Məhkəmə qərarları › İş №1(005)-344/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-344/2025

04.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-344/2025 04.03.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - “Leqal” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Barəsində cinayət-hüquqi tədbirlər tətbiq edilməsinə dair icraat aparılan hüquqi şəxs Təqsirləndirilən şəxs MMC-nin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsində ********** nömrəli VÖEN-lə qeydiyyatdan keçmiş, hüquqi ünvanı ünvan 1sçisi və direktoru Şahid1, xx.xx.2023-cü il tarixli qərara əsasən cinayət prosesində nümayəndəsi Nümayəndə1, əsas fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul olmaqdan ibarət, əvvəllər barəsində cinayət-hüquqi tədbirlər tətbiq edilməmiş, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmayan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1, 313 və 320.1-ci maddələri ilə cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraata məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinə dair ibtidai istintaq orqanının qərarına əsasən, Təqsirləndirilən şəxs MMC-nin direktor müavini, xx.xx.1962-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, MMC-nin direktor müavini olmaqla həmin Cəmiyyətə rəsmi rəhbərlik etmiş, hazırda işləməyən, məhkumluğu olmayan, ünvan 2 ünvanda daimi qeydiyyatda olmaqla, ünvan 3 ünvanda yaşayan Şahid2 vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və hüquqi şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs kimi tamah niyyətilə rəsmi informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmiş, bilə-bilə hüquq verən rəsmi sənədləri istifadə etmək məqsədilə tamah niyyətilə saxtalaşdırmaqla qanunsuz olaraq hazırlamışdır. Belə ki, Şahid2 11 fevral 2019-cu il tarixli qərarla cinayətdən xəbərsiz X8 tərəfindən təsis edilərək “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” XXX Fərmanına əsasən müvafiq dövlət xidməti statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmiş Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Milli Gəlirlər Departamentində qeydiyyata alınmış və hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsində qeydiyyatda olan, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən 20 avqust 2024-cü il tarixdə təsdiq edilmiş 2-ci redaksiya nizamnaməsinə əsasən 12 fevral 2025-ci il tarixədək 100% payla təsisçisi, cinayətdən xəbərsiz Şahid1 olan, 23 oktyabr 2024-cü il tarixdə təsdiq edilmiş 3-cü redaksiya nizamnaməsinə əsasən adı "xxxx"-dan Təqsirləndirilən şəxs-ə dəyişdirilmiş, hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 13 olan Təqsirləndirilən şəxs MMC üzrə (VÖEN: **********) 23 oktyabr 2024cü il tarixli, 03/24 nömrəli əmrə əsasən həmin Cəmiyyətin direktor müavini təyin edilməklə 20 avqust 2024-cü il tarixli 01/22 nömrəli əmrə əsasən həmin Cəmiyyətin direktoru təyin edilmiş, cinayətdən xəbərsiz Şahid1 11 sentyabr 2024-cü il tarixdən 20 dekabr 2024-cü il tarixədək Azərbaycan Respublikasının hüdudlarından kənarda olması ilə əlaqədar həmin Cəmiyyətə rəsmi rəhbərliyi həyata keçirməklə 23 oktyabr 2024-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən təsdiq edilmiş 3-cü redaksiya nizamnaməsinə əsasən direktoruna məxsus, Cəmiyyətin cari fəaliyyətinə rəhbərlik etmək və onun operativ idarə olunmasını həyata keçirmək, vəkalətnamə olmadan Cəmiyyətin adından öz səlahiyyəti daxilində çıxış etmək, onu bütün dövlət hakimiyyəti və yerli özünüidarə orqanları, kommersiya və qeyri-kommersiya təşkilatları qarşısında, o cümlədən məhkəmələrdə iddiaçı və cavabdeh qismində təmsil etmək, öz səlahiyyəti daxilində Cəmiyyətin adından mülki-hüquqi müqavilələr, vəkalətnamələr vermək, müvəkkil banklarda Cəmiyyətin istənilən növ bank hesablarını açmaq və maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı hesab üzrə sərəncam vermək, Cəmiyyətin əməkdaşlarının əmək funksiyasının dairəsini müəyyən etmək, onlarla əmək müqavilələri bağlamaq, şərtlərini dəyişdirmək və qanunvericiliklə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək, Cəmiyyətin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görmək, öz səlahiyyəti daxilində qərarlar qəbul etmək və həmin qərarları yazılı surətdə əmrlə rəsmiləşdirmək, Cəmiyyətin fəaliyyəti ilə əlaqədar digər zəruri sənədlərin və təkliflərin hazırlanmasını həyata keçirmək və digər digər təşkilatisərəncamverici səlahiyyətləri öz üzərinə götürməklə icra edən maddi məsul vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar özü və rəsmi rəhbərlik etdiyi hüquqi şəxs - Təqsirləndirilən şəxs MMC üçün qanunsuz üstünlük, yəni qanunsuz gəlir əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edib “satıcı” qismində həmin Cəmiyyətlə “alıcı” qismində "xxxx" MMC (XXX **********/5********) arasında bağlanmış 24 oktyabr 2024-cü il tarixli 24-10/24 nömrəli müqavilə və “mal qəbul edən” qismində "xxxx" MMC (Rusiya Federasiyası **********/7********) arasında bağlanmış həmin müqavilənin XXX il tarixli, 1 nömrəli əlavəsi üzrə öhdəliklərinin icrasını təmin etmək və qazanc əldə etməkdə ifadə olunan tamah niyyətilə ilə 21 noyabr 2024-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, “Keşlə Bazarı” adlanan ticarət obyektinin yaxınlığında kirayə yaşadığı nömrəsiz fərdi yaşayış evində quraşdırılmış kompüter texnikasından istifadə edərək istintaqla müəyyən edilməyən mənbədən əldə etdiyi Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilmiş hüquqi əhəmiyyətə malik olan, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Kollegiyasının 2012-ci il 25 aprel tarixli, 02 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi Qaydaları”nın 2.4.5-ci maddəsinə əsasən malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsini şərtləndirən, Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2023-cü il tarixli 2442 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qida zənciri obyektlərinin və qida zənciri subyektlərinin, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlərin qeydiyyatı, qida zənciri obyektlərinin təsdiqi, xarici ölkələrin təsdiq sisteminin ekvivalentliyinin tanınması və Qida Təhlükəsizliyi Reyestrinin aparılması Qaydası”nın 4 nömrəli əlavəsində rəsmi forması nəzərdə tutulmuş Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin blankında olmaqla, dairəvi möhürü, rəhbər vəzifəli şəxsinin imzası və adı əks olunmuş rəsmi sənəd hesab edilən “Obyektin qeydiyyatı barədə qida təhlükəsizliyi reyestrindən çıxarış”ın rəqəmsal nüsxəsini skayner qurğusu vasitəsilə kompüterin yaddaşına köçürüb qrafik proqram təminatından istifadə etməklə, həmin sənədin müvafiq qrafalarındakı məlumatları, qeydiyyat nömrəsi və tarixi silərək, tarix qrafasına “xx.xx.2024” rəqəmlərini, qeydiyyat nömrəsi qrafasına “24-Q-00171” yazılarını, cavabdeh subyektin adı qrafasındakı məlumatları silərək “Təqsirləndirilən şəxs MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏT” sözlərini, VÖEN-i qrafasına “**********” rəqəmlərini, hüquqi ünvanı qrafasına “XXX” yazılarını, qeydiyyata alınan obyektin adı qrafasına “FİNDİQ” sözünü, faktiki ünvanı qrafasına “Şabran rayonu, Rəhimli kəndi” sözlərini, fəaliyyət istiqaməti qrafasına “İlkin istehsal” sözlərini, fəaliyyət növü qrafasına “Fındıq ləpəsi və qovrulmuş fındıq məhsulunun hazırlanması” sözlərini, fəaliyyət sahəsi qrafasına “Fındıq ləpəsinin qovrulması” sözlərini kompüterdə daxil edib hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdırmaqla qanunsuz olaraq hazırlayıb rəqəmsal nüsxəsini kompüterin yaddaşına qeyd etmiş, habelə eyni niyyətlə həmin tarixdə qeyd edilən ünvanda quraşdırılmış internet şəbəkəsinə çıxışı olan kompüter texnikasından istifadə edərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin rəsmi informasiya resursu olan “www.economy.gov.az” internet saytının “Xidmətlər” bölməsindən “E-Xidmətlər” sisteminə keçid edib “Malın mənşə ölkəsi” alt sisteminə Təqsirləndirilən şəxs MMC-yə məxsus XXX nömrəli “Asan İmza” gücləndirilmiş elektron imza vasitəsilə daxil olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində “X2 Mərkəzi” MMC-nin müraciət olunan struktur qurum qrafasında Bakı Regional Bölməsini seçdikdən sonra malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi üçün ərizə və digər zəruri sənədlərlə birlikdə həmin Cəmiyyətin qida zənciri obyekti kimi Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qeydiyyata alınmamaqla qida təhlükəsizliyi reyestrinə daxil edilmədiyini bildiyi halda qeyd edilən informasiya resursuna bilə-bilə yalan məlumatları, yəni saxtalaşdırmaqla qanunsuz hazırladığı guya həmin Cəmiyyətin müvafiq qeydiyyata alınmasına dair 2XXX “Obyektin qeydiyyatı barədə qida təhlükəsizliyi reyestrindən çıxarış”ının həmin kompüterin yaddaşına qeyd etdiyi rəqəmsal nüsxəsini tamah niyyətilə daxil etməklə, “X2 Mərkəzi” MMC-nin Bakı Regional Bölməsi tərəfindən qeyd edilən sənədin məzmunundakı uyğunsuzluqların müəyyən edilməsi ilə əlaqədar “Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi Qaydaları”nın 2.7-ci maddəsinə əsasən müvafiq ekspertiza aktının verilməsindən imtina edildikdən sonra cinayətkar niyyətini davam etdirib yenidən həmin kompüter texnikasından istifadə edərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin rəsmi informasiya resursu olan “www.economy.gov.az” internet saytının “Xidmətlər” bölməsindən “E-Xidmətlər” sisteminə keçid edib “Malın mənşə ölkəsi” alt sisteminə Təqsirləndirilən şəxs MMC-yə məxsus XXX nömrəli “Asan İmza” gücləndirilmiş elektron imza vasitəsilə daxil olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində “X2 Mərkəzi” MMC-nin müraciət olunan struktur qurum qrafasında 6 saylı Regional Bölməni seçdikdən sonra malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi üçün ərizə və digər zəruri sənədlərlə birlikdə həmin Cəmiyyətin qida zənciri obyekti kimi Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qeydiyyata alınmamaqla qida təhlükəsizliyi reyestrinə daxil edilmədiyini bildiyi halda qeyd edilən informasiya resursuna bilə-bilə yalan məlumatları, yəni saxtalaşdırmaqla qanunsuz hazırladığı guya həmin Cəmiyyətin müvafiq qeydiyyata alınmasına dair XXX qeydiyyat nömrəli “Obyektin qeydiyyatı barədə qida təhlükəsizliyi reyestrindən çıxarış”ının həmin kompüterin yaddaşına qeyd etdiyi rəqəmsal nüsxəsini vahid tamah niyyətilə daxil etməklə vəzifə saxtakarlığı törətmiş, həmin hərəkətləri ilə qeyd edilən saxta sənəd əsasında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində “X2 Mərkəzi” MMC tərəfindən malın mənşə ölkəsinin müəyyən edilməsi barədə XX2024-cü il tarixli 193695 nömrəli ekspertiza aktının tərtib olunmasına və həmin Xidmət tərəfindən XX2024-cü il tarixli XXX nömrəli mənşə sertifikatlarının verilməsinə nail olub istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə, o cümlədən ticarət, məişət və digər növ xidmət qaydalarına riayət edilməsinə dövlət nəzarətinin həyata keçirilməsi üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qanunla qorunan mənafelərinə mühüm zərər vurmuş, vəzifəli şəxs kimi vahid tamah niyyətilə rəsmi informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmiş, bilə-bilə hüquq verən rəsmi sənədləri istifadə etmək məqsədilə tamah niyyətilə saxtalaşdırmaqla qanunsuz olaraq hazırlamışdır. Bu hərəkətləri ilə Şahid2 Azərbaycan Respublikası CM-in 308.1, 313 və 320.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinə dair icraat aparılan hüquqi şəxsin nümayəndəsi Nümayəndə1 ifadəsində göstərmişdir ki, bir neçə aydır ki, Təqsirləndirilən şəxs MMC-nin direktoru vəzifəsinə təyin edilmişdir. Ondan əvvəl hüquqi şəxsin direktoru olan və ya direktoru vəzifəsini icra edən şəxsləri tanımır, onlar barəsində heç bir məlumatı yoxdur. Şahid2 ibtidai istintaq aparılarkən bir neçə dəfə görmüş, həmin şəxslə heç bir əlaqəsi və ya münasibəti yoxdur. Harada olmasından məlumatsızdır. Təqsirləndirilən şəxs MMC-nin əsas fəaliyyəti meyvə-tərəvəz satışı ilə məşğul olmaqdır. Şahid2 hansı sənədləri saxtalaşdırması ilə bağlı məlumatı olmasa da sonradan bu barədə eşitmişdir. Cəmiyyətin nizamnamə kapitalı 10 manat təşkil edir və əvvəllər barəsində heç bir cinayət-hüquqi xarakterli tədbir tətbiq edilmişdir. Məhkəmə iclasında zərərçəkmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə2 ifadəsində göstərmişdir ki, malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizalar keçirmək və belə ekspertizaların nəticələrinə uyğun olaraq, malın mənşə ölkəsini təsdiq edən sertifikat vermək Dövlət Xidmətinin vəzifələrindən biridir. Mənşə sertifikatı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən hüquqi və fiziki şəxslərin müraciəti əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının 25 aprel 2012-ci il tarixli 02 saylı qərarı ilə “Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi Qaydaları”na əsasən verilir. Aparılmış dövri yoxlamalar zamanı ekspertizanın həyata keçirilməsi üçün Təqsirləndirilən şəxs MMC tərəfindən təqdim olunan sənədlərin təhrif olunaraq təqdim olunduğu müəyyən olunmuşdur. Bu barədə materiallar Baş Prokurorluğa göndərilmiş və istintaq zamanı saxtalaşdırma faktı öz əksini tapmışdır. Suallara cavab olaraq bildirmişdir ki, qurum sadəcə pozuntunu aşkar edib Baş Prokurorluğa göndərmişdir. Təqsirləndirilən şəxs MMC barəsində konkret olaraq hər hansı tələbləri yoxdur. Məhkəmə iclasında şahid Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tabeliyindəki “X2 Mərkəzi” MMC-nin Müştəri Xidmətləri Departamentinin müdiri Şahid3 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 12 may 2020-ci il tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.49-cu yarımbəndinə əsasən malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizalar keçirmək və belə ekspertizaların nəticələrinə uyğun olaraq, malın mənşə ölkəsini təsdiq edən sertifikat vermək Dövlət Xidmətinin vəzifələrindən biridir. Azərbaycan Respublikasının gömrük ərazisindən malların ixracı zamanı zəruri hallarda gömrük rəsmiləşdirilməsi prosedurlarının həyata keçirilməsi üçün malın mənşə ölkəsini təsdiq edən “mənşə sertifikatı” tərtib olunur. Malın mənşə ölkəsi dedikdə malın tamamilə həmin ölkədə istehsal olunduğu və ya müvafiq qanunvericiliklə müəyyən olunmuş meyarlar əsasında kifayət qədər yenidən emala məruz qaldığı ölkə başa düşülür. Malın mənşə ölkəsi ixrac olunan mallara tarif və qeyri-tarif tənzimlənməsini həyata keçirmək məqsədi ilə müəyyən olunur. Mənşə sertifikatı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən hüquqi və fiziki şəxslərin müraciəti əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının 25 aprel 2012-ci il tarixli 02 saylı qərarı ilə “Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi Qaydaları”na əsasən verilir. Təqsirləndirilən şəxs MMC-nin İqtisadiyyat Nazirliyinin elektron xidmətlər bölməsindən mənşə sertifikatının alınması üçün 22 noyabr 2024-cü il tarixli 010-361088 nömrəli müraciəti əsasında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində “X2 Mərkəzi” MMC tərəfindən malın mənşə ölkəsinin müəyyən edilməsi barədə XXX il tarixli X saylı ekspertiza aktı tərtib olunmuş və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti həmin ekspertiza aktı əsasında 22 noyabr 2024-cü il tarixli XXX nömrəli mənşə sertifikatlarını sahibkara təqdim etmişdir. Aparılmış dövri yoxlamalar zamanı aşkarlanmışdır ki, yuxarıda adı çəkilən ekspertizanın həyata keçirilməsi üçün müraciətçi tərəfindən təqdim olunan sənədlərdə müəyyən uyğunsuzluqlar vardır. Belə ki, müraciətçi Təqsirləndirilən şəxs MMC-nin rəsmi olaraq təqdim etdiyi XXX Qida Təhükəsizliyi reyestrindən çıxarışındakı məlumatlar həqiqəti əks etdirmir. Reyestr nömrəsi ilə AQTA-nın rəsmi internet saytında yoxlama aparan zaman həmin çıxarış müraciətçinin deyil, “X11 GROUP” MMC-nin adına olduğu müəyyən edilmişdir. Habelə müraciətçi Təqsirləndirilən şəxs MMC-nin VÖEN-ni vasitəsilə sözügedən saytda yoxlama aparan zaman həmin şirkətin istehsalçı kimi AQTA- da qeydiyyatda olmaması da, müəyyən edilmişdir. Bununla əlaqədar sözügedən ekspertiza aktı Təqsirləndirilən şəxs MMC tərəfindən təqdim edilmiş qeyri-dürüst və təhrif olunmuş məlumatlar əsasında tərtib olunduğundan Mərkəzin XXX nömrəli Əmri ilə ləğv olunmuşdur. Həmçinin, Dövlət Xidmətinin XX2024-cü il tarixli XXX nömrəli “Mənşə sertifikatlarının ləğv edilməsi barədə” Qərarı ilə XX2024-cü il tarixli XXX nömrəli mənşə sertifikatları ləğv edilmişdir. Daha sonra isə rəsmi sənədlərdə saxtalaşdırma faktında cinayət tərkibinin əlamətlərinin olduğu müəyyən edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs MMC XXcü ildə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində “X2 Mərkəzi” MMC- nin Bakı şəhər şöbəsinə elektron qaydada müraciət etmişdir. Şöbə həmin sənədləri nəzərdən keçirdəndə AQTA-nın rəsmi internet saytında yoxlama aparan zaman həmin çıxarış müraciətçinin deyil, “X11 X” MMC-nin adına olduğu müəyyən edilmişdir. Bundan sonra həmin MMC-yə imtina verilmişdir. Daha sonra Təqsirləndirilən şəxs MMC Mərkəzin XXX regional bölməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin rəsmi internet saytı olan www.econorny.gov.az saytına daxil olmaqla, yuxarı panelde “Xidmətlər” bölməsini seçdikdən sonra “E-Xidmətlər” sisteminə daxil olaraq “Malın mənşə ölkəsi” alt sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil olaraq hüquqi şəxsin qeydiyyat, bank və sair məlumatları qrafalarını doldurduqdan sonra müraciət ediləcək regional bölmə seçilir, PDF formatında ərizə və digər tələb edilən sənədlər sistemə daxil olunur. Həmin müraciətə 1 gün ərzində seçilmiş regional bölmə tərəfindən cavab verilir. Məhkəmə iclasında iştirak etməyən Şahid2 elan edilmiş, ibtidai istintaqa verdiyi ifadəsindən görünür ki, 2023-cü ildən Rusiya Federasiyasının Moskva şəhərində yerləşən “XXX ticarət mərkəzində kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olan Şahid1 işlərində köməklik etmiş, sonuncu əsasən XXX olduğundan tapşırığı əsasında Bakı şəhərində sənədləşmə, alış və sair işləri həyata keçirmişdir. Əvvəllər Şahid1 özü Azərbaycan Respublikasından ixracla məşğul olmasa da, 2024-cü ilin yay aylarında Azərbaycan Respublikasından kənd təsərrüfatı məhsullarını ixrac edərək “XXx” ticarət mərkəzində satmaq qərarına gəlmiş və bu məqsədlə tanışı X7 ilə faktiki olaraq özünə məxsus olmaqla arvadı X8 tərəfindən təsis edilmiş "xxxx" MMC-ni almaq barədə razılığa gəlmiş, 20 avqust 2024-cü il tarixli təsis paylarının alqı-satqısı müqaviləsinə əsasən Şahid1 "xxxx" MMC-nin 5 paydan ibarət təsis paylarını İrana Rzayevadan almış, həmin tarixdən qeyd edilən MMC-nin təsisçisi və qanuni təmsilçisi kimi direktoru özü olmuşdur. 2024-cü ilin sentyabr ayında Şahid1 Rusiya Federasiyasına getmiş, orada olduğu ərəfədə onunla əlaqə saxlayaraq "xxxx" MMC-nin adını Təqsirləndirilən şəxs MMC kimi dəyişdirilməsi üçün sənədləşmə işlərini həll etməsini tapşırmış və onu həmin Cəmiyyətin direktor müavini vəzifəsinə təyin edəcəyini bildirmişdir. O, müvafiq sənədləri hazırlayaraq elektron poçt vasitəsilə Şahid1 göndərmiş, sonuncu həmin sənədləri imzalayaraq skaner qurğusu vasitəsilə rəqəmsal nüsxələrini ona göndərmiş və həmin sənədlər əsasında Dövlət Vergi Xidmətinə elektron xidmətlər vasitəsilə müraciət edərək 23 oktyabr 2024-cü il tarixdə həmin Cəmiyyətin adını Təqsirləndirilən şəxs kimi dəyişdirilmişdir. Həmin vaxt özü qeyd edilən Cəmiyyətin direktor müavini vəzifəsinə təyin edilmişdir. Bundan sonra Şahid1 "xxxx" MMC ilə bağlanmış 24- 10/24 nömrəli 24 oktyabr 2024-cü il tarixli müqaviləni və "xxxx" MMC ilə bağlanmış 1 nömrəli 25 oktyabr 2024-cü il tarixli əlavəni göndərərək həmin müqavilə əsasında 15000 kq qabığından təmizlənmiş fındıq ləpəsi, 4000 kq qovrulmuş fındıq ləpəsi və 3000 kq qabıqlı fındıq dənəsinin ixrac edilməsi üçün sənədləri hazırlamasını tapşırmışdır. Bunun üçün bütün sənədləri toplasa da, mənşə sertifikatı üçün müraciət etdikdə Azərbaycan Respublikasının Qida X3 təhlükəsizliyi reyestrindən çıxarış lazım olduğunu bilmişdir. Lakin Təqsirləndirilən şəxs MMC Azərbaycan Respublikasının Qida X3 təhlükəsizliyi reyestrində qeydiyyata alınmadığından həmin sənədi saxtalaşdırmaq qərarına gəlmişdir. 21 noyabr 2024-cü il tarixdə hazırda xatırlamadığı mənbədən əldə etdiyi başqa Cəmiyyətə aid Qida təhlükəsizliyi reyestrindən çıxarışı saxtalaşdırmaq üçün həmin dövr kirayə yaşadığı Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Keşlə” bazarının arxasında yerləşən nömrəsiz fərdi yaşayış evində quraşdırılmış kompüter texnikasından istifadə edərək skaner qurğusu vasitəsilə əldə etdiyi arayışın rəqəmsal nüsxəsini kompüterin yaddaşına köçürərək fotoredaktə proqramı vasitəsilə qeyd edilən arayışın müvafiq qrafalarındakı məlumatları və tarixi silərək, tarix qrafasına müvafiq arayışın lazım olduğu tarixi, cavabdeh subyektin adı qrafasındakı məlumatları silərək Təqsirləndirilən şəxs MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏT sözlərini. VÖEN-i qrafasına ********** rəqəmlərini, Hüquqi ünvanı qrafasına AZ1123, XXX yazılarını, Qeydiyyata alınan obyektin adı qrafasına FİNDİQ yazısını, Faktiki ünvanı qrafasına ünvan 6 istehsal, Fəaliyyət növü qrafasına Fındıq ləpəsi və qovrulmuş fındıq məhsulunun hazırlanması sözlərini, Fəaliyyət sahəsi qrafasına Fındıq ləpəsinin qovrulması sözlərini qeyd etmiş, vəzifə, imza və möhür hissəsinə heç bir dəyişiklik etmədən hazırladığı həmin arayışın rəqəmsal nüsxəsini kompüterin yaddaşına köçürmüşdür. Daha sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin “economy.gov.az” saytına daxil olub e-xidmətlər bölməsindən mənşə sertifikatı alınması sisteminə Cəmiyyətə aid ***-***-**-** nömrəli Asan İmza gücləndirilmiş elektron imzası ilə daxil olub həmin müraciət edilən qurum qrafasında Bakı Regional Bölməsini seçib ərizə və digər sənədlərin elektron nüsxələri ilə birlikdə hazırladığı çıxarışı da sistemə daxil etmişdir. Lakin Bakı Regional Bölmə tərəfindən həmin sənəddə olan uyğunsuzluq müəyyən edildiyindən mənşə sertifikatının verilməsindən imtina olunmuşdur. Bundan sonra yenidən həmin sistemə daxil olub müraciət edilən qurum bölməsində 6 saylı Regional Bölməni seçərək yenidən həmin sənədi sistemə daxil etmişdir. Bundan sonra 22 noyabr 2024-cü il tarixdə qeyd edilən mallara dair XXX nömrəli mənşə sertifikatları verilmişdir. 28 dekabr 2024-cü il tarixdə həmin mənşə sertifikatları ləğv edilmişdir. Lakin qeyd edilən mallar həqiqətən də Azərbaycan Respublikasında yetişdirilmişdir. Bundan başqa hazırda Təqsirləndirilən şəxs MMC Azərbaycan Respublikasının Qida X3 təhlükəsizliyi reyestrində qeydiyyata alınmışdır. Bundan başqa Şahid1 həmin şirkəti işlədə bilmədiyinə görə 06 fevral 2025-ci il tarixli təsis paylarının alqı-satqısı müqaviləsinə əsasən təsis paylarını tanışı X1. Lakin o, qeyd edilən işləri icra edə bildiyinə görə təsisçi XXX qərarı ilə həmin Cəmiyyətin direktoru vəzifəsinə təyin edilmişdir. Hazırda həmin vəzifədə işləyir. Məhkəmə iclasında iştirak etməyən Şahid1 elan edilmiş, ibtidai istintaqa verdiyi ifadəsindən görünür ki, 2016-cı ildən XXX yerləşən “XXX” ticarət mərkəzində kənd təsərrüfatı məhsullarının, yəni meyvə və tərəvəz satışı ilə məşğul olmaqdadır. 2024-cü ilədək özü Azərbaycan Respublikasından Rusiya Federasiyasına mal ixrac etməmiş, elə “XXX” ticarət mərkəzində topdan satış məntəqələrindən kənd təsərrüfatı malları alaraq pərakəndə satışı ilə məşğul olmuşdur. 2024-cü ilin yay aylarında özü Azərbaycan Respublikasından kənd təsərrüfatı məhsullarını ixrac edərək XXx ticarət mərkəzində satmaq qərarına gəlmiş və bu məqsədlə tanışı X7 ilə faktiki olaraq özünə məxsus olmaqla arvadı X8 tərəfindən təsis edilmiş "xxxx" MMC- ni almaq barədə razılığa gəlmişdir. 20 avqust 2024-cü il tarixli təsis paylarının alqı-satqısı müqaviləsinə əsasən "xxxx" MMC-nin 5 paydan ibarət təsis paylarını XXX almış, həmin tarixdən qeyd edilən MMC-nin təsisçisi və qanuni təmsilçisi kimi direktoru özü olmuşdur. 11 sentyabr 2024-cü il tarixdə Rusiya Federasiyasına getmiş, orada olduğu ərəfədə işlərinə kömək etməsi və sənədləşmə işlərini həll etməsindən ötrü tanışı Şahid2 ilə əlaqə saxlayaraq "xxxx" MMC-nin adını Təqsirləndirilən şəxs MMC kimi dəyişdirilməsi üçün sənədləşmə işlərini həll etməsini, habelə özünü həmin Cəmiyyətin direktor müavini vəzifəsinə təyin edəcəyini bildirmiş, Şahid2 onun təklifini qəbul etmişdir. 23 oktyabr 2024-cü il tarixdə həmin Cəmiyyətin adı Təqsirləndirilən şəxs kimi dəyişdirilmiş və Şahid2 həmin Cəmiyyətin direktor müavini vəzifəsinə təyin edilmişdir. 20 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikasına geri dönmüş və sonradan xatırlamadığı tarixdə Rusiya Federasiyasına qayıtmışdır. 2025-ci ilin fevral ayında Azərbaycan Respublikasına qayıtdıqda ona məlum olmuşdur ki, Şahid2 Cəmiyyətin adından Qida təhlükəsizliyi reyestrindən çıxarışı saxtalaşdırmış və bununla əlaqədar araşdırma aparılmışdır. Bu barədə Şahid2 soruşduqda vaxtında sənədləşmə işlərini apara bilmədiyinə görə həmin çıxarışı saxtalaşdırdığını bildirmişdir. O, şirkəti işlədə bilməyəcəyini başa düşdüyünə görə 06 fevral 2025-ci il tarixli təsis paylarının alqı-satqısı müqaviləsinə əsasən təsis paylarını X1. Lakin Şahid2 hazırda həmin Cəmiyyətin direktoru vəzifəsində işləyir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən daxil olmuş xx.xx.2024-cü il tarixli, XXX nömrəli məktuba əlavə edilmiş saxtalaşdırılmaqla hazırlanmış və guya Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilmiş “Obyektin qeydiyyatı barədə qida təhlükəsizliyi reyestrindən çıxarış”dan görünür ki, məktubun tarix qrafasına “xx.xx.2024” rəqəmləri, qeydiyyat nömrəsi qrafasına XXX yazıları, cavabdeh subyektin adı qrafasına “Təqsirləndirilən şəxs” sözləri, VÖEN-i qrafasına “**********” rəqəmləri, hüquqi ünvanı qrafasına “XXX alınan obyektin adı qrafasına “Fındıq” sözü, faktiki ünvanı qrafasına “X” sözləri, fəaliyyət istiqaməti qrafasına “İlkin istehsal” sözləri, fəaliyyət növü qrafasına “Fındıq ləpəsi və qovrulmuş fındıq məhsulunun hazırlanması” sözləri, Fəaliyyət sahəsi qrafasına “Fındıq ləpəsinin qovrulması” sözləri daxil edilmişdir. Həmin məktubun üzərində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin rəhbər vəzifəli şəxsinin imzası və möhürü əks olunmuşdur. Elektron informasiya resursuna baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin rəsmi elektron informasiya resursu olan https://afsa.gov.az/ internet saytının “Qeydiyyat və təsdiqi yoxla” axtarış sisteminə daxil olmaqla saxtalaşdırılmaqla hazırlanmış xx.xx.2024-cü il tarixli “Obyektin qeydiyyatı barədə qida təhlükəsizliyi reyestrindən çıxarış”ın qeydiyyat nömrəsi hissəsində yazılmış 24-Q-00171 nömrəsini “obyektin qeydiyyat nömrəsi” qrafasına daxil edib axtarış verdikdə həmin qeydiyyat nömrəsinin “X11 Group” MMC-yə aid olması və qeyd edilən Cəmiyyətin xx.xx.2024-cü il tarixdə qeydiyyata alınması müəyyən edilmişdir. Qeyd edilən axtarış sisteminin “VÖEN” qrafasına Təqsirləndirilən şəxs MMC-yə məxsus ********** VÖEN-i daxil etdikdə həmin Cəmiyyətin xx.xx.2024-cü il tarixdə topdan satış müəssisəsi kimi qida təhlükəsizliyi zəncirinin subyekti olaraq qeydiyyata alınsa da, istehsal obyekti kimi qeydiyyatının olmaması aşkar edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən daxil olmuş xx.xx.2024-cü il tarixli, XXX nömrəli məktuba əlavə edilmiş “Ekspertiza aktının ləğv edilməsi barədə” xx.xx.2024-cü il tarixli, 3-21-1-4/3-1-F-91/2024 nömrəli əmrdən görünür ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində “X2 Mərkəzi” MMC-nin 6 saylı regional bölməsi tərəfindən qeyri-dürüst və təhrif olunmuş məlumatlar əsasında tərtib edilmiş, hüquqi nəticə yaratmayan xx.xx.2024-cü il tarixli xxxx nömrəli “Malın mənşə ölkəsinin müəyyən edilməsi barədə” ekspertiza aktı ləğv edilmişdir. “Mənşə sertifikatlarının ləğv edilməsi barədə” XXX ü il tarixli qərardan görünür ki, xx.xx.2024cü il tarixli xxx nömrəli “Malın mənşə ölkəsinin müəyyən edilməsi barədə” ekspertiza aktının ləğv edilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs MMC-yə verilmiş xx.xx.2024-cü il tarixli xxx nömrəli mənşə sertifikatları ləğv edilmişdir. Təqsirləndirilən şəxs MMC-nin qeydiyyat sənədləri, habelə nizamnaməsindən görünür ki, Cəmiyyət xx.xx.2019-cu il tarixli qərarla X8 tərəfindən təsis edilərək Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Milli Gəlirlər Departamentində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə təsdiq edilmiş 2-ci redaksiya nizamnaməsinə əsasən 100% payla təsisçisi Şahid1 olmuşdur. Həmin Baş İdarə tərəfindən xx.xx.2024-cü il tarixdə təsdiq edilmiş 3-cü redaksiya nizamnaməsinə əsasən adı "xxxx"-dan Təqsirləndirilən şəxs-ə dəyişdirilmişdir. Həmin Baş İdarə tərəfindən xx.xx.2025-ci il tarixdə təsdiq edilmiş 4-cü redaksiya nizamnaməsinə əsasən 100% payla təsisçisi X6 olmuşdur. Cəmiyyətin nizamnamə kapitalı 10 manat həcmindədir, digər əmlakı müəyyən edilmir. Hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 13-dür. xx.xx.2024-cü il tarixli 01/22 nömrəli əmrə əsasən direktoru Şahid1 təyin edilmişdir. Şahid2 xx.xx.2024-cü il tarixli, 03/24 nömrəli əmrlə həmin Cəmiyyətin direktor müavini, xx.xx.2025-ci il tarixli, 01/25 nömrəli əmrlə isə direktoru vəzifəsinə təyin edilmişdir. “X4 Sistemi”ndən əldə edilmiş sərhədkeçmə məlumatlarından görünür ki, Şahid1 11 sentyabr 2024-cü il tarixdən 20 dekabr 2024-cü il tarixədək Azərbaycan Respublikasının hüdudlarından kənarda olmuşdur. Hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi barədə icraatın başlanması haqqında xxxx-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası CM-in 308.1, 313 və 320.1-ci maddələrinə münasibətdə cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraatın başlanması qərara alınmışdır. Nümayəndə1 xx.xx.2025-ci il tarixli ərizəsinə əlavə etdiyi Təqsirləndirilən şəxs MMC üzrə xx.xx.2025-ci il tarixli 01/24 nömrəli əmrə əsasən Şahid2 həmin Cəmiyyətin direktoru vəzifəsindən azad edilmiş, xx.xx.2025-ci il tarixli 02/24 nömrəli əmrlə Nümayəndə1 həmin Cəmiyyətin direktoru təyin edilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən daxil olmuş xxx il tarixli, xxx nömrəli məktuba əlavə edilmiş saxtalaşdırılmaqla hazırlanmış “Obyektin qeydiyyatı barədə qida təhlükəsizliyi reyestrindən çıxarış”, “Ekspertiza aktının ləğv edilməsi barədə” 12 dekabr 2024-cü il tarixli, xxx nömrəli əmr, “Mənşə sertifikatlarının ləğv edilməsi barədə” Axx nömrəli, 2xxx il tarixli qərar, xx.xx.2024-cü il tarixli xxx nömrəli mənşə sertifikatları, Şahid3 ilkin izahatına əlavə etdiyi Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində “X2 Mərkəzi” MMC tərəfindən verilmiş xxxü il tarixli bildiriş maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. “Cinayət işinin icraatına hissəvi xitam verilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şahid2 törətmiş olduğu vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı və rəsmi sənədləri saxtalaşdırma cinayət əməllərinə aid hissədə şəraitin dəyişməsini nəzərə alaraq cinayət işi üzrə icraata onun barəsində Azərbaycan Respublikası CM-in 74-cü və Azərbaycan Respublikası CPM-in 40.2-ci maddələrinə əsasən hissəvi xitam verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, xxx nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs MMC (VÖEN: **********) barəsində tətbiq oluna biləcək cinayəthüquqi tədbirlərin təmin edilməsi məqsədilə təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həmin hüquqi şəxsin ləğv edilməsinə qadağa qoyulmuşdur. Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və hüquqi mövqeyinin əsasları: Məhkəmə qeyd edir ki, barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxs Təqsirləndirilən şəxs MMC-nin direktor müavini olmaqla həmin Cəmiyyətə rəsmi olaraq rəhbərlik etmiş Şahid2 tərəfindən hüquqi şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə ittihamda qeyd olunan cinayət əməllərinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən hüquqi şəxsə rəhbərlik etmiş Şahid2 özünün, hüquqi şəxsin qanuni təmsilçisinin, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, maddi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, qanunverici hüquqi şəxslərə cinayət-hüquqi tədbirlərin tətbiq edilə bilməsini istisnasız olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-4.1-ci maddəsində göstərilən fiziki şəxslərin törətdiyi cinayətlərlə əlaqələndirmişdir. Həmin maddənin tələblərinə əsasən, hüquqi şəxsə cinayət-hüquqi tədbirlər onun xeyrinə və ya maraqlarının qorunması üçün hüquqi şəxsi təmsil etmək, hüquqi şəxsin adından qərarlar qəbul etmək, hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxslər, bu vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi tərəfindən törədilən cinayətlərə görə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-4.5-ci maddəsinə əsasən hüquqi şəxslərə cinayət-hüquqi tədbirlər bu Məcəllənin 104-1, 137, 144, 144-1, 144-2, 144-3, 167-169, 169-1, 170- 171-2, 192-2, 193-1, 194, 200-200-3, 206.2-206.4, 206-1, 214-220, 233, 234, 237, 240, 242-244- 1, 246, 246-1, 259-261, 271-284, 303.2, 308, 311, 312, 312-1, 313, 315, 316-1, 316-2, 320 və 323- 326-cı maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsinə görə tətbiq edilir. Hüquqi şəxslərin cinayət məsuliyyətinin mühüm əlaməti cinayətin hüquqi şəxsin xeyrinə və ya onun maraqları naminə törədilməsidir. Əgər cinayət hüquqi şəxsin maraqları üçün törədilməyibsə, bu halda hüquqi şəxs cinayət məsuliyyətinə cəlb oluna bilməz. Hüquqi şəxslərə cinayət-hüquqi tədbirlərin tətbiqi siyahısı Cinayət Məcəlləsinin Ümumi hissəsində verilmiş cinayətlərin törədilməsi halında mümkündür. Beləliklə, yalnız aşağıdakı şərtlərin mövcud olduğu halda hüquqi şəxs barəsində cinayəthüquqi tədbirin tətbiq edilməsi mümkün hesab edilə bilər: -cinayət əməli Cinayət Məcəlləsinin 99-4.5-ci maddəsində nəzərdə tutulmuş cinayətlər üzrə törədildikdə; -cinayət əməli Cinayət Məcəlləsinin 99-4.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxslər tərəfindən törədildikdə; -cinayət əməli hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədildikdə. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-5-ci maddəsinin şərh edilməsinə dair” 28 iyun 2024-cü il tarixli Qərarındakı hüquqi mövqeyinə görə: “Cinayət qanunvericiliyi cinayətin yeganə subyekti kimi fiziki şəxsləri tanıdığından, yalnız bu şəxslər tərəfindən hüquqi şəxsin xeyrinə cinayət törədildikdə hüquqi şəxslərin cinayət məsuliyyətinə cəlb olunması mümkündür. Bu səbəbdəndir ki, Cinayət Məcəlləsində hüquqi şəxs cinayətin subyekti kimi deyil, cinayət məsuliyyətinin subyekti kimi nəzərdə tutulmuşdur. Qanunverici hüquqi şəxslərə cinayət-hüquqi tədbirlərin tətbiq edilə bilməsini istisnasız olaraq Cinayət Məcəlləsinin 99-4.1-ci maddəsində göstərilən fiziki şəxslərin törətdiyi cinayətlərlə əlaqələndirmişdir.” Məhkəmə hesab edir ki, qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar olmasa da, hüquqi şəxs barəsində cinayət-hüquqi xarakterli məcburi tədbirlərin tətbiq edilməsini mümkünsüz edən hallar mövcuddur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 99-5.1-ci maddəsinə əsasən hüquqi şəxslərə cərimə, xüsusi müsadirə, hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və hüquqi şəxsi ləğv etmə növündə cinayəthüquqi tədbirlər tətbiq edilə bilər. 99-5.3-cü maddəsinə əsasən hüquqi şəxsi ləğv etmə cinayət-hüquqi tədbiri yalnız əsas, cərimə həm əsas, həm də əlavə, hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və xüsusi müsadirə yalnız əlavə cinayət-hüquqi tədbir növü kimi tətbiq olunur. 99-5.4-cü maddəsinə əsasən hüquqi şəxsə tətbiq olunacaq cinayət-hüquqi tədbirin növü və həddi müəyyən olunarkən, cinayətin ictimai təhlükəliliyinin xarakteri və dərəcəsi, cinayət nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, cinayətlərin sayı və onun (onların) nəticələrinin ağırlığı, cinayətin açılması, onun iştirakçılarının ifşa edilməsi, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışı və tapılmasına kömək etmə, cinayət nəticəsində dəymiş maddi və mənəvi zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması, zərərçəkmiş şəxsə dəymiş zərərin azaldılmasına yönəldilmiş hüquqi şəxs tərəfindən görülən digər tədbirlər, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən əvvəllər onun barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi, yaxud xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması nəzərə alınır. 99-6.1-ci maddəsinə əsasən hüquqi şəxslərə tətbiq edilən cinayət-hüquqi tədbir qismində cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən və dövlət nəfinə keçirilən məcburi pul tutulmasından ibarətdir. 99-6.3-cü maddəsinə əsasən hüquqi şəxslərə cərimə növündə cinayət-hüquqi tədbir az ağır cinayətlərə görə - yetmiş beş min manatdan yüz min manatadək, yaxud cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən üç mislinədək miqdarda təyin edilir. 99-6.4-cü maddəsinə əsasən hüquqi şəxsə tətbiq edilən cərimə onun əmlakının dəyərinin yarıdan çox hissəsini təşkil edə bilməz. 99-8.1-ci maddəsinə əsasən hüquqi şəxsi ləğv etmə hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilən cinayətlə əlaqədar onun mövcudluğuna və fəaliyyətinə, hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsindən ibarət müstəsna cinayət-hüquqi tədbirdir. 99-8.2-ci maddəsinə əsasən hüquqi şəxsi ləğv etmə həmin hüquqi şəxs mütəmadi olaraq cinayətlərin törədilməsində və ya cinayətin izlərinin, cinayət yolu ilə əldə edilmiş əmlakın gizlədilməsində istifadə edildikdə və ya onun əmlakının yarıdan çox hissəsi bu Məcəllənin 99-1.1ci maddəsinə əsasən müsadirə edilməli əmlakdan ibarət olduqda tətbiq olunur. 99-8.3-cü maddəsinə əsasən hüquqi şəxsi ləğv etmə növündə cinayət-hüquqi tədbir təyin edildikdə əlavə cinayət-hüquqi tədbir qismində bu Məcəllənin 99-6.4-cü maddəsi nəzərə alınmaqla iki yüz min manat miqdarında cərimə təyin edilir. Qanunvericiliyə əsasən hüquqi şəxsə tətbiq edilməsi mümkün olan cərimə və hüquqi şəxsi ləğv etmə növündə iki əsas cinayət-hüquqi xarakterli tədbir mövcuddur ki, onlardan hüquqi şəxsi ləğv etmə həmin hüquqi şəxs mütəmadi olaraq cinayətlərin törədilməsində və ya cinayətin izlərinin, cinayət yolu ilə əldə edilmiş əmlakın gizlədilməsində istifadə edildikdə və ya onun əmlakının yarıdan çox hissəsi bu Məcəllənin 99-1.1-ci maddəsinə əsasən müsadirə edilməli əmlakdan ibarət olduqda tətbiq olunur. Hazırki işdə Təqsirləndirilən şəxs MMC barəsində CM-in 99-8.2-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmiş, o cümlədən müstəntiqin hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə işin məhkəməyə göndərilməsi haqqında qərarında bu cür halların müəyyən edilməsinə istinad edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində hüquqi şəxsi ləğv etmə növündə cinayət-hüquqi tədbirin tətbiq edilməsi qeyri-mümkündür. Qanunvericiliyin tələbindən məlumdur ki, ilk dəfə cinayətin törədilməsinə görə hüquqi şəxs barəsində qanunla tətbiq edilməsi mümkün olan əsas cinayət-hüquqi xarakterli tədbir cərimədir. Lakin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CM-in 99-6.4-cü maddəsinin tələbinə əsasən hüquqi şəxsə tətbiq edilən cərimə onun əmlakının dəyərinin yarıdan çox hissəsini təşkil edə bilməz. Cinayət təqibi orqanından məhkəməyə daxil olmuş Təqsirləndirilən şəxs barədə işin hallarına (işin məhkəməyə göndərilməsi haqqında qərarda CM-in 99-8.2-ci maddəsində nəzərdə tutulmuş halların irəli sürülməməsinə) görə faktiki olaraq məhz cərimə növündə əsas cinayət-hüquqi tədbirin tətbiqi məsələsinə baxılması üçün göndərilmiş işdə (Konstitusiya Məhkəməsinin Plenumunun 28 iyun 2024-cü il tarixli Qərarındakı hüquqi mövqeyinə əsasən) hüquqi şəxs barəsində cərimə növündə cinayət-hüquqi tədbirin tətbiq edilməsinə əsas verən zəruri halın - əmlakın mövcudluğu (adı, dəyəri, yerləşməsi) barədə məlumatın olmaması onun barəsində cərimənin (CM-in 99-8.2-ci maddəsinə əsasən “hüquqi şəxsi ləğv etmə” tədbirinin tətbiqinə yol verilmədiyi üçün - hər hansı cinayət-hüquqi tədbirin) tətbiqini istisna etməklə, faktiki olaraq hüquqi şəxs barəsində cinayət-hüquqi məsuliyyətin realizə edilməsinin qarşısını alır. Konstitusiya Məhkəməsi Plenumunun 28 iyun 2024-cü il tarixli qərarındakı hüquqi mövqeyinə görə: “Cinayət Məcəlləsində hüquqi şəxslərə tətbiq edilən cinayət-hüquqi tədbirlər hüquqi şəxsin fəaliyyətini sonlandırmaq deyil, onların fəaliyyətinin qanunauyğun həyata keçirilməsini təmin etmək, həmin və digər hüquqi şəxsləri hüquq pozuntularından çəkindirmək və yeni pozuntuların qarşısını almaq məqsədini daşıyır. Məhz məsuliyyətə cəlb olunan hüquqi şəxsin iqtisadi stabilliyi baxımından Cinayət Məcəlləsinin 99-6.4-cü maddəsində müəyyən edilmişdir ki, cərimə hüquqi şəxsin əmlakının dəyərinin yarıdan çox hissəsini təşkil edə bilməz və bu hal hüquqi şəxsin maliyyə-iqtisadi vəziyyəti və s. ilə birlikdə cərimə təyin olunarkən nəzərə alınmalıdır. Qanunun göstərilən tələblərindən irəli gələrək, məhkəmələr cərimə növündə cinayət-hüquqi tədbirin tətbiq edilməsi qənaətinə gələrkən bir sıra halları, o cümlədən məhkəmə aktının icrasına təsir edəcək halları (məsələn, hüquqi şəxsin maliyyə vəziyyətini və s.) mütləq müəyyən etməlidir. Bu qaydalara riayət edilməməsi cərimə cinayəthüquqi tədbirini onu ödəyə bilmək qabiliyyətində olmayan hüquqi şəxsin iqtisadi fəaliyyətini sarsıdan mexanizmə çevrilə bilər. Cinayət məsuliyyətinə cəlb olunmuş hüquqi şəxsin maliyyə-iqtisadi vəziyyəti ilə uyğunlaşmayan və realizəsi mümkün olmayan cinayət-hüquqi tədbirin tətbiqi barədə məhkəmə aktı isə sonda Konstitusiyanın 129-cu maddəsinin İ hissəsinin pozulmasına səbəb olmaqla yanaşı Cinayət Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərinə nail olunmasını da mümkünsüz edir. O da nəzərə alınmalıdır ki, hazırkı müraciətə səbəb olan işdə olduğu kimi bəzi hallarda hüquqi şəxs barəsində tətbiq oluna biləcək yeganə cinayət-hüquqi tədbir olaraq cərimə çıxış edir. Lakin cinayət-hüquqi məsuliyyətə cəlb edilmiş hüquqi şəxsin hər hansı əmlakı olmadığından, cərimənin tətbiqi barədə məhkəmə qərarının icrası aşkar şəkildə mümkünsüz olur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sözügedən qərarda göstərilən mövqelərini və yuxarıda qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs MMC-nin direktor müavini olmaqla həmin Cəmiyyətə rəsmi olaraq rəhbərlik etmiş Şahid2 tərəfindən hüquqi şəxs üçün onun xeyrinə və qanunsuz üstünlük əldə etmək məqsədi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-4.5-ci maddəsində nəzərdə tutulan CM-in 308.1, 313 və 320.1-ci maddələri ilə cinayət əməllərinin törədilməsi mötəbər sübutlarla öz təsdiqini tapsa da, iş materiallarına əsasən Cəmiyyətin hər hansı əmlakının olmasının müəyyən edilmədiyini, CM-in 99-6.4-cü maddəsi ilə imperativ qaydada hüquqi şəxsə tətbiq edilən cərimənin onun əmlakının dəyərinin yarıdan çox hissəsini təşkil edə bilməməsinin müəyyən edildiyini, qanunverici tərəfindən əmlakı olmayan hüquqi şəxsə cinayət-hüquqi xarakterli tədbirlərin hansı növünün və hansı qaydada tətbiq edilməli olmasının tənzimlənmədiyini, qanundakı boşluqların hüquqi şəxsin ziyanına şərh olunmasının qanuni və əsaslı olmadığını nəzərə alaraq hazırki halda əmlakı olmayan hüquqi şəxs barəsində cinayət-hüquqi xarakterli tədbirlərin tətbiq edilməsi mümkünsüzdür və bunun üçün hər hansı qanuni əsas mövcud deyil. Azərbaycan Respublikası CPM-in 487-4.0-cı maddəsinə əsasən hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat zamanı aşağıdakı hallar müəyyən edilməlidir: 487-4.0.1. cinayətin hüquqi şəxsi təmsil etmək, onun adından qərarlar qəbul etmək və ya onun fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, yaxud həmin vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi tərəfindən törədilməsini təsdiq edən hallar; 487-4.0.2. cinayətin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilməsini təsdiq edən hallar; 487-4.0.3. hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsini zəruri edən hallar; 487-4.0.4. bu Məcəllənin və cinayət qanununun normalarına əsasən hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməməsini zəruri edən hallar. CPM-in 487-6.3.3-cü maddəsinə əsasən bu Məcəllənin 487-4.0.4-cü maddəsində nəzərdə tutulmuş hallar müəyyən edildikdə hüquqi şəxslər barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. CPM-in 487-7.5-ci maddəsinə əsasən məhkəmə toplanmış sübutları tədqiq edərək bu Məcəllənin 487-6.3-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 79-1-ci maddəsinə əsasən vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının məhkəmə təcrübəsinin vahidliyini təmin edən xxx nömrəli, xx.xx.2025-ci il tarixli Qərarında müəyyən edilmiş hüquqi mövqeyə görə, Konstitusiya Məhkəməsinin Plenum Qərarında qeyd olunmuşdur ki, “Ədalət prinsipi cinayət məsuliyyətinə cəlb olunmuş hüquqi şəxslərə tətbiq edilən cinayət-hüquqi tədbirlər üçün də keçərlidir”. Konstitusiya Məhkəməsi vurğulamışdır ki, “cinayət qanunvericiliyi sahəsində hüquqi müəyyənlik prinsipi Konstitusiyanın 71-ci maddəsinin Vİİİ hissəsindən və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7-ci maddəsindən irəli gəlməklə göstərilən normalarda əks olunmuş qanunçuluq prinsipi cinayət və cəzanın qanuna əsaslanmasını tələb etməklə yanaşı (nullum crimen sine lege və nulla poena sine lege prinsipləri), cinayət qanununun genişləndirici təfsirinin qadağan edilməsi (lex stricta) və cinayət qanunvericiliyinin aydın və müəyyən olmasını da (lex certa) tələb edir” Bu müddəaları, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-8.2-ci maddəsində nəzərdə tutulmuş hüquqi şəxs barəsində “hüquqi şəxsi ləğv etmə” növündə cinayət-hüquqi tədbirin tətbiqi əsasları ilə müqayisə etdikdə, açıq-aydın görünür ki, CM-in bu maddəsi nəinki CM-in 8-ci maddəsində təsbit edilmiş ədalət prinsipi və cinayət qanunvericiliyinin genişləndirici təsvirini qadağan edən müddəalarla birlikdə götürülməklə, hətta ayrılıqda təfsir edildikdə belə, hazırkı işdə hüquqi şəxs barəsində “hüquqi şəxsi ləğv etmə” növündə cinayət-hüquqi tədbirin tətbiqi istisna edilməlidir. Cinayət-hüquqi tədbirin tətbiqi üçün CM-in 99-8.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədən, müstəsna olaraq əmlakın olmaması səbəbindən cərimə növündə cinayəthüquqi tədbirin tətbiq edilməsinin mümkünsüzlüyünə görə, hər hansı hüquqi şəxs barəsində “hüquqi şəxsi ləğv etmə” növündə cinayət-hüquqi tədbirin tətbiqi CM-in 99-8.2-ci maddəsinin pozuntusunu təşkil etməklə yanaşı, ədalət prinsipinin pozulması, cinayət-hüquqi tədbirin tətbiqi əsaslarının (qanunda nəzərdə tutulmayan “hüquqi şəxsin əmlakının olmaması səbəbindən cərimənin tətbiqinin mümkünsüzlüyü” kimi əsas hesabına) genişləndirilməsi, yəni CM-in 99-8.2-ci maddəsində təsbit edilmiş cinayət-hüquqi normanın genişləndirici təfsiri (Konstitusiya Məhkəməsi Plenumunun 28 iyun 2024-cü il tarixli Qərarı ilə uzlaşmayan vəziyyət) kimi çıxış hüquqi şəxs barəsində “hüquqi şəxsi ləğv etmə” növündə cinayət-hüquqi tədbirin tətbiqi CM-in 99-8.2-ci maddəsində məxsusi olaraq nəzərdə tutulmuş hallardan hər hansı birinin müəyyən edilməsindən irəli gəlməlidir. CPM-in 487-4.0.3 və 487-4.0.4-cü maddələrində göstərilənlər isə hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraatda müəyyən edilməli olan halların sırasına daxil edilən hallardır ki, (müvafiq olaraq, “hüquqi şəxs barəsində cinayət hüquqi tədbirlərin tətbiq edilməsini zəruri edən hallar” və “CPM-in və cinayət qanununun normalarına əsasən hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməməsini zəruri edən hallar”) onların cinayət prosesinin gedişində müəyyən edilməməsi CPM-in 487-6.3.2 və 487-6.3.3-cü maddələrinə əsasən hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiqi üzrə icraata xitam verilməsini labüd edir. Konstitusiya Məhkəməsinin Plenumu 28 iyun 2024-cü il tarixli qərarda hüquqi şəxs barəsində yeganə əsas cinayət-hüquqi tədbir qismində tətbiq edilə bilən (potensial) tədbir olaraq cərimə çıxış etdikdə, onun tətbiqi imkanını hüquqi şəxsin əmlakının olub-olmamasından asılı etməklə, belə hüquqi şəxsin əmlakının olmamasını onun barəsində cərimə növündə cinayət-hüquqi tədbirin tətbiqini qeyri-mümkün edən hal kimi şərh etdiyi üçün, cinayət təqibi orqanının vəzifəsidir ki, məhkəməyədək icraatda hüquqi şəxsin əmlak vəziyyətini lazımınca araşdırsın və CM-in 99-8.2-ci maddəsində göstərilən hallar olmadığı, eyni zamanda hüquqi şəxs barəsində cərimənin tətbiqini qeyri-mümkün edən onun əmlakının olmaması kimi hal müəyyən edildiyi və yaxud bu məsələyə dair zəruri məlumatlar əldə olunmadığı vəziyyətdə, belə (cinayət-hüquqi tədbirin tətbiqi ilə nəticələnməsi istisna edilən və ya bu cəhətdən perspektivi cinayət təqibini həyata keçirən orqanın özü üçün də qeyri-müəyyən olan) işi tam araşdırılmış hesab edərək baxılması üçün məhkəməyə göndərməsin. Çünki, hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirin tətbiqi istisna edildiyi və yaxud tətbiq edilməsi üçün əsasların olub-olmaması araşdırılmadığı, o cümlədən əmlakın mövcudluğu barədə məlumatların əldə olunmadığı işin baxılması üçün məhkəməyə göndərilməsi hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraatın məqsədləri və bu icraat çərçivəsində cinayət təqibi orqanının üzərinə qoyulmuş vəzifələrlə bir araya sığmır. Belə ki, CPM-in 487-6.2-ci maddəsi ittiham aktında, CPM-in 487-6.6-cı maddəsi isə ayrıca olaraq müstəntiqin tərtib etdiyi hüquqi şəxsin barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə işin məhkəməyə göndərilməsi haqqında qərarda CPM-in 487-4.0.1- 487-4.0.5-ci maddələrində nəzərdə tutulmuş hallar, yəni o cümlədən “hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsini zəruri edən hallar” (CPM, maddə 487-4.0.3) və “CPM-in və cinayət qanununun normalarına əsasən hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməməsini zəruri edən hallar” (CPM, maddə 487-4.0.4) barədə məlumatların əks etdirilməsini tələb edir. CM-in 15-2-ci fəslinin, habelə CPM-in LVİ-İ fəslinin müddəalarına, xüsusilə CPM-in 487-7.4-cü maddəsinə əsasən hüquqi şəxsin cinayət-hüquqi məsuliyyətinin realizə edilməsi onun barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsində ifadə olunur. Cinayət-hüquqi tədbirin tətbiqi üçün qanuni əsasın (o cümlədən, Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyi nəzərə alınmaqla) olmamasına görə hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirin tətbiq edilməsindən imtina edildikdə isə faktiki olaraq, ona münasibətdə cinayət-hüquqi məsuliyyətin realizə edilməsi (hüquqi şəxsin cinayət-hüquqi məsuliyyətə cəlb edilməsi) baş vermir. Bu səbəbdən, eləcə də cinayət-prosessual qanun hüquqi şəxsin barəsində cinayət hüquqi tədbirlərin tətbiq edilməsinə dair işə mahiyyəti üzrə baxılması nəticəsində yalnız iki növ - cinayəthüquqi tədbirin tətbiq edilməsi və yaxud hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraata xitam verilməsi barədə qərarların çıxarılmasını nəzərdə tutduğundan, qanunla “hüquqi şəxsi ləğv etmə” növündə cinayət-hüquqi tədbirin tətbiqinə yol verilməyən hüquqi şəxs barəsində əmlakının olmamasına görə cərimə növündə də cinayət-hüquqi tədbirin tətbiqinin istisna edilməsi, hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraata xitam verilməsinin əsası kimi CPM-in 487-6.3.3-cü maddəsində nəzərdə tutulmuş “bu Məcəllənin və cinayət qanununun normalarına əsasən hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməməsini zəruri edən hallar”ın müəyyən edilməsi halı ilə eyniləşdirilməli (CPM-in 487- 6.3.3-cü maddəsində göstərilənlərə analoji olan hal kimi təfsir edilməli) və bu mövqedən çıxış etməklə MMC barəsində cinayət-hüquqi tədbirlərin tədbiqi üzrə icraata xitam verilməlidir.” Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət və Cinayət-Prosessual qanunvericiliyininin müddəalarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının məhkəmə təcrübəsinin vahidliyini təmin edən 1(102)-1258/2025 nömrəli, xx.xx.2025ci il tarixli Qərarında və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-5-ci maddəsinin şərh edilməsinə dair” 28 iyun 2024-cü il tarixli Qərarında təsbit edilmiş hüquqi mövqelərinə əsaslanaraq nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraata xitam verilməli, Təqsirləndirilən şəxs MMC barəsində tətbiq edilmiş hüquqi şəxsin təsisçilərin (iştirakçıların) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə ləğv edilməsinə qadağa qoyulmasına dair təmin tədbiri qərar qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-21-1/2-25524/2024 nömrəli məktuba əlavə edilmiş saxtalaşdırılmaqla hazırlanmış “Obyektin qeydiyyatı barədə qida təhlükəsizliyi reyestrindən çıxarış”, “Ekspertiza aktının ləğv edilməsi barədə” xx.xx.2024-cü il tarixli, xxx nömrəli əmr, “Mənşə sertifikatlarının ləğv edilməsi barədə” xxx nömrəli, xx.xx.2024-cü il tarixli qərar, xx.xx.2024-cü il tarixli xxx nömrəli mənşə sertifikatları, Şahid3 ilkin izahatına əlavə etdiyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində “X2 Mərkəzi” MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli bildiriş cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs MMC barəsində tətbiq edilmiş hüquqi şəxsin təsisçilərin (iştirakçıların) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə ləğv edilməsinə qadağa qoyulmasına dair təmin tədbiri qərar qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə xüsusi müsadirə olunması təklif edilən əmlak və ya mülki iddia yoxdur. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə edən “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi3 sərf etdiyi hər iş saatına görə 11 manat olmaqla 30 iş saatı üçün 330 manat məbləğində vəsait Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 487-7.5-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs MMC barəsində tətbiq edilmiş hüquqi şəxsin təsisçilərin (iştirakçıların) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə ləğv edilməsinə qadağa qoyulmasına dair təmin tədbiri qərar qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən daxil olmuş xx.xx.2024-cü il tarixli, xxx nömrəli məktuba əlavə edilmiş saxtalaşdırılmaqla hazırlanmış “Obyektin qeydiyyatı barədə qida təhlükəsizliyi reyestrindən çıxarış”, “Ekspertiza aktının ləğv edilməsi barədə” xx.xx.2024-cü il tarixli, xxx4 nömrəli əmr, “Mənşə sertifikatlarının ləğv edilməsi barədə” AİBNDX/Q-74/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərar, xx.xx.2024-cü il tarixli xxx nömrəli mənşə sertifikatları, Şahid3 ilkin izahatına əlavə etdiyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində “X2 Mərkəzi” MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli bildiriş cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə edən “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi3 sərf etdiyi hər iş saatına görə 11 manat olmaqla 30 iş saatı üçün 330 manat məbləğində vəsait Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar