Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-346/2023 03.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olmayan, Bakı şəhəri, Xətai rayonu, S.Şirvani küçəsi, ev 9,mənzil 90-da qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ziyan vurmaqla və təkrar törədilməklə ələ keçirmişdir. Belə ki, o, özgə əmlakını ələ keçirmək məqsədi ilə "xxxx" QSC-də işlədiyi müddətdə iş yoldaşı kimi tanıdığı Zərərçəkmiş şəxs2 hərracdan ucuz qiymətə “Hyundai İX 35” markalı avtomobil alacağına dair vəd verib, sonuncunun ona olan etibarından sui-istifadə edərək 2022-ci ilin noyabr ayının əvvəlində ünvan 1 ünvanında yerləşən “Sağlam Ailə” tibb mərkəzinin yaxınlığında quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsi ilə Zərərçəkmiş şəxs2 3 000 (üç min) manat pulu onun bank hesabına köçürməsinə nail olmaqla, verdiyi vədə əməl etməyib, aldatmaqla Zərərçəkmiş şəxs2 3 000 (üç min) manat məbləğində pul vəsatini ələ keçirərək dələduzluq cinayətini törətmişdir. Bundan başqa, o, özgə əmlakını ələ keçirmək məqsədi ilə iş yoldaşı kimi əvvəldən tanıdığı Zərərçəkmiş şəxs1 hərracdan ucuz qiymətə avtomobil alacağı vəd verib, ona olan etibarından suiistifadə edərək 23 noyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 3 000 (üç min) manat pulu ortaq tanışları Zərərçəkmiş şəxs2 verməklə, sonuncunun həmin tarixdə qeyd olunan məbləğdə pul vəsaitini Nərimanov rayonu ərazisində Təbriz, Ağa Nemətulla, Nazim Hacıyev və Mirzəbala Əhmədzadə küçələrinin kəsişməsində yerləşən Nərimanov parkı ərazisinin yaxınlığında quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsi ilə ona məxsus “Kapital Bank”-da olan bank hesabına köçürməsinə nail olub, vədinə əməl etmədən aldatmaqla, Zərərçəkmiş şəxs1 3 000 (üç min) manat məbləğində pul vəsaitini ələ keçirərək təkrar dələduzluq cinayətini törətmişdir. Bundan başqa o, özgə əmlakını ələ keçirmək məqsədi ilə iş yoldaşı Zərərçəkmiş şəxs2 vasitəsilə tanıdığı Zərərçəkmiş şəxs4 hərracdan ucuz qiymətə “Hyundai Sonata” markalı avtomobil alacağına dair yalandan vədlər verərək, sonuncunun ona olan etibarından sui-istifadə edərək 2022ci ilin noyabr ayının sonunda ünvan 2 ünvanında yerləşən “Baku Electronics” elektronika məhsulları mağazasının qarşısında Zərərçəkmiş şəxs4 3 500 (üç min beş yüz) manat pul almış və verdiyi vədə əməl etməyib, aldadaraq, Zərərçəkmiş şəxs4 3 500 (üç min beş yüz) manat məbləğində pul vəsaitini ələ keçirməklə təkrar dələduzluq cinayətini törətmişdir. Bundan başqa, o, özgə əmlakını ələ keçirmək məqsədi ilə iş yoldaşı Zərərçəkmiş şəxs2 vasitəsilə tanıdığı Zərərçəkmiş şəxs3 hərracdan ucuz qiymətə avtomobil alacağına dair vədlər verib, sonuncuda ona qarşı yaranmış etibarından sui-istifadə edərək 2022-ci ilin noyabr ayının sonunda ünvan 2 ünvanında yerləşən “Baku Electronics” elektronika məhsulları mağazasının qarşısında Zərərçəkmiş şəxs3 3 700 (üç min yeddi yüz) manat pul alaraq, vədinə əməl etməyib nəticədə Zərərçəkmiş şəxs3 3 700 (üç min yeddi yüz) manat məbləğində pul vəsaitini ələ keçirərək təkrar dələduzluq cinayətini törətmişdir. Bundan başqa, o, özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə müştəri kimi münasibət yaratdığı quru meyvələrin satışını həyata keçirən Zərərçəkmiş şəxs5 2022-ci ilin oktyabr ayında hərracdan hərracdan ucuz qiymətə “Volksvagen” markalı avtomobil alıb, gətirəcəyinə dair vəd verərək, Bakı şəhəri, Nərimanov rayonu, Rövşən Əliyev küçəsində yerləşən “Ulduz” metrostansiyası yaxınlığnda 3 000 (üç min)manat, sifarişlə ucuz qiymətə iki ədəd “İphone 14 Pro Max” markalı mobil telefon təqdim edəcəyinə dair yalandan vəd verərək 2022-ci ilin noyabr ayının 17-də Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində yerləşən “Abu Arena” şadlıq sarayının yaxınlığında 2 040 (iki min qırx) manat və 2022-ci ilin noyabr ayının sonunda ünvan 3 ünvanında yerləşən “Gilavar” şadlıq sarayının qarşısında 1 020 (min iyirmi) manat almaqla həmin pul vəsaitlərini ələ keçirmiş və vahid niyyətlə əhatə olunan qəsdlə törədilən cinayət əməlini davam etdirərək, 2022-ci ilin dekabr ayının əvvəlində yenidən hərracdan ucuz qiymətə əlavə “X1” və “Hyundai Sonata” markalı avtomobil gətirəcəyinə dair yenidən yalan vəd verərək, ilkin ödənis olunması bəhanəsilə özünə məxsus “Leobank” bak hesabına 1 200 ( min iki yüz) manat pul vəsaitini köçürməsinə nail olmaqla və Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində yerləşən “Abu Arena” şadlıq sarayının yaxınlığında 4 420 ( dörd min dörd yüz iyirmi) manat pulu nağd şəkildə almaqla, verdiyi vədlərə əməl etməyib, aldadaraq nəticədə Zərərçəkmiş şəxs5 ümumilikdə 11 680 (on bir min altı yüz səksən) manat məbləğində pul vəsaitini ələ keçirərək, xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq cinayətini törətmişdir. Bundan başqa o, özgə əmlakını ələ keçirmək məqsədi ilə əvvəldən tanıdığı Zərərçəkmiş şəxs6 işlədiyi Bakı şəhəri, Nərimanov rayonu, F.Xoyski küçəsi, 108 ünvanında yerləşən avtoyuma məntəqəsinə müştəri qismində gələrək, sonuncunu hərracdan ucuz qiymətə avtomobil alacağı vədi ilə aldadıb, ona olan etibarından sui-istifadə edərək, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs6 həmin avtoyuma məntəqəsində nağd şəkildə 100 (yüz) manat məbləğində pul vəsaitini ələ keçirmiş və xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, F.Xoyski küçəsi, 108 ünvanında yerləşən “Econom” marketə quraşdırılmış ödəniş terminalı vasitəsi ilə 700 (yeddi yüz) manat pulun Zərərçəkmiş şəxs6 onun bank hesabına köçürməsinə nail olmaqla, həmin məbləğdə pul vəsaitini ələ keçirib, vədinə əməl etməyərək, nəticədə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs6 800 manat məbləğində pulunu ələ keçirərək, təkrarən dələduzluq cinayətini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Mühman oğlu Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2018-ci ilin iyun ayından "xxxx" QSC-nə anbardar köməkçisi vəzifəsinə işə düzəlmiş və xx.xx.2023-ci il tarixdə işlədiyi vəzifə ixtisara düşdüyü üçün işdən çıxmışdır. "xxxx" QSC-də anbardar köməkçisi işlədiyi zaman müştərilərdən 13 (on üç) ədəd “İphone” markalı mobil telefon, 02 (iki) ədəd “Xiaomi” markalı mobil telefon, 01 (bir) ədəd “Samsung” markalı mobil telefon, 02 (iki) ədəd “İphone” markalı simsiz qulaqcıq və 01 (bir) ədəd “İphone” markalı qol saatını alıb anbara təmir olunmaq üçün təhvil vermişdir. Həmin cihazlar təmir olunduqdan sonra onları müştərilərə geri qaytarmaq üçün anbardan almış, lakin müştərilərə geri qaytarmayaraq satıb əldə etdiyi pulları şəxsi məqsədləri üçün xərcləmiş və nəticədə "xxxx" QSC-nə 44740,00 (qırx dörd min yeddi yüz qırx) manat ziyan vurmaqla həmin məbləğdə pulu ələ keçirmişdir. Zərərçəkmiş şəxs6 təxminən 1-2 il bundan əvvəl onun işlətdiyi ünvan 4 ünvanda yerləşən avtoyuma məntəqəsinə müştəri qismində getdiyi zaman tanımışdır. Həmin avtoyuma məntəqəsində olan zaman Zərərçəkmiş şəxs6 hərracdan ucuz qiymətə avtomobil ala biləcəyini bildirmişdir. Vüsal onunla razılaşmış və xx.xx.2023-cü il tarixdə ona 100 manat nağd şəkildə pul vermişdir. xx.xx.2023-cü il tarixdə isə Vüsal bu məqsədlə onun adına olan “Leobank”a aid 4098 5844 6889 4272 nömrəli kartına 700 manat pul köçürmüş və həmin tarixdə həmin kartından Vüsalın ona göndərdiyi 700 manat pulu çıxardıb şəxsi ehiyaclarına xərcləmişdir. Zərərçəkmiş şəxs1 hər hansı bir məbləğdə pul almamışdır. Zərərçəkmiş şəxs2, Ramin Hüseynova və Azər Salahova xarici ölkədə hərraca çıxarılmış avtomobil gətizdirəcəyini bildirərək Zərərçəkmiş şəxs2 təxminən 3000 (üç min) manat, Ramin Hüseynovdan 9000 (doqquz min) manat, Azər Salahovdan təxminən 1500 (min beş) manat, həmin zaman qeyd etdiyi şəxslərin yanında olmuş hazırda adını xatırlamadığı şəxsdən isə 1850 (min səkkiz yüz əlli) manat almışdır. Lakin adını xatırlamadığı şəxs şikayət etməmişdir. Həmin şəxslərdən aldığı puldan 4500 (dörd min beş yüz) manat qaytarmışdır. Hazırda həmin şəxslərə 12850 (on iki min səkkiz yüz əlli) ödəməlidir. Tələbə yoldaşının qohumu olan Zərərçəkmiş şəxs5 2022-ci ilin oktyabr ayında iki ədəd “İphone” markalı telefon, “Wolkswaqen Passat”, “Hyundai Sonata” və “X2” markalı avtomobilləri gətirəcəyini vəd edərək həmin telefon və avtomobillərin razılaşdıqları ümumi dəyərinin 30%-ni, yəni 11680 manat məbləğində pulu ondan almışdır. "xxxx" QSC-nə anbardar köməkçisi vəzifəsinə işə düzəldiyi zaman onunla əmək müqaviləsi bağlanmış, lakin tam maddi məsuliyyət haqqında müqavilə bağlanmamışdır. İşə götürlməsi haqqında əmək müqaviləsini imzalamışdır. 44740 manat dəyərində qeyd olunan cihazları təkbaşına olaraq ələ keçirib sataraq pullarını ələ keçirmişdir. "xxxx" QSC-nin hər hansı bir işçisi, yaxud kənar bir şəxs ona kömək etməmişdir. Cihazları "xxxx" QSC-nin anbarından təvil alandan sonra 2022-ci ilin sentyabr ayından başlayaraq ixtisara düşdüyü 2023-cü ilin fevral ayına kimi olan müddət ərzində "xxxx" QSC-nin anbarından təvil alandan sonra onları “Neftçilər” metrosunun yaxınlığında “Rahat” marketin yanında olan lombarda qoyub pul götürmüşdür. Lombarda pul ödənişi etməyinin vaxtı çatanda pulu ödəyə bilmədiyindən, həmin cihazlar lombarda tərəfindən satışa çıxarılmışdır. Təxminən 1-2 ədəd “İphone” markalı mobil telefonu ayrı-ayrı şəxslərə satmışdır. Qeyd olunan cihazları lombarda verən zaman lombardla onun arasında rəsmi sənədləşdirmə aparılmışdır. Lakin həmin sənədlər onda qalmamışdır və onları istintaq təqdim edə bilməz. Həmin cihazları satıb "xxxx" QSC-də, səhv etmirəsə, sürücü işləyən Sadiq adlı şəxsdən borc aldığı 3000 (üç min) manatı, Sadiqin dostu və onun vasitəsi ilə tanıdığı Dadaş adlı şəxsdən borc aldığı 1850 (min səkkiz yüz əlli) manat pulu qaytarmış, qalan pulları isə xərcləmişdir. Sadiqin və Dadaşın ata adını, soyadını, ünvanlarını, mobil telefon nömrələrini bilmirəm. Çünki onlara olan borcunu qaytardıqdan sonra telefon nömrələrini telefonundan silmişdir. Etdiyi əməldən peşmandır, azadlığa çıxarsa zərəri ödəməyə söz verir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, təxminən 2 ildir ki, Nərimanov rayonu, F.Xoyski küçəsi, 108 ünvanında yerləşən avtoyuma məntəqəsində yuyucu işləyir. Avtoyuma məntəqəsinin yaxınlığında yerləşən “Samsung” şirkətinə aid “Texno Servis” adlı mobil telefonların təmiri servisində usta işləyən Təqsirləndirilən şəxs avtombilini yuyulması üçün işlədiyi məntəqəyə gətirirmiş. Təxminən 3 ay əvvəl Vüsala kredit yolu ilə avtomobil almaq istədiyini bildirmişdir. Vüsal isə ona bildirmişdir ki, kreditlə alma, tanıdığı dövlət idarəsi var, orada hərraca ucuz qiymətə avtomobil çıxarılır, ona köməklik edər, alar. 2023-cü ilin yanvar ayında Vüsal “Hyundai Sonata” markalı avtomobilin 4500 manata hərraca çıxarılacağını, lakin avtomobilin hərraca çıxarılması üçün 800 manat pul ödənilməli olduğunu və 10 gün müddətinə avtomobilin alınacağını bildirmişdir. Onunla razılaşaraq xx.xx.2023-cü il tarixdə işlədiyi yerdə Vüsala nağd olaraq 100 manat pul vermiş, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, F.Xoyski küçəsi, 108 ünvanında yerləşən “Econom” marketdə quraşdırılmış ödəniş terminalı vasitəsi ilə Vüsala məxsus “Leobank”a aid olan kart hesabına 700 manat pul göndərmişdir. Bir həftə sonra Vüsal yenidən onun iş yerinə gəlmiş, orada ondan işin nə vəziyyətdə olmasını soruşduqda, 2-3 gün ərzində alınacağını bildirmişdir. Sonuncu dəfə gördükdən sonra onun işlədiyi servis köçürülmüş və onu görməmişdir. Bundan sonra onunla bir neçə dəfə əlaqə saxlayaraq iş alınmadığı üçün pulunu geri tələb etdikdə müxtəlif bəhanələr gətirərək və telefon zənglərinə cavab verməyərək pulu geri ödəməkdən boyun qaçırmışdır. Təqsirləndirilən şəxs onu aldatması nəticəsində ona 800 manat miqdarda maddi ziyan dəymişdir.Zərər ödənilməyib, hazırda şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2016-cı ildən "xxxx" QSC-da quraşdırıcı usta vəzifəsində işləyir. Təqsirləndirilən şəxs da həmin QSC-də anbardar köməkçisi vəzifəsində işləmişdir. Ona görə də, Vüsalı tanımışdır. İş yoldaşı kimi münasibətləri olmuşdur. Bundan başqa, həmin QSC-də Zərərçəkmiş şəxs2 da işləyir və hal-hazırda onun iş yoldaşıdır. İş yoldaşı kimi münasibətləri normaldır. 2022-ci ilin sentyabr, ya da oktyabr aylarında söhbət zamanı Zərərçəkmiş şəxs2 bildirmişdir ki, iş yoldaşları Təqsirləndirilən şəxs qaynatası İqtisadiyyat Nazirliyində işləyir. Vüsal hərraca çıxarılan avtomobillərin alınmasında kömək edə bilər. Sadiq həmin zaman bildirmişdir ki, Vüsal ona avtomobil alınmasında kömək edəcəyini demişdir. Ona görə də, özü də hərraca çıxarılan avtomobil almaq qərarına gəlmiş və bununla əlaqədar Təqsirləndirilən şəxslə görüşüb bu barədə onunla söhbət etmişdir. Vüsal demişdir ki, bununla əlaqədar ona kömək edəcəkdir, amma bunun müqabilində 3000 (üç min) manat pul verməli olduğunu bildirmişdir. Vüsalla razılaşmışdır. Ona görə də, Çingiz işlə əlaqədar çıxa bilmədiyi üçün ortaq tanışları olan Zərərçəkmiş şəxs2 xx.xx.2022-ci il tarixdə 3000 (üç min) manat pul və Vüsalın ona verdiyi nömrəsi yadında qalmayan kartın nömrəsini vermişdir ki, həmin pulu qeyd etdiyi kart hesabına köçürsün. Zərərçəkmiş şəxs2 da Çingizin ona verdiyi 3000 (üç min) manat pulu Nərimanov rayonu ərazisində Təbriz, Ağa Nemətulla, Nazim Hacıyev və Mirzəbala Əhmədzadə küçələrinin kəsişməsində yerləşən Nərimanov parkı ərazisinin yaxınlığında quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsi ilə Vüsala məxsus “Kapital Bank”-da olan bank hesabına köçürmüşdür. Pulu Vüsala verdikdən sonra avtomobillərin hərraca çıxarılması məsələsinin nə yerdə olduğunu soruşanda, o, həmişə bildirirmişdir ki, sənədlər hazırdır, qaynatası orada işləyir, məsələ tezliklə həll olunacaqdır. Vüsldan hərraca cıxarılan avtomobillə maraqlanıb soruşanda o, hər dəfə müxtəlif bəhanələr gətirərək vaxtı uzatmışdır. 2022-ci ilin dekabr ayında başa dümüşdür ki, Vüsal onu aldatmışdır. Ona görə də, ondan pulumu tələb etməyə başlamışdır. Bu zaman Vüsal bildirmişdir ki, pulunu verəcəkdir, indi pulu yoxdur, onu da aldatmışlar. Məcbur olub Təqsirləndirilən şəxs barəsində Nərimanov RPİ-nin 18-ci PŞ-nə ərizə ilə şikayət etmişdir. Zərər ödənilməyib, hazırda şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2017-cı ildən "xxxx" QSC-da ekspeditor vəzifəsində işləyir. Təqsirləndirilən şəxs da həmin QSC-də anbardar köməkçisi vəzifəsində işləmişdir. Ona görə də, Vüsalı tanımışdır. İş yoldaşı kimi münasibətləri olmuşdur. 2022-ci ilin təxminən sentyabr ayında Təqsirləndirilən şəxslə söhbət zamanı o bildirmişdir ki, qaynatası İqtisadiyyat Nazirliyində işləyir, hərraca çıxarılan avtomobillərin alınmasında kömək edə bilər. Ona görə də, hərraca çıxarılan avtomobil almaq qərarına gəlmiş və bununla əlaqədar Təqsirləndirilən şəxslə bu barədə söhbət etmişdir. Vüsal ona demişdir ki, bununla əlaqədar ona kömək edəcəkdir, amma bunun müqabilində 3000 (üç min) manat pul verməli olduğunu bildirmişdir. Vüsalla razılaşmışdır. Vüsal ona “Hyundai İX 35” markalı alacağını vəd etmişdir. 2022-ci ilin noyabr ayının əvvəlində Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 10 ünvanında yerləşən “Sağlam Ailə” tibb mərkəzinin yaxınlığında quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsi ilə Vüsalın ona verdiyi kart hesabına 3000 (üç min) manat pul köçürmüşdür. Bundan sonra Vüsalla əlaqə saxlayıb pulu onun kartına köçürdüyünü demiş və Vüsal da bu zaman pulun ona köçürülməsi barədə “sms” gəldiyini bildirərək pulu aldığını təsdiq etmişdir. Pulu Vüsala verdikdən sonra avtomobillərin hərraca çıxarılması məsələsinin nə yerdə olduğunu soruşanda, o, həmişə bildirmişdir ki, sənədlər hazırdır, qaynatası orada işləyir, məsələ tezliklə həll olunacaqdır. Vüsaldan hərraca cıxarılan avtomobillə maraqlanıb soruşanda o, hər dəfə müxtəlif bəhanələr gətirərək vaxtı uzatmışdır. Sonra başa düşmüşdür ki, Vüsal onu aldatmışdır. Ona görə də, ondan pulunu tələb etməyə başlamışdır. Bu zaman Vüsal bildirmişdir ki, pulunu verəcəkdir, indi pulu yoxdur, onu da aldatmışlar. Zərər ödənilməyib, hazırda şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə dostu Zərərçəkmiş şəxs2 vasitəsi ilə tanış olmuşdur. Belə ki, Zərərçəkmiş şəxs2 "xxxx" QSC-də işləyir. Sadiq ona bildirmişdir ki, iş yoldaşı Təqsirləndirilən şəxs qaynatası İqtisadiyyat Nazirliyində işləyir, hərraca çıxarılan avtomobillərin alınmasında kömək edə bilər. Sadiq Vüsalın ***-***-**-** mobil telefon nömrəsini ona vermişdir. Vüsalla danışmış, bundan sonra hərraca çıxarılan avtomobil almaq qərarına gəlmiş və bununla əlaqədar Təqsirləndirilən şəxslə 2022-ci ilin noyabr ayının sonunda ünvan 2 ünvanında yerləşən “Baku Electronics” elektronika məhsulları mağazasının qarşısında görüşmüşdür. Həmin zaman Ramil Vüsala hərracdan ona ucuz qiymətə avtomobil almaq üçün 3 700 (üç min yeddi yüz) manat pul vermişdir. Sonra Vüsal verdiyi vədinə əməl etməmiş və onun telefon zənglərinə cavab verməmişdir. Zərər ödənilməyib, hazırda şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, quru meyvə satışı ilə məşul olan dükanda işləyir. 2022-ci ilin payız aylarında həmin dükanda olan zaman müştərilərin söhbəti zamanı onlardan Vüsal adlı şəxsin auksiondan maşın və telefon çıxarıb ucuz qiymətə əldə etməyə köməklik edə bildiyini eşitmişdir. Özünə maşın almaq istədiyi üçün Vüsalın mobil telefon nömrəsini həmin zaman tanımadığı müştəridən alıb Vüsalla əlaqə saxlayaraq Nərimanov parkında onunla görüşmüşdür. Bu zaman Vüsal ona “VVolksvagen” markalı maşının olduğunu bildirmişdir. Hal-hazırda auksionda satışdadır. Həmin maşının 9 000 manata olduğunu demişdir. Maşını alacağı təqdirdə 1000 manat isə Vüsal hörmət edəcəkmiş. Səhəri gün Vüsal ilə görüşüb Ulduz metrosunun yanına getmişdir. Ulduz metrosunun yanında Vüsal ona bir “Vvolksvagen” markalı maşını göstərmişdir. Baxandan sonra maşını bəyənmişdir. Bundan sonra Vüsal ilə razılaşmışdır. Vüsal ona bildirmişdir ki, hərrac noyabr ayının sonunda olacaqdır. Bundan sonra Vüsal ilə razılaşandan sonra Ulduz metrosunun yanında Vüsala 3 000 manat pul vermişdir. Çünki Vüsal ilkin olaraq maşının 33 faizinin ödənilməli olduğunu bildirmişdir. Bundan sonra hərrac tarixini gözləməyə başlamışdır. Noyabr ayında Vüsal ona bildirmişdir ki, telefon işləri ilə məşğuldur. Bundan sonra Vüsala bildirmişdir ki, ona İphone 14 Pro Max markalı telefon lazımdır. Vüsal bildirmişdir ki, həmin model telefonundan varıdır və 2 040 manata satdığını demişdir. Bundan sonra Vüsal ilə razılaşmışdır. Vüsal ona 2022-ci ilin oktyabr ayında hərracdan hərracdan ucuz qiymətə “Volksvagen” markalı avtomobil alıb, gətirəcəyinə dair vəd verdiyi üçün Bakı şəhəri, Nərimanov rayonu, Rövşən Əliyev küçəsində yerləşən “Ulduz” metrostansiyası yaxınlığında 3 000 (üç min), sifarişlə ucuz qiymətə iki ədəd “İphone 14 Pro Max” markalı mobil telefon təqdim edəcəyinə dair vəd etdiyi üçün 2022-ci ilin noyabr ayının 17-də Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində yerləşən “Abu Arena” şadlıq sarayının yaxınlığında 2 040 (iki min qırx) manat və 2022-ci ilin noyabr ayının sonunda ünvan 3 ünvanında yerləşən “Gilavar” şadlıq sarayının qarşısında 1 020 (min iyirmi) manat pul vermişdir. Vüsal 2022-ci ilin dekabr ayının əvvəlində yenidən hərracdan ucuz qiymətə əlavə “X1” və “Hyundai Sonata” markalı avtomobil gətirəcəyinə dair yenidən vəd verdiyi üçün, ilkin ödənis kimi Məhəmmədəli Vüsala məxsus “Leobank” bak hesabına 1 200 ( min iki yüz) manat pul köçürmüşdür. Bundan sonra Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində yerləşən “Abu Arena” şadlıq sarayının yaxınlığında o, Vüsala 4 420 ( dörd min dörd yüz iyirmi) manat pulu nağd şəkildə vermişdir. Lakin Vüsal ona yeni telefon verməmişdir. Bundan sonra Vüsal ilə maşınlar barəsində əlaqə saxlamağa başlamışdır. Vüsal bidirmişdir ki, qaynatası auksiona nəzarətdə işləyir, işləri o görür. Yaxın zamanda həll olacaqdır. Lakin buna baxmayaraq bü günə kimi Vüsal nə ona vəd etdiyi maşınları gətizdirmiş, nə də ki, pulunu geri qaytarmamışdır. Vüsal ümumilikdə onun 11 680 manat pulunu ələ keçirmişdir. Bundan sonra eşitmişdir ki, Vüsal başqa bir neçə nəfəri də maşın gətizdirmək adı ilə aldadıb pullarını ələ keçirmişdir. Zərər ödənilməyib, hazırda şikayətçidir. Məhkəmə iclasına zərərçəkmiş şəxs qismində çağırılmış Zərərçəkmiş şəxs4 oglunun məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduqları ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Şübhəli şəxsin tutulması haqqında” haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 16:00-da şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-416/2023 nömrəli, 30 mart 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəlinin 28 mart 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. “maddi sübut kimi tanıma haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs6 ünvan 5 ünvanda yerlşən “Ekonom Market”də olan “eManat” terminalından xx.xx.2023-cü il tarixdə saat 16:41-də müştəri Təqsirləndirilən şəxs məxsus “Leo Bank”a aid 68894272 nömrəli kart hesabına 700 (yeddi yüz) manat miqdarında pul köçürülməsinə dair ödəniş qəbzi cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. İfadənin yerində yoxlanması barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Nərimanov istirahət parkının qarşısında “Nərimanov” metro stansiyasının yanında yerləşən “Baku Elektroniki”in qarşısında yoxlanılan zaman ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs4 ilə həmin yerdə görüşüb ona 2022-ci ilin dekabr ayında hərracdan “Hyundai” markalı avtomobil düzəldəcəyini vəd edərək edərək ondan 3500 (üç min beş yüz) manat pul almışdır. Bundan başqa, həmin yerdə 2022-ci ilin noyabr ayının sonunda Zərərçəkmiş şəxs3 ilə görüşərək ona hərracdan maşın “Hyundai” markalı maşın alınmasında kömək edəcəyini vəd edib ondan 3700 (üç min yeddi yüz) manat pul almışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Həmin Qərarın 34-cü bəndində göstərilir ki, CM-in 34.2-ci maddəsinin tələblərinə uyğun olaraq qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən dələduzluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş dələduzluq (CM-in 178.2.1-ci maddəsi) hesab edilir. Məhkəmələrə tövsiyə edilmişdir ki, həm qabaqcadan əlbir olmuş bir qrup şəxs, həm də mütəşəkkil dəstə tərəfindən törədilmiş dələduzluq cinayətlərinə dair işlərə baxarkən hər bir təqsirləndirilən şəxsin cinayətin obyektiv cəhətinin icrasına yönəlmiş konkret hərəkətlərinin nədən ibarət olmasını və bunu təsdiq edən sübutları tam və hərtərəfli araşdırsınlar və yekun məhkəmə aktlarında araşdırılmış sübutlara istinad etməklə təqsirləndirilən şəxslərin hər birinin təqsirlilik dərəcəsini müəyyən etsinlər. Qanunvericiliyin bu tələblərinə, həmçinin, iştirakçılıqla törədilmiş dələduzluğa dair işlərə baxılarkən də əməl edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə; xeyli miqdarda ziyan vurmaqla törədildikdə— dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Məhkəmə, həmçinin, hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən, yəni 28 mart 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış ünvan 5 ünvanda yerlşən “Ekonom Market”də olan “eManat” terminalından xx.xx.2023-cü il tarixdə saat 16:41-də müştəri Təqsirləndirilən şəxs məxsus “Leo Bank”a aid 68894272 nömrəli kart hesabına 700 (yeddi yüz) manat miqdarında pul köçürülməsinə dair ödəniş qəbzi cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180( yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq 25 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 28 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut – ünvan 5 ünvanda yerlşən “Ekonom Market”də olan “eManat” terminalından xx.xx.2023-cü il tarixdə saat 16:41-də müştəri Təqsirləndirilən şəxs məxsus “Leo Bank”a aid 68894272 nömrəli kart hesabına 700 (yeddi yüz) manat miqdarında pul köçürülməsinə dair ödəniş qəbzi cinayət işinin materiallarında saxlanılsın. 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 30 (otuz) saat üçün cəmi 180 (yüz səksən) manat dövlət büdcəsindən tutularaq 25 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim :Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-346/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-346/2023
03.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver