Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-347/2025 25.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Hadı Mircəlal Mirşamil oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs Sərdar qızının, Müdafiəçi – “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1964-cü ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Füzuli rayonu Qoçəhmədli kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İttiham orqanı tərəfindən verilmiş ittihama əsasən, Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 28 aprel 2023-cü il tarixdə, saat 17:00 radələrində ünvan 2 yerləşən fərdi yaşayış evinin həyətində qonşusu Zərərçəkmiş şəxs Sərdar qızı ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində, yəni aralarında olan razılaşmaya uyğun olaraq şərikli olaraq inşa etdikləri və sonuncunun faktiki olaraq yaşadığı ünvan 2 ünvanındakı fərdi yaşayış evinə dair əmlak iddiaları ilə bağlı yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs əlində olan istintaqla müəyyən edilməyən küt əşya ilə bir dəfə qəsdən vuraraq ona sol bazu oynağının ön səthinin, sol bazunun orta üçdə birinin bayır səthinin, sol budun orta üçdə birinin iç səthinin, sol baldırın aşağı üçdə birinin iç səthinin qançırları ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmiş, bundan sonra öz hərəkətlərini davam etdirib əlində olan istintaqla müəyyən edilməyən küt əşya ilə sonuncunun sol təpə nahiyəsində bir dəfə qəsdən vuraraq ona sol təpə nahiyəsinin əzilmiş yarası ilə nəticələnən xəsarət yetirməklə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Bundan başqa o, təkrarən 16 sentyabr 2023-cü il tarixdə, saat 19 radələrində ünvan 2 yerləşən fərdi yaşayış evinin həyətində qonşusu Zərərçəkmiş şəxs Sərdar qızı ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində, yəni aralarında olan razılaşmaya uyğun olaraq şərikli olaraq inşa etdikləri və sonuncunun faktiki olaraq yaşadığı ünvan 2 ünvanındakı fərdi yaşayış evinə dair əmlak iddiaları ilə bağlı yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs əlində olan maşa ilə qəsdən baş nahiyəsindən vuraraq ona qapalı kəlləbeyin travması, sağ gicgah-təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, boyun nahiyəsinin sıyrıqları, sağ və sol saidin, sağ budun qançırları ilə nəticələnən xəsarət yetirməklə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs hazırda onunla qonşu olsa da, Nərgizi təxminən 5-6 ilə yaxın müddətdir arvadı Səkinənin vasitəsi ilə tanımışdır. Nərgiz arvadı Səkinə ilə rəfiqə olmuş və bu vasitə ilə onlar ailəvi olaraq tanış olmuş, mütəmadi olaraq bir- birilərinin evinə gedib gəlmişlər. Yaşadığı evin yaxınlığında boş torpaq sahəsi olmuş və 2022-ci ilin əvvəllərində həmin torpaq sahəsində ümumi sahəsi 80 kvadrat metr olan fərdi yaşayış evi tikib satmaq istəmişdir. Buna görə də Zərərçəkmiş şəxs ilə razılaşmışlar ki, evin tikintisinə lazım olan maliyyə vəsaitini verəcək, o, isə evin tikintisi ilə məşğul olacaq, evin tikintisi başa çatdırılıb satıldıqdan sonra əldə olunan gəlir aralarında bölünəcəklər. 2022-ci ilin may ayında onlar evin tikintisinə başlamışlar. Tikinti təxminən 2 ay davam etmiş və evin bir hissəsinin tikintisi başa çatmışdır. Bu proses ərzində də Nərgiz tikinti üçün ona ümumilikdə 13450 manat pul vermişdir. 2022-ci ilin avqust ayında Nərgiz bildirmişdir ki, tikilməkdə olan evi özü almaq istəyir. O, buna etiraz etməmiş və razılaşmışlar ki, tikinti başa çatdıqdan sonra Nərgiz ona yekun olaraq 25000 manat pul verərək evi alacaqdır. 2022-ci ilin dekabr ayında Zərərçəkmiş şəxs evin təmir işlərini yekunlaşdıraraq evə köçmüşdür. Bundan sonra o Nərgizdən 25000 manatı istədikdə Nərgiz pulu verməkdən imtina edərək, onların borclu olduğunu bildirmişdir. 2022ci ilin dekabr ayından hazırkı müddətə kimi Nərgiz birlikdə tikdirdikləri həmin evdə yaşasa da, ona verməli olduğu 25000 manat pulu qaytarmamışdır. 28 aprel 2023-cü il tarixdə saat təxminən 15 radələrində yaşadığı evdə olarkən işıq idarəsinin işçilərinin Nərgizin yaşadığı həmin evə onun məlumatı olmadan qanunsuz olaraq sayğac quraşdıraraq işıq çəkdiklərini görmüşdür. İşıq idarəsinin işçiləri isə Nərgiz birlikdə tikdirdikləri həmin evə göstəriş üzrə işıq xətti çəkmək üçün gəldiklərini bildirmişlər və işıq xəttini sayğacsız qoşaraq getmişlər. Bundan sonra yaşadığı evin həyətinə daxil olmuşdur. Zərərçəkmiş şəxs quraşdırdığı paltar asılmaq üçün nəzərdə tutulmuş ip onların yaşadı evin həyətindən keçdiyindən o, əsəbiləşərək, Nərgizin ona qarşı hörmətsizliyini qəbul etmədiyimdən həmin ipin dəmir başlığını yaşadığı evin hasarından açmışdır. Həmin vaxt Nərgiz yaşadığı evin onun yaşadığı evin həyətinə tərəf açılan pəncərəsindən telefonla onu çəkib ona və ailəsinə qarşı nalayiq ifadələr işlədərək onları tutdurmaqla hədələmişdir. O isə ipi açaraq dəmir başlığı ilə birlikdə Nərgizin yaşadığı evin pəncərəsinin qarşısına qoymuşdur. Həmin vaxt Nərgiz dəmir roliki arvadı Səkinəyə tərəf atmış və ipin dəmir başlığı Səkinəyə dəyərək xəsarət yetirmişdir. O isə buna mane olmaq istəmiş, buna görə də əli ilə ipin dəmir başlığının qarşısını almağa çalışmışdır. Həmin vaxt Nərgiz evindəki ətir şüşələri ilə Səkinəni vurmaq üçün həmin şüşələri Səkinəyə tərəf atmış və həmin şüşələr Səkinəyə dəymişdir. Nərgiz dəmir başlıq ilə bir neçə dəfə Səkinəni vurmağa cəhd etsə də, o, mane olmuşdur. Lakin, Zərərçəkmiş şəxs vurub xəsarət yetirməmişdir. Lakin, sonradan onun müraciətindən sonra çəkilmiş işıq xətti sökülmüşdür. Aralarında olan münaqişəyə səbəb Nərgizin onu və ailə üzvlərini söyüb təhqir etməsi olmuşdur. O, Zərərçəkmiş şəxs heç bir xəsarət yetirməmişdir. Əksinə, Nərgiz onun arvadı Səkinəyə xəsarət yetirmişdir. Mübahisə yaşadığı evin həyətində baş verdiyindən ətrafda heç kim olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 18:55-də Nərgiz onun həyətinə hücum çəkərək qızı Nəzakəti əlində olan dəmir parçası ilə vurmaq istəmişdir. Həmin vaxt zaman həyat yoldaşı Səkinə dəmir parçasını Nərgizin əlindən almaq istəmişdir. Qonşuluqda yaşayan Mətanət və Aləmzər adlı xanımlar Nərgizi sakitləşdirmişdir. O evə gəlib çatanda hadisə artıq başa çatmışdır. Nərgiz barəsində göstərdikləri şər və böhtandır. Çünki həmin vaxtı o, evdə olmamış, dava-dalaş başa çatandan sonra gəlmişdir. Hadisə saat 18:55-də baş vermişdir. O, həmin vaxt Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektində olan “Hyundai servisin” yanından keçib qonşuluqda olan Xırdavat mağazasında olmuşdur. Oradan tikintidə istifadə olunan mişar almışdır. O, “Hyundai servisin” müşahidə kameralarında düşmüşdür. Təxminən 15-20 metr qalmış hadisəni ona qonşuluqda yaşayanlar demişlər. O, Nərgizi vurmamış, heç bir xəsarət yetirməmişdir. Nərgizin məqsədi ona olan borcunu verməməkdir və dəfələrlə onu şərləyib tutduracağını demişdir. Əksinə xx.xx.2023-cü il tarixdə baş vermiş dava-dalaş zamanı Nərgiz arvadı Şahid3 əlində olan dəmir maşa ilə vurub xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs onun barəsində göstərdikləri şər və böhtandır. Məhkəmənin suallarına cavab olaraq, ilkin ibtidai istintaq zamanı verdiyi ifadələrini və hadisənin gedişatını tam xatırlamadığını, lakin hadisə vaxtı Nərgizin yıxıldığını, onun baş nahiyəsinə hər hansı predmet atmadığını bildirmişdir. Əlavə olaraq, həmin evi özü tikdiyi üçün yerdən hündürlüyünün dəqiq şəkildə 3 kubik hündürlüyündə, yəni 60 cm məsafədə olduğunu bildirmişdir. İlkin epizod zamanı qızının hadisə yerində olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində hadisə günü dəmir başlığın iplə birlikdə Nərgizin əlində olduğunu, həmin vaxt Nərgizin ipi çəkmək istəyərkən yıxıldığını bildirmişdir. (Məhkəmə iclasında verdiyi ifadəsində hadisənin üzərindən uzun müddət keçdiyi üçün hadisələri dəqiq xatırlamadığını qeyd etmişdir) Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Sərdar qızı ifadəsində göstərmişdir ki, ünvan 2 ailəsi ilə birlikdə yaşayır. Şahid3 Adışirin qızını təxminən 7 ildir ki, tanıyır. Səkinə ilə uzun müddət rəfiqə olmuşdur. 2022-ci ildə Səkinə ondan bir neçə dəfə borca pul istəmiş, daha sonra torpaq sahəsini satmağı təklif etmişdir. Daha sonra 20 000 manata ev tikməyə, qalan vəsaiti də hissə-hissə ödəməyə razılaşmışlar. Təxminən 9 aydan sonra evin tikintisinin bitmədiyini görmüş və mübahisələri başlamışdır. Məcbur olub banka müraciət etmiş və 12.500 manat bankdan kredit götürmüşdür. Həmin puldan 5000 manatını Səkinə ilə Çingizə torpağa görə vermiş, Çingizin evin tikintisi üçün ümumilikdə 13.500 manat pul xərclədiyini başa düşmüşdür. Daha sonra evin tikintisini özü davam etməyə başlamışdır. Bitirdikdən sonra evə köçərək yaşamağa başlamışdır. İşıq pulunun ödənişində mübahisələr olduğundan o, ayrıca öz adına işıq xətti çəkdirmək istəmişdir. 28 aprel 2023-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları onun yaşadığı evə gəlmişlər və işıq sayğacı quraşdırmaq istəyən zaman Çingizlə Səkinə mübahisə yaradaraq işıq sayğacı qoyulmasına mane olmuşdur. Həmin günü saat 16:30 radələrində evdə olan zaman həyətdən səs gəldiyini görmüş, pəncərəyə çıxan zaman Çingizinin paltar asmaq üçün divara bərkidilmiş ipi kəsdiyini görmüşdür. Həmin vaxtı qısa-qısa videoları qeydə almışdır. Daha sonra Çingiz ipi divara bərkitmək üçün olan diyircəyi (roliki) birdəfə götürüb onun üzərinə atmışdır. Çingiz roliki birinci dəfə atanda, həmin rolik evin döşəməsinə düşmüşdür. Hətta həmin vaxt evin divarına zədə yetirilmişdir. Daha sonra ona irad bildirib, niyə roliki evə atdığını bildirib həmin roliki götürüb onlara tərəf atmışdır. Həmin sağ tərəfdə kişi, ortada qızı, sağ tərəfdə isə Səkinə dayanmışdır. Bu vaxt daha Səkinə ona taxta parçası atmış və həmin taxta parçası evin içinə düşmüşdür. Refleks olaraq, qarşılıq vermək üçün Səkinəyə həmin vaxt termonun üzərində olan ətir şüşələrini götürüb atmışdır. Daha sonra arvad (Səkinə) roliki götürüb bir daha atmış və döşəmənin üstünə düşmüşdür. Bu zaman geri qaytarmaq istəyəndə, bilmədiyi bir səbəbdən anidən yıxılmışdır. (xx.xx.2025-ci il tarixli məhkəmə iclası 28.30-cu dəqiqədən sonra) Bir neçə dəqiqədən sonra özünə gəlmişdir. Özünə gələndən sonra görmüşdür ki, yer qandır. Daha sonra durub gedib divanda oturmuş və bu zaman divar da qan olmuşdur. Həmin vaxt Çingizin qızı heç bir şey atmamışdır. Özünə gəldikdən sonra hüquq mühafizə orqanlarına məlumat vermişdir. Daha sonra onu X14 avtomobili ilə xəstəxanaya aparmışlar və başına tikiş qoyulmuşdur. 2023-cü ilin sentyabr ayının əvvəllərində Səkinə onun evinin kanalizasiyanı bağlatdırmışdır. xx.xx.2023-cü il tarixində Səkinə evində istifadə etdiyi çirkli suyu onun evinin pəncərəsindən içəri tökmüşdür. Saat 18:30 radələrində Səkinə onun evinə su tökdüyünə görə sonuncunun həyətinə getmişdir. Səkinə həmişə kanalizasiyanı açaraq oradan su qabına yığaraq onun evinin pəncərəsindən içəri tökmüşdür. Bu saman Səkinənin bəzi əşyaları onun yaşadığı evin divarından asdığını görmüş və həmin vaxt sağ əli ilə divardan asılmış maşanı götürüb evinin divarında olan bəzi əşyaları divardan qoparmağa çalışmışdır. Səkinənin qızı Nəzakət onun üstünə gəldiyi üçün o. Nəzakəti kənara itələmişdir ki, çirkli suyu götürüb sonuncuların evinin pəncərəsinə vursun. Həmin vaxt Səkinə arxa hissədən onun saçından tutaraq dartmış, Nəzakət də orda olan çirkli suyu götürüb anası Səkinəyə bildirmişdir ki, ana çəkil çirki suyu onun üzünə vuracam. O, bunu görüb tez Səkinəni tutub fırladaraq Nəzakətə tərəf çevirmiş və Nəzakətin atdığı çirkli su Səkinənin bədənin arxa hissəsinə tökülmüşdür. Nəzakət ona yaxınlaşaraq əlində olan maşanı almağa çalışsa da, sonuncuların maşa ilə onu vuracaqlarından ehtiyat edərək maşanı buraxmamışdır. Onlar həmişə nəsə olan kimi hamını çağırırlar. Qızlar və qonşu onun saçından tutmuşdur. Səkinə də maşanı dartmağa davam etmişdir. Həmin vaxt qonşuluqda yaşayan Şahid5 gələrək yumruqla onun kürək nahiyəsindən vurmuş və onun əli boşaldığı üçün Nəzakət əlində olan maşanı almışdır. Həmin vaxt işdən gələn Çingiz həyətə daxil olub yaxınlaşaraq qızı Nəzakətdən maşanı alaraq onun baş nahiyəsindən vurmuşdur. Çingiz həmin vaxt “ver o maşanı mənə” deyə ifadə səsləndirmiş və bunu eşitmişdir. O, Səkinə ilə dartışdığı üçün başı aşağı vəziyyətdə olmuş və Çingiz maşa ilə onun vurduqdan sonra boyun nahiyəndən tutub həyətinə doğru itələyib rədd ol burdan sözlərini demişdir. Həmin vaxt onun baş nahiyəsindən qan axdığı üçün mübahisə yekunlaşmışdır. Daha sonra yaşadığı ünvana gedərək, DİN-nin “102” xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Daha sonra isə X13 “103” xidmətinə zəng vuraraq həkim briqadası çağırmışdır. Mübahisə zamanı Şahid3 onun saçından tutub dartsa da, ona heç bir xəsarət yetirməmişdir. Qeyd etmişdir ki, ilkin hadisə zamanı 3 dəfə ona rolik atılmış, üçüncü ona dəymişdir. İlkin epizod ilə bağlı bu ikisi mənim başımı yarıblar deyə bildirmişdir. Prokurorun sualına cavab olaraq, birinci epizod ilə bağlı Çingizin onu vurduğunu gördüyünü bildirmişdir. İkinci epizod ilə bağlı qadınlar vurası olsa idi, vurardılar, Çingiz gələndən sonra vurdu deyə cavab vermişdir. Prokurorun sualına cavab olaraq, “Hyundai Servis” ilə evi arasındakı piyada məsafəsinin 10 dəqiqə olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs digər məhkəmə iclasında bildirdiyi fikirlərdə, predmetin harada olması ilə bağlı sualdan sonra, həmin predmetin ola bilsin ki, çölə düşməsi ilə bağlı mülahizə xarakterli fikirlər səsləndirmişdir. Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə prosesində ilkin hadisə ilə bağlı videoçəkiliş etdiyini bildirsə də, həmin videoçəkiliş materialını məhkəməyə təqdim etməmişdir. Həmin məhkəmə iclasında Zərərçəkmiş şəxs birinci dəfə Çingizin roliki atmasından sonra, həmin predmeti onlara tərəf geri atdığını, daha sonra Səkinənin bir daha onlara dəqiq bilmədiyi, taxta olduğunu ehtimal etdiyi predmeti atdığını, bu zaman ətir şüşələrini ona tərəf geri atdığını, bu zaman Çingizin kənardan roliki onun başına atdığını bildirmişdir. (Halbuki ilkin iclasında Səkinənin dəmir başlığı atdığını qeyd etmişdir) Həmin videoçəkiliş zamanı Zərərçəkmiş şəxs predmetin onun başının sol təpə nahiyəsinə dəydiyinə istinad etmişdir. İfadələrində ziddiyyətlər olduğundan Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında tədqiq edilmiş və müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs ibtidai istintaq zamanı ifadəsində ilkin hadisəni fərqli formada təsvir edərək, Çingizin ona atdığı diyircəyin üzərindəki metal məftil (tros) onun sol qoluna, diyircək (rolik) isə sol ayağına dəyib xəsarət yetirərək otağa düşmüşdür. O isə diyircəyi sındırmısan evə niyə atırsan deyərək Səkinə və Çingizin üzərinə atmışdır. Bundan sonra Səkinə onun üzərinə nə isə atmışdır. O isə əvəzində Səkinənin üzərinə evdə olan ətir şüşəsini atmışdır. Atdığı ətir şüşəsi Səkinənin bədən nahiyəsindən dəymişdir. Bundan sonra Çingiz yerdə olan diyircəyi götürərək onun baş nahiyəsinə atmışdır. Diyircək onun baş nahiyəsindən dəymiş və o, zərbənin təsirindən özünü itirərək yerə yıxılmışdır. Təxminən bir neçə saniyədən sonra ayağa qalxmışdır. İlk öncə heç nə hiss eləməsə də, sonradan divanın üstündə oturan zaman başından qan gəldiyini görmüşdür. Bundan sonra “102” zəng mərkəzinə və “103” xidmətinə, əlavə olaraq qızı Yeganəyə zəng etmişdir. Məhkəmə istintaqı zamanı ekspertin dindirilməsindən, o cümlədən təqdim edilmiş sübutların tədqiqindən sonra verilmiş suallarına cavab olaraq, hadisə vaxtı ona atılan rolikin evin içinə düşmədiyini, hara düşdüyünü bilmədiyini, ola bilər ki, evə düşdükdən sonra Çingizin onu geri çəkdiyini, daha sonra həmin predmeti yuduğunu, hadisə vaxtı arxası üstə yıxıldığını, sol tərəfində kamod (termon) olsa da, başının həmin kamoda dəymədiyini, predmet başına dəydikdən sonra yerə yıxıldığını və yerdəki qanın başından axdığını, həqiqətən də həmin hadisədən sonra 5 dəqiqə yerdə qaldığını və daha sonra ayağa qalxıb Səkinəgil ilə mübahisəyə davam etdiyini, axşam saatlarında xəstəxanaya müraciət etdiyini bildirmişdir. Həmin qan izlərindən o cümlədən divanın üzərində də olsa da, müstəntiqin hər hansı nümunə götürmədiyini, Çingiz ilə aralarındakı məsafənin təxminən 1 metr olduğunu, özünün isə evin içində, nisbətən yüksəkdə olduğunu bildirmişdir. Bundan əlavə, ilkin hadisə ilə bağlı epizod üzrə baş nahiyəsindəki xəsarətin yerini dəqiq göstərə bilməmişdir. Eyni zamanda, məhkəmə istintaqının sonunda Zərərçəkmiş şəxs ikinci epizod ilə bağlı Çingizin onu vurduğunu görmədiyini, o gəldikdən sonra başından qan axdığını bildirmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid3 Adışirin qızı ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs hazırda onun qonşu olsa da, Nərgizi təxminən 5-6 ilə yaxın müddətdir tanıyır və rəfiqə olmuşdur. 2022-ci ilin əvvəllərində yaşadığı evin yanındakı boş torpaq sahəsində ümumi sahəsi 80 kvadrat metr olan fərdi yaşayış evi tikib satmaq istəmiş, lakin vəsaitləri olmadığından Nərgiz ilə anlaşmışlar ki, həmin evi tikib satacaqlar. Bu proses ərzində də Nərgiz tikinti üçün ümumilikdə 13450 manat pul vermişdir. 2022-ci ilin avqust ayında Nərgiz evi almaq istədiyini bildirmiş və onunla razılaşmışlar. Razılaşma olmuşdur ki, tikinti başa çatdıqdan sonra Nərgiz onlara yekun olaraq 25000 manat pul verəcək. 2022-ci ilin dekabr ayında Zərərçəkmiş şəxs evin təmir işlərini yekunlaşdıraraq evə köçmüşdür, lakin 25 min manatı verməmişdir. 28 aprel 2023-cü il tarixdə saat təxminən 15 radələrində yaşadığı evdə olarkən işıq idarəsinin işçilərinin Nərgizin yaşadığı evə işıq çəkdiklərini görmüş və bundan sonra onlar yaşadıqları evin həyətinə daxil olmuşlar. Həmin vaxt Çingiz Nərgizin quraşdırdığı paltar asılmaq üçün nəzərdə tutulmuş ipin dəmir başlığını yaşadıqları evin hasarından açmışdır. Nərgiz isə evin həyətinə tərəf açılan pəncərəsindən telefonla onu çəkib ona və ailəsinə qarşı nalayiq ifadələr işlədərək onları tutdurmaqla hədələmişdir. Çingiz ipi açaraq dəmir başlığı ilə birlikdə Nərgizin yaşadığı evin pəncərəsinin qarşısına qoymuşdur. Həmin vaxt paltar ipinin digər ucu Nərgizin əlindən olduğundan Nərgiz həmin ipi fırladaraq ona tərəf bir neçə dəfə atmış və paltar ipinin dəmir başlığı onun sol qoluna, sol çiyninə dəyərək xəsarət yetirmişdir. Çingiz isə buna mane olmaq istəmişdir. Buna görə də əli ilə ipin dəmir başlığının qarşısını almağa çalışmış və ipi əli ilə tutaraq saxlamışdır. Həmin vaxt Nərgiz evindəki ətir şüşələri ilə onu vurmaq üçün həmin şüşələri ona tərəf atmış və həmin şüşələr yenidən onun sol qoluna və sol çiyin nahiyəsinə dəymişdir. Həmin vaxt Nərgiz paltar ipini əlində tutaraq dəmir başlığı ilə bir neçə dəfə onu vurmağa cəhd etsə də, Çingiz buna mane olmuşdur. Daha sonra ipin bir ucunu özü tutmuş, digər tərəfini isə Nərgiz tutmuşdur. Bu zaman Nərgiz ipi dartarkən özünü evin içinə yıxmışdır. Çingiz nə olduğunu soruşduqda, ona “heç nə artistlik edir” deyə cavab vermişdir. Nə o, nə də ki əri Çingiz Nərgizi vurmamışlar. Çölə çıxdıqdan sonra onları hədələməyə başlamışdır. 15-20 dəqiqə sonra, bəlkə də daha çox vaxt sonra qızı gəlmişdir. Bu zaman Nərgiz “baxarsız sizin başınıza nə oyun açacam” deyə ifadə işlətmişdir. 16 sentyabr 2023-cü il tarixdə saat 18 radələrində yenidən Nərgiz yaşadığı evin pəncərəsindən sidiyini və nəcisini onların həyətə tərəf tökdüyünü görmüş, saat 18:30 radələrində Nərgiz yaşadığı evin həyətinə daxil olmuşdur. Bu zaman divara asdığı maşanı götürüb onun üstünə hücum çəkmişdir. Həmin vaxt qızı Şahid4 Nərgizin əlində maşa olduğunu görüb mobil telefonu ilə çəkiliş aparmağa başlamışdır. Həmin vaxt Nərgizi divara tərəf sıxıb əlində olan maşanı almağa çalışmış, bu zaman sonuncu onun saçından tutub yolaraq əlində olan maşa ilə sol qolundan vurub ona xəsarət yetirmişdir. Həmin vaxt qonşuluqda yaşayan Mətanət və Aləmzər gəlmişdir. Nərgizin əlində olan maşanı güclə onun əlindən aldıqdan sonra sonuncunu buraxmışlar və Nərgiz onları söyərək yaşadığı evə getmişdir. Dərhal DİN-nin “102” xidmətinə zəng vararaq hadisə barədə məlumat vermişdir. Bir qədər sonra Nərgizin yaşadığı ünvana “X14” gəldiyini görmüşdür. xx.xx.2023-cü il tarixdə baş vermiş mübahisə zamanı əri Çingiz evdə olmamış, həmin vaxt Çingiz işdə olmuş, 28 aprel tarixindəki mübahisə zamanı isə həyətdə ancaq Çingiz və özü olmuş, mübahisə 2-3 dəqiqə davam etmişdir. Nərgizi nə o, nə qızı, nə də Çingiz vurmamış, sonuncunun göstərdikləri hamısı şər və böhtandır. xx.xx.2023-cü il tarixdə mübahisə yaşadığı evin həyətində baş vermişdir. Həmin vaxt həyətdə o, qızı Nəzakət, Nərgiz, sonradan isə Mətanət və Aləmzər olmuşdur. Mübahisə təxminən 4-5 dəqiqə davam etmişdir. Lakin, Çingiz həmin evdə olmamışdır. İlkin epizod zamanı qızının evdə olmadığını bildirmişdir. Məhkəmənin sualına cavab olaraq, birinci epizod ilə bağlı Nərgizin xəsarətinin onun qızı gəldikdən sonra yarandığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, faktiki olaraq anası ilə birlikdə sözügedən ünvanda yaşayır. Təqsirləndirilən şəxs və Şahid3 onların qonşularıdır. Sonralar sözügedən torpaq sahəsi ilə bağlı anası ilə sonuncular arasında mübahisə yaranmışdır. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində işdə olan zaman anası Zərərçəkmiş şəxs istifadəsində olan mobil nömrəsinə zəng etmiş, mənzilə işıq xəttinin çəkilib-çəkilmədiyini öyrənmək istəmişdir. Bu zaman X2 xəsarət yetirdiyini bildirmişdir. Dərhal işdən çıxıb taksi ilə evə gəlmişdir. Evə daxil olan zaman qonaq otağında döşəmənin üzərində qan ləkələrinin olduğunu görmüşdür. Anasından nə baş verdiyini soruşan zaman Çingiz və Səkinə ilə mübahisə etdiyini, Çingizin paltar ipinin diyircəyini divardan qopardaraq evə atdığını, daha sonra qarşılıq verdikdən sonra sonuncunun zivəni həyətdən götürərək baş nahiyəsinə atıb ona xəsarət yetirdiyini bildirmişdir. Bundan sonra anasından X14a və polisə xəbər edib etmədiyini soruşmuş, anası isə xəbər etdiyini, lakin heç kimin gəlmədiyini bildirmişdir. Bundan sonra özü də X14a və DİN-nin “102” zəng mərkəzinə məlumat vermişdir. Təxminən bir saatdan sonra evə X14 və polis əməkdaşları gəlmişlər. Daha sonra anası ilə birlikdə X14 avtomobili ilə 1 saylı şəhər kliniki xəstəxanasına getmişlər. Orada anasının başına tikiş qoyulduqdan sonra yaşadıqları evə gətirmişdir. İkinci hadisə zamanı isə evdə olmadığını, anasının bildirdiyinə görə Səkinə ilə aralarında yaşanmış mübahisə zamanı Çingizin əlindən maşanı alaraq baş nahiyəsinə zərbə vurduğunu bildirmişdir. Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində 28 aprel tarixində baş vermiş hadisə zamanı X14a zəng edənin anası olduğunu, ikinci epizodda isə özü olduğunu bildirmişdir. 16 sentyabr tarixində baş vermiş hadisə zamanı isə yolda olarkən X14a zəng etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, 2003cü il tarixdən "xxxx" ASC-nin Nərimanov elektrik şəbəkəsində mühəndis vəzifəsində işləyir. Zərərçəkmiş şəxs yaşadığı ərazidə işıq şitlərinin quraşdırılmasına nəzarət edir. xx.xx.2023-cü il tarixdə günorta saatlarında idarədən ona bildirmişlər ki, Nərimanov rayonu, PY/UA 38/10, cv 103 ünvanına işıq şiti quraşdırılmalı və sayğac qoyulması üçün digər hazırlıq işləri görülməlidir. O da digər işçilərlə birlikdə qeyd olunan ünvana gəlmişdir. Ünvana gələn zaman ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs adlı qadının yaşadığı evə sayğac quraşdırılmalıdır. Montyorla birlikdə işıq şitini evin divarına quraşdıran zaman əvvəllər tanımadığı, sonradan adının Səkinə və Çingiz olduğunu bildiyi şəxslər yan evdən çıxaraq onlar tərəfə gəlməyə başlamışlar. Bundan sonra onlar sözlə mübahisə etmişlər. Çingiz və Səkinə onlara təzyiq edərək işıq şitini quraşdırmağa mane olmaq istəyirmişlər. Təxminən 25 dəqiqə ərzində işıq şitini quraşdıran zamanda onlar arasında mübahisə davam etmişdir. Çingizgil mane olmağa çalışmış, Nərgiz isə quraşdırılmasını istəmişdir. Həmin vaxt evin çölündə olmuşlar və həyətə daxil olmamışlar. İşıq şitini yarımçıq quraşdırdıqdan sonra oradan uzaqlaşmışlar və idarəyə qayıtmışlar. Sonradan İdarədən onlara bildirilmişdir ki, Zərərçəkmiş şəxs yaşadığı evə quraşdırılan işıq şiti sökülməlidir. Ona görə də bir neçə gündən sonra həmin evə yenidən gedərək işıq şitini divardan sökmüşlər. Fizuli Musayev ifadəsində Şahid4 hadisə günü orada görmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 və Şahid5 ifadəsində Şahid3 və Təqsirləndirilən şəxs göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadələr vermişlər. Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində istinad etməsə də, 28 aprel 2025-ci il tarixdə baş vermiş hadisə zamanı orada olduğunu və kənardan müşahidə etdiyini, atasının Nərgizin baş nahiyəsinə heç bir şey atmadığını bildirmişdir. İkinci hadisə ilə bağlı isə videoçəkilişi özünün etdiyini, həmin videoyazıdan da göründüyü kimi mübahisə bitdikdən sonra anasının dərhal 102 xidmətinə müraciət etdiyini qeyd etmişdir. Birinci epizod ilə bağlı atası və anasının pəncərədən 2-3 metr aralı olduğunu, həmin vaxt atasının roliki açdığını və bu zaman Nərgizin onlara çoxsaylı predmetlər atdığını, həmin vaxt atasının roliki açıb yerinə qoyan vaxtı Nərgizin anidən yıxıldığını bildirmişdir. X5 isə məhkəmə iclasında verdiyi ifadəsində 16 sentyabr 2023-cü il tarixində baş vermiş mübahisə zamanı Çingizin evdə olmadığını, heç kimin Nərgizə xəsarət yetirmədiyini bildirmişdir. Məhkəmə iclasında ekspert qismində dindirilmiş bildirmişdir ki, Zərərçəkmiş şəxs xəsarət alması ilə bağlı ekspert rəyini özü vermişdir. Həqiqətən də həmin tarixdə onu müayinə etmiş və xəstəxana məlumatlarına əsasən müqayisə etməklə obyektiv rəy vermişdir. Rəyin məzmunu və nəticə hissəsini təsdiq edir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə vaxtı alınan xəsarət yerə yıxılma nəticəsində, əsasən də yerdəki predmetə dəyməklə yarana bilərdi. Həmin xəsarət əzik formasında olmaqla, hər hansı cismin təsiri nəticəsində əmələ gələ bilərdi. Lakin, yerdə predmet olmadığı təqdirdə həmin xəsarətin alınması inandırıcı deyildir. Bundan əlavə, hadisənin mexanizmi ilə bağlı verilən suala cavab olaraq, 60 cm hündürlükdə yerləşən və aralarında 1 metr məsafə olan şəxslərin mübahisəsi zamanı aşağıdan atılan predmet xanımın sol təpə nahiyəsinə dəyə bilməsi istisna edilmir. Qeyd etmişdir ki, başın üst tərəfi təpə nahiyəsi, arxa tərəfi ənsə nahiyəsi sayılır. Xanımın ilkin xəsarəti onun sol təpə nahiyəsində ənsəyə yaxın yerdə əmələ gəlmişdir. Xəsarət müxtəlif şəraitdə əmələ gələ bilərdi, lakin öz-özünə yetirilməsi inandırıcı deyildir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işi başlanması və icraata qəbul edilməsi barədə” 17 iyul 2022-ci il tarixli qərarla Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi X8 tərəfindən fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmiş, cinayət işinə ********* nömrə verilmişdir. DİN “102” xidmətinə edilmiş xx.xx.2023-ci il tarixli müraciətdən görünür ki, həmin günü saat 17:52-də vətəndaş Zərərçəkmiş şəxs Sərdar qızı DİN-nin 102 xidmətinə zəng edərək, Hyundai servisin yanında adını bilmədiyi qonşunun onun başına vurub xəsarət yetirməsi barədə məlumat verdi. DİN “102” xidmətinə edilmiş xx.xx.2023-ci il tarixli müraciətdən görünür ki, həmin günü saat 21:40 radələrində KTMX-nın həkimi Həsənova zəng edərək, Z.Bünyadov pr. 138-də 1969-cu il təv. Zərərçəkmiş şəxs Sərdar qızının təpə nahiyəsinin əzilməsi diaqnozu ilə müraciət etməsi barədə məlumat verdi. 28 aprel 2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi” haqqında protokoldan görünür ki, hadisə yeri birmərtəbəli həyət evidir. Həyət sahəsində darvazadan giriş olunur. Zərərçəkmiş şəxs yataq otağında olan pəncərəni göstərərək, oradan küçəyə baxdığı zaman Təqsirləndirilən şəxs küçədən atdığı dəmir parçasının baş nahiyəsinə dəydiyini bildirmişdir. Hadisə yerinə baxış keçirilməsi protokoluna əlavə edilmiş fotoşəkillərdən görünür ki, otağın döşəmə hissəsində, divardan və pəncərədən təxminən 2 metr cənub istiqamətdə, üfüqi müstəvidə yerləşən səthdə təqribən 40 sm uzunluqda qana bənzər izlər vardır. Qana bənzər izlər qeyri-müntəzəm, gölməçə formasında toplanma ilə başlayır, davamında isə bir xətt üzrə yerləşmiş ayrı-ayrı damcıvarı izlər şəklində davam edir. Damcıvarı izlərin ölçüləri müxtəlifdir və vizual olaraq bir istiqamət üzrə ardıcıllıq təşkil edir. Eyni zamanda, sözügedən pəncərənin altındakı divar səthində lokal xarakterli müəyyən formalı zədələnmə görünür. Həmin foto cədvəldə Zərərçəkmiş şəxs baş nahiyəsinin arxasında qırmızıyabənzər ləkələr mövcud olsa da, paltar səthində hər hansı qan izləri müşahidə edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X16 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 490 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs Sərdar qızında aşkar edilmiş xəsarətlər - sol təpə nahiyəsinin əzilmiş yarası, sol bazu oynağının ön səthinin, sol bazunun orta üçdə birinin bayır səthinin, sol budun orta üçdə birinin iç səthinin, sol baldırın aşağı üçdə birinin iç səthinin qançırları-küt əşyanın(əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2023-cü il tarixlərdə və şəraitdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X16 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1202 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs Sərdar qızının bədən səthində aşkar edilmiş xəsarətlər - qapalı kəlləbeyin travması, sağ gicgah-təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, boyun nahiyəsinin sıyrıqları, sağ və sol saidin, sağ budun qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2023cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığa qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Vət. Zərərçəkmiş şəxs Sərdar qızının bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterinə, lokalizasiyasına və əmələ gəlmə mexanizminə əsasən demək olar ki, həmin xəsarətləri şəxsin özü-özünə yetirə bilməsi inandırıcı deyildir. “Üzləşdirmə haqqında” protokoldan görünür ki, 01 avqust 2023-cü il tarixdə Zərərçəkmiş şəxs Sərdar ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə aparılmış, Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. “Üzləşdirmə haqqında” protokoldan görünür ki, 03 avqust 2023-cü il tarixdə Zərərçəkmiş şəxs Sərdar ilə Şahid3 Adışirin qızı arasında üzləşdirmə aparılmış, Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək Şahid3 üzünə qarşı demişdir. Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. DİN “102” xidmətinə edilmiş xx.xx.2023-cü il tarixli müraciətdən görünür ki, həmin günü saat 19:02-də vət. Şahid3 Adışirin qızı DİN-nin 102 xidmətinə zəng edərək, Nərimanov rayonu Z.Bünyadov 38\10 ünvanında qonşusunun onun saçından sürümələrini bildirdi. “Sübutların qiymətləndirilməsi və cinayət işi üzrə icraata xitam verilməsi” haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* saylı cinayət işinin icraatına xitam verilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsi ilə cinayət təqibinin başlanılmasının rədd edilməsi və Zərərçəkmiş şəxs Sərdar qızının zərərçəkmiş şəxs statusuna xitam verilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli “cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarın ləğv edilib, icraatın təzələnməsi haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə xx.xx.2023-cü il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar ləğv edilmişdir. “Qətimkan tədbirinin seçilməsi” haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; “Sübutların qiymətləndirilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittiham qüvvədə saxlanılmış və barəsində seçilmiş «başqa yerə getməmək da iltizam» qətimkan tədbiri nəzərə alınmış, məhkəmə tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 490 və 494 nömrəli, xx.xx.2023-cü il tarixli 1202 və 1203 nömrəli rəyləri iş üzrə sübut növü kimi qiymətləndirilməklə iş materiallarına əlavə edilmiş, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş videogörüntülərdən görünür ki, 16 sentyabr 2023-cü il tarixdə saat 18:57 dəqiqədə qeydə alınmağa başlanılmış videogörüntü 3 dəqiqə ölçüsündədir. Həmin videogörüntüyə baxış zamanı iki nəfər qadının, birinin əlində maşa olmaqla mübahisə etməsi görünür. Məhkəmə iştirakçıları həmin əlində maşa olan qadının Zərərçəkmiş şəxs, digərinin Şahid3 olduğunu təsdiq edirlər. Çəkilişin müəyyən hissəsindən sonra görüntü gedir və səslər eşidilir. Həmin videogörüntülərin sonunda tərəflərin ayrılması və getməsi eşidilir. Videogörüntüdən və səsyazılarında kişi cinsli şəxsin səsi eşidilmir. Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş videogörüntülərdən görünür ki, 16 sentyabr 2023-cü il tarixdə saat 18:59-da iki nəfər kişinin, biri orta boyda, orta çəkidə bir kişinin sağ tərəfə doğru istiqamətlənməsi görünür. Təqsirləndirilən şəxs həmin görüntülərdəki şəxsin özü olduğunu və servisdən alış-veriş edərək evə getdiyini bildirmiş, yanındakı şəxsi tanımadığını qeyd etmişdir. Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş videogörüntülərdən görünür ki, 16 sentyabr 2023-cü il tarixdə saat 17:57 bir nəfər şəxsin avtomobilə minərək uzaqlaşması görünür. Təqsirləndirilən şəxs həmin şəxsin özü olduğunu və Buzovna ərazisindən işdən çıxaraq evə doğru hərəkət etdiyini bildirmişdir Təqdim edilmiş fotoşəkillərdən görünür ki, divar üzərində müxtəlif zərbə vurulmasına xas izlər vardır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: Maddə 128: sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: Maddə 21.2: Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Maddə 23 (Təqsirsizlik prezumpsiyası): Cinayətin törədilməsində təqsiri bu Məcəllə ilə müəyyən edilmiş qaydada sübuta yetirilməyən və barəsində qanuni qüvvəyə minmiş məhkəmənin ittiham hökmü olmayan hər bir şəxs təqsirsiz hesab edilir. Maddə 25 (Sübutetmə vəzifəsi): İttihamın sübuta yetirilməsi vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Maddə 42.1.3, 42.1.4: Təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyəti olmadıqda və cinayət törətməkdə təqsirli olması sübuta yetirilmədikdə bəraət hökmü çıxarılır." Maddə 42.2. Bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.3. bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4. bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir. Maddə 125 (Sübutların mümkünlüyü): Bu Məcəllənin tələblərinə riayət etməklə əldə edilmiş faktiki məlumatlar sübut kimi qəbul edilə bilər. Bu Məcəllənin tələbləri pozulmaqla əldə edilmiş sübutların hüquqi qüvvəsi yoxdur, onlar ittihamın əsasını təşkil edə bilməz, habelə cinayət təqibi üzrə qərar qəbul edilərkən nəzərə alına bilməz. Maddə 131 (Ekspertin rəyi): Ekspertin rəyi – onun tərəfindən aparılmış tədqiqatlar və onların nəticələri barədə bu Məcəllənin müddəalarına uyğun tərtib edilmiş yazılı sənəddir. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir. Maddə 350.2. Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Maddə 350.4. Bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddə üzrə epizodların heç biri üzrə təqsirliliyi sübuta yetirilmədiyindən barəsində bəraət hökmü çıxarılmalı və Azərbaycan Respublikası adından təqsirsiz elan edilməlidir. Məhkəmə, cinayət işi üzrə yekun qərar qəbul edərkən, ilk növbədə, ədalət mühakiməsinin fundamental prinsiplərini, insan hüquq və azadlıqlarının aliliyini və cinayətprosessual qanunvericiliyin müddəalarını rəhbər tutur. Bu prinsiplər arasında təqsirsizlik prezumpsiyası xüsusi yer tutur və ittiham hökmünün çıxarılmasının qanuniliyi və əsaslılığı üçün fundamental meyar kimi çıxış edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası, ədalət mühakiməsinin bütöv bir konsepsiyasının özülünü təşkil edən fundamental hüquqi təminatdır. Həmin normaya əsasən, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Bu konstitusion prinsip özünün prosessual təcəssümünü Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində tapmışdır ki, bu da cinayət prosesini həyata keçirən bütün orqanlar üçün imperativ xarakter daşıyır. Eyni zamanda, bu prinsip Azərbaycan Respublikasının tərəfdar çıxdığı və onun hüquq sisteminin tərkib hissəsi olan "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində də təsbit edilmişdir. Bu beynəlxalq hüquq norması təqsirləndirilən şəxsə təqsirsizlik statusu verməklə, dövləti təmsil edən ittiham orqanlarının üzərinə onun təqsirliliyini qanuni yolla əldə edilmiş mötəbər sübutlarla sübuta yetirmək vəzifəsini qoyur. Bu prinsipin ən mühüm prosessual nəticəsi isə sübutetmə yükünün tam həcmdə ittiham tərəfinin üzərinə düşməsidir. CPM-nin 21.3-cü maddəsinə görə, ittihamı sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Bu o deməkdir ki, təqsirləndirilən şəxs öz təqsirsizliyini sübuta yetirmək vəzifəsi daşımır. Onun susmaq, ifadə verməkdən imtina etmək hüququ vardır və bu hüquqlardan istifadə edilməsi heç bir halda onun əleyhinə təfsir edilə bilməz. Avropa Məhkəməsi "Telfner Avstriyaya qarşı" işi üzrə 20 mart 2001-ci il tarixli qərarında bu prinsipi daha da dəqiqləşdirərək qeyd etmişdir ki, ittiham tərəfi əvvəlcə kifayət qədər güclü dəlil bazası formalaşdırmalıdır. İttiham tərəfinin sübutetmə yükünü lazımınca yerinə yetirmədən məhkəmə təqsirləndirilən şəxsin ifadə verməməsini onun əleyhinə təfsir edə bilməz. İttiham tərəfi təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü dəlilləri, o cümlədən onun alibisini təkzib etmək üçün kifayət qədər sübutlar təqdim etməlidir. Təqsirsizlik prezumpsiyasının məntiqi davamı və cinayət mühakimə icraatının ədalətliliyinin əsas təminatı, ittiham hökmünün çıxarılması üçün zəruri olan sübutetmə standartıdır. Cinayət-prosessual qanunvericilik, xüsusilə CPM-in 28.5-ci maddəsi, bu standartı aydın şəkildə müəyyən edir: "Şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır". Bu norma, beynəlxalq hüquqda, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında "əsaslı şübhədən kənar sübut standartı" (beyond a reasonable doubt) kimi tanınan yüksək sübutetmə həddini təsbit edir. Sözügedən standart ilk dəfə sistematik şəkildə Avropa Məhkəməsinin "X1rşı" işi üzrə 18 yanvar 1978-ci il tarixli qərarında formulə edilmişdir və daha sonra çoxsaylı qərarlarında bu prinsipə istinad etmişdir. Bu standart tələb edir ki, məhkəmənin təqsirlilik barədə qənaəti subyektiv ehtimallara, fərziyyələrə və ya sadəcə olaraq ittihamın müdafiənin versiyasından daha inandırıcı görünməsinə əsaslana bilməz. Təqsirlilik qənaəti yalnız o halda formalaşa bilər ki, tədqiq edilmiş sübutların məcmusu hadisənin baş verməsinin hər hansı digər ağlabatan izahını istisna etsin. Başqa sözlə, sübutlar sistemi elə bir məntiqi zəncir yaratmalıdır ki, bu zəncirdə təqsirləndirilən şəxsin təqsirsizliyinə dəlalət edən heç bir boşluq və ya aradan qaldırılmayan ziddiyyət qalmasın. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz presedent hüququnda dəfələrlə vurğulamışdır ki, təqsirliliyin müəyyən edilməsi üçün sübutlar məcmusu kifayət qədər güclü, aydın və bir-birinə uyğun olmalıdır ("Barberà, Messegué and Jabardo v. Spain", 6 dekabr 1988-ci il tarixli qərar). Məhkəmə, sübutların sadəcə formal mövcudluğunu yox, onların keyfiyyətini, məzmununu və məntiqi əlaqəsini təhlil etməli, ittihamın bütün elementlərinin bu yüksək standartla sübuta yetirildiyinə tam əmin olmalıdır. Avropa Məhkəməsinin həmin qərarında da qeyd edildiyi kimi, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə təqsirləndirilən şəxsin törətdiyi əmələ dair ilkin mülahizə ilə başlamamalı və hər hansı şübhəni onun xeyrinə həll etməlidirlər. "X12rşı" işi üzrə qərarda isə Avropa Məhkəməsi vurğulamışdır ki, ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. "Əsaslı şübhədən kənar sübut" standartının təbii nəticəsi və təqsirsizlik prezumpsiyasının ən vacib prosessual təzahürü, aradan qaldırılması mümkün olmayan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməsi prinsipidir. İn dubio pro reo ("şübhələr şəxsin xeyrinə həll edilir") kimi tanınan bu fundamental qayda, CPM-in 21.2-ci maddəsində birbaşa təsbit edilmişdir: "Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir". "Ajdarić Xorvatiyaya qarşı" işi üzrə 13 dekabr 2011-ci il tarixli qərarında (20883/09) Avropa Məhkəməsi, yalnız bir şahidin ziddiyyətli ifadəsinə əsaslanan və digər heç bir sübutla təsdiqlənməyən ittiham hökmünün qeyri-kafi əsaslandırma nəticəsində 6-cı maddənin pozulmasına gətirib çıxardığını qeyd etmişdir. Bu o deməkdir ki, əgər məhkəmə istintaqı bütün mümkün istintaq və məhkəmə hərəkətləri aparıldıqdan sonra belə, işin faktiki hallarına dair bir-birini istisna edən iki və ya daha çox ağlabatan versiyanı təkzib edə bilmirsə və bu versiyalardan biri təqsirləndirilən şəxsin təqsirsizliyinə dəlalət edirsə, məhkəmə məhz həmin versiyanı əsas götürməlidir. İttihamın əsasını təşkil edən hər hansı bir hal (hadisənin mexanizmi, təqsirin forması, motiv və s.) barəsində yaranan və obyektiv araşdırma ilə aradan qaldırıla bilməyən şübhə, bütün ittihamın sübuta yetirilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmənin vəzifəsi şübhələr arasından ittiham üçün daha münasib olanı seçmək deyil, əksinə, belə şübhələrin mövcudluğunu təsbit edərək təqsirsizlik prezumpsiyasının tələblərinə uyğun hərəkət etməkdir. Yekun məhkəmə qərarının əsaslılığı, yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutların keyfiyyətindən asılıdır. CPM-in 145-ci maddəsi hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməsini tələb edir. Bu, məhkəmənin sübutlara formal deyil, tənqidi yanaşmasını zəruri edir. Məhkəmə hesab edir ki, yalnız bu fundamental prinsiplərin və sübutetmə standartlarının ciddiyyətlə gözlənildiyi təqdirdə çıxarılan hökm qanuni, əsaslı və ədalətli hesab oluna bilər. Məhz bu hüquqi mövqedən çıxış edərək, məhkəmə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə təqdim edilmiş sübutların təhlilinə keçir. Birinci epizod (28 aprel 2023-cü il tarixli) üzrə ittihamın əsasını təşkil edən sübutların tənqidi qiymətləndirilməsi Məhkəmə, Təqsirləndirilən şəxs 28 aprel 2023-cü il tarixdə baş vermiş hadisə ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə irəli sürülmüş ittihamın əsaslılığını yoxlayarkən, ittihamın yeganə birbaşa sübutu olan Zərərçəkmiş şəxs Sərdar qızının ifadələrinin hərtərəfli təhlilini zəruri hesab edir. Bu təhlil zamanı məhkəmə, Ali Məhkəmənin Plenumunun "Məhkəmə hökmü haqqında" 24 dekabr 2021-ci il tarixli qərarının 7-ci bəndinin tələblərindən irəli gələrək, hər bir sübutun məzmununu, onun sübut etmə predmetinə aidiyyətini, digər sübutlarla münasibətini və məcmu halda sübutetmə predmetinin müəyyən edilməsi üçün yetərliliyini ətraflı şəkildə şərh edir. Zərərçəkmişin ifadəsi, ittihamın əsasını təşkil etsə də, onun məzmununun işin digər materialları, hadisə yerinə baxış protokolu, tərəflərin ifadələri və fundamental fizika qanunları o cümlədən həyati təcrübə ilə müqayisəli təhlili bir sıra ciddi ziddiyyətlər və uyğunsuzluqlar aşkar edir ki, bu da həmin ifadənin mötəbərliyini və sübutu əhəmiyyətini əsaslı şübhə altına alır. Xüsusilə qeyd edilməlidir ki, ittiham tərəfi məhkəmə baxışı zamanı zərərçəkmişin ifadəsindən başqa heç bir birbaşa sübut, yəni hadisənin şahidi, cinayət alətini, texniki vasitə ilə qeydə alınmış sübutları təqdim etməmişdir. Bununla da, ittihamın bütün ağırlığı yeganə mənbədən, zərərçəkmişin ifadəsindən irəli gəlir. Bu baxımdan məhkəmə, Avropa İnsan Hüquqları Məhkəməsinin "Rostomashvili Gürcüstana qarşı" işi üzrə 8 noyabr 2018-ci il tarixli qərarında (13185/07) müəyyən edilmiş prinsipi xüsusi olaraq nəzərə alır. Sözügedən işdə Avropa Məhkəməsi, milli məhkəmələrin müdafiənin zərərçəkmiş şəxsin ifadələrinin mötəbərliyinə dair irəli sürdüyü ciddi iddialarına, eləcə də ittihamı təkzib edən dəlillərə adekvat cavab vermədən ittiham hökmü çıxarmasını ədalətli məhkəmə araşdırmasının tələblərinə zidd hesab edərək, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozulduğunu müəyyən etmişdir. Həmin qərarda Avropa Məhkəməsi sübutların formal sayından daha çox onların etibarlılığına, ardıcıllığına və müdafiə tərəfindən irəli sürülmüş arqumentlərin adekvat qiymətləndirilməsinə xüsusi əhəmiyyət vermişdir. Bu presedent, hazırkı iş üzrə zərərçəkmişin ziddiyyətli ifadəsinə dair məhkəmənin tənqidi mövqeyinin beynəlxalq hüquq normalarına uyğunluğunu bir daha təsdiq edir. İttihamın əsaslandığı hadisə təsviri, ümumi həyati təcrübə və fizika-məntiq qaydaları ilə kəskin təzad təşkil edir ki, bu da onun mötəbərliyini ciddi şübhə altına alır. Belə ki, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, hadisə anında təqsirləndirilən şəxs həyətdə, yəni yer səviyyəsində, zərərçəkmiş şəxs isə birinci mərtəbədəki evin pəncərəsindən baxarkən, təxminən 1 metrdən az hündürlükdə olmuşdur. Təqsirləndirilən şəxsin öz ifadəsinə görə, evin hündürlüyü 3 kubik (mişar daşı), yəni təxminən 60 sm olmuşdur. Bu halda, boyu təxminən 1.63 metr olan (şəxsiyyət vəsiqəsi məlumatları əsasında) zərərçəkmişin başının təpə nahiyəsinin yerdən hündürlüyü təqribən 2.23 metr təşkil edir. Məhkəmə-tibbi ekspertiza rəyinə görə, xəsarət başın "sol təpə nahiyəsində” məhkəmə istintaqı zamanı isə daha dəqiqliklə “sol təpə nahiyəsində ənsəyə yaxın" hissədə lokalizasiya olunmuşdur. Məhkəmə hesab edir ki, təxminən 1 metr məsafədən (zərərçəkmiş şəxsin ifadəsinə əsasən), aşağıdan atılan bir cismin, yuxarıda dayanan şəxsin başının ön və ya yan tərəfinə deyil, məhz təpə nahiyəsinin arxa hissəsinə dəyməsi üçün cisim demək olar ki, şaquli istiqamət üzrə yuxarıya atılmalı, ən yüksək nöqtəyə çatdıqdan sonra aşağıya doğru hərəkət edərək hədəfə dəyməlidir. Belə bir atışın yaxın məsafədən qəsdən və hədəflənmiş şəkildə həyata keçirilməsi fiziki olaraq praktiki mümkünsüzdür və fizika qanunlarına ziddir. Birbaşa və hədəflənmiş atış zamanı predmet daha çox düzxətli istiqamət üzrə hərəkət edərək zərərçəkmişin üz, sinə və ya qarın nahiyəsinə dəyməli idi. Lakin xəsarətin başın arxa hissəsinə yaxın olan sol təpə nahiyəsində lokalizasiya olunması, predmetin aşağıdan yuxarıya və eyni zamanda hədəfin arxasına doğru istiqamətləndirilməsini tələb edir ki, bu, bir metrlik yaxın məsafədən, əl ilə atma zamanı adi həyati təcrübə baxımından və məntiqi cəhətdən mümkünsüz görünür. Bu isə, xüsusi bilik tələb etməyən, CPM-in 141.1.1-ci maddəsi mənasında ümumi məlum olan bir haldır, çünki hər kəsin gündəlik həyat təcrübəsindən məlumdur ki, bir metr məsafədən aşağıdan atılan cisim qarşıdakı şəxsin başının arxa hissəsinə deyil, ön və ya yan tərəfinə dəyər. Bu fundamental uyğunsuzluq, zərərçəkmişin hadisənin mexanizmi barədə verdiyi ifadənin həqiqiliyinə dair aradan qaldırılması mümkün olmayan şübhə yaradır. Qeyd olunanları nəzərə alaraq, məhkəmə ifadələrin ətraflı təhlilinə keçir. Zərərçəkmiş şəxsin ifadələrindəki 1-ci ziddiyyət: Məhkəmə, ittihamın əsasını təşkil edən birinci epizodla bağlı ən fundamental ziddiyyətin Zərərçəkmiş şəxs Sərdar qızının məhkəmə istintaqı zamanı hadisənin mexanizminə dair verdiyi ifadənin ibtidai istintaqdakı ifadəsindən köklü şəkildə fərqlənməsində olduğunu xüsusi olaraq vurğulayır. Belə ki, ibtidai istintaq zamanı zərərçəkmiş birmənalı şəkildə Təqsirləndirilən şəxs ona atdığı diyircəyin (dəmir rolikin) başına dəyməsi nəticəsində xəsarət aldığını bildirdiyi halda, 05 sentyabr 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclası zamanı ifadəsini dəyişərək, birinci dəfə roliki Çingizin atdığını və həmin predmetin evin divarına dəydiyini, növbəti dəfə Səkinənin ona taxta atdığını, bu dəfə ətir şüşəsi ilə sonuncuya qarşılıq verdikdən sonra, arvadın (zərərçəkmiş şəxsin öz sözləri ilə), yəni Səkinənin ona bu dəfə roliki atdığını, rolikin evə düşdüyünü, bu zaman geri qaytarmaq istəyəndə bilinməyən səbəbdən yıxıldığını bildirməsi, yəni ifadələr arasındakı bu kəskin fərq, təkcə xırda bir təfərrüat deyil, ittihamın özəyini təşkil edən təqsirləndirilən şəxsin hərəkəti ilə nəticə (xəsarət) arasındakı səbəbli əlaqəni tamamilə şübhə altına alan bir ziddiyyətdir. Göründüyü kimi, zərərçəkmiş şəxs sərbəst ifadəsi zamanı sözügedən roliki Şahid3 atdığını və sonradan bilinməyən səbəbdən yıxıldığını bildirsə də, ifadəsinin son hissəsində birmənalı şəkildə Təqsirləndirilən şəxs atdığında israr etmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarına müvafiq olaraq, məhkəmə tərəflərin ilk növbədə məhkəmə istintaqı zamanı verdiyi ifadələrə üstünlük verməli olduqlarını, ibtidai istintaq zamanı verdikləri ifadələrə üstünlük verdikləri halda bunu hökmdə əsaslandırmalı olduqlarını qeyd etmişdir. Hazırkı vaxtda zərərçəkmiş şəxsin ifadələrindəki əhəmiyyətli və aşağıda qeyd olunacaq çoxsaylı ziddiyyətlər fonunda məhkəmə zərərçəkmiş şəxsin məhkəmə iclasında verdiyi ifadələrə üstünlük verilməsi qənaətindədir. Belə ki, zərərçəkmiş şəxs mövcud ziddiyyətlər üçün əsaslı ifadə verə bilməmişdir. Nəzərə almaq lazımdır ki, zərərçəkmiş şəxs 2-ci epizod üzrə (aşağıda təhlil ediləcəkdir) də məhkəmə istintaqının sonuna kimi Təqsirləndirilən şəxs ona maşa ilə xəsarət yetirdiyini və bu hadisəni gördüyünə təkidlə istinad etsə də, məhkəmə istintaqının sonunda Çingizin onu vurmasını görmədiyini, lakin Çingiz gəldikdən sonra başından bilinməyən səbəbdən qan axdığını bildirmişdir. Bu, zərərçəkmişin hər iki epizod üzrə ifadələrinin etibarlılığını ümumi şəkildə şübhə altına alan sistemik ziddiyyətdir. Qeyd olunan əhəmiyyətli ziddiyyətlər, Zərərçəkmiş şəxs birinci epizod ilə bağlı da ifadələrini şübhə altına almaqla, onun birinci epizod üzrə xəsarətinin də yaranması ilə bağlı dəqiq müşahidəsinin olmadığı, sadəcə Təqsirləndirilən şəxs ilə münaqişəsi fonunda bu məzmunda ifadə verməsi qənaətinə gəlinir. Zərərçəkmiş şəxsin ifadələrindəki 2-ci ziddiyyət: Bundan əlavə, zərərçəkmiş şəxs məhkəmədəki ilkin ifadəsində predmetin evin içinə düşdüyünü bildirsə də, sonrakı məhkəmə iclaslarında verdiyi ifadələrində predmetin harada olması ilə bağlı verilmiş suala cavab olaraq, ola bilsin ki, başına dəydikdən sonra çölə düşməsi ilə bağlı mülahizə xarakterli fikirlər səsləndirmişdir. Məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxsin "predmetin ona dəyib, evin içinə düşmədiyi, geri qayıdaraq çölə düşdüyü" barədə mülahizəsi fizika qanunları ilə izahı mümkün olmayan bir iddiadır. Təxminən 200 qram kütləyə malik dəmir bir cismin, nisbətən yumşaq və qeyrielastik səthə malik insan başına dəyərək xəsarəti əmələ gətirdikdən sonra, hərəkət istiqamətini tamamilə əksinə dəyişərək geri qayıtması üçün ona ilkin olaraq çox böyük sürət verilməlidir. Belə bir zərbə isə məhkəmənin qənaətincə, öz növbəsində CPM-in 128ci maddəsi ilə tövsif olunan yüngül xəsarətdən qat-qat ağır nəticələrə, o cümlədən kəllə sümüyünün sınığına və ağır beyin travmasına səbəb olardı ki, bu da hazırkı iş üzrə müəyyən edilməmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs sözügedən hadisənin baş verməsi üçün predmeti tələb olunan surətdə fırlatması da məhkəmənin qənaətincə fiziki cəhətdən mümkünsüzdür. Zərərçəkmişin ifadəsinin bu hissəsi, əvvəlki ifadəsindəki ziddiyyəti post factum izah etmək cəhdi kimi qiymətləndirilir və CPM-in 28.5-ci maddəsinin tələblərinə uyğun olaraq, mülahizə xarakterli olduğundan, ittiham hökmünün əsasını təşkil edə bilməz. Zərərçəkmişin ifadəsindəki bu məqam hadisənin təsvirinin mötəbərliyini tamamilə şübhə altına alır və ittihamın əsaslandığı versiyanın faktiki hallarla təsdiqlənmədiyinə dəlalət edir Məhkəmə xüsusi olaraq qeyd edir ki, cismin hərəkət istiqaməti və mümkün xəsarətlər ilə bağlı gəlinən bu nəticə, xüsusi biliklər tələb edən və ekspert rəyi ilə müəyyən edilməli olan mürəkkəb elmi məsələ deyil, əksinə, elementar fizika qanunlarına (cazibə qüvvəsi və s.) əsaslanan və ümumi məlum olan bir haldır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 141.1.1-ci maddəsinə əsasən, "ümumi məlum olan faktlar" sübuta yetirilmədən müəyyən edilmiş hesab olunur. Məhkəmə, istənilən şəxs üçün aydın olan bu fiziki qanunauyğunluqları öz daxili inamı əsasında qiymətləndirmək və onlara əsaslanmaq səlahiyyətinə malikdir. İttihamın əsaslandığı versiyanın bu cür fundamental və hamıya bəlli olan fiziki reallıqla ziddiyyət təşkil etməsi, onun əsassız fərziyyələrə söykəndiyini bir daha təsdiq edir. Zərərçəkmiş şəxsin ifadələrindəki 3-cü ziddiyyət: Məhkəmə həmçinin qeyd edir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs digər məhkəmə iclasları zamanı hadisənin mexanizmi ilə bağlı ilkin məhkəmə iclaslarında verdiyi ifadələrini tamamilə dəyişərək, cismin ona dəydikdən sonra təqsirləndirilən şəxs tərəfindən ip vasitəsilə geri çəkilməsi və sonradan yuyulması barədə irəli sürdüyü yeni versiya, cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından yenə də ittihamın əsası kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsi imperativ qaydada tələb edir ki, "şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz". Zərərçəkmişin əvvəlki ifadəsindəki fundamental fiziki ziddiyyətləri aradan qaldırmaq məqsədilə irəli sürülən bu yeni versiya heç bir obyektiv sübutla təsdiqlənməyən, yalnız fərziyyə və ehtimal xarakteri daşıyan bir mülahizədən ibarətdir. Hadisə yerinə baxış zamanı və ya sonrakı istintaq hərəkətləri ilə cismin geri çəkilməsinə və ya yuyulmasına dəlalət edən heç bir iz aşkar edilməmişdir. Məhkəmə, sübutların tədqiqi zamanı müəyyən edilmiş faktlara deyil, prosesin gedişində yaranan ziddiyyətləri aradan qaldırmaq üçün irəli sürülən subyektiv fərziyyələrə əsaslanaraq ittiham hökmü çıxara bilməz. Sübutların toplanılması mərhələsində də ittiham orqanı tərəfindən kifayət qədər sübutlar toplanılmamış, məhkəmə-trasoloji və ya digər ekspertizalar yolu ilə sözügedən xüsusatlar dəqiqləşdirilməmişdir. Qeyd olunur ki, ibtidai istintaq zamanı bu məsələnin yoxlanılması üçün məhkəmətrasoloji (predmetin evin divarlarında və səthində yaratdığı izlər ilə bağlı, tamın hissələr üzrə eyniləşdirilməsi ilə bağlı), materialların, maddələrin və məmulatların kriminalistik ekspertizası, məhkəmə-bioloji və ya məhkəmə-kriminalistik (predmet üzərindəki qan izlərinin zərərçəkmiş şəxsə məxsusluğu, o cümlədən zərərçəkmiş şəxsin paltar səthi və yer üzərində olması ehtimal edilən qan izləri ilə bağlı) ekspertizaları keçirilməmiş, istintaq eksperimenti keçirilməmiş, sadəcə məhkəmə-tibbi ekspertizasının rəyinə əsaslanmaqla ittiham verilmişdir. Həmin rəydə isə xəsarətin küt əşyanın təsirindən yaranması istisna edilməməklə, məhkəmə iclasında ekspertin ifadəsi ilə yıxılma nəticəsində də yaranma ehtimalı təsdiqlənmişdir. Həmin ekspertizaların hadisə üzərindən 2 il keçdikdən sonra məhkəmə istintaqı zamanı keçirilməsi isə tamamilə absurd olmaqla, heç bir mötəbər nəticəyə gəlinməsinə imkan verməyəcəkdir. Belə ki, sözügedən predmetin (dəmir rolik başlığın) olduğu yer belə əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilməmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, məhkəmə-tibbi ekspertiza rəyində təsbit edilmiş sol bazu oynağının, sol bazunun, sol budun və sol baldırın qançırları ilə nəticələnən xəsarətlər barədə ittiham orqanı tərəfindən hər hansı izahat verilməmişdir. İttiham aktında bu xəsarətlərin "istintaqla müəyyən edilməyən küt əşya" ilə qəsdən yetirildiyi iddia olunsa da, ekspertiza rəyində həmin xəsarətlərin "sağlamlığa zərər vurmaya aid olmadıqları üçün dərəcəsi təyin edilməyən" kimi qiymətləndirilməsi, həmçinin tərəflərin ifadələrində ip dartışması zamanı ipin bədən nahiyələrinə dəyməsi barədə xüsusatlar nəzərə alındıqda, bu xəsarətlərin qəsdən zərbə ilə deyil, ip dartışması zamanı yaranan təmas nəticəsində əmələ gəlməsi ehtimalı araşdırılmamışdır. Bu hal da ittiham orqanı tərəfindən alternativ versiyaların yoxlanılmamasının daha bir təzahürüdür. Məhkəmə, zərərçəkmişin ifadəsinin təkcə fiziki qanunauyğunluqlarla deyil, həm də hadisədən sonrakı davranışının xronologiyası və tibbi məntiqlə də ziddiyyət təşkil etdiyi qənaətindədir. Belə ki, iddia edilən xəsarətin ağırlığı ilə tibbi yardıma müraciət zamanı yaranan əhəmiyyətli gecikmə arasında ciddi uyğunsuzluq mövcuddur. İş materiallarından göründüyü kimi, DİN-in "102" Xidmətinə ilkin müraciət saat 17:52-də edilsə də, X9 polisə məlumat saat 21:40-da daxil olmuşdur. Zərərçəkmiş şəxsin ibtidai istintaqdakı ifadəsinə görə, o, təqsirləndirilən şəxsin atdığı zərbədən sonra "özünü itirərək yerə yıxılmış, təxminən bir neçə saniyədən sonra ayağa qalxmış", daha sonra isə "divanın üstündə oturan zaman başından qan gəldiyini görmüşdür". Məhkəmə baxışında isə ifadəsini dəyişərək "bir neçə dəqiqə yerdə qaldığını" bildirmişdir. Hadisə yerinə baxış protokoluna əlavə edilmiş fotoşəkildən görünən və zərərçəkmişin ifadəsi ilə təsdiqlənən qanaxmanın (ehtimal edilir) miqyasını, habelə huşun itirilməsi iddiasını nəzərə aldıqda, şəxsin X14 üçün təxminən 4 saat gözləməsi həyati reallığa uyğun gəlmir. Belə bir vəziyyət, adətən, dərhal tibbi müdaxilə tələb etməsi daha inandırıcıdır. Bundan əlavə, ittiham aktında hadisənin saat 17:00 radələrində baş verdiyi iddia edilsə də, zərərçəkmişin DİN-in “102” xidmətinə ilk müraciəti yalnız saat 17:52də, yəni iddia edilən hadisədən təxminən 52 dəqiqə sonra edilmişdir. Əgər zərərçəkmiş həqiqətən iddia etdiyi kimi huşunu itirmiş və qısa müddətdə ayağa qalxmışdırsa, 52 dəqiqəlik gecikmənin izahı verilməmişdir. Bundan əlavə, məhkəmə hesab edir ki, hadisə yerində aşkar edilmiş "qanabənzər ləkələr"in yayılma forması və miqyası, zərərçəkmişin hadisənin gedişatı ilə bağlı verdiyi ziddiyyətli ifadələrin mötəbərliyini ciddi şübhə altına alan daha bir mühüm haldır. Hadisə yerinə baxış protokoluna əlavə edilmiş fotocədvəldə həm nisbətən toplanmış gölməçəyə bənzər, həm yaxılma formasında, həm də ətrafa səpələnmiş damcı formalı izlər müşahidə olunur. Zərərçəkmişin ifadəsinin bir hissəsində "bir neçə saniyədən sonra ayağa qalxdığı", digər hissəsində isə "bir neçə dəqiqə (bəzi hissələrdə 5 dəqiqə) yerdə qaldığı" barədə verdiyi ziddiyyətli məlumatlar bu izlərin yaranma mexanizmini izah etməkdə acizdir. Belə ki, qısa müddət ərzində ayağa qalxma versiyası, yerdə həm gölməçə, həm, yaxma, həm də damcı izlərinin eyni vaxtda yaranmasını məntiqi cəhətdən izah etmir. Əksinə, 5 dəqiqə hərəkətsiz qalma versiyası qəbul edildikdə isə, qanın laxtalanma xüsusiyyətləri nəzərə alındıqda, bu qədər uzun müddət sonra ayağa qalxan şəxsin başından hələ də intensiv şəkildə damcıların səpələnməsi reallıqla və həyati məntiqlə uzlaşmır. Həmçinin, bu qədər güclü qanaxma ilə nəticələnən travma alan şəxsin dərhal ayağa qalxaraq münaqişəni davam etdirməsi iddiası da məntiqə uyğun görünmür. Eyni zamanda, hadisə yerinə baxış protokoluna əlavə edilmiş fotoşəkillərdə də Zərərçəkmiş şəxs paltarının səthində də qana bənzər ləkələr müşahidə edilmir. Sadəcə başının arxa səthində (rəydə isə təpə nahiyəsində xəsarət olması qeyd edilmişdir) kiçik bir hissədə qırmızı formalı ləkələr müşahidə edilir. (bax foto cədvəl) Bütün bu uyğunsuzluqlar təkcə zərərçəkmişin ifadələrinin etibarlılığını deyil, həm də ekspert rəyinin əsaslandığı ilkin məlumatların düzgünlüyünü şübhə altına alır və ittihamın əsaslandığı faktiki halların sübuta yetirilmədiyinə dəlalət edir. Bu əhəmiyyətli gecikmə, xəsarətin iddia edilən vaxtda və şəraitdə alınmadığına və ya vəziyyətinin təsvir edildiyi qədər dramatik olmadığına dair əsaslı şübhələr yaradır. Məhkəmə, qan izlərinin yaranma mexanizmi barədə ekspert rəyi əsasında deyil, həmin izlərin mövcudluğunun zərərçəkmişin ziddiyyətli ifadələrindən hansını təsdiq və ya təkzib etdiyini məntiqi cəhətdən qiymətləndirir. Bu, CPM-in 145-ci maddəsinə uyğun olaraq sübutların sərbəst qiymətləndirilməsi çərçivəsindədir, ekspert funksiyasının üzərinə götürülməsi deyildir. Əgər zərərçəkmiş "bir neçə saniyə" ərzində ayağa qalxıbsa, yerdə geniş qan gölməçəsinin formalaşması məntiqi baxımdan inandırıcı deyildir. Əgər isə 5 dəqiqə və ya daha çox hərəkətsiz qalıbsa, onda huşunu itirmə ehtimalı yüksəkdir ki, bu da hadisənin ciddiliyini göstərir. Lakin bu halda dərhal ayağa qalxıb münaqişəni davam etdirmə iddiası həyati məntiqlə uzlaşmır. Hər iki halda zərərçəkmişin ifadəsi daxili ziddiyyət ehtiva edir. Məhkəmə qeyd edir ki, CPM-in 127.3-cü maddəsinə əsasən, ekspert rəyi məhkəmə üçün məcburi deyildir və digər sübutlarla birlikdə qiymətləndirilməlidir. Məhkəmə, hadisə yerindəki qan izlərinin mövcudluğu faktını birmənalı inkar etmir, çünki bununla bağlı ekspert rəyi (məhkəmə-bioloji, məhkəməkriminalistik) mövcud deyildir. Lakin həmin izlərin zərərçəkmişin ziddiyyətli ifadələri ilə uyğunsuzluğunu aşkar edir ki, bu da ittihamın əsaslandığı faktiki halların mötəbərliyini ciddi şübhə altına alır. Ümumiyyətlə, başın əzilmiş yarasından zərərçəkmiş şəxsin iddia etdiyi qədər qan axması da məhkəmədə ciddi şübhələr yaradır. (bax Məhkəmə Təbabəti M.O.Bunyatovun redaksiyası altında, səhifə 168, amu.edu.az) Bundan əlavə, məhkəmə nəzərə alır ki, baş nahiyəsindən "əzilmiş yara" kimi xarakterizə olunan və gölməçə yaradacaq qədər güclü qanaxma ilə nəticələnən travma alan şəxsin, dərhal və ya qısa müddət sonra heç bir əks təsir olmadan ayağa qalxaraq aktiv fiziki münaqişəni davam etdirməsi iddiası da həyati məntiqə uyğun görünmür. Müdafiə tərəfinin təqdim etdiyi və hadisədən təxminən 30 dəqiqə sonra, saat 18:30 radələrində çəkildiyi bildirilən videoyazıda zərərçəkmişin sərbəst şəkildə şifahi mübahisə etməsi, onun "5 dəqiqə yerdə huşsuz qalması" barədə sonrakı iddiası ilə ziddiyyət təşkil edir. Baş nahiyəsindən bu cür travma alan və huşunu itirən bir şəxsin qısa müddət sonra heç nə olmamış kimi mübahisəni davam etdirməsi tibbi baxımdan inandırıcı deyildir. Şəxsin videogörüntüdə baş nahiyəsinin arxasında müəyyən qırmızıyabənzər ləkələr olmasını inkar etmir, lakin hazırkı işin halları həmin xüsusata, yəni Təqsirləndirilən şəxs tərəfindən yetirilməsinə tənqidi yanaşmağa əsas verir. Eyni zamanda, məhkəmə qeyd edir ki, döşəmədə aşkar edilmiş və hadisə baş verən pəncərədən cənub istiqamətdə nisbətən üfüqi istiqamətdə yerləşmiş qan izlərinin yaranması da məhkəmədə şübhə yaradır. Belə ki, əgər zərərçəkən baş nahiyəsinə predmet dəydikdən sonra arxası üstə yıxılmışsa, onda qan izləri nisbətən pəncərəyə şaquli istiqamətdə yaranmalı idi. Lakin, hazırkı fotoşəkildə ehtimal olunan qan izləri üfüqi istiqamətdə yerləşmişdir. Bütün bu tibbi və kriminalistik uyğunsuzluqlar məcmusu, təkcə zərərçəkmişin ifadələrinin etibarlılığını deyil, həm də ekspert rəyinin əsaslandığı ilkin məlumatların düzgünlüyünü şübhə altına alır. Məhkəmə qeyd edir ki, rəy vermiş tibb eksperti məhkəmə iclasında tədqiq etdiyi xəsarətin yerini belə göstərə bilməmişdir ki, bu da onun verdiyi rəyin mötəbərliyini ciddi şübhə altına alır. Bundan əlavə, ekspert rəyində xəsarətin lokalizasiyası başın təpə nahiyəsi kimi qeyd edilsə də, hadisə yerinə baxış protokoluna əlavə edilmiş foto cədvəldən görünür ki, Zərərçəkmiş şəxs ehtimal edilən qanaxması başın arxa səthində yerləşmişdir. (ənsə hissəsi). Bu da ekspert rəyi ilə uyğunsuzluq təşkil etməkdədir. Eyni zamanda, yerdəki qan izlərinin gölməçə tipli toplanma ilə başlayıb damcıvarı formaya keçid etməsi fonunda zərərçəkmiş şəxsin paltar səthində və saçının digər hissələrində sürtünmədən qaynaqlı qan izlərinin aşkar edilməməsi də məhkəmədə əsaslı şübhə yaratmışdır. Bundan əlavə, Zərərçəkmiş şəxs ifadəsində Çingizin ilkin atdığı predmetin evin divarına dəydiyini bildirib, bununla bağlı dolayı sübut kimi divarın zədələnmiş hissəsinin fotoşəkilini təqdim etsə də, iş materiallarından görünür ki, divar zədələnməsi evin daxili hissəsində yerləşir. Yəni, çöl tərəfdən atılmış predmetin evin daxilinə keçərək, pəncərənin altındakı divar səthini zədələməsi həyati təcrübəyə və məntiqə, o cümlədən fizika qanunlarına tamamilə ziddir. Belə bir predmet atılması halında pəncərədə, divarın çöl səthində zədə yaratması ehtimalı daha realdır. Bundan əlavə, Zərərçəkmiş şəxs Çingiz və Səkinənin ona rolikdən başqa taxta parçaları atdığını iddia etsə də, həmin predmetlər də hadisə yerinə baxış protokolunda və foto cədvəldə görünmür. Məhkəmə hesab edir ki, məhkəməyədək icraat zamanı ibtidai istintaq orqanı tərəfindən işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması təmin edilməmiş, ittihamın əsasını təşkil edən bir sıra mühüm məqamlar yoxlanılmamış qalmışdır ki, bu da sübut bazasında aradan qaldırılması mümkün olmayan boşluqlar yaratmışdır. Eyni zamanda, hadisə yerinə baxış protokolunda və ona əlavə edilmiş fotoşəkildə "qanabənzər ləkələr"in mövcudluğu qeyd edilsə də, həmin ləkələrin mənşəyinin, onların həqiqətən insan qanı olub-olmamasının və Zərərçəkmiş şəxs məxsusluğunun müəyyən edilməsi üçün məhkəmə-bioloji və ya məhkəmə-kriminalistik ekspertizalarının keçirilməməsi, ittihamın maddi sübutlarla möhkəmləndirilməməsinə gətirib çıxarmışdır. CPM-nin 124.2-ci maddəsinə əsasən, sübutlar maddi sübutlar, ifadələr, ekspert rəyləri və s. kimi növlərdən ibarətdir. Hazırkı halda, "qanabənzər ləkələr" yalnız baxış protokolunda təsvir edilmiş, lakin onların sübutu əhəmiyyəti elmi-texniki vasitələrlə yoxlanılmamışdır. Bu, istintaqın natamamlığının bariz nümunəsidir. Bundan əlavə, ittihamın əsasını təşkil edən "paltar ipinin dəmir başlığı" və ya "diyircək (rolik)", o cümlədən zərərçəkmiş şəxsin geyim əşyaları maddi sübut kimi götürülməmiş, üzərində zərərçəkmişin bioloji izlərinin (qan, saç və s.) və ya təqsirləndirilən şəxsin əl-barmaq izlərinin olub-olmaması yoxlanılmamışdır. Cinayət alətinin maddi sübut kimi tədqiq edilməməsi, ittihamın əsasını təşkil edən obyektlə təqsirləndirilən şəxs və zərərçəkmiş arasında əlaqənin qurulmasını mümkünsüz edir. Sözügedən predmetin aşkar edilməsi məqsədilə əməliyyat-tapşırığı verilsə də, həmin əməliyyat tapşırığı nəticəsiz qalmışdır. Halbuki, zərərçəkmiş şəxs özü təqsirləndirilən şəxsin həmin predmeti yuyub məhləyə qoyduğunu bildirmişdir. Zərərçəkmiş şəxsin özü də iki illik müddət ərzində həmin predmetin tapılmasında maraqlı olmamış, müstəntiq qarşısında vəsatətlər qaldırmamışdır. Bu, CPM-nin 138-ci maddəsində təsbit edilmiş sübutetmə vəzifəsinin ittiham tərəfindən lazımınca yerinə yetirilmədiyini göstərir. Bu cür istintaq boşluqları, ittihamın yalnız ziddiyyətli şifahi ifadəyə əsaslandığı bir şəraitdə, təqsirləndirilən şəxsin təqsirliliyinə dair şübhələri daha da artırır və məhkəmənin bu şübhələri onun xeyrinə həll etməsini zəruri edir. Cinayət mühakimə icraatının hərtərəflilik, tamlıq və obyektivlik prinsipləri (CPM-in 8.0.3-cü maddəsi) tələb edir ki, cinayət prosesini həyata keçirən orqan yalnız ittiham tərəfinin versiyasını deyil, həm də təqsirləndirilən şəxsin müdafiə üçün irəli sürdüyü dəlilləri və hadisənin baş verməsinə dair alternativ versiyaları da araşdırsın. CPM-in 21.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Hazırkı cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs və şahid qismində dindirilmiş onun arvadı Şahid3 ibtidai istintaq zamanı hadisənin başqa mexanizmlə baş verdiyini iddia etmişlər. Onların ifadələrinə görə, zərərçəkmiş Zərərçəkmiş şəxs paltar ipini onlara tərəf bir neçə dəfə atmış, bu zaman Təqsirləndirilən şəxs ipdən tutaraq mane olmağa çalışmış, Zərərçəkmiş şəxs isə ipi özünə tərəf çəkərək yaşadığı evin içinə yıxılmışdır. Bu, xəsarətin təqsirləndirilən şəxsin qəsdən vurması nəticəsində deyil, zərərçəkmişin öz hərəkətləri nəticəsində (müvazinətini itirərək yıxılması) baş verməsi ehtimalını yaradan alternativ bir versiyadır. Həm Şahid3, həm də Şahid4 ifadələrində sözügedən xüsusatları təsdiq etmişlər. Məhkəmə təəssüflə qeyd edir ki, ibtidai istintaq orqanı bu versiyanın həqiqiliyini yoxlamaq üçün heç bir istintaq hərəkəti aparmamışdır. Məsələn, zərərçəkmişin yıxılması nəticəsində başının otaqda olan hər hansı bir əşyaya dəyərək xəsarət alması ehtimalı nə istintaq eksperimenti, nə də ekspertiza vasitəsilə yoxlanılmamışdır. Məhkəmə-tibbi ekspertizasının təyin edilməsi haqqında qərarda ekspert qarşısında bu versiyanın mümkünlüyünə dair sual qoyulmamışdır. Xüsusilə nəzərə alınmalıdır ki, hadisə yerinə baxış protokoluna əlavə edilmiş fotocədvəldən aydın görünür ki, zərərçəkmişin yıxıldığı iddia edilən otaqda, onun sol tərəfində iti kənarları olan taxta kamod (zərərçəkmişin ifadəsinə əsasən termon) yerləşir. Bu kamodun yerləşmə mövqeyi, məhkəmə-tibbi ekspertiza rəyində təsbit edilmiş xəsarətin lokalizasiyası (sol təpə nahiyəsi) ilə tam uyğunluq təşkil edir. Belə ki, zərərçəkmişin ip dartışması nəticəsində müvazinətini itirərək arxaya və sol tərəfə doğru yıxılması zamanı başının məhz həmin komodun küncünə dəyməsi ehtimalı olduqca yüksəkdir və hadisənin real mexanizmini təşkil edə bilər. Xəsarətin sadəcə əzilmiş yara olması xüsusatı da, 200 qramlıq dəmir bir predmetin insan başına dəydikdən sonra yüngül xəsarət yetirməsi ehtimalını da zəiflədir. Məhkəmə istintaqı zamanı dindirilmiş ekspert də xəsarətin yıxılma və yerdəki predmetə dəymə nəticəsində yaranmasını istisna etməmişdir. Hadisə yerinin fotoşəkillərindən də göründüyü kimi, pəncərənin alt hissəsində tikinti materialları olan paket vardır və zərərçəkmiş şəxsin həmin predmetə ilişərək yıxılması ehtimalı da istisna edilməməlidir. Lakin istintaq orqanı bu aşkar və mühüm halı tamamilə nəzərdən qaçırmış, bu ehtimalın yoxlanılması üçün heç bir tədbir görməmişdir. İttiham tərəfinin müdafiənin irəli sürdüyü ağlabatan alternativ versiyanı, xüsusən də hadisə yerindəki obyektiv vəziyyətlə dəstəklənən bu ehtimalı araşdırıb təkzib etməməsi, sübutetmə yükünü lazımınca yerinə yetirməməsi kimi qiymətləndirilməlidir. Bu hal, öz növbəsində, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırılmayan şübhələrin mövcudluğuna dəlalət edir. Məhkəmə hesab edir ki, ittihamın əsaslandığı xx.xx.2023-cü il tarixli 490 saylı məhkəmə-tibbi ekspertiza rəyi özü-özlüyündə təqsirləndirilən şəxsin təqsirliliyini sübut etmək üçün kifayət deyildir və onun məzmunu diqqətlə təhlil edilməlidir. Həmin rəy yalnız zərərçəkmişin bədənində xəsarətlərin mövcudluğunu, onların küt əşyanın təsirindən yarana biləcəyini və sağlamlığa yüngül zərər vurmaya aid olduğunu təsdiq edir. Lakin rəy, həmin xəsarətlərin məhz təqsirləndirilən şəxs tərəfindən və məhz ittihamda göstərilən üsulla yetirildiyini sübut etmir. CPM-nin 127.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyil və digər sübutlarla məcmu halda qiymətləndirilməlidir. Hazırkı işdə isə rəyin nəticələri zərərçəkmişin ifadəsindəki fundamental fiziki ziddiyyətləri aradan qaldırmır. Məhkəmə istintaqı zamanı dindirilən ekspertin Şahid2 ifadəsi ittihamın mövqeyini daha da zəiflədir. Ekspert məhkəmədə verdiyi ifadəsində təsdiq etmişdir ki, "xəsarətin yerə yıxılması nəticəsində yaranması istisna edilmir", lakin bunun üçün yerdə hər hansı predmet olmalıdır. Bu ifadə, təqsirləndirilən şəxsin versiyasının (zərərçəkmişin yıxılması) tibbi baxımdan mümkünlüyünü təsdiq edir və ittihamın yeganə mümkün versiya olmadığını göstərir. Bu isə öz növbəsində, təqsirləndirilən şəxsin təqsirliliyinə dair əsaslı şübhə yaradır və “əsaslı şübhədən sübut” sübut standartına cavab vermir, çünki hadisənin ən azı iki ağlabatan versiyası mövcuddur. Ekspertin məhkəmə iclasında başın xəsarət yetirilmiş hissəsini dəqiq göstərə bilməməsi də onun rəyinin mötəbərliyini əlavə şübhə altına alır. Məhkəmə həmçinin qeyd edir ki, ekspert məhkəmədə "1 metr məsafədən 60 sm hündürlükdə olan şəxsin başına atılan predmetin onun başının həmin hissəsinə dəyə biləcəyi" barədə mülahizə xarakterli fikir bildirsə də, məhkəmə hesab edir ki, əgər bu xüsusi bilik kimi qiymətləndirilsə, bu onun xüsusi biliklərindən kənara çıxır və məhkəmə-tibbi ekspertizasının predmeti deyil. Lakin, hər bir halda onun göstərdikləri elementar fizika qanunları və həyati təcrübə ilə uyğunsuzluq təşkil edir. Məhkəmə qeyd edir ki, tibbi ekspert yalnız xəsarətin xarakterini və onun küt əşyanın təsirindən yaranıbyaranmamasını müəyyən edə bilər. Cismin hərəkət istiqaməti, atış bucağı və hərəkət dinamikası kimi məsələlər tibbi deyil, mübahisə olacağı halda fizika elminin predmetidir. Bu səbəbdən, ekspertin öz səlahiyyəti xaricində olan bir məsələyə dair bildirdiyi ehtimal xarakterli və bir növ dəqiq mülahizə, ittiham üçün mötəbər sübut kimi qiymətləndirilə bilməz və bu, əvvəl qeyd olunan fundamental fiziki ziddiyyətləri aradan qaldırmır. Belə ki, ekspert öz rəyini əsaslandırmaq üçün həmin formada mülahizə bildirməsi göz ardı edilməməlidir. Yuxarıda aparılan təhlillərin məcmusuna əsasən, məhkəmə belə nəticəyə gəlir ki, 28 aprel 2023-cü il epizodu üzrə Təqsirləndirilən şəxs təqsirliliyi "əsaslı şübhədən kənar sübut" standartına uyğun olaraq sübuta yetirilməmişdir. Belə ki, ittihamın əsasını təşkil edən yeganə birbaşa sübut olan zərərçəkmişin ifadəsi, hadisənin mexanizminin fiziki qanunauyğunluqlarla və sonrakı davranışının tibbi məntiqlə ziddiyyət təşkil etməsi səbəbindən ciddi şübhə altındadır. İbtidai istintaq zamanı yol verilmiş natamamlıq (obyektiv sübutların və cinayət alətinin tədqiq edilməməsi, alternativ versiyaların yoxlanılmaması) bu şübhələri aradan qaldırmamış, əksinə dərinləşdirmişdir. Məhkəmətibbi ekspertizasının nəticələri və ekspertin məhkəmədəki ifadəsi təqsirləndirilən şəxsin təqsirsizliyi ehtimalını istisna etmir. Məhkəmə dövlət ittihamçısının "əgər təqsirləndirilən şəxs törətməyibsə, bəs zərərçəkmişin başındakı xəsarət necə yaranıb?" sualı üzərində qurulmuş mövqeyini təqsirsizlik prezumpsiyası prinsipinin mahiyyətinə zidd hesab edir. Cinayət mühakimə icraatının məqsədi təqsirləndirilən şəxsə irəli sürülmüş konkret ittihamın sübuta yetirilibyetirilməməsini müəyyən etməkdir, istənilən halda cinayəti törətmiş şəxsi tapmaq deyil. Sübutetmə yükünün tam həcmdə ittiham tərəfinin üzərinə düşməsi o deməkdir ki, məhz prokuror təqsirləndirilən şəxsin təqsirliliyini "əsaslı şübhədən kənar sübut" standartına uyğun olaraq sübuta yetirməlidir. Belə bir yanaşma, sübutetmə yükünü ittiham tərəfindən müdafiəyə keçirmək, təqsirləndirilən şəxsdən öz təqsirsizliyini sübut etməsini tələb etmək deməkdir ki, bu, CPM-nin 21.3-cü maddəsinə birbaşa ziddir. İttiham tərəfi təqsirləndirilən şəxsin təqsirliliyini sübuta yetirə bilmirsə və ya təqdim olunan sübutlar aradan qaldırılması mümkün olmayan şübhələr yaradırsa, məhkəmə, xəsarətin yaranmasının alternativ mexanizmlərini araşdırmaq və ya başqa təqsirkar şəxsi müəyyən etmək vəzifəsi daşımır. Belə bir yanaşma, ittiham funksiyasının məhkəmə tərəfindən mənimsənilməsi demək olardı. Hazırkı iş üzrə məhkəmənin vəzifəsi, Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda göstərilən əməli törədib-törətməməsi məsələsini həll etməkdir. İttiham sübuta yetirilmədiyi təqdirdə, xəsarətin başqa şəraitdə və ya başqa şəxs tərəfindən törədilməsi ehtimalının mövcud olması, təqsirsizlik prezumpsiyasının tələblərinə uyğun olaraq, yalnız bəraət hökmünün çıxarılması üçün əsasdır. Bütün bu aradan qaldırılmayan şübhələr, təqsirsizlik prezumpsiyası prinsipinin imperativ tələbinə uyğun olaraq, təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. İkinci epizod (16 sentyabr 2023-cü il) üzrə ittihamın əsassızlığının təsdiqi Məhkəmə, Təqsirləndirilən şəxs 16 sentyabr 2023-cü il tarixdə baş vermiş hadisə ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə irəli sürülmüş ittihamın əsaslılığını yoxlayaraq belə nəticəyə gəlir ki, ittiham tərəfi təqsirləndirilən şəxsin təqsirliliyini nəinki sübut edə bilməmiş, əksinə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusu bir növ onun hadisədə iştirakını təkzib edir. Məhkəmə baxışı zamanı müdafiə tərəfindən təqsirləndirilən şəxsin cinayət hadisəsi baş verən zaman hadisə yerində olmaması barədə irəli sürülmüş alibi versiyası, məhkəməyə təqdim olunmuş bir sıra bir-birini tamamlayan sübutlarla təsdiqini tapmışdır. Müdafiə tərəfi tərəfindən məhkəməyə təqdim edilmiş və tədqiq olunmuş müşahidə kameralarının videogörüntüləri təqsirləndirilən şəxsin alibisini təsdiq edən ən mühüm obyektiv sübut kimi qiymətləndirilməlidir. Belə ki, hadisənin saat 18:55 radələrində baş verdiyi ittiham tərəfindən iddia edildiyi halda, "Hyundai servis" yaxınlığında yerləşən kameranın qeydə aldığı və vaxt göstəricisi saat 18:59 olan videogörüntüdə Təqsirləndirilən şəxs hadisə yerindən xeyli aralıda olan Ziya Bünyadov prospektində hərəkət etdiyi görünür. Məhkəmə qeyd edir ki, həmin videogörüntüdəki şəxsin təqsirləndirilən şəxs olub-olmaması məsələsi birbaşa məhkəmə-portret ekspertizası ilə həll edilməmişdir. Belə ki, sözügedən ekspertizanın keçirilməsi üçün kifayət qədər əlamətlər videogörüntüdən müşahidə edilmir. Lakin, təqsirləndirilən şəxsin həmin videogörüntüdəki şəxsin özü olduğu barədə ifadəsi ittiham tərəfi tərəfindən təkzib edilməmişdir. CPM-in 21.3-cü maddəsinə əsasən, müdafiənin irəli sürdüyü dəlilləri, o cümlədən alibi versiyasını təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. İttiham tərəfi nə videogörüntüdəki şəxsin təqsirləndirilən şəxs olmadığını, nə də təqsirləndirilən şəxsin iddia edilən hadisə vaxtı hadisə yerində olduğunu sübut edən hər hansı mötəbər dəlil təqdim etmişdir. Bu sübutun alibi xarakteri, xüsusilə aşağıda qeyd ediləcək şahid ifadələri və digər videogörüntülərlə birlikdə qiymətləndirildikdə, təqsirləndirilən şəxsin hadisə zamanı hadisə yerində olmadığına dair ciddi əsas yaradır. Həmçinin, Buzovna ərazisindən saat 17:57-də avtomobilə minərək uzaqlaşmasını əks etdirən digər videogörüntü də Təqsirləndirilən şəxs işdən çıxıb evə doğru hərəkət etməsinə dair ifadəsini təsdiqləyir və alibisinin xronoloji ardıcıllığını möhkəmləndirir. Təqsirləndirilən şəxsin alibisi təkcə obyektiv texniki sübutla deyil, həm də bir neçə şahidin bir-biri ilə uzlaşan ifadələri ilə təsdiq olunur. Məhkəmə iclasında dindirilmiş şahidlər Şahid3, Şahid4, habelə münaqişədə marağı olmayan neytral şahid, qonşu Şahid5 birmənalı şəkildə təsdiq etmişlər ki, 16 sentyabr 2023-cü il tarixdə baş vermiş mübahisə və dava-dalaş zamanı Təqsirləndirilən şəxs evdə olmamış və hadisə tamamilə başa çatdıqdan sonra gəlmişdir. Neytral şahidin ifadəsinin digər müdafiə tərəfi şahidlərinin ifadələri ilə üst-üstə düşməsi, alibinin mötəbərliyinə dair şübhələri tamamilə aradan qaldırır. Məhkəmə, dövlət ittihamçısının əvvəlki məhkəmə iclaslarında təqsirləndirilən şəxsin ailə üzvləri Şahid3 və Şahid4 ifadələrinin cinayət prosesində maraqlı şəxs olmaları səbəbindən sübutlar siyahısından xaric edilməsi barədə vəsatətini əsassız hesab edir. Cinayət-prosessual qanunvericilik heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmadığını və hər bir sübutun digər sübutlarla məcmu halda qiymətləndirilməli olduğunu təsbit edir. Şahidin təqsirləndirilən şəxslə qohumluq əlaqəsinin olması onun ifadəsinin avtomatik olaraq qeyri-mötəbər sayılması üçün əsas deyil, yalnız həmin ifadəyə daha tənqidi yanaşmanı zəruri edən bir haldır. Məhkəmənin vəzifəsi, belə ifadələrin işin digər, xüsusilə obyektiv və neytral mənbələrdən əldə edilmiş sübutları ilə uzlaşıb-uzlaşmadığını yoxlamaqdır. Hazırkı işdə qeyd olunan şahidlərin ifadələri təkcə bir-biri ilə deyil, həm də hadisə yerində olmuş neytral Şahid5 ifadəsi və ən əsası, obyektiv texniki vasitələrlə qeydə alınmış videogörüntü ilə tam uyğunluq təşkil edir. Məhz bu sübutların məcmusu, ailə üzvlərinin ifadələrinin həqiqətə uyğunluğunu təsdiq edir. Neytral Şahid5 zərərçəkmiş şəxslə münasibətlərinin gərgin olması ehtimalı isə, onun ifadəsinin obyektiv sübutlarla təsdiqləndiyi bir şəraitdə, həmin ifadənin sübutu əhəmiyyətini azaltmır. Beləliklə, məhkəmə hesab edir ki, bir neçə mənbədən gələn və bir-birini tamamlayan subyektiv və obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin alibisini "əsaslı şübhədən kənar" standartına uyğun olaraq təsdiq edir. İkinci epizod üzrə ittiham tərəfi təqsirləndirilən şəxsin təqsirliliyini əsaslandırmaq üçün zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsinə və onun bədənində xəsarətlərin mövcudluğunu təsdiq edən xx.xx.2023-cü il tarixli, 1202 nömrəli məhkəmə-tibbi ekspertiza rəyinə istinad edir. Məhkəmə, ekspert rəyinin zərərçəkmişin bədənində xəsarətlərin mövcudluğunu təsbit edən obyektiv sübut olduğunu qəbul etsə də, bu sübutların məcmusunun Təqsirləndirilən şəxs təqsirliliyini sübut etmək üçün kifayət olmadığı qənaətindədir. Qeyd olunur ki, ekspert rəyi özlüyündə birbaşa yox, dolayı sübutdur. Belə ki, ittihamın əsasını təşkil edən yeganə birbaşa sübut zərərçəkmişin ifadəsi hadisə anını əks etdirən digər obyektiv sübutla, yəni videogörüntü ilə birbaşa və təkzibedilməz şəkildə ziddiyyət təşkil edir. Müdafiə tərəfindən təqdim edilmiş və 16 sentyabr 2023-cü il tarixdə saat 18:57-də qeydə alınmağa başladığı müəyyən edilən 3 dəqiqəlik videogörüntünün tədqiqi zamanı birmənalı olaraq müəyyən edilmişdir ki, mübahisə və fiziki təmas yalnız zərərçəkmiş Zərərçəkmiş şəxs ilə təqsirləndirilən şəxsin arvadı Şahid3 və qızı Şahid4 arasında baş vermişdir. Bütün videogörüntü boyunca hadisə yerində Təqsirləndirilən şəxs yoxdur və onun səsi və ya hər hansı formada iştirakına dəlalət edən heç bir hal müşahidə edilmir. Daha da əhəmiyyətlisi, həmin videogörüntünün son hissəsində səslərdən aydın olur ki, mübahisə tərəflərin ayrılması ilə yekunlaşır və bu zaman Şahid3 hadisənin sonluğunu təhlil edən səsi eşidilir. Bu, videogörüntünün mübahisənin kulminasiya anını və sonunu tam əhatə etdiyini göstərir. Bu obyektiv sübut, zərərçəkmişin "işdən gələn Təqsirləndirilən şəxs həyətə daxil olub qızı Nəzakətdən maşanı alaraq mənim baş nahiyəmdən vurdu" iddiasını tamamilə təkzib edir. Xüsusi əhəmiyyət kəsb edən hal odur ki, Zərərçəkmiş şəxs məhkəmə istintaqının sonunda, yəni prosesin yekunlaşma mərhələsində, əvvəlki bütün iclaslardan fərqli olaraq, 2-ci epizod üzrə Təqsirləndirilən şəxs ona xəsarət yetirməsini birbaşa görmədiyini etiraf etmişdir. Bu etiraf, ittihamın əsasını təşkil edən yeganə birbaşa sübutun, yəni zərərçəkmişin ifadəsinin mötəbərliyini kökündən şübhə altına alır. Bundan əlavə, iş materiallarında olan DİN-in "102" Xidmətinin məlumatları da hadisələrin xronologiyasını bərpa etməyə imkan verir və zərərçəkmişin ifadəsini dolayı yolla şübhə altına alır. Belə ki, Şahid3 "102" Xidmətinə saat 19:02-də, zərərçəkmiş Zərərçəkmiş şəxs isə ondan 6 dəqiqə sonra müraciət etməsi faktı, mübahisənin məhz həmin vaxta qədər yekunlaşdığını göstərir. Təqsirləndirilən şəxsin isə saat 18:59-da hadisə yerindən xeyli aralıda olduğunu təsdiq edən digər sübutlar da mövcuddur. Bu sübutlar bir yerdə təhlil edildikdə, mübahisənin bitməsi ilə təqsirləndirilən şəxsin başqa yerdə görünməsi arasında cəmi bir neçə dəqiqə fərq olduğu, onun qısa zaman kəsiyində hadisə yerinə gələrək cinayət törətməsi və dərhal oranı tərk edərək başqa yerdə peyda olmasının fiziki cəhətdən mümkün olmaması qənaətini yaradır. Məhkəmə-tibbi ekspertiza rəyi isə, xəsarətin mövcudluğunu təsdiq etsə də, onu törədən şəxsi müəyyən etmir və beləliklə, təqsirləndirilən şəxsin alibisini təkzib etmir. Beləliklə, məhkəmənin qarşısında bir tərəfdən yalnız zərərçəkmişin subyektiv və digər obyektiv sübutlarla təkzib olunan ifadəsi, digər tərəfdən isə təqsirləndirilən şəxsin hadisə yerində olmadığını təsdiq edən obyektiv videogörüntülər və bir neçə şahid ifadəsi durur. Belə bir vəziyyətdə təqsirsizlik prezumpsiyası prinsipindən irəli gələrək, məhkəmə obyektiv sübutlara üstünlük verməli və təqsirləndirilən şəxsin hadisənin törədilməsinə aidiyyətinin sübut olunmadığı nəticəsinə gəlməlidir. Belə ki, müdafiə tərəfi ibtidai istintaq mərhələsində zərərçəkmişin xəsarətlərinin başqa mənşədən yaranması barədə alternativ versiya irəli sürmüşdür. (zərərçəkmiş şəxsin velosiped ilə özünə xəsarət yetirməsi) Lakin, istintaq orqanı tərəfindən bu versiyanın doğruluğu yoxlanılmamış, alternativ ehtimallar araşdırılmamış və ya təkzib edilməmişdir. Tərəflərin münaqişəli olması ehtimalı göz ardı edilməklə, obyektiv həqiqətin üzrə çıxarılmasına maneə yaranmışdır. Məhkəmə, 16 sentyabr 2023-cü il tarixli epizod üzrə təqdim edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş sübutların məcmusunu təhlil edərək belə yekun qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həmin epizodda təsvir olunan cinayət əməlinin törədilməsinə aidiyyətinin olması tam və birmənalı şəkildə sübuta yetirilməmişdir. İttiham tərəfinin mövqeyi, yalnız zərərçəkmişin subyektiv ifadəsinə əsaslandığı halda, müdafiə tərəfi təqsirləndirilən şəxsin hadisə zamanı hadisə yerində olmadığını təsdiq edən güclü və təkzibedilməz sübutlar təqdim etmişdir. Təqsirləndirilən şəxsin alibisi təkcə onunla maraqlı olan ailə üzvlərinin deyil, həm də hadisənin birbaşa iştirakçısı olmuş və prosesdə marağı olmayan neytral şahidin ifadəsi ilə təsdiqlənmişdir. Ən əsası isə, bu alibi və şahid ifadələri hadisə anını və ondan sonrakı dəqiqələri əks etdirən, obyektivliyi şübhə doğurmayan texniki vasitələrlə qeydə alınmış videogörüntülərlə tamamilə uzlaşır. Bu sübutların məcmusu, zərərçəkmişin ifadəsinin həqiqətə uyğun olmaması barədə qəti nəticəyə gəlməyə əsas verir. Məhkəmə hesab edir ki, bu epizod üzrə təqsirləndirilən şəxsin təqsirliliyinə dair təkcə "əsaslı şübhədən kənar" sübut standartının tələbləri yerinə yetirilməmiş, əksinə, onun təqsirsizliyini və hadisəyə aidiyyəti olmamasını təsdiq edən kifayət qədər mötəbər sübutlar toplanmışdır. Bu səbəbdən, məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.3-cü maddəsinə əsaslanaraq, 16 sentyabr 2023-cü il epizodu üzrə Təqsirləndirilən şəxs bəraət verilməsini zəruri hesab edir. Məhkəmə, cinayət işi üzrə təqdim edilmiş, məhkəmə istintaqında bilavasitə, hərtərəfli, tam və obyektiv tədqiq edilmiş sübutların məcmusunu bu Məcəllənin 145-ci maddəsinin tələblərinə uyğun, daxili inam əsasında qiymətləndirərək yekun qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə irəli sürülmüş hər iki epizod üzrə ittiham, "əsaslı şübhədən kənar sübut" standartının tələblərinə cavab verən mötəbər sübutlar sistemi ilə təsdiqini tapmamışdır. 28 aprel 2023-cü il tarixli epizod üzrə isə ittihamın əsasını təşkil edən zərərçəkmişin ifadəsi, hadisənin iddia edilən mexanizminin fizika qanunlarına uyğunsuzluğu, xəsarətin alınması ilə tibbi yardıma müraciət arasındakı qeyri-məntiqi zaman fasiləsi və hadisədən sonrakı davranışları ilə bağlı ciddi ziddiyyətlər səbəbindən fundamental şübhələr doğurur. İbtidai istintaq orqanı bu şübhələri aradan qaldırmaq, o cümlədən cinayət alətini maddi sübut kimi tədqiq etmək, hadisə yerindəki izləri tam araşdırmaq və ya alternativ versiyaları yoxlamaq üçün heç bir zəruri istintaq hərəkəti aparmamışdır. Məhkəmə istintaqı zamanı dindirilmiş ekspertin ifadəsi isə, əksinə, xəsarətin yıxılma nəticəsində yaranması ehtimalını istisna etməyərək, ittihamın əsaslandığı versiyanın yeganə mümkün variant olmadığını təsdiq etmişdir. 16 sentyabr 2023-cü il tarixli epizod üzrə ittiham, zərərçəkmişin subyektiv ifadəsindən başqa heç bir sübutla təsdiqlənmədiyi halda, təqsirləndirilən şəxsin hadisə yerində olmadığını sübut edən təkzibedilməz alibi ilə (neytral şahid ifadələri və obyektiv videogörüntülərlə) tamamilə inkar edilir. Beləliklə, məhkəmə hesab edir ki, hər iki epizod üzrə ittiham sübuta yetirilməmiş fərziyyələrə söykənir və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırılması mümkün olmayan, onun xeyrinə həll edilməli olan əsaslı şübhələr mövcuddur. Məhkəmə, yuxarıda göstərilən təhlillərə və cinayət-prosessual qanunvericiliyin fundamental prinsiplərinə əsaslanaraq, Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını zəruri hesab edir: 28 aprel 2023-cü il tarixli epizod üzrə: İttiham tərəfi tərəfindən təqsirləndirilən şəxsin təqsirliliyini "əsaslı şübhədən kənar" standartına uyğun təsdiq edən kifayət qədər mötəbər və ziddiyyətsiz sübutlar təqdim edilmədiyindən və mövcud şübhələr onun xeyrinə təfsir edildiyindən, ona Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4cü maddəsinə əsasən bəraət verilməlidir. 16 sentyabr 2023-cü il tarixli epizod üzrə: Təqsirləndirilən şəxsin hadisənin törədilməsinə aidiyyəti məhkəmə istintaqında tədqiq edilmiş sübutların məcmusu ilə sübuta yetirilmədiyindən, ona Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.3-cü maddəsinə əsasən bəraət verilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində tam bəraət hökmü çıxararaq, bu qərardan irəli gələn prosessual-hüquqi nəticələrin həll edilməsini zəruri hesab edir. Cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq, təqsirləndirilən şəxsə bəraət verildiyindən, onun barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam" qismində qətimkan tədbirinin saxlanılması üçün heç bir prosessual əsas qalmır və həmin tədbir CPM-nin 353.5.2-ci maddəsinə uyğun olaraq hökm elan edildiyi andan dərhal ləğv edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin və CPM-nin 36-cı maddəsinin imperativ tələblərini rəhbər tutaraq, bəraət almış şəxsin pozulmuş hüquqlarının bərpası və ona vurulmuş ziyanın ödənilməsi hüququnu xüsusi olaraq qeyd edir. CPM-nin 56-cı maddəsinə əsasən, barəsində bəraət hökmü çıxarılmış hər bir şəxs, cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. CPM-nin 356.5-ci maddəsinə müvafiq olaraq, məhkəmə bəraət almış Təqsirləndirilən şəxs vurulmuş ziyanın ödənilməsi və digər pozulmuş hüquqlarının bərpası (reabilitasiyası) üçün mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu izah edilməlidir. İş üzrə maddi sübut olmadığından, CPM-nin 353.5.5-ci maddəsinə əsasən bu barədə müvafiq qərar qəbul edilməsinə ehtiyac yaranmır. Eyni zamanda, məhkəmə hazırkı iş üzrə məhkəmə məsrəfləri olmamasını nəzərə alır. İş üzrə qanunvericiliklə nəzərdə tutulmuş qaydada verilmiş mülki iddia və ya xüsusi müsadirə edilməli əmlak da yoxdur. Bundan əlavə, CPM-nin 350.4-cü maddəsinə əsasən, bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Belə olan halda, məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 42, 344-347-ci, 349-cu, 350, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə verilmiş ittiham üzrə birinci epizod (28 aprel 2023-cü il) üzrə təqsirliliyi sübuta yetirilmədiyindən CPM-in 42.1.4-cü maddəsi əsasında, ikinci epizod (16 sentyabr 2023-cü il) üzrə cinayətin törədilməsinə aidiyyəti sübuta yetirilmədiyindən CPM-in 42.1.3-ci maddəsi əsasında bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qismində qətimkan tədbiri dərhal ləğv edilsin. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində ona vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayət törətmiş şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Hazırkı iş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəflərinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan (Azərbaycan Respublikası CPM-in 384.2-ci maddəsinə əsasən) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Kamal Babayev
Məhkəmə qərarları › İş №1(005)-347/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-347/2025
25.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver