ramin də onu sakitləşdirməyə başlamışdır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yaxınlaşaraq yerazları nə üçün təhqir etdiyini soruşduqdan sonra əlində gətirdiyi Dönər aparatının dəmiri ilə onu vurmaq istədikdə əlini qaldırmış və dəmir onun əlinə dəymişdir. İlqar dəmirlə bir neçə dəfə onun qolundan vurduğundan qolu yaralanmış və qanamışdır. Ətraflarında olanlar onları aralaşdırmaq istəsələr də, İlqar əl çəkmək istəməmişdir. O da özünü müdafiə etmək üçün İlqarı bərk vurmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs üzündə və bədənində olan xəsarətlər ilə bağlı məlumatı olmadığını bildirmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş zərəri ödəmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığını söyləyərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, onun heç kimlə düşmənçiliyi və ədavəti yoxdur. Bakı şəhəri, Nərimanov rayonu. Montin qəsəbəsində 1988-ci ildən yaşayır. Şahid3, Şahid1 və Samir Mürsəliyev onun orta məktəbdən sinif yoldaşlarıdır. Onlarla demək olar ki, tez-tez görüşüb hansısa yerdə olurub yeyib-içmişlər. xx.xx.2022-ci il tarixdə saat təxminən 18 radələrində Şahid1lə telefon danışığı olmuşdur. Ramin ona uşaqlarla oturacaqlarını deyərək onu da dəvət elmişdir. O da iş yerindən çıxıb ünvan 3 ünvanda Şahid1 işlətdiyi kafeyə getmişdir. Stolda Şahid3, Şahid1, Samir Mürsəliyev və Ramin adlı əvvəlcədən tanıdığı şəxs oturub Samirin 2 gün əvvəl anadan olmasını qeyd etməyə başlamışlar. Stolda o və Şahid1 spirtli içki qəbul etmişlər. Digərləri isə spirtli içki qəbul etməmişlər. Saat təxminən 22:30 radələrində məclisə sonradan Sübhan adlı əvvəlcədən tanımadığı şəxs də gəlmiş, Şahid1 və Samir ona stolda əyləşməsini təklif etmişlər. Sübhan da stulu çəkib onun sol tərəfində əyləşmişdir. Ramin də bu zaman ona da spirtli içki qəbul etməsini təklif etmişdir. Güclə Sübhana məcburi qaydada spirtli içki qəbul etdirmişlər. Sübhan da yemək yeyib, spirtli içki qəbul etdikdən sonra təxminən saat 23 radələrində əvvəlcədən tanıdığı Ramin ondan öz oğlunun hərbi xidmət çəkdiyi Gəncə şəhəri Müdafi Nazirliyinin N saylı hərbi hissəsində saxlatdınlmasına köməklik göstərməyini xahiş etmişdir. O da dost-tanışa yığıb həll edə biləcəyini demişdir Raminə də sonradan “Yerazların xətri-hörməti olmasını və sözlərinin hər yerdə keçməsini" bildirmişdir. Bu zaman yanında oturan Sübhan adlı şəxs “Yerazların” ünvanına nəlayiq küçə söyüşləri söymüşdür. O, Sübhandan "mən də yerazam, məni söyürsən?" deyə soruşmuşdur. Bu zaman Sübhan onu söydüyünü bildirmişdir. O da Sübhanın qolundan tutub çəkişməyə başlayanda stolda oturanlar onları ayırmağa başlamışlar. Səfər də arxadan onu qucaqlayaraq əl-qol açmağa qoymamışdır. Bu zaman Sübhan onun alın nahiyyəsindən yumruqla bir neçə dəfə vurmuşdur. Uşaqlar onu ayırmış və Sübhan da öz idarə etdiyi “Toyota Prius" markalı avtomobilinə əyləşib oradan uzaqlaşmışdır. Uşaqlar ona sabah Sübhanı tapıb gətizdirərək üzürxahlıq etdirəcəklərini demişlər. O isə oradan çıxıb obyektə gedərək obyekti bağlamaq istəyən zaman güzgüdə alın nahiyyəsinin üç yerdən partladığını görmüşdür. Obyekti bağlayıb əsəbindən həmin kafeyə qayıtmışdır. Yolda yerdən dəmir parçası da götürmüşdür ki, Sübhanın nə səbəbə onun və yerazların var-yoxuna söyməsinə aydınlıq gəlirsin. O, Raminin işlətdiyi kafeyə yaxınlaşmış, onların kafedə olmadığını görmüşdür. Şahid1 işlətdiyi kafesinin yanında olan başqa bir kafedə oturduqlarını görmüşdür. Onlara yaxınlaşaraq Şahid1 həmin şəxsin kim olmasını və nə üçün onların stoluna əyləşdirdiyini soruşduqda həmin Sübhan adlı şəxsin Şahid1 və Samirə pivə içdiklərini görmüşdür. O. Şahid1 və Samirə "Utanmırsızmı məni vuran şəxslə bir masada əyləşib, yeyib-içirsiniz?" demişdir. Sonradan Sübhana yaxınlaşaraq nə üçün yerazları söyməsini soruşmuş, Sübhan da yaxşı etdiyini bildirmişdir. O isə əlindəki dəmir parçası ilə Sübhanı vurmaq istəmiş, bu zaman Sübhan qəfildən stulu götürüb onun üz nahiyyəsindən vurmuşdur. Bu zaman stulun ayağı onun burnuna dəymiş və yerə yıxıldıqda Sübhan yerdə təpiklə onun bədəninin hər yerinə vurmağa başlamışdır. Bu zaman Şahid1 və Samir müdaxilə etməmişdir. Yenə Sübhan avtomobilinə əyləşib oradan uzaqlaşmışdır. O, telefonu çıxardıb polisə zəng vurmaq istədikdə Şahid1 onu qoymamış və ona yaraşmayan hərəkət olduğunu bildirmişdir. O, çıxıb evə gedən zaman PPXB-nin əməkdaşları ona yaxınlaşıb 18-ci PŞ-yə aparmışlar. Həmin iki kafedə olan hadisələr ümumilikdə 1 saat davam etmişdir. Həmin vaxt orada Şahid3, Şahid1, Samir Mürsəliyev, Ramin və Sübhan olmuşdur. Ətrafda da tanımadığı adamlar olmuş və bu hadisənin şahidi olmuşdur. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə hazırda barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirdi və bu barədə müvafiq ərizəni məhkəməyə təqdim etdi. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid1, Şahid2 və Şahid3 məhkəmə iclasında iştirak etməməsini nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onların ibtidai istintaq dövründə vermiş oldugu ifadələri elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyinin məhkəmə-tibbi ekspertizasının 10 avqust 2022-ci il tarixli 830 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - burun sümüklərinin yerdəyişən qapalı sınığı, burun belinin sıyrılmış yarası, hər iki qaşarası nahiyələrin əzilmiş yaraları, hər iki göz ətrafının şişkinli hematoması, sol gözün konyuktiva qişası altına qansızına, sol bazunun, döş qəfəsinin sol yarısının, sol qalça tini nahiyənin, sol saidin, sağ budun, sağ baldırın qançırları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcələrinə görə burunun şişkinlik halında deformasiyası və burun belinin sıyrılmış yarası ilə müşayiət olunan burun sümüklərinin yerdəyişən qapalı sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya, sol gözün konyuktiva qişası altına qansızma ilə müşayiət olunan hər iki qaşarası nahiyələrin əzilmiş yaraları, hər iki göz ətrafının şişkinlik hematoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, sol bazunun, döş qəfəsinin sol yarısının, sol qalça tini nahiyənin, sol saidin, sağ budun, sağ baldırın qançırları isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan ərizədən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmış, ona dəymiş zərəri ödəmiş, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona dəyən zərər ödənilmiş, ona qarşı şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaq, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və sonuncunun ona qarşı şikayət və tələbi olmadığından o, cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığı və dəymiş zərərin aradan qalxdığına dair məhkəməyə təqdim edilmiş ərizəsini, prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, CM-in 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun CM-in 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, CPM-in: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 25 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-in 39.1.11, 43, 300.1.7, 305 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 127.1-ci maddəsi ilə cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunsun. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 25 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olduğu andan 20 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-342/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-342/2024
12.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver