Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-342/2025 17.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 25 saylı vəkil bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Şəki rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Şəki rayonu, Suçma kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında ltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən xeyli miqdarda narkotik vasitəni və xeyli miqdarda psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 1,256 qram olan xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və təmiz çəkisi 0,937 qram olan xeyli miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 15 ünvanının qarşısına daşımış, 16 aprel 2025-ci il tarixdə saat 00:50-də Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, ünvan 2 ünvanın qarşısında saxlanılıb üzəri yoxlanılarkən üzərində olan yaşıl rəngli gödəkçənin sağ yan cibindəki siqaret qutusundan içərilərində müvafiq olaraq 1,256 qram təmiz çəkidə xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 0,937 qram təmiz çəkidə xeyli miqdarda narkotik vasitə heroin olan iki ədəd sellofan büküm aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək qeyd etmişdir kitəxminən dörd ilə yaxındır ki, narkotik vasitələrdən istifadə edir. xx.xx.2025-ci il tarixdə İranlı kimi bildiyi, lakin tanımadığı şəxslə əlaqə saxlayıb narkotik maddə olan "kakos" və "patı" sifariş etmişdir. Həmin şəxsin dediyi karta 80 manat pul göndərmişdir. Sonra ona göndərdiyi ünvana yəni Nərimanov rayonunda Rəssamlıq Akademiyasının yaxınlığına getmiş və “kakosHa "patfm qoyduğu yerdən avtomobillərin arxasında yerdən götürmüşdür. Özündə saxlamışdır ki, istifadə etsin. xx.xx.2025-ci il tarixdə saat 00:50 radələrində oradan uzaqlaşıb gedən zaman küçədə hərəkətdə olarkən 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşmışalar. Onlar özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Sonra onu saxlayıb narkotik vasitə istifadə edib-etmədiyimi soruşmuşlar və istifadə etdiyini səmimi olaraq etiraf etmişdir. Bundan sonra çəkilişlə üzəri yoxlanılmışdır. Üzərinin yoxlanması zamanı o üzərində olan əşyaları və siqaret qutusuna bükülmüş narkotik maddələri təqdim etmişdir. Səmimi olaraq etiraf etmişdir ki, təqdim etdiyi sellofan kəsiyindən olan 02 ədəd bükümlərdəki maddələr narkotik vasitə olan "heroin" və psixotrop maddə "metamfetamin"dir. Üzərindən aşkar edilmiş həmin maddələr polis əməkdaşları tərəfindən zərflərdə qablaşdırılmış və möhürlənmişdir. Sonra bu barədə protokol tərtibkeçirmişlər. Zərf açılmaqla içərisindən aşkar edilmiş narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin özünə məxsus olmasını bir daha etiraf etmişdir. O narkotik vasitə və psixotrop maddəni əldə etdiyi şəxsin anket məlumatlarını bilmir. Üzərimdən aşkar edilmiş narkotik vasitəni özü istifadə etmək məqsədilə əldə etmişdir. O polis əməkdaşları tərəfindən saxlanılan zaman və üzəri yoxlanılan zaman ona qarşı hər hansı bir zor, təzyiq olmamışdır Əməlindən peşmandır və sonda məhkəmədən barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov Rayon Polis İdarəsinin 18-ci PŞ-nin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nərimanov Rayon Polis İdarəsinin 18-cı PŞ-nin CA üzrəyəm əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantı rütbəsindədir. 15 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhərinin müxtəlif rayonlarında, eyni zamanda Nərimanov rayonu, Mayakovski küçəsi ətrafında qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, özündə saxlamaqla istifadə etməsi və daşıması qərəzsiz və etimad doğuran mənbədən məlumat daxil olmuşdur. Bu məlumat şöbənin rəhbərliyinə raportla məruzə edilmiş və Təqsirləndirilən şəxs ifşa olunması məqsədilə o, şöbənin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qurupunun üzvlərinə yəni onlara hüquq, vəzifələri və tədbir zamanı davranış xətti izah edilmişdir. 16 aprel 2025-ci il tarixdə onlar Təqsirləndirilən şəxs ünvan 4 ünvanın qarşısında olmasını müəyyən etmişlər. Saat 00:50-də ona yaxınlaşıb özlərini təqdim edərək, qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, daşımaqda, üzərində saxlamaqda və istifadə etməkdə şübhəli olduğunu bildirmişlər. Ondan üzərində qanunla qadağan olunmuş narkotik maddə olub olmaması soruşulan zaman Qorxmaz olmasını bildirərək əynində olan yaşıl rəngli gödəkçənin sağ yan cibindəki siqaret qutusunu çıxararaq təqdim etmişdir. Həmin qutunun içərisinə tərəflərindən baxılan zaman orada iki ədəd bükümün olması müşahidə edilmişdir. Həmin bükümlərdən birində psixotrop maddə metamfetaminə bənzər maddə digərində isə narkotik vasitə heroinə bənzər maddənin olması müşahidə edilmişdir. Qorxmaz həmin maddələrin müvafiq olaraq “şüşə” və “kakos” olmasını bildirmişdir. Qorxmaz həmin maddələrin özünə məxsus olmaqla şəxsi istifadəsi üçün üzərində saxlamasını, “İranlı” kimi tanıdığı şəxsdən almasını bildirmişdir. Qorxmaz hər hansı şəxsə narkotik vasitə satmadığını şəxsi istifadəsi üçün həmin maddələri üzərində gəzdirməsini bildirmişdir. Bundan sonra onlar tərəfindən Qorxmazın üzərindən aşkar edilmiş içərisində maddələr olan iki ədəd büküm müvafiq qaydada bir ədəd zərfin içərisində qablaşdırılaraq möhürlənib götürülmüşdür. Zərfin tamlığı Qorxmaz və digər iştirakçılar tərəfindən imzalanaraq təsdiq edilmişdir. Təqsirləndirilən şəxs üzəri yoxlanılan zaman onun üzərində başqa qanunsuz predmet aşkar edilməmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxsla birlikdə polis şöbəsinin inzibati binasına gəlmişlər. Orada Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün müdafiəçi təqdim edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş iki ədəd bükümü qablaşdırdıqları zərf təqdim edilmişdir. Təhqiqatçı tərəfindən videoçəkilişlə müdafiəçinin, Təqsirləndirilən şəxs, o və digər polis əməkdaşlarının iştirakları ilə zərfə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yenidə həmin maddənin özünə məxsus olduğunu, tanımadığı “İranlı” olaraq bildiyi şəxsdən aldığını və şəxsi istifadəsi üçün üzərində saxlamağını bildirmişdir. Həmin maddə yenidən təhqiqatçı tərəfindən qablaşdırılmaqla götürülmüşdür. Təqsirləndirilən şəxs şifahi olaraq heç bir şəxsə narkotik vasitə və ya psixotrop maddə satmadığını bildirmişdir.Bundan başqa polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs saxlanılan zaman və Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsində üzərinə baxış keçirilən zaman nə onun tərəfindən nədə ki, başqa bir şəxs tərəfindən N.Təqsirləndirilən şəxs qarşı heç bir fiziki yaxutda psixi təsir göstərilmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 18-ci polis şöbəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 Şahid2 göstərdiyi xüsusatları təsdiq edərək, eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsin saxlanılması və üstünün yoxlanılması barədə” 16 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan yaşıl rəngli gödəkcənin sağ yan cibindəki siqaret qusutunun içərisində olan iki ədəd bükümlərdən müvafiq olaraq təmiz çəkisi 1.256 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və təmiz çəkisi 0.937 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 16 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 48 saat tutulmuşdur. Məhkəmə kimyəvi ekspertizasının 16.04 2025-ci il tarixli, 6/1404 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “.Azərbaycan Respublikası DİN Zərflər üçün N224” dairəvi möhür əksi “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddələr şübhəli şəxs (imza) Qaffarov” yazısı və imzalar olan zərfdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 0,937 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1(bir) ədəd bükümdə təmiz çəkisi 1,256 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazılanmış maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil edir. 17 aprel 2025-ci il tarixli “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi barədə” qərardan görünür ki, Nərimanov rayon prokuroru, ədliyyə müşaviri Hidayət Nurəlibəyov tərəfindən təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında 17 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən azad olunması və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. “DVD-R-diskə baxış keçirilməsi haqqında 24 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edilir. Əynində olan gödəkçənin sağ yan cibindən bir ədəd siqaret qutusunu çıxararaq təqdim edir. Bundan sonra onun üzəri yoxlanılan zaman üzərindən hər hansı qanunsuz predmet aşkar edilmir. Polis əməkdaşı Təqsirləndirilən şəxs təqdim etdiyi siqaret qutusunun içərisinə baxdıqda orada iki ədəd büküm olması müşahidə edilir. Təqsirləndirilən şəxs həmin bükümdəkilərin narkotik vasitə olmalarını, bir btikümdəkinin "şüşə“ yəni psixotrop maddə metamfetamin, digər bükümdəkinin isə "kakos" yəni narkotik vasitə lıeroin olmasını bildirir. Polis əməkdaşı tərəfindən həmin bükümlər bir ədəd zərfdə müvafiq qaydada qablaşdırılaraq möhürlənir. Məhkəmə iclasında həmin videogörüntülərə baxış keçirilməsi zamanı sözügedən xüsusatlar öz təsdiqini tapmışdır. Disk daşıyıcıda olan görüntülərə baxış keçirilən zaman müəyyən edilir ki, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən Nərimanov rayonu, Mayakovski küçəsində saxlanılması bildirilir və Təqsirləndirilən şəxs bunu təsdiq edərək saxlanılan zaman üzərindən ”patı" və "kakos" aşkar edilməsini qeyd edir. O həmin maddələri “İranlı“ adlı şəxsdən almasını bildirir. Polis əməkdaşları tərəfindən ona hər hansı zorakılıq edilmədiyini bildirir. Müdafiəçinin müvafiq sualına cavab olaraq həmin maddələri şəxsi istifadəsi üçün almasını bildirir. Təhqiqatçı tərəfindən zərfin içərisi açılaraq baxıldıqda orada iki ədəd bükümün olması müşahidə edilir. Təqsirləndirilən şəxs müvafiq olaraq həmin bükümlərdən birinin içərisində “kakos” digərində isə "şüşə" olmasını bildirir. O həmin bükümlərin özünə məxsus olmasını hər hansı satış məqsədinin olmamasını bildirir. Təhqiqatçı tərəfindən həmin bükümlər yenidən bir ədəd zərfdə müvafiq qaydada qablaşdırılınaqla möhürlənərək götürülür. İştirakçılar tərəfindən zərfin üzəri imzalanaraq tamlığı təsdiq edilir. “Əşyanın maddi sübut hesab edilməsi haqqında” 25 aprel 2025-ci il tarixli qərardan görünür ki, ********** nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxsdan aşkar olunaraq götürülmüş təmiz çəkisi 1,256 qram olan psixotrop maddə metamfetamin və təmiz əkisi 0,937 qram olan narkotik vasitə heroin iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və ekspertiza tədqiqatına sərf edilmiş kütlələr çıxılmaqla qalıq qalmış 1,206 qram psixotrop maddə metamfetamin və 0,887 qram narkotik vasitə heroin saxlanılması üçün Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinin yoxlanmasını və üzərindən aşkar edilmiş əsixotrop maddənin qablaşdırıldığı zərfə baxış keçirilməsini əks etdirən 1 ədəd disk daşıyıcı işin hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduqlarından maddi sübut kimi tanınması və cinayət işi materiallarında saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası DİN “Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin” 30 aprel 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə narkoloji ekspertizasının 17 aprel 2025-ci il tarixli, 2173 nömrəli ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanserdə qeydiyyata alınması məsləhət görülür. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 02 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1,256 qram olan psixotrop maddə metamfetamin və təmiz çəkisi 0,937 qram olan narkotik vasitə heroin iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və ekspertiza tədqiqatına sərf edilmiş kütlələr çıxılmaqla qalıq qalmış 1,206 qram psixotrop maddə metamfetamin və 0,887 qram narkotik vasitə heroin Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Şəxsi axtarış görüntülərini özündə əks etdirən 02 ədəd DVD formatlı disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxsin müdafiəsi üçün gətirdiyi dəlillər: Təqsirləndirilən şəxs özünü müdafiə üçün hər hansı dəlil gətirməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi: Maddə 8.1 (Ədalət prinsipi): Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Maddə 41.1, 41.2 (Cəza anlayışı və məqsədləri): Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddə 52-1: Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Maddə 58.3 (Cəza təyin etmənin ümumi əsasları): Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Maddə 69.3 (Həbsdə saxlama müddətinin cəza müddətinə hesablanması): Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Maddə 234.1: Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi: Maddə 24 (Təqsirsizlik prezumpsiyası): Cinayətin törədilməsində təqsiri bu Məcəllə ilə müəyyən edilmiş qaydada sübuta yetirilməyən və barəsində qanuni qüvvəyə minmiş məhkəmənin ittiham hökmü olmayan hər bir şəxs təqsirsiz hesab edilir. Maddə 25 (Sübutetmə vəzifəsi): İttihamın sübuta yetirilməsi vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir. Maddə 125 (Sübutların mümkünlüyü): Bu Məcəllənin tələblərinə riayət etməklə əldə edilmiş faktiki məlumatlar sübut kimi qəbul edilə bilər. Bu Məcəllənin tələbləri pozulmaqla əldə edilmiş sübutların hüquqi qüvvəsi yoxdur, onlar ittihamın əsasını təşkil edə bilməz, habelə cinayət təqibi üzrə qərar qəbul edilərkən nəzərə alına bilməz. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Maddə 143 (Sübutların toplanması): Sübutlar sorğu, üzləşdirmə, istintaq eksperimenti, şəxsi axtarış, əşyaların və sənədlərin götürülməsi, ekspertiza təyin edilməsi və s. bu Məcəllədə nəzərdə tutulmuş digər prosessual hərəkətlər vasitəsilə toplanır. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 28 iyun 2005ci il tarixli Qanunu: Heroinin 0,15 qramdan artıq miqdarı xeyli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin presedent hüququ: “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Şenk İsveçrəyə qarşı (Schenk v. Switzerland, 12 iyul 1988-ci il, § 45-46): Sübutların qəbul edilməsi və qiymətləndirilməsi ilk növbədə milli məhkəmələrin səlahiyyətindədir. Konvensiyanın 6-cı maddəsi sübutların qəbul edilməsi qaydalarını müəyyən etmir, lakin məhkəmə araşdırmasının ümumilikdə ədalətli olmasını təmin edir. Polis əməkdaşlarının ifadələri, digər sübutlar kimi, milli qanunvericiliyə uyğun əldə edildiyi və müdafiə tərəfinə onlara etiraz etmək və onların etibarlılığını şübhə altına almaq üçün kifayət qədər imkan verildiyi təqdirdə, AİHM tərəfindən qəbul edilən sübut hesab oluna bilər. AİHM-in Edwards və X2rşı (27 oktyabr 2004-cü il, ərizə № 39647/98 və 40461/98, §§ 55-57) işi üzrə qərarında, narkotiklərlə bağlı işlərdə polis əməliyyatları və onların ifadələrinin rolu müzakirə olunarkən, əsas diqqət əməliyyatın və sonrakı məhkəmə prosesinin ümumi ədalətliliyinə yönəlmişdir. Əgər polis ifadələri digər sübutlarla (məsələn, maddi sübutlar, ekspert rəyləri, təqsirləndirilən şəxsin öz etirafları) dəstəklənirsə və müdafiə tərəfi bu ifadələri effektiv şəkildə sorğulaya bilibsə, onların sübut kimi nəzərə alınması Konvensiyanın 6-cı maddəsinin pozuntusu hesab edilmir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq, iş üzrə toplanmış və məhkəmə baxışı zamanı hərtərəfli, tam və obyektiv tədqiq edilmiş sübutları öz daxili inamı, qanun və vicdanını rəhbər tutaraq məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun bu əməlin törədilməsində təqsirliliyi məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusu ilə tam və birmənalı şəkildə öz təsdiqini tapmışdır. Cinayətin obyektiv cəhəti (actus reus), yəni cinayət qanunu ilə qorunan ictimai münasibətlərə qəsd edən konkret hərəkət, Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı şalvarının cibindən ümumi çəkisi 1,256 qram olan psixotrop maddə metamfetamin və təmiz əkisi 0,937 qram olan narkotik vasitə heroin aşkar edilməsi faktı ilə təsdiqlənir. Azərbaycan Respublikasının "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında" 28 iyun 2005ci il tarixli Qanununa əsasən, heroinin və metamfetaminin 0,15 qramdan artıq miqdarı xeyli miqdar hesab olunur. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, 6/1404 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş maddənin ümumi təmiz çəkisi 0,937 qram olmaqla, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1,256 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir.Bu, qanunla müəyyən edilmiş "xeyli miqdar" həddini əhəmiyyətli dərəcədə üstələyir və cinayət tərkibinin predmetinin və miqdarının mövcudluğunu sübut edir. Cinayətin subyektiv cəhəti (mens rea), yəni təqsirkarın törətdiyi əmələ psixi münasibəti birbaşa qəsdlə xarakterizə olunur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək, narkotik vasitəni şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 80 manata aldığını səmimi şəkildə etiraf etmişdir. Bu etiraf, onun törətdiyi əməlin ictimai təhlükəli xarakterini tam dərk etdiyini və onun nəticələrini arzu etdiyini, yəni birbaşa qəsdin (dolus directus) mövcudluğunu təkzibedilməz şəkildə sübuta yetirir. Həmçinin, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 17 aprel 2025-ci il tarixli, 2173 nömrəli rəyi ilə Təqsirləndirilən şəxsda "Opioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu"nun aşkar edilməsi və onun məcburi müalicəyə ehtiyacının olması faktı, onun psixotrop maddələri əldə etməkdə və saxlamaqda motivini dolayısı ilə təsdiq edən hal kimi qiymətləndirilir. Bütün yuxarıda göstərilənləri məcmu halında nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin bütün zəruri obyektiv və subyektiv əlamətləri mövcuddur və onun təqsiri məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və əməlləri düzgün tövsif edilmişdir. Buna görə də, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Cəza təyini məsələləri: Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, cəza növünü və müddətini təyin edərkən, Azərbaycan Respublikası CM-nin ümumi prinsiplərini, xüsusilə də 8.1-ci (ədalət prinsipi), 41-ci (cəzanın anlayışı və məqsədləri) və 58.3-cü (cəza təyin etmənin ümumi əsasları) maddələrinin fundamental tələblərini, Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının və "Məhkəmə hökmü haqqında" 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının göstərişlərini rəhbər tutur. Bu kontekstdə, məhkəmə törədilmiş cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların mövcudluğunu, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə potensial təsirini hərtərəfli təhlil edir. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən hallara xüsusi diqqət yetirir. Təqsirləndirilən şəxs əməlindən səmimi peşmandır. Məhkəmə, CM-nin 59-cu maddəsinin tələblərinə uyğun olaraq, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi onun törətdiyi əməldən səmimi peşmançılığını, himayəsində 1 azyaşlı uşaq olduğunu (portal məlumatı əsasında) və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alır. Məhkəmə, CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların mövcud olmadığını müəyyən edir. Məhkəmə, cəza təyin edərkən təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən bütün məlumatları, narkomaniya xəstəliyindən əziyyət çəkməsini nəzərə alır. Bu hallar, onun islah olunmasının müəyyən çətinliklərlə üzləşə biləcəyini və cəmiyyətdən təcrid olunmadan davranışına effektiv nəzarətin təmin edilməsinin mürəkkəbliyini göstərir. CM-nin 234.1-ci maddəsinin sanksiyası bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutur. Ali Məhkəmə Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Qərarının 2-ci bəndinə və “Məhkəmə hökmü haqqında” Ali Məhkəmə Plenum qərarının 48-ci bəndinə əsasən, maddənin sanksiyası müxtəlif cəza növləri nəzərdə tutursa, məhkəmə daha ağır cəza növü (bu halda azadlıqdan məhrum etmə) təyin etdikdə qərarını əsaslandırmalıdır. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs islah olunması və onun tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (CM maddə 41.2) məqsədlərinə nail olmaq üçün ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi daha məqsədəuyğundur. Məhkəmə, Təqsirləndirilən şəxs islah olunması və onun tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (CM maddə 41.2) məqsədlərinə nail olmaq üçün ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini zəruri və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkməsi və narkotik mühitlə əlaqələrini davam etdirməsi, onun cəmiyyətdən təcrid olunmadan, yalnız azadlığın məhdudlaşdırılması şəraitində islahının çətinliyini və dayanıqlı olmama ehtimalını artırır. Məhkəmə onun reabilitasiya mərkəzinə müraciət etməsini nəzərə alır. Lakin, həmin müalicənin nə dərəcə effektiv olmasına nəzarət edilməsi mümkün deyildir və buna zəmanət verilmir. Azadlıqdan məhrum etmə cəzası, bir tərəfdən, onu cinayətkar mühitdən təcrid edəcək, digər tərəfdən isə cəzaçəkmə müəssisəsi daxilində məcburi müalicə almaqla səhhətinin bərpasına və narkotik asılılığından xilas olmasına real imkan yaradacaqdır. Azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyini, törədilmiş əməlin xarakteri və təqsirləndirilən şəxsin şəxsiyyəti nəzərə alındıqda, onun islahı üçün kifayət qədər təsirli və çəkindirici vasitə hesab edilə bilməz. Belə bir cəza, həmçinin, cəmiyyətin narkotiklərin qanunsuz dövriyyəsinə qarşı barışmaz mövqeyini və bu cür əməllərin cəzasız qalmayacağı prinsipini tam əks etdirməzdi. Məhkəmə, təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının müddətini müəyyən edərkən, bir tərəfdən cəzanı yüngülləşdirən halları, digər tərəfdən isə ağırlaşdıran hallar (cinayətin iki epizod üzrə törədilməsini) və təqsirləndirilən şəxsin narkotik asılılığının islah prosesinə potensial mənfi təsirini nəzərə alaraq, CM-nin 234.1-ci maddəsinin sanksiyası çərçivəsində ədalətli və mütənasib bir müddət təyin etməyi vacib bilir. Məhkəmə qeyd edir ki, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından CM-nin 69.3.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində tutulduğu 48 saat (02 gün), (xx.xx.2025-xx.xx.2025-ci il tarixlər) çıxılmalıdır. Ali Məhkəmə Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Qərarının 21-ci bəndinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi müalicə tədbiri CM-nin 93.1.4-cü maddəsinə əsasən məhkəmənin ittiham hökmü ilə təyin edilir və belə şəxslərin müalicəsi cəzanın icra edilməsi ilə eyni zamanda həyata keçirilir. Həmçinin, Ali Məhkəmə Plenumunun "Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında" Qərarının 19-cu bəndində də anlaqlı vəziyyətdə olan, lakin narkomaniyadan əziyyət çəkən və məcburi müalicəyə ehtiyacı olan şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, məcburi müalicənin cəzanı icra edən müəssisə tərəfindən təmin edilməsi göstərilir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və təyin edilmiş məcburi müalicə onun cəza çəkəcəyi cəzaçəkmə müəssisəsində həyata keçirilməlidir. Bundan əlavə, narkotik asılılığın gələcəkdə törədə biləcəyi əlavə fəsadların və yeni cinayətlərin qarşısının alınması üçün təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində profilaktik qeydiyyata götürülməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsində X1 saxlanılan– 1,206 qram psixotrop maddə metamfetamin və 0,887 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının ümumi dəyəri 114 manat təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur.İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə vəkilin təqdim etdiyi hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 25 saylı vəkil bürosunun vəkili Nümayəndə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 32 iş saatı üçün cəmi 352 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona həmin maddə ilə 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 aprel 2025-ci il tarixdən 17 aprel 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu cəmi 02 gün müddət azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 07 (yeddi) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 17 sentyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında ltizam” qətimkan tədbiri həbs qismində qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və məcburi müalicə cəza çəkdiyi müddət ərzində cəzanı icra edən müəssisə tərəfindən icra edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün və profilaktik nəzarətdə saxlanılsın. Cinayət işi üzrə maddi sübut – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nərimanov Rayon Polis İdarəsinin X1 saxlanılan narkotik vasitənin və psixotrop maddənin qalığı – 1,206 qram metamfetamin və 0,887 qram heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübutlar – 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının ümumi dəyəri olan 114 manat vəsait Təqsirləndirilən şəxsdan tutularaq dövlət büdcəsinə keçirilsin. Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsinə əsasən, hazırkı cinayət işi üzrə xüsusi müsadirə edilməsi təklif edilən əmlak olmaması və mülki iddia olmaması nəzərə alınsın. Bakı şəhəri 25 saylı vəkil bürosunun vəkili Nümayəndə tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 32 iş saatı üçün cəmi 352 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən, elan edildiyi (hökmün surəti verildiyi) gündən 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Kamal Babayev
Məhkəmə qərarları › İş №1(005)-342/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-342/2025
17.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver