Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-35/2023 06.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi “A.İ.M” Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1989-cu ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, Füzuli şəhəri, İşıqlı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində xx.xx.2000-ci il tarixdə qeydiyyatdan keçmiş, hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Z.Bunyadov prospekti 13 olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN №**********) xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində satış departamentinin kiçik satış nümayəndəsi, xx.xx.2020-ci il tarixdən – xx.xx.2020-ci tarixədək olan müddət ərzində isə satış departamentinin satış üzrə nümayəndəsi vəzifəsində işləyərkən, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar olunmuş özgə əmlakını mənimsəmə yolu ilə talamaq məqsədilə, cəmiyyətlə aralarında bağlanmış əmək və tam maddi məsuliyyət haqqında müqavilələrə, o cümlədən təsdiq edilmiş vəzifə təlimatına əsasən, ona verilmiş əmlaka (avadanlığa) qayğı ilə yanaşmaq, vurulan zərərin qarşısını almaq üçün bütün zəruri olan tədbirləri görmək, salamatlığın təmin olunmasına təhlükə törədən bütün hallar haqqında cəmiyyət rəhbərliyinə müəyyən olunmuş qaydada və vaxtında yazılı surətdə məlumat vermək, ona etibar olunmuş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmaq, cəmiyyətə heç bir səbəb üzündən ziyan vurmamaq, ziyankarlığın qarşısını almaq, cəmiyyətin satış məntəqələrində olan maddi vəsaitə nəzarət etmək və məsuliyyətini daşımaq, satış nöqtələrinin anbarlarındakı cəmiyyətə məxsus malların varlığına nəzarət etmək və sair səlahiyyətlərə malik inzibati-təsərrüfat funksiyasını yerinə yetirən vəzifəli şəxs kimi, xx.xx.2020-ci il tarixli, 122/Ü nömrəli əmrlə ona təhkim edilmiş J3 2016 modelli, P1.01.23.002.001322 saylı kodu daşıyan, «Samsung Galaxy» markalı terminal vasitəsi ilə elektron qaydada verilmiş sifariş əsasında cəmiyyətin Abşeron rayonu, Hökməli qəsəbəsi Bakı-Şamaxı yolunun 20 km-də yerləşən «X8» olan anbarından xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddətdə sifariş etdiyi, o cümlədən xx.xx.2020-ci il tarixli 30FSU.20516.6817 nömrəli əməliyyatla Əliçıraq Market adlı market 99 manat, xx.xx.2020ci il tarixli 30FSU.20611.4267 nömrəli əməliyyatla Əliçıraq Market adlı market 55.80 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20519.3403 nömrəli əməliyyatla 4 YOL M-T ZABRAT YOLU adlı market 432 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20505.2304 nömrəli əməliyyatla AĞ M-T ZABRAT İSAYEV KÜÇ. adlı market 28.80 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20511.2303 nömrəli əməliyyatla AĞ M-T ZABRAT İSAYEV KÜÇ. adlı market 259.2 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20511.2304 nömrəli əməliyyatla AĞ M-T ZABRAT İSAYEV KÜÇ. adlı market 837 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20502.4635 nömrəli əməliyyatla AS M-T H.CAVİD MEHDİABAD QES. adlı market 28.80 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20602.4825 nömrəli əməliyyatla ASİF M-T BALAXANİ 6-Cİ MEDEN adlı market 15.62 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20502.4631 nömrəli əməliyyatla BABEK M-T PİRŞAĞİ SOVXOZ adlı market 141.58 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20519.3409 nömrəli əməliyyatla BAĞDAGÜL M-T. KOMSOMOLSKİ İM adlı market 42.30 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20506.6468 nömrəli əməliyyatla BALAXANİ M-T BALAXANİ QES. ŞEFQET KÜÇ. adlı market 21.61 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20501.2834 nömrəli əməliyyatla BARATELİ M-T. MEHDİABAD adlı market 175.18 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20519.3408 nömrəli əməliyyatla Bayram m-t adlı market 71.10 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20508.1175 nömrəli əməliyyatla BETA M-T SABUNÇU R-U PİRŞAĞİ QES.MELİKOV 29 adlı market 57.60 manat, xx.xx.2020-ci il tarixli 0FSU.10614.0343 nömrəli əməliyyatla BETA M-T SABUNÇU R-U PİRŞAĞİ QES.MELİKOV 29 adlı market 312.48 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20513.0219 nömrəli əməliyyatla BİNYET M-T BALAXANİ.E.SABİR KÜÇ. adlı market 86.40 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20508.1181 nömrəli əməliyyatla CEYHUN SUPERMARKET RESULZADE QES.,Z.QEMBEROV 22/24 adlı market 119.99 manat, xx.xx.2020-ci il tarixli 0FSU.10614.0331 nömrəli əməliyyatla CEYHUN SUPERMARKET RESULZADE QES.,Z.QEMBEROV 22/24 adlı market 386.14 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20513.0216 nömrəli əməliyyatla DAD MT BALAXANİ adlı market 407.16 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20501.2806 nömrəli əməliyyatla DENİZ M-T ABŞERON R-U FATMAYİ QES. adlı market 57.60 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20529.4089 nömrəli əməliyyatla DENİZ M-T ABŞERON R-U FATMAYİ QƏS. adlı market 647.28 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20508.1198 nömrəli əməliyyatla DENİZ M-T KÜRDEXANİ BAĞLAR YOLU adlı market 76.79 manat, xx.xx.2020-ci il tarixli 0FSU.10614.0342 nömrəli əməliyyatla DENİZ M-T KÜRDEXANİ BAĞLAR YOLU adlı market 156.24 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20509.7337 nömrəli əməliyyatla ELGÜN FATMAİ KENDİ adlı market 115.2 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20523.5959 nömrəli əməliyyatla ELGÜN FATMAİ KENDİ adlı market 27.90 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20605.4248 nömrəli əməliyyatla ELXAN M-T ZABRAT YENİ SAHE adlı market 43.52 manat, xx.xx.2020-ci il tarixli 0FSU.10614.0332 nömrəli əməliyyatla ELİ M-T MEHEMMEDİ QES. adlı market 333.31 manat, xx.xx.2020-ci il tarixli 0FSU.10614.0333 nömrəli əməliyyatla ELİ M-T MEHEMMEDİ QES. adlı market 19.20 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20511.2254 nömrəli əməliyyatla ELİ M-T ZABRAT adlı market 43.20 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20519.3379 nömrəli əməliyyatla ELİ M-T ZABRAT adlı market 59.15 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20505.2263 nömrəli əməliyyatla ELMAN M-T ZABRAT BABEK.28 adlı market 28.80 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20502.4617 nömrəli əməliyyatla ELVİN M-T MEHDİABAD adlı market 100.80 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20505.2307 nömrəli əməliyyatla ERZAQ ZABRAT 1 SABUNÇU R-U SM adlı market 28.80 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20505.2325 nömrəli əməliyyatla ERZAQ ZABRAT 1 SABUNÇU R-U SM adlı market 30 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20511.2301 nömrəli əməliyyatla ERZAQ ZABRAT 1 SABUNÇU R-U SM adlı market 86.40 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20508.1200 nömrəli əməliyyatla ESGER M-T KÜRDEXANİ QES. adlı market 252.01 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20513.4016 nömrəli əməliyyatla F.F M-T ZABRAT 20-Cİ MEHELLE adlı market 129.6 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20605.4236 nömrəli əməliyyatla F.F M-T ZABRAT 20-Cİ MEHELLE adlı market 15.62 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20513.0187 nömrəli əməliyyatla FAİQ-2 MARKET adlı market 45.64 manat, xx.xx.2020-ci il tarixli 0FSU.10612.0864 nömrəli əməliyyatla FAİQ-2 MARKET adlı market 14.40 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20602.1159 nömrəli əməliyyatla Fariz market Zabrat-2 adlı market 15.62 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20605.4237 nömrəli əməliyyatla Fariz market Zabrat-2 adlı market 31.25 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20506.6465 nömrəli əməliyyatla FERRUX M-T SABUNÇU QES. ŞEHER ŞOSSESİ adlı market 53.60 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20604.0159 nömrəli əməliyyatla FERRUX M-T SABUNÇU QES. ŞEHER ŞOSSESİ adlı market 1513.44 manat, xx.xx.2020-ci il tarixli 0FSU.10612.0865 nömrəli əməliyyatla FERRUX M-T SABUNÇU QES. ŞEHER ŞOSSESİ adlı market 19.20 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20509.7363 nömrəli əməliyyatla GORADİL M-T adlı market 57.60 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20602.4854 nömrəli əməliyyatla GÜLNAR M-T MEHDİABAD QÈS. adlı market 15.62 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20508.1207 nömrəli əməliyyatla GÜRŞAD M-T H.B.ELİYEV PİRŞAĞİ adlı market 57.60 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20516.6838 nömrəli əməliyyatla HALAL M-T ELNUR MEHDİABAD adlı market 78.91 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20602.4853 nömrəli əməliyyatla HECİ M-T PİRŞAĞİ adlı market 15.62 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20508.1180 nömrəli əməliyyatla HESENAĞA M-T DİGAH adlı market 144.01 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20508.1206 nömrəli əməliyyatla HESENAĞA M-T DİGAH adlı market 115.20 manat, xx.xx.2020-ci il tarixli 0FSU.10614.0329 nömrəli əməliyyatla HESENAĞA M-T DİGAH adlı market 362.70 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20602.4830 nömrəli əməliyyatla HEYDER MARKET_Ə126928 adlı market 13.02 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20602.4852 nömrəli əməliyyatla Heyder Marlboro adlı market 13.02 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20602.1129 nömrəli əməliyyatla XƏzƏr şərab evi sabunçu adlı market 15.62 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20602.4846 nömrəli əməliyyatla XATİRE M-T BALAXANİ QES adlı market 13.02 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20513.0199 nömrəli əməliyyatla XEDİCE M-T BALAXANİ adlı market 43.20 manat, xx.xx.2020-ci il tarixli 0FSU.10612.0835 nömrəli əməliyyatla XEDİCE M-T BALAXANİ adlı market 13.39 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20509.7328 nömrəli əməliyyatla XEQANİ M-T.MEHDİABAD adlı market 57.60 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20602.1128 nömrəli əməliyyatla XEZER SABUNÇU R-U E.M.ELİYEV adlı market 13.02 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20519.4199 nömrəli əməliyyatla Xudafərin m/t adlı market 172.66 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20602.1152 nömrəli əməliyyatla İMRAN M-T BALAXANİ MİLLİ ORDU KÜÇ. adlı market 15.62 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20505.2345 nömrəli əməliyyatla İSA M-T SABUNÇU AA adlı market 44.39 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20519.4198 nömrəli əməliyyatla İSA M-T SABUNÇU AA adlı market 31.25 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20602.1160 nömrəli əməliyyatla İSA M- T SABUNÇU AA adlı market 55.80 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20506.8068 nömrəli əməliyyatla KAMAL M-T BALAXANİ AA adlı market 67.19 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20519.3376 nömrəli əməliyyatla KAMRAN M-T KOMSOMOLSKİ DAİRESİ adlı market 17.86 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20602.1133 nömrəli əməliyyatla KENAN ZABRAT 2 OKTYABR 41 adlı market 13.02 manat, xx.xx.2020-ci il tarixli 0FSU.10612.0852 nömrəli əməliyyatla KENAN ZABRAT 2 OKTYABR 41 adlı market 57.60 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20513.4017 nömrəli əməliyyatla KİFAYET M-T ZABRAT-2 R.GÖYÜŞOV KÜÇ. adlı market 117.65 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20605.4249 nömrəli əməliyyatla KİFAYET M-T ZABRAT-2 R.GÖYÜŞOV KÜÇ. adlı market 15.62 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20602.1132 nömrəli əməliyyatla X10 adlı market 13.02 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20602.1158 nömrəli əməliyyatla X11 adlı market 13.02 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20602.1131 nömrəli əməliyyatla Kiosk Zabrat adlı market 13.02 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20513.0221 nömrəli əməliyyatla QAQAŞ BALAXANİ CAHANGİROV C. adlı market 27.90 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20511.2257 nömrəli əməliyyatla QAQO M-T SABUNÇU ZABRAT YOLU adlı market 167.4 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20511.2258 nömrəli əməliyyatla QAQO M-T SABUNÇU ZABRAT YOLU adlı market 14.40 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20511.2260 nömrəli əməliyyatla QAQO M-T SABUNÇU ZABRAT YOLU adlı market 161.48 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20513.0194 nömrəli əməliyyatla QALİB M-T SABUNÇU adlı market 99 manat, xx.xx.2020-ci il tarixli 0FSU.10612.0831 nömrəli əməliyyatla QALİB M-T SABUNÇU adlı market 41.29 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20602.4850 nömrəli əməliyyatla QERİB M-T. BALAXANİ adlı market 13.02 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20508.1174 nömrəli əməliyyatla QİZİL MARKET NARDARAN adlı market 184.78 manat, xx.xx.2020-ci il tarixli 0FSU.10614.0313 nömrəli əməliyyatla QİZİL MARKET NARDARAN adlı market 280.12 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20509.7355 nömrəli əməliyyatla Likoil Supermarket adlı market 96 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20611.4271 nömrəli əməliyyatla Likoil Supermarket adlı market 803.52 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20522.3897 nömrəli əməliyyatla Makro m-t Fatmai adlı market 55.80 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20519.4216 nömrəli əməliyyatla MARKET KOMSOMOLSKİ DAİRESİ adlı market 702 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20513.0220 nömrəli əməliyyatla MEHDİ M-T BALAXANİ adlı market 11.62 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20521.5534 nömrəli əməliyyatla MEHELLE MARKET SABUNCU adlı market 236.59 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20605.4266 nömrəli əməliyyatla MEHELLE MARKET SABUNCU adlı market 1383.84 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20508.1177 nömrəli əməliyyatla MEHELLE MT_Ə131187 adlı market 115.20 manat, xx.xx.2020-ci il tarixli 0FSU.10614.0328 nömrəli əməliyyatla MEHELLE MT_Ə131187 adlı market 349.31 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20515.2430 nömrəli əməliyyatla MEHMAN M-T DİGAH SM adlı market 2946.60 manat, xx.xx.2020-ci il tarixli 0FSU.10614.0330 nömrəli əməliyyatla MEHMAN M-T DİGAH SM adlı market 59.15 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20602.4851 nömrəli əməliyyatla MEHMAN M-T SABUNÇU R-NU adlı market 15.62 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20501.2833 nömrəli əməliyyatla MEMMED M-T adlı market 124.81 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20602.4829 nömrəli əməliyyatla MERDAN M-T MEHDİABAD adlı market 15.62 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20520.8913 nömrəli əməliyyatla MERHEMET-2 M-T ZABRAT ŞEHER ŞOSSESİ adlı market 5970.60 manat, xx.xx.2020-ci il tarixli 0FSU.10612.0827 nömrəli əməliyyatla MERHEMET-2 M-T ZABRAT ŞEHER ŞOSSESİ adlı market 14.40 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20602.4828 nömrəli əməliyyatla MEYDER BALAXANİ adlı market 13.02 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20506.8067 nömrəli əməliyyatla MİRZE M-T BALAXANİ QİLMAN SALAHOV 10 KÜÇ. adlı market 28.80 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20604.0177 nömrəli əməliyyatla MİRZE M-T BALAXANİ QİLMAN SALAHOV 10 KÜÇ. adlı market 1008.96 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20502.4616 nömrəli əməliyyatla MÜNASİB MARKET adlı market 47.99 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20602.4827 nömrəli əməliyyatla N.B MARKET_Ə106612 adlı market 13.02 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20508.1171 nömrəli əməliyyatla NAİL M-T MEHEMMEDİ adlı market 295.19 manat, xx.xx.2020-ci il tarixli 0FSU.10614.0341 nömrəli əməliyyatla NAİL M-T MEHEMMEDİ adlı market 90.95 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20602.4826 nömrəli əməliyyatla NAİLE M-T.MEHDİABAD SM adlı market 15.62 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20513.0198 nömrəli əməliyyatla NAMİQ M-T BALAXANİ adlı market 112.01 manat, xx.xx.2020-ci il tarixli 0FSU.10612.0868 nömrəli əməliyyatla NAMİQ M-T BALAXANİ adlı market 13.39 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20507.4787 nömrəli əməliyyatla NAMİQ M-T ZABRAT 1 adlı market 230.40 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20507.4821 nömrəli əməliyyatla NAMİQ M-T ZABRAT 1 adlı market 216 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20507.4824 nömrəli əməliyyatla NAMİQ M-T ZABRAT 1 adlı market 450 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20605.4235 nömrəli əməliyyatla NAMİQ M-T ZABRAT 1 adlı market 13.02 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20602.4824 nömrəli əməliyyatla NİHAD M-T MEHDİABAD GENCLER ŞEHERCİYİ adlı market 31.25 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20611.4254 nömrəli əməliyyatla NİHAD M-T MEHDİABAD GENCLER ŞEHERCİYİ adlı market 535.68 manat, xx.xx.2020ci il tarixli 30FSU.20508.1208 nömrəli əməliyyatla NURXAN M-T PİRŞAĞİ QES. adlı market 182.4 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20507.4822 nömrəli əməliyyatla Optimal market KürdƏxanı adlı market 129.60 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20602.1157 nömrəli əməliyyatla PALMA M-T SABUNÇU R.MEYVETİNQLİYİ 22 adlı market 13.02 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20602.1156 nömrəli əməliyyatla Petrol market adlı market 13.02 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20508.1176 nömrəli əməliyyatla PİRŞAĞİ M-T PİRŞAĞİ QES. adlı market 57.60 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20508.1203 nömrəli əməliyyatla PİRŞAĞİ M-T PİRŞAĞİ QES. adlı market 47.99 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20602.1155 nömrəli əməliyyatla PİRŞAĞİ SARİ adlı market 13.02 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20602.1130 nömrəli əməliyyatla PL. CLUB RAMİN adlı market 13.02 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20605.4251 nömrəli əməliyyatla PL. CLUB RAMİN adlı market 1357.2 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20602.4849 nömrəli əməliyyatla R@N ŞERAB EVİ SABUNCU R-NU adlı market 13.02 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20507.4788 nömrəli əməliyyatla RAMİN M-T. ZABRAT adlı market 288 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20605.5109 nömrəli əməliyyatla RAMİN M-T. ZABRAT adlı market 31.25 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20605.5138 nömrəli əməliyyatla RAMİN M-T. ZABRAT adlı market 1116 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20513.4012 nömrəli əməliyyatla RAMİN ZABRAT 1 YENİ SAHE adlı market 86.4 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20605.5110 nömrəli əməliyyatla RAMİN ZABRAT 1 YENİ SAHE adlı market 15.62 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20515.2424 nömrəli əməliyyatla ROSOİL KURDEXANİ_Ə131658 adlı market 144 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20513.0231 nömrəli əməliyyatla Ruslan 4-yol Balaxanı adlı market 86.4 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20520.8914 nömrəli əməliyyatla Ruslan 4-yol Balaxanı adlı market 1740.96 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20509.7359 nömrəli əməliyyatla RUSLAN M-T PİRŞAĞİ SOVXOZ adlı market 57.6 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20511.2307 nömrəli əməliyyatla RÜBAİ M-T S.HÜSEYN KÜÇ. adlı market 117.65 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20506.6466 nömrəli əməliyyatla SAHİB M-T MEDEN 2 adlı market 81.60 manat, xx.xx.2020-ci il tarixli 0FSU.10612.0828 nömrəli əməliyyatla SAHİB M-T MEDEN 2 adlı market 144.08 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20602.1154 nömrəli əməliyyatla SALMAN M-T ZABRAT adlı market 13.02 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20507.4823 nömrəli əməliyyatla SAMİQ M-T R.GÖYÜŞOV 5 ZABRAT adlı market 532.79 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20509.7361 nömrəli əməliyyatla SAMİR M-T MEHDİABAD adlı market 115.20 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20513.0196 nömrəli əməliyyatla SEMA_Ə128751 adlı market 71.10 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20604.0176 nömrəli əməliyyatla SEMA_Ə128751 adlı market 571.44 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20511.2297 nömrəli əməliyyatla SEYİD M-T SABUNÇU R-U ZABRAT OKTYABR 12 adlı market 86.40 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20508.1201 nömrəli əməliyyatla SEYMUR ABŞERON R-U PİRŞAĞİ QES. adlı market 226.80 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20515.2423 nömrəli əməliyyatla SEYMUR ABŞERON R-U PİRŞAĞİ QES. adlı market 1728 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20602.4845 nömrəli əməliyyatla Sizin market adlı market 31.25 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20513.0195 nömrəli əməliyyatla SONA M-T BALAXANİ SEFERLİ KÜÇ. adlı market 98.99 manat, xx.xx.2020-ci il tarixli 0FSU.10612.0866 nömrəli əməliyyatla SONA M-T BALAXANİ SEFERLİ KÜÇ. adlı market 19.20 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20511.2248 nömrəli əməliyyatla ŞAH market sabunçu vağzalın yanı adlı market 172.80 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20505.2320 nömrəli əməliyyatla ŞEKİ M-T SABUNÇU R-N E.M.ELİYEV adlı market 171.60 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20505.2321 nömrəli əməliyyatla ŞEKİ M-T SABUNÇU R-N E.M.ELİYEV adlı market 72 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20602.1151 nömrəli əməliyyatla ŞEKİ M-T SABUNÇU R-N E.M.ELİYEV adlı market 15.62 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20602.1150 nömrəli əməliyyatla ŞERAB EVİ MEHDİABAD adlı market 31.25 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20611.4269 nömrəli əməliyyatla ŞERAB EVİ MEHDİABAD adlı market 1071.36 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20602.1123 nömrəli əməliyyatla ŞERAB EVİ MEHDİABAD QES. adlı market 15.62 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20611.4250 nömrəli əməliyyatla ŞERAB EVİ MEHDİABAD QES. adlı market 535.68 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20611.4268 nömrəli əməliyyatla ŞERAB EVİ MEHDİABAD QES. adlı market 535.68 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20511.2302 nömrəli əməliyyatla Şèrab Evi Zabrat adlı market 74.45 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20602.1124 nömrəli əməliyyatla Şèrab Evi Zabrat adlı market 59.15 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20602.1149 nömrəli əməliyyatla ŞİRİN BALAXANİ adlı market 31.25 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20506.8074 nömrəli əməliyyatla TAKSİ M-T BALAXANİ QES. adlı market 462.02 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20604.0154 nömrəli əməliyyatla TAKSİ M-T BALAXANİ QES. adlı market 1446.48 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20604.0155 nömrəli əməliyyatla TAKSİ M-T BALAXANİ QES. adlı market 148.22 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20511.2247 nömrəli əməliyyatla TALEH M-T SABUNÇU R-U AYDİNBEYOV 41 adlı market 43.20 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20519.3410 nömrəli əməliyyatla TALEH M-T SABUNÇU R-U AYDİNBEYOV 41 adlı market 55.80 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20602.4848 nömrəli əməliyyatla TEZE BAZAR M-T FATMAİ ŞOSSESİ adlı market 62.50 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20513.4015 nömrəli əməliyyatla ÜLVİ M-T ZABRAT adlı market 43.20 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20605.5111 nömrəli əməliyyatla ÜLVİ M-T ZABRAT adlı market 15.62 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20515.2426 nömrəli əməliyyatla VASİF M-T MEHEMMEDİ M.ZEYNALOV KÜÇ. adlı market 129.60 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20529.3478 nömrəli əməliyyatla VASİF M-T MEHEMMEDİ M.ZEYNALOV KÜÇ. adlı market 90.40 manat, xx.xx.2020-ci il tarixli 0FSU.10614.0307 nömrəli əməliyyatla VASİF M-T MEHEMMEDİ M.ZEYNALOV KÜÇ. adlı market 59.15 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20509.7362 nömrəli əməliyyatla WHİTE MARKET GORADİL adlı market 87.59 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20602.4847 nömrəli əməliyyatla WHİTE MARKET GORADİL adlı market 62.50 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20502.4615 nömrəli əməliyyatla YAŞAR M-T MEHDİABAD ŞOSSESİ adlı market 28.80 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20516.6836 nömrəli əməliyyatla YAŞAR M-T MEHDİABAD ŞOSSESİ adlı market 63.60 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20511.2251 nömrəli əməliyyatla X12 adlı market 43.20 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20605.5129 nömrəli əməliyyatla YENİLİK M-T ZABRAT -2 MEKTEBİN YANİ adlı market 15.62 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20602.1153 nömrəli əməliyyatla Yol m/t adlı market 62.50 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20515.2411 nömrəli əməliyyatla YUSİF MT MEMMEDLİ adlı market 86.40 manat, xx.xx.2020-ci il tarixli 0FSU.10614.0306 nömrəli əməliyyatla YUSİF MT MEMMEDLİ adlı market 232.13 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20602.1127 nömrəli əməliyyatla ZABRAT DAİRESİ_Ə106083 adlı market 31.25 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20508.1172 nömrəli əməliyyatla ZAMİQ M-T KÜRDEXANİ KENDİ adlı market 115.20 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20605.7607 nömrəli əməliyyatla ZAMİQ M-T KÜRDEXANİ KENDİ adlı market 57.60 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20615.6658 nömrəli əməliyyatla ZAMİQ M-T KÜRDEXANİ KENDİ adlı market 425.20 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20602.1126 nömrəli əməliyyatla ZAMİN M-T MEHEMMEDİ adlı market 15.62 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20509.7325 nömrəli əməliyyatla ZENGEZUR M-T KOROĞLU 7/2 MEHDİADAB adlı market 57.60 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20501.2807 nömrəli əməliyyatla ZİRVE M-T PİRŞAĞİ QES adlı market 28.80 manat, xx.xx.2020-ci il tarixli 30FSU.20602.1125 nömrəli əməliyyatla Zöhrab market Zabrat adlı market 31.25 manat, ümumillikdə 42234,72 manat dəyərində, müxtəlif əmtəə nişanlı və müxtəlif çeşidli spirtsiz içki məhsullarını qəbul edib Bakı şəhəri ərazisində yerləşən ayrı-ayrı ticarət obyektlərinə satış üçün təhvil verib, audit olunan dövrün əvvəlinə satış nöqtələri üzrə öhdəliyində 32.957.43 manat mal qalığı olmuş, satışdan əladə etdiyi 18.707,60 manat nağd pul vəsaitini hissə-hissə xəzinəyə ödəmiş, 1.311,55 manat dəyərində malı anbara qaytarmış, audit zamanı 760,50 manat cəmiyyətə ödənilmiş, dislokasiyasına daxil olan satış nöqtələrində 16.644.85 faktı mal qalığı olmaqla, satışdan əladə etdiyi, cəmi 37.768,65 (otuz yeddi min yeddi yüz altmış səkkiz manat altmış beş qəpik) manat pulu "xxxx" MMC-nin ünvan 3 ünvanında yerləşən xəzinəsinə təhvil verməyərək özünün şəxsi ehtiyaclarına sərf etməklə, ona etibar olunmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus özgə əmlakını vahid niyyətlə öz qulluq mövqeyindən istifadə edib xeyli miqdarda mənimsəməklə talamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə verilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, xx.xx.2020-ci il tarixdən "xxxx" MMC-də satış üzrə nümayəndə vəzifəsində işə qəbul olunmuş, bununla əlaqədar onunla əmək müqaviləsi bağlınmış, hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra ona maddi-məsul şəxs olması ilə əlaqədar hüquqları izah edilmiş və bununla əlaqədar onunla müqavilə bağlanmışdır. Satış üzrə nümayəndə kimi o, Bakı şəhərində Sabunçu, Binəqədi və Suraxanı rayonlarında olan kəndlərdə olan satış nöqətlərinə malları paylaraq oradan pulların yığılmasına baxırdı. O, ancaq “Berq” adlı enerji içkisinin satışı ilə məşğul olmuşdur. 2020-ci ilin may-iyun aylarında ailəsində problemlər yaranmışdır. Belə ki, bəzi ailə üzvləri xəstə olması ilə əlaqədar maddi çətinlik çəkdiyindən o, satış nöqtələrinə verilmiş malların pullarını yığıb cəmiyyətə yox, ailə üzvlərinin ehtiyacları üçün xərcləməyə başlamışdır. 2020-ci ilin iyun ayının sonunda artıq hesabat vaxtı xidmət etdiyi satış nöqtələrindən pulların yığılmadığını görən cəmiyyətin məsul işçiləri təftiş keçirmək qərarına gəldilər. Bu minvalla o və cəmiyyətin əməkdaşları təxminən 20 satış nöqtəsində yoxlama və üzləşmə keçirmişlər və orada müxtəlif məbləqlərdə çatışmamazlıq aşkar etmişlər. Bundan sonra o, cəmiyyətdə artıq işləməyin mümkün olmadığını görüb ərizə yazıb işdən çıxmışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o, "xxxx" Məhdud Məsuliyytəli Cəmiyyətində işləyir və cəmiyyətin rəhbərliyi tərəfindən etibarnamə və səlahiyyət verildiyindən o, cəmiyyəti ibtidai istintaq və məhkəmə prosesslərində nümayəndə kimi təmsil edir. Təqsirləndirilən şəxs cəmiyyətdə əvvəl satış üzrə kiçik nümayəndə, sonra isə satış üzrə nümayəndə vəzifəsində işləmiş və müxtəlif içkilərin satışı ilə məşğul omluşdur. 2020-ci ilin iyul ayında satış üzrə nümayəndəsi Təqsirləndirilən şəxs hesabat verən zaman götürmüş olduğu mallarla ödədiyi pul arasında kəskin fərq olduğundan bölmə rəhbəri Namiq Babayev audit şöbəsinə müraciət etmiş və Təqsirləndirilən şəxs cəmiyyətdən götürmüş olduğu malları həqiqətən satış nöqtələrinə təhvil verib-vermədiyini yoxlamalarını xahiş etmişdir. Bundan sonra cəmiyyətn əməkdaşları Təqsirləndirilən şəxs aid satış nöqtələrini yoxlamışlar və Təqsirləndirilən şəxs 37768.65 (otuz yeddi min yeddi yüz altmış səkkiz manat altmış beş qəpik) manat çatışmamazlığı aşkar edilmişdir. Sonda zərərçəkmiş şəxsin nümayəndəsi X3 təqsirləndirilən şəxslə barışdıqlarını, onlara dəymiş ziyanın tam ödənildiyini və sonuncuya qarşı hər hansı şikayət və tələblərinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, "xxxx" MMC-də problemli işlər üzrə şöbə müdiri vəzifəsində işləyir. Cəmiyyətdə çoxlu sayda əməkdaşlar olmuş və həmin satış nümayəndələrindən biri də Təqsirləndirilən şəxs olmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən cəmiyyətdə satış üzrə nümayəndə vəzifəsində işləmiş və müxtəlif içkilərinin satışı ilə məşğul olmuşdur. 2020-ci ilin iyul ayında satış üzrə nümayəndə Təqsirləndirilən şəxs hesabat verən zaman götürmüş olduğu mallarla ödədiyi pul arasında kəskin fərq olduğundan bölmə rəhbəri Namiq Babayev audit şöbəsinə müraciət etmiş və Təqsirləndirilən şəxs cəmiyyətdən götürmüş olduğu malları həqiqətən satış nöqtələrinə təhvil verib-vermədiyini yoxlamalarını xahiş etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aid satış nöqtələrini yoxlamışlar və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən götürdüyü malları satış nöqtələrinə verdikdən sonra malların pullarını satış nöqtələrindən alaraq cəmiyyətə təhvil verməmişdir. Bununla əlaqədar Təqsirləndirilən şəxs cəmiyyətə dəvət edilmiş və sonuncunun iştirakı ilə bütün satış nöqtələrində qarşılıqlı üzləşmə keçirilmişdir. Qarşılıqlı üzləşmələr zamanı satış nöqtələrində qalan mal qalıqları müəyyən edilərək yeni satış nümayəndəsi Elçin Ağayeva təhvil verilmiş, digər malların pullarını isə satış nöqtələrinin sahibləri Təqsirləndirilən şəxs verdiklərini bildirmişlər. Bununla əlaqədar akt tərtib olunmuş və həmin halı Təqsirləndirilən şəxs təsdiq etmişdir. Keçirilmiş yoxlama zamanı Təqsirləndirilən şəxs 37768.65 (otuz yeddi min yeddi yüz altmış səkkiz manat altmış beş qəpik) manat çatışmamazlığı aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs satış nöqtələrindən malın əvəzində götürdüyü pulları qısa vaxt ərzində qaytaracağını bildirmiş, lakin heç bir pul ödəməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 1997-ci ildə Auditor Palatasında qeydiyyatdan keçdikdən sonra sərbəst auditor kimi fəaliyyətə başlamışdır. xx.xx.2020-ci il tarixdə onunla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri müqavilə bağlanmışdır. Həmin müqavilə əsasında onun tərəfindən bir il ərzində "xxxx" MMC-də aparılan əməliyyatlar, mal qalıqlarının hesablanması və məsələlər üzrə auditin aparılması nəzərdə tutulmuşdur. 2020-ci ilin oktyabr ayında "xxxx" MMC-nin rəhbərliyinin xahişi əsasında o, satış üzrə nümayəndə Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində mal-pul dövriyəsinin auditini keçirmiş və audit zamanı Təqsirləndirilən şəxs 37768.65 (otuz yeddi min yeddi yüz altmış səkkiz manat altmış beş qəpik) manat çatışmamazlığı aşkar edilmişdir. Bununla əlaqədar müvafiq akt və rəy tərtib edilmiş və həmin sənədlər "xxxx" MMC-nə göndərilmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid1 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin İ cildinin 51-177-ci vərəqələrində olan “Qarşılıqlı borc üzləşmə” Aktlarından görünür ki, həmin aktlar "xxxx" MMC-nin nümayəndəsi ilə müxtəlif müştərilər tərəfindən tərtib edilmişlər. Həmin aktlarda müxtəlif tarixləri və müxtəlif müştəriləri əhatə edən borc vəziyyəti əks olunmuşdur. Cinayət işinin İ cildinin 178-250-ci vərəqələrində və cinayət işinin İİ cildinin 1-122-ci vərəqələrində olan “Satış Fakturaları”ndan görünür ki, həmin fakturalarda müxtəlif məhsulların ayrı-ayrı müştərilərə satışının həyata keçirilməsi əks etdirilmişdir. Həmin fakturalarda məsul şəxs kimi Təqsirləndirilən şəxs göstərilmişdir. Cinayət işinin İİ cildinin 162-163-cü vərəqələrində olan “Audit prosedurlarının aparılmasına dair” xx.xx.2020-ci il tarixli Aktdan görünür ki, "xxxx" MMC-nin satış üzrə nümayəndəsi, maddi məsul şəxs Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixə öhdəsindəki 37.768,65 manat məbləğində satış pulunun çatışmazlığı ilə əlaqədar cəmiyyətə vurduğu ziyanla bağlı qanunvericiliyin tələblərinə uyğun addımların atılması təklif edilmişdir. Cinayət işinin İİ cildinin 164-cü vərəqində olan Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən tərtib edilmiş 06/07 saylı audit rəyindən görünür ki, "xxxx" MMC-nin satış üzrə nümayəndəsi, maddi məsul şəxs Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixə öhdəsindəki 37.768,65 manat məbləğində satış pulunun çatışmazlığı yaranması müəyyən edilmişdir. Cinayət işinin İİİ cildinin 4-7-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 mart 2022-ci il tarixli, 9/1054 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, satış fakturaları, kassa ödəniş sənədlərinə, üzləşdirmə aktına, auditor aktına, eləcə də cədvəl məlumatlarına əsasən Təqsirləndirilən şəxs hesabında 37.768,65 manat məbləğində çatışmazlığın yaranması müəyyən edilir. Təqsirləndirilən şəxs hesabında "xxxx" firmasının satış üçün tam maddi məsuliyyətinə qəbul etdiyi məhsullar üzrə yaranmış çatışmazlığa görə məsuliyyət məsələsi hüquqi xarakterli olduğuna görə istintaq tərəfindən həll edilməlidir. Cinayət işinin İİİ cildinin 8-9-cu vərəqələrində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, o, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3, 177.2.4cü maddələri ilə təqsirli bilinərək 4000 manat cərimə cəzasına məhkum edilmişdir. Cinayət işinin İİİ cildinin 28-29-cu vərəqələrində olan “Şübhəli şəxsin tutulması haqqında” 28 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İİİ cildinin 67-68-ci vərəqələrində olan “Qətimkan tədbirinin seçilməsi haqqında” 30 aprel 2022-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin İİİ cildinin 71-ci vərəqində olan Füzuli rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, AZ-İİ seriyalı 893648 nömrəli “Doğum haqqında” Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X4 atası kimi Təqsirləndirilən şəxs göstərilmişdir. Cinayət işinin İİİ cildinin 72-ci vərəqində olan Füzuli rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, AZ-İİ seriyalı 893649 nömrəli “Doğum haqqında” Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X5 atası kimi Təqsirləndirilən şəxs göstərilmişdir. Cinayət işinin İİİ cildinin 73-cü vərəqində olan 2 saylı Bakı Asan Xidmət Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ-İV seriyalı 677811 nömrəli “Doğum haqqında” Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci il təvəllüdlü X6 atası kimi Təqsirləndirilən şəxs göstərilmişdir. Cinayət işinin İİİ cildinin 74-83-cü vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” 04 may 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə "xxxx" MMC-də tərtib edilmiş qarşılıqlı üzləşmə aktlarının və satış fakturalarının surətlərinin maddi sübut kimi tanınması qərara alınmışdır. Cinayət işinin İİİ cildinin 111-ci vərəqində olan Füzuli rayon İcra Probasiya Şöbəsinin 23 may 2022-ci il tarixli, 201 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən təyin edilmiş 4000 manat cəriməni 21 fevral 2020-ci il tarixdə tam olaraq dövlət büdcəsinə ödəmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 1042 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-yə vurulmuş ziyan tamamilə ödənilmişdir, təqsirləndirilən şəxslə barışmışlar, ona qarşı heç bir şikayəti və tələbləri yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, «dələduzluq cinayəti özgə əmlakını mənimsəmə və ya israf etmə cinayətindən (CM-nin 179-cu maddəsi) əmlakın təqsirkarın sərəncamına keçməsi üsulu ilə və həmin əmlakın ələ keçirilməsi anı ilə fərqlənir. Dələduzluğun törədilməsi zamanı təqsirkarın bütün hərəkətləri onun həmin əmlakın ələ keçirilməsinə yönəlmiş niyyətinin həyata keçirilməsində ifadə olunursa, mənimsəmə və ya israf etmə zamanı əmlak təqsirkara etibar olunur və yalnız bundan sonra təqsirkarda əmlakın ələ keçirilməsi və ya israf edilməsi niyyəti yaranır, bu niyyətinə nail olmaq üçün də o, müvafiq hərəkətləri edir. Mənimsəmə və ya israf etmə cinayətinin törədilməsi zamanı da aldatma və ya etibardan sui-istifadə etmə bu cinayətin üsulları kimi çıxş edə bilər (məsələn, ərzaq məhsullarının ticarət obyektlərinə paylanması vəzifəsini yerinə yetirən ekspeditorun həmin məhsulların xarab olması (oğurlanması, naməlum şəraitdə itməsi) barədə istehsal müəssisəsinin rəhbərinə bilə-bilə yalan məlumat verərək bundan sonra ona etibar olunmuş əmlaka istədiyi kimi sərəncam verməsi).» Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə vurulmuş ziyanın tam ödənilməsini və himayəsində 2 (iki) yetkinlik yaşına çatmayan və 1 (bir) azyaşlı uşaqlarının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Belə ki, o əvvəllər məhkum olunsa da, onun məhkumluğu ödənilmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə həmçinin törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alaraq belə gənaətə gəlir ki, onun barəsində müəyyən müddətə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddiməsul vəzifələri tutma hüququndan məhrum etmə əlavə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası və dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi-məsul vəzifələri tutma hüququndan məhrum edilmə əlavə cəzası təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan - "xxxx" MMC-də tərtib edilmiş qarşılıqlı üzləşmə aktlarının və satış fakturlarının surətləri cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və və Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə ona 2 (iki) il müddətinə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifələri tutma hüququndan məhrum edilməklə 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı gün) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan - "xxxx" MMC-də tərtib edilmiş qarşılıqlı üzləşmə aktlarının və satış fakturlarının surətləri cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 150 (yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 254005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-35/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-35/2023
06.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver