Məhkəmə qərarları › İş №1(005)-345/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-345/2022

27.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-345/2022 27.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yerləşən inzibati binada qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq 100,368 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana əldə edərək, əldə etdiyi narkotik vasitə qurudulmuş marixuananın 7,130 qram hissəsini öz üzərində saxlayaraq daşımış, qalan 93,238 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı isə 04 fevral 2022-ci il tarixdə tanışı Şahid1 800 manat müqabilində satmış, Şahid1 02 ədəd sellofan torbada ümumilikdə 93,238 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib, həmin sellofan torbalardan birində olan 63,921 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı idarə etdiyi “Nissan Sunny” markalı, **-PF-*** qeydiyyat nişanlı avtomobilin salonunda 113 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,605 qr, 0,510 qr, 0,492 qr, 0,495 qr, 0,518 qr, 0,505 qr, 0,483 qr, 0,481 qr, 0,509 qr, 0,426 qr, 0,519 qr, 0,465 qr, 0,597 qr, 0,529 qr, 0,477 qr, 0,632 qr, 0,614 qr, 0,514 qr, 0,559 qr, 0,521 qr, 0,529 qr, 0,558 qr, 0,502 qr, 0,529 qr, 0,474 qr, 0,513 qr, 0,497 qr, 0,608 qr, 0,486 qr, 0,601 qr, 0,486 qr, 0,461 qr, 0,521 qr, 0,481 qr, 0,530 qr, 0,496 qr, 0,513 qr, 0,534 qr, 0,540 qr, 0,536 qr, 0,500 qr, 0,499 qr, 0,569 qr, 0,594 qr, 0,594 qr, 0,433 qr, 0,512 qr, 0,521 qr, 0,553 qr, 0,496 qr, 0,525 qr, 0,500 qr, 0,556 qr, 0,548 qr, 0,480 qr, 0,536 qr, 0,430 qr, 0,496 qr, 0,578 qr, 0,506 qr, 0,535 qr, 0,489 qr, 0,436 qr, 0,540 qr, 0,339 qr, 0,473 qr, 0,516 qr, 0,587 qr, 0,510 qr, 0,489 qr, 0,555 qr, 0,561 qr, 0,616 qr, 0,498 qr, 0,598 qr, 0,488 qr, 0,477 qr, 0,465 qr, 0,577 qr, 0,509 qr, 0,531 qr, 0,556 qr, 0,531 qr, 0,482 qr, 0,503 qr, 0,440 qr, 0,443 qr, 0,529 qr, 0,566 qr, 0,564 qr, 0,548 qr, 0,539, 0,506 qr, 0,739 qr, 0,567 qr, 0,679 qr, 0,514 qr, 0,592 qr, 0,498 qr, 0,484 qr, 0,485 qr, 0,522 qr, 0,501 qr, 0,566 qr, 0,482 qr, 0,665 qr, 0,498 qr, 0,524 qr, 0,454 qr, 0,618 qr,0,538 qr, 0,488 qr və 5,238 qr olmaqla hissələrə bölərək, həmin tarixdə tanışı X5 ilə ünvan 3 ünvanında görüşüb satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı 113 ədəd bükümlərdən 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,488 qr və 5,238 qr olmaqla ümumi çəkisi 5,726 qram olan narkotik vasitə qurudulmuş marixuananı Şahmar İbrahimova istifadə etməsi üçün pay olaraq hədiyyə edərək, qalan narkotik vasitəni isə üzərində saxlayaraq daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində X5 və Şahid1 04 fevral 2022-ci il tarixli 19:10-da Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsi, ev 46B ünvanının qarşısında olduqları zaman saxlanılaraq BMCMİ-yə gətirilmiş və orada Şahid1 üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli qısa qol gödəkçəsinin sağ yan cibindən bir ədəd sellofan bağlamada təmiz çəkisi 29,317 qram, həmin gödəkçənin sol yan cibindən isə bir ədəd sellofan bağlamanın içərisində olan 111 ədəd kağız bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,605 qr, 0,510 qr, 0.492 qr, 0,495 qr, 0,518 qr, 0,505 qr, 0,483 qr. 0.481 qr. 0,509 qr, 0.426 qr, 0,519 qr, 0,465 qr, 597 qr. 0,529 qr, 0,477 qr, 0,632 qr, 0,614 qr. 0,514 qr, 0,559 qr, 0,521 qr., 529 qr. 0,558 qr, 0,502 qr, 0,529 qr, 0,474 qr, 0,513 qr, 0,497 qr, 0,608 qr, 0,486 qr, 0,601 qr, 0,486 qr, 0,461 qr, 0,521 qr, 0,481 qr, 0,530 qr. 0,496 qr, 0,513 qr, 0,534 qr, 0,540 qr, 0,536 qr, 0,500 qr, 0,499 qr, 0,569 qr, 0,594 qr, 0,594 qr, 0,433 qr, 0,512 qr, 0,521 qr, 0,553 qr, 0,496 qr, 0,525 qr, 0,500 qr, 0,556 qr, 0,548 qr, 0,480 qr, 0,536 qr, 0,430 qr, 0,496 qr, 0,578 qr, 0,506 qr, 0,535 qr, 0,489 qr, 0,436 qr, 0,540 qr, 0,339 qr, 0,473 qr, 0,516 qr, 0,587 qr, 0,510 qr, 0,489 qr, 0,555 qr, 0,561 qr, 0,616 qr, 0,498 qr, 0,598 qr, 0,488 qr, 0,477 qr, 0,465 qr. 0.577 qr, 0,509 qr, 0,531 qr, 0,556 qr, 0,531 qr, 0.482 qr, 0,503 qr, 0,440 qr, 0,443 qr, 0,529 qr. 0,566 qr, 0,564 qr, 0,548 qr, 0,539, 0,506 qr, 0,739 qr, 0,567 qr, 0,679 qr, 0,514 qr, 0,592 qr, 0,498 qr, 0,484 qr, 0,485 qr, 0,522 qr, 0,501 qr, 0,566 qr, 0,482 qr, 0,665 qr, 0,498 qr, 0,524 qr, 0,454 qr, 0,618 qr və 0,538 qr olmaqla ümumi təmiz çəkisi 58,195 qram tərkiblərinə görə eynilik təşkil edən ümumilikdə 87,512 qram, Şahmar İbrahimovun üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd kağız bükümdə təmiz çəkisi 5,238 qram və həmin şalvarın sağ yan hissəsində yerləşən kiçik cibindən bir ədəd kağız bükümdə təmiz çəkisi 0,488 qram olmaqla öz aralarında və Şahid1 üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanalar ilə tərkiblərinə görə eynilik təşkil edən ümumilikdə 5,726 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, saxlaması və daşıması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 05 fevral 2022-ci il tarixdə saat 14:10-da ünvan 4 ünvanın qarşısında saxlanılaraq Baş İdarəyə dəvət edilmiş və orada həmin tarixdə saat 15:38-dən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı bir ədəd ağ rəngli sellofan kəsiyi bükümündə təmiz çəkisi 7,130 qram olan, Şahid1 və Şahmar İbrahimovun üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanalarla tərkiblərinə görə eynilik təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, lakin həmin Məcəllənin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Bildirir ki, müəyyən müddətdir tanıdığı şəxs Şahid1 ona narkotik vasitə “nəşə”, yəni qurudulmuş marixuana alması üçün 800 manat pul vermişdir və o da “Məmmədyarov” dairəsi adlanan yerdə adını bilmədiyi şəxsdən üzərinə 30 manat pul əlavə etməklə narkotik vasitəni almışdır. Narkotik vasitəni gətirib Şahid1 vermiş və oradan uzaqlaşmışdır. Qeyd edir ki, idarədə üzərinə şəxsi axtarış keçirilən zaman aşkar olunmuş narkotik vasitə marixuana onun adını bilmədiyi şəxsdən öz istifadəsi üçün 30 manat pul müqabilində aldığı narkotik vasitədir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Maştağa qəsəbəsində olarkən orada Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Şahinlə söhbət edəndə ona 800 manatlıq narkotik vasitə olan nəşə lazım olduğunu bildirmişdir. Şahin də ona nəşə tapa biləcəyini bildirmişdir. Aralarında razılaşaraq olduqları yerdən aralanmışdırlar və Şahin 15-20 dəqiqə sonra yaxınlaşaraq iki ədəd sellofan bükümdə narkotik vasitə olan nəşəni ona vermişdir. Həmin nəşəni Şahinin kimdən və necə əldə etdiyindən məlumatı yoxdur. O, həmin narkotik vasitə olan nəşəni götürüb cibinə qoymuş və 800 manat pulu Şahinə vermiş və oradan uzaqlaşmışdır. Narkotik vasitəni aldıqdan sonra tanışı X4 zəng etmişdir. Şahmar da narkotik vasitə olan nəşənin istifadəçisidir. Şahmarla danışanda ona olanlar barədə danışmışdır. Şahmara onlara gəlmək istədiyini bildirəndə, Şahmarda onu yaşadığı evə dəvət etmişdir. İçərisində narkotik vasitə nəşə olan sellofanların birini maşında 113 ədəd bükümə bükmüşdür. Digər sellofanı isə olduğu kimi saxlamışdır. Bükümləri yenə də həmin sellofana doldurub, iki ədəd sellofanı cibinə qoymuş və Şahmarın yaşadığı ünvana gəlmiş və cibində saxladığı iki ədəd sellofanı çıxarıb stolun üzərinə qoymuşdur. Çünki onun narkotik vasitə istifadə etdiyini bildiyindən və əldə etdiyi narkotik vasitə barədə ona bildirdiyinə görə çəkmək üçün ona da pay olaraq narkotik vasitə vermək qərarına gəlmişdir. Qablaşdırdığı və bükümlər formasında yığdığı sellofanı açmış və bükümlərin içərisindən iki ədəd bükümü çıxarıb istifadə etməsi məqsədi ilə Şahmara uzatmışdır. Şahmarda həmin narkotik vasitəni götürüb cibində saxlamışdır. İçərisində narkotik vasitə olan sellofan torbaları cibinə qoymuşdur. Daha sonra isə mənzildə bir müddət gözləyib çölə çıxmışdırlar. 04 fevral 2022-ci il tarixdə saat 19:10 radələrində Nizami rayonu, Ə.Hacıyev küçəsi, ev 46B ünvanının qarşısında tanışı Şahmarla birlikdə idarə etdiyi “Nissan Sunny" markalı avtomobilin yanında olduğu zaman 4 nəfər mülki geyimdə olan şəxs onlara yaxınlaşıb Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib anket məlumatlarını soruşmuşdurlar. Özlərini təqdim etdikdən sonra polis əməkdaşları onun və Şahmar İbrahimovun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. Səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində narkotik vasitə vardır. Şahmar da üzərində narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişdirlər. Buna etiraz etməyib polis əməkdaşları ilə idarə etdiyi avtomobillə birlikdə həmin idarəyə gəlmişlər. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdurlar. Sonra üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində narkotik vasitə marixuana olduğunu bildirib, eynində olan qara rəngli qısa qol gödəkçənin sağ yan cibində olan 01 ədəd sellofan bağlamanı, gödəkçənin sol yan cibində olan 01 ədəd sellofan bağlamanı, əynində olan şalvarının arxa sol cibində olan 01 ədəd “Samsung" markalı mobil telefonu və şalvarının arxa sağ cibində olan 01 ədəd "Nokia” markalı mobil telefonu, şalvarının sağ yan cibində olan 20 manat pulu, özünə məxsus olan şəxsiyyət vəsiqəsini və sürücülük vəsiqəsini, şalvarının sol yan cibində olan avtomobil açarını çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi 02 ədəd sellofan bağlamanın içində narkotik vasitə marixuana olduğunu qeyd etmişdir. Təqdim etdiyi sellofan bağlamalar iştirakçıların şahidliyi ilə açıldıqda birinci sellofan bağlamanın içərisindən narkotik vasitə olan qurudulmuş marixuana və ikinci sellofan bağlamanın içərisindən isə 111 ədəd kağız büküm aşkar olunmuşdur. Həmin kağız bükümlər iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisindən narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunmuşdur. Bundan sonra X2 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Şahmar üzərində narkotik vasitə marixuana olduğunu bildirib, əynində olan qısa qol gödəkçəsinin sol yan cibində olan 02 ədəd mənzil açarını, əynində olan göy rəngli cins şalvarının sağ arxa cibində olan 01 ədəd “Samsung" markalı mobil telefonu, cins şalvarının sol yan cibində olan 5 manat pulu, cins şalvarının sağ yan cibində olan 01 ədəd kağız bükümü və cins şalvarının sağ yan hissəsində yerləşən kiçik cibində olan 01 ədəd kağız bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şahmar İbrahimov təqdim etdiyi 02 ədəd kağız bükümün içində narkotik vasitə marixuana olduğunu qeyd etmişdir. Şahmar İbrahimovun təqdim etdiyi 02 ədəd kağız büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisindən narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 05 fevral 2022-ci il tarixdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 8, inzibati binada qeydiyyatda olmaqla Maştağa qəsəbəsi B.Bağırov küçəsi döngə 4, ev 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə etməsi, saxlaması, daşıması və satması bərədə ona əməliyyat məlumatı daxil olmuşdur. 05 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Məştağa qəsəbəsi döngə 4, ev 4 ünvanın yaxınlığında olması müəyyən edildiyindən əməliyyat tədbirləri keçirilmişdir. Qabaqcadan Təqsirləndirilən şəxs zahiri görünüşü dəqiqləşdirilmiş, daha sonra qeyd olunan həmin yerə getmişlər. Saat 14:10-da qeyd etdiyi ünvanının qarşısında Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsi müəyyən edilmişdir. Ona yaxınlaşıb özlərini təqdim etmiş və onun da özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış edilmişdir. Orada Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına şərait olmadığı üçün onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişdirlər. O etiraz etmədən Baş İdarəyə gəlmişdir. Baş idarəyə gəldikdən sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıla bilməsi üçün müdafiəçi ilə təmin edildikdən sonra şübhəli şəxs qismində tutulmuşdur. Baş İdarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakları ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmişdir. Bundan başqa o təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edilmiş və üzərində şəxsi axtarış keçiriləcəyi izah olunmuşdur. Baş İdarənin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmişdir. Şəxsi axtarış zamanı əvvəlcə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları və sənədləri könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən 4 manat pulu, sağ yan cibindən bir ədəd “Samsung" markalı mobil telefonu, əynində olan gödəkçənin sağ yan cibindən isə 01 ədəd şəffaf sellofan bükümü masa üzərinə qoymaqla təqdim etmişdir. O, həmin bükümün içərisində “nəşə" kimi tanıdığı narkotik vasitə olduğunu etiraf etmişdir. Həmin büküm açıldıqda isə içərisində spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya oxşar maddə aşkar edilmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir qanunla qadağan edilmiş əşya və başqa bir predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı aşkar edilmiş bir sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə polis əməkdaşı tərəfindən bir ədəd zərfə qoyularaq qablaşdırılmış və üzəri möhürlənməklə götürülmüşdür. Həmin zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Samsung” markalı mobil telefon da əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Üzərində aşkar edilmiş 4 manat pul isə özünə qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd bükümdə olan narkotik vasitənin özünə məxsus olduğunu, narkotik vasitədən istifadə etdiyini, üzərindən aşkar edilən bükümü tutulmamışdan 5 gün qabaq “Məmmədyarov” dairəsi adlanan ərazidə tanımadığı şəxsdən ümumilikdə təxminən 80 qram narkotik vasitə aldığını, həmin narkotik vasitəyə görə 830 manat pul verdiyini, aldığı narkotik vasitənin bir hissəsini Şahid1 800 manata satdığını, satdığı narkotik vasitənin təxminən 75 qram olduğunu, əldə etdiyi narkotik vasitədən əlavə heç kəsə satmadığını, narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirmişdir. Daha sonra şəxsi axtarış, baxış və götürmə haqqında protokol tərtib olunub iştirakçılara ucadan oxunmuşdur. Heç bir əlavə və qeyd daxil olmamışdır. Protokol doğru hesab edildiyi üçün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindin əməliyyat müvəkkilləri Şahid3 və Şahid4 digər Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişlər. Cinayət işinin İ cildinin 82-85-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 fevral 2022-ci il tarixli, 7/111 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “şübhəli şəxslər X2 üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə” yazılar və imzalar olan 1 nömrəli ağ rəngli kağız paketdə 2 ədəd kağız bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri - 5,238 qram; 0,488 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Marixuanaların ümumi çəkisi - 5,726 qramdır. Tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Şahid1 üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya oxşat kütlə” yazılar və imzalar olan 2 nömrəli ağ rəngli kağız paketdə 1 (bir) ədəd sellofan torbada təmiz çəkisi - 29,317 qram və 1 (bir) ədəd sellofan torbada 111 (yüz on bir) ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,399 qram - 0,739 qram, ümumi çəkisi 58,195 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Marixuanaların ümumi çəkisi - 87,512 qramdır. -X2 və Şahid1 üzərlərindən götürülmüş marixuanalar tərkiblərinə görə eynidir. Cinayət işinin İ cildinin 208-212-ci vərəqələrində olan 07 fevral 2022-ci il tarixli “Üzləşdirmə protokolu”ndan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, həmin istintaq hərəkəti zamanı Şahid1 ifadələrində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə deyərək bir daha ifadələrini təsdiqləmişdir. Cinayət işinin İ cildinin 219-220-ci vərəqələrində olan “Maddi sübut kimi tanınma haqqında” 07 fevral 2022-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* №-li cinayət işi üzrə əhəmiyyət kəsb etdiyinə görə X2 üzərindən aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq qalan 5,686 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın və Şahid1 üzərindən aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq qalan 85,272 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın öz xüsusiyyətinə, əlamətlərinə və cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyinə görə maddi sübut kimi tanınması, X2 üzərindən aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq qalan 5,686 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın və Şahid1 üzərindən aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq qalan 85,272 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın saxlanması üçün BMCMİ-yə verilməsi qərara alınmışdır. Cinayət işinin İİ cildinin 59-62-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 mart 2022-ci il tarixli, 7/257 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs və Şahid1 üzərindən götürülmüş marixuanalar tərkiblərinə görə eynidir. Cinayət işinin İİ cildinin 63-66-cı vərəqələrində olan “Əlavə maddi sübut kimi tanınma haqqında” 15 aprel 2022-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* nömrəli cinayət işi üzrə əhəmiyyət kəsb etdiyinə görə X2 üzərindən aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq qalan 5,686 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın, Şahid1 üzərindən aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq qalan 83,032 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın və Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq qalan 7,060 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın öz xüsusiyyətinə, əlamətlərinə və cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyinə görə maddi sübut kimi tanınması, X2 üzərindən aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq qalan 5,686 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın, Şahid1 üzərindən aşkar edilərək götürüimüş ekspertizadan sonra qalıq qalan 83,032 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın və Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq qalan 7,060 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın saxlanması üçün BMCMİ-yə verilməsi qərara alınmışdır. Cinayət işinin İİ cildinin 93-cü vərəqində olan “Şübhəli olan şəxsin tutulması haqqında” 05 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İİ cildinin 101-103-cü vərəqələrində olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 05 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin təhqiqatçısı X9 Azərbaycan Respublikası CPM-in 51, 86, 242-247-ci maddələrinin tələblərinə əsasən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkilləri Şahid2, Şahid3, Şahid4, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçi - X8 iştirakları ilə həmin protokolu ondan ötrü tərtib etmişdirki, Təqsirləndirilən şəxs barəsində 05 fevral 2022-ci il tarixdə saat 15:38-də şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid4 tərəfindən aparılacağı barədə məlumat verilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli cins şalvarın sol yan cibindən 4 manat pulu, əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd Samsung markalı mobil telefonu, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxararaq masanın üzərinə qoymuş və bükümün içərisində “nəşə” kimi tanıdığı narkotik vasitənin olmasını etiraf etmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən aşkar olunan 01 ədəd bükümün içərisinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin bükümün içərisində spesifik iyə məxsus narkotik vasitə marixuanaya bənzər maddələr vardır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunan 01 ədəd bükümün özünə məxsus olduğunu, narkotik vasitələrdən istifadə etdiyini, üzərindən aşkar olunan bükülünü təxminən 5 gün əvvəl “Məmmədyarov” dairəsi adlanan ərazidə tanımadığı şəxsdən aldığını, həmin şəxsdən ümumilikdə təxminən 80 qram narkotik vasitə aldığını, həmin narkotik vasitəyə görə 830 manat pul ödədiyini, aldığı narkotik vasitənin bir hissəsini dünən, yəni xx.xx.2022-ci ildə mobil telefon nömrəsinin öz telefonunda qeydiyyatı olan “Şahid1” adlı tanışına 800 manata satdığını, satdığı narkotik vasitənin təxmini çəkisinin 75 qram olduğunu, əldə etdiyi narkotik vasitədən əlavə heç kəsə satmadığını, narkotik vasitələrin satışı ilə məşğul olduğunu, narkotik vasitəni satması nəticəsində əldə etdiyi 800 manat pulu şəxsi tələbatlarına xərclədiyini, üzərindən aşkar olunan mobil telefonun özünə məxsus olmaqla istifadəsində olduğunu bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar olunmuş 01 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə marixuanaya bənzər maddələr 01 ədəd zərfin içərisində qablaşdırılmışdır. Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı aşkar edilmiş 01 ədəd mobil telefon maddi sübut əhəmiyyəti kəsb etmə ehtimalı nəzərə alınaraq götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 4 manat nağd pul vəsaitləri iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şəxsi axtarış və götürmə gündüz vaxtı, xidməti iş otağında, süni və təbii işıqlandırma şəraitində aparılmış. Şəxsi axtarış 05 fevral 2022-ci il tarixdə saat 15:55də başa çatmışdır. Şəxsi axtarış və götürmə zamanı “SONY” markalı videokameradan istifadə edilməklə video çəkilişi aparılmışdır. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edilmiş, imzalarla təsdiq edilmişdir. Cinayət işinin İİ cildinin 117-119-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 fevral 2022-ci il tarixli, 7/112 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N6" dairəvi möhür əksi “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bir ədəd büküm..." yazı və imzalar olan bir ədəd zərfdə 1 ədəd ağ rəngli sellofan kəsiyi bükümündə təmiz çəkisi 7,130 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işinin İİ cildinin 165-169-cu vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-140/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, vəsatətin təmin edilməsi, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, təqsirləndiirlən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddətinin 03 ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin 05 fevral 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin İİ cildinin 188-ci vərəqində olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin İİİ cildinin 43-44-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsinin Ambulator X1 xx.xx.2022-ci il tarixli 1939 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabinoidlərdən istifadə etmə halları olub. Hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin İİİ cildinin 46-cı vərəqində olan Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin İİİ cildinin 85-102-ci vərəqələrində olan “Sübutların qiymətləndirilməsi, əmələ hüquqi qiymət verilməsi və əməlin tövsif edilməsi haqqqında” 10 may 2022-ci il tarixli qərardan görünür ki, cinayət işinin materiallarına əlavə olunmuş Şahid1 və X2 üstünə şəxsi axtarış və götürmə, eyni zamanda avtomobilə baxış aparılmasını özündə əks etdirən 01 ədəd DVD diskin maddi sübut hesab edilməsi və cinayət işinin materiallarında saxlanılması, cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 01 ədəd DVD diskin maddi sübut hesab edilməsi və cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 01 ədəd DVD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə olan qurudulmuş marixuananın aşkar edilməsi müəyyən olundu. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirir ki, həmin narkotik vasitə olan marixuananı “Məmmədyarov” dairəsi adlanan yerdə adını bilmədiyi şəxsdən 830 manat müqabilində almışdır. Qeyd olunan narkotik vasitə olan marixuananın 75 qramını 800 manat qarşılığında Şahid1 verdiyini, əldə etdiyi həmin 800 manatı isə xərclədiyini bildirmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hal və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hal və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan - 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 05 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 7,060 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan - 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 88,00 (səksən səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X3, KOD 254005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar