Məhkəmə qərarları › İş №1(005)-35/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-35/2022

30.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-35/2022 30.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Goranboy rayonu, Dəliməmmədli qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, Goranboy rayonu, Dəliməmmədli qəsəbəsində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, “Metallurq” sanatoriyasında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.5, 234.1 və 326.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 29 oktyabr 2020-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən «Asan Xidmət»in qarşısı ilə hərəkət edən 1 saylı marşrut avtobusunda hərəkətdə olarkən həmin avtobusda sərnişin olan Zərərçəkmiş şəxs4 çiynində olan boz rəngli əl çantasından içərisində 230 manat nağd pul olan 20 manat dəyərində pul kisəsini gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs4 ümumilikdə 250 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmiş, həmçinin əl çantasından taladığı pul kisəsində olmuş Zərərçəkmiş şəxs4 adına açılmış hesabında pul vəsaiti olmayan bank kartını zibil qutusuna ataraq məhv etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə təkrarən, 18 yanvar 2021-ci il tarixdə saat 16 radələrində M1 marşrut xətti üzrə hərəkətdə olan “Baku Bus” şirkətinə məxsus ** TH *** dövlət qeydiyyat nişanlı avtobusla hərəkətdə olarkən Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, metrosunun «Koroğlu» stansiyasının yaxınlığında yerləşən «Gimnastika arenası»nın qarşısındakı ərazi marşrut avtobusunda sərnişin olan Zərərçəkmiş şəxs5 üzərində olan əl çantasından içərisində 330 manat nağd pul olan 30 manat dəyərində pul kisəsini gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs5 ümumilikdə 360 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmiş, həmçinin əl çantasından taladığı pul kisəsində olmuş Zərərçəkmiş şəxs5 məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsini, 028379 nömrəli sürücülük vəsiqəsini və hesabında pul vəsaiti olmayan «Bank of Baku» tərəfindən Zərərçəkmiş şəxs5 adına açılmış kredit kartını zibil qutusuna ataraq məhv etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə təkrarən, 26 yanvar 2021-ci il tarixdə saat 19 radələrində 62 saylı marşrut xətti ilə işləyən avtobusda hərəkətdə olarkən Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən «Koroğlu» metrostansiyasının yerüstü keçidinin yaxınlığındakı ərazidə həmin avtobusda sərnişin olan Zərərçəkmiş şəxs7 məxsus çantadan içərisində 200 manat nağd pul olan 20 manat dəyərində pul kisəsini gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs7 ümumilikdə 220 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmiş, həmçinin əl çantasından taladığı pul kisəsində olmuş Zərərçəkmiş şəxs7 məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsini və hesabında pul vəsaiti olmayan «VTB Bank» tərəfindən Zərərçəkmiş şəxs7 adına açılmış bank hesabı üzrə verilmiş bank kartını və «Albalı» kartını zibil qutusuna ataraq məhv etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə təkrarən, 28 yanvar 2021-ci il tarixdə saat 15 radələrində 2 saylı xətt marşrutu ilə hərəkət edən avtobusda sərnişin kimi hərəkətdə olarkən Nəsimi rayonu, ünvan 1 ünvanında yerləşən “Kapital bank”ın baş ofisinin qarşısındakı ərazidə avtobusda olan sərnişin sıxlığından istifadə edərək həmin avtobusda olan digər sərnişin Zərərçəkmiş şəxs1 əl çantasından içərisində 350 manat nağd pul olan 3 manat dəyərində pul kisəsini gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 353 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə təkrarən, 02 fevral 2021-ci il tarixdə saat 09 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 199 saylı marşrutda hərəkət edən "xxxx" MMC-yə məxsus 199 saylı marşrut xətti üzrə işləyən «İsuzu Citiport» markalı avtobusda sərnişin kimi hərəkətdə olarkən ünvan 2 ünvanın qarşısında həmin avtobusda sərnişin olan Zərərçəkmiş şəxs6 əl çantasından içərisində 300 manat nağd pul olan 10 manat dəyərində pul kisəsini gizli olaraq talamış və Zərərçəkmiş şəxs6 ümumilikdə 310 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmiş, həmçinin əl çantasından taladığı pul kisəsində olmuş Zərərçəkmiş şəxs6 məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsini və hesabında pul vəsaiti olmayan «Kapital Bank» tərəfindən Zərərçəkmiş şəxs6 adına açılmış bank hesabı üzrə verilmiş bank kartını zibil qutusuna ataraq məhv etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə təkrarən, 19 fevral 2021-ci il tarixdə saat 09 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 7A saylı xətt marşrut avtobusu ilə hərəkətdə olarkən həmin ərazidəki 23/25 saylı ünvanın qarşısındakı dayanacaqda həmin avtobusda sərnişin olan Zərərçəkmiş şəxs3 cibindən içərisində 155 manat nağd pul, ekvivalentlə 86,70 manat təşkil edən 51 ABŞ dolları olan 17 manat dəyərində pul kisəsini gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 258,70 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmiş, həmçinin əl çantasından taladığı pul kisəsində olmuş Zərərçəkmiş şəxs3 yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi evində quraşdırılmış hesabında pul vəsaiti olmayan qaz sayğacının kartını və iki ədəd hesabında pul olmayan «Bakı Kart»ı zibil qutusuna ataraq məhv etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə təkrarən, 04 fevral 2021-ci il tarixdə saat 10 radələrində 135 saylı xətt marşrutu ilə hərəkət edən "xxxx" MMC-yə məxsus «Man» markalı, ** TH *** dövlət qeydiyyat nişanlı avtobusda sərnişin kimi hərəkətdə olarkən avtobusda sərnişin sıxlığından istifadə edərək həmin avtobusda olan sərnişin Zərərçəkmiş şəxs2 əl çantasından içərisində 600 manat nağd pul olan 14 manat dəyərində pul kisəsini gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs2 614 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmiş, həmçinin əl çantasından taladığı pul kisəsində olmuş Zərərçəkmiş şəxs2 məxsus AA0214598 nömrəli şəxsiyyət vəsiqəsini, 028379 nömrəli sürücülük vəsiqəsini və hesabında pul vəsaiti olmayan «Bank of Baku» tərəfindən Zərərçəkmiş şəxs5 adına açılmış kredit kartını zibil qutusuna ataraq məhv etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Nəsimi rayonu, Papanin adlanan ərazidən istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 4,568 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 50 manat pul müqabilində qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 24 fevral 2021-ci il tarixdə Nərimanov RPİ-nin 16-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saat 17 radələrində Bakı şəhəri, Sabunçu rayonu, H.Əliyev prospekti 323 ünvanında yerləşən “Bakı Olimpiya Stadionu”nun yaxınlığında olan avtobus dayanacağında şübhəli şəxs qismində saxlanılaraq Nərimanov rayon Pİ-nin 16-cı PB-nin inzibati binasına gətirilmiş, inzibati binada üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən siqaretin qızılı rəngli kağızına və şəffaf selofona bükülmüş təmiz çəkisi 4,568 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.5, 234.1 və 326.1-ci maddələri ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, 24 fevral 2021-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Sabunçu rayonu, «Bakı Olimpiya Stadionu»nun yaxınlığında yerləşən avtobus dayanacağında olan zaman iki nəfər mülki geyimdə olan polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim etmiş və onu Nərimanov RPİ-nin 16-cı PBnə gətirmişlər. Orada xidməti otaqda vidcoçəkilişlə onun üzərində şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunsuz əşya və ya predmet olub olmaması, əgər vardırsa, könüllü təqdim etməsi təklif olunmuşdur. Şəxsi axtarış zamanı o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına və selofona bükülü psixotrop maddə olan metamfetamini çıxarıb təqdim etmiş, həmin psixotrop maddə olan metamfetaminin özünə məxsus olduğunu bildirmişdir. Polis əməkdaşları həmin psixotrop maddə olan metamfetamini haradan əldə etməsi ilə bağlı soruşduqda həmin psixotrop maddəni xx.xx.2021-ci il tarixdə «Papanin» adlanan ərazidən tanımadığı şəxsdən 50 manata özünün şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra üzərindən aşkar edilmiş həmin psixotrop maddə olan metamfetamin polis əməkdaşları tərəfindən qablaşdırılıb möhürlə möhürlənmiş və bu barədə protokol tərtib edilmiş, həmin protokola bütün iştirakçılar kimi o da imza etmişdir. Bundan başqa bildirmişdir ki, 02 fevral 2021-ci il tarixdə səhər saat 09 radələrində 199 saylı xətt marşrutu ilə hərəkətdə olarkən həmin marşrutda sərnişin olan əvvəllər tanımadığı, adını sonradan bildiyi Zərərçəkmiş şəxs6 əl çantasından oğurluq etmişdir. Belə ki, həmin əl çantasında pul kisəsini taladıqdan sonra onun içərisində 300 manat nağd pul olduğunu görmüş, pul kisəsindən pulu götürdükdən sonra pul kisəsini xatırlamadığı yerdə zibil yeşiyinə atmış, əldə etdiyi pulları isə şəxsi tələbatı üçün xərcləmişdir. Bundan başqa 25 yanvar 2021-ci il tarixdə axşam saatlarında Əhmədli metrosunun yaxınlığında olarkən pula ehtiyacı olduğundan marşrut avtobusunda hərəkətdə olan sərnişinlərin əl çantasından oğurluq etməyi qərara almış, bu məqsədlə Sabunçu rayonu istiqamətində hərəkətdə olan 62 saylı marşrut avtobusuna minmiş, axşam saatları olduğunda avtobusda sərnişin sıxlığı olmuşdur. Təxminən saat 19 radələri olmuş, marşrut avtobusu metronun «Neftçilər» stansiyasının qarşısında dayanmış, dayanacaqdan çoxlu sayda sərnişin avtobusa mindikdən sonra sıxlıqdan istifadə edib avtobusun «Koroğlu» stansiyasına çatmasına az məsafə qalmış həmin avtobusda sərnişin olan, əvvəllər tanımadığı, adını sonradan bildiyi Səadət adlı qadının əl çantasından pul kisəsini gizli talamışdır. Avtobus «Koroğlu» stansiyasının qarşısına çatanda avtobusdan düşmüş və kimsənin olmadığı yerə çəkilmişdir. Pul kisəsinin içərisində 200 manat nağd pul olmuş, pul kisəsinin içərisindən pulu götürmüş, pul kisəsini xatırlamadığı zibil yeşiyinə atmış, əldə etdiyi 200 manat pulu isə öz şəxsi tələbatı üçün xərcləmişdir. Bundan başqa 18 yanvar 2021-ci il tarixdə saat 16 radələrində metronun «Koroğlu» stansiyasının yaxınlığında yerləşən «Gimnastika arenası»nın qarşısında olarkən marşrut avatobusunda olan sərnişinlərdən oğurluq etməyi qərara almış, bu məqsədlə həmin ərazidən M1 marşrut xətti ilə hərəkət edən «Baku Bus»a məxsus avtobusa minmiş, həmin avtobusda sərnişin sıxlığı olmuşdur. Avtobusda olan sərnişin sıxlığından istifadə edib avtobusda sərnişin kimi hərəkətdə olan, əvvəllər tanımadığı, adını sonradan bildiyi X3 əl çantasından pul kisəsini götürmüş, həmin qadın metronun «Qara Qarayev» stansiyasının qarşısında avtobusdan enmiş, o isə növbəti dayanacaqda avtobusdan düşmüş və kimsənin olmadığı yerə çəkilmişdir. Pul kisəsinin içərisində 330 manat nağd pul olmuş, pul kisəsinin içərisindən pulu götürmüş, pul kisəsini xatırlamadığı zibil yeşiyinə atmış, əldə etdiyi 330 manat pulu isə öz şəxsi tələbatı üçün xərcləmişdir. Bundan başqa 29 oktyabr 2020-ci il tarixdə saat 12 radələrində «Asan Xidmət»in qarşısında olarkən marşrut avatobusunda olan sərnişinlərdən oğurluq etməyi qərara almış, bu məqsədlə həmin ərazidən 1 saylı marşrut xətti ilə hərəkət edən avtobusa minmişdir. Həmin avtobusda sərnişin sıxlığı olmuş, avtobusda olan sərnişin sıxlığından istifadə edib avtobusda sərnişin kimi hərəkətdə olan, əvvəllər tanımadığı, adını sonradan bildiyi Zərərçəkmiş şəxs4 əl çantasından pul kisəsini götürmüş, sonra növbəti dayanacaqda avtobusdan düşmüş və kimsənin olmadığı yerə çəkilmişdir. Pul kisəsinin içərisində 230 manat nağd pul olmuş, pul kisəsinin içərisindən pulu götürmüş, pul kisəsini xatırlamadığı zibil yeşiyinə atmış, əldə etdiyi 230 manat pulu isə öz şəxsi tələbatı üçün xərcləmişdir. Bundan başqa 19 fevral 2021-ci il tarixdə saat 09 radələrində metronun «Koroğlu» stansiyasının yaxınlığında olarkən marşrut avatobusunda olan sərnişinlərdən oğurluq etməyi qərara almışdır. Bu məqsədlə həmin ərazidən 7A marşrut xətti ilə hərəkət edən avtobusa minmiş, həmin avtobus 20 yanvar metrosu istiqamətində hərəkətdə olmuş, həmin avtobusda sərnişin sıxlığı olmuş, avtobusda olan sərnişin sıxlığından istifadə edib avtobusda sərnişin kimi hərəkətdə olan, əvvəllər tanımadığı, adını sonradan bildiyi Zərərçəkmiş şəxs3 başının qarışıq olmasından istifadə edib pul kisəsini götürmüş, daha sonra isə növbəti dayanacaqda avtobusdan düşmüş və kimsənin olmadığı yerə çəkilmişdir. Pul kisəsinin içərisində 155 manat nağd pul, 51 ABŞ dolları və iki ədəd avtobus kartı olmuş, pul kisəsinin içərisindən pulları götürmüş, qalan kartları pul kisəsinin içərisində saxlayıb xatırlamadığı zibil yeşiyinə atmış, əldə etdiyi pulları isə öz şəxsi tələbatı üçün xərcləmişdir. Bundan başqa 04 fevral 2021-ci il tarixdə saat təxminən 09:50 radələrində Xırdalan şəhərində 135 saylı marşrut avtobusuna daxil olub bir qədər sonra avtobusa sarı saçlı qız daxil olmuş, həmin vaxtı avtobusda sərnişinlər çox olduğundan oturacaq yerləri dolu olduğundan digər sərnişinlər kimi o və həmin sarı saçlı qız ayaq üstə dayanmışdır. Həmin qız əl çantasını çiynindən asmış vəziyyətdə olmuş, o çantadan oğurluq etmək məqsədi ilə həmin qızın arxasında dayanıb çantadan oğurluq etmək istəmiş, lakin ilkin cəhdi alınmamışdır. Daha sonra həmin qız, adını sonradan bildiyi Zərərçəkmiş şəxs2 bir qədər kənarda dayanmış və o da qızın sağ yan tərəfində dayanmışdır. O, sol əli ilə avtobusun tutacaq yerindən tutmuş, sağ əli ilə isə çantanın zamok yerini açaraq içərisində olan pul kisəsini oradan oğurlamışdır. Daha sonra növbəti dayanacaqda Bakı Beynəlxalq Avtovağzalında köməkçi yolda olan dayanacaqda olan avtobusdan düşmüş, pul kisəsində olan 600 manat pulu götürmüş və pul kisəsini, eyni zamanda onun içərisində olan avtobus kartını xatırmadığı yerdə atmışdır. Bundan başqa 28 yanvar 2021-ci il tarixdə saat təxminən 15 radələrində 2 nömrəli xətt marşrutunda olan zaman qarşısında əyləşmiş əvvəllər tanımadığı qadın diqqətini çəkmişdir. Təxminən «28 Mall» Ticarət Mərkəzinin yaxınlığında həmin qadın ayağa durub düşən zaman sıxlıqdan istifadə edib həmin qadının cibindən pul kisəsini götürmüş, sonra növbəti dayanacaqda avtobusdan düşmüşdür. Avtobusdan düşdükdən sonra pul kisəsini açıb içərisinə baxdıqda orada 350 manat pul olduğunu aşkar edib pulu onun içərisindən götürmüş və cibinə qoymuş, pul kisəsini isə xatırlamadığı ərazidə zibil qutusuna atmışdır. Həmçinin göstərmişdir ki, o, verilmiş ittiham üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.1-ci maddəsi ilə özünü təqsirli bilmir. Onun oğurladığı pul kisələrində puldan başqa yalnız avtobus kartları olmuş, heç bir şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və digər rəsmi sənədlər görməmiş və talamamışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, azyaşlı oğlu talasemiya xəstəliyindən əzab çəkdiyi üçün 27 yanvar 2021-ci il tarixdə ailəsi ilə birlikdə Bakı şəhərinə gəlmiş və oğlunu xəstəxanaya yerləşdirmək istəmiş, 28 yanvar 2021-ci il tarixdə xəstəxanaya getmiş, Nərimanov metrostansiyasının qarşısından 2 saylı xətt avtobusuna minmiş, avtobus sürücüsünün arxasındakı oturacaqda əyləşmişdir. Avtobusda sərnişin sıxlığı olmuş, Nəsimi rayonu, ünvan 1 ünvanında yerləşən “Kapital bank”ın baş ofisinin qarşısında 2 saylı xətt marşrutundan enmişdir. Avtobusdan enən zaman üst gödəkçəsinin sol yan cibinə qoyduğu pul kisəsinin oğurlandığını aşkar etmiş, pul kisəsinin içərisində 350 manat nağd pul olmuş, avtobusda sıxlıq olduğu üçün gödəkçəsinin cibindən oğurluğun edilməsindən xəbəri olmamışdır. Göstərmişdir ki, gödəkçəsinin cibindən 3 manati dəyərində pul kisəsi və onun içərisində olan 350 manat nağd pul oğurlanmış, oğurluq nəticəsində ona 353 manat dəyərində maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 04 fevral 2021-ci il tarixdə saat 09:54 radələrində yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, «Kristal Abşeron» yaşayış kompleksinin yaxınlığında 135 saylı marşrut xətti ilə işləyən avtobusa sərnişin qismində daxil olmuş və oturacaq yerləri dolu olduğundan avtobusun salonunda mərkəz hissədə ayaq üstə dayanmışdır. Təxminən 4-5 dəqiqədən sonra qırmızı rəngli poliver, cins şalvar və qara rəngli dolu gödəkçə geyinmiş, təxminən 34-36 yaşlarında oğlan onun arxa tərəfindən dayanmış, həmin vaxtı oğlanın ona toxunduğunu hiss etmiş, lakin elə hiss etmişdir ki, avtobus yırğalandığı üçün ona toxunulur. Təxminən 1-2 dəqiqədən sonra o, avtobusda sol tərəf çəkilib yenidən ayaq üstə dayanmış, bu zaman həmin oğlan onun sağ yan tərəfində dayanmış, həmin vaxtı oğlanın ona bir neçə dəfə toxunduğunu hiss etmiş, lakin elə düşünmüşdür ki, həmin şəxs avtobus yırğalandığı üçün yenidən toxunmuşdur. Bakı Beynəlxalq avtovağzalının yanında olan köməkçi yoldakı dayanacaqda avtobus dayanmış və həmin şəxs avtobusdan düşərək getmiş, növbəti dayanacaqda, yəni Alov zavodunun yanında yerləşən dayanacaqda sərnişinlər düşdükdən sonra oturacaq yerləri boşalmış və o oturacaqda əyləşib çantasını dizlərinin üzərinə qoymuşdur. Bundan sonra Əcəmi metrostansiyasının yaxınlığında olan son dayanacaqda sərnişinlərin azalmasını gözləyib yerindən qalxaraq avtobusu tərk etmiş, daha sonra təxminən saat 10:30 radələrində piyada işlədiyi ünvan 5 ünvanda yerləşən «Gürcan» qadın salonuna gedib çatmışdır. Bir qədər sonra əl çantasına baxdıqda pulqabının, onun içərisində olan 600 manat pulun, şəxsiyyət vəsiqəsinin oğurlandığını aşkar etmiş, daha sonra DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Sonra isə Nəsimi RPİ-nin 19 Polis Şöbəsində bu barədə şikayət yazmış, 2 gün sonra o, 19-cu PŞ-nə dəvət edilmiş və 135 saylı marşrut xətti ilə işləyən avtobusda quraşdırılmış müşahidə kamerasının götürtüsü ona təqdim edilmişdir. Həmin görüntüyə baxış zamanı həmin qırmızı rəngli poliver, cins şalvar və qara rəngli gödəkçə geyinmiş, təxminən 34-36 yaşlarında olan oğlanın ilkin olaraq onun arxa tərəfində, daha sonra onun sağ tərəfindən dayanacaqda dayanaraq, əlini bir neçə dəfə onun çiynindən asılı vəziyyətdə olan çantasına tərəf apardığını hiss etmiş, bu səbəbdən də tam əminliklə bildirmişdir ki, onun içərisində 600 manat nağd pul olan pulqabısı həmin şəxs tərəfindən oğurlanmışdır. Sonda Zərərçəkmiş şəxs2 ona vurulmuş ziyanın ödənilmədiyini və hazırda Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 29 oktyabr 2020-ci il tarixdə saat 12 radələrində Nizami rayonu istiqamətinə gedərkən Heydər Əliyev prospektində fəaliyyət göstərən «Asan Xidmət»in qarşısından keçdikdə çiynindən asdığı çantasından içərisində 230 manat pul, bankomat kartları, dəyəri 20 manat olan pul kisəsinin oğurlandığını aşkar etmişdir. Baş vermiş oğurluq nəticəsində ona 250 manat dəyərində maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, 02 fevral 2021-ci il tarixdi saat 09 radələrində təmizlik işi ilə əlaqədar olaraq Nərimanov rayonu, Təbriz küçəsi, «Təfəkkür» universitetinin yaxınlığında yerləşən mənzillərdən birinə getmək üçün yaşadığı ünvanın yaxınlığında dayanacaqda 199 saylı marşrut avtobusuna minib üzü Nərimanov rayonu istiqamətində gəlmişdir. Həmin vaxtı avtobusda sıxlıq olduğuna görə sürücünün yaxınında ayaqüstə dayanmışdır. Bir neçə dayanacaqdan sonra sərnişinlər düşüb getdikləri üçün oturması üçün yer almış, o, bundan sonra boş oturacaqda əyləşmişdir. Avtobus Nərimanov rayonu, Atatürk prospekti 27 ünvanının qarşısında olan zaman əl çantasına qoyduğu içərisində 300 manat nağd pul, şəxsiyyət vəsiqələri və “Kapital bank”a aid olan təqaüd kartları olan pul kisəsinin oğurlandığını aşkar etmişdir. Baş vermiş oğurluq hadisəsi ilə əlaqədar olaraq, DİN-nin 102 zəng xidmətinə məlumat verib Nərimanov RPİ-nin 16-cı PB-nə gəlib ərizə ilə müraciət etmişdir. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 310 manat dəyərində maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs6 Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 09 radələrində Nərimanov rayonu, Atatürk prospekti 27 ünvanında 199 saylı marşrut xətti üzrə hərəkət edən "xxxx" MMC-yə məxsus avtobusda Zərərçəkmiş şəxs6 məxsus əl çantasından 300 manat nağd pulun, şəxsiyyət vəsiqəsinin və bank kartının olduğu pul kisəsinin gizli olaraq talanması faktı ilə bağlı keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı qeyd olunan cinayətin Təqsirləndirilən şəxs tərəfindən törədildiyi müəyyən edildiyindən, həmin şəxsin tutulması istiqamətində bir sıra axtarış tədbirləri keçirilmişdir. 24 fevral 2021-ci il tarixdə 16-cı PB-nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə keçirilmiş axtarış tədbirləri zamanı saat 17 radələrində Təqsirləndirilən şəxs Sabunçu rayonu, «Milli Olimpiya Stadionu»nun yaxınlığında yerləşən avtobus dayanacağında olduğu müəyyən edilmiş və həmin şəxsə özlərini təqdim edib 16-cı PB-nə dəvət etmişlər. Təxminən saat 16:30 radələrində Təqsirləndirilən şəxs PB-də olan zaman baş vermiş cinayət hadisəsi ilə bağlı suallara cavab verməkdən yayınmaqla həmçinin rabitəsiz danışmaqla onun narkotik vasitələrin təsiri altında olmasına əsaslı şübhələr yaranmış, sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya maddənin olub-olmadığı, əgər vardırsa, könüllü təqdim etməsi təklif olunmuşdur. Daha sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə onun hüquqlarını müdafiə olunması üçün dəvət edilmiş müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins parçadan olan şalvarının sol arxa cibindən özünə məxsus hərbi bileti 1 manat nağd pulu, sağ yan cibindən içərisində spesifik qoxuya malik şəffaf rəngli kristall şəkilli maddə olan siqaretin gümüşü rəngli kağızına və şəffaf selofona bükülmüş 01 ədəd büküm təqdim etmişdir. Təqsirləndirilən şəxs ilə sorğu sual zamanı təqdim etdiyi bükümün içərisində olan maddənin narkotik vasitə olan «şüşə» kimi tanınan metamfetamin olduğunu bildirmiş və həmin maddəni 24 fevral 2021-ci il tarixdə səhər saatlarında «Papanin» adlanan yerdən tanımadığı şəxsdən 50 manata aldığını, özünün şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir Bundan sonra təqdim edilmiş həmin psixotrop maddəyə oxşar kütlə kağız zərfə qoyularaq qablaşdırılmış və bu barədə protokol tərtib edilmiş, sonra həmin kağız zərf və tərtib edilmiş protokol proses iştirakçıları tərəfindən imzalarla təsdiq edilmişdir. İttiham aktının siyahısında zərərçəkmiş şəxs qismində göstərilmiş Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs7, həmçinin şahid qismində göstərilmiş Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iclasında istintaqa verdikləri ifadələri elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs7 və Şahid2 ifadələri ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin İ cildinin 17-18-ci vərəqələrində olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İ cildinin 22-23-cü vərəqələrində olan “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs6 şikayət ərizəsi ilə əlaqədar olaraq, xx.xx.2021-ci il tarixdə saat 17:00 radələrində Nərimanov RPİ-nin 16-cı PB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Milli Olimpiya Stadionunun yaxınlığında yerləşən avtobus dayanacağında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs6 məxsus pul kisəsinin oğurlanması faktı üzrə şübhəli şəxs qismində saxlanılaraq saat 17:30 radələrində 16-cı PB-nə gətirilmişdir. 16-cı PB-də ona üzərində hər hansı bir qanunsuz əşya və ya maddəni könüllü təqdim etmək təklif olundu. Nərimanov RPİ 16-cı PB-nin CA üzrə baş əməliyyat müvəkkili Şahid2, əməliyyat müvəkkili Şahid1 və “Yusifbəyli və Partnyorları” vəkil bürosundan dəvət olunmuş vəkil X9 iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldı. Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins parçadan olan şalvarının sol arxa cibindən özünə məxsus AO №0573491 seryialı hərbi bilet, 01 ədəd G12853908 seriyalı 1 manatlıq pul əskinazı, sağ yan cibindən içərisində spesifik qoxuya malik, şəffaf rəngli, kristal şəkilli maddə olan siqaretin qızılı rəngli kağızına və şəffaf sellofana bükülmüş 01 ədəd bükümü könüllü olaraq təqdim etdi. Şübhəli şəxs Təqsirləndirilən şəxs bildirdi ki, təqdim etdiyi bükümün içərisindəki maddə narkotik vasitə hesab olunan “şüşə” adı ilə tanınan metamfetamindir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni xx.xx.2021-ci il tarixdə səhər saatlarında “Papanin” adlanan yerdən anket məlumatlarını bilmədiyi üzdən tanıdığı şəxsdən 50 manata almışdır. Həmin narkotik maddəni əynindəki göy rəngli şalvarının sağ yan cibində öz istifadəsi üçün saxlamışdır. xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Milli Olimpiya Stadionunun yanındakı avtobus dayanacağının qarşısına gəlmiş və saat 17:00 radələrində qeyd olunan ünvanın qarşısında olarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Aşkar olunmuş narkotik vasitə iştirakçıların və Təqsirləndirilən şəxs iştirakı ilə qablaşdırıldı, 218 nömrəli möhürlə möhürləndi. Cinayət işinin İ cildinin 31-34-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 25 fevral 2021-ci il tarixli, 6/807 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 4,568 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixatrop maddə - metamfetamindir. Cinayət işinin İ cildinin 68-ci vərəqində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” 02 fevral 2021-ci il tarixli protokoldan görünür ki, DİN-in 102 Xidmətindən daxil olmuş məlumat əsasında hadisə yerinə baxış keçirilmişdir. Hadisə yeri Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 27 ünvanıdır. Həmin ünvanda 9 mərtəbəli yaşayış binası, yaşayış binasının 1-ci mərtəbəsində üzərində “Bravo” yazısı olan market, birtərəfli asfalt örtüklü yol, nəqliyyat yolunun əks tərəfində isə Atatürk parkı vardır. Vətəndaş Zərərçəkmiş şəxs6 əl çantasından pul oğurlandığını sözügedən ünvanda aşkar etmişdir. Cinayət işinin İ cildinin 118-120-cı vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(005)-226/2021 saylı qərarından görünür ki, vəsatətin təmin edilməsi, Azərbaycan Respublikası CM-nin 234.1 və 177.2.5-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlanılma müddətinin 03 ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin 24 fevral 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin İ cildinin 136-139-cu vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, sonuncu dəfə o, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 01 il 11 ay 06 gün müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin İ cildinin 167-174-cü vərəqələrində olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 1(007)-128/2013 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 67-ci və 66.4-cü maddələrinə əsasən Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 31 mart 2009-cu il tarixli hökmü ilə qəti olaraq əmlakı müsadirə olunmamaqla, 2 il müddətinə nəqliyyat vasitlərini idarə etmək hüququndan məhrum edilməklə, 5 il müddətə azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməmiş 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək güqunundan məhrum etmə və 07 ay 22 gün azadlıqdan məhrum etmə cəzasının, hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməsi və Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il müddətinə nəqliyyat vasitlərini idarə etmək hüququndan məhrum edilməklə, 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs cəzasını ciddi reimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 18 yanvar 2013-cü il tarixdən hesablanması hökm edilmişdir. Cinayət işinin İ cildinin 176-185-ci vərəqələrində olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(007)-106/2019 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının xx.xx.2013-cü il tarixli qərarı ilə Həsənov Rafiq oğluna təyin edilmiş 1 (bir) il 11 (on bir) ay 6 (altı) gün müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin hazırkı təyin edilmiş cəzaya tamamilə birləşdirilməsi və qəti olaraq 1 (bir) il 11 (on bir) ay 6 (altı) gün müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs cəzasını ciddi reimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 28 noyabr 2018-ci il tarixdən hesablanması, Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs təyin edilmiş 1 (bir) il 11 (on bir) ay 6 (altı) gün müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının müstəqil icra olunması hökm edilmişdir. Cinayət işinin İ cildinin 189-191-ci vərəqələrində olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 7(011)-37/2020 saylı qərarından görünür ki, ərizənin təmin edilməsi, Təqsirləndirilən şəxs Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 29 may 2019-cu il tarixli, 1(007)-106/2019 saylı hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş 3 (üç) ay 24 (iyirmi dörd) gün müddətindən şərti olaraq vaxtından əvvəl azad olunması qərara alınmışdır. Cinayət işinin İ cildinin 201-ci vərəqində olan “Baxış keçirilməsi barədə” 26 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, X6 müraciəti üzrə onun bildirdiyi hadisə yerinə - Koroğlu metrosunun yaxınlığına baxış keçirilmişdir. Hadisə yerinin fotoşəkilləri çəkilib protokola əlavə olundu. Cinayət işinin İİ cildinin 15-ci vərəqində olan “Baxış keçirilməsi barədə” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs5 müraciəti üzrə hadisə yerinə baxış keçirilmişdir. Hadisə yerinin fotoşəkilləri çəkilib protokola əlavə olundu. Cinayət işinin İİ cildinin 140-cı vərəqində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2021-ci il tarixli vətəndaş Zərərçəkmiş şəxs3 DİN-nin 102 xidmətinə vermiş olduğu məlumat əsasında əməliyyat qrupu ilə hadisə yerinə baxış keçirilmişdir. Hadisə yeri ünvan 8 ünvanın qarşısıdır. Hadisə qeyd olunan ünvanda piyada yolunda aşkar olunmuşdur. Hadisə yerinin sol tərəfində hündür mərtəbəli yaşayış binası, sağ tərəfində isə nəqliyyat yolu keçir. Piyada yolu daşla döşənmişdir. Hadisə yerində heç bir TŞ və ya müşahidə kamerası yoxdur. Cinayət işinin İİ cildinin 207-ci vərəqində olan “Video görüntülərə baxış keçirilməsi barədə” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, təhqiqat araşdırması zamanı vətəndaşın müraciəti əsasında 135 saylı **-TH-*** dövlət qeydiyyat nişanlı xətt avtobusunda müşahidə kameralarının mövcud olması müəyyən edilmişdir. Həmin müşahidə kameraları ilə qeydə alınmış video görüntülərə vətəndaş X4 iştirakı ilə baxış keçirilmişdir. Qeydə alınmış video görünytülərə baxış zamanı vət. X7 xx.xx.2021-ci il tarixdə saat 09:47:16-da Abşeron rayonu Xırdalan şəhər ərazisində avtobus dayanacağında “Daevo” markalı **-TH-*** dövlət qeydiyyat nişanlı avtobusa müştəri qismində daxil olmuş, əynində qara rəngli qolsuz gödəkçə, qırmızı rəngli poliver, göy rəngli cins şalvar və ağız nahiyyəsində qara rəngli tibbi maska, təxminən 35-40 yaşlarında naməlum şəxsin, onun müraciətində göstərdiyi şübhəli şəxs olduğunu qeyd etdi və ona məxsus çantadan, içərisində 600 manat pul və özünə məxsus şəxsiyyət vəsiqəsi olan kiçik pul kisəsini həmin şəxsin oğurlamasını bildirdi. Həmin şəxs yuxarıda qeyd olunan saatda və tarixdə Abşeron rayonu Xırdalan şəhəri ərazisində 135 saylı xətt avtobusuna daxil olub və 10:06:40 radələrində Bakı şəhəri Binəqədi rayonu ərazisində, Beynəlxalq Avtovağzalın yanında yerləşən köməkçi yolda olan avtobus dayanacağında düşmüşdür. Cinayət işinin İİ cildinin 208-ci vərəqində olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs2 özünə məxsus əl çantasının içərisindən pul və şəxsiyyət vəsiqəsinin oğurlanması ilə bağlı müraciəti əsasında hadisə yerinə baxış keçirilmişdir. Hadisə yeri Bakı şəhəri, Binəqədi rayonu, Moskva prospektində, Beynəlxalq Avtovağzal ilə kəsişmədə yerləşən köməkçi yoldakı avtobus dayanacağının qarşısıdır. Cinayət işinin İİ cildinin 221-222-ci vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs2 ərizəsi əsasında hadisə yerinə baxış keçirilmişdir. Hadisə yeri Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev 15 ünvanında yerləşən “Gürcan” gözəllik salonudur. Həmin salon 5 mərtəbəli binanın aşağı mərtəbəsində yerləşir, sol və sağ cərgələrdə müxtəlif iaşə obyektləri var. Cinayət işinin İİ cildinin 236-cı vərəqində olan “Video görüntülərə baxış keçirilməsi barədə” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, vətəndaş X4 əl çantasından içərisində şəxsiyyət vəsiqəsi və 600 (altı yüz) manat məbləğində pulu olan pul kisəsinin oğurlanması barədə müraciəti ilə əlaqədar toplanmış material icraata daxil olmuşdur. Təhqiqat araşdırması zamanı hadisəni törədən şəxs müəyən edilmiş, xx.xx.1985-ci il tarixdə Goranboy rayonunda anadan olmuş, ünvan 11 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etmişdir. Vətəndaşın yazılı izahatı alınmaqla yanaşı, etirafı ilə bağlı danışıqları “REDMİ Note 7” markalı mobil telefon vasitəsi ilə video qeydə alınaraq CD diskə köçürülmüşdür. Qeydə alınmış görüntülərə baxış zamanı Təqsirləndirilən şəxs xx.xx.20221-ci il tarixdə 135 saylı marşrut xətti ilə hərəkət edən “İSUZU” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusda X4 əl çantasından içərisində təxminən 600 (altı yüz) manat məbləğində pul, həmçinin vətəndaşa məxsus şəxsiyyət vəsiqəsi olan pul kisəsini oğurladığını etiraf etməsi, pul kisəsini şəxsiyyət vəsiqəsi ilə birlikdə naməlum ünvanda atması və pulu müxtəlif məqsədlərlə xərclədiyini söylədiyi müşahidə olunur. Cinayət işinin İİİ cildinin 66-cı vərəqində olan “Videogörüntülərə baxış keçirilməsi haqqında” 12 aprel 2021-ci il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işinin materiallarına əlavə olunaraq DVD disklərə köçürülmüş video görüntüyə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmişdir. DVD disklərdə olan fayllara daxil olduqda xx.xx.2021-ci il tarixdə saat 09:50 radələrində bir nəfər şəxsin vət. X1 yan tərəfində dayandığı, həmin şəxsin sol əli ilə avtobusun tutacaq yerindən tutduğu, sağ əli ilə isə əl çantasından oğurluq etdiyi müşahidə olunur. Baxış zamanı Təqsirləndirilən şəxs video görüntülərdə olan şəxsin özü olduğunu və görüntülərin əks olunduğu vaxtda tanımadığı sarı saçlı qızın əl çantasından içərisində 600 manat pul, avtobus kartı və bakcell kartı olan kisəsini oğurladığını bildirdi. Cinayət işinin İİİ cildinin 46-cı vərəqində olan Goranboy rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli, 28231/2020 saylı məktubundan görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 7(011)-037/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə AME cəzasının çəkilməmiş qalan 3 ay 24 gün hissəsindən vaxtından əvvəl şərti azadlığa buraxılmış Təqsirləndirilən şəxs şərti cəzasını xx.xx.2020-ci il tarixdə çəkib qurtarmış və qeydiyyatdan çıxarılmışdır. Cinayət işinin İİİ cildinin 118-119-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsi Ambulator X2 dair xx.xx.2021-ci il tarixli, 1137 saylı rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin İİİ cildinin 143-144-cü vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, xx.xx.2021-ci il tarixdə vətəndaş Zərərçəkmiş şəxs1 ərizəsi əsasında hadisə yerinə baxış keçirilmişdir. Hadisə yeri Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsidir. Avtobusdan orada düşdüyünü və hadisəni orada aşkar etdiyini bildirmişdir. Cinayət işinin İİİ cildinin 222-235-ci vərəqələrində olan “Cinayət işi üzrə əməlin tövsif edilməsi və sübutların qiymətləndirilməsi haqqında” 16 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.5 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 177.2.2, 177.2.5, 234.1 və 326.1ci maddələrinə tövsif edilməsi və ona həmin maddələrdə nəzərdə tutulmuş ittihamın yenidən elan edilməsi, iş üzrə götürülmüş 03 ədəd DVD diskin və təmiz çəkisi 4,568 qram olan psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınması və 03 ədəd DVD diskin iş materiallarına əlavə edilməsi, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 4,468 qram psixotrop maddə metamfetamin saxlanması üçün Bakı şəhəri Nərimanov RPİnin maddi sübutların saxlanc ambarına təhvil verilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs6 tərəfindən yazılmış ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 tərəfindən yazılmış ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs4 tərəfindən yazılmış ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs7 tərəfindən yazılmış ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Oğurluq cinayətini törətmiş şəxsin əməli “xeyli miqdarda” və ya “külli miqdarda” və ya “xüsusilə külli miqdarda” ziyan vurma əlaməti üzrə tövsif edilərkən məhkəmələr Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdırlar. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Həmin Qərarda həmçinin göstərilir ki, eyni mənbədən götürülən, vahid qəsdlə əhatə olunan, bir cinayət hərəkətlərinin məcmusunu təşkil edən, bir sıra oxşar cinayət hərəkətlərindən ibarət, davam edən talama cinayətini, təkrar törədilmiş talamadan fərqləndirmək lazımdır. Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-nin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin «təkrarlığı» əlaməti ilə tövsif edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 2-ci siyahının 67-ci bəndinə əsasən psixotrop maddə hesab edilən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə hesab edilən metamfetaminin təmiz çəkisi 4,568 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxscinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.5, 234.1 və 326.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf etməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxslərin və şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs7 ilə barışdığını, vurulmuş zayanın tam ödənildiyini və həmin zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu (Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə) hazırkı cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. Beləliklə də, Azərbaycan Respublikası CMnin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 2 il müddətinin axımı onun Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edildiyi gündən, yəni xx.xx.2020-ci il tarixdən hesablanır. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs cinayət əməlini 29 oktyabr 2020-ci il tarixdə törətmiş və həmin əməli törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yəni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur.». Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.5, 234.1 və 326.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.5, 234.1 və 326.1-ci maddələri ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cəza müəyyən edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 29 may 2019-cu il tarixli, 1(007)-106/2019 saylı hökmü ilə 1 (bir) il 11 (on bir) ay 6 (altı) gün müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının müstəqil icra olunmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 7(011)-37/2020 saylı qərarı ilə 3 (üç) ay 24 (iyirmi dörd) gün müddətində azadlıqdan məhrum etmə cəzasının çəkilməsindən şərti olaraq vaxtından əvvəl azad edildiyi vaxtdan (xx.xx.2020-ci il tarixdən) hazırki cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu tarixədək (xx.xx.2021-ci ilədək) olan müddət 1 (bir) il 11 (on bir) ay 6 (altı) gün müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasından çıxılmaqla həmin cəzanın çəkilməmiş qalan 10 (on) 16 (on altı) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasına tamamilə birləşdirilərək Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3), cəzaçəkmə müddətinin əvvəli 24 fevral 2021-ci il tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6.,), təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan - 03 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.5, 234.1 və 326.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək müdafiəçinin hesabatında qeyd edilmiş məbləğin ağlabatan olmaması qənaətinə gəlir. Belə ki, məhkəmədə müəyyən edildi ki, Müdafiəçi 16 avqust 2021-ci il – 30 iyun 2022-ci il tarixlərdə keçirilmiş 25 məhkəmə iclaslarında iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə Təqsirləndirilən şəxs müdafiəsi üçün 90 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 80 (səksən) iş saatına görə 480 (dörd yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.5, 234.1 və 326.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddəlləri ilə 3 (üç) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.1-ci maddəsi ilə 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 29 may 2019-cu il tarixli, 1(007)-106/2019 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilməmiş qalan 10 (on) ay 16 (on altı) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasına tamamilə birləşdirilərək, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 10 (on) ay 16 (on altı) gün müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 24 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutların saxlanc ambarına təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 4,468 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan - 03 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 81,82 (səksən bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X5, KOD 254005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 80 (səksən) iş saatına görə 480 (dörd yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına sköçürülsün. Hökmdən elan olunduğu, (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar