Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-344/2023 21.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, Təqsirləndirilən şəxs və onun müdafiəçisi 20 saylı vəkil bürosunun vəkili Dövlət ittihamçısı iştirakları ilə, xx.xx.1986-cı ildə Abşeron rayonun Saray qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olmayan, işləməyən, Abşeron rayonu, Saray qəsəbəsi qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan müddətdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısına daxil olan tərkibində təsiredici maddəsinin ümumi miqdarı 1,2 qram narkotik vasitə-metadon olan 01 ədəd blister kəsiyində 10 ədəd və 02 ədəd “Sobrania” adlı siqaret qutusunda hər birinin içərisində 10 ədəd olmaqla, ümumilikdə 30 ədəd zavod üsulu ilə hazırlanmış dərman tabletləri və 03 ədəd şəffaf sellofan bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri: 19,65 qram, 9,78 qram və 49,51 qram ümumilikdə çəkisi 78,94 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana əldə edib üzərində saxlamaqla daşımış və 21 mart 2023-cü il saat 04 radələrində ünvan 1 ünvanında olan zaman davranışları şübhə doğurduğu üçün ərazidə xidmət aparan Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq, ünvan 3 ünvanında yerləşən Nərimanov RPİ- nin 18-ci PŞ-nin inzibati binasına gətirilmiş və həmin polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan boz rəngli gödəkcənin sol yan cibində olan torbanın içərisindən tərkibində təsiredici maddəsinin ümumi miqdarı 1,2 qram narkotik vasitə-metadon olan 01 ədəd blister kəsiyində 10 ədəd və 02 ədəd “Sobrania” adlı siqaret qutusunda hər birinin içərisində 10 ədəd olmaqla, ümumilikdə 30 ədəd zavod üsulu ilə hazırlanmış dərman tabletləri və 03 ədəd şəffaf sellofan bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri: 19.65 qram, 9,78 qram və 49,51 qram ümumilikdə çəkisi 78,94 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, narkotik vasitələri demək olar ki, hər gün istifadə edir. Narkotik vasitələri İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı özünü “Rza” kimi təqdim etmiş şəxsdən onlayn “VVhatsapp” tətbiqi vasitəsi ilə əldə edir. Həmin “Rza” adlı şəxs ilə “VVhatsapp” tətbiqi vasitəsilə onun istifadəsində olan +98 914 *** ** ** saylı nömrə ilə əlaqə qurur. 21 mart 2023cü il tarixdə, gecə saatlarında ”Rza” ona həmin tətbiq vasitəsi ilə yazmağa başladı. O yazaraq bildirdi ki, satmaq üçün bir qədər narkotik vasitəsi var və ona həmin narkotk vasitələrin məkanını yəni olduğu yeri atmışdır. Oda 21 mart 2023-cü il tarixdə, saat 04:00 radələrində Rza adlı şəxsə 70 manat pulu onlayn göndərdikdən sonra o tətbiq vasitəsi ilə göndərdiyi Bakı şəhəri “Albalı bağları” adlanan yer olan məkana getmişdir. Həmin məkanda ağacların altında olan narkotik vasitəni ordan götürərək istifadəsi üçün üzərində saxlamışdır. Daha sonra o ünvan 5 ünvanının qarşısında olduğu zaman 2 nəfər polis əməkdaşı ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər və onu Nərimanov Rayon Polis İdarəsinin 18-ci PŞ-nə aparmışlar. Polis Şöbəsində dəvət edilmiş müdafiəçi ona təqdim olunduqdan sonra şübhəli şəxs qismində tutulmuş, onun üzərinə video çəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməmişdən əvvəl təhqiqatçı ondan üzərində qanunsuz əşya olub-olmadığını soruşdu və əgər vardırsa həmin əşyaları könüllü təqdim etməyi təklif etmişdir. O əynində olan boz rəngli gödəkcənin sol yan cibindəki torbanı çıxardatraq təqdim etmişdir. Təqdim etdiyi torbanın içərisindən 01 ədəd blister kəsiyində 10 ədəd və 02 ədəd “Sobrania” adlı siqaret qutusunda hər birinin içərisində 10 ədəd ümumilikdə isə 30 ədəd üzərində “Methadone 40” yazısı yazılan dərman preparatı olan həb və 03 ədəd şəffaf sellofan bükülüdə narkotik vasitə olan qurudulmuş marixuana var idi. Bundan sonra təqdim etdiyi bükümün içərisinə təhqiqatçı tərəfindən baxış keçirilmişdir. Baxış zamanı həmin bükümün içərisində narkotik vasito-metadon və qurudulmuş marixuana aşkar edilmişdi. O sorğu zamanı bildirmişdir ki, təqdim etdiyi torbanın içərisindəki narkotik vasitə olan metadon və qurudulmuş marixuanadır, həmin narkotik vasitələri xx.xx.2023-cü il tarixdə, saat 04 radələrində Bakı şəhəri, “Albalı Bağları” adlanan ərazidən anket məlumatlarını bilmədiyi, lakin özünü “Rza” adı ilə təqdim etmiş şəxsin “VVhatsapp” tətbiqi vasitəsi ilə göndərdiyi məkan ilə gedərək götürərək öz istifadəsi üçün üzərində saxlamışdır. Təqdim etdiyi içərisində narkotik vasitə metadon və qurudulmuş marixuana ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, həmin zərfin üzəri onun və şəxsi axtarışda iştirak etmiş şəxslər tərəfindən imzalanmış və zərfin üzəri möhürlənmişdir. Onun üzərinə şəxsi axtarışla əlaqədar təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokol onun və axtarışda iştirak etmiş digər şəxslər tərəfindən imzalanmışdır. O qeyd etmişdir ki, həmin narkotik vasitəni satmamış və ya kiməsə verməmişdir. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin polis sahə inspektoru, polis kapitanı Şahid1 ifadəsində bildirmişdir ki, 21 mart 2023-cü il tarixdə, saat 04 radələrində Nərimanov RPİ-nin 18-ci polis Şöbəsinin Cinayət-Axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ilə xidmətdə olan zaman ünvan 5 ünvanın qarşısında bir nəfər şəxsin özünü şübhəli apararaq getdiyini görmüşlər. Bu səbəbdən onlar həmin şəxsə yaxınlaşaraq ona xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək, həmin şəxsin şəxsiyyəti haqqında maraqlanmışlar. Həmin şəxsə özünü təqdim etməsini təklif edən zaman həmin şəxs davranışı və qeyri adi hərəkətləri ilə həmin yerdən uzaqlaşmağa çalışdığı səbəbindən şübhələrini daha da artırmişdır. Həmin şəxsin onlarla rabitəsiz danışdığından narkotik vasitənin təsiri altında olmasından və bundan əlavə üzərində narkotik vasitə daşımasından şübhələnib buna görə həmin şəxsi Nərimanov RPİ-nin 18-ci PŞ-nin inzibati binasına dəvət etmişlər. Polis şöbəsində olarkən müəyyən olunmuşdur ki, həmin şəxs xx.xx.1986-cı ildə anadan olmuş Təqsirləndirilən şəxsdur. Sonra müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edildi. Təqsirləndirilən şəxs əynində olan boz rəngli gödəkcənin sol yan cibində olan torbanı çıxararaq təqdim etmiş, həmin torbada nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs həmin torbanın içərisindən 01 ədəd blister kəsiyində 10 ədəd və 02 ədəd “Sobrania” adlı siqaret qutusunda hər birinin içərisində 10 ədəd ümumilikdə 30 ədəd zavod üsulu ilə hazırlanmış dərman tabletlərinin tərkibində təsiredici maddəsinin ümumi miqdarı 1,2 qram olan narkotik vasitə-metadon və 03 ədəd şəffaf sellofan bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri: 19,65 qram, 9,78 qram və 49,51 qram ümumilikdə çəkisi 78,94 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana olduğunu və həmin narkotik vasitələrin ona məxsus olmasını bildirdi. Təqsirləndirilən şəxs həmin narkotik vasitələri xx.xx.2023-cü il tarixdə, saat 04 radələrində Bakı şəhəri, “Albalı Bağları” adlanan ərazidən anket məlumatlarını bilmədiyi, lakin özünü “Rza” adı ilə təqdim etmiş şəxsin “VVhatsapp” tətbiqi vasitəsi ilə göndərdiyi məkan ilə gedərək götürərək öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə üzərindən aşkar olunmuş maddə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş və iştirakçılara ucadan oxunduqdan sonra imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində xx.xx.2023-cü il tarixdə saat 05:00-da tutulmuşdur; “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 21 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı əynində olan boz rəngli gödəkcənin sol yan cibindəki olan torbanın içərisində 01 ədəd sellofan kəsiyini və 02 ədəd “Sobrania” adlı siqaret qutusunu təqdim etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs bildirdi ki, təqdim etdiyi torbanın içərisində olan 01 ədəd sellofan kəsiyinin və 02 ədəd “Sobrania” adlı siqaret qutusunun içərisindəki maddə “metadon” və “marixuana” adı ilə tanınan narkotik vasitələrdir. X1 üzərindən aşkar edilniş narkotik vasitəni xx.xx.2023-cü il tarixdə, saat 04 radolərində anket məlumatlarını bilmədiyi, lakin özünü “Rza” adı təqdim etmiş şəxsə onlayn 70 manat pul ödəniş etdikdən sonra ona “VVhatsapp” tətbiqi vasitəsi ilə göndərilmiş məkan olan Bakı şəhəri, “Albalı Bağlan” adlanan ərazidən torbanın içərisində 01 ədəd sellofan kəsiyini və 02 ədəd “Sobrania” adlı siqaret qutusunu içində olan narkotik vasitə-metadon və narkotik vasitə olan qurudulmuş marixuananı götürərək boz rəngli gödəkcənin sol yan cibinə qoyaraq öz istifadəsi üçün üzərində saxlamışdır. xx.xx.2023-cü il tarixdə saat 04 radələrində ünvan 5 ünvanın qarşısında olduğu zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Aşkar olunmuş maddə iştirakçıların və Təqsirləndirilən şəxs iştirakı ilə qablaşdırılmış, 224 nömrəli möhürlə möhürlənmişdir. Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəməkimyəvi ekspertizasının 21 mart 2023-cü il tarixli, 6/1688 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün №224” möhür əksi, "Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” və s. soyadlar, imzalar olan zərfdəki üzərində “Methadone 40... Faran” əmtəə göstəriciləri olan 03 ədəd blister kəsiyində ümumilikdə 30 ədəd zavod üsulu ilə hazırlanmış dərman tabletlərinin tərkibində təsiredici maddəsinin ümumi miqdarı 1,2 qram olan narkotik vasitəmetadon müəyyən edildi. Qeyd: Metadon - 30 tablet. - tədqiqata sərf edildi - 2 lablet, qalıq 28 tablet. (ekspertiza tədqiqatının dəyəri 110 manat) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 21 mart 2023-cü il tarixli, 7/412 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş... ” sözləri yazılmış zərfdə 03 (üç) ədəd şəffaf sellofan bükülüdə ayrı- ayrılıqda təmiz çəkiləri: 19.65 qram, 9.78 qram və 49,51 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumilikdə çəkisi 78,94 qramdır.Qeyd: Marixuananın ümumi çəkisi - 78,94 qram, cəmi tədqiqata sərf edildi - 0,09 qram, qalıq - 78,85 qramdır. (ekspertiza tədqiqatının dəyəri 89 manat) “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi barədə” 22 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilmişdir; 22 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 31 mart 2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X18 Şəxsi Ambulator X2 dair 15 aprel 2023-cı il tarixli 2233 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X14 Hüquqi Şəxsdən alınmış 15 aprel 2023-eti il tarixli 1039 nömrəli ambulator məhkənıə- psixiatrik ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal- hazırda hər hansı PSİXİ XƏSTƏLİYİN ƏLAMƏTLƏRİ AŞKAR OLUNMUR, qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, şəxsi axtarış və götürmə keçirilən zaman aparılmış videogörüntünü özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınması; Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 28 ədəd metadon və 78,85 qram narkotik vasitə qurudulmuş marixuananın maddi sübut hesab edilməsi və saxlanmasından ötrü Nərimanov RPİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilməsi nəzərə alınmışdır. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2016-cı il tarixdə anadan olub. Atası Təqsirləndirilən şəxs, anası X3r. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2013-cü il tarixdə anadan olub. Atası Təqsirləndirilən şəxs, anası X3r. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2010-cu il tarixdə anadan olub. Atası Təqsirləndirilən şəxs, anası X3r. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 12-ci qrafasına əsasən narkotik vasitə hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 78,94 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: cinayəti etiraf etməsi və əməlindən peşman olmasını; himayəsində 3 yetkinlik yaşına çatmayan övladının olması İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, həbsdə saxlanıldığı 2 (iki) gün (1 sutkadan çox saxlanmışdır), ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbiri tədbirinə dəyişdirilməli və məhkəmə iclas zalından həbsə alınmalı,barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut – Nərimanov RPİnin saxlancına təhvil verilmiş ekspet tədqiqatdan sonra qalan 28 ədəd metadon və 78,85 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1), Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil Dövlət ittihamçısı tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə vəkil Dövlət ittihamçısı məhkəmədə iştirak etdiyi 26 (iyirmi altı) iş saatı üçün cəmi 156 (yüz əlli altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 gün, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 21 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Nərimanov RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş və qalıq çəkisi 28 ədəd metadon və 3 ədəd sellofan bükülüdə olan təmiz çəkisi 78,85 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut - şəxsi axtarış və götürmə aparılmasına dair video görüntünü əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 199 (yüz doxsan doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X8, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Dövlət ittihamçısı tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 26 (iyirmi altı) iş saatı üçün cəmi 156 (yüz əlli altı) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim : Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-344/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-344/2023
21.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver