Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-344/2021 26.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X1 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs- Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1962-ci ildə Qazax rayonunun Ağköynək kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 28 yanvar 2018-ci il tarixli kredit müqaviləsi üzrə (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi manat məzənnəsi ilə) 8000,00 ABŞ dolları məbləğində pul vəsaitinin alınaraq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 avqust 2018-ci il tarixli, 2(005)-4066/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Nərimanov Rayon Məhkəməsinin 10 avqust 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 500,00 manat məbləğində inzibati qaydada cərimə olunmasına, yenidən izahatı alınıb, məsuliyyəti barədə 05.10.2020-ci il tarixdə xəbərdar edilməsinə baxmayaraq, şəxsi maraq niyyəti ilə cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması haqqında təqdimat verilən 03.12.2020-ci il tarixədək həmin məbləğdə pul vəsaitini tələbkar Zərərçəkmiş şəxs ödəməmiş, tələbkara maddi ziyan vurmaqla, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməyərək, ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 28 yanvar 2018-ci il tarixli kredit müqaviləsi üzrə 8000,00 ABŞ dolları məbləğində pul vəsaitinin ondan alınaraq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 avqust 2018-ci il tarixli, 2(005)-4066/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Nərimanov Rayon Məhkəməsinin 10 avqust 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500,00 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Yenidən izahatı alınıb, məsuliyyəti barədə 05.10.2020-ci il tarixdə xəbərdar edilməsinə baxmayaraq, cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması haqqında təqdimat verilən 03.12.2020-ci il tarixədək həmin məbləğdə pul vəsaitini tələbkar Zərərçəkmiş şəxs xeyrinə maddi imkanı olmadığından ödəməmişdir. Tələbkara olan borcundan 1400,00 ABŞ dolları məbləğində pul vəsaitini heç bir iltizam və ya qəbz olmadan ödəmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, işsiz olduğu üçün ödəyə bilmir. O, borcunu ödəməkdən yayınmır. Barəsində olan cinayət işi məhkəmənin icraatında olduğu müddətdə 3 dəfəyə 550 manat ödəniş etmişdir. Son olaraq məhkəmədən əməlində cinayət tərkibi olmadığından, habelə icra sənədinin icrasından qərəzli olaraq yayınma olmadığından barəsində bəraətverici hökm elan edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, borclu Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 avqust 2018-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsini icra etmir. Həmin icra sənədinə əsasən Tahir Yaqublu ona 8000 ABŞ dolları pul verməlidir. Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini qərəzli olaraq icra etmir. Belə ki, məhkəmə qətnaməsi icraya yönəldildikdən sonra X5 rayonunda adına olan torpaq sahəsini başqa şəxsə satmışdır. X3 tərəfindən 3000 ABŞ dolları ödəniləcəyi təqdirdə onunla barışıq əldə edə bilər. Əks halda ondan şikayətçidir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, hazırki vaxtadək ona heç bir ödəniş edilməyib. O, ondan 1400 dollar almayıb. Son olaraq məhkəmə qətnaməsinin tam şəkildə icra olunmasını, təqsirləndirilən şəxs barəsində şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, borclu Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 28 yanvar 2018-ci il tarixli kredit müqaviləsi üzrə (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi manat məzənnəsi ilə) 8000,00 ABŞ dolları məbləğində pul vəsaitinin alınaraq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 avqust 2018-ci il tarixli, 2(005)-4066/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Nərimanov Rayon Məhkəməsinin 10 avqust 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 500,00 manat məbləğində inzibati qaydada cərimə olunmasına, yenidən izahatı alınıb, məsuliyyəti barədə 05.10.2020-ci il tarixdə xəbərdar edilməsinə baxmayaraq, şəxsi maraq niyyəti ilə cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması haqqında təqdimat verilən 03.12.2020-ci il tarixədək həmin məbləğdə pul vəsaitini tələbkar Zərərçəkmiş şəxs qərəzli olaraq ödəməmişdir. Bu səbəbdən də toplanmış materiallar 03.12.2020-ci il tarixli təqdimatla cinayət işinin başlanması məsələsinə baxılması üçün istintaq idarəsinə göndərilmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, 8000 ABŞ dollarından heç bir ödəniş etməyib. Səbəb göstərir ki, yaşlıdır və işsizdir. İş materiallarında olan rəsmi xəbərdarlıqlardan görünür ki, təqsirləndirilən şəxs dəfələrlə icra şöbəsinə dəvət olunmasına baxmayaraq, gəlməyib. Onlar ona bank hesabı təqdim etməmişlər və etməyə də borclu deyillər. Tələbkarın razılığı olmalıdır. Əmlak gəlirlərini və hesablarını araşdırmışlar. Heç nə aşkar edilməyib. Daha sonra adına Qazax rayonunda torpaq və ev müəyyən edildi. Ona görə qərəzli hesab edirlər ki, torpağı satsa da, tələbkarın borcunu ödəməmişdir. Məşğulluq idarəsinə iş axtaran kimi rəsmi qeydiyyata alınıb. Ona izahatında yazıb ki, 10-50 manat ödəyə bilər. Tələbkar isə bununla razı deyil. Mülkiyyətində 0,8 ha torpaq sahəsi olub, həmin torpaq sahəsini 27 fevral 2020-ci il tarixdə özgəninkiləşdirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 16 may 2021-ci il tarixli qərardan görünür ki, fakta görə AR CM-nin 306.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq istintaqının aparılması üçün icraata qəbul etmişdir. 03.12.2020-ci il tarixdə AR ƏN İstintaq İdarəsinin rəisinə ünvanlanmış təqdimatdan görünür ki, “İcra haqqında” AR Qanununun 82.3 və 84.4-cü maddəsinin tələblərini rəhbər tutaraq icra sənədlərinin icrasından qərəzli olaraq yayınan borclu Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi barədə məsələyə baxılması üçün təqdimat verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4066/2018 saylı 28 avqust 2018ci il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsinin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs 29 yanvar 2018-ci il tarixli kredit müqaviləsi üzrə 8.000 (səkkiz min) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində borc vəsaiti iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. İcraata başlamaq haqqında 19.10.2018-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4066/2018 saylı 28 avqust 2018-ci il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsi 19.10.2018-ci il tarixdə icra şöbəsinə daxil və həmin tarixdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 avqust 2020-ci il tarixli 3(005)- 1430/2020 nömrəli inzibati xəta haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 500 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı 30.08.2019-cu il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına Qazax rayonu, Qarapapaq kəndində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsi aşkar edilmişdir. Eyni zamanda ünvan 3 ünvanda yerləşən fotolaboratoriya əmlaka dair mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsini 26.02.2020-ci il tarixli 8(005)-152/2020 nömrəli qərardadından görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4066/2018 saylı, 28 08.2018-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Təqsirləndirilən şəxs məxsus Qazax rayonu, Qarapapaq kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsinin və ünvan 4 ünvanında yerləşən Fotolaboratoriyanın üzərinə həbs qoyulması qərara almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı 07.05.2020-ci il tarixli məktubundan görünür ki, Qazax rayonu, Qarapapaq kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsi T. Yaqubov tərəfindən Qazax rayonu Notariat Ofisinin xüsusi notariusunun 27.02.2020-ci il tarixli 4Ə-142 nömrəli alğı-satqı müqaviləsinə əsasən digər şəxsin adına özgəninkiləşdirilmişdir. Bu səbəbdən həmin əmlakın üzərinə həbs qoyulması mümkün olmamışdır. Eyni zamanda ünvan 4 ünvanında yerləşən Fotolaboratoriya daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. "xxxx" MMC-nin Nərimanov rayon icra və probasiya şöbəsinə vermiş olduğu xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində "xxxx" MMC-ə heç bir şikayət daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Məşğulluq Agentliyinin 4 saylı Ərazi Məşğulluq Mərkəzi filialının Nərimanov İcra və Probasiya şöbəsinə ünvanladığı 18.11.2020-ci il tarixli məktubundan görünür ki, T. Yaqubova “Məşğulluq” altsistemində mövcud olan vakansiyalar barədə məlumat verilmiş, vətəndaşa ***-**** manat olmaqla iş təklif edilmiş və o, bu təkliflə razılaşmışdır. Vətəndaş 05.11.2020-ci il tarixdə həmin vakansiyaya işə göndəriş verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə 31.05.2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 02 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. Qətimkan tədbirinin seçilməsi haqqında 02 iyul 2021-ci il tarixli qərardan və eyni tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Sübutların qiymətləndirilməsi haqqında 05.07.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə elan edilmiş ittihamın qüvvədə saxlanılması və s. qərara alınmışdır. "xxxx" ASC-nə məxsus 20667967, 15873765, 23637262 nömrəli qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs 550 manat məbləğində pulu AZ80CTRE**********000208770 nömrəli hesaba köçürmüşdür. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində Təqsirləndirilən şəxs təqsirliliyi özü tərəfindən inkar edilsə də, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, qanuni qüvvəyə minmiş məhkəmə qərarı və onun icraya yönəldilməsini təsdiq edən sənədlər, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək tam sübuta yetirilirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə-iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Həmin qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir; Həmin qanunun 82.3-cü maddəsinə əsasən icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012-ci il tarixli Qərarı ilə müəyyən etmişdir ki, CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Həmin qərarda həmçinin qeyd edilir ki, CM-in 306.1-ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Bu maddə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icra edilməməsinin iki üsulunu nəzərdə tutmuşdur: məhkəmə aktlarını qərəzli icra etməmə və məhkəmə aktlarının icrasına maneçilik törətmə. Qeyd edilən hər iki üsul CM-in 306-cı maddəsində nəzərdə tutulmuş əməlin tövsif edilməsi zamanı böyük rol oynayan spesifik əlamətlərə malikdir. Birinci halda bir qayda olaraq, cinayət hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər. Məsələn, subyekt yazılı və ya şifahi şəkildə məhkəmə qərarını icra etməyəcəyi barədə məlumat verir və ya məhkəmə qərarını icra etmək niyyətinin olmadığını ifadə edir. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Belə hərəkətlər nəticəsində borclu icra sənədini qərəzli olaraq icra etmədikdə, icra məmuru həmin şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verməlidir (“İcra haqqında” Qanunun 82.3-cü maddəsi). Bununla yanaşı nəzərə alınmalıdır ki, CM-in 306.1-ci maddəsində müəyyən edilmiş “qərəzli” müddəası qiymətləndirici (tövsifedici) əlamət olduğundan ibtidai istintaq aparan orqan və ya məhkəmə yalnız konkret işin hallarına uyğun olaraq bu əlamətin mövcud olubolmamasını müəyyən etməlidir. Təqsirləndirilən şəxs həm ibtidai araşdırma dövründə, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələrdə maddi imkanı olmadığından məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borc məbləğini ödəməkdən qərəzli yayınmaması ilə bağlı ifadələrinə məhkəmə hüquqi qiymətin verilməsini zəruri hesab edir. Bununla bağlı məhkəmə qeyd edir ki, adıçəkilən qətnamə əsasında 19.10.2018-ci il tarixdə icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, Təqsirləndirilən şəxs borcun ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilərək izahatı alınmış, təxminən 3 il ərzində borc məbləğini ödəməyə cəhd göstərməmiş, yalnız məhkəmə baxışı gedişində 3 dəfəyə (17.08.2021, 15.10.2021 və 19.11.2021-ci il tarixlərdə) ümumilikdə 550 manat məbləğində ödəniş etmişdir. Borcun ödənilməməsinin onun maddi imkanı ilə əlaqədar olması barədə qeyd olunanlara dair məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs üzərinə düşən öhdəliyi qərəzli olaraq icra etməmiş, inzibati məsuliyyətə cəlb edilməsindən nəticə çıxarmamış, tələbin könüllü icrası haqqında bildirişi aldığı 19.10.2018-ci il tarixdən etibarən borcun ödənilməsinə laqeyd münasibət göstərilməklə icra sənədinin icrasını təmin etməkdə hərəkətsizlik nümayiş etdirmiş, dəfələrlə rəsmi xəbərdarlıq edilmiş, maddi imkansızlığı səbəbindən icra sənədini icra edə bilmədiyini bildirsə də, o, mülkiyyətində olan Qazax rayonu, Qarapapaq kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsini 27.02.2020-ci il tarixli 4Ə-142 nömrəli alğı-satqı müqaviləsinə əsasən digər şəxsin adına özgəninkiləşdirilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs cavabdeh olduğu mülki iş üzrə məhkəmə qətnaməsi icraya yönəldildikdən sonra mülkiyyətində olan torpaq sahəsini başqa şəxsin adına özgənikiləşdirməklə gəlir əldə etsə də tələbkarın borcunu ödəməmişdir. Bu, onun məhkəmə qərarının icrasına biganə yanaşdığını və qərarı qərəzli olaraq üzrsüz səbəbdən icra etmədiyini təsdiq edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və qismən ödəniş etməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Eyni zamanda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52- 1.2-ci maddəsinə nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-344/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-344/2021
26.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver