Məhkəmə qərarları › İş №1(005)-349/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-349/2023

25.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-349/2023 25.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Yusifbəyli və Partnyorları Vəkil Bürosunun vəkili Müdafiəçi oglunun iştirakları ilə, xx xxxxxx 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi ev 20, mənzil 9-da qeydiyyatda olan, Abşeron rayonu Masazır qəsəbəsi, nömrəsiz evdə yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 10 aprel 2023-cü il tarixdə istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd “Winston” markalı siqaret qutusunun içərisində 01 ədəd bükümdə təmiz çəkisi 1,406 qram olan ağ rəngli kristallik maddə şəklində kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, 10 aprel 2023-cü il tarixdə saat 23:50 radələrində Nərimanov RPİ-nin 16-cı PB-nin əməkdaşları tərəfindən ünvan 1 ünvanın qarşısında saxlanılıb, ünvan 2erləşən Nərimanov RPİ-nin 16-ci PB-nə gətirilmiş və 11 aprel 2023-cü il tarixdə, saat 01:30-dan 02:00-dək olan müddətdə həmin polis bölməsinin xidməti otaqlarının birində hal şahidlərinin iştirakı ilə üzərinə şəxsi axtarış aparılarkən sağ əlində olan bir ədəd “Winston” markalı siqaret qutusunun içərisində 01 ədəd bükümdə təmiz çəkisi 1,406 qram olan ağ rəngli kristallik maddə şəklində kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM- nin 234.1 -ci maddələrində nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 5 ildir ki, psixotrop maddə olan «pati» adı ilə tanıdığı metamfetamindən istifadə edir. xx.xx.2023-cü ildə əvvəllər tanımadığı İİR-nın vətəndaşı olan adını, soyadını bilmədiyi şəxslə «Vhats App» vasitəsi ilə danışaraq ona 25 manat dəyərində psixotrop maddə metamfetamin sifariş vermiş və onun «Vhats App» proqramı ilə göndərdiyi bank hesabına metronun «Gənclik» stansiyası yaxınlığındakı ödəmə terminalı vasitəsi ilə 25 manat köçürmüşdür. Pulu köçürtdükdən sonra İİR-nın vətəndaşı «Vhats App» proqramı vasitəsi ilə narkotik vasitənin yerinin fotoşəklini göndərmişdir. Fotoşəklə əsasən içərsində metamfetamin olan bir ədəd «Vinston» qutusunu ünvan 4 ünvandakı binaya quraşdırılmış kondinsionerin mühərrik qutusu üzərindən götürüb piyada oradan uzaqlaşarkən polis əməkdaşları tərəfindən saxlanılmış və 16-cı PB-nə gətirilmişdir. Polis bölməsində xidməti otaqların birində 2 qadın hal-şahidlərinin iştirakı ilə üstündə şaxsi axtarış aparılarkən əlindəki «VİNSTON» siqaret qutusunun içərisində olan 1 ədəd qara rəngli polietilen bükümdə metamfetamin aşkar edilmiş və götürülmüşdür. Həmin maddə qablaşdırılmış və zərf iştirak edənlər tərəfindən imzalanmışdır. Psixotrop maddə metamfetamini öz istifadəsi üçün almışdır. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirimiş Nərimanov RPİ-nin 16-cı PB-nin əməkdaşı Şahid1 ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə profilaktik tədbirlər məqsədilə xidmət etdiyi ərazidə əməliyyat müvəkkili Şahid2la gəzinti aparararkən saat 23:50-də Ak. Həsən Əliyev küçəsi 92 ünvanda bir qadının yerişi, hərəkətləri narkotik vasitə istifadəçisi olmasında şübhələr yaratmışdır. Həmin qadını saxlayıb özlərini təqdim etmiş, ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib özünü təqdim etməyə təklif etmişlər. Həmin qadın özünü Abşeron rayonu, Masazır qəsəbə sakini Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onur danışıq tərzi, suallara cavab verərkən və sözləri fasilələrlə tələffüs etməsi şübhələri daha da artırmışdır. Təqsirləndirilən şəxs yoxlanılması üçün 16-cı Polis bölməsinə getməyi təklif edəndə o razılaşmışdır. Həmin qadının əlində siqaret qutusu var idi. Siqaret qutusunda narkotik vasitə və ya psixotrop maddə olmasını ehtimal edib, əlindən atmamasına nəzarət etmişlər. Polis şöbəsinə Təqsirləndirilən şəxs üstünün qadın tərəfindən axtarış olunmasını təmin etmək üçün iki nəfər qadın hal-şahidi kimi dəvət edilmişdir. Təhqiqatçı onun tutulmasını elan etmiş və hüquqlarının müdafiəsi üçün Vəkil bürosundan vəkil dəvət etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs şübhəli şəxsin hüquqları izah edilmiş və ona bildirilmişdir ki, onun üstündə axtarış aparılacaqdır. Təqsirləndirilən şəxs etiraz etməmişdir. Halşahidlərinin də hüquqları izah edilmişdir. Şəxsi axtarışa başlanılmadan ona üstündə saxladığı qanunla dövriyyəsi qadağan olunmuş, məhdudlaşdırılmış əşyaları, o cümlədən narkotik vasitələri, psixotrop maddələri təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs saxlanıldığı vaxtdan əlində olan «Vinston» siqaret qutusunu masanın üzərinə qoymuşdur. Siqaret qutusunun içini yoxlayanda orada 1 ədəd qara rəngli polietilendən kiçik bağlama aşkar olunmuşdur. Bağlama açılanda içərisində ağ rəngli kiçik kristal formalı maddələrin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin maddə barədə soruşduqda o «pati» adı ilə tanıdığı metamfetanıin olmasını, həmin maddənin instaqram səhifəsində tanış olduğu adını, soyadını bilmədiyi İran İslam Respublikasının vətəndaşına istifadəsi üçün sifariş etdiyini və İranlı vətəndaşın «Vhats App» proqramı vasitəsi ilə göndərdiyi bank hesabına 25 manat göndərdikdən sonra, onun telefonuna psixotrop maddənin yeri barədə fotoşəkil daxil olmasını, həmin fotoşəkilə əsasən Ak.Həsən Əliyev küçəsinə getmiş və 92 ünvandakı binaya quraşdırılmış kondinsionerin üstündən «Vinston» siqaret qutusunda götürüb oradan aralanıb gedərkən polis əməkdaşları tərəfindən saxlanılmasını bildirmişdir. Aşkar olunmuş maddə təhqiqatçı tərəfindən dərhal zərfə qablaşdırılmış, zərf möhürlənmiş və iştirak edənlər tərəfindən imzalanmışdır. Şəxsi axtarışın keçirilməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 16-cı PB-əməkdaşı Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid3 və Şahid4 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onların ibtidai istintaq dövründə vermiş oldugu ifadələri elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət əməlini törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli qərardan və protokoldan görünür ki,Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 01:00-da şübhəli şəxs qismində tutulmuşdur; «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs sağ əlində olan bir ədəd “Winiston” markalı siqaret qutusunun içərisindən 01 ədəd bükümdə psixotrop maddəyə oxşar kütlə aşkar olunaraq götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-kimyəvi ekspertizasının 11 aprel 2023cü il tarixli 6/2129 nömrəli rəydən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün № 218” dairəvi möhür əksi olan, «şübhəli şəxs Təqsirləndirilən şəxs» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 1,406 qram olan ağ kristalik maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir.Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbacan Respublikasının qanunu ilə təstiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in (Siyahı 1) daxildir.Qeyd metanfetaminin təmiz çəkisi 1,406 qr, Tədqiqata sərf edildi 0,05 qr, qalıq 1,356 qr. Aparılmış ekspertiza tədqiqatının dəyəri 65 manatdır; Maddi sübut kimi tanıma haqqında 29 aprel 2023-cü il tarixdə qəbul edilmiş qərardan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş tədqiqata təqdim edilmiş təmiz çəkisi 1,406 qram psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalan təmiz çəkisi 1,356 qram psixotrop maddə olan metamfetamin Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin saxlancına verilmişdir. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi barədə” 12 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilmişdir; Qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki,Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulalor məhkəmə-narkoloji ekspertizasının 13 aprel 2023-ci il tarixli 2142 nömrəli rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs psixostumlyatorların qəbulu nəticəsində yaman Aslıllıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür”. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki,Təqsirləndirilən şəxs oğlunun əvvəllər məhkum olmunmamışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 67-ci qrafasına əsasən psixotrop maddə sayılan 0,15 qram metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin təmiz çəkisi 1,406 qram təşkil etmişdir. Qeyd olunan siyahıya əsasən, psixotrop maddə olan metamfetaminin həmin miqdarı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçininTəqsirləndirilən şəxs oğlunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CMin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayəti etiraf etməsi, əməlindən peşman olmasını və ilk dəfə cinayət törətməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır: İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həbsdə saxlanıldığı 2 (iki) gün (11- 12 aprel 2023-cü il, 1 sutkadan çox saxlanmışdır), həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut - Nərimanov RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş psixotrop maddə metamfetamin qalıq çəkisi məhv edilməli, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1),Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Yusifbəyli və Partnyorları Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 iş saatı üçün cəmi 180 (bir yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 8 (səkkiz) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Nərimanov RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş və çəkisi 1,356 qram psixotrop maddə- metamfetamin məhv edilsin. İş üzrə ekspertiza xərci 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Müdafiəçi oglu tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 iş saatı üçün cəmi 180 (bir yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Yusifbəyli və Partnyorları vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar